Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-834/2024 06.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı: İddiaçı Cavabdeh: Bakı şəhəri İcra Hakimiyyətinə qarşı (X10 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla) iş üzrə QƏRARİ İş № 2-1(103)-834/2024 (Açar sözlər: “sərəncamın etibarsız hesab edilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X4 ibarət tərkibdə, Aytən Nadir qızı Kərimovanın katibliyi, İddiaçı, Üçüncü şəxs X6 nümayəndəsi X7 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-110/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 511 saylı, xx.xx.2020-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Bakı şəhər İH-nin arxiv fondu üzrə 19922003-cü illərə dair arxiv sənədləri, o cümlədən xx.xx.1992-ci il tarixli, 1694 və xx.xx.2003cü il tarixli, 381 saylı sərəncamları Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir.
2. Bakı şəhər İcra Hakimiyyətinin 7-3576/17 saylı 10 dekabr 2020-ci il tarixli cavab məktubunda (arxiv çıxarışı) qeyd olunmuşdur ki, Bakı şəhər İHB-nın 1992-ci il və 2003-cü il tarixli sərəncamlarına əsasən: -Bakı şəhər İHB-nin xx.xx.1992-ci il tarixli, 1694 saylı sərəncamı ilə İddiaçı Ləhicdə 106 №-li BTK tərkibində bağ sahəsi istifadəsinə verilmişdir. -Bakı şəhər İHB-nin xx.xx.2003-cü il tarixli, 381 saylı sərəncamı ilə X8 Ləhicdə 5831 №-li bağ sahəsi ayrılmışdır.
3. DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin **********57 saylı, xx.xx.2020-ci il tarixli cavab məktubu ilə təqdim olunmuş Bakı şəhər İcraiyyə Komitəsinin X3 və X11 bağlar sahəsindəki 106 № li bağ kooperativi tərəfindən verilmiş 107 №-li orderin surətindən müəyyən olunur ki, Bakı şəhəri İcraiyyə Komitəsinin 21 oktyabr 1992-ci il tarixli 1694 №-li qərarına əsasən Ləhiş bağlar sahəsində 106 №-li BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 5831 №-li bağ sahəsi İddiaçı ayrılmışdır.
4. Bakı şəhər İHB Aparatının 7-3953/17 saylı xx.xx.2020-ci il tarixli və 7-632/17 saylı xx.xx.2021-ci il tarixli eyni məzmunlu arxiv çıxarışında qeyd olunmuşdur ki, Bakı şəhər İHB-nın 1992-ci və 2003-cü ilə dair sərəncamları kitablarında- (çıxarış) xx.xx.2003-cü il “X3 və İstismarı Birliyinin protokolunun təsdiq edilməsi haqqında” 381 №-li X1 Ləhiş bağ № 5831 (bənd 2.25); “Bağ sahələrinin ayrılması, ada keçirilməsi və bölünməsi haqda” xx.xx.1992-ci il tarixli 1694 №-li Sərəncamla İddiaçı Ləhic BTK 106 nömrəli bağ sahəsi ayrılmışdır (bənd 2.107). Qeyd olunan sərəncamlara əsas olan sənədlər əlavə edilməmişdir.
5. DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin **********45 №-li, xx.xx.2021-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 106 nömrəli BTK-ya dair ayrıc aktı arxiv qovluğunda aşkar edilməmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 0.12 hektardan ibarət olan 5831 saylı bağ sahəsi xx.xx.2003-cü il tarixli, 31817 nömrəli müqavilə və 2 saylı BİİM-nin 2-1(82)-900/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarı əsasında xx.xx.2020-ci il tarixdə X6 adına Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir.Eyni zamanda məktuba 106 nömrəli BTK nəzdində Ləhiş bağ massivində yerləşən bağ sahələrinin yerləşmə sxeminin təsdiq edilmiş surəti əlavə edilmişdir.
6. DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin **********63 saylı, xx.xx.2023-cü il tarixli məktubla təqdim olunmuş mütəxəssis rəyində qeyd olunmuşdur ki, faktiki göstərilən torpaq sahəsi hasar daxili 1200.0 kv.m təşkil edir (üzərində tikili yoxdur). Faktiki olaraq göstərilən 1200.0 kv.m torpaq sahəsinin koordinatları əlavə olunur.
X 1.412888.791, 2.412873.968, 3.412873.173 , 4.412912.615, 5.412927.137
Y 4492267.946, 4492286.567, 4492287.596, 4492316.077, 4492295.875
İddiaçı ayrılmış bağ sahəsinin nömrəsi 106 saylı X2 bölgü sxemində verilmədiyindən, bağın dəqiq koordinatlarını təyin etmək mümkün olmadı.Bu səbəblərdən üst-üstə düşüb-düşməməsini aydınlaşdırmaq mümkün olmamışdır. Vahid elektron kadastr baza məlumatlarına əsasən İddiaçı iddia etdiyi torpaq sahəsi faktiki olaraq **********32 reyestr nömrəsi ilə X6 adına 5831 saylı bağ nömrəsi kimi qeydiyyatdan keçmişdir.
7. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-900/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarın surətindən müəyyən olunur ki, iddiaçı X10 cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair reyestrdən çıxarışın verilməsi” tələbini irəli sürərək iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir.
8. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-900/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə, iddianın təmin edilməsi, Bakı şəhər İHB Aparatı X3 və İstismarı Birliyi ilə iddiaçı X10 arasında bağlanmış 5 avqust 2003-cü il tarixli 31817 saylı müqavilə əsasında iddiaçıya ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində yerləşən 5831 saylı bağ sahəsinə onun hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi öhdəliyinin DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.
9. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2171/2019 saylı qərarı ilə cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 may 2019-cu il tarixli, 21(82)-900/2019 saylı qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
10. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-655/2019 saylı xx.xx.2019-cu il tarixli qərarının surətindən müəyyən olunur ki, İddiaçı cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi ünvanında yerləşən, ümumi sahəsi 0,12 kv. metr olan 5831 nömrəli bağ sahəsinin koordinatlarının müəyyənləşdirilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
11. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-655/2019 saylı xx.xx.2019-cu il tarixli qərarı ilə iddianın qismən təmin edilməsi, Bakı şəhəri, Sbunçu rayonu, Ləhiş bağ sahəsi ünvanında yerləşən, ümumi sahəsi 0,12 kv. metr olan 58.31 nömrəli bağ sahəsinin koordinatlarının müəyyənləşdirilməsi ilə bağlı İddiaçı müraciəti üzrə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla, müvafiq inzibati aktın qəbul edilməsi barədə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə öhdəlik qoyulması qərara alınmışdır.
12. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2576/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə, cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin apellyasiya şikayətinin təmin edilməməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 655/2019 saylı, 25 iyul 2019-cu il tarixli qərarının mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
13. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) **********81 №-li, xx.xx.2019-cu il tarixli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” bildirişində qeyd olunmuşdur ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 5831 saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciətinə baxılmışdır. İdarənin arxiv əsaslarında eyni nömrəli bağ sahəsinə dair digər şəxsin adına müqavilə mövcuddur və həmin ərazi ilə bağlı müraciəti daxil olmuşdur. Həmçinin Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)2576/2019 saylı məhkəmə işi üzrə qanuni qüvvəyə minmiş yekun məhkəmə qərarı İdarəyə daxil olmamışdır.
14. Bakı şəhər İcra Hakimiyyətinin 7-945/17 saylı, xx.xx.2020-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli, 1694 saylı sərəncamı ilə vətəndaş İddiaçı Ləhicdə 106 saylı BTK-dən bağ sahəsi ayrılmışdır. Bakı şəhər İHB-nin xx.xx.2003-cü il tarixli, 381 saylı sərəncamı ilə vətəndaş X8 Ləhicdə 5831 №-li bağ sahəsi ayrılmışdır.
15. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti tərəfindən İddiaçı ünvanlanmış **********91 saylı, xx.xx.2020-ci il tarixli məktubda qeyd olunmuşdur ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 5831 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun bərpa olunmasına köməklik göstərilməsi barədə müraciətinə baxılmışdır. Qeyd olunan torpaq sahəsinin koordinatlarının müəyyənləşdirilməsi ilə bağlı iddiaçı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-655/2019 nömrəli qərarı ilə qismən təmin edilmiş və həmin torpaq sahəsinin naturada yerləşmə vəziyyətinə uyğun koordinatları məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş koordinatların əks etdirdiyi torpaq sahəsi başqa fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
16. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11107/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, ərizəçi İddiaçı Bakı İnzibati Məhkəməsinə ərizə təqdim edərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21(82)-900/2019 saylı iş üzrə 14 may 2019-cu il tarixli qərarının ləğv edilməsini və onun inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmasını xahiş etmişdir (səh. 2., abzas 6); Bakı İnzibati Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli qərardadı ilə İddiaçı ərizəsi təmin edilərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1( 82)-900/2019 saylı iş üzrə 14 may 2019cu il tarixli qərarı ləğv edilmiş, işə mahiyyəti üzrə baxılması təzələnmiş və İddiaçı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir (səh 3, abzas 2). Bakı İnzibati Məhkəməsinin 21(112)-11107/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçı X6 Cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (inzibati məhkəmə icraatına üçüncü şəxs İddiaçı cəlb olunmaqla) bağ sahəsinə dair reyestrdən çıxarışın verilməsi tələbinə dair iddiasının təmin olunmaması qərara alınmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
17. İddiaçı cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyəti Başçısının (bundan sonra mətndə Bakı şəhər İHB) Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar sahəsində 0,12 ha bağ sahəsinin X8 ayrılması haqqında 30 iyul 2003-cü il tarixli, 381 saylı sərəncamının etibarsız hesab olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
18. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər İHB-nin 21 oktyabr 1992-ci il tarixli, 1694 saylı sərəncamı ilə Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 14 iyun 1988-ci il tarixli, 6/333 nömrəli qərarı və Azərbaycan SSR Nazirlər Kabinetinin 2 iyun 1988-ci il tarixli, 195 nömrəli qətnaməsinə əsasən ona Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar sahəsində 106 nömrəli bağ-tikinti kooperativinin nəzdində sahəsi 0,12 ha olan 5831 nömrəli bağ sahəsi ayrılmış və 107 saylı müvafiq order verilmişdir. O, həmin bağ sahəsi üzərində hüquqlarının Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi) müraciət etmiş, lakin həmin İdarənin 13 dekabr 2019 cu il tarixli, **********81 nömrəli məktubu ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, İdarənin arxiv əsaslarında eyni nömrəli bağ sahəsinə dair digər şəxsin adına müqavilə mövcuddur və həmin ərazi ilə bağlı müraciəti daxil olmuşdur. Onun sorğularına cavab olaraq verilmiş DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin 21 fevral 2020-ci il tarixli, **********44 nömrəli məktubu və Bakı şəhər İHB-nin Aparatının 01 aprel 2020-ci il tarixli, 7-945/17 saylı məktubu ilə müəyyən olunmuşdur ki, göstərilən bağ sahəsi Bakı şəhər İHB-nin 30 iyul 2003-cü il tarixli, 381 saylı sərəncamı ilə X8 verilmişdir. Bununla bağlı o, yaranmış vəziyyətə aydınlıq gətirilməsi və qanunsuz sərəncamın ləğvi ilə əlaqədar Bakı şəhəri İH-yə müraciət etsə də müraciətləri cavabsız qalmışdır. Göründüyü kimi Bakı şəhər İH ona bağ sahəsi ayrılması barədə 21 oktyabr 1992-ci il tarixli, 1694 saylı sərəncamı qüvvədə olduğu, ləğv edilmədiyi halda heç bir əsas olmadan həmin bağ sahəsinin Leyla Rüstəmovaya verilməsi barədə 30 iyul 2003-cü il tarixli, 381 saylı qanunsuz sərəncam verməklə onun hüquqlarını pozmuşdur. Həmin qanunsuz inzibati akt verildiyi andan etibarsızdır.
19. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-110/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar sahəsində 0,12 ha bağ sahəsinin X8 ayrılması haqqında Bakı şəhər İcra Hakimiyyəti başçısının 30 iyul 2003-cü il tarixli 381 №li sərəncamı etibarsız hesab edilməsi qərara alınmışdır.
20. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, işin araşdırılan hallarından görünür ki, iddiaçı inzibati aktın etibarsız sayılması üçün yuxarıda qeyd olunan əsaslardan birinin (65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt) mövcudluğunu sübut edə bilmişdir.
21. Məhkəmə araşdırmaları zamanı inzibati aktın etibarsız hesab edilməsi üçün qanunda nəzərdə tutulmuş əsas aşkar edilmişdir. Belə ki, iş materiallarından müəyyən olunur ki, mübahisəli torpaq sahəsinin iddiaçıya ayrılması barədə xx.xx.1992-ci il tarixli inzibati akt (sərəncam) heç bir inzibati orqan və ya məhkəmə tərəfindən ləğv olunmadığı (qüvvədə olduğu) halda cavabdeh inzibati orqan tərəfindən həmin torpaq sahəsinin üçüncü şəxsə ayrılması barədə icrası mümkün olmayan xx.xx.2003-cü il tarixli inzibati akt (sərəncam) qəbul olunmuşdur.
22. Halbuki Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur (84.1). Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir (84.2).
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
23. Qərardan üçüncü şəxs X10 apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-110/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin gəlmiş olduğu mövqeyinə əsasən adına olan sərəncam inzibati icraat haqqında qanun tələbləri pozulmaqla verilməsini bildirmişdir.Həmin qanun 2005-ci ildə qəbul edilmişdir. Həmin qanunun müvafiq maddəsində qeyd edilir ki, bu qanun inzibati Prosesual Məcəllə qanuni qüvvəyə mindiyi vaxtdan eyni gündə qüvvəyə minir. Bakı şəhəri icra hakimiyyəti tərəfindən iddiaçıya verilmiş olan mübahisəli hesab edilən sənəd 2003-cü il tarixə aiddir. Göründüyü kimi məhkəmənin bu qanuna istinad edib iddiaçı tərəfindən verilmiş olan iddia tələbini təmin etməsi qanunsuz və əsassızdır. Məhkəmə adına verilmiş olan dövtət reyestrindən çıxarışın olub olmaması məsələsinə aydınlıq gətirsə də bunu hansı əsaslarla qeydə alınması onun adına olan sənədlə iddiaçının adına olan sərəncamın hansının üstün mövqeyinin olması, ən əsas da onun adına verilmiş 2003-cü il sənədini qanunsuz araşdırmamışdır.
d) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Apellyasiya şikayətinə iddia ərizəsinin məzmununa uyğun yazılı etiraz daxil olmuşdur.
e) Prosses iştirakçılarının izahatları
26. Məhkəmə kollegiyasının iclasında 3-cü şəxsin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
27. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
28. Məhkəmə Kollegiyasının iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir.Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
29. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində hüquqlarının yaranma əsasları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollardır. 44-cü maddəsinə əsasən torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin vəzifələri torpaqlardan səmərəli istifadə edilməsi və onların mühafizəsi məqsədilə torpaq qanunvericiliyinin tələblərinə bütün dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin əməl etməsini təmin etməkdən ibarətdir. 45-ci maddəsinə əsasən torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər.
30. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.11-ci maddəsinə əsasən əlverişsiz (yükləyici) inzibati akt-maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan akt. 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 65.1-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. 65.2-ci maddəsinə əsasən etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. 65.3-cü maddəsinə əsasən inzibati aktı qəbul etmiş inzibati orqan bu Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Bu barədə maraqlı şəxslərə həmin Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.
31. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
32. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
33. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
35. İddia tələbinin və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası qeyd edir ki, hazırda iddiaçı hüquqlarının pozulduğunu qeyd etməklə, üçüncü şəxsə torpaq sahəsinin ayrılması haqqında cavabdeh inzibati orqanın inzibati akt sayılan sərəncamının etibarsız hesab olunmasını tələb edir.
36. Tətbiq olunan maddi hüquq normasında (Qərarın-30-cu bəndi) inzibati aktın etibarsız sayılmasının konkret əsasları göstərilmişdir. Bu əsasların mövcud olması inzibati aktın heç bir hüquqi əhəmiyyətə malik olmadığını bildirir. Qanunvericiliyin bu əsasları dəqiq müəyyən etməsi ona xidmət edir ki, ilk növbədə aydın şəkildə inzibati aktı etibarsız edən hallar konkretləşdirilsin.
37. İşin araşdırılan hallarından görünür ki, iddiaçı inzibati aktın etibarsız sayılması üçün yuxarıda qeyd olunan əsaslardan birinin (“İnzibati icraat haqqında” Qanunun 65.1.5.-ci maddəsinə əsasən faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt) mövcudluğunu sübut edə bilmişdir. Məhkəmə araşdırmaları zamanı inzibati aktın etibarsız hesab edilməsi üçün qanunda nəzərdə tutulmuş əsas aşkar edilmişdir.
38. Belə ki, iş materiallarından müəyyən olunur ki, mübahisəli torpaq sahəsinin iddiaçıya ayrılması barədə xx.xx.1992-ci il tarixli inzibati akt (sərəncam) heç bir inzibati orqan və ya məhkəmə tərəfindən ləğv olunmadığı (qüvvədə olduğu) halda cavabdeh inzibati orqan tərəfindən həmin torpaq sahəsinin üçüncü şəxsə ayrılması barədə icrası mümkün olmayan xx.xx.2003-cü il tarixli inzibati akt (sərəncam) qəbul olunmuşdur.
39. Halbuki torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir ( Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84.1 və 84.2-ci maddəsi).
40. Qeyd olunanlara əsasən məhkəmə Kollegiyası hesab edir ki, mübahisələndirilən sərəncam cavabdeh inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozulmaqla qəbul edilmişdir.
41. Apellyasiya şikayətinin Bakı şəhər İHB-nin xx.xx.2003-cü il tarixli sərəncamına münasibətdə sonradan qəbul edilmiş və qüvvəyə minmiş “İnzibati icraat haqqında” Qanunun tətbiq edilməklə iddia tələbinin təmin edilməsi qanunsuz və əsassız olması barədə dəlilinə münasibətdə məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati aktın etibarsız hesab olunması barədədir və bu səbəbdən “İnzibati icraat haqqında” Qanunun 65.1.5.-ci maddəsinin hazırkı mübahisəyə tətbiq edilməsi istisna olunmur.
42. Bundan başqa Bakı İnzibati Məhkəməsinin 21(112)-11107/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı (Qərar qanun qüvvəsini almışdır.) ilə iddiaçı X6 Cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (inzibati məhkəmə icraatına üçüncü şəxs İddiaçı cəlb olunmaqla) bağ sahəsinə dair reyestrdən çıxarışın verilməsi tələbinə dair iddiasının təmin olunmaması qərara alınarkən məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, ..”Lakin digər tərəfdən həmin bağ sahəsinə dair X3 və istismarı Birliyinin 106 nömrəli BTK-nın 107 nömrəi orderinə və Bakı Şəhər XDS İK-nın (ŞİH) 21 oktyabr 1992-ci il tarixli 1694 nömrəli sərəncamına (müvafiq hissədə) münasibətdə «İnzibati icraat haqqında» Qanunun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından, habelə həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, üçüncü şəxs İddiaçı da etimadın qanunla qorunması hüququna malikdir. Bundan başqa, order və sərəncam geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. İPM-in 58-ci maddəsi və «İnzibati icraat haqqında» Qanunun 19-cu maddəsinin tələbləri baxımından həmin order və sərəncam (müvafiq hissədə) mötəbər sübut kimi qiymətləndirilməlidir. Belə olan halda məhkəmənin qənaətinə görə iddiaçı X10 ilə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuş İddiaçı faktiki olaraq eyni bağ sahəsinə iddialı olduqlarından və hər iki şəxsə verilən hüquqmüəyyənedici sənədlər - müqavilə və order qüvvədə olduğundan, lakin müvafiq bağ sahəsi üçüncü şəxs İddiaçı daha əvvəlki tarixdə (sərəncama görə 21 oktyabr 1992-ci il tarixdə) ayrıldığından, inzibati orqan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin “başqa şəxsin adına order mövcud olması” səbəbi ilə iddiaçının bağ sahəsinə hüququnun qeydiyyata alınmasından imtinası qanuna zidd sayıla bilməz. (i/V-186, həmin qərarın 7-ci səh.3 və 4-cü abzası).
43. Göründüyü kimi, Bakı şəhər İcra Hakimiyyəti Başçısının Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar sahəsində 0,12 ha bağ sahəsinin X8 ayrılması haqqında 30 iyul 2003-cü il tarixli, 381 saylı sərəncamının yuxarıda istinad olunan faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt kimi etibarsız hesab olunması üçün əsaslar mövcuddur.
44. İPM-nin tələblərinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. (maddə 58.7və 68.1)
45. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, 3-cü şəxsin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-110/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərarı dəyişdirilmədən saxlanılmalıdır.
46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-110/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlansın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.