Məhkəmə qərarları › İş №2-1(103)-837/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-837/2024

04.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-837/2024 04.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Şirinov İkram Sabir oğlu və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə dair yeni tezniki pasportun verilməsi tələbinə dair" inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9025/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı öhdəliyin icrası haqqında iddia ərizəsi, sonran isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək - ünvan 1 ünvanında yerləşən 9 saylı mənzilə dair 10,4 kv.m və 7,3 kv.m sahələr də əlavə olunmaqla, ümumi sahəsi 47,9 kv.m, yaşayış sahəsi isə 30,4 kv.m göstərilməklə ona yeni texniki pasportun tərtib tərtib olunub verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir (İPM m.34.1.) İddiaçı tələbini aşağıdakılarla əsaslarıdırmışdır: «….Mənzil iddiaçının mülkiyyətindədir.. O həmin mənzilin texniki pasportunun tərtibedilməsi üçün cavabdehə müraciət etmiş,lakin onun ərizəsi təmin edilməmişdir.. Hesabedir ki, cxavabdehin imtinası qanunsuzdur. Mənzilin faktiki vəziyyətini , tərkibini,texniki göstəricilərini özündə əks etdirən texniki pasport tərtib olunmalıdır. Hazırlanan texniki pasportda qeydiyyatdan keçməmiş sahələr göstərilə və qeyd oluna bilər, bu barədə məlumat yer ala bilər,buna etirazı yoxdur. Lakin bu səbəblə texniki pasportun tərtibolunmasından imtina oluna bilməz. Bunun heç bir qanuni əsası yoxdur. Mənzil 7 saylı binada yerləşi,bina monolit binadır,öz ilkin vəziyyətindədir, yeni bir tikili aparılmamışdır. Mənzildə sənəd üzrə bir otaq,bir yardımçı tikili var.Lakin faktiki olaraq iki otaq və iki yardımçı tikli mövcuddur. Onlar ailə üzvləri ilə birlikdə 20 ildən artıq burada yaşayırlar. Əvvəl qohumlarının adına olmuş,daha sonra onun adına keçmişdir. Binadakı mənzillər həmişə eyni faktiki faktiki vəziyyətdə olmuş,zaman-zaman təmir işləri aparılmışdır. Cavabdeh mənzilin faktiki vəziyyətini kəs etdirən texniki sənədləin hazırlanmasndan imtina üçün heç bir əsaslı səbəb göstərə bilməmişdir…» Cavabdeh iddia ərizəsinə etirazında rədd olunmasını məhkəmədən xahiş etmişdir: Etiraz aşağıdakılarla əsaslandırılmışdır: «Sənəd üzrə sahə ilə faktiki sahə arasında uyğunsuzluq mövcuddur.Həmçinin iddiaçı tərəfindən göstərilən sahə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir.İddiaçı həmin sahəyə dair sənəd təqdim etmədiyindən texniki pasport tərtib edilməsi mümkün olmamış, ona xx.xx.2023-cü il tarixli imtina məktubu ünvanlanmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9025/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbuledilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir. Apellyasiya mümkündür Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: «Qərar əsassız, qanunazidd və ədalətsizdir. Məhkəmə qərarı əsaslandıra bilməmiş, özmülahizələrini göstərmişdir, konkret hansı qanunda dayandığını açıqlaya bilməmişdir. İddiaçının irəli sürdüyü arqument və mülahizələrə, qanun və normativ-hüquqi aktlara heç bir münasibət bildirməməmişdir..». Məhkəmə kollegiyasının əvvəlki (1 fevral və 25 aprel 2024-cü il tarixli) iclaslarında iştirak edən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinə uyğun izahat verərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı tərəf məhkəməyə gəlməmiş, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 62-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etirazını bildirərək, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakılara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş materiallırı üzrə birinci instansiya məhkəməsinin və hazırkı mərhələdə əldə olunmuş səndələrə əsasən müəyyən olunur ki, iddiaçıya məxsus mübahisəli ünvanda yerləşən 9 saylı mənzillə bağlı aparılan araşdırmalar nəticəsində aşağıdakı faktiki hallar müəyyən olunur. ünvan 1 ünvanında yerləşən 9 saylı mənzil ilk öncə ümumi sahəsi 30 kv.m olan mübahisəli mənzil ilk öncə xx.xx.2020-ci il tarixdə X1 adında şəxsin adına özəlləşdirilmi,onun adına reystrdən çıxarış verilmiş və ttexniki pasport tərtib olunub verilmişdir. Həmin texniki ppasportun gösətəricilərində mənzilin 1 otaq olmaqla, 29 kv.m yaşayış saəhəsi, 7.2 kv.m dəhliz-mətbəx, 3,0 kv.m sanitar qovşaq təşkil edir ki, həmin kəmiyyətlər də toplandıqda mənzilin ümumi sahəsi 30,2 kv m təşkil dir, lakin burada ümumi sahə 30 kv.m kimi təsbit olunmuşdur. M.Bayramova həmin mənzili xx.xx.2020-ci il tarixdə İddiaçı satmış və cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə sonuncunun həmin mənzilə mülkiyyət hüququ reystrd qediyyata alınaraq onun adına çıxarış verilmiş və yeni texniki pasport tərtib olunub verilmişdir ki, yeni həmin pasportda yaşayış, dəhliz-mətbəx və sonitar qovşağı sahələrinin toplamındakı texniki səhv aradan qaldırlaraq, ümumi sahə 30,2 kv.m qeyd olunmuşdur. Konkret halda iddiaçı tərəfindən iddia olunur ki, mənzilin 10,4 kv.m və 7,3 kv.m sahələr də əlavə olunmaqla, mənzilin ümumi sahəsi 47,9 kv.m, yaşayış sahəsi isə 30,4 kv.m təşkil etməsi barədə yeni texniki pasport tərtib olunub verilməlidir. Buna əsas olaraq da onun tərəfindən məhkəməyə 42 saylı mənzil Kommunal İstismar sahəsinin xx.xx.2024cü il tarixli 05 nömrəli arayışını təqdim edilmişdir. Lakin iddiaçı mənzilin ilkin 30,2 kv ümumi sahəsindən 17,7 kv m artıq sahəyə texniki pasport tərtib edilməsini tələb etsə də, həmin sahəyə dair heç bir hüqumüəyyənedici sənəd onun tərəfindən təqdim olunmamışdır. Cavabdehin iddia ərizəsinə etirazından, habelə, idarənin xx.xx.2023-cü il tarixli məktubu ilə təqdim olunmuş 18 mart 2023-cü il tarixli müayinə (baxış) aktına və xx.xx.2023-ci il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş mənzilin yerləşmə planına əsasən müəyyən olunur ki, cavabdeh tərəfindən mənzilin müayinəsi zamanı sənəd üzrə sahə ilə faktiki sahə arasında uyğunsuzluq aşkar edilmiş, texniki pasport üzrə ümumi sahəsi 30,2 kv olduğu halda, dövlət reyestrində qeydiyyatdan keçməyən artıq 10,4 (2-ci bir otaq) və 7,3 kv.m pilləkən və meydança sahə aşkar edilmişdir ki, həmin sahələr hesabına mənzilin ümumi sahəsi 47,7 kv.m təşkil edir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 23.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində konstruktiv elementlərin (o cümlədən, yaşayış sahəsinin daşıyıcı divar və dirəklər, mərtəbələrarası arakəsmələr, pilləkən meydançaları və pilləkənlərin), çoxmənzilli binada birdən artıq yaşayış və ya qeyri-yaşayış sahəsinə xidmət edən kommunikasiya qurğularının (o cümlədən, lift şaxtası və ya digər şaxtalar, bacalar, sanitar-texniki və digər avadanlıqların) quraşdırılması, əvəz edilməsi və yerinin dəyişdirilməsindən ibarətdir. Həmin Məcəllənin 23.2-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən planlaşdırılması bu Məcəllənin 23.1-ci maddəsində göstərilənlər istisna olmaqla, yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində arakəsmələrin sökülməsi (ləğv edilməsi), yerinin dəyişdirilməsi və ya yenilərinin quraşdırılması, qapı yerlərinin dəyişdirilməsi və yenilərinin quraşdırılması, mənzildəki yardımçı sahələr hesabına otaqların sahəsinin genişləndirilməsi, əlavə mətbəxin və ya sanitar qovşaqların quraşdırılması və ya onların yerinin dəyişdirilməsi kimi yaşayış sahəsinin konfiqurasiyasının dəyişdirilməsindən, habelə istilik sisteminin quraşdırılması və ya yenidən quraşdırılmasından ibarətdir. Həmin Məcəllənin 24.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması üçün yaşayış sahəsinin mülkiyyətçisi və ya mülkiyyətçinin səlahiyyətli nümayəndəsi (bundan sonra bu fəsildə - ərizəçi) yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinin yerləşdiyi yer üzrə razılaşdırmanı həyata keçirən orqana aşağıdakıları təqdim edir: 24.2.1. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasına dair ərizə; 24.2.2. yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinə dair hüquq müəyyənedici sənədlər (sənədlərin əsli və ya notariat qaydasında təsdiq olunmuş surətləri); 24.2.3. yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinin müəyyən edilmiş qaydada tərtib edilərək hazırlanmış yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi; 24.2.4. yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinin texniki pasportu; 24.2.5. sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsindən istifadə edən kirayəçinin bütün ailə üzvlərinin (o cümlədən müvəqqəti başqa yerə getmiş ailə üzvlərinin) yazılı razılığı (ərizəçi qismində bu Məcəllənin 24.2-ci maddəsində nəzərdə tutulmuş sənədlərin təqdim edilməsinə kirayə verən tərəfindən səlahiyyət verilmiş yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinin kirayəçisi çıxış etdikdə); 24.2.6. yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsi və ya onun yerləşdiyi bina (ev) memarlıq, tarix və mədəniyyət abidəsi olduqda, həmin yaşayış sahəsinin yenidən qurulmasının və (və ya) yenidən planlaşdırılmasının aparılmasının mümkünlüyü barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi. İşin sübutlarla müəyyən olunan halları isə onu göstərir ki, iddiaçı tərəfindən qanunvericiliyin qeyd olunan tələbləri nəzərə alınmamış, mənzildə özbaşına aparılmış yenidən planlaşdırma nəticəsində ümumi sahəsində artım baş vermiş, bütün bunlar isə mənzilin ilkin texniki pasportunda təsbit olunan, mənzilin ilkin planınının konstruktiv pozuntusuna səbəb olmuşdur. Ümumiyyətlə, iddiaçı tərəfindən mənzilin sahəsinin ilkin texniki pasportunun göstəricilərinə münasibətdə, hazırda artıq sahənin qanuni əsaslarla yarandığı hüquqmüəyyənedici sənədlərlə əsaslandırılmamış, irəli sürdüyü iddia tələbinin qanuni əsasını təşkil etməyən normativ hüquq aktları ümumi qaydada hallandırmaqla hesab etmişdir ki, mənzil qanunvericiliyinə, tikinti normalarına məhəl qoyulmadan istənilən tikiliyə texniki pasport tərtib etmək cəvabdehin vəzifəsidir. Halbuki, qanuni əsaslara söykənə və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalı olan daşınmaz əmlaka dair yalnız txniki pasport tərti olunnuraq reyestrdən çıxarışla birg mülkiyytçiyə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 23.1-ci maddəsnə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya iddia tələbində qeyd olunan ölçülərə müvafiq olaaq mənzilin texniki pasportunda dəyişiklik edilməsindən, faktiki vəziyyətdən irəli gələrək maddi hüquq normalarına uyğun olaraq imtina olunmuşdur. İPM-in 14.3-cü maddəsinin tələbinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın rədd olunması mahiyyəti üzrə düzgün nəticədir. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının əsassız və qanuna zidd oludğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9025/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 68, 69, 82, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9025/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar