Məhkəmə qərarları › İş №2-1(103)-837/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-837/2023

13.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-837/2023 13.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Əkbərov Kamran Hüseyn oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, üçüncü şəxs X6 və onun nümayəndəsi vəkil X7 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs X12) «sərəncamın və orderin ləğv olunması tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5645/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs X12) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1-in 14 fevral 2001-ci il tarixində X1 verilməsinə dair sərəncamın və qeyd edilən sərəncam əsasında verilmiş 034318 saylı, 26 fevral 2001-ci il tarixli orderin ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə üçüncü şəxs A.Məmmədov iddiaçının və ailə üzvlərinin ünvan 1 ünvanında qeydiyyatdan çıxarılmaları barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin iddiaçı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə tanış olduqda məlum olmuşdur ki, "xxxx" X10 19 saylı, xx.xx.1990-cı il tarixli protokoluna əsasən 73 saylı order ilə iddiaçıya məxsus ünvan 1 ünvanının 14 fevral 2001-ci il tarixində üçüncü şəxsə verilməsinə dair sərəncam verilmiş və qeyd edilən sərəncam əsasında 034318 saylı, 26 fevral 2001-ci il tarixli order verilmişdir. Həmin sənədlər əsasında iddiaçının və ailə üzvlərinin 1990-cı ildən qeyd olunan ünvanda qeydiyyatda olmalarına baxmayaraq, Nərimanov Rayon MKTB-dən iddiaçının adı olmayan xx.xx.2006- ci il tarixli 021605 saylı arayış verilmişdir və buna əsasən iddiaçının razılığı olmadan üçüncü şəxs öz adına daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2006-cı il tarixli çıxarış almışdır. Lakin Nərimanov Rayon MKTB-nin 051262 saylı, xx.xx.2021-cı il tarixli arayışında iddiaçının və ailə üzvlərinin adları qeyd edilmiş, bundan əlavə “ASAN xidmət” mərkəzi tərəfindən iddiaçının və ailə üzvlərinin orada qeydiyyatda olmaları barədə xx.xx.2021-ci il tarixli, ******* saylı arayış verilmişdir. Həmin arayışda iddiaçının və ailə üzvlərinin 2000-ci ildən sözügedən ünvanda qeydiyyatda olmaları qeyd edilir. İddiaçının oğlu olaraq bu ünvanda qeydiyyatda olmasına baxmayaraq, onun adı orada qeyd edilməmişdir. İddiaçı sözügedən sərəncamın və həmin sərəncam əsasında verilmiş orderin ləğv edilməsinə dair cavabdehə müraciət etsə də, xx.xx.2022-ci il tarixli cavab məktubu ilə iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir. Bununla da iddiaçının və ailə üzvlərinin hüquqları kobud şəkildə pozulmuşdur. Üçüncü şəxs iddiaçıya məxsus mənzilə 1994-cü ildə qapını qıraraq özbaşına daxil olmuş və özünü məcburi köçkün kimi təqdim etmişdir. İddiaçı üçüncü şəxsdən mənzili boşaltmasını xahiş etsə də, sonuncu hər dəfə iddiaçıya məcburi köçkün olduğunu və dövlət tərəfindən məcburi köçkünlərə evin ayrılmamasını bildirərək iddiaçıdan möhlət istəmişdir. İddiaçını məhkəməyə verəndən sonra üçüncü şəxsin saxta yollarla sənədlər əldə edərək iddiaçıya məxsus əmlaka qanunsuz sərəncam, order və order əsasında çıxarış aldığı məlum olmuşdur. Cavabdehin və üçüncü şəxsin (nümayəndələri) birinci instansiya məhkəməsində işə baxılarkən iddianı qəbul etməmiş, mübahisələnldirilən sənədlərin qanunauyğun olduğunu bildirərək iddianın rədd olunmasını məhkəmədən xahiş etmişlər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5645/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun venilmişdir, apellyasiya icraatı mümkündür. İddiaçı apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, məhkəmənin qərarı qanunsuz və əsassızdır. Belə ki, məhkəmə qeyd edir ki, o və ailəsi həmin mənzilə köçməmiş və yaşamamışlar. Bununla bağlı o, məhkəməyə ətraflı izahat vermiş və "xxxx" X11 işlədiyi zaman balansında olan mənzil order əsasında mənə ayrıldığında həmin mənzildə köçdüyünü və yaşadığımı bildirmişdir. Lakin həyat yoldaşı müharibəyə yollandığından körpə uşaqları ilə tək qalmamaq üçün ata evinə getmiş, geri dönəndə isə mənzilin hərhansı sənəd olmadan cavabdeh tərəfindən zəbt edildiyini görmüş, onun çıxarılmasını tələb etdikdə isə, özünü qaçqın kimi təqdim edib və ona mənzil ayrıldığı təqdirdə mənzildən çıxacağını bildirib. Bundan əlavə, əgər 3-cü şəxsə 1993-c ü ildə order əsasında yaşayış sahəsi ayrılmışdırsa niyə o, mənzil növbəsinə durur və niyə ona mənzil növbəsindən çıxarılaraq 2001-ci ildə yenidən order verilir. Üçüncü şəxsə MKTİ tərəfindən çıxarışın alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə təqdim edilə bilər. Mənzildə qeydiyyatda olan şəxslər barədə 2006-ci il tarixli arayışda onların adları qeyd edilmir, lakin 2021-ci ildə məhkəmə təqdim edilmiş mənzildə qeydiyyatda olan şəxslərin barədə arayışda onların orada 2006-ci ildən əvvəl qeydiyyatda olduqları qeyd edilir. Bu hal özüözlüyündə sənədlərin saxtalaşdırılması və onların hüquqlarının pozulması deməkdir. Qeyd olunanlara görə qərar qanunsuz və əsassız olduğundan ləğv edilməli və iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyasının 9 fevral 2023-cü il tarixli iclasında iştirak edən iddiaçı izahatında şikayətini müdafiə edərək bildirmişdir ki, mənzilə dair orderinin ləğv edilməsinə dair ona məlumat verilməmişdir. Mübahisəli mənzilə qeydiyyatı yoxdur və mənzil faktiki olaraq üçüncü şəxsdədir. Həmin mənzildə əvvəllər valideynləri yaşayıb. Mənzil yataqxana binasında olub. Evi olmadığına görə müdriyyət tərəfindən ona verilmişdir. (Hazırkı məhkəmə iclası barədə xəbərdar edilmiş iddiaçı (apellyator) məhkəmə iclaslarına gəlməmiş, İPM-in 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılması mümkün hesab etmişdir.) Məhkəmə kollegiyasının iclaslarında iştirak edən üçüncü şəxs və onun vəkili onlara verilən orderin Nərimanov rayon İcra Hakimiyyətinin sərəncamı əsasında boş mənzilə verildiyini və arxiv sənədlərinə əsasən mənzilin mülkiyyətçisinin üçüncü şəxs olduğunu bildirərək iddiaçının apellyasiya şikayətini əsassız hesab etmişlər. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını və iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin olunmadan, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddiaçının cavabdehə qarşı yönəlmiş iddia tələbindən göründüyü kimi, mübahisələndirmə haqqında iddia vasitəsilə, ünvan 1-in 14 fevral 2001-ci il tarixində X1 verilməsinə dair sərəncamın və qeyd edilən sərəncam əsasında verilmiş 034318 saylı, 26 fevral 2001-ci il tarixli orderin ləğv edilməsini tələb etmiş, birinci instansiya məhkəməsi tərəfindən onun iddia tələbi təmin olunmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşır. Belə ki, iş materiallarına əlavə olunmuş "xxxx" X8 müdiriyyəti və Həmkarlar Komitəsinin xx.xx.1990-cı il tarixli 19 nömrəli protokol qərarına əsasən İddiaçı verilmiş 73 saylı orderdən görünür ki, həmin müəssisədə işlədiyi müddətdə 5 nəfər ailə tərkibi ilə orada yaşayış sahəsi (Yusifzadə küçəsi, ev 43, mənzil 1) ilə təmin olunmuşdur. Eyni zamanda, iş materiallarında olan "xxxx" ASC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubunda bildirmişdir ki, İddiaçı həqiqətən xx.xx.1981-xx.xx.1997 (əmr № 985/ok, 25.11.81) dövr ərzində "xxxx" İstehsalat Birliyinin Bakı X3 (indiki "xxxx" ASC-də) işləmiş, onun adına verilən 73 saylı orderin verilməsinə əsas olmuş sənədlər (bütün həmkarlar komitəsinə aid sənədlər) müəssisənin arxiv sənədləri arasında mövcud deyildir. İddiaçının qeyd olunan müəsssədə işlədiyi vaxt qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 106-cı maddəsi nəzərədə tuturdu ki, “fəhlələrin, qulluqçuların, tələbələrin, məktəblilərin, habelə digər vətəndaşların iş və ya təhsil dövründə yaşaması üçün yataqxanalardan istifadə edilə bilər...” Həmin Məcəllənin 107-ci maddəsi isə onu nəzərdə tuturdu ki, yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara, tələbələrə, məktəblilərə və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin, həmkarlar ittifaqı komitəsinin və komsomol komitəsinin birgə qərarı ilə verilir. Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada mənzil sahəsini tutmaq üçün müdiriyyət tərəfindən order verilir Tədqiq olunan sübutlardan göründüyü kimi, iddiaçı xx.xx.1981-ci il tarixində "xxxx" ASCyə işə qəbul olunmuş və ona Birliyinin müdiriyyəti və həmkarlar komitəsinin xx.xx.1990-cı il tarixli 19 nömrəli protokol qərarı ilə ona 73 saylı orderə əsasən həmin müəssisədə işlədiyi müddətdə, yəni, müvəqqəti olaraq Yusifzadə küçəsi 43 ünvanında yerləşən yataqanada yaşayış sahəsi verilmişdir. İddiaçı isə həmin müəssisədə yalnız xx.xx.1997-ci tarixə kimi işləmişdir. Sözügedən Mənzil Məcəlləsinin 108-ci maddəsi isə nəzərədə tuturdu ki, işi dayandırmış mövsümi, müvəqqəti işçilər və müddətli əmək müqaviləsi əsasında işləmiş şəxslər, habelə məktəblərdə oxumuş və oradan getmiş şəxslər iş və ya təhsil ilə əlaqədar yer aldıqları yataqxanadan digər yaşayış sahəsi verilmədən çıxarılmalıdırlar. Konkret halda, işə əlavə olunmuş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı və onun ailə üzvlərinin ünvan 4 ünvanına istifadə hüquqlarının qeydə alınması ilə bağlı məlumat mövcud deyildir. Digər tərəfdən, Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022- ci il tarixli məktubunda qeyd edilir ki, xx.xx.2022-ci il tarixli, 2-1(112)-5645/2022 saylı sorğunuza əsasən bildiririk ki, Nərimanov rayon İH-nin arxiv fondu üzrə xx.xx.2001-ci il tarixli, 89 saylı sərəncamı Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin həmin sərəncamda İddiaçı barəsində heç bir məlumat yoxdur. Beləliklə də mübahisəli yataqxanada işlədiyi müddət ərzində müvəqqəti yaşayış saəhəsi ilə təmin olunmuş iddiaçının, faktiki olaraq həmin yataqxanın 1 saylı mənzilində yaşadığı və onun mübahisəli mənzilə dair reyestrdə qeydə alınmış olan hər hansı hüququnun mövcudluğu müəyyən olunmur. Lakin iş materiallarında olan "xxxx" İB-nin müdiriyyəti və həmkarlar təşkilatının xx.xx.1993-cü il tarixli 58 nömrəli protokoluna əsasən verilmiş "xxxx" İstehsalat Birliyinin yataqxanasında yaşayış sahəsi almaq üçün 67 saylı orderin notarial qaydada təsdiq edilmiş surətinə əsasən müəyyən olunur ki, X12 həmin müəssisədə işlədiyi müddətdə 4 nəfər ailə tərkibi ilə orada yaşayış sahəsi (Yusifzadə küçəsi, ev 43, mənzil 1) ilə təmin olunmuşdur. Eyni zamanda, iş materialları üzrə Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının “X1 daimi order verilməsi haqqında” 89 saylı, xx.xx.2001-ci il tarixli sərəncamının təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli, 805 saylı sərəncamı ilə Əlyar Əliyev küçəsindəki 43 saylı ünvanda yerləşən "xxxx" İB-nin Bakı Elektrik Termik Avadanlığı zavoduna məxsus olan ailəvi yataqxananın yaşayış fondu balansına götürülməsi və orada yaşayan sakinlərə daimi orderlər verilməsinə razılıq verilmişdir. X2 4 nəfər ailə üzvü ilə (özü, arvadı, qızı, oğlu) Ə.Əliyev küçəsindəki 43 saylı evin yaşayış sahəsi 25,5 kv.m olan 2 otaqlı 1 saylı mənzilində pasport qeydiyyatında olmaqla yaşayır. Vətəndaş A.E.Məmmədov xx.xx.1992-ci il tarixli, 299 saylı sərəncamla 4 nəfər ailə üzvü ilə (özü, arvadı, 2 uşağı) mənzil növbəsinə götürülmüşdür. Vətəndaş A.E.Məmmədov ərizə ilə Nərimanov rayon İcra Hakimiyyətinə müraciət edərək yaşadığı mənzilə ev növbəsindən çıxarılmaq şərtilə daimi order verilməsini xahiş etmişdir. Qeyd olunanları nəzərə alaraq Əlyar Əliyev küçəsindəki 43 saylı evin yaşayış sahəsi 25,5 kv.m olan 2 otaqlı 1 saylı mənzilinə 4 nəfər ailə üzvü ilə (özü, arvadı, qızı, oğlu) X1 daimi order verilməsi, orderə özü-1960-ci il təvəllüdlü X12, arvadı 1960-ci il təvəllüdlü X4, oğlu 1986-cı il təvəllüdlü X13 və qızı 1992-ci il təvəllüdlü X5 yazılması, vətəndaş A.E.Məmmədovun mənzil növbəsindən çıxarılması qərara alınmışdır. Eyni zamanda, işdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubunda bildirilir ki, ünvan 7 ünvanı X6 adına xx.xx.2006-cı il tarixdə ilkin qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Həmin məktuba əlavə edilmiş Nərimanov rayon İcra Hakimiyyətinin xx.xx.2001-ci il tarixli 89 nömrəli Sərəncamına əsasən verilmiş xx.xx.2001-ci il tarixli, 034318 saylı orderin təsdiq edilmiş surətindən görünür ki, X6 4 nəfər ailə üzvü (özü, arvadı, oğlu, qızı) ilə birlikdə Ə.Əliyev küçəsindəki 43 saylı evin 2 otaqlı 1 saylı mənzilini tutmaq hüququ vardır (Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının “X1 daimi order verilməsi haqqında” 89 saylı, xx.xx.2001-ci il tarixli sərəncamının təsdiq edilmiş surəti də məktuba əlavə edilmişdir). Həmin məktuba əlavə edilmiş Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 20 saylı Mənzil Kommunal İstismarı Sahəsinin xx.xx.2006-ci il tarixli, 021605 saylı arayışının təsdiq edilmiş surətindən görünür ki, X12 özü, həyat yoldaşı, oğlu və qızı olmaqla 4 nəfər ailə tərkibi ilə birlikdə Ə.Əliyev küçəsindəki 43 saylı evin 2 otaqlı 1 saylı mənzilində yaşayır. Beləliklə də tədqiq olunan sübutlarla müəyyən edilən hallar onu deməyə əsas verir ki, iddiaçı qeyd olunan ünvana köçməmiş və orada yaşamamış, həmin ünvana üçüncü şəxs A.Məmmədov ailə üzvləri ilə birlikdə köçmüş və bu günədək orada qeydiyyatda olmaqla yaşayırlar. Belə ki, Nərimanov Rayon İcra Hakimiyyətinin 89 saylı, xx.xx.2001-ci il tarixli sərəncamı əsasında Bakı şəhəri, Əlyar Əliyev küçəsindəki 43 saylı evin 1 saylı mənzilinə 4 nəfər ailə üzvü ilə (özü, arvadı, qızı, oğlu) birlikdə yaşaması üçün 034318 saylı daimi order verilmişdir ki, həmin sərəncam və order verilərkən Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən hər hansı qanun pozuntusuna yol verildiyi aşkar olunmur. Başqa sözlə, iddiaçı tərəfindən sözügedən sərəncam və orderin ləğv edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir. Birinci instansiya məhkəməsinin qərarından da məhz, görünür ki, qeyd olunanlar nəzərə alınmış və məhkəmə haqlı olaraq iddianın rədd edilməsi barədə işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olan nəticəyə gəlmişdir. İPM-in 70.1-ci maddəsinin tələbindən də görünür ki, məhkəmə o halda, inzibati aktın ləğv edilməsi barədə qərar qəbul edir ki, həmin akt qanuna zidd və iddiaçının hüquqlarını pozmuş olsun. Konkret halda isə cavabdehin qanuni əsaslarla qəbul etdyi mübahisələndirilən sərəncam və həmin sərəncamın icrası qaydasında üçüncü şəxsə verilmiş order iddiaçının hüquqlarını pozması kimi qiymətləndirilə bilməz. Ona görə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5645/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-nin 68, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5645/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar