Məhkəmə qərarları › İş №2-1(103)-837/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-837/2025

30.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-837/2025 30.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X1 (sədrlik edən və məruzəçi), X4 və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Nizamlı Aygün Ülviyyət qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs "xxxx" kompani MMC) qarşı “çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-199/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra – iddiaçı) 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsi, ev 4 ünvanda yerləşən 103 saylı mənzilin ilkin hüquqi qeydiyyata alınması və mənzilə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia ərizəsini dəqiqləşdirərək Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsi, ev 4 ünvanda yerləşən 103 saylı mənzil üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almaqla bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(82)-3761/2018 nömrəli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsi, ev 4 ünvanda yerləşən 103 saylı mənzil üzərində mülkiyyət hüquqlarının İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsiöhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2019-cu il tarixli məktuba əsasən Azərbaycan Respublikası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(82)-3761/2018 saylı qərarının icrası təmin edilmiş, ünvan 2 ünvanına dair İddiaçı adına çıxarış hazırlanmışdır (Çıxarışın surəti iş materiallarına əlavə edilmişdir). Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(82)-3761/2018 nömrəli Qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhə Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi tələbi barədə inzibati mübahisəyə dair iş üzrə icraata "xxxx" MMC üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsi, ev 4 ünvanda yerləşən 103 saylı mənzilin üzərində mülkiyyət hüquqlarının İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi Bakı şəhəri şöbəsinin üzərinə qoyulması barədə Azərbaycan Respublikası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(82)- 3761/2018 saylı qərarı ləğv edilmişdir. İş mahiyyəti üzrə baxılması üçün təzələnmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(82)-3761/2018 nömrəli Qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı (3-cü şəxs "xxxx" MMC cəlb edilməklə) “çıxarışın verilməsi” tələbinə dair inzibati mübahisəyə dair 2-1(82)-3761/2018 saylı iş üzrə icraat Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-968/2021 saylı mülki iş üzrə icraat başa çatana kimi dayandırılmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(82)-3761/2018 nömrəli Qərardadı ilə iş üzrə icraat təzələnmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(82)-6315/2022 nömrəli Qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı (3-cü şəxs "xxxx" MMC cəlb edilməklə) “çıxarışın verilməsi” tələbinə dair inzibati mübahisəyə dair 2-1(82)-6315/2022 saylı iş üzrə icraat Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-968/2021 saylı mülki iş üzrə icraat başa çatana kimi dayandırılmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(82)-6315/2022 nömrəli Qərardadı ilə "xxxx" MMC tərəfindən verilən müvəqqəti xarakterli müdafiə barədə ərizə təmin edilmişdir. Hazırkı işə mahiyyəti üzrə baxılıb qurtaranadək ünvan 3 ünvanın özgəninkiləşdirilməsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qadağan edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-199/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərardadın ləğv edilməsi və ərizənin rədd edilməsi haqqında yeni qərardad qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx" MMC və İddiaçı arasında bağlanmış xx.xx.2011 tarixli, 176 nömrəli alqı-satqı müqaviləsinə əsasən Xətai rayonu, Fəzail Bayramov küçəsi 1156, korpus 4, 103 və 108 saylı mənzilləri satın almışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti bina təhvil verilməməsi bəhanəsi ilə həmin mənzili qeydiyyata almadığından iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edilmiş və Məhkəmənin xx.xx.2018- ci il tarixli 2-1(82)-4323/2018 saylı qərarı ilə İddiaçı iddiası təmin edilərək, mənzilin qeydiyyata alınması Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə öhdəlik olaraq qoyulmuş və mənzil qeydiyyata alınaraq çıxarış verilmişdir. "xxxx" MMC 103 və 108 saylı mənzilləri təmir edilməsinə mane olduğundan İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə Xətai rayon məhkəməsinə müraciət etmiş, eyni zamanda "xxxx" MMC cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 103 və 108 saylı mənzilə dair aralarında bağlanmış 11 avqust 2011-ci il tarixli müqavilənin ləğv edilməsini xahiş etmişdir. Xətai rayon Məhkəməsinin 02 sentyabr 2019-cu il tarixli 2(011)-5988/2019 saylı qətnaməsi ilə Dilufərin iddiası təmin edilmiş və qarşılıqlı iddia ("xxxx" MMC-nin iddiası) isə rədd edilmişdir. Qətnamədən narazı qalan "xxxx" MMC apellyasiya şikayəti vermiş və Bakı Apelyasiya Məhkəməsinin 2(103)-198/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilməyərək həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-198/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilməmiş, Xətai rayon Məhkəməsinin 02 sentyabr 2019- cu il tarixli 2(011)-5988/2019 saylı qətnaməsi qanuni qüvvəyə minmiş və icraya yönəlmişdir. Xətai rayon icra və probasiya şöbəsi tərəfindən 103 saylı mənzil təhvil verilmiş, 108 saylı mənzil üzrə də icra edilmişdir. Məhkəmənin diqqətinə çatdırırıq ki, Lakin "xxxx" MMC tərəfindən verilmiş ərizə əsasında Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(82)-3761/2018 saylı qərardadı ilə iş üzrə icraata "xxxx" MMC üçüncü şəxs qismində cəlb edilmiş və ilə 2 saylı Bakı İnzibati-lqtisadi Məhkəməsinin 2-1(82)- 3761/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarı ləğv edilmişdir. Həmçinin xx.xx.2022-ci il tarixli, 2-1 (82)-3761/2018 saylı qərardad ilə hazırki iş Nərimanov rayon Məhkəməsinin 2(005)-968/2021 saylı mülki iş üzrə icraat başa çatana kimi dayandırılmışdır. Belə ki, "xxxx" MMC həmin ərizəsində həmin mənzili İddiaçı qızma satmadığını, bu şəxsi tanımadığını iddia etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(82)- 3761/2018 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə icraat təzələnmişdir. Daha sonra Bakı İnzibati Məhkəməsinin 2-1(82)- 3761/2018 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə inzibati işin icraatı Nərimanov rayon Məhkəməsinin 2(005)-968/2021 saylı mülki iş üzrə icraat başa çatana kimi dayandırılmışdır. Nərimanov rayon Məhkəməsində gedən məhkəmə prosesi üzrə iddiaçı X2 cavabdehlər İddiaçı qızma, "xxxx" Kompani MMC-yə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin direktoru X3 ilə İddiaçı arasında bağlanmış ünvan 4 ünvanında inşa edilən 4 saylı yaşayış binasının 23- cü mərtəbəsində ümumi tikinti sahəsi 157,6 kv.m-dən ibarət olan 3 otaqlı 103 nömrəli mənzilə dair müqavilənin etibarsız hesab edilməsi və həmin mənzilə dair İddiaçı adma verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Nərimanov rayon Məhkəməsinin 2(005)- 968/2021 saylı, xx.xx.2021 -ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, "xxxx" MMC ilə İddiaçı arasında ünvan 5 ünvanında yerləşən mənzilə dair bağlanmış 11 avqust 2011 -ci il tarixli müqavilə etibarsız hesab edilməsi qət edilmişdir. Sözügedən qətnamənin çıxarıldığından məlumat əldə etdikdən sonra həmin qətnamədən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1990/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-968/2021 nömrəli mülki iş üzrə xx.xx.2021 -ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı kassasiya şikayəti vermiş və Ali Məhkəmənin 2(102)-5594/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir. Göründüyü kimi "xxxx" MMC-nin İddiaçı qarşı 103 saylı mənzillə bağlı iddiası yuxarıda qeyd edilənlərə əsasən bitmişdir. Bundan sonra MMC tərəfindən iddiaçıya qarşı həmin mənzilə dair heç bir iddia qaldırılmamış, ümumiyyətlə, MMC-nin tələbləri əsassız olduğu üçün MMC bununla barışaraq təqdim etdiyi ərizə üzrə keçirilən məhkəmə proseslərində iştirak etməmişdir. Hesab edirik ki, icrada dönüş barədə qərardad Bakı Apelyasiya Məhkəməsinin 2(103)-198/2021 saylı, xx.xx.2021 -ci il tarixli qətnaməsi və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1990/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə tanınmış mülkiyyət hüquqlarının pozulmasına səbəb olmaqdadır. Halhazırda "xxxx" MMC tərəfindən verilmiş ərizənin heç bir hüquqi əsası qalmamışdır. Göstərilənləri nəzərə alaraq Bakı İnzibati Məhkəməsinin 2-1(112)-199/2024 saylı, 12 sentyabr tarixli qərardadının ləğv edilməsi barədə məhkəmə qərardadı qəbul etməyinizi xahiş edirik. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası, inzibati məhkəmə icraatının iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 71.1-ci maddəsinə əsasən, inzibati aktın icra olunduğu hallarda, məhkəmə inzibati aktı ləğv etməklə yanaşı, müvafiq ərizə əsasında inzibati orqanın üzərinə icranın nəticələrini aradan qaldırmaq barədə öhdəlik qoya bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 71.2-ci maddəsinə əsasən məhkəmə baxışının davam etdirilməsinə artıq ehtiyac qalmadığı və inzibati orqanın icranın nəticələrinin aradan qaldırılması üsulları ilə bağlı diskresion səlahiyyətlərə malik olmadığı hallarda, məhkəmə icranın nəticələrinin aradan qaldırılması üsulu və qaydası barədə göstəriş (təkliflər) verməyə haqlıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci bəndinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilənəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 236-1.1-ci maddəsinə əsasən icra edilmiş qətnamə ləğv edildikdə və işə yenidən baxıldıqdan sonra iddianın tamamilə və ya onun bir hissəsinin rədd edilməsi haqqında qətnamə, yaxud iş üzrə icraata xitam verilməsi, yaxud da iddianın baxılmamış saxlanması haqqında qərardad çıxarıldıqda bu aktı qəbul etmiş məhkəmə icrada dönüş edilməsi barədə tədbirlər görməli, o cümlədən ləğv edilmiş qətnamə üzrə bir tərəfin xeyrinə alınanları digər tərəfə qaytarmalı, əmlakı qaytarmaq mümkün olmadıqda isə, həmin əmlakın dəyərini tutmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 236-1.2-ci məddəsinə əsasən məhkəmə öz təşəbbüsü ilə icrada dönüş haqqında məsələyə baxmalı və iş üzrə icraatın yekunlaşdığı yeni qətnamədə, yaxud qərardadda onu həll etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 236-1.3-cü maddəsinə əsasən məhkəmə ləğv edilmiş qətnamənin icrasında dönüş haqqındakı məsələni həll etməzsə, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin ləğv edilmiş qətnamə və ya qərardad əsasında aparılmış icra onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin icrada dönüş haqqında ərizəsi üzrə məhkəmə qərardad qəbul edir. Bu ərizəyə işdə iştirak edən şəxslər xəbərdar edilməklə, məhkəmə iclasında baxılır. Lakin həmin şəxslərin gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələni həll etməyə mane olmur. “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 19 noyabr 2021-ci il tarixli 10 nömrəli Qərarının 33-cü bəndində qeyd edilmişdir: Məhkəmələr nəzərə almalıdırlar ki, İPM-in 1.2 və 116.1-ci maddələrinə uyğun olaraq inzibati işlər üzrə məhkəmə qərarlarının icrası ilə bağlı MPM-in və “İcra haqqında” Qanunun müvafiq normalarına istinadla və inzibati mübahisələrin xüsusiyyətləri nəzərə alınmaqla məhkəmə aktının izah edilməsi, icrada dönüş, məhkəmə qərarının icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qərarın icra üsulunun və qaydasının dəyişdirilməsi, icra hərəkətlərinin təxirə salınması və icra üzrə icraatın dayandırılması məsələlərinə də baxıla bilər. Məhkəmə kollegiyası hazırki iş üzrə qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 28-ci maddəsinə əsasən məhkəmə qərarı digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə onları üçüncü şəxs qismində icraata cəlb etməyə haqlıdır. Qeyd olunmalıdır ki, həmin Məcəllənin 29-cu maddəsinə əsasən, üçüncü şəxslər tərəflərdən birinin tələbi daxilində öz maraqlarını qorumaq məqsədi ilə müstəqil şəkildə mümkün hüquqi vasitələrdən istifadə etmək və prosessual hərəkətləri həyata keçirmək hüququna malikdirlər. Həmçinin, kollegiya qeyd edir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 3761/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qərarı ləğv edildiyindən, qeyd olunmuş əmlaka dair qeydiyyatın və çıxarışın hüquqi əsasının aradan qalxdığı da diqqətə alınmalıdır. İcra edilmiş məhkəmə qərarı ləğv edildikdə və işə yenidən baxıldıqdan sonra iddianın tamamilə və ya onun bir hissəsinin rədd edilməsi haqqında qərar çıxarıldıqda, məhkəmə tərəfindən icrada dönüş edilməsi barədə müvafiq tədbirlər görülməli, icranın nəticələri aradan qaldırılmalıdır. İcrada dönüş haqqında məsələyə məhkəmə öz təşəbbüsü ilə və ya işdə iştirak edən şəxslərin icrada dönüş haqqında ərizəsinə əsasən baxır və bu barədə müvafiq qərardad qəbul edir. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara əsasən cavabdeh inzibati orqan tərəfindən iddiaçının adına mülkiyyət hüquqlarının qeydə alınaraq çıxarışın verilməsinə dair məhkəmə qərarı ləğv edildiyindən və işə yenidən baxıldıqdan sonra iddia rədd edildiyindən və məhkəmə qərarı qanuni qüvvəyə mindiyindən, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3761/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qərarının icrasına geriyə dönüş edilməli və 1 saylı ünvan 6 ünvanda yerləşən 103 saylı mənzil üzərində mülkiyyət hüquqlarının İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı və bu barədə İddiaçı adına verilmiş ********** qeydiyyat nömrəli çıxarış və planölçü ləğv olunmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşaraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-199/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-199/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan, Kassasiya şikayəti məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar