Məhkəmə qərarları › İş №2-1(103)-837/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-837/2022

18.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-837/2022 18.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Baxışova Vüsalə Ələkbər qızı və Yusifov Cahangir Afər oğundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Quluzadə Arzu İsrafil qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi X7, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Bakı şəhəri Cavabdeh3nə qarşı 3-cü şəxslər “X6 LTD”-nin Azərbaycan Respublikasındakı filalı və Azərbaycan Respublikası Maliyyə Nazirliyi işə cəlb edilməklə kompensasiya verilməsi iddia tələbi üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 782/2021 saylı, 14 sentyabr 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC cavabdehlər Bakı şəhəri İcra Hakimiyyətinə, Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə, Bakı şəhər MənzilKommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinə və Bakı şəhəri Cavabdeh3nə qarşı 3-cü şəxs “X6 LTD”-nin Azərbaycan Respublikasındakı filalı işə cəlb edilməklə Sabunçu rayonu, Sabunçu qəsəbəsi, 2 Aprel küçəsi, 8 A ünvanda yerləşən 848.38 kv.m sahəsi olan evin sökülməsi ilə əlaqədar hər kv.m üçün 1000 manat hesablanmaqla, cəmi 848 380 manat kompensasiya məbləğinin tutularaq ödənilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3892/2020 saylı, 28.09.2020-ci il tarixli və 2- 1(112)-3892/2020 saylı, 03.11.2020-ci il tarixli qərardadları ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi və “X6 LTD” Azərbaycan Respublikasındakı Filialı iş üzrə 3-cü şəxs qismində cəlb edilmişlər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-782/2021 saylı, 14.09.2021-ci il tarixli qərardadı ilə iddia tələbi digər cavabdehlər Bakı şəhəri İcra Hakimiyyətinə, Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə və Bakı şəhər Mənzil- Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinə münasibətdə mümkün sayılmamışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, əvvəlki Lenin rayon X9 İcraiyyə Komitəsinin 30/31 saylı, 14.10.1988-ci il tarixli qərarı əsasında xalq tələbatı mallarının istehsalı üçün Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, 26 Bakı Komissarı, ev 8də "xxxx" Kooperativini yaratmışdır. Sonradan "xxxx" Kooperativinin fəaliyyət göstərdiyi Sabunçu qəsəbəsi, əvvəlki 26 ünvan 1 ünvanda yerləşən evin 848.38 kv.m sahəsini “Balaxanıneft” Neft-Qaz Çıxarma İdarəsindən 12.05.1992-ci il tarixində "xxxx" Kooperativi üçün onun tərəfindən alınmışdır. Qeyd olunan ünvanda yerləşən həmin sahəyə görə “Balaxanıneft” Neft-qaz Çıxarma İdarəsinin Mənzil Komunal Təsərrüfatına balans dəyəri 43000 manat və əlavə dəyər vergisi 8600 manat olmaqla, 51600 manat pul ödəmişdir. 12.05.1992-ci il tarixdə 848.38 kv.m olan sahə təhvil-təslim aktı əsasında "xxxx" Kooperativinə təhvil verilmişdir. 848.38 kv.m sahə qəbul edildikdən sonra orada təmir işləri aparılmış, abadlaşdırılmış və ora xeyli miqdarda vəsait xərclənmişdir. Həmin vaxtdan da, sahə uzun müddət kooperativin istehsalat-kommersiya sahəsi olmuşdur. 1996-cı ildə “Balaxanıneft” X16 İdarəsi kooperativə satılmış sahənin geri qaytarılmasını tələb etmiş və bu barədə Azərbaycan Respublikası İqtisad Məhkəməsinə "xxxx" Kooperativinə (Aygün xüsusi istehsalat kommersiya şirkətinə) qarşı alqı-satqı müqaivləsinin pozulması və binadan çıxarılma tələbi barədə iddia qaldırmışdır. Məhkəmə 29.10.1997-ci ildə işə baxaraq iddiaçı “Balaxanıneft” X16 İdarəsinin iddiasını təmin etməmiş, qeyd olunan sahənin alğı-satqısının həmin dövrdə qüvvədə olan “Müəssisələr haqqında” Qanunun 10cu maddəsinin 4-cü bəndinə müvafiq olduğunu göstərmiş və Sabunçu qəsəbəsi, Bakı fəhləsi 8 a ünvanda yerləşən həmin sahənin alğı-satqısına dair tələb üzrə icraata xitam vermiş və "xxxx" xüsusi istehsalat kommersiya şirkətinin Bakı şəhəri, Sabunçu qəsəbəsi, Bakı fəhləsi küçəsi 8 a nömrəli binadan çıxarılmasına dair iddiaçının iddia tələbi rədd edilmişdir. İstehsalat dayandırdıqdan sonra bina boş qalmışdır. “Balaxanı” NQÇİ-nin və Bakı şəhəri MKTD-nin 3 saylı XTMKTB-nin 148 saylı Mənzil Kommunal Təsərrüfatı İdarəsinin rəhbərliyi ona məxsus sahə boş qaldığı üçün orada bir neçə məcburi köçkün ailəsinin yerləşdirilməsinə icazə verməyi ondan xahiş etmişdir. O, da bir vətəndaş kimi məcburi köçkünlərin o vaxtki vəziyyətini nəzərə alaraq, buna icazə vermişdir. Hazırda qeyd olunan ünvandakı dəyərini ödəyib aldığı evdə - yəni 848.38 kv.m sahədə yaşayan sakinlərə kompensasiya verilməklə binanın sökülməsi qərara alınmışdır, ona aid olan sahənin bir qismi daxili hissədən hətta sökülmüşdür. Lakin, fiziki şəxs kimi nə onun adı, nə də, hüquqi şəxs kimi İddiaçı MMC-nin adı həmin siyahıya salınmamışdır. Dəyərini ödəyib aldığı sahənin sökülməsi barədə ona heç bir müraciət olunmamış və məlumat verilməmişdir. Baxmayaraq ki, mübahisə predmeti üzrə sənədlər 10 il bundan qabaq Bakı şəhər İcra Hakimiyyətinin nümayəndələrinə təqdim edilmişdir. O, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, keçmiş 26 Bakı Komissarı, Bakı fəhləsi hazırda 2 Aprel, 8 a ünvanda yerləşən binanın orada yaşayan sakinlərə kompensasiya verilməklə sökülməsi ilə bağlı ona – İddiaçı MMC-yə məxsus 848.43 kv.m sahəyə görə kompensasiya verilməsinə dair Cavabdeh4nə yazılı qaydada 2 dəfə müraciət etmişdir. Bakı şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamentindən ona ünvanlanan 16.08.2019-cu il tarixli cavab məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.12.2011ci il tarixli, 435 s nömrəli sərəncamı ilə Əmlak Məsələləri Dövlət Komitəsinin Reyestrindən çıxarışa əsasən Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamentinin balansında olan ünvan 15 ünvanında yerləşən qeyd edilən daşınmaz əmlak yaşayış binası kimi balansa qəbul edilmiş və orada qeyri-yaşayış sahəsi mövcud olmamışdır. Halbuki, o, hər hansı qeyri-yaşayış sahəsi ilə bağlı cavabdehlərə müraicət etməmişdir. Analoji tələblə Bakı şəhər İcra Hakimiyyətinin başçısına da, 31.07.2019 və 17.08.2019-cu il tarixlərdə rəsmi qaydada 2 dəfə müraciət etmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatının 30.08.2019-cu il tarixli və 12.09.2019-cu il tarixli cavab məktublarında müraciətlərinin aidiyyəti üzrə baxılması üçün Cavabdeh3nə və Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə göndərilmişdir. Bundan başqa, o, Cavabdeh3 başçısına yazılı qaydada 30.07.2019 və 31.07.2019-cu il tarixlərdə 2 dəfə müraciət etmişdir. Cavabdeh3 başçısının İ müavininin ona ünvanladığı 28.08.2019-cu il tarixli məktubunda qeyd edilmişdir ki, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən qəzalı vəziyyətdə olan yaşayış binalarından vətəndaşların köçürülməsi nəzərdə tutulmuşdur. Qeyd edilən qeyri-yaşayış obyektinin sökülməsi barədə Sabunçu ryaon İcra Hakimiyyətində heç bir məlumat yoxdur. Cavabdeh3 başçısının müavinin onun 2-ci məktubuna ünvanladığı 19.09.2019-cu il tarixli cavab məktubunda qeyd edilmişdir ki, məktubda qeyd olunan məsələnin baxılması və nəticəsi barədə məlumat verilməsi üçün aidiyyəti üzrə Bakı şəhər Mənzil-Kommunal Təsərrüfat Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinə göndərilmişdir. Bununla bağlı 27.09.2019cu il tarixdə Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinə ərizə ünvanlasa da, bu günə kimi həmin orqandan heç bir cavab almamışdır. Beləliklə, o, yuxarıda qeyd etdiyi orqanlara rəsmi qaydada müraciət edərək məsələnin həll edilməsinə çalışsa da, heç bir nəticə əldə edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası Prezidentinin və Nazirlər Kabinetinin müvafiq tapşırıqlarına əsasən Bakı şəhərinin rayonlarında kəskin qəzalı vəziyyətdə olan bərpa-gücləndirmə əsaslı təmir işlərinin aparılması mümkün olmayan binalarda yaşayan sakinlərin köçürülməsi istiqamətində Bakı şəhər İcra Hakimiyyətinin mətbuat xidməti məlumat qeyd etmişdir. Həmin məlumata görə müvafiq dövlət qurumlarının apardıqları araşdırmalara əsasən paytaxtın müxtəlif rayonlarında 17 ədəd belə bina müəyyənləşdirilmiş və binada yaşayan sakinlərin köçürülməsinə başlanılmışdır. Bu barədə məlumat kütləvi informasiya vasitələrində dərc edilmiş və Bakının rayonlarından söküləcək ən kəskin qəzalı binaların siyahısı əks olunmuşdur. Belə binalar siyahısına 2 Aprel küçəsi, ev 8 A daxil edilmişdir. 30 kv.m sahədən artıq sahəli mənzillərin sahiblərinə hər kv.m-ə görə 1000 manat ödənilməsi nəzərdə tutulmuşdur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh orqan tərəfindən iddiaya dair yazılı etiraz təqdim edilmiş və bildirilmişdir ki, İddiaçı MMC-nin iddia ərizəsində istinad etdiyi 907/3-61 saylı, 29.10.1997-ci il tarixli məhkəmə qətnaməsində 848.38 kv.m sahəsi olan bina Sabunçu qəsəbəsi, ünvan 8 ünvanda yerləşir. Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən Sabunçu rayonu ərazisində sökülməsi və sakinlərin köçürülməsi üçün vəsait ayrılmış binaların siyahısında Sabunçu qəsəbəsi, ünvan 8 ünvanda yerləşən bina mövcud deyildir. İddiaçı MMC-nin iddia etdiyi 26 ünvan 10 ünvanı heç zaman ünvan 11miyyəti başçısının 15.09.2017-ci il tarixli, 422 saylı sərəncamı əsasında 2 Aprel küçəsi adlandırılmışdır. 1997ci ildən sonra küçənin 26 Bakı Komissarı adlandırılması isə tamamilə absurd bir hal olardı. Bundan əlavə onun iddia etdiyi 26 ünvan 12 ünvanda yerləşən binanın ümumi sahəsi 468 kv.metrdir. Əgər bu həmin bina olsaydı, həmin binanın ümumi sahəsi 848.38 kv.m olmalıydı. Qeyd edilən bina Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Kommunal Xidmətləri Departamentinin balansında olmuş, 2012-ci ildə Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin balansına verilmişdir. Yaşayış binası təhvil verilən zaman iddiaçıya məxsus hər-hansı hissə təhvil-təslim aktında nəzərdə tutulmamışdır. Eyni zamanda iddia ərizəsindən görünür ki, müəssisə çəkmə istehsalı ilə məşğul olmuşdur. Çəkmə istehsal edən müəssisə istehsal prosesini yaşayış sahəsindən deyil, qeyri-yaşayış sahəsində etməli idi. Azərbaycan Respublikasının Prezidentinin tapşırığında köçürülməsi nəzərdə tutulmuş binalarda qeyri-yaşayış sahələri olmamış və buna görə də, tapşırıqda hər-hansı qeyri-yaşayış sahəsinə kompensasiya ödənilməsi nəzərdə tutulmamışdır. İddiaçı MMC-nin sökülmüş 26 ünvan 12 ünvanda yerləşən binaya hər-hansı subyektiv hüququ mövcud olmadığından, iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-782/2021 saylı, 14 sentyabr 2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, Sabunçu qəsəbəsi əvvəlki 26 Bakı Komissarı küçəsi 8a ünvaanına yerləşən 848,38 kv.m sahənin dəyəri 51600 manat dəyəri ödənilməklə alqı-satqı qaydasında əldə edilmiş və bu alqı-satqının qanunuliyi məhkəmənin qanuni qüvvədə olan qətnaməsi ilə müəyyən eidlmişdir. ünvan 13 ünvanında yerləşən həmin bina artıq sökülmüşdür. Həmin sahə üzrə 30 kv.m sahədən artıq sahəli mənzillərin sahiblərinə hər kv.m üçün 1000 manat kompensasiya müəyyən edilmişdir. Odur ki, iddiaçı tərəfindən tələb edilmiş 848,38 kv.m sahəsi olan binanın sökülməsi ilə əlaqədar olaraq hər kv.m üçün 1000 manat hesablanmaqla, cəmi 848,380 manat kompensasiya məbləği cavabdehlərdən tutulmalıdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi izahat verərək apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş üçüncü şəxslər öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bu barədə məhkəməyə hər hansı məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq məhkəmə iclasına gəlməyən üçüncü şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatlarını dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (subutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İş materiallarında olan: - Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilmiş 13.08.2014-cü il tarixli, **********441200 nömrəli, “Kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən Çıxarış”-dan görünür ki, İddiaçı MMC 13.12.1993-cü il tarixddə 5036 nömrə ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmış "xxxx" Xüsusi İstehsalat Kommersiya Kompaniyasının çevrilməsi nəticəsində yenidən təşkil edilmişdir və onun hüquqi varisidir. - Bakı şəhəri Cavabdeh3 tərəfindən İddiaçı MMC-nin müraciətinə cavab olaraq verilmiş 28.08.2019-cu il tarixli,1/1571;1535 nömrəli, 28.08.2019-cu il tarixli məktubdan görünür ki, iddiaçıya bildirilmişdir ki, müraciətlərində ünvan 14 ünvanda qeyri-yaşayış obyekti olduğunu, həmin ərazidə yerləşən qəzalı binaların söküldüyünü bildirərək, onlara da, kompensasiya ödənilməsi xahiş edilmişdir. Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən qəzalı vəziyyətdə olan yaşayış binalarından vətəndaşların köçürülməsi nəzərdə tutulmuşdur. Qeyd etdikləri qeyri-yaşayış obyektinin sökülməsi barədə Sahubçu rayon İcra Hakimiyyətində heç bir məlumat yoxdur. - Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən İddiaçı MMC-yə ünvanlanmış Y-07 nömrəli, 16.08.2019-cu il tarixli məktubdan görünür ki, ünvan 15 saylı binanın sökülməsi ilə əlaqədar qeyri-yaşayış sahəsi kimi kompensasiya ödənilməsi barədə müraciətinə baxılaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.12.2011-ci il tarixli, 435 s nömrəli sərəncamı ilə Əmlak Məsələləri Dövlət Komitəsinin reyestrindən çıxarışa əsasən Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamentinin balansında olan, ünvan 15 ünvanında yerləşən qeyd edilən daşınmaz əmlak yaşayış binası kimi balansa qəbul edilmiş və orada qeyri-yaşayış sahəsi mövcud olmamışdır. - Azərbaycan Respublikası İqtisad Məhkəməsinin 907/3-61 nömrəli, 06.10.1997-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı “Balaxanıneft” Neft Qazçıxarma İdarəsi cavabdeh "xxxx" Kooperativinə ("xxxx" Xüsusi İstesal Kommersiya Şirkətinə) qarşı iddia ərizəsi ilə müraciət edərək, alğı-satqı müqaviləsinin ləğv edilməsi və binadan çıxarılma barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin qətnaməyə əsasən ünvan 16 ünvanda yerləşən binanın alğı-satqısına dair tələb üzrə icraata xitam verilmiş, "xxxx" Xüsusi İstehsal Kommersiya Şirkətinin ünvan 16 binadan çıxarılmasına dair iddiaçının tələbi rədd edilmişdir. - Sabunçu rayonu, Sabunçu qəsəbəsi, ünvan 17 ünvanında yerləşən 11 mənzilli, 2 mərtəbəli yaşayış binasının texniki vəziyyəti barədə Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyi “Azərdövlətlayihə” Dövlət Baş Layihə X2 aparıcı mühəndisləri X8 və X5, Sabunçu rayonu 3 saylı xüsusi təyinatlı MKİS-nin rəisi X1 iştirakı ilə Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin 25/08148 nömrəli, 26.10.2015-ci il tarixli tapşırığına əsasən Sabunçu rayonunun, Sabunçu qəsəbəsi, 26 Bakı Komssarları 8a ünvanında yerləşən 11 mənzilli, 2 mərtəbəli yaşayış binasına texniki baxış keçirilərək tərtib edilmiş aktdan görünür ki, qeyd edilən yaşayış binası təqribən 1908-ci ildə tikilmişdir. Tikili planda “İ”- formasında olub, ölçülən 38.0 × 36.0 × 12.0 metrdir. Zirzəmisizdir. Kürsünün hündürlüyü 0.5 metr olan ikimərtəbəli, 11 mənzilli yaşayış binasıdır. Evin bünövrəsinin basdırılma dərinliyi və materialını təyin etmək mümkün olmamışdır. Yükdaşıyan divarların qalınlığı 0.70 metr olan əhəng daşından olan hörgüdür. Mərtəbə örtükləri bəzi hissələrdə ağac konstruksiyalı olub, çiləkən üzrə suvanmış, bəzi hissələrdə ağac tirlər qoymaqla alt hissədən taxta materialı ilə üzlənmişdir. Döşəmələr, qapı və pəncərələr ağac konstruksiyalardan olub, taxta məlumatdandır. Çardaqlı olan ağac dam konstruksiyasının örtüyünün materialı dağacari asbest şiferdəndir. Tikili düz relyefdə inşa edilmişdir. Tikili uzun müddət təmirsiz istismar edildiyindən köhnəlmiş və fiziki aşınmaya məruz qalmışdır. Binanın sakinləri öz yaşayış şəraitlərini yaxşılaşdırmaq məqsədi ilə binanın perimetri boyu əlavə artımlar tikmiş, təyinatından asılı olaraq müxtəlif ölçülü bir mərtəbəli tikililər inşa etmişlər. Nəticədə qeyriqanuni əlavə artımlar aparılan sahələr təmirli qənaətbəxş olmaqla istifadə olunur. Lakin, bu artımlarla əlaqəli olan əsas bina isə tam fiziki köhnəlmiş, divar və arakəsmələrin suvaqlarında ciddi aşınmalar yaranmışdır. Binanın xarici divarında və pəncərə üstü qıfılbənd olan sahədə çatlar və aralanmalar qeyd olunmuşdur. Dam örtüyü istismara yarasız olduğundan damdan sızan atmosfer çöküntülərinin təsirindən mərtəbə arası örtüklər tam yararsız hala düşmüşdür. Eyni zamanda əsas binanın döşəmələrində, qapı və pəncərələrində yararsız hallar müşahidə olunmuşdur. Hazırki mövcud şəraitdə binanın su, kanalizasiya sistemlərində, kommunikasiya xətlərində, elektrik naqil xətlərində xeyli qüsurlar olmuş və yararsız vəziyyətdə olmuşdur. Qeyd olunan çatışmazlıqların yaranma səbəblərinin təbii fəlakətlə əlaqəsi olmamış, 100 ildən artıq, 11 mənzil, 2 mərtəbəli yaşayış binası fiziki və mənəvi cəhətdən tam köhnəlmiş, vaxtaşırı əsaslı təmir işləri aparılmamış, ciddi aşınmalar yaranmış və nəticədə texniki cəhətdən yolverilməz vəziyyətə düşmüşdür. -Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən təqdim olunmuş etirazdan görünür ki, əvvəllər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Kommunal Xidmətlər Departamentinin balansında olan yaşayış binaları, yataqxanalar və qeyriyaşayış sahələri, o cümlədən Sabunçu rayonu, Sabunçu qəsəbəsi (əvvəlki adı) 26 ünvan 19 ünvanında yerləşən bina, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.12.2011-ci il tarixli, 435 saylı sərəncamı, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 25.01.2012-ci il tarixli, 029 saylı sərəncamı və Bakı şəhəri MKTD-nin 15.03.2012-ci il tarixli, 19 saylı sərəncamı ilə Bakı şəhər İcra Hakimiyyətinin mənzil fonduna daxil edilməklə 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına 148 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xidməti dairəsinə verilmişdir. Balansa verilərkən qeyd olunan ünvanda təhvil-təslim aktında olduğu kimi heç bir müəssisə (qeyri-yaşayış sahəsi) balansa verilməmişdir. Qeyd olunan ünvan 13 mənzil və 13 ailədən (40 nəfər olmaqla) ibarətdir. 13 mənzildən 3-ü xüsusi mülkiyyətdədir, 1 mənzilə isə məhkəmə qərarı mövcuddur. Bundan başqa balanslarında olan qeyri-yaşayış sahələri ilə Nazirlər Kabinetinin 10 mart 2000-ci il tarixli, 80 saylı Qərarına əsasən istismar haqqına görə müqavilə bağlanır. Lakin, müəssisə ilə tərəflərindən heç bir müqavilə bağlanılmamışdır. Əlavə olaraq, qəzalı vəziyyətdə olan binalar sökülərkən, həmin ünvanda yaşayan sakinlərə, kompensasiyanın verilməsi müvafiq Rayon İcra Hakimiyyətinin əmri (sərəncamı) əsasında yaradılmış komissiya tərəfindən baxılır və qiymətləndirilir. - Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil-Kommunal Xidmətlər Departamenti və Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti arasında bağlanmış 2012-ci il tarixli təhvil-təslim aktına 1 nömrəli Əlavə olan “Yaşayış binalarının, yataqxanaların və qeyri-yaşayış sahələrinin texniki göstəriciləri barədə” Siyahıdan görünür ki, 26 ünvan 10 ünvanında yerləşən yaşayış binası, 1908-ci il tarixli tikili olub, dövlət mülkiyyətində olmuş, mənzillərin ümumi sahəsi 468.0 kv.m göstərilmişdir. İşdə olan Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Departamenti tərəfindən iddiaçıya ünvanlanmış 731 nömrəli, 23.09.2019-cu il tarixli məktubdan görünür ki, iddiaçının Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəəsbəsi, 2 Aprel küçəsi, 8 A saylı binanın sökülməsi ilə əlaqədar qeyri-yaşayış sahəsi üçün ödəniləcək maddi yardımla bağlı müraciətinə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.12.2011-ci il tarixli, 435 s nömrəli sərəncamı ilə Əmlak Məsələləri Dövlət Komitəsinin reyestrindən çıxarışa əsasən Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamentinin balansında olan, ünvan 15 ünvanında yerləşən qeyd edilən daşınmaz əmlak yaşayış binası kimi balansa qəbul edilmiş və orada qeyri-yaşayış sahəsi mövcud olmamışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Sosial İnkişaf İdarəsi, Mənzil Kommunal Xidmətlər Departamentinin balansında olan daşınmaz dövlət əmlakı haqında registrdən çıxarışdan görünür ki, həmin çıxarışda Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, 26 ünvan 10 ünvanında yerləşən 1908-ci il tarixli yaşayış binası 1724-cü sırada olan qeyd edilmişdir. İşdə olan məhkəmənin sorğusuna əsasən Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən verilmiş 259 nömrəli, 29.04.2021-ci il tarixli məktub və ona əlavə edilmiş bina haqqında ümumi məlumatlardan görünür ki, ünvan 22 ünvanında yerləşən daşınmaz əmlak 13 mənzil və 13 ailədən (40 nəfər olmaqla) ibarətdir. 13 mənzildən 3-ü xüsusi mülkiyyətdədir, 1 mənzilə dair isə məhkəmə qərarı mövcuddur. Binanın tikilmə tarixi 1908, konstruksiya və dam örtüyü daş-qır, 2 girişli, 2 mərtəbəli, mənzil sayı 13, yaşayış sahəsi 460.52 kv.m, ümumi sahəsi 872,07 kv.m göstərilmişdir. Yaşayış binasında 13 ailə, 40 nəfər yaşamışdır. - Məhkəmənin sorğusuna “Azneft” İB tərəfindən verilmiş 30 aprel 2021-ci il tarixli cavab məktubundan görünür ki, ünvan 15 ünvanında yerləşən bina SOCAR-ın Sosial İnkişaf İdarəsinin balansında olmuşdur. İşdə olan məhkəmənin sorğusuna əsasən Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən verilmiş 324 nömrəli, 07.05.2021-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.12.2011-ci il tarixli, 435 s nömrəli sərəncamı ilə Əmlak Məsələləri Dövlət Komitəsinin registrindən çıxarışa əsasən Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamentinin balansında olan, ünvan 15 ünvanında yerləşən (ümumi sahəsi 468.0 kv.m olan) yaşayış binası 3 saylı Xüsusi Təyinatlı Mənzil- Kommunal Təsərrüfatı Birliyinin balansına qəbul edilmiş və həmin ünvanda qeyri-yaşayış sahəsi mövcud olmamışdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun mütəxəssislərinin 09.10.2018-ci il tarixli rəyinə əsasən, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, 2 aprel küçəsi, 8 A ünvanında yerləşən yaşayış binasının texniki vəziyyəti qəzal olduğundan istismarının dayandırılması və orada yaşayan sakinlərin təhlükəsizliyinin təmin etmək məqsədilə onların təxirəsalınmadan təxliyəsi üçün tədbirlərin görülmləsi zəruri hesab edilmişdir. Sabunçu qəsəbəsi, 2 Aprel küçəsi, 8 A ünvanında qəzalı vəziyyətdə olan binada yaşayan ailələrin hər birinə birdəfəlik maddi yardım (kompensasiya) ödənilməklə köçürülmə işləri Cavabdeh3 tərəfindən yaradılmış köçürmə komissiyasında müvafiq araşdırma aparılmaqla həyata keçirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2020- ci il 12 may tarixli, 1107 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nə uyğun olaraq ünvan reyestrinin aparılmasının həyata keçirilməsi, daşınmaz əmlak obyektlərinə ünvan verilməsinin təmin edilməsi Əmlak Məsələləri Dövlət Xidmətinin vəzifələrinə aid edilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və qərarını onunla əsaslandırmışdır ki, iddiaçının hazırki iş üzrə iddia tələbinin əsasını cavabdehin qanunsuz hərəkəti nəticəsində - ona məxsus əmlakın sökülməsinə görə iddiaçıya dəymiş ziyanla bağlı kompensasiya ödənilməli olması təşkil etdiyindən, onun iddia tələbinin təmin olunmasına dair əsaslar müəyyən edilməmişdir. Belə ki, məhkəmə araşdırması zamanı sözügedən yaşayış binasının Əmlak Məsələləri Dövlət Komitəsinin registrindən çıxarışa əsasən Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamentinin balansında olması, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.12.2011-ci il tarixli, 435 s nömrəli sərəncamı ilə ünvan 15 ünvanında yerləşən qeyd edilən daşınmaz əmlakın yaşayış binası kimi Bakı şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamentinin balansına qəbul edilməsi öz təsdiqini tapmışdır. Həmçinin, iddiaçı tərəfindən sözügedən ünvanda yerləşən daşınmaz əmlaka dair hərhansı qeydiyyata alınmış mülkiyyət, istifadə və icarə hüququna dair sənəd-sübut təqdim etməmişdir. Əksinə işdə olan sənədlərdən müəyyən edilmişdir ki, sözügedən yaşayış binası 1908-ci il tarixli tikili olmaqla, Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamentinin balansında olmuş, sonradan Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına verilmiş, hətta həmin yaşayış binasında olan mənzillərə dair ayrı-ayrı vətəndaşların mülkiyyət hüquqları tanınaraq, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar verilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mahiyyət etibarı ilə düzgün hüquqi qənaətə gəldiyini hesab edir və öz mövqeyini aşağıdakı kimi əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X10 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından bir kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərçivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. İş materiallarından göründüyü kimi iddiaçı hazırki iddia tələbinin əsası kimi Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, 26 ünvan 24 ünvanında yerləşən sahəni “Balaxanıneft” Neft-Qaz Çıxarma İdarəsinin Mənzil Kommunal Təsərrüfatı İdarəsindən alğı-satqı yolu ilə 12.05.1992-ci tarixdə aldığını, 1996-cı ildə “Balaxanıneft” Neft-Qaz Çıxarma İdarəsinin kooperativə satılmış sahəsinin geri qaytarılmasını tələb etdiyini, Azərbaycan Respublikası İqtisad Məhkəməsinin 907/3-61 nömrəli, 29.10.1997-ci il tarixli qətnaməsinə əsasən “Balaxanıneft” Neft-Qaz Çıxarma İdarəsinin iddiasının alğı-satqının ləğv edilməsinə dair hissəsinə xitam verildiyini, binadan çıxarılmasına dair iddiasının rədd edildiyini, Kooperativə istesahalat dayandıqdan sonra binanın boş qaldığına, “Balaxanıneft” NeftQaz Çıxarma İdarəsinin və Bakı şəhəri MKTD-nin 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 148 saylı Mənzil Kommunal Təsərrüfatı İdarəsinin rəhbərliyinin ona məxsus boş sahə qaldığı üçün orada bir neçə məcburi köçkün ailəsinin yerləşdirilməsinə icazə verməsini ondan xahiş etdiklərini, onlarında məcburi köçkünlərin o vaxtı vəziyyətini nəzərə alaraq buna icazə verdiklərini, hazırda qeyd olunan ünvandakı dəyərini ödəyib aldığı evdən, yəni 848.38 kv.m sahədə yaşayan sakinlərə kompensasiya verilməklə sökülməsi qərara alınmasına baxmayaraq, İddiaçı MMC-nin adının həmin siyahıya salınmadığına istinad etsə də, məhkəmə araşdırması zamanı sözügedən yaşayış binasının Əmlak Məsələləri Dövlət Komitəsinin registrindən çıxarışa əsasən Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamentinin balansında olması, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.12.2011-ci il tarixli, 435 s nömrəli sərəncamı ilə ünvan 15 ünvanında yerləşən qeyd edilən daşınmaz əmlakın yaşayış binası kimi Bakı şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamentinin balansına qəbul edilməsi öz təsdiqini tapmışdır. Həmçinin, iddiaçının sözügedən ünvanda yerləşən daşınmaz əmlaka dair hər-hansı qeydiyyata alınmış mülkiyyət, istifadə və icarə hüququ olmamışdır. Əksinə işdə olan sənədlərdən müəyyən edilmişdir ki, sözügedən yaşayış binası 1908-ci il tarixli tikili olmaqla, Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamentinin balansında olmuş, sonradan Bakı şəhər İcra Hakimiyyəti MənzilKommunal Təsərrüfatı Departamentinin balansına verilmiş, hətta həmin yaşayış binasında olan mənzillərə dair ayrı-ayrı vətəndaşların mülkiyyət hüquqları tanınaraq, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar verilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının ünvan 15 ünvanında yerləşən daşınmaz əmlakla bağlı tələbinin yeganə əsasını təşkil edən 06.10.1997-ci il tarixli məhkəmə qətnaməsi (həmin iqtisadi işə məhkəmə tərəfindən baxış keçirilmiş və iş materiallarına əlavə olunmuşdur) və həmin qətnamədə istinad edilən sənədlər mövcud olsa da, lakin, həmin müddətdən sonra iddiaçı tərəfindən sözügedən ünvanda yerləşən binanın iddiaçı ilə bağlı sonrakı müqəddəratı barədə hər-hansı bir sənəd və sübut təqdim edilməmiş, iddiaçının binaya dair dövlət reyestrində qeydiyyata alınmış mülkiyyət, sahiblik və istifadə hüququnu təsdiq edən sübutlar aşkar edilməmişdir. İddiaçının tələbinin əsası kimi istinad etdiyi digər hallar isə (“Balaxanıneft” Neft-Qaz Çıxarma İdarəsi və Bakı şəhəri MKTD-nin 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 148 saylı Mənzil Kommunal Təsərrüfatı İdarəsi ilə aralarında olan məcburi köçkünlərin yerləşdirilməsinə dair razılaşmanın olması) onun iddia tələbinin təmin olunmasına əsas vermir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, iddiaçının hazırki iş üzrə iddia tələbinin əsasını cavabdehin qanunsuz hərəkəti nəticəsində - ona məxsus əmlakın sökülməsinə görə iddiaçıya dəymiş ziyanla bağlı kompensasiya ödənilməli olması təşkil etdiyindən və onun iddia tələbinin təmin olunmasına dair əsaslar müəyyən edilmədiyindən iddianın təmin olunmaması barədə birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin 2-1(112)-782/2021 saylı, 14 sentyabr 2021-ci il qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-782/2021 saylı, 14 sentyabr 2021ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar