Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-838/2022 06.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X14, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi X42 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5388/2021 saylı, 29 sentyabr 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 18.03.2021-ci il tarixli, **********4522 və **********4530 saylı qərarlarının ləğv olunması barədə barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 03.02.2021-ci il tarixli, **********9165 və **********9166 saylı qərarına əsasən İddiaçı MMC-yə (VÖEN **********) məxsus (17001 BEAUTTECH HİLTON; AZ1095, Bakı şəhəri, Səbail rayonu, Azadlıq pr, ev 1 B və 20001 İddiaçı gözəllik salonu; AZ1142 Bakı şəhəri Xətai rayonu, Babək pr, ev Ələddin Quliyev küçəsi, Məhəllə 1131, Blok A, mərtəbə 17) gözəllik salonlarında X53 tədbiri həyata keçirilmişdir. Nəzarət tədbiri zamanı 03.02.2021-ci il tarixli, DVX seriyalı 002411 və 002412 saylı “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər-hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə etmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə X53nin nəticəsi haqqında” akt tərtib edilmişdir. Həmin akta əsasən guya ümumilikdə 24 nəfərin əmək müqaviləsi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilmiş və Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi üçün tədbirlərin görülməsi təklif olunmuşdur. Daha sonra yoxlama materiallarına baxılmış və 18.03.2021-ci il tarixli, **********4522 və **********4530 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilmişdir. X78 Məcəlləsinin 58.10-cu maddəsinə əsasən ümumilikdə 48000 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan qərarlar əsassızdır və ləğv edilməlidir. Belə ki, İddiaçı MMC ilə yoxlama aktlarında adları qeyd olunan fərdi sahibkar arasında müxtəlif vaxtlarda icarə müqaviləsi bağlanılmışdır. İcarə müqaviləsinə əsasən İddiaçı MMC-yə əsasən məxsus gözəllik salonlarında 4 kv.m-lik iş masası bərbər fəaliyyəti məqsədi ilə istifadə etmək üçün icarəyə verilmişdir. Eyni zamanda, iş masasını bərbər fəaliyyət məqsədi ilə istifadə etmək üçün icarəyə götürmüş fərdi sahibkarlarla “Müəllif hüquqlarından istifadə haqqında” müqavilələr imzalanmışdır. Həmin müqavilə şərtlərinə əsasən MMC-yə məxsus İddiaçı əmtəə nişanından istifadə edən bərbər Əmtəə Nişanı altında işlədiyi gözəllik salonunda aylıq dövriyyəsinin müəyyən faizini Qonarar məbləği (royalti) şəklində İddiaçı MMC-yə nağdsız qaydada ödəyir ki, həm icarə haqqı məbləği həm də, royalti MMC-nin sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirini təşkil edir. Eyni zamanda, müştəridən əldə olunan xidmət haqqı ya nağd qaydada və yaxud POS-terminal vasitəsi ilə bərbərin (icarədarın) hesabına ödənilir. Bundan sonra, fərdi sahibkar olan bərbərlər İddiaçı MMC ilə bağlanılmış icarə müqaviləsi əsasında icarəyə götürdükləri ərazini (sahəni) təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması üçün vergi orqanlarına müraciət etmişlər. Həmin müraciətlər əsasında bərbərlərin (fərdi sahibkarların) qeydiyyatda olduqları vergi orqanları “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında” arayış təqdim etdikləri üçün sadələşdirilmiş vergi üzrə sabit məbləği ödəyərək fəaliyyət göstərirlər. Bu səbəbdən, yoxlama aktlarında adları qeyd olunan və icarə müqaviləsi əsasında fəaliyyət göstərən bərbərlərin “Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi” kimi qiymətləndirilməsi və maliyyə sanksiyasının tətbiqi əsassızdır. Bundan başqa cavabdeh tərəfindən qəbul edilmiş Qərarda Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq olunması həm də, ona görə əsassızdır ki, həmin maddə Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə məsuliyyət tədbirinin görülməsini nəzərdə tutur. Halbuki, Vergi Məcəlləsinin 58.10-cu maddəsində Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial siğorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilmiş bərbərlərə görə məsuliyyət tədbirinin (maliyyə sanksiyasının) tətbiqi nəzərdə tutulmamışdır. Xüsusilə qeyd edirlər ki, 27.03.2019-cu il tarixdə İddiaçı MMC Azərbaycan Respublikasının Vergilər Nazirliyinə müəssisənin hal-hazırda fəaliyyət istiqaməti barədə məlumat verilməklə gələcəkdə yaşanacaq riskləri sığortalamaq üçün rəsmi sorğu ilə müraciət etmişdir. Həmin sorğuya Vergilər Nazirinin 1-ci müavini cənab Sahir Məmmədxanovun imzası ilə rəsmi münasibət bildirilmişdir. Məktubda qeyd olunmuşdur ki, “gözəllik salonunda fərdi qaydada (muzdlu işçi cəlb etmədən) xidmət göstərən vergi orqanında uçotda olan şəxslər (sorğuda qeyd olunan halda saç ustası, manikür, pedikür) vergi öhdəliklərinin sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz almaqla müstəqil surətdə yerinə yetirirlər.” Başqa sözlə X53 zamanı qanun pozuntusu kimi qeyd edilən hal, Vergilər Nazirliyinin (Dövlət Vergi Xidmətinin) rəsmi mövqeyinə əsasən qanun pozuntusu deyil. Bununla bağlı bildirilmişdir ki, hətta MMC-nin hal-hazırda göstərdiyi fəaliyyət mövcud qanunvericiliyə zidd olduğu halda, Vergi Məcəlləsinin 55-ci maddəsinə əsasən Vergi qanunvericiliyinin pozulmasında şəxsin təqsirini istisna edən haldır. Belə ki, Vergi Məcəlləsinin 55.1.3-cü maddəsinə əsasən vergi ödəyicisi və ya vergi agenti tərəfindən vergi orqanının və ya digər səlahiyyətli dövlət orqanının, yaxud onların vəzifəli şəxslərinin öz səlahiyyətləri daxilində verdikləri yazılı göstərişlərinin və ya izahatlarının yerinə yetirilməsi zamanı vergi qanunvericiliyinin pozulmasında şəxsin təqsiri istisna olunduğu üçün şəxs vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusuna görə məsuliyyət daşımır. İşin birinci instansiya icraatı zamanı cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, 18.03.2021-ci il tarixli, **********4522 nömrəli qərar üzrə: Baş İdarənin 03.02.2021-ci il tarixli, **********9166 nömrəli qərarına əsasən İddiaçı MMC-yə məxsus Bakı şəhəri, Səbail rayonu, Azadlıq pr. 1 B ünvanında yerləşən “Beauttech Hilton” adlı obyektdə X53 həyata keçirilmişdir. Qərar üzrə vergi nəzarəti Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar olunması məsələlərini əhatə etmişdir. Keçirilmiş X53 nəticəsində iddiaçıya məxsus obyektdə 7 (yeddi) nəfər işçinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozularaq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar olunaraq, 03.02.2021-ci il tarixli, DVX seriyalı, 002411 saylı aktla rəsmiləşdirilmiş və əmək müqaviləsi bağlanmadan işlərin yerinə yetirilməsinə cəlb edilmiş şəxslərin siyahısı akta əlavə edilmişdir. Vergi Məcəlləsinin 58.10-cu maddəsi əsas götürülərək, İddiaçı MMC-yə 14000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə, barəsində 18.03.2021-ci il tarixli, **********4522 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə vergi məsuliyyətinə cəlb edilməsi haqqında” qərar qəbul edilmiş, maliyyə sanksiya məbləğinin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırlması barədə tələbnamə göndərilmişdir. 18.03.2021-ci il tarixli, **********4530 nömrəli qərar üzrə: Baş İdarənin 03.02.2021-ci il tarixli, **********9165 nömrəli qərarına əsasən İddiaçı MMC-yə məxsus Bakı şəhəri, Xətai rayonu, ünvan 2 ünvanında yerləşən İddiaçı Gözəllik Salonu adlı obyektdə X53 həyata keçirilmişdir. Qərar üzrə vergi nəzarəti Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquq qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər-hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar olunması məsələlərini əhatə etmişdir. Keçirilmiş X53 zamanı iddiaçıya məxsus obyektdə 17 (on yeddi) nəfər işçinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozularaq, əmək müqaviləsi (kontrakt) hüquqi qüvvəyə minmədən həmin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar olunaraq, 03.02.2021-ci il tarixli, DVX seriyalı, 002412 saylı aktla rəsmiləşdirilmiş və əmək müqaviləsi bağlanmadan işlərin yerinə yetirilməsinə cəlb edilmiş işçilərin siyahısı akta əlavə edilmişdir. Vergi Məcəlləsinin 58.10-cu maddəsi əsas götürülərək, İddiaçı MMC-yə 34000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə, barəsində 18.03.2021-ci il tarixli, **********4522 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə vergi məsuliyyətinə cəlb edilməsi haqqında” qərar qəbul edilmiş, maliyyə sanksiya məbləğinin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə tələbnamə göndərilmişdir. Beləliklə, iddiaçıya məxsus hər iki obyektdə aparılmış X53 nəticəsində ümumilikdə 24 nəfər işçinin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı müəyyən olunmuşdur. Araşdırma zamanı İddiaçı MMC 23 (iyirmi üç) fiziki şəxsə (digər bir fiziki şəxsin isə ümumiyyətlə nə əmək müqaviləsi, nə də VÖEN-i müəyyən olunmamışdır) vergidən yayınmaq məqsədilə vergi orqanında uçota aldıraraq, subicarə formasında onların adına təsərrüfat subyekti qeydiyyata aldırdıqları, lakin, sifarişləri MMC tərəfindən təyin olunan administratorlar (Nigar İsmayılova və Dilarə Məmmədova) tərəfindən qəbul edildiyi, qeyd olunan fiziki şəxslərin özlərinə aid heç bir sosial şəbəkələrdə reklamların olmadığı, göstərilən xidmətlərin qiymətlərinin İddiaçı MMC-nin rəhbəri Elnarə Nəhmədova tərəfindən təyin edildiyi, mühasibatlıq işlərinin iddiaçının rəsmi müsahibi olan Xatimə Mirzəyeva tərəfindən baş ofisdə aparıldığı müəyyən edilmişdir. Bundan əlavə, iddiaçının baş ofisində 03.02.2021-ci il tarixli, **********9171 nömrəli qərara əsasən götürülən materiallarda həmin fiziki şəxslərə aid bütün sənədlərin mühasibatlıqda olduğu müəyyən edilmiş, götürülən elektron faylarda da bu cür faktlar aşkar edilmişdir. Əlavə olaraq, 24 (iyirmi dörd) nəfər fiziki şəxsin hər biri öz izahatında iş vaxtlarının 11:00-dan 19:00-dək olduğunu qeyd etmişdir. Bu da, öz növbəsində iş vaxtının iddiaçı tərəfindən təyin edildiyini və faktiki əmək münasibətlərinin mövcud olduğunun daha bir göstəricisidir. Bütün qeyd edilən faktlar həmin şəxslərin fərdi qaydada deyil, iddiaçının tapşırığı ilə və onun nəzarəti altında fəaliyyət göstərdiyini nümayiş etdirir. Bununla da, iddiaçı ilə həmin fiziki şəxslər arasında faktiki əmək münasibətlərinin mövcud olduğu, ayrı-ayrı fiziki şəxslərin vergi uçotuna alınmasının vergidən yayınma məqsədləri daşıdığı şübhə yaratmır. Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanədək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial siğorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və ya daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinin “h” bəndinə əsasən, əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək işəgötürənin əsas vəzifələrindən biri və məsuliyyəti kimi müəyyən edilmişdir. Həmin məcəllənin 49-cu maddəsinin 1-ci bəndinə əsasən, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, X53ni keçirmək vergi orqanlarının səlahiyyətlərinə aid edilmişdir. Həmin Məcəllənin 50.6-cı maddəsinə əsasən, X53nin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. X53 tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 24.0.1-ci maddəsinə əsasən, vergi orqanı vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət edir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5388/2021 saylı, 29 sentyabr 2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, Azərbaycan Respublikası Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 18.03.2021-ci il tarixli, **********4522 saylı və 18.03.2021-ci il tarixli, **********4530 saylı qərarları ləğv edilmişdir. Cavabdeh qərardan apellyasiya şikayəti verərək ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə dair yazılı etiraza uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, araşdırma zamanı “Beauttech" MMC 23 (iyirmi üç) fiziki şəxsə vergidən yayınmaq məqsədilə vergi orqanında uçota aldıraraq, subicarə formasında onların adına təsərrüfat subyekti qeydiyyata aldırdıqları, lakin sifarişləri MMC tərəfindən təyin olunan administratorlar (Nigar İsmayılova və Dinarə Məmmədova) tərəfindən qəbul edildiyi, qeyd olunan fiziki şəxslərin özlərinə aid heç bir sosial şəbəkələrdə reklamların olmadığı, göstərilən xidmətlərin qiymətlərinin İddiaçı MMC-nin rəhbəri Elnarə Nəhmədova tərəfindən təyin edildiyi, mühasibatlıq işlərinin iddiaçının rəsmi müsahibi olan Xatimə Mirzəyeva tərəfindən baş ofisdə aparıldığı müəyyən edilmişdir. Qeyd olunan faktlar məhkəmə tərəfindən nəzərə alınmamışdır. Əlavə olaraq, 24 (iyirmi dörd) nəfər fiziki şəxsin hər biri öz izahatında iş vaxtlarının 11:00-dan 19:00-dək olduğunu qeyd etmişdir. Bu da öz növbəsində iş vaxtınının iddiaçı tərəfindən təyin edildiyini və faktiki əmək münasibətlərinin mövcud olduğunun daha bir göstəricisidir. Bütün qeyd edilən faktlar həmin şəxslərin fərdi qaydada deyil, iddiaçının tapşırığı ilə və onun nəzarəti altında fəaliyyət göstərdiyini nümayiş etdirdiyindən VM-nin 58.10-cu maddəsinə əsasən maliyyə sanksiyası tətbiq edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkil-nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayıb, apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5388/2021 saylı, 29 sentyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: -Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən 03 fevral 2021-ci il tarixli, KY211557042 və KY211557043 nömərli çıxarışların surətindən görünür ki, 03.02.202117.02.2021-ci il dövrləri üçün İddiaçı MMC-də növbədənkənar X53 vergi yoxlamaları təyin edilmiş, yoxlamanın predmeti: Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi olmuşdur. Plandankənar (növbədənkənar) yoxlamanın təyin edilməsi üçün əsas: Vergi orqanlarının Vergi Məcəlləsinin 50.1-ci maddəsində göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsasının olması; Vergi Məcəlləsi, maddə 50.2.4 göstərilmişdir. - cavabdehin “X53nin həyata keçirilməsi haqqında” 03.02.2021-ci il tarilxi, **********9165 və **********9166 nömrəli qərarlarından görünür ki, İddiaçı MMC-yə məxsus obyektlərdə, ünvan AZ1142, Bakı şəhəri, Xətai rayonu, ünvan 2, obyektin adı İddiaçı gözəllik salonu və ünvan AZ1095, Bakı şəhəri, Səbail rayonu, Azadlıq prospekti 1 B, obyektin adı “BEAUTTECH Hilton” gözəllik salonu - fəaliyyət növü: bərbərxana və gözəllik salonları tərəfindən xidmətlərin göstərilməsi qeyd edilmiş, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi (ləri) üzrə 03.02.2021ci il tarixdən 17.02.2021-ci il tarixədək (17.02.2021-ci il tarix daxil olmaqla) X53nin həyata keçirilməsi qərara alınmışdır. - cavabdeh tərəfindən İddiaçı MMC-yə ünvanlanmış 03.02.2021-ci il tarixli “X53nin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” **********9170 nömrəli tələbnamədən görünür ki, İddiaçı MMC-dən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü, 42-ci və 50-ci maddələrini əsas tutaraq, əmək müqavilələri, əmək müqavilələrinin elektron qeydiyyatdan keçməsi barədə bildirişlərin surəti, obyekti və təsərrüfat subyektləri barədə sənədlər, vergi ödəyicisinin fəaliyyəti ilə bağlı elektron fayllar, əmək haqqı cədvəlləri tələb edilmişdir. - DVX seriyalı, 001002 nömrəli, 03.02.2021-ci il tarixdə tərtib edilmiş “sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” protokoldan görünür ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü və 43-cü maddələrinə uyğun olaraq “sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” 03.02.2021-ci il tarixli, **********9171 nömrəli qərara əsasən İddiaçı MMC-dən 21 vərəq bank müqavilələri, icarə müqaviləsi və bank kartlarının təsdiq edilmiş surəti və elektron daşıyıcılarda olan faylda 8 GB həcmdə yaddaş kartını (fleşkart) köçürülərək, götürülmüşdür. - 03 fevral 2021-ci il tarixli, DVX seriyalı, 002412 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə X53nin nəticəsi haqqında” aktdan görünür ki, vergi orqanının nümayəndələri X79 ooğlu, X24, X43 və X37 tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilmsəi hallarının aşkar edilməsi məqsədi ilə keçirilən X53 nəticəsində Bakı şəhəri, Xətai rayonu, ünvan 4 ünvanda yerləşən İddiaçı MMC-də direktor X8 iştirakı ilə 03 fevral 2021-ci il tarixdə, saat 18:30-da təqdim edilmiş elektron əmək müqaviləsi bildirişləri sənədlərinə əsasən işlərin yerinə yetirilməsinə cəlb olunmuş 26 (iyirmi altı) fiziki şəxsdən 17 (on yeddi) nəfəri Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozularaq, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən həmin işlərin (xidmətlərin) yerin yetirilməsinə, 0 (nəfəri) Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq fəaliyyətə başlayanadək “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən xidmətlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Bu işçilərin siyahısı akta əlavə edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərini pozaraq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 17 (on yeddi) nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə və 0 (sıfır) nəfəri fəaliyyətə başlayanadək “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb etdiyinə görə İddiaçı MMC barəsində Vergi Məcələsinin 5810-cu maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi üçün tədbirlər görülməsi təklif olunmuşdur. Aktın bir nüsxəsi MMC-nin direktoru X30 tərəfindən imza edilərək alınmış, aktla tanış olmuş, lakin aktda yazılanlarla razı olmadığını qeyd etmişdir. Nəzarət kitabçası təqdim edilməmişdir. -03 fevral 2021-ci il tarixli, DVX seriyalı, 002412 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinnə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə X53nin nəticəsi haqqında” akta əlavədən görünür ki, 03 fevral 2021-ci il tarixdə, İddiaçı MMC-də aparaılmış X53 nəticəsində fəaliyyətə başlayanadək “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərin siyahısından görünür ki, siyahıda fiziki şəxslərin adları hissəsində hər hansı bir fiziki şəxsin ad, soyad, ata adı qeyd edilməmişdir. - 03 fevral 2021-ci il tarixli, DVX seriyalı, 002412 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə X53nin nəticəsi haqqında” akta əlavədən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvəyə minmədən işəgötürən tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərin siyahısında X7, X49, X1, X31, X25, X6, X15, X3, X16, X17, X18, X4, X32, X9, X2, X39 və X19 adları qeyd edilmişdir. - 03.02.2021-ci il tarixli aktdan görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin X53 idarəsinin əməkdaşları X44, X50, X33, X45, X40, X24, X51 və X46 bu aktı tərtib etmişlər ondan ötrü ki, Baş İdarənin 03.02.2021-ci il tarixli, **********9166 nömrəli və **********9165 nömrəli Qərarları ilə İddiaçı (VÖEN: **********) Bakı şəhəri, Səbail rayonu, Azadlıq prospekti, ev.1B və Bakı şəhəri, Xətai rayonu, ünvan 5 ünvanında yerləşən "Beauttech Hilton" və "Beauttech gözəllik salonu" obyektlərində "Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə X53 keçirilmişdir. X53 zamanı 24 (iyirmi dörd) nəfər işçinin əmək müqaviləsi bildirişi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edildiyi müəyyən olunmuşdur. Araşdırma zamanı "xxxx" MMC 23 (iyirmi üç) fiziki şəxsə vergidən yayınmaq məqsədi ilə VÖEN aldıraraq, subicarə formasında onların adına obyekt qeydiyyata aldırdıqları, lakin sifarişləri MMC tərəfindən təyin etdikləri administratorlar (Nigar İsmayılova və Dinarə Məmmədova) tərəfindən qəbul edildiyi, qeyd olunan fiziki şəxslərə həmin administratorlar tərəfindən göstərişlərin verildiyi, fiziki şəxslərin özlərinə aid heç bir sosial şəbəkələrdə reklamlarının olmadığı, yalnız "Beauttech” MMC-nin sosial şəbəkə hesablarında reklamlarının aparıldığı, göstərilən xidmətlərin qiymətlərinin "xxxx" MMC-nin rəhbəri Elnarə Nəhmədova tərəfindən təyin edildiyi, mühasibatlıq işlərinin İddiaçı MMC-nin rəsmi mühasibi olan Xatimə Mirzəyeva tərəfindən baş ofisdə aparıldığı müəyyən edildi. Bundan əlavə “Beauttech" MMC-nin baş ofisində 03.02.2021-ci il tarixli, **********9171 nömrəli "Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında" Qərara əsasən götürülən materiallarda həmin fiziki şəxslərə aid bütün sənədlərin mühasibatlıqda olduğu müəyyən edilmiş, götürülən elektron fayllarda da bu cür faktlar aşkar edilmişdir. Bununla da, “Beauttech" MMC-nin həmin fiziki şəxslərlə aralarında əmək münasibətlərinin olduğu, ayrı-ayrı fiziki şəxslərin adlarına VÖEN açaraq qeydiyyata qoyduqlarının vergidən yayınma məqsədləri daşıdığı şübhə yaratmır. Digər 1 (bir) fiziki şəxsin isə ümumiyyətlə heç bir əmək müqaviləsi, VÖEN-i və ya xidmət müqaviləsi olmaması müəyyən olunmuşdur. Qeyd olunan qanun pozuntuları ilə bağlı vergi ödəyicisinin rəhbəri və ya səlahiyyətli nümayəndəsi izahat verməkdən imtina etmişdir. - “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 18.03.2021-ci il tarixli, **********4530 nömrəli qərarın surətindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəis müavini baş vergi xidməti müşaviri X20 tərəfindən İddiaçı (Ünvanı: AZ1025, Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev, ev 74, mənzil 5 VÖEN:**********) keçirilmiş X53nin nəticələri haqqında 03.02.2021 tarixli 002412 №-li akt(lar)ına, eləcə də İddiaçı MMC-nin nümayəndəsi X59 tərəfindən təqdim olunmuş MMC ilə 17-fiziki şəxs arasında bağlanmış icarə müqavilələrinə, razılaşma müqaviləsinə və vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında arayışına baxıb müəyyən etmişdir ki: Vergi ödəyicisinə materiallara baxılmada iştirak etmək məqsədilə 08.02.2021-ci il tarixdə bildiriş göndərilmişdir. Göndərilən bildirişə əsasən "BEAUTTECH” MMC-nin (VÖEN: **********) etibarnamə əsasında nümayəndəsi X59 12.03.2021-ci il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinə gəlmiş və onunla Baş İdarənin inzibati binasının 109-nömrəli otağında Baş İdarənin rəis müavini, baş vergi xidməti müşaviri X20, X53 idarəsinin rəisi, vergi xidməti müşaviri X47 və X53 idarəsinin Monitorinq və sahə nəzarəti şöbəsinin baş dövlət vergi müfəttişi, vergi xidməti müşaviri X21 iştirakı ilə görüş keçirilmişdir. "BEAUTTECH” MMCnin nümayəndəsi X59 yazılmış aktlardan narazılığını bildirmiş və MMC ilə 17 fiziki şəxs arasında bağlanmış icarə müqavilələrini, razılaşma müqaviləsini və vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında arayış təqdim etmişdir. X53 zamanı 17 (on yeddi) nəfər işçinin əmək müqaviləsi bildirişi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edildiyi müəyyən olunmuşdur. Araşdırma zamanı İddiaçı MMC 17 (on yeddi) fiziki şəxsə vergidən yayınmaq məqsədi ilə VÖEN aldıraraq, subicarə formasında onların adına obyekt qeydiyyata aldırdıqları, lakin sifarişləri MMC tərəfindən təyin etdikləri administrator - Nigar İsmayılova və Dinarə Məmmədova) tərəfindən qəbul edildiyi, qeyd olunan fıziki şəxslərə həmin administratorlar tərəfindən göstərişlərin verildiyi, fiziki şəxslərin özlərinə aid heç bir sosial şəbəkələrdə reklamların olmadığı, yalnız İddiaçı MMCnin sosial şəbəkə hesablarında reklamların aparıldığı, qiymətlərin və aylıq əmək haqlarının İddiaçı MMC-nin rəhbəri Elnarə Nəhmədova tərəfindən təyin edildiyi, mühasibatlıq işlərinin İddiaçı MMC-nin rəsmi mühasibi olan Xatimə Mirzəyeva tərəfindən baş ofisdə aparıldığı müəyyən edilmiş, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü və 49-cu maddələri əsas tutularaq, İddiaçı MMC Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 17 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 34000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilmiş, 29.03.2021-ci il tarixədək 34000 manat məbləğində büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır. - DVX seriyalı, 002411 nömrəli, 03.02.2021-ci il tarixli “Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirlmmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsin cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə X53nin nəticəsi haqqında” aktdan görünür ki, vergi orqanının nümayəndələri X26, X34, X27 və X33 tərəfinədn Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məqsədi ilə keçirilən X53 nəticəsində İddiaçı MMC-yə məxsus Bakı şəhəri, Səbail rayonu, Azadlıq prospekti, 1 B ünvanda yerləşən “Beauttech Hilton”-un rəhbəri X8 iştirakı ilə 03.02.2021-ci il tarixdə, saat 17:45-də təqdim edilmiş əmək müqaviləsi bildirişləri sənədlərinə əsasən işlərin yerinə yetirilməsinə cəlb olunmuş 9 (doqquz) fiziki şəxsdən 7 (yeddi) nəfəri Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49cu maddəsinn tələbləri pozularaq, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən həmin işlərin, (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyinə görə, Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi üçün tədbirlərin görülməsi təklif olunmuşdur. Akt MMC-nin direktoru X30 tərəfindən imza edilmiş, aktla tanış olmuş, lakin aktda yazılanlarla razı olmadığını qeyd etmişdir. Nəzarət kitabçası təqdim edilməmişdir. - DVX seriyalı, 002411 nömrəli, 03.02.2021-ci il tarixli “Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirlmmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə X53nin nəticəsi haqqında” akta əlavədən görünür ki, BEUTTECH Hilton-da aparılmış X53 nəticəsində Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən işlərin (xidmətlərin yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərin siyahısında X10, X28, X5, X11, X13, X29 və X22 adları qeyd olunmuşdur. - 03.02.2021-ci il tarixli aktdan görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin X53 idarəsinin əməkdaşları X44, X50, X33, X45, X40, X24, X51 və X46 bu aktı tərtib edirik ondan ötrü ki, Baş İdarənin 03.02.2021-ci il tarixli **********9166 nömrəli və **********9165 nömrəli Qərarları ilə İddiaçı (VÖEN: **********) Bakı şəhəri, Səbail rayonu, Azadlıq prospekti, ev. 1B və Bakı şəhəri, Xətai rayonu, ünvan 5 ünvanında yerləşən “Beauttech Hilton” və “Beauttech gözəllik salonu’1 obyektlərində “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə X53 keçirilmişdir. X53 zamanı 24 (iyirmi dörd) nəfər işçinin əmək müqaviləsi bildirişi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edildiyi müəyyən olunmuşdur. Araşdırma zamanı "xxxx" MMC 23 (iyirmi üç) fiziki şəxsə vergidən yayınmaq məqsədi ilə VÖEN aldıraraq, subicarə formasında onların adına obyekt qeydiyyata aldırdıqları, lakin sifarişləri MMC tərəfindən təyin etdikləri administratorlar (Nigar İsmayılova və Dinarə Məmmədova) tərəfindən qəbul edildiyi, qeyd olunan fiziki şəxslərə həmin administratorlar tərəfindən göstərişlərin verildiyi, fiziki şəxslərin özlərinə aid heç bir sosial şəbəkələrdə reklamlarının olmadığı, yalnız İddiaçı MMC-nin sosial şəbəkə hesablarında reklamlarının aparıldığı, göstərilən xidmətlərin qiymətlərinin "Beauttech” MMC-nin rəhbəri Elnarə Nəhmədova tərəfindən təyin edildiyi, mühasibatlıq işlərinin “Beauttech" MMC-nin rəsmi mühasibi olan Xatimə Mirzəyeva tərəfindən baş ofisdə aparıldığı müəyyən edildi. Bundan əlavə "Beauttech” MMC-nin baş ofisində 03.02.2021-ci il tarixli **********9171 nömrəli "Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında" Qərara əsasən götürülən materiallarda həmin fiziki şəxslərə aid bütün sənədlərin mühasibatlıqda olduğu müəyyən edilmiş, götürülən elektron fayllarda da, bu cür faktlar aşkar edilmişdir. Bununla da, İddiaçı MMC-nin həmin fiziki şəxslərlə aralarında əmək münasibətlərinin olduğu, ayrı-ayrı fiziki şəxslərin adlarına VÖEN açaraq qeydiyyata qoyduqlarının vergidən yayınmaq məqsədləri daşıdığı şübhə yaratmır. Digər 1 (bir) fiziki şəxsin isə ümumiyyətlə heç bir əmək müqaviləsi, VÖEN-i və ya xidməti müqaviləsi olmaması müəyyən olunmuşdur. Qeyd olunan qanun pozuntuları ilə bağlı ilə bağlı vergi ödəyicisinin rəhbəri və ya səlahiyyətli nümayəndəsi izahat verməkdən imtina etmişdir. -- 18.03.2021-ci il tarixli, **********4522 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarının surətindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəis müavini baş vergi xidməti müşaviri X20 tərəfindən İddiaçı (Ünvan: AZ 1025, Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev, ev 74, mənzil 5, VÖEN: **********) keçirilmiş X53nin nəticələri haqqında 03.02.2021 tarixli, 002411 №-li akt(lar)ına, eləcə də, İddiaçı MMC-nin nümayəndəsi X59 tərəfindən təqdim olunmuş MMC ilə 6-fıziki şəxs arasında bağlanmış icarə müqavilələrinə, razılaşma müqaviləsinə və vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında arayışına baxıb müəyyən etmişdir ki, vergi ödəyicisinə materiallara baxılmada iştirak etmək məqsədilə 08.02.2021-ci il tarixdə bildiriş göndərilmişdir. Göndərilən bildirişə əsasən İddiaçı MMC-nin (VÖEN: **********) etibarnamə əsasında nümayəndəsi X59 12.03.2021-ci il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinə gəlmiş və onunla Baş idarənin inzibati binasının 109-nömrəli otağında Baş idarənin rəis müavini, baş vergi xidməti müşaviri X20, X53 İdarəsinin rəisi, vergi xidməti müşaviri X47 və X53 İdarəsinin Monitorinq və sahə nəzarəti şöbəsinin baş dövlət vergi müfəttişi, vergi xidməti müşaviri X21 iştirakı ilə görüş keçirilmişdir. İddiaçı MMC-nin nümayəndəsi X59 yazılmış aktlardan narazılığını bildirmiş və MMC ilə 6-fıziki şəxs arasında bağlanmış icarə müqavilələrini, razılaşma müqaviləsini və vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında arayış təqdim etmişdir. X53 zamanı 7 (yeddi) nəfər işçinin əmək müqaviləsi bildirişi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edildiyi müəyyən olunmuşdur. Araşdırma zamanı İddiaçı MMC 6 (altı) fiziki şəxsə vergidən yayınmaq məqsədi ilə VÖEN aldıraraq, subicarə formasında onların adına obyekt qeydiyyata aldırdıqları, lakin sifarişləri MMC tərəfindən təyin etdikləri administratorlar (Nigar İsmayılova və Dinarə Məmmədova) tərəfindən qəbul edildiyi, qeyd olunan fiziki şəxslərə həmin administratorlar tərəfindən göstərişlərin verildiyi, fiziki şəxslərin özlərinə aid heç bir sosial şəbəkələrdə reklamlarının olmadığı, yalnız İddiaçı MMC-nin sosial şəbəkə hesablarında reklamlarının aparıldığı, qiymətlərin və aylıq əmək haqlarının "xxxx" MMCnin rəhbəri Elnarə Nəhmədova tərəfindən təyin edildiyi, mühasibatlıq işlərinin İddiaçı MMC-nin rəsmi mühasibi olan Xatimə Mirzəyeva tərəfindən baş ofisdə aparıldığı müəyyən edilmiş, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü və 49-cu maddələri əsas tutularaq, "xxxx" MMC-nin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 7 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 14000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməsi, 29.03.2021-ci il tarixədək 14000 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır. - İddiaçı MMC-nin direktoru tərəfindən Azərbaycan Respublikası Vergilər Nazirliyinə ünvanlanmış 27.03.2019-cu il tarixli məktubdan görünür ki, MMC tərəfindən vergi orqanına müraciət edilərək, bildirilmişdir ki, planlaşdırdıqları fəaliyyət növü gözəllik salonu kimi fəaliyyət göstərməkdir və bu məqsədlə hüquqi şəxs yaratmışlar. Vergi ödəmələrində pozuntu olaması üçün onları qabaqcadan məlumatlandırmaları xahiş edilmişdir. Gözəllik salonu olaraq onlar obyekti digər şəxsdən icarəyə götürür və həmin obyekti gözəllik salonu standartlarına uyğun təmin edir və zəruri avadanlıq və mebellə təchiz edirlər. Müəssisə birbaşa olaraq gözəllik xidmətləri göstərmir. Həmin obyektdə müxtəlif ustalar (saç ustası, pedikur, manikur) çalışır və onların hər biri ayrıca olaraq VÖEN əldə ediblər. Həmin şəxslər onların salonunun təchizatından və marka adından istifadə etməklə həmin salonda öz müştərilərinə xidmət edirlər və hər müştəridən əldə oluna vəsaitin 15 faizini müəssisəyə ödəyirlər. Bu cür razılaşma müəssisə ilə fərdi ustalar arasında bağlanılacaq müqavilədə nəzərdə tutulacaqdır. Bu hallara əsasən aşağıdakı sualların cavablandırılması xahiş edilmişdir: 1. Müəssisənin vergi öhdəliyi hansı məbləğdən yaranır? Müəssisə ödənilən 15 faizlik komissiya haqqından və ya fərdi ustaların xidmətlərinin dəyərindən? 2. Müəssisənin mənfəət vergisinin ödəyicisi kimi uçota alınacağından, onlar məcburi ƏDV qedyiyyatına alımalıdırlarmı və ya ƏDV qeydiyyatına məcburi alınmaq üçün hansı dövriyyə əsas götürülür? Komissiya haqlarının dövriyyəsi yaxud fərdi ustaların onların salonunda göstərdiyi xidmətlərin ümumi dəyəri? 3. Mikro sahibkarlıq subyekti hesab edilərək onlara mənfəət vergisi üzrə güzəşt tətbiq edilə bilərmi? 4.salonda fəaliyyət göstərən hər bir ustanın öz VÖEN-i var və onlarla müəssisə arasında komissiya müqavilələri bağlanılacaqdır. Bu halda, müəssisə onların vergi öhdəlikləri üçün cavabdeh deyil ki? Fərdi ustalar öz xidmətlərindən 2 faiz sadələşdirilmiş vergi ödəyə və ya sabit qəbz ala bilərlərmi? Bildikləri qədəri ilə Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, fərdi qaydada bərbər fəaliyyəti ilə məşğul olan (qadın və ya kişi bərbərləri olmasına fərq qoyulmadan) şəxslər aylıq 15 manat məbləğə Bakı şəhəri üçün 2 əmsalı tətbiq etməklə 30 manat məbləğində sadələşdirilmiş vergi ödəyir. Bunu əsas götürərək həmin fərdi ustalar sabit qəbz almalıdırlarmı? Yaxud öz istəklərindən asılı olaraq 2 faiz vergi ödəyə bilərlər? Çünki, onların hesablamalarına görə sabit qəbz alındıqda həmin ay gəlir az belə olsa, yenə də, 30 manat ödənilməlidirmi? - Azərbaycan Respublikası Vergilər Nazirinin birinci müavini tərəfindən İddiaçı MMCyə ünvanlanmış 27.03.2019-cu il tarixli “Vergi qanunvericiliyinin tətbiqi barədə” məktubun surətindən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Vergilər Nazirliyinə ünvanlanmış vergi qanunvericiliyinin tətbiqi barədə suallardan ibarət sorğuya baxılaraq birinci və ikinci suallarla bağlı bildirilmişdir ki, sorğuda qeyd olunan halda bağlanmış mülki-hüquqi müqavilələr əsasında cəmiyyətə məxsus əmlakdan istifadə etməklə xidmətlərin göstərilməsini həyata keçirən vergi ödəyicilərinin cəmiyyətə öhdədikləri xidmət haqları cəmiyyətin vergi tutulan gəlirlərinə aid edilməklə mənfəət vergisinə və ƏDV-yə cəlb edilir. Cəmiyyətin ona məxsus əmlakı digər şəxsin istifadəsinə verməklə gəlir əldə etməsi cəmiyyətin əmlak icarəsindən gəlir əldə etməsi sayılır. Üçüncü sualla bağlı bildirilmişdir ki, cəmiyyət mikro sahibkar meyarlarına uyğun gəldiyi halda (işçilərn orta siyahı sayı 1-10 nəfər, illik gəlir 200.000 manatdan az) Vergi Məcəlləsinin 106.1.20-ci maddəsinə əsasən əldə etdiyi mənfəətin 75 faizi vergidən azaddır. Dördüncü sualla bağlı bildirilmişdir ki, gözəllik salonunda fərdi qaydada (muzdlu işçi cəlb etmədən) xidmət göstərən vergi orqanında uçotda olan şəxslər (sorğuda qeyd olunan halda saç ustası, manikür, pedikür) vergi öhdəliklərini sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz almaqla müstəqdil surətdə yerinə yetirirlər. Həmin şəxslərin 2 faiz dərəcə ilə sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququ yoxdur. Yuxarıda qeyd olunanlar Vergi Məcəlləsinin 104-cü, 106-cı, 155-ci, 220-ci maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli 556 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü Meyarları” ilə tənzimlənir. - iddiaçı tərəfindən təqdim edilmiş “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında” arayışlardan, “İcarə” müqavilələrindən və “Müəllif hüququndan istifadə haqqında” müqavilələrdən müəyyən edilir ki, DVX seriyalı, 002411 nömrəli, 03.02.2021-ci il tarixli və DVX seriyalı, 002412 nömrəli, 03.02.2021-ci il tarixli “Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə X53nin nəticəsi haqqında” aktlara adları əlavə olunmuş fiziki şəxslər vergi ödəyicisi kimi İddiaçı MMC-yə məxsus Bakı şəhəri, Səbail rayonu, Azadlıq prospekti, ev 1 B və Bakı şəhəri, Xətai rayonu, ünvan 5 təsərrüft subyektlərində uçota alınmışlar, onlarla İddiaçı MMC arasında, MMC-yə məxsus həmin təsərrüfat subyektlərində bərbər və digər gözəllik prosedurları fəaliyyəti ilə məşğul olmaq məqsədilə iş masasının icarəyə götürülməsi barədə icarə müqaviləsi və “Müəllif hüququndan istifadə haqqında” müqavilələr bağlanmış, “Müəllif hüququndan istifadə haqqında” müqavilələrin 4-cü və 5-ci bəndlərinə, eləcə də, həmin müqavilələrə əlavə edilmiş razılaşmalara əsasən, qonorarın məbləği fəaliyyət sahəsindən asılı olaraq Əmtəə Nişanı altında işlədiyi gözəllik salonunda aylıq dövriyyəsinin (xərclər nəzərə alınmadan) 15 %-ni (on beş faizini) təşkil edir, qonorarın müəyyən olunması qaydası hər cari ay bitdikdən sonra 5 gün ərzində müvafiq hesabatlar, bank çıxarışları, kassa mədaxil orderləri və digər sənədlər əsasında protokol tərtib olunmaqla tənzimlənir. - Dövlət Vergi Xidmətinin nümayəndələri tərəfindən "xxxx" MMC-də aparılmış X53 yoxlaması zamanı izahatları alınmış şəxslər tərəfindən yoxlamadan sonra Dövlət Vergi Xidməti Lokal Gəlirlər Baş İdarəsinə ünvanlanmış ərizələrdən görünür ki, 03.02.2021-ci il tarixdə icarədar olaraq fəaliyyət göstərdikləri gözəllik salonunda vergi yoxlaması keçirilmiş və yoxlama zamanı vergi orqanı əməkdaşlarının istəyi əsasında izahat yazmışlar, izahat yazılan zaman verilən izahatları vergi əməkdaşlarının təzyiqi və yönləndirməsi ilə mahiyyətini bilmədən suallara cavab yazmışlar. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Hazırki mübahisənin predmetini vergi orqanının “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 18.03.2021-ci il tarixli, **********4530 nömrəli və 18.03.2021-ci il tarixli, **********4522 nömrəli qərarları təşkil edir. Vergi orqanı tərəfindən sözügedən qərarlar qəbul edilərkən araşdırmaya istinad etmişlər. Həmin araşdırmaya əsasən, İddiaçı MMC-də fiziki şəxslərə vergidən yayınmaq məqsədi ilə VÖEN aldıraraq, subicarə formasında onların adına obyekt qeydiyyata aldırdıqlarını, lakin, sifarişlərin MMC tərəfindən təyin edilən administratorlar tərəfinədn qəbul edilməsinə, qeyd olunan fiziki şəxslərə həmin administratorlar tərəfindən göstərişlər verilməsinə, fiziki şəxslərin özlərinə aid heç bir sosial şəbəkələrdə reklamlarının olmadığına, yalnız İddiaçı MMC-nin sosial şəbəkə hesablarında reklamlarının aparıldığına, qiymətlərin və aylıq əmək haqlarının "xxxx" MMC-nin rəhbəri tərəfindən təyin edildiyinə, mühasibatlıq işlərinin “Beauttech MMC-nin rəsmi mühasibi tərəfindən baş ofisdə aparıldığı müəyyən edilmişdir. İddiaçının əsas dəlilləri ondan ibarətdir ki, 1- "xxxx" MMC ilə yoxlama aktlarında adları qeyd olunan fərdi sahibkarlarla müxtəlif vaxtlarda icarə müqaviləsi bağlanılmışdır. İcarə müqaviləsinə əsasən "xxxx" MMC-yə məxsus gözəllik salonlarında 4 kv. metrlik iş masası bərbər fəaliyyəti məqsədi ilə istifadə etmək üçün icarəyə verilmişdir. Eyni zamanda iş masasını bərbər fəaliyyəti məqsədi ilə istifadə etmək üçün icarəyə götürmüş fərdi sahibkarlarla “Müəllif hüquqlarından istifadə haqqında” müqavilələr imzalanmışdır. Həmin müqavilə şərtlərinə əsasən MMC-yə məxsus "xxxx" əmtəə nişanından istifadə edən bərbər əmtəə nişanı altında işlədiyi gözəllik salonunda aylıq dövriyyəsinin müəyyən faizini qonarar məbləği (royalti) şəklində "xxxx" MMC-yə nağdsız qaydada ödəyir ki, həm icarə haqqı məbləği həm də royalti MMC-nin sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirini təşkil edir. Eyni zamanda müştəridən əldə olunan xidmət haqqı ya nağd qaydada və yaxud POS-terminal vasitəsi ilə bərbərin (icarədarın) hesabına ödənilir. Bundan sonra fərdi sahibkar olan bərbərlər "xxxx" MMC ilə bağlanılmış icarə müqaviləsi əsasında icarəyə götürdükləri ərazini (sahəni) təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması üçün vergi orqanlarına müraciət etmişlər. Həmin müraciətlər əsasında bərbərlərin (fərdi sahibkarların) qeydiyyatda olduqları vergi orqanları “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında” Arayış təqdim etdikləri üçün sadələşdirilmiş vergi üzrə sabit məbləği ödəyərək fəaliyyət göstərirlər. Bu səbəbdən yoxlama Aktlarında adları qeyd olunan və icarə müqaviləsi əsasında fəaliyyət göstərən bərbərlərin “Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi” kimi qiymətləndirilməsi və maliyyə sanksiyasının tətbiqi əsasızdır. 2- Bundan başqa cavabdeh tərəfindən qəbul edilmiş Qərarda Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq olunması həm də ona görə əsassızdır ki, həmin maddə Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə məsulyyət tədbirinin görülməsini nəzərdə tutur. Halbuki, Vergi Məcəlləsinin 58.10-cu maddəsində həmin Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilmiş bərbərlərə görə məsuliyyət tədbirinin (maliyyə sanksiyasının) tətbiqi nəzərdə tutulmamışdır.3-Həmşinin, 27.03.2019-cu il tarixdə "xxxx" MMC Azərbaycan Respublikasının Vergilər Nazirliyinə müəssisənin hal hazırda fəailiyyət istiqaməti barədə məlumat verilməklə gələcəkdə yaranacaq riskləri sığortalamaq üçün rəsmi sorğu ilə müraciət etmişdir. Həmin sorğuya Vergilər Nazirinin 1-ci müavini cənab Sahir Məmmədxanovun imzası ilə rəsmi münasibət bildirilmişdir. Məktubda qeyd olunmuşdur ki, “gözəllik salonunda fərdi qaydada (muzdlu işçi cəlb etmədən) xidmət göstərən vergi orqanında uçotda olan şəxslər (sorğuda qeyd olunan halda saç ustası, manikür, pedikür) vergi öhdəliklərini sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz almaqla müstəqil surətdə yerinə yetirirlər.” Başqa sözlə desək X53 zamanı qanun pozuntusi kimi qeyd edilən hal Vergilər Nazirliyinin (Dövlət Vergi Xidmətinin) rəsmi mövqeyinə əsasən qanun posuntusu deyildir. Məhkəmə kollegiyası iddiaçının dəlillərini əsaslı hesab edərək qeyd edir ki, Vergi orqanının sözügedən qərarlarındakı istinad edilmiş hallarla bağlı məhkəmə tərəfindən işin faktiki hallarının araşdırılması zamanı müəyyən edilmişdir ki, vergi orqanının X53 zamanı fiziki şəxslərin Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyini bildirdikləri fiziki şəxslərin hər birinin adına subicarə formasında "xxxx" MMC-yə məxsus təsərrüfat subyektlərində vergi ödəyicisi kimi qeydiyyatdan keçmələrinə dair Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilmiş “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında” arayışlar olmuş, İddiaçı MMC ilə aralarında “Müəlliflik hüququndan istifadə haqqında” müqavilələr və “İcarə” müqavilələri bağlanmış, “Müəlliflik hüququndan istifadə haqqında” müqavilələrdə “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanunun 31-ci maddəsinin müddəaları rəhbər tutularaq, müqavilələr üzrə verilən konkret hüquqlar, hüquqların verildiyi müddət; qonorarın məbləğləri və qonorarın məbləğlərinin müəyyən edilməsi qaydaları; ödəniş qaydaları və müddəti, həmçinin tərəflərin mühüm hesab etdikləri digər şərtlər göstərilmişdir. Həmin müqavilələr üzrə verilən konkret hüquqlardan ilki, İddiaçı gözəllik salonunda Əmtəə Nişanından istifadə etməklə “bərbər və ya digər gözəllik prosedurları fəaliyyəti” ilə məşğul olmaqdır. Qonorarın məbləğinin müəyyən olunması müddəasında isə qeyd olunmuşdur ki, qonorarın müəyyən olunması qaydası hər cari ay bitdikdən sonra 5 gün ərzində müvafiq hesabatlar, bank çıxarışları, kassa mədaxil orderləri və digər sənədlər əsasında protokol tərtib olunmaqla tənzimlənir. Məhkəmə kollegiyası cavabdehin etiraz və apellyasiya şikayətinin dəlilərini iş materiallarında olan sübutlarla əlaqəli şəkildə araşdıraraq hesab edir ki, cavabdeh vergi orqanın qərarları əsassızdır. Belə ki, müvafiq qərarlarda fiziki şəxslərin aylıq əmək haqlarının İddiaçı MMC-nin rəhbəri tərəfindən təyin edildiyinin müəyyən edilməsini göstərsə də, iş materiallarında olan fiziki şəxslərin izahatlarında belə bir ifadəyə və onlara aylıq əmək haqqının ödənilməsini təsdiq edən hər hansı bir sənədə rast gəlinməmişdir. “Müəlliflik hüququndan istifadə haqqında” müqavilələrdə “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanunun 31-ci maddəsinə əsasən müəllif müqaviləsinə aşağıdakılar müəyyən olunmalıdır: əsərdən istifadə üsulları (belə müqavilə üzrə verilən konkret hüquqlar); hüquqların verildiyi müddət və ərazi; qonorarın məbləğlərinin və (və ya) əsərdən istifadənin hər növünə görə qonorarın məbləğlərinin müəyyən edilməsi qaydaları; ödəniş qaydaları və müddəti, həmçinin tərəflərin mühüm hesab etdikləri digər şərtlər. Müəllif müqaviləsində əsərdən istifadənin üsulları haqqında şərt olmadıqda (müəllif müqaviləsi üzrə verilən konkret hüquqlar), müqavilə onu bağlayan tərəflərin istəklərinin əldə edilməsi üçün vacib hesab etdikləri istifadə üsuluna görə bağlanmış hesab oluna bilər. Müəllif müqaviləsində istifadənin müddəti haqqında şərt olmadıqda həmin müqavilə bağlandığı tarixdən 5 il keçəndən sonra müəllif tərəfindən pozula bilər, həm də istifadəçi müqavilənin pozulması haqqında 6 ay əvvəldən yazılı xəbərdar edilməlidir. Müəllif müqaviləsində ərazi haqqında şərt olmadıqda, müqavilə üzrə nəzərdə tutulan hərəkətlər Azərbaycan Respublikasının ərazisi ilə məhdudlaşdırılır. Müəllif müqaviləsi üzrə müəllif haqqı əsərdən müvafiq üsulla istifadəyə görə alınan gəlirdən faizlə, əgər əsərin xarakteri və ya istifadə xüsusiyyətləri ilə bağlı gəliri müəyyən etmək mümkün deyilsə, onda müqavilədə konkret məbləğ göstərilməklə və ya başqa şəkildə müəyyən edilir. Müəllif müqaviləsinin müəllifin gələcəkdə müəyyən mövzuda və ya müəyyən sahədə əsər yaratmaq imkanlarını məhdudlaşdıran və bu Qanunun müddəalarına zidd olan şərtləri etibarsızdır. Müəllif müqaviləsi yazılı şəkildə bağlanmalıdır. Məhkəmə kollegiyası həmçinin iş materiallarına əsasən müəyyən etmişdir ki, iddiaçı tərəfindən fəaliyyətə başlanılmazdan öncə, online kargüzarlıq vasitəsilə vergi orqanına müvafiq ərizə ilə müraciət edilərək, hazırki mübahisənin predmeti olan məsələlər (MMCnin fəaliyyət növü, hansı qaydada fəaliyyət göstərməsi və s.) vergi orqanının diqqətinə çatdırılmış, gələcəkdə yaranacaq vergi öhdəliklərində problemlərin yaşanmaması məqsədilə, vergi orqanına müvafiq suallar ünvanlanmış, həmin suallara cavab olaraq vergi orqanı tərəfindən bildirilmişdir ki, mülki-hüquqi müqavilələr əsasında cəmiyyətə məxsus əmlakdan istifadə etməklə xidmətlərin göstərilməsini həyata keçirən vergi ödəyicilərinin cəmiyyətə ödədikləri xidmət haqları cəmiyyətin vergi tutulan gəlirlərinə aid edilməklə mənfəət vergisinə və ƏDV-yə cəlb edilir. Cəmiyyətin ona məxsus əmlakı digər şəxsin istifadəsinə verməklə gəlir əldə etməsi cəmiyyətin əmlak icarəsindən gəlir əldə etməsi sayılır. Cəmiyyət mikro sahibkar meyarların uyğun gəldiyi halda (işçilərin orta siyahı sayı 1- 10 nəfər, illik gəlir 200.000 manatdan az) Vergi Məcəlləsinin 106.1.20-ci maddəsinə əsasən əldə etdiyi mənfəətin 75 faizi vergidən azaddır. Gözəllik salonunda fərdi qaydada (muzdlu işçi cəlb etmədən) xidmət göstərən vergi orqanında uçotda olan şəxslər (sorğuda qeyd olunan halda saç ustası, manikür, pedikür) vergi öhdəliklərini sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz almaqla müstəqil surətdə yerinə yetirirlər. Həmin şəxslərin 2 faiz dərəcə ilə sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququ yoxdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 218.4.4-cü maddəsinə əsasən fəaliyyət zamanı işçi cəlb edən fiziki şəxslər istisna olmaqla, bu Məcəllənin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növləri ilə fərdi qaydada məşğul olan fiziki şəxslər sadələşdirilmiş vergi ödəyiciləridir. Həmin Məcəllənin 220.10-cu maddəsinə əsasən bu maddədə nəzərdə tutulan fəaliyyət növləri ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan bu Məcəllənin 218.4.4-cü maddəsində göstərilən fiziki şəxslər üçün sadələşdirilmiş vergi aşağıdakı kimi müəyyən edilir: ...- fərdi qaydada bərbər fəaliyyəti ilə məşğul olan şəxslər – sadələşdirilmiş vergi üzrə aylıq sabit 15 manat sabit məbləğ müəyyən edilmişdir. Həmin Məcəllənin 220.11-ci maddəsinə əsasən Bu Məcəllənin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslər üçün aylıq verginin məbləği aşağıdakı əmsallar tətbiq edilməklə müəyyən edilir: 220.11.1 Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) – 2,0. İş materiallarında olan fiziki şəxslərin izahatları ilə müəyyən olunmuşdur ki, onlar özlərinə məxsus VÖEN-lə çalışdıqlarını (sadələşdirilmiş vergi ödəyicisi kimi) və müştərilərə sabit qəbz təqdim etdiklərini təsdiq etmişlər. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlili olan fiziki şəxslərin özlərinə aid heç bir sosial şəbəkələrdə reklamlarının olmaması, yalnız İddiaçı MMC-nin sosial şəbəkə hesablarında reklamlarının aparılması ilə bağlı mövqeyinə münasibətdə qeyd edir ki, yuxarıda qeyd edilən “Müəlliflik hüququndan istifadə haqqında” müqavilələrin , predmetindən göründüyü kimi, sözügedən fiziki şəxslər İddiaçı əmtəə nişanından istifadə barədə müqavilə bağlamışlar, bu da, onu göstərir ki, həmin şəxslər öz fəaliyyətlərini sözügedən əmtəə nişanı adı altında göstərməklə, həmin əmtəə nişanı adı altında tanınırlar. Bu səbəbdən də, fiziki şəxslərin sosial şəbəkələrdə reklamlarının və öz adlarına hesablarının olmaması vergi orqanı üçün sözügedən qərarların qəbul edilməsi üçün əsas ola bilməz. Apellyasiya şikayətinin digər dəlili olan fiziki şəxslərin iş vaxtlarının 11:00-dan 19:00dək olmasının onların faktiki olaraq, İddiaçı MMC ilə əmək münasibətlərinin olmasına dəlalət etməsi ilə bağlı mövqeyinə münasibətdə qeyd edilməlidir ki, fiziki şəxslərin hər biri izahatlarında 11:00-dan 19:00-dək işləməsi onların faktiki əmək münasibətlərində olmasını təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. Belə ki, həmin şəxslərin izahatlarına baxış keçirilən zaman həmçinin müəyyən edilmişdir ki, onların iş rejimləri müştəridən asılı olaraq tənzimlənir, bəziləri həftənin hər günü, bəziləri həftənin 6 günü, bəziləri isə həftənin 5 günü işləyir, istirahət günləri dəyişkəndir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə mübahisələləndirilən qərarlarla vergi məbləğinin hesablanması zamanı cavabdeh tərəfindən işin faktiki və hüquqi halları düzgün araşdırılmayaraq, iddiaçıya münasibətdə qanunvericiliyin normaları düzgün tətbiq edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5388/2021 saylı, 29 sentyabr 2021-ci il tarixli nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5388/2021 saylı, 29 sentyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-838/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-838/2022
06.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver