Məhkəmə qərarları › İş №2-1(103)-838/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-838/2021

23.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-838/2021 23.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Vidadi Məmməd oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, Cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı (24.07.1979-cu il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli, 2-1(112)-7610/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçılar İddiaçı və digərləri 16.03.2020-ci il tarixdə cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehdən ünvan 3 ünvanda yerləşən X21 Satın almaya məruz qalmış yaşayış binası üzrə ödənilməyən Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq X9 xeyrinə 28.800 AZN; X13 xeyrinə 110.800 AZN; X7 xeyrinə 107.472 AZN; X17 xeyrinə 81.800 AZN; X8 xeyrinə 97.880 AZN; X19 xeyrinə 105.600 AZN; X14 xeyrinə 72.800 AZN; X12 xeyrinə 72.800 AZN; X3 xeyrinə 29.342 AZN; İddiaçı xeyrinə 78.200 AZN; X10 xeyrinə 75.480 AZN; X4 xeyrinə 107.560 AZN; X1 xeyrinə 72.800 AZN; X15 xeyrinə 72.800 AZN; X5 xeyrinə 72.800 AZN; X2 xeyrinə 107.560 AZN; X16 xeyrinə 7.200 AZN məbləğində vəsaitin tutulması barəsində qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmənin 2-1(112)-4148/2020 saylı 02.11.2020-ci il tarixli qərardadı ilə iddia bir icraatın müstəqil işlər üzrə icraata ayrılması qərara alınmışdır. “İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı ünvan 4 ünvanda yerləşən X21 satın alınmaya məruz qalmış yaşayış binası üzrə ödənilməyən 78.200 (yetmiş səkkiz min iki yüz) AZN (manat) vəsaitin Bakı şəhər Cavabdehndən tutulması barədə qərar qəbul edilməsi” tələbi üzrə iş 2-1(112)- 4148/2020 nömrəli işdən yeni nömrə ilə ayrılmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7610/2020 saylı 10.11.2020-ci il tarixli qərardadı ilə “xxxx” MMC üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli, 2-1(112)-7610/2020 nömrəli qərardadı ilə (hakim E.Əliyev) iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı 24.12.2020-ci il tarixdə apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7610/2020 saylı 30.11.2020-ci il tarixli qərardadının ləğv edilməsini və inzibati işin yenidən birinci instansiya məhkəməsinə göndərilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarından göründüyü kimi iddiaçılar MTK-nın üzvü olaraq MTK tərəfindən inşa edilmiş və sökülməyə məruz qalmış mənzillərin vəsaitlərini almışlar. Lakin yaşayış binasının digər sahələrinə kompensasiya ödənilmədiyi sübuta yetirilir.İş materiallarından göründüyü kimi mübahisə predmetinə çevrilmiş və iddia tələbində göstərilən sahələrin bundan öncə ödənilmiş kompensasiya məbləğinə heç bir aiddiyəti yoxdur. İddia ərizəsində tələb edilən sahələr görə kompensasiyanın ödənilmədiyi tərəflərin izahatlarından və iş materiallarından tam sübuta yetirilir.Göründüyü kimi, məhkəmə tərəfindən işə mahiyyəti üzrə araşdırma aparılmadan iddianın mümkün sayılmaması qərara alınmışdır. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. İddiaçı və üçüncü şəxs məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri məlumat verməmişlər. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərardadında qeyd edilmişdir ki, iddiaçıya kompensasiya hesablanarkən bütün əlavə xərclər, həmçinin Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına uyğun olaraq 20 faiz əlavənin də nəzərə alınması və iddiaçının həmin məbləği qəbul etməsi iş materialları ilə öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşaraq aşağıdakıları qeyd edir: İş materiallarında olan cavabdeh Bakı şəhəri Cavabdeh 1065/d saylı 04.08.2020-ci il tarixli məktubla təqdim edilmiş, Qiymətləndirmə cədvəlində göstərilmişdir ki, Qiymətləndirmə cədvəllərində göstərilmişdir ki, İddiaçı məxsus olan ünvan 5 ünvanda yerləşən 41 nömrəli mənzilə görə əlavə xərclər də nəzərə alınmaqla 331.000 manat məbləğində, ünvan 5 ünvanda yerləşən iki qeyri-yaşayış sahələrinə görə isə əlavə xərclər də nəzərə alınmaqla hər birinə 30.000 manat (cəmi 60.000) məbləğində kompensasiya hesablanmışdır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında 17.04.2017-ci il tarixli notarial qaydada bağlanılmış Müqaviləyə əsasən İddiaçı Cavabdehndən yaşayış sahəsinə görə 331.000 manat məbləğində, 18.05.2017-ci il tarixli Notarial qaydada bağlanılmış Müqavilələrə əsasən isə qeyri-yaşayış sahələrinə görə hər birinə 30.000 manat olmaqla, ümumilikdə 391.000 manat kompensasiya almaqla müvafiq daşınmaz əmlaklarından Cavabdeh xeyrinə imtina etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından göründüyü kimi Bakı şəhəri Cavabdeh İddiaçı məxsus olan ünvan 5 ünvanda yerləşən 41 nömrəli mənzilə qanunvericiliklə nəzərdə tutulan bütün əlavələr (faizlər) nəzərə alınmaqla hesablanmış kompensasiyanı ödəmiş və iddiaçı kompensasiya almaqla mənzilindən Cavabdeh xeyrinə imtina etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı qanunvericiliklə nəzərdə tutulan bütün əlavələr (faizlər) nəzərə alınmaqla hesablanmış kompensasiyanın almasını təsdiq etdiyindən, iddiaçının hazırkı iş üzrə ödənilməyən kompensasiya tələbi ilə bağlı mübahisə mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarındakı hüquqi mövqelərdən biri belə olmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli, 2-1(112)-7610/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar