Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-834/2023 06.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X7 Oruczadənin sədrliyi və məruzəsi ilə, Fuad Fikrət oğlu Babayev və X5 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçı X2, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı X2 cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna Binəqədi rayon şöbəsinə (hazırda DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına) qarşı “əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2047/2021 saylı, 02 sentyabr 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı X3 cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinə qarşı “xx.xx.2000-ci il tarixdən xx.xx.2002-ci il tarixədək Bakı şəhər “Star” firmasında, xx.xx.2002-ci il tarixdən xx.xx.2008-ci il tarixədək və xx.xx.2009-ci il tarixdən xx.xx.2015-ci il tarixədək “Azərşərqtrans” müəssisəsində sürücü kimi işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilməsi ilə pensiya məbləğinin yenidən hesablanması” barədə iddiа ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı əmək pensiyaçısıdır, xx.xx.2000-ci il tarixdən xx.xx.2002-ci il tarixədək Bakı şəhər “Star” firmasında, xx.xx.2002-ci il tarixdən xx.xx.2008-ci il tarixədək və xx.xx.2009-ci il tarixdən xx.xx.2015-ci il tarixədək “Azərşərqtrans” müəssisəsində sürücü kimi işləməsinə baxmayaraq həmin dövrlər pensiya hesablanması zamanı nəzərə alınmamışdır, həmin dövrlər nəzərə alınmaqla pensiyası yenidən hesablanmalıdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2047/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçının iddia tələbi qismən təmin edilmiş, xx.xx.2002-ci il tarixdən xx.xx.2006-ci il tarixədək “Azərşərqtrans” müəssisəsində sürücü kimi işlədiyi dövrü iş stajının sosial sığorta stajına daxil edilməsi ilə pensiya məbləğinin yenidən hesablanması öhdəliyi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (Binəqədi rayon şöbəsinə) həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh ondan apellyasiya şikayəti verərək, qərarın ləğv edilib, iddiasının təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1654/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2047/2021 saylı 26 fevral 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı X3 xx.xx.2022-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, Bakı İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş, qanuni qüvvəsini almış xx.xx.2021-ci il tarixli 2- 1(112)-2047/2021 saylı məhkəmə qərarı üzrə cavabdeh tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadığı üçün qərarın icraya yönəldilməsinə, yəni Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sоsiаl Müdаfiə Fоnduna təcili göndərilməsinə dair göstəriş verilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2047/2021 saylı, 02 sentyabr 2022-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2047/2021 saylı iş üzrə qəbul edilmiş, qanuni qüvvəsini almış xx.xx.2021-ci il tarixli məhkəmə qərarı üzrə başlanılmış icra icraatına xitam verilmişdir. Həmin qərardaddan narazı qalan iddiaçı ondan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1654/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarına əsasən, Mirhəsən Yasinov xx.xx.2002-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək (3 il 2 ay 24 gün) “Azşərqtrans” müəssisəsində işlədiyini iddia etdiyi illər onun sosial sığorta stajına əlavə edilərək xx.xx.2017-ci il tarixindən yenidən hesablanacağı halda əmək pensiyasında artım 2021-ci ildə 11.71 manat müəyyən edilə bilər. Lakin məhkəmədə işə baxılan zaman onun əmək pensiyasına 0,50 qəpik artım hesablanmışdır. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsi, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və iddia üzrə icraatın davam etdirilməsini xahiş etdi. İddiaçı tərəfindən təqdim edilmiş apellyasiya şikayətinə əlavə ərizəsi iş üzrə icraata qəbul edilmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası apellyasiya şikayətini nəzərdən keçirərək, inzibati məhkəmə icraatının iştirakçılarının izahatını dinləyərək hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İ hissəsinə görə Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Həmin maddənin İİ hissəsinə uyğun olaraq, məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 79.1-ci maddəsinə əsasən, məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra olunur. İnzibati Prosessual Məcəlləsinin 79.2-ci maddəsinə əsasən məhkəmə qərarının borclu tərəfindən könüllü şəkildə icra olunmadığı hallarda, həmin qərarın icrası bu Məcəllənin müvafiq fəslində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirilir. Həmin Məcəllənin 116.1-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmadığı hallarda, məhkəmə qərarlarının icrası ilə bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəaları tətbiq olunur. Həmin Məcəllənin 120.1-ci maddəsinə əsasən, bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. İş materiallarından müəyyən olunur ki, iddiaçıya daha əvvəl ümumilikdə 25 il 3 ay 17 gün iş stajı olmaqla əmək pensiyası təyin edilmiş, daha sonra məhkəmə qərarı ilə xx.xx.2002-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək (3 il 2 ay 24 gün) “Azşərqtrans” müəssisəsində işlədiyini iddia etdiyi illər onun sosial sığorta stajına əlavə edilməklə pensiyası yenidən hesablanmışdır. Hazırda iddiaçı apellyasiya şikayətində pensiya məbləğinin düzgün hesablanmadığını iddia edir, cavabdeh inzibati orqan isə məhkəmə qərarının tam icra olunduğunu və pensiyanın yenidən hesablanması nəticəsində iddiaçıya düzgün pensiya məbləği təyin edildiyini bildirir. Kollegiya apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Belə ki, işdən görünür ki, iddiaçı X2 ərizəsi əsasında Bakı İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş, qanuni qüvvəsini almış xx.xx.2021-ci il tarixli 2-1(112)-2047/2021 saylı məhkəmə qərarının icrası ilə bağlı Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sоsiаl Müdаfiə Fоnduna məhkəmə qərarının icra edilmədiyi halda məcburi icra tədbirlərinin tətbiq ediləcəyi barədə 28 fevral 2022-ci il tarixli və 13 iyun 2022-ci il tarixli xəbərdarlıq məktubları göndərilmiş, cavabdeh isə xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli məktublarla məhkəmə qərarının icrasının təmin olunduğunu, eyni zamanda ötən dövr üçün hesablanmış pensiyanın ümumi məbləğinin ötən dövrdəki ayların sayına bölünərək iddiaçının aylıq pensiyasının üzərinə əlavə edilməklə ödəniləcəyini bildirmişdir. Birinci instansiya məhkəməsində məhkəmə icraatına cəlb edilmiş mütəxəssis izahatında qərarın icra edilməsi üçün şöbəyə daxil olduğunu və qərarın nəticə hissəsində yazıldığı qaydada icra edildiyini, arada olan fərqdən 135 manat iddiaçının kart hesabına köçürüldüyünü, qalan 50 manata yaxın pulun isə bu ay pensiya alan zaman alacağını, beləliklə, məhkəmə qərarının tam şəkildə icra edildiyini bildirmiş və qərarın icrası ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sоsiаl Müdаfiə Fоndunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli “əmək pensiyasının təyin edilməsi haqqında” qərarını, cavabdehin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialına xidməti məktubunun təsdiq edilmiş surətlərini məhkəməyə təqdim etmişdir. Həmçinin apellyasiya şikayətinin dəlillərinin araşdırılması məqsədilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 dekabr 2022-ci il tarixli, 2-1(103)- 3721/2022 saylı qərardadı ilə mübahisənin ədalətli həlli baxımından işin xüsusatlarına düzgün qiymət verilməsi istiqamətində ziddiyyətli məqamların aradan qaldırılması, həmçinin, iddiaçının xx.xx.2002-ci il tarixdən xx.xx.2006-ci il tarixədək “Azərşərqtrans” müəssisəsində sürücü vəzifəsində işlədiyi müddət daxil olmaqla yenidən hesablanma zamanı pensiya məbləğinin düzgün hesablanıb-hesablanmamasının müəyyən edilməsi məqsədilə aidiyyəti qurumun mütəxəssisləri cəlb olunmaqla iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin edilmişdir. AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin 02 may 2023-cü il tarixli, 9/2622 nömrəli ekspert rəyi ilə aşağıdakılar müəyyən edilmişdir: - Təqdim edilmiş iş materiallarında olan sənədlər və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialınnın xx.xx.2023-cü il tarixli, 23-17-1/2- 51336/2023 saylı əmək pensiyasının hesablanması haqqında mütəxəssis rəyini nəzərə alınmaqla, İddiaçı X2 əmək pensiyası xx.xx.2006-cı il tarixinədək 10461,67 manat və xx.xx.2006-cı il tarixindən sonra fərdi hesabının sığorta hissəsində qeydə alınmış 336,96 manat pensiya sığorta kapitalına əsasən sığorta hissəsi 74,89 manat hesablanmışdır. İddiaçının əmək pensiyasının məbləği 110 manat baza hissəsi və 74,89 manat sığorta hissəsindən ibarət olmaqla cəmi 184,89 manat təşkil etdiyi müəyyən edilir. -“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 26.1-ci maddəsinə əsasən xx.xx.2017-ci il tarixinədək təyin edilmiş əmək pensiyasının baza və sığorta hissəsinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə şərti çevrilməsi aparılması müəyyən edilir. - İddiaçının əmək pensiyasının məbləği indeksləşdirilməklə xx.xx.2018-ci il tarixindən 195,43 manata, xx.xx.2019-cu il tarixindən 201,29 manata, xx.xx.2020-ci il tarixindən 234,70 manata, xx.xx.2021-ci il tarixindən 261,46 manata, xx.xx.2022-ci il tarixindən 270,35 manata çatdırıldığı müəyyən edilir. -"Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunuun 26.4-cü maddəsinə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Beləliklə, iddiaçının əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixindən 16,66 manat maddi yardım əlavə edilərək indeksləşdirilməklə 329,20 manata çatdırıldığı müəyyən edilir. Beləliklə, ekspert rəyi ilə də təsbit edilir ki, yenidən hesablanma zamanı pensiya məbləği cavabdeh inzibati orqan tərəfindən düzgün hesablanmış, nəticə etibarilə Bakı İnzibati Məhkəməsinin qanuni qüvvəyə minmiş 2-1(112)-2047/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı cavabdeh inzibati orqan tərəfindən icra edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 39.3-cü maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş müddət ərzində inzibati akt qəbul edildikdə və ya şikayət təmin olunduqda iş üzrə icraata xitam verilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə görə icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: İddiaçı X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2047/2021 saylı, 02 sentyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Fuad Babayev Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-834/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-834/2023
06.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver