Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-836/2023 06.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 və iddiaçının nümayəndəsi-vəkil Nümayəndə iştirakı ilə iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı «qərarın ləğv edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6289/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı "xxxx" MMC cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021ci il tarixli **********152137 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi aşağıdakılarla əsaslandırılmışdır: Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********138067 nömrəli qərarına əsasən iddiaçı "xxxx" MMC-də iyun 2017-may 2020 hesabat dövrlərini əhatə edən növbəti səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama xx.xx.2020-ci il tarixdə başlamış və xx.xx.2021-ci il tarixdə yekunlaşmışdır. Yoxlamanın müddəti 2 halda 60 gün müddətinə uzadılmış, 9 halda 274 gün dayandırılmış, 1 halda isə yoxlama aktının tərtib edilmə müddəti 30 gün müddətinə uzadılmışdır. Səyyar vergi yoxlamasının nəticəsi xx.xx.2021-ci il tarixli **********138568 nömrəli aktla rəsmiləşdirilmiş və həmin aktın əsasında xx.xx.2021-ci il tarixli **********152137 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul edilmişdir. Həmin Qərara əsasən iddiaçıya ümumilikdə 14 819 370,37 manat mənfəət hesablanmış və keçmiş illərin çıxılası zərərləri hesabına kompensasiya edilmişdir. Bundan başqa, 2015-2016-cı illər üzrə 366 675 018.82 manat (2015-ci il üzrə 247 594 684,47 manat, 2016-cı il üzrə 119 080 334,35 manat) keçmiş illərin çıxılası zərəri kimi növbəti illərə ötürülmüş zərər məbləği yoxlama ilə 2017-2019-cu illər üzrə bəyannamədə düzəliş edilərək azaldılmışdır. Aşağıda göstərilənlərə əsasən, iddiaçı barəsində qəbul edilmiş xx.xx.2021-ci il tarixli **********152137 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarı tamamilə əsassız və qanunsuz hesab edir: Cəmiyyət tərəfindən 2017-2019-cu illər üzrə təqdim edilmiş mənfəət vergisi bəyannamələrinə əsasən cəmiyyətin: 2017-ci il üzrə ümumi gəlirləri 107 998 736.09 manat, gəlirdən çıxılan xərcləri 116 682 571.57 manat, cari ilin zərəri 8 683 835.48 manat, keçmiş illərin çıxılası zərəri isə 427 462 326.51 manat; 2018-ci il üzrə ümumi gəlirləri 103 119 573.79 manat, gəlirdən çıxılan xərcləri 135 328 924.28 manat, cari ilin zərəri 32 209 350.49 manat, keçmiş illərin çıxılası zərəri isə 432 839 866.88 manat; 2019-cu il üzrə ümumi gəlirləri 115 616 304.91 manat, gəlirdən çıxılan xərcləri 164 559 119.18 manat, cari ilin zərəri 48 942 814.27 manat, keçmiş illərin çıxılası zərəri isə 450 541 426.52 manat bəyan edilmişdir. Yoxlamanın nəticəsinə dair tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktda qeyd edilənlərə əsasən yoxlama nəticəsində cəmiyyətin: 2017-ci il üzrə cəmiyyətin ümumi gəlirləri 107,998,736.09 manat, o cümlədən vergidən azad olunan gəliri 107 788 896.79 manat, həmin gəlirlə bağlı xərcləri 116 682 571.55 manat, vergiyə cəlb edilən gəliri 209 839.30 manat, həmin gəlirlə bağlı xərcləri 0 manat, vergiyə cəlb edilən mənfəəti 209 839.30 manat, keçmiş illərin çıxılası zərəri 60 787 307.69 manat; 2018-ci il üzrə cəmiyyətin ümumi gəlirləri 103,119,573.09 manat, o cümlədən vergidən azad olunan gəliri 95 712 140.50 manat, həmin gəlirlə bağlı xərcləri 134 163 912.67 manat, vergiyə cəlb edilən gəliri 7 407 433.29 manat, həmin gəlirlə bağlı xərcləri 1 165 011.55 manat, vergiyə cəlb edilən mənfəəti 6 242 421.74 manat, keçmiş illərin çıxılası zərəri 57 481 012.58 manat; 2019-cu il üzrə cəmiyyətin ümumi gəlirləri 115,616,304.91 manat, o cümlədən vergidən azad olunan gəliri 104 623 529.07 manat, həmin gəlirlə bağlı xərcləri 164 173 707.08 manat vergiyə cəlb edilən gəliri 10 992 775.84 manat, həmin gəlirlə bağlı xərcləri 385 412.02 manat, vergiyə cəlb edilən mənfəəti 10 607 363.82 manat, keçmiş illərin çıxılası zərəri 10 607 363.82 manat müəyyən edilmişdir. Qeyd olunanların qarşılıqlı təhlilindən aydın olur ki, iddiaçı Vergi Məcəlləsində nəzərdə tutulmuş mənfəət vergisi üzrə güzəşt və azadolmalardan istifadə etmədən, fəaliyyəti nəticəsində əldə etdiyi bütün gəlirləri ümumi qaydada mənfəət vergisinə cəlb etdiyi halda, cavabdeh vergi orqanı həmin gəlirlərin bir qismini (gəmiqayırma fəaliyyəti ilə bağlı gəlirləri) azad olunan gəlirlər sırasına, digər qismini (metal qırıntılarının satışından və “BP Exploration Limited (Şahdəniz)” şirkəti ilə bağlanmış müqaviləyə əsasən boruların qorunub-saxlanmasından əldə olunan gəlirləri) isə vergiyə cəlb edilən gəlirlər sırasına daxil etmiş və vergi ödəyicisi 2017-2019-cu illəri zərərlə başa vurduğu halda, iddiaçının vergiyə cəlb edilən mənfəətini 2017-ci il üzrə 209 839.30 manat, 2018-ci il üzrə 6 242 421.74 manat, 2019-cu il üzrə 10 607 363.82 manat, ümumilikdə 17 059 624.86 manat (yekun qərar qəbul edilən zaman 2018-ci il üzrə zərər 825 222.8 manat, 2019-cu il üzrə isə 1 415 031.69 manat artırıldığından, vergiyə cəlb edilən mənfəət 14 819 370.37 manat müəyyən edilmişdir) müəyyən etmiş, 2012- 2014-cü illlərin çıxılası zərərlərini nəzərə almaqla, iddiaçıya hər hansı mənfəət vergisi hesablanmamışdır. Eyni zamanda, cavabdeh vergi orqanı iddiaçının 2015-2016-cı illər üzrə çıxılası zərərlərini 2015-ci il üzrə 247 594 684.47 manat, 2016-cı il üzrə 119080 334.35 manat, ümumilikdə isə 366 675 018.82 manat azaltmışdır.» Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: . «…Səyyar vergi yoxlamasının nəticələri xx.xx.2021-ci il tarixli **********138568 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmiş, həmin akt əsasında “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********152137 qərar qəbul edilmişdir. Müəssisə tərəfindən vergi orqanına təqdim olunmuş mənfəət vergisi bəyannaməsinə əsasən müəssisənin 2017-ci ildə çıxılmadan sonra ümumi gəlirləri 107 998 736.09 manat, ümumi gəlirdən çıxılan xərcləri 116 682 571.57 manat təşkil etmiş, il 8683835.48 manat zərərlə başa vurulmuşdur. Faiz üzrə mənbədən tutulan və büdcədən qaytarılası faiz məbləği 6290.16 manat olmuşdur. Müəssisə tərəfindən vergi orqanına təqdim olunmuş mənfəət vergisi bəyannaməsinə əsasən 2018-ci ildə çıxılmadan sonra ümumi gəlirləri 103 119 573.79 manat, ümumi gəlirdən çıxılan xərcləri 135 328 924.28 manat təşkil etmiş, maliyyə nəticəsi 32 209 350.49 manat zərərlə başa vurulmuşdur. Müəssisə tərəfindən vergi orqanına təqdim olunmuş mənfəət vergisi bəyannaməsinə əsasən 2019-cu ildə çıxılmadan sonra ümumi gəlirləri 115 616 304.91 manat, ümumi gəlirdən çıxılan xərcləri 164 559 119.18 manat təşkil etmiş, maliyyə nəticəsi 48 942 817.24 manat zərərlə başa vurulmuşdur. Müəssisə yoxlanılan dövrdə gəmi tikintisi və təmiri, üzən qurğuların təmiri və onlara texniki xidmətlərin göstərilməsi fəaliyyəti ilə məşğul olmuşdur. Eyni zamanda icarə, saxlanc müqavilələri əsasında xidmətlər yerinə yetirmişdir. "xxxx" MMC xx.xx.2015-ci il tarixdə (Qeydiyyat **********0) "xxxx" MMC-nin qərarı ilə “Qaradağ Sənaye Parkı”nın rezidentinin şəhadətnaməsini almış və gəmiqayırma fəaliyyəti üzrə mənfəət vergisindən azad olunmuşlar. Lakin güzəşt və azadolmaya aid olmayan fəaliyyətlə bağlı əldə edilmiş gəlirlər üzrə ayrıca uçot aparılmamış və müvafiq gəlirlərdən mənfəət hesablanmamışdır. Belə ki, boruların saxlanmasından, icarədən gəlirlər (“BP” Eksplopreyşn ilə müqavilə)- sair gəlirlər: (Metallom satışından və.s icarədən)- mənfəət vergisi məqsədləri üçün azadolan gəlirlərə aid olmadığına görə göstərilən müvafiq gəlirlərə görə çəkilən xərclər çıxılmaqla mənfəət hesablanmamışdır. Yoxlama ilə bəyannamələrdə Vergi Məcəlləsinin 104-cü, 106.1.13-cü maddələrinə müvafiq güzəştli vergitutma obyekti olan gəlirlər ayrıca hesablanmış, digər gəlirlər və satışdankənar gəlirlər vergiyə cəlb edilən gəlirlərə aid edilmişdir. Yoxlama ilə 2017-ci ildə çıxılmadan sonra ümumi gəlirlər 107 998 736.09 manat, o cümlədən ümumi gəlirdən çıxılan, vergidən azad olunan gəlirlər 107 788 896,79 manat, digər çıxılmalardan sonra xərcləri 116 682 571.55 manat təşkil etmiş, vergiyə cəlb olunmalı mənfəət 209 839,30 manat, keçmiş illərin çıxılası zərərləri nəzərə alınmaqla, maliyyə nəticəsi mənfəətlə nəticələnməmişdir. 2018-ci ildə çıxılmadan sonra ümumi gəlirləri 103 401 491,34 manat, o cümlədən 103 119 573.79 manat ümumi gəlirdən çıxılan, vergidən azad olunan gəlirlər 95 712 140,5 manat, çıxılmadan sonra gəlirlər 7 404 433,29 manat, cəmi xərcləri 135 328 924.28 manat, o cümlədən vergidən azad olunan fəaliyyətlə bağlı xərclər 134 163 912.67 manat təşkil etmiş, vergiyə cəlb olunan balans mənfəəti 6 242 421,74 manat, keçmiş illərin (2013-2014-2015-2016-cı illərin) zərəri nəzərə alınmaqla maliyyə hesabatı mənfəətlə nəticələnməmişdir. Müəssisənin 2019-cu ildə çıxılmadan sonra ümumi gəlirləri 115 616 304.91 manat, ümumi gəlirdən çıxılan, vergidən azad olunan gəlirləri 104 623 529,0 manat, cəmi xərcləri 164 559 119.10 manat o cümlədən vergidən azad olunan fəaliyyətlə bağlı olan xərclər, 164 173 707.08 manat təşkil etmiş, balans mənfəəti vergiyə cəlb olunmalı mənfəət 10 607 363,82 manat təşkil etmiş, keçmiş illərin (2013-2014-2015-2016-cı illərin) zərərləri nəzərə alınmaqla maliyyə nəticəsi mənfəətlə hesablanmamışdır. Mənfəət vergisindən azad olunan fəaliyyət üzrə gəlir və xərclərin bəyannamədə düzgün göstərilməməsi nəticəsində 2015-2016-cı illər üzrə 366 675 018.82 manat (2015-ci il üzrə 247 594 684.47 manat, 2016-cı il üzrə 119 080 334.35 manat) keçmiş illərin çıxılası zərəri kimi növbəti illərə ötürülmüş zərər məbləği yoxlama ilə 2017-2019-cu illər üzrə bəyannamədə düzəliş edilərək azaldılmışdır. Vergi ödəyicisi vergi orqanı tərəfindən vergi ödəyicilərinə qanunla verilmiş hüququ öz mülahizələrinə əsasən iddiaçının vəzifəsi olaraq qiymətləndirməklə cəmiyyətə münasibətdə əlverişsiz inzibati akt qəbul edildiyini bildirmişdir. Vergi Məcəlləsinin 24.0.1-ci maddəsinə əsasən vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək, vergi qanunvericiliyinə tam və dəqiq riayət etmək vergi orqanlarının vəzifələrinə aid edilmişdir. Buna əsasən vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti tədbirləri zamanı vergi ödəyicisinin fəaliyyəti üzrə Vergi Məcəlləsində nəzərdə tutulmuş güzəşt və azadolmalar nəzərə alınmaqla vergi öhdəlikləri müəyyən edilməlidir. Belə ki, Vergi Məcəlləsinin 16.1.3- cü maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifəsi olaraq müəyyənləşdirilmişdir. Eyni zamanda, müvafiq rezidentlik şəhadətnaməsi üzrə qanunvericilikdə nəzərdə tutulmuş güzəşt və azadolmaların bir hissəsindən istifadə edib, digər hissəsindən istifadə edilməməsi qanunvericilikdə nəzərdə tutulmamışdır və Vergi Məcəlləsində vergi ödəyicisinə münasibətdə belə bir imtiyaz müəyyən edilməmişdir. Halbuki vergi ödəyicisi tərəfindən qeyd edilən fəaliyyət növünün ƏDV ilə bağlı hissəsində güzəştdən istifadə etmiş, lakin mənfəət hesablanması məqsədləri üçün güzəşt və azadolmadan istifadə etməmişdir. İddiaçı Qaradağ Sənaye Parkı ərazisində həyata keçirdiyi fəaliyyət nəticəsində əldə etdiyi gəlirləri Vergi Məcəlləsində nəzərdə tutulan azadolmadan istifadə etmədən ümumi qaydada mənfəət vergisi məqsədləri üçün vergiyə cəlb etdiyi halda, cavabdeh vergi orqanı həmin fəaliyyətdən əldə olunan gəlirlərin bir qismini vergidən azad olunan, digər qismini isə vergiyə cəlb edilən gəlirlər siyahısına daxil edərək, vergi ödəyicisinə münasibətdə əlavə vergi öhdəliyinin hesablanmasının iddiaçının qanunla qorunan hüquq və maraqlarının pozulması ilə nəticələndiyini bildirmişdir. Müəssisə yoxlanılan dövrdə gəmi tikintisi və təmiri, üzən qurğuların təmiri və onlara texniki xidmətlərin göstərilməsi fəaliyyəti ilə məşğul olmuşdur. Eyni zamanda icarə, saxlanc müqavilələri əsasında xidmətlər yerinə yetirmişdir. "xxxx" MMC xx.xx.2015-ci il tarixdə (Qeydiyyat **********0) "Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin qərarı ilə “Qaradağ Sənaye Parkı”nın rezidentinin şəhadətnaməsini almış və gəmiqayırma fəaliyyəti üzrə mənfəət vergisindən azad olunmuşlar. Lakin azadolmaya düşən gəlirlər üzrə ayrıca uçot aparılmamış və müvafiq gəlirlərdən mənfəət hesablanmamışdır. Belə ki, boruların saxlanmasından, icarədən gəlirlər (“BP” Eksplopeyşn ilə müqavilə)- sair gəlirlər: (Metallom satışından və.s icarədən) - mənfəət vergisi məqsədləri üçün azadolan gəlirlərə aid olmadığına görə göstərilən müvafiq gəlirlərə görə çəkilən xərclər çıxılmaqla mənfəət hesablanmamışdır. Yoxlama ilə bəyannamələrdə Vergi Məcəlləsinin 104-cü, 106.1.13-cü maddələrinə müvafiq güzəştli vergitutma obyekti olan gəlirlər ayrıca hesablanmış, digər gəlirlər və satışdankənar gəlirlər vergiyə cəlb edilən gəlirlərə aid edilmişdir. Bununla bağlı, vergi ödəyicisinin sənaye parkındakı fəaliyyəti ilə bağlı olmayan digər gəlirlərinin vergidən azad olunması qanunvericilikdə nəzərdə tutulmadığından həmin gəlirlər ümumi qaydada vergiyə cəlb edilir. Bakı Gəmiqayırma Zavodu MMC (rezident) ilə SKSP MMC (Operator) arasında olan müqavilənin 2.2-ci bəndinə əsasən operator, rezident tərəfindən torpaq sahəsində investisiya layihəsinə uyğun gəmilərin tikintisi, təmiri və ümumi dəniz və ofşor mühəndislik işlərinin yerinə yetirilməsinə razılıq verir. Müqavilənin 9-cu bəndinə əsasən Rezident tərəfindən operator ilə razılaşmaqla xidmətlər göstərilə bilər. Əlavə olaraq müqavilənin əlavəsinə əsasən Layihənin təyinatı: Müxtəlif növ gəmilərin tikintisi, təmiri və ümumi dəniz və ofşor mühəndislik işlərinin yerinə yetirilməsidir. İddia ərizəsində cavabdeh vergi orqanının 2015-2016-cı illər üzrə növbəti illərə ötürülmüş zərərləri səyyar vergi yoxlaması zamanı yoxlamaqla və 2017-2019-cu illər üzrə təqdim edilmiş mənfəət vergisi bəyannamələrində azaltmaqla vergi qanunvericiliyinin tələblərinin pozduğunu bildirilmişdir. Vergi orqanı tərəfindən vergi ödəyicisinin 2015-2016cı illər üzrə mənfəət vergisi bəyannamələri yoxlanılmamışdır. Belə ki, vergi orqanı tərəfindən vergi ödəyicisinin yoxlama ilə əhatə olunan dövr üzrə təqdim edilmiş mənfəət vergisi bəyannamələrində əks etdirilmiş zərər məbləğlərinin düzgün olmaması səbəbindən azaldılmışdır. Başqa sözlə, vergi ödəyicisinin 2015-2016-cı illər üzrə təqdim etdiyi mənfəət bəyannamələrində hər hansı düzəlişlər edilməmiş və hər hansı hesablamalar aparılmamışdır. Qeyd edilən zərərlərin azaldılması ilə bağlı isə bildirilir ki, mənfəət vergisinin vergitutma obyekti Vergi Məcəlləsinin 104-cü maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. Yoxlama zamanı müəyyən edilmişdir ki, vergi ödəyicisinin əsas gəlirləri Vergi Məcəlləsinin 106.1.13-cü maddəsinə əsasən mənfəət vergisindən azaddır və bununla bağlı çəkilmiş xərclərdən kompensasiya edilə bilən zərər yaranmadığı halda vergi ödəyicisi həmin gəlirlərlə bağlı çəkilmiş xərcləri gəlirin əldə edilməsi ilə bağlı xərclərdə nəzərə almış və qanunvericiliyin tələblərinə zidd olaraq zərər yaratmışdır. Nəticədə mənfəət vergisindən azad olunan fəaliyyət üzrə gəlir və xərclərin bəyannamədə düzgün göstərilməməsi nəticəsində 2015- 2016-cı illər üzrə 366 675 018.82 manat (2015-ci il üzrə 247 594 684.47 manat, 2016-cı il üzrə 119 080 334.35 manat) keçmiş illərin çıxılası zərəri kimi növbəti illərə ötürülmüş zərər məbləği yoxlama ilə 2017-2019-cu illər üzrə bəyannamədə düzəliş edilərək azaldılmışdır…» Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6289/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir və apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: «…İddiaçı Vergi Məcəlləsində ona verilmiş hüquqdan bir halda istifadə etmiş, digər halda isə istifadə etməmişdir ki, bu halı vergi qanunvericiliyində qadağan edən hər hansı norma mövcud deyildir. Vergi qanunvericiliyində vergi ödəyicilərinə münasibətdə müəyyən vergilər üzrə güzəşt və azadolmalar müəyyənləşdirilə bilər və Vergi Məcəlləsində həmin güzəşt və azadolmalardan istifadə etmək vergi ödəyicisinin vəzifəsi (öhdəliyi) deyil, hüququ kimi təsbit edilmiş, vergi ödəyicilərinin hüquq və mənafelərini gözləmək isə vergi orqanının vəzifəsi kimi müəyyən edilmişdir. Hazırkı işdə iddiaçı vergi qanunvericiliyində nəzərdə tutulmuş güzəşt və azadolmalardan istifadə etmədən bütün gəlirlərini mənfəət vergisi məqsədləri üçün vergiyə cəlb etdiyi halda, vergi orqanı güzəşt və azadolmalardan istifadəni vergi ödəyicilərinin vəzifəsi kimi qiymətləndirərək iddiaçıya münasibətdə qanunsuz inzibati akt qəbul etmiş və işə baxmış hakim də vergi orqanının hüquqa zidd mövqeyi ilə razılaşaraq iddiaçının vergi orqanı tərəfindən pozulmuş hüquqlarına göz yummuşdur. Məhkəmənin dəlilinin əksinə olaraq Vergi Məcəlləsinin 159.8-ci maddəsini misal çəkə bilərik. Belə ki, həmin maddəyə əsasən ƏDV ödəyicisi kimi qeydiyyatdan keçməyən şəxslərin ƏDV tətbiq etməklə aparılan əməliyyatları, habelə ƏDV-dən azad edilən və ya sıfır (0) dərəcə ilə ƏDV-yə cəlb edilən, lakin ƏDV tətbiq etməklə aparılan əməliyyatları vergitutma obyektidir. Qeyd olunan normanın mənası odur ki, vergi ödəyicisi ƏDV- dən azad olunan əməliyyata (satışa, xidmətə və s.) ƏDV tətbiq etdiyi, yəni apardığı əməliyyat ƏDV-dən azad olunduğu halda, vergi ödəyicisi ona verilən hüquqdan istifadə etmədən, həmin əməliyyata ƏDV tətbiq etdiyi halda, həmin əməliyyat vergitutulan əməliyyat hesab edilir və ümumi qaydada ƏDV-yə cəlb edilir. Qanunverici, aparılan əməliyyat ƏDV-dən azad olunduğu halda, həmin azadolmadan istifadə etmədən əməliyyatın dəyərinə ƏDV tətbiq edilməsini vergi ödəyicisinə qadağan etməmiş və güzəştdən (azadolmadan) istifadəni məhkəmənin mövqeyinin əksinə olaraq vergi ödəyicisinin vəzifəsi olaraq təsbit etməmişdir. Başqa sözlə, qanunverici, vergilər üzrə güzəşt və azadolmalardan istifadəni vergi ödəyicisinin vəzifəsi (öhdəliyi) deyil, hüququ kimi təsbit etmiş və həmin güzəşt və azadolmadan istifadə edilmədiyi təqdirdə, aparılmış əməliyyat (təqdim edilmiş mallar, göstərilmiş xidmətlər və ya görülmüş işlərin dəyəri) ümumi qaydada vergiyə cəlb edilir. Vergi Məcəlləsində vergidən azad olunmuş əməliyyatın vergiyə cəlb edilməsinin mümkünlüyünə dair norma mövcud olduğu halda, işə baxmış hakim vergi orqanının səhvini təkrarlayaraq, qanunla nəzərdə tutulmuş hüququ vergi ödəyicisinin vəzifəsi kimi qiymətləndirərək kobud səhvə yol vermişdir. Vergi Məcəllsinin 104.1, 106.1.13, 108.2 və 121-ci maddələrinin qarşılıqlı təhlilindən aydın olur ki, vergiyə cəlb edilən gəlirlər ilə həmin gəlirlərin əldə edilməsi bağlı çəkilmiş xərclər arasında fərq vergi ödəyicisinin mənfəəti hesab edilir və ümumi qaydada vergiyə cəlb edilir. Vergi ödəyicisi həm vergidən azad olunan, həm də vergiyə cəlb edilən gəlirlər əldə etdikdə, həmin gəlirlərin əldə edilməsi ilə bağlı xərclər mütənasib olaraq bölüşdürülür və vergidən azad olunan gəlirlər ilə bağlı xərclər vergi ödəyicisinin vergiyə cəlb edilən mənfəəti hesablanan zaman nəzərə alınmır. İş materiallarından göründüyü kimi, iddiaçı vergidən azad olunan gəlirlərini ümumi şəkildə vergiyə cəlb etdiyindən, vergiyə cəlb edilən mənfəət hesablanan zaman həmin gəlirlərin əldə edilməsi ilə bağlı xərcləri də nəzərə almışdır. Lakin işə baxmış hakim düzgün olmayaraq hesab etmişdir ki, iddiaçı vergidən azad olunan gəlirləri vergiyə cəlb edərək növbəti illərə ötürülən zərər yaratmışdır. Halbuki, işə baxmış hakim düşünməmişdir ki, iddiaçı bütün gəlirlərini qanunvericiliyin ona verdiyi hüquqdan istifadə edərək vergidən azad edilən gəlirlər sırasına daxil etməklə, nəticədə hər hansı mənfəət vergisi öhdəliyi yaratmayan vergi bəyannaməsi də təqdim edə bilərdi. Başqa sözlə desək, iddiaçı üçün bütün gəlirləri vergiyə cəlb etmək ilə həmin gəlirləri vergidən azad olunan gəlirlər sırasına daxil etmək arasında hər hansı fərq yoxdur, çünki hər iki halda da iddiaçının dövlət büdcəsi qarşısında hər hansı mənfəət vergisi öhdəliyi yaranmır. Lakin işə baxmış hakim işin hallarından bixəbər olduğundan bir yandan iddiaçının gəlirlərini vergidən azad olunan gəlir kimi qiymətləndirmiş, digər yandan isə vergi orqanı tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli**********152137 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərarın ləğvinə dair iddia azad olunan gəlir kimi qiymətləndirilməsi sonuncunun hər hansı vergi öhdəliyinin yaranmadığını, dolayısı ilə iddiaçının vergi məsuliyyətinə cəlb edilməsi haqqında qərarın qanunsuz olduğunu təsdiq edir. Belə ki, vergi orqanı bu halda ancaq Vergi Məcəlləsinin 49.1.2-ci maddəsinə əsasən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması haqqında qərar qəbul edə bilərdi. Hakim işin hüquqi və faktiki hallarını tam və hərtəfərli araşdırmış olsaydı başa düşərdi ki, mübahisənin əsas predmeti vergi orqanı tərəfindən məqsədli şəkildə iddiaçının gəlirlərinin bir hissəsinin (icarə fəaliyyətinin) vergiyə cəlb edilən, digər hissəsinin isə vergidən azad olunan gəlirlər sırasına daxil edilməsi olmuşdur. Belə tələbimizi təmin etməmişdir. Halbuki, iddiaçının gəlirlərinin vergidən ki, vergi orqanı bu cür fərqləndirmə nəticəsində iddiaçıya mənfəət vergisi üzrə öhdəlik yaratmış və bu hala iddia ərizəsində, eləcə də şifahi məhkəmə baxışı zamanı xüsusi diqqət ayrıldığı halda, məhkəmə tərəfindən gözardı edilmiş və hər hansı hüquqi qiymət verilməmişdir. Başqa sözlə, mübahisənin predmetini iddiaçının gəlirlərinin vergi orqanı tərəfindən hansı əsasla vergidən azad olunan və vergiyə cəlb edilən olmaqla iki hissəyə bölünməsi təşkil etdiyi halda, məhkəmə bu hala ümumiyyətlə qiymət vermədən iş üzrə yekun nəticəyə gəlmişdir. Halbuki, iddiaçının nümayəndəsi və hakim məhkəmə araşdırması zamanı cavabdeh vergi orqanı tərəfindən vergiyə cəlb edilmiş icarə fəaliyyətinə dair cavabdehin nümayəndəsindən sübutların təqdim edilməsini tələb etdiyi halda, cavabdeh vergi orqanı tərəfindən məhkəməyə buna dair hər hansı sübut təqdim edilməmişdir. "xxxx" MMC Qaradağ Sənaye Parkının idaeredici təşkilatı "xxxx" MMC ilə bağlanmış xx.xx.2017-ci tarixli Müqaviləyə və xx.xx.2015-ci il tarixli qeydiyyat şəhadətnaməsinə əsasən rezident qismində Parkın ərazisində müxtəlif növ gəmilərin tikintisi, təmiri və ümumi dəniz və ofşor mühəndislik işlərinin yerinə yetirilməsi fəaliyyətini həyata keçirir. Vergi Məcəlləsinin 13.2.52, 67-1.3, 67-1.4 və 106.1.3-cü maddələrinə əsasən sənaye parkının qeydiyyat şəhadətnaməsini almış hüquqi şəxs (sənaye parkının rezidenti) sənaye parkının ərazisində investisiya layihəsi əsasında həyata keçirdiyi bütün faəliyyət növləri üzrə mənfəət vergisindən sənaye və texnologiyalar parkında qeydiyyata alındıqları hesabat ilindən başlayaraq -10 il müddətinə azaddır. Göründüyü kimi, Vergi Məcəlləsinin yuxarıda qeyd olunan tələblərinə əsasən iddiaçının Qaradağ Sənaye Parkı ərazisində idarəedici təşkilat ilə bağladığı müqaviləyə əsasən investisiya layihəsi çərçivəsində həyata keçirdiyi bütün fəaliyyət növləri mənfəət vergisi məqsədləri üçün vergidən azad edildiyi halda, iddiaçı həmin hüquqdan istifadə etmədən bütün gəlirlərini ümumi şəkildə vergiyə cəlb etmiş, lakin vergi orqanı həmin fəaliyyətdən əldə olunan gəlirlərin bir qismini vergidən azad olunan, digər qismini isə vergiyə cəlb edilən gəlirlər siyahısına daxil edərək, vergi ödəyicisinə münasibətdə əlavə vergi öhdəliyi hesablamışdır ki, bu da iddiaçının qanunla qorunan hüquq və maraqlarının pozulması ilə nəticələnmişdir. Məhkəmənin 4-cü - Mənfəət vergisindən azad olunan fəaliyyət üzrə gəlir və xərclərin bəyannamədə düzgün göstərilməməsi nəticəsində 2015-2016-cı illər üzrə 366.675.018,82 manat keçmiş illərin çıxılası zərəri kimi növbəti illərə ötürülmüş zərər məbləğinin yoxlama ilə 2017-2019-cu illər üzrə bəyannamədə düzəliş edilərək azaldılması barədə dəlilinə münasibətdə, məhkəmə növbəti dəfə vergi qanunvericiliyinin normalarını gözardı edərək qanunsuz nəticəyə gəlmişdir. Vergi orqanları səyyar vergi yoxlaması zamanı mənfəət vergisi məqsədləri üçün vergi ödəyicisinin fəaliyyətinin son 3 təqvim ilini yoxlaya bilər. Bu zaman 3 illik müddət hesabat dövrünün qurtardığı tarixdən səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarın tarixədənək olan dövrü əhatə edir. Hazırkı işdə səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarın xx.xx.2020-ci il tarixdə qəbul edildiyini nəzərə alsaq, vergi orqanı hesabat dövrü xx.xx.2016-cı il tarixdə bitən 2015-ci ilin Mənfəət vergisini və xx.xx.2017-ci ildə bitən 2016-cı ilin Mənfəət vergisini səyyar vergi yoxlaması çərçivəsində yoxlamaq hüququna malik olmamışdır. Belə ki, səyyar vergi yoxlamasının əhatə edə biləcəyi əvvəlki 3 illik müddət mənfəət vergisinə münasibətdə 2015-ci il üzrə xx.xx.2019-cu, 2016-cı il üzrə isə xx.xx.2020-ci il tarixdə bitmişdir. Lakin buna baxmayaraq, cavabdeh vergi orqanı iddiaçının 2015-2016-cı illər üzrə vergiyə cəlb edilən gəlirlərini eyni qaydada vergidən azad olunan gəlir kimi qiymətləndirərək həmin illər üzrə 366.675.018,82 manat zərər məbləğini silmişdir. Göründüyü kimi, cavabdeh vergi orqanı 2015-2016-cı illər üzrə növbəti illərə ötürülmüş zərərləri səyyar vergi yoxlaması zamanı yoxlamaqla və 2017-2019-cu illər üzrə təqdim edilmiş mənfəət vergisi bəyannamələrində azaltmaqla vergi qanunvericiliyinin tələblərini və iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. Qeyd edim ki, 2017-2019-cu illər üzrə təqdim edilmiş Mənfəət vergisi bəyannaməsinin səyyar vergi yoxlaması ilə əhatə olunan dövrlərə aid olması, vergi orqanına əvvəlki - 2015-2016-cı illər üzrə keçirilmiş zərərlərin yoxlamasımasma hüquq vermir. Belə ki, cavabdeh vergi orqanı hazırkı səyyar vergi yoxlaması zamanı sadəcə yoxlama ilə əhatə olunan 2017-2019-cu illər üzrə növbəti illərə keçirilmiş zərərlərinin düzgünlüyünü yoxlaya bilərdi. Bütün yuxarıda qeyd edilənlərə baxmayaraq, işə baxmış hakim, vergi qanunvericiliyinin iş üzrə tətbiq edilməli olan açıq və imperativ normalarını gözardı edərək, sadəcə öz təxəyyülünün nəticəsi olan qanunsuz qərar qəbul etmişdir. Məhkəmə bir yandan iddiaçının fəaliyyətinin vergidən azad olunan fəaliyyət olduğunu qəbul etsə də, digər yandan iddiaçıya əlavə vergi öhdəliyi hesablanması barədə iznibati aktın ləğv edilməsinə dair iddia tələbini rədd etmişdir.» Məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçının nümayəndəsi vəkil Nümayəndə apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən cavabdehin nümayəndəsi İ.Abbasov apellyasiya şikayətinə etiraz edərək, iddia ərizəsinə etiraza uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş edir. İİ.Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının apelyasiya şikayətinin qeyd olunan dəlillərindən göründüyü kimi, "xxxx" MMC-nin «Qaradağ Sənaye Parkı»nın rezidenti olaraq, Vergi Məcəlləsinin 13.2.52, 67-1.3, 67-1.4 və 106.1.3-cü maddələrinə əsasən sənaye parkının ərazisində investisiya layihəsi əsasında həyata keçirdiyi bütün faəliyyət növləri üzrə mənfəət vergisindən sənaye və texnologiyalar parkında qeydiyyata alındıqları hesabat ilindən başlayaraq 10 il müddətinə azad olduğunu mübahisələndirərək, vergi orqanı tərəfindən keçirilmiş səyyar vergi yoxlamasının nəticələrini əsassız sayır. Məhkəmə kollegiyası aşağıdakılara görə iddiaçının qeyd olunan dəlilləri ilə razılaşmır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vergi qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Məcəllədən və onlara uyğun olaraq qəbul edilmiş Azərbaycan Respublikasının qanunvericilik aktlarından ibarətdir. Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanunun 62.1-ci maddəsinə əsasən bu Konstitusiya Qanununun məqsədləri üçün suiistifadə amilləri dedikdə, normativ hüquqi aktın tətbiqi zamanı sui-istifadənin təzahürünə səbəb olan, o cümlədən sui-istifadə təcrübəsinin bilavasitə əsası olan, yaxud sui-istifadə əməllərinə legitim şərait yaradan, sui-istifadə əməllərinə yol verən və ya onlara təhrik edən normativ hüquqi aktların müddəaları (o cümlədən, normanın və hüquqi düsturların qüsurları) nəzərdə tutulur. Həmin Qanunun 67.5-ci maddəsinə əsasən mənafelər balansının pozulması nəticəsində bir subyektlər qrupunun zərərinə olaraq digər subyektlər qrupuna güzəştlərin və imtiyazların xüsusi norma müəyyən edilməsi yolu ilə verilməsinə yol verilmir. Azərbaycan Respublkasının Mülki Məcəlləsinin 560.2-ci maddəsinə əsasən 560.2ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublkasının Mülki Məcəlləsinin Vergi Məcəlləsinin 16.1.3-cü maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 53.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş vergi ödəyiciləri, vergi agentləri və onların nümayəndələri, habelə vergi orqanlarının vəzifəli şəxsləri vergi qanunvericiliyinin pozulmasına görə bu Məcəllə, Azərbaycan Respublikasının İnzibati xətalar Məcəlləsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. İş materiallarına əsasən müəyyən olunur ki, iddiaçı "xxxx" MMC xx.xx.2015-ci il tarixdə “Qaradağ Sənaye Parkı”nın rezidentinin şəhadətnaməsini almış və gəmiqayırma fəaliyyəti üzrə mənfəət vergisindən azad olunmuşdur. Lakin səyyar vergi yoxlamasının nəticələrinə əsasən müəyyən olunumşdur ki, cəmiyyət tərəfindən azadolmanı əhatə edən əməliyyatlarına dair gəlirləri üzrə ayrıca uçot aparılmamışdır. Belə ki, cəmiyyət boruların saxlanmasından, icarədən gəlirlər (“BP” Eksplopeyşn ilə müqavilə) - sair gəlirlər: (Metallom satışından və.s icarədən) - mənfəət vergisi məqsədləri üçün azad olan gəlirlərə aid olmayan müvafiq gəlirlərinə görə, çəkilən xərclər çıxılmaqla, mənfəət hesablanmamış, bəyannamələrdə Vergi Məcəlləsinin 104-cü, 106.1.13-cü maddələrinə müvafiq güzəştli vergitutma obyekti olan gəlirlər ayrıca hesablanmış, digər gəlirlər və satışdankənar gəlirlər vergiyə cəlb edilən gəlirlərə aid edilmişdir. Halbuki, müəssəsinin sənaye parkındakı fəaliyyəti ilə bağlı olmayan digər gəlirlərinin vergidən azad olunması qanunvericilikdə nəzərdə tutulmamışdır. Belə olan halda da həmin gəlirlərin ümumi qaydada vergiyə cəlb edilməsi vergi qanunvericiliyinin məqsədlərinə zidd hesab oluna bilməz. Belə ki, Vergi Məcəlləsinin 104-cü maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. Mübahisələndirilən səyyar vergi yoxlaması aktından görünür ki, əsas gəlirləri Vergi Məcəlləsinin 106.1.13-cü maddəsinə əsasən mənfəət vergisindən azad olunduğu və bununla bağlı çəkilmiş xərclərdən kompensasiya edilə bilən zərər yaranmadığı halda, iddiaçı həmin gəlirlərlə bağlı çəkilmiş xərcləri gəlirin əldə edilməsi ilə bağlı xərclərdə nəzərə almış və qanunvericiliyin tələblərinə zidd olaraq süni şəkildə zərər yaradaraq, mənfəət vergisindən azad olunan fəaliyyət üzrə gəlir və xərclərin bəyannamədə düzgün göstərilməmiş, nəticədə 2015-2016-cı illər üzrə 366 675 018.82 manat, o cümlədən, 2015ci il üzrə 247 594 684.47 manat, 2016-cı il üzrə 119 080 334.35 manat keçmiş illərin çıxılası zərəri kimi növbəti illərə ötürülmüşdür ki, həmin zərər məbləği də məhz, cavabdeh vergi orqanı tərəfindən yoxlama ilə 2017-2019-cu illər üzrə bəyannamədə düzəliş edilərək azaldılmışdır. Vergi Məcəlləsinin 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi ödəyicisinin üzərinə düşür. İddiaçı tərəfindən cavabdehin qeyd olunan qərarında təsbit olunan hesablamalarının düzgün olmadığı sübuta yetirilmir. Əksinə, vergi orqanının həmin hesablamalırının, o cümlədən, 14 819 370,37 manat məbləğində mənfəət hesablanaraq keçmiş illərin çıxılası zərərləri hesabına kompensasiya edilməsi, nləcə də 2015-2016-cı illər üzrə 366 675 018.82 manat keçmiş illərin çıxılası zərəri kimi növbəti illərə ötürülmüş zərər məbləği yoxlama ilə 2017-2019-cu illər üzrə bəyannamədə düzəliş edilərək azaldılmasının əsaslı olduğu öz təsdiqini tapır. Məhkəmə kollegiyası vergi orqanın tərəfindən iddiaçının səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarının xx.xx.2020-ci il tarixdə qəbul olunduğu nəzərə alınmaqla, 2015-2016-cı illərin mənfəətini yoxlamaq üçün Vergi Məcəlləsinin 85.4-cü maddəsində nəzərdə tutulan 3 illik iddia müddəti ötürüldüyünü mübahisələndirən dəlilləri ilə də razılaşmır. Çünki, Vergi Məcəlləsinin 36 və 38-ci maddələrinə müvafiq olaraq, cavabdehin müəssiəsnin 3 ildən çox olmayan fəaliyyətinini səyyar vergi yoxlaması keçirməklə yoxlamaq səlahiyyəti mövcuddur. 2015-2016-cı illərin çıxılası zərərinin növbəti 2017-ci ilə ötürüldüyü halda, vergi orqanı tərəfindən 2017-ci ilin mənfətinin 2018-ci ilin aprel ayının 1nə qədər olan tarixdən hesablanmaqla, növbəti üç il ərzində yoxlamaq hüququna imalik olması baxımından həmin müddət ötürülməmişdir. Göründüyü kimi, vergi orqanı iddiaçının 2017-ci ilin fəaliyyəti üzrə mənfəətini yoxlayarkən, həmin mənfəətdən əvvəlki illərin «çıxılası zərər»inin nəzərə alınmasının əsassız olduğundan onu vergi məsuliyyətnə cəlb etməkdə haqlı olmuşdur. Vergi Məcəlləsinin 24.0.1-ci maddəsinə əsasən vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək; vergi qanunvericiliyinə tam və dəqiq riayət etmək vergi orqanının vəzifəsidir. Qeyd olunanları onu deməyə əsas verir ki, cavabdeh vergi orqanı tərəfindən iddiaçının hüquqları pozulmamış, vergi qanunvericiliyinin tələblərinə uyğun yoxlama keçirilərək nəticələri maddi və inzibati icraat haqqında hüquq normalarına uyğun qaydada mübahisələndirilən qərarla rəsmiləşdirilmişdir. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinin tələbi isə onu nəzərdə tutur ki, inzibati akt o halda qanunsuz sayılır ki, inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş olsun. Həmin Məcəllənin 70.1-ci maddəsindən isə görünür ki, məhkəmə, o halda, inzibati aktın ləğv edilməsi barədə qərar qəbul edir ki, həmin inzibati akt qanuna zidd və bunun nəticəsində iddiaçının hüquqlarını pozmuş olsun. Konkret halda, belə halların mövcudluğu öz təsdiqini tapmır. Bu baxımdan məhkəmə kollegiyası, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6289/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddianın rədd edilməsini faktlar-nöqteyi nəzərindən mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirir. Ona görə də məhkəmə kollegiyası iddiaçının apellyasyia şikayətinin həmin qərarın qanunsuz və əsassız olduğunu, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, həmin qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6289/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-836/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-836/2023
06.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver