Məhkəmə qərarları › İş №2-1(103)-838/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-838/2025

18.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-838/2025 18.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X4 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci və 45-ci maddəsinin müddəaları tətbiq olunmaqla iddiaçının pensiyasının sığorta hissəsinin yenidən hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə məhkəmə qərarının icra edilməməsi ilə bağlı iddiaçının ərizəsi üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1089/2023 saylı, xx.xx.2024-cü il il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərardadı qəbul etdi Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci və 45-ci maddəsinin müddəalərı tətbiq olunmaqla iddiaçının pensiyasının sığorta hissəsinin yenidən hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsi” öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Baki İnzibati Məhkəməsinin 2-1(112)-1089/2023 saylı, 26 aprel 2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2022-ci il tarixli, ********** nömrəli qərarı ləğv edilmiş, İddiaçı pensiya təyin olunduqdan sonrakı dövr üzrə 6 il və daha çox işləyərək qazandığı və fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış sığorta pensiya kapitalına əsasən yaşa görə güzəştli şərtlərlə aldığı əmək pensiyasının, fərdi şəxsi hesabında bugünədək toplanmış pensiya kapitalı əsasında pensiyanın sığorta hissəsi yenidən hesablanarkən qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmamaqla yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 oktyabr 2023-cü il tarixli 2-1(103)-2941/2023 qərarı ilə, cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 757/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 oktyabr 2023-cü il tarixli 2-1(103)-2941/2023 qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə kassasiya icraatına xitam verilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsi tərəfindən 12 mart 2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına xəbərdarlıq məktubu ünvanlanaraq, Bаkı İnzibati Məhkəməsinin 2-1(112)-1089/2023 saylı, xx.xx.2023-ci il tarixli qərarı qanuni qüvvəyə mindiyinə görə 10 gün müddətində icra edilməsi bildirilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Bakı İnzibati Məhkəməsinə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-1/2- 82722/2024 saylı məktubu ilə bildirilmişdir ki, Bаkı İnzibati Məhkəməsinin 2-1(112)- 1089/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının icrası məqsədilə İddiaçı əmək pensiyası yenidən hesablanaraq 1502,90 manatdan 1864,94 manata artırılmış, həmcinin ona ötən dövr üzrə ödənilməli olan 15474,52 manat fərq məbləği müəyyən edilmişdir. Həmin 15474,52 manat fərq məbləği “Əmək pensiyaları haqqında” Azərbaycan Respblikası Qanununun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada ötən dövrdəki ayların sayına bölünməklə xx.xx.2024-xx.xx.2029-cu il tarixləri arasındakı dövr ərzində hər ay 262,28 manat olmaqla adıçəkilən şəxsin əmək pensiyasının üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürülməklə sözügedən məhkəmə qərarının icrası tam başa çatdırılacaqdır. Bаkı İnzibati Məhkəməsinin 2-1(112)-1089/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı icra edilmədiyi üçün 23 may 2024-cü il tarixli icra vərəqəsi icra edilməsi üçün Nərimanov rayon icra şöbəsinə göndərilmişdir. Nərimanov rayon icra şöbəsinin e169572/2024-15-13-002 nömrəli, xx.xx.2024-cü il tarixli məhkəməyə ünvanladığı məktuba əsasən bildirilmişdir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 79.1, 79.2 , 116.1, 116.2, 118.2-ci müddəaları və “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli qərarının 25, 26, 27, 29 bəndlərinə əsasən inzibati işlər üzrə çıxarılmış məhkəmə qərarlarının icrası ilk növbədə İPM-də təsbit edilmiş müddəalar rəhbər tutulmaqla həyata keçirilməli, məhkəmə cərimənin və ya təkrar cərimənin təyin edilməsinə baxmayaraq, inzibati orqan tərəfindən yenə də icranın təmin olunmasına yönəlik real hərəkətlər edilmədiyi qənaətinə gəldikdə, bu barədə müvafiq qərardad çıxarmaqla “İcra haqqında” Qanunda nəzərdə tutulmuş məcburi icra tədbirlərinin tətbiqi üçün icra vərəqəsi verməklə onu icraya yönəlməli olduğu təsbit olunmuşdur. Əlavə olaraq bildirilmişdir ki, tələbkar İddiaçı icra şöbəsinə verdiyi müvafiq məlumatında cavabdeh təşkilatın cərimə olunmadığını qeyd etmişdir. Sonradan iddiaçı məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, cavabdeh tərəfindən 2-1(112)1089/2023 nömrəli məhkəmə qərarının qanunazidd hesablama aparılmaqla icrası yerinə yetirilib. Odur ki, müvafiq tədbirlərin görülməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən 02 avqust 2024-cü il tarixdə cavabdeh inzibati orqana sorğu ünvanlanaraq, Bаkı İnzibati Məhkəməsinin 2-1(112)-1089/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının icrasına dair sübutların məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı 14 avqust 2024-cü il tarixli, 3-17/1/2-193478/2024 saylı “İddiaçı dair məhkəmə qərarının icrası haqqında” cavab məktubuna əsasən bildirilmişdir ki, Bakı İnzibati Məhkəməsinin 26 aprel 2023-cü il tarixli, 2-1(112)-1089/2023 nömrəli qərarının icrası məqsədilə İddiaçı əmək pensiyası yenidən hesablanaraq 1502,90 manatdan 1864,94 manata artırılmış, həmçinin ona ötən dövr üzrə ödənilməli olan 15474,52 manat fərq məbləği müəyyən edilmişdir. Həmin 15474,52 manat fərq məbləği “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada ötən dövrdəki ayların sayına bölünməklə xx.xx.2024xx.xx.2029-cu il tarixləri arasındakı dövr ərzində hər ay 262,28 manat olmaqla adıçəkilən şəxsin əmək pensiyasının üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürülməklə sözügedən məhkəmə qərarının icrası tam başa çatdırılacaqdır. Cavabdeh tərəfindən ərizəyə dair etiraz təqdim edilərək bildirilmişdir ki, İddiaçı 8 noyabr 2006-cı il tarixindən hərbi qulluqçu kimi xidmət illərinə görə pensiya təyin edilib. İddiaçı əmək pensiyasının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalına əsasən yenidən hesablanması üçün 24 fevral 2022-ci il tarixində Mərkəzi Filiala müraciəti daxil olub. Sonrakı artımlar nəzərə alınmaqla adıçəkilən şəxsin əmək pensiyası müraciət etdiyi tarixdə 1071,20 manat məbləğində təşkil edirdi. Həmin pensiyanın sığorta hissəsi 282,66 manat, qulluq stajına görə əlavə hissəsi isə 788,54 manat idi. İddiaçı əmək pensiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə işlədiyi müddət ərzində fərdi hesabının sığorta hissəsində 24 fevral 2022-ci il tarixli müraciəti nəzərə alınmaqla ümumilikdə 1 mart 2022-ci il tarixinədək 42356,00 manat pensiya sığorta kapitalı qeydə alınıb. Həmin 42356,00 manat pensiya sığorta kapitalı nəzərə alınmaqla adıçəkilən şəxsin əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasının 37.3.1-ci, 29.2-ci və 45-ci maddələrinə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanının 2.11-ci bəndinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 fevral 2022-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38- ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Qərarına uyğun olaraq, pensiyasının sığorta hissəsi artırılmaqla və qulluq stajına görə əlavə hissəsi həmin artım məbləği qədər azaldılmaqla yenidən hesablanmışdı. Yəni ümumi pensiya məbləğində hər hansı dəyişiklik olmamışdır. Nəticədə 1 mart 2022-ci il tarixinə: əmək pensiyasının sığorta hissəsi - 818,81 manat; qulluq stajına görə əlavə - 252,39 manat təşkil edib. Göstərilən ümumi pensiya məbləğində artım olmayan yenidən hesablanma zamanı İddiaçı 19 sentyabr 2014-cü il tarixində işdən azad olunması, sonradan əmək fəaliyyətinə başlayaraq yenidən 25 sentyabr 2019-cu il tarixindən işdən azad edilməsi, daha sonra isə 1 oktyabr 2019-cu il tarixindən yenidən əmək fəaliyyətinə başlaması nəzərə alınmadan 1 mart 2022-ci il tarixinədək ümumilikdə işləyən pensiyaçı kimi bütün pensiya sığorta kapitalı cəmlənməklə pensiyası yenidən hesablanmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1089/2023 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə (hakim M.Hacıbəyova) İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci və 45-ci maddəsinin müddəaları tətbiq olunmaqla iddiaçının pensiyasının sığorta hissəsinin yenidən hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsi” haqqında Bаkı İnzibati Məhkəməsinin 2-1(112)-1089/2023 saylı, xx.xx.2023-ci il tarixli qərarının icrasını təmin etmədiyinə görə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına 1000 (min) manat məbləğində cərimə təyin еdilməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialından 1000 manat məbləğində cərimənin məcburi qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1089/2023 saylı xx.xx.2024-cü il tarixli qərardadının ləğv olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı 8 noyabr 2006-cı il tarixindən hərbi qulluqçu kimi xidmət illərinə görə pensiya təyin edilib. İddiaçı əmək pensiyasının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalına əsasən yenidən hesablanması üçün 24 fevral 2022-ci il tarixində Mərkəzi Filiala müraciəti daxil olub. Sonrakı artımlar nəzərə alınmaqla adıçəkilən şəxsin əmək pensiyası müraciət etdiyi tarixdə 1071,20 manat məbləğində təşkil edirdi. Həmin pensiyanın sığorta hissəsi 282,66 manat, qulluq stajına görə əlavə hissəsi isə 788,54 manat idi. İddiaçı əmək pensiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə işlədiyi müddət ərzində fərdi hesabının sığorta hissəsində 24 fevral 2022-ci il tarixli müraciəti nəzərə alınmaqla ümumilikdə 1 mart 2022-ci il tarixinədək 42356,00 manat pensiya sığorta kapitalı qeydə alınıb. Həmin 42356,00 manat pensiya sığorta kapitalı nəzərə alınmaqla adıçəkilən şəxsin əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasının 37.3.1-ci, 29.2-ci və 45-ci maddələrinə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanının 2.11-ci bəndinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 fevral 2022-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Qərarına uyğun olaraq, pensiyasının sığorta hissəsi artırılmaqla və qulluq stajına görə əlavə hissəsi həmin artım məbləği qədər azaldılmaqla yenidən hesablanmışdı. Yəni ümumi pensiya məbləğində hər hansı dəyişiklik olmamışdır. Nəticədə 1 mart 2022-ci il tarixinə: - əmək pensiyasının sığorta hissəsi - 818,81 manat; - qulluq stajına görə əlavə - 252,39 manat təşkil edib. Göstərilən ümumi pensiya məbləğində artım olmayan yenidən hesablanma zamanı İddiaçı 19 sentyabr 2014-cü il tarixində işdən azad olunması, sonradan əmək fəaliyyətinə başlayaraq yenidən 25 sentyabr 2019-cu il tarixindən işdən azad edilməsi, daha sonra isə 1 oktyabr 2019-cu il tarixindən yenidən əmək fəaliyyətinə başlaması nəzərə alınmadan 1 mart 2022-ci il tarixinədək ümumilikdə işləyən pensiyaçı kimi bütün pensiya sığorta kapitalı cəmlənməklə pensiyası yenidən hesablanmışdır. Daha sonra 1 yanvar 2023-cü il tarixindən qanunvericiliyə edilmiş dəyişikliklər və həmin dəyişikliklərin Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin tələblərinə uyğun qaydada geriyə tətbiq edilərək əvvəlki dövrdə pensiya sığorta kapitalı istifadə edilərək pensiyasının tərkib hissələri yenidən hesablanmış şəxslərin həmin pensiya sığorta kapitalları bir daha nəzərə alınaraq pensiya məbləğlərinin artırılması və İddiaçı bir neçə dəfə işdən azad edilərək yenidən əmək fəaliyyətinə başlaması nəzərə alınmaqla, onun əvvəlki pensiyası qanunvericiliyin aşağıda qeyd olunan müddəalarına uyğun qaydada keçmiş üç il üçün yenidən hesablanıb: Belə ki, Qanunun 37.3.1-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Qanunun 37.3.2-1-ci maddəsinə əsasən, Qanunun 20-ci maddəsinə uyğun olaraq, əmək pensiyasına qulluq stajına görə əlavə təyin edilmiş şəxslərin əmək pensiyasının sığorta hissəsinin Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə uyğun olaraq yenidən hesablanması onların və ya ailə başçısını itirmiş ailə üzvünün müraciəti əsasında həmin Qanuna uyğun olaraq həyata keçirilir. Qanunun 45-ci maddəsinə əsasən, Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qanunun 20-ci maddəsinə əsasən, qulluq stajına görə əmək pensiyasına əlavə almaq hüququ olan şəxsin yaşa görə əmək pensiyasının Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yenidən hesablanması zamanı sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (bu yaşa çatdığı hallar istisna olmaqla) arasındakı ayların sayı qədər artırılır. Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanının 2.11-ci maddəsinə əsasən, Qanunun 45-ci maddəsinin birinci cümləsinə uyğun olaraq Qanunun məqsədləri üçün gözlənilən pensiya ödəniş müddəti 144 ay (12 il) nəzərdə tutulur. Qanunun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İddiaçı əmək pensiyası təyin edildikdən sonra işdən azad olunduğu 19 sentyabr 2014-cü il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 8105,76 manat pensiya sığorta kapitalı Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada 72 aya bölünməklə (8105,76:72 ay (144 ay-72 ay)=112,58 manat) 24 fevral 2019-cu il tarixinədək (Mərkəzi Filiala müraciət etdiyi tarixdən (24 fevral 2022-ci il) üç il geriyə) mövcud olmuş əmək pensiyasının (874,22 manat) üzərinə əlavə edilərək onun pensiyası həmin tarixdən 986,80 (874,22+112,58) manat məbləğində müəyyən edilib. Eyni zamanda, 1 sentyabr 2019-cu il tarixindən İddiaçı sonuncu xidmət keçdiyi orqan tərəfindən Mərkəzi Filiala təqdim olunmuş aylıq vəzifə və rütbə maaşlarının məbləğlərinə əsasən ümumi əmək pensiyası yenidən hesablanaraq 1183,78 manat məbləğində müəyyən edilib. İddiaçı 2 oktyabr 2014-cü il tarixindən yenidən əmək fəaliyyətinə başlayaraq növbəti dəfə işdən azad olunduğu 25 sentyabr 2019-cu il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 14982,38 manat pensiya sığorta kapitalı Qanunun 37.3.1-ci maddəsi və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada 103 aya bölünməklə (14982,38:103 ay (64 il 6 ay-61 il 11 ay=31 ay+72 ay (144 ay- 72 ay)=145,46 manat)) həmin tarixədək müəyyən olunmuş əmək pensiyasının (1183,78 manat) üzərinə əlavə edilərək onun pensiyası həmin tarixdən 1329,24 (1183,78+145,46) manat məbləğində hesablanıb. Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən İddiaçı əmək pensiyası həmin tarixdən 1462,16 manat, 29-cu maddəsinə əsasən isə indeksləşdirilmə ilə əlaqədar 1677,10 manat məbləğində, növbəti dəfə 1 yanvar 2024-cü il tarixindən indeksləşdirilmə nəticəsində 1864,94 manat məbləğində müəyyən edilib. Nəticədə, adıçəkilən şəxsə keçmiş üç il müddəti üçün ümumilikdə 15474,52 manat fərq məbləği hesablanıb. Həmin vəsait cari ilin mart ayından etibarən hissə-hissə (hər ay 262,28 manat) onun pensiyasının (1864,94 manat) üzərinə əlavə edilməklə müvafiq kart hesabına köçürülür. İddiaçı sonuncu dəfə yenidən əmək fəaliyyətinə başladığı 2 oktyabr 2019-cu il tarixindən indiyədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalı 13628,41 manat təşkil edir. Adıçəkilən şəxsin 1 oktyabr 2019-cu il tarixindən sonra topladığı pensiya sığorta kapitalına əsasən pensiyasının yenidən hesablanması məsələsinə onun həmin tarixdən sonra 6 il və ya daha çox işlədikdə, yaxud işdən azad olunduğu təqdirdə müraciəti əsasında baxılacaqdır. Tərəflərin iştirakı: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-1089/2023 saylı qərardadı ləğv edilməlidir. Belə ki, Bakı İnzibati Məhkəkəsinin qanuni qüvvəsini almış və icra edilməsi üçün cavabdeh inzibati orqana göndərilmiş qərarı ilə iddiaçının fərdi şəxsi hesabında bugünədək toplanmış pensiya kapitalı əsasında pensiyanın sığorta hissəsi yenidən hesablanarkən qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmamaqla yenidən hesablanması vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 08 aprel 2024-cü il tarixli məktubundan görünür ki, Bakı İnzibati Məhkəməsinin 26 aprel 2023-cü il tarixli 2-1(112)-1089/2023 nömrəli qərarının icrası məqsədilə İddiaçı əmək pensiyası yenidən hesablanaraq 1502,90 manatdan 1864,94 manata artırılmış, həmçinin ona ötən dövr üzrə ödənilməli olan 15474,52 manat fərq məbləği müəyyən edilmişdir. Həmin 15474,52 manat fərq məbləği “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada ötən dövrdəki ayların sayına bölünməklə xx.xx.2024-xx.xx.2029-cu il tarixləri arasındakı dövr ərzində hər ay 262,28 manat olmaqla adıçəkilən şəxsin əmək pensiyasının üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürülməklə sözügedən məhkəmə qərarının icrası tam başa çatdırılacaqdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 12 fevral 2025-ci il tarixdə təqdim edilən İddiaçı pensiya sığorta kapitalının hesablanmasına dair mütəxəssis rəyindən görünür ki, İddiaçı əmək pensiyası təyin edildikdən sonra işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi 19 sentyabr 2014-cü il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 8105,76 manat pensiya sığorta kapitalı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanunun) 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddəti aylarının sayına - 72 aya (144 ay-72 ay) bölünməklə 112,58 (8105,76:72) manat 24 fevral 2019-cu il tarixinədək (Mərkəzi Filiala müraciət etdiyi 24 fevral 2022-ci il tarixindən üç il geriyə) mövcud olmuş əmək pensiyasının (874,22 manat) üzərinə əlavə edilərək pensiyası həmin tarixdən 986,80 (874,22+112,58) manat məbləğində müəyyən edilib. Eyni zamanda, 1 sentyabr 2019-cu il tarixindən sonuncu xidmət keçdiyi orqan tərəfindən Mərkəzi Filiala təqdim olunmuş aylıq vəzifə və rütbə maaşlarının məbləğlərinə əsasən, əmək pensiyası yenidən hesablanaraq 1183,78 manat məbləğində müəyyən edilib. 19 sentyabr 2014-cü il tarixindən sonra işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi 25 sentyabr 2019-cu il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 14982,38 manat pensiya sığorta kapitalı Qanunun 37.3.1-ci maddəsi və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddəti aylarının sayına - 103 aya (64 il 6 ay-61 il 11 ay=31 ay+72 ay (144 ay-72 ay)) bölünməklə 145,46 (14982,38:103) manat həmin tarixədək mövcud olmuş əmək pensiyasının (1183,78 manat) üzərinə əlavə edilərək pensiyası həmin tarixdən 1329,24 (1183,78+145,46) manat məbləğində hesablanıb. Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən əmək pensiyası həmin tarixdən 1462,16 manat, 29-cu maddəsinə əsasən isə indeksləşdirilmə ilə əlaqədar 1677,10 manat, növbəti dəfə indeksləşdirilmə nəticəsində 1 yanvar 2024-cü il tarixindən 1864,94 manat, 1 yanvar 2025-ci il tarixindən 2016 manat məbləğində müəyyən edilib. Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qeyd olunanlara əsasən, İddiaçı keçmiş üç il müddət üçün ödənilməli olan 15474,44 manat fərq məbləği müəyyən edilib. Həmin fərq məbləği 2024-cü ilin mart ayından etibarən hissə-hissə (hər ay 262,28 manat) pensiyasının üzərinə əlavə edilməklə müvafiq kart hesabına köçürülür. Məhkəmə kollegiyasının iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının mütəxəssisi X2 rəydə qeyd edilənləri bir daha təsdiq etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1089/2023 saylı, xx.xx.2024-cü il tarixli qərardadı qəbul edilərkən cavabdeh inzibati orqan tərəfindən Bаkı İnzibati Məhkəməsinin 2-1(112)-1089/2023 saylı, xx.xx.2023-ci il tarixli qərarı artıq icra edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə müvafiq olaraq məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 118-ci maddəsinə əsasən icranın dövlətin, bələdiyyənin və ya ümumi hüququn başqa subyektlərinin xeyrinə həyata keçirilməli olduğu hallarda məhkəmə qərarının icrası ilə bağlı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun Vİİİ fəslində nəzərdə tutulmuş qaydalar tətbiq olunur. İcranın “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirildiyi hallarda, birinci instansiya məhkəməsində mübahisə ilə bağlı işə baxan hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim icra orqanı sayılır. Hakim icranın və ya ayrı-ayrı icra hərəkətlərinin həyata keçirilməsi məqsədilə, icra orqanı qismində müvafiq inzibati orqanı və ya məhkəmə icraçısını cəlb edə bilər. İcra ilə bağlı borcluya tətbiq edilməli olan mümkün məcburi icra tədbirləri yalnız hakim tərəfindən müəyyən edilir. Hakim icranın məcburi qaydada həyata keçirilməsinə nəzarət etməlidir. Həmin Məcəllənin 120-ci maddəsinə görə bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. Bu müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir. Cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. Cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər. “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən borclunu müəyyən hərəkətlər etməyə, müəyyən hərəkətlərə dözməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur etməklə bağlı məhkəmə qərarının icrası zamanı icra orqanı qismində çıxış edən hakim və ya məhkəmə əvvəlcə məhkəmənin qanuni qüvvəyə minmiş qərarını borcluya göndərərək kifayət qədər müddət təyin etməklə könüllü icranı təmin etmək barədə xəbərdarlıq etməlidir. Bu müddət ən azı 10 (on) gün olmalıdır, lakin məhkəmə icra ilə bağlı həyata keçirilməli olan hərəkətlərin xüsusiyyətlərini, eləcə də tərəflərin diqqətəlayiq maraqlarını nəzərə almaqla və ağlabatan müddətləri keçməməklə daha uzun müddət də müəyyən edə bilər. Xəbərdarlıq yazılı formada olmalı, orada könüllü icra təmin edilmədikdə məcburi icra tədbirlərinin tətbiq olunacağı barədə məlumatlandırma və tətbiqi əsasları göstərilməli, eyni zamanda, qanunla müəyyən edilmiş qaydada borcluya təqdim olunmalıdır. Həmin qərara əsasən məhkəmələr nəzərə almalıdır ki, borclunu müəyyən hərəkətlər etməyə, müəyyən hərəkətlərə dözməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur etməklə bağlı məhkəmə qərarı könüllü qaydada icra olunmadıqda tətbiq edilməsi mümkün olan məcburi icra tədbirlərinin dəqiq siyahısı “İnzibati icraat haqqında” Qanunun 83.3-cü maddəsində müəyyən edilmişdir. Onlar üç növ tədbirdən – məhkəmə qərarı ilə nəzərdə tutulmuş hərəkətin borclunun (maraqlı şəxsin) hesabına başqa şəxs və ya inzibati orqan tərəfindən icra edilməsi, cərimə və bilavasitə məcburetmədən ibarətdir. Odur ki, məhkəmə qaydasında icra ilə bağlı tətbiq edilməli olan mümkün məcburi icra tədbirləri də yalnız sözügedən üç növdən biri ola bilər. Məhkəmələr həmin tədbirləri tətbiq edərkən “İnzibati icraat haqqında” Qanunun 84, 85 və 86-cı maddələrinin tələblərini nəzərə almalıdır. İPM-in 118.4-cü maddəsi icra ilə bağlı tətbiq edilməli olan mümkün məcburi icra tədbirlərinin yalnız hakim tərəfindən müəyyən edilə biləcəyini təsbit edir. İcra orqanı qismində çıxış edən hakim və ya məhkəmə belə tədbirləri müvafiq qərardad çıxarmaqla tətbiq etməlidir. Borclunu müəyyən hərəkətlər etməyə, müəyyən hərəkətlərə dözməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur etməklə bağlı məhkəmə qərarının icrasını təmin etmək üçün qərarı çıxarmış məhkəmə tərəfindən icra vərəqəsi verilməsi qanunvericilikdə nəzərdə tutulmayıb. Buna görə də, məhkəmələr bu kateqoriya işlərin icrası ilə bağlı icra vərəqəsini icraya yönəltməklə müvafiq icra qurumuna göndərməyə dair hərəkətlər etməməlidir. Bu qəbildən olan işlərin icrası ilə bağlı məhkəmə tərəfindən məcburi icra tədbirlərinin tətbiqinə dair müvafiq qərardad çıxarılmalı, ehtiyac yarandıqda isə ayrı-ayrı icra hərəkətlərinin həyata keçirilməsi üçün müvafiq inzibati orqan və ya icra məmuru icraata cəlb edilməli, onların malik olduğu qanuni imkanlardan icranın təmin edilməsi üçün istifadə olunmalıdır. Bu zaman məhkəmə öz qərardadında belə cəlb etmənin zəruriliyini əsaslandırmalı, eləcə də hər hansı inzibati orqanın və ya icra məmurunun icra ilə bağlı yerinə yetirməli olduğu hərəkətləri konkret müəyyən etməlidir. Öz növbəsində, həmin orqanlar da daha sonra icranın lazımi qaydada baş tutması məsələsinə aydınlıq gətirilməsi üçün onların üzərinə qoyulmuş vəzifələrin icrası ilə bağlı məhkəməyə görülmüş işlər barədə məlumat təqdim etməlidir. Belə məlumatın verilməsi İPM-in 118.5-ci maddəsinin müddəalarından irəli gəlir. Həmin normaya görə hakim icranın məcburi qaydada həyata keçirilməsinə nəzarət etməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, birinci instansiya məhkəməsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 1000 (min) manat məbləğində cərimə təyin еdilməsi barədə qərardadı ləğv edilməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1089/2023 saylı, 16 sentyabr 2024-cü il tarixli qərardadı ləğv edilsin. İddiaçı məcburi icra tədbirlərinin tətbiq edilməsi barədə ərizəsi təmin edilməsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar