Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-838/2020 05.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), X9 və X3 ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X2, Cavabdehin nümayəndəsi X4, Üçüncü şəxsin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı (üçüncü şəxs Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası) «cavabdehin imtinasının qanunsuz sayılması, iddiaçının diplom üzrə ixtisasının tanınması diplom üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi» tələbinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1117/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə (üçüncü şəxs Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası) qarşı cavabdehin imtinasının qanunsuz sayılması və ona X7 və Sosial Münasibətlər Akademiyasının Bakı filialı tərəfindən verilmiş BCB ******* nömrəli x xxxxxx 2006-cı il tarixli diplom üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən olunması haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2001-ci ildə müvafiq (X5 Nazirliyi və Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş) lisenziya əsasında fəaliyyət göstərən X7 və Sosial Münasbətlər Akademiyasının Bakı filialının azərbaycan bölməsinə qəbul olmuş, 5 il orada təhsil almış və 2006-cı ildə həmin ali təhsil müəssisəsini bitirmişdir. Həmin vaxt Akademiya Azərbaycan Respublikası Təhsil Nazirliyinin AB seriyalı 019003 nömrəli x xxxx 1999-cu il tarixli (3 nömrəli) lisenziyası əsasında fəaliyyət göstərirdi. Sonrakı dövrlərdə də təhsil qanunvericiliyinə müvafiq olaraq Akademiyanın tam qaydada lisenziyalaşdırılması və akkreditasiyası həyata keçirilmişdir. Belə ki, Təhsil Nazirliyinin rəsmi internet səhifəsində Akademiyanın lisenziya müddətinin 2012-ci ildə uzadılması, eyni zamanda 2013-cü və 2018-ci illərdə də akkreditasiyadan keçirilməsi və növbəti dəfə 2023/2024-cü illərdə akkreditasiyadan keçiriləcəyi rəsmi reyestrdə qeyd edilir. Yəni onun təhsil aldığı vaxtdan bu günədək Akademiya tam şəffaf və qanunvericiliyə uyğun fəaliyyət göstərmiş, hansısa qanun pozuntuları müşahidə edilməmişdir. O (iddiaçı), Dövlət Attestasiya Komissiyasının x xxx 2006-cı il tarixli qərarı ilə Akademiyanı uğurla bitirib “əməyin iqtisadiyyatı” ixtisası üzrə qeydiyyat nömrəsi 53722, seriya nömrəsi BCB ******* olan x xxxxxx 2006-cı il tarixli diplom almışdır. Bu ixtisasın adı hazırda bakalavr səviyyəsi ixtisaslarında yer alması da, həmin dövrdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin hazırda qüvvədən düşmüş xx xxxxxx 1997-ci il tarixli 9 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali və orta ixtisas təhsili istiqamətlərinin və ixtisaslarının siyahısı”nda iqtisadiyyat və idarəetmə ixtisasında mövcud olmuşdur. Beləliklə, onun aldığı bakalavr ixtisası birbaşa dövlət tərəfindən müəyyən edilən və tanınan ixtisas olmuşdur. O, həmin diplom üzrə ixtisasının Azərbaycan Respublikası ərzisində tanınması ilə bağlı hazırkı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət etmişdir. Nazirliyin xx xxxxxx 2008-ci il tarixli məktubu ilə ona rəsmi cavab verilmişdir ki, Akademiya Təhsil Nazirliyi tərəfindən verilmiş lisenziya əsasında fəaliyyət göstərdiyindən, verilən diplomun ölkə ərazisində tanınması üçün nəzərdə tutulan prosedurdan keçirilməsinə ehtiyac yoxdur. O, həmin cavabı əldə rəhbər tutaraq uzun müddət ali təhsilli kadr kimi işləmişdir. Lakin işlədiyi təşkilatda hər bir peşəkar kadr kimi daha da inkişaf etmək, irəli çəkilmək və çalışdığı sahə üzrə biliklərini zənginləşdirmək məqsədilə 2016-cı ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə 2-ci ali təhsil üçün müraciət etmişdir. Məlum olmuşdur ki, onun birinci ali təhsil üzrə diplomunun nostrifikasiyasına zərurət vardır. 2017-ci ilin mart ayında o, diplom üzrə ixtisasının tanınması ilə bağlı yenidən Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət etmişdir. Müraciət əsasında o, iki dəfə müsahibəyə çağırılmışdır. Lakin Təhsil Nazirliyi məsələnin həllindən imtina etmidir. İmtina məktubunda bildirilmişdir ki, onun aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsi qənaətbəxş olmamışdır. Halbuki, diplom və diploma əlavədən görünür ki, o, təhsilini Bakı şəhərində almışdır və tədris dili azərbaycan dili olmuşdur. Diplomda onun 5 il ərzində ümumilikdə 52 fənn üzrə imtahan və məqbul verdiyi göstərilir. Rus dili üzrə də 68 dərs saatı tədris olunmaqla məğbul almışdır. Eyni zamanda, Akademiya tərəfindən verilmiş xx xxxxxx 2018-ci il tarixli arayışda göstərilir ki, tələbə qəbulu rus və azərbaycan dilləri üzrə keçirilmiş və o, məhz azərbaycan bölməsi üzrə təhsil almışdır. Yəni, rus dili yalnız xarici dil kimi tədris edilmişdir və Azərbaycan Respublikası Təhsil Nazirliyinin belə imtinası tam əsassızdır. Cavabdehin imtinası qanunsuz olmaqla yanaşı, onun Azərbaycan Respublikası Konstitusiyasının 35, 37, 38, 42-ci maddələrində təsbit edilən əmək, istirahət, sosial təminat və təhsil hüquqlarını kobud şəkildə pozur. Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi inzibati orqan kimi xx xxxxxx 2008-ci il tarixdə verdiyi vədi, vətəndaşın etimad hüququnun qorunması prinsipini pozmuşdur. Eləcə də, müvafiq müraciətə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın müddəalarına əsdasən 1 ay ərzində baxılması nəzərdə tutulduğu halda, onun müraciətinə 1 il 9 ay müddətində baxılmışdır. 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2-1(82)-1117/2019 saylı, xx xxxxxxx 2019cu il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçıa X7 və Sosial Münasibətlər Akademiyası (Bakı filialı) tərəfindən verilmiş x xxxxxx 2006-cı il tarixli BCB ******* nömrəli diplom üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən olunması haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə həvalə edilmişdir. Məhkəmənin qərarı cavabdehə 2019-cu il 28 dekabr tarixdə təqdim edilmişdir. Cavabdeh həmin qərardan 2020-ci il 30 yanvar tarixdə apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh tərəf apelyasiya şikayətinin prosessual müddətin ötürülməsi ilə verilmədiyindən mümkün hesab edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı tərəf və üçüncü şəxsin nümayəndəsi apelyasiya şikayətinin prosessual müddətin ötürülməsi ilə verildiyindən mümkün hesab edilməməsini xahiş etdilər. Kollegiya tərəfləriin izahatını dinləyib, apelyasiya şikayətini müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi apelyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. İşin mübahisələndirilməyən halı ondan ibarətdir ki, cavabdeh xx.xx.2019-cu il tarixdə poçt vasitəsilə aldığı məhkəmə qərarından xx xxxxxx 2020-ci il tarixdə apelyasiya şikayəti verməklə prosessual müddəti ötürmüşdür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. (24.2) Ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. (24.3) Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz (24.4). Ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Həmin ərizəyə məhkəmə iclasında baxılır. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilir. (24.5) Buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir. (24.6) Sadalanan normalardan görünür ki, prosesual müddətlər yalnız maraqlarına toxunulmuş proses iştirakçılarının ərizəsinə əsasən bərpa olunur. Ərizədə tərəfin müddəti nə üçün buraxdığı əsaslandırılmalıdır. Başqa sözlə tərəf müddət buraxılmasının nəyə görə ondan asılı olmadığını əsaslandırılmış şəkildə izah etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Könül Namidar qızı Qəribovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın xx xxxxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxx 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Apellyasiya icraatı zamanı məhkəmə tərəfindən cavabdeh orqana xx xxxxxx 2020-ci il, xx xxxxx 2020-ci il və xx xxx 2020-ci il tarixli məhkəmə iclası barədə bildirişləri təqdim edərək, eyni zamanda, cavabdehə Azərbaycan Respublikası İPM-nin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində inzibati məhkəmə vasitəsilə verildiyi, həmin normada nəzərdə tutulan müddətin buraxıldığı təqdirdə işdə iştirak edən şəxslərin müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Lakin cavabdeh orqan prosessual müddətin bərpasına dair ərizə təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.3-cü maddəsinə əsasən apelyasiya mümkün sayılmadıqda apelyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 87.4-cü maddəsinə görə apelyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 1117/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli qərarından verdiyi apelyasiya şikayəti qeyrimümkün hesab edilməli və apelyasiya şikayətinin qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 89, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı (üçüncü şəxs Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası) «cavabdehin imtinasının qanunsuz sayılması, iddiaçının diplom üzrə ixtisasının tanınması diplom üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi» tələbinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1117/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərarından cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş apelyasiya şikayəti qeyrimümkün hesab edilsin və apelyasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: İmza Hakimlər: İmzalar Əsli ilə düzdür: Sədrlik edən: M.N.Tağızadə
Məhkəmə qərarları › İş №2-1(103)-838/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-838/2020
05.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver