Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-839/2022 11.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil (fərdi vəkil) iştirakı ilə, İddiaçı (xx.xx.1978-ci il tarixində ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı üçüncü şəxslər X17 və X14, X4 (01.10.1968-ci il tarixində Ermənistanın Qafan şəhərində anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatdadır) işə cəlb edilməklə çıxarışın verilməsi barədə iddia tələbinə dair Bakı İnzibati Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 2-1(81)-39/2019 nömrəli qərardadından X4 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı 12.07.2017-ci il tarixində cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən 103 saylı binanın 58-ci mənzilinin İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən 103 saylı kooperativ binanın 58-ci mənzilinin payçısı mərhum X11 27 dekabr 2015-ci il tarixdə vəfat etmişdir. Mərhum vəfat etməmişdən qabaq 10 sentyabr 2015-ci il tarixdə mənzili iddiaçıya vəsiyyət etmişdir. Yasamal Rayon Məhkəməsinin 29 sentyabr 2016-cı il tarixli, 2(004)-9881/2016 saylı qətnaməsi ilə iddiaçı X7 vəsiyyət üzrə vərəsəsi kimi tanınmışdır. AZ-İ seriyalı, 779487 nömrəli, 19.01.2016-cı il tarixli ölüm haqqında şəhadətnamənin surətinə əsasən qeyd edilmişdir ki, vətəndaş X12 27.12.2015-ci ildə ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında 2016-cı ilin 01-ci ayının 19-cü günündə 18 № ilə qeyd edilmişdir, ölümün səbəbi-beyin infarktı, öldüyü yer-Bakı şəhəri, qeyd edilən yer- Nəsimi rayon qeydiyyat şöbəsi. Yasamal Rayon Məhkəməsinin 29 sentyabr 2016-cı il tarixli, 2(004)-9881/2016 saylı qətnaməsi ilə (hakim T.Axundov) ərizənin təmin edilməsi, İddiaçı mərhum X7 vəsiyyət üzrə vərəsəsi kimi tanınması qət edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4498/2017 saylı, 01.08.2017-ci il tarixli qərarı ilə (hakim S.Alıyeva) iddianın təmin edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 103 ünvanında yerləşən 58 saylı mənzilin İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh tərəfindən qərardan apellyasiya şikayəti verilməmişdir. 04.10.2017-ci il tarixli məktubla qərar icra edilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə göndərilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin 11.10.2017-ci il tarixli, **********93 nömrəli məktubuna əsasən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)-4498/2017 saylı, 01.08.2017-ci il tarixli qərarının icra edildiyi qeyd edilmişdir. Daha sonra X10 və X6 nümayəndəsi, eyni zamanda vəkili X18 20.06.2018-ci il tarixdə məhkəmənin dəftərxanası vasitəsi ilə məhkəməyə ərizə ilə müraciət edərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4498/2017 saylı işi üzrə X10 və X6 üçüncü şəxs kimi cəlb edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5922/2016 nömrəli, 04.07.2016-cı il tarixli qətnaməsi ilə (hakim Ş.Abdullayev) ərizənin təmin edilməsi, 13.04.1955-ci il təvəllüdlü X8 ərizəçi 1948-ci il təvəllüdlü X6 xalası oğlu olması üzrə qohumluq münasibətlərinin müəyyən edilməsi qət edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4498/2017 saylı, 11.09.2018-ci il tarixli qərardadı ilə (hakim Ş.Məmmədova) 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)-4498/2017 saylı 01.08.2017-ci il tarixli qərarı ləğv edilmiş, X17 və X13 hazırkı iş üzrə məhkəmə icraatına üçüncü şəxs kimi cəlb edilmiş və iş üzrə icraat təzələnmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4288/2018 nömrəli, 10 aprel 2018-ci il tarixli qərardadı ilə (hakimlər R.Qurbanov, E.Nəbiyev, A.İmanov) maraqlı şəxs X6 apellyasiya şikayətinin təmin edilməsi, Yasamal Rayon Məhkəməsinin 29 sentyabr 2016-cı il tarixli, 2(004)-9881/2016 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-12064/2018 saylı, 21 noyabr 2018-ci il tarixli qərardadı ilə (hakimlər R.Eyvazov,Z.Əliyev, E.Həsənov) maraqlı şəxslər İddiaçı və "xxxx" MTK tərəfindən verilmiş apellyasiya şikayətlərinin qismən təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5922/2016 nömrəli, 04.07.2016-cı il tarixli qətnaməsinin ləğv edilməsi, ərizənin baxılmamış saxlanılması qərara alınmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4077/2018 saylı, 14 noyabr 2018ci il tarixli qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı üçüncü şəxslər X17 və X13 işə cəlb edilməklə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq pr., 103 ünvanda yerləşən 58 saylı mənzilin İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə 2-1(81)- 4077/2018 saylı inzibati işin icraatı Nəsimi Rayon Məhkəməsinin 04.07.2016-cı il tarixli 2(006)-5922/2016 saylı qətnaməsindən və Bakı Apellyasiya Məhkəməsinin 10.04.2018-ci il tarixli, 2(103)- 4288/2018 saylı qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətlərinə baxılıb qurtaranadək dayandırılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-168/2019 saylı, 08.01.2019-cu il tarixli qərarı ilə (hakim V.İbayev, A.Kalbalıyev, Ə.Əliyev) İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10.04.2018-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-39/2019 saylı, 16 aprel 2019-cu il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-39/2019 saylı, 23.05.2019-cu il tarixli qərardadı ilə (hakim A.Abdullayeva) İddiaçı iddiası mümkün sayılmamışdır. Qərardaddan apellyasiya şikayəti verilməmişdir. Ərizəçi "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən məhkəməyə ərizə ilə müraciət edilərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4498/2017 saylı, 01.08.2017ci il tarixli qərarının icrasına dönüş edilməsini xahiş olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4442 saylı, 16.04.2021-ci il tarixli qərardadı ilə (hakim M.Qarayeva) iddiaçı "xxxx" MTK-nın cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 103 saylı evin 58 saylı mənzilin daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına aparılmış qeydiyyatını ləğv edərək həmin mənzilin "xxxx" MTK-nın adına qeydə alınması” tələbinə dair iddiasının mümkün sayılmaması qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2-1(81)-39/2019 nömrəli qərardadı ilə (hakim A.Abdullayeva) ərizəçi "xxxx" Mənzil-Tikinti Kooperativinin ərizəsi təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4498/2017 saylı, 01.08.2017-ci il tarixli qərarının icrasına dönüş edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4498/2017 saylı, 01.08.2017-ci il tarixli qərarı əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən aparılmış qeydlərin ləğv edilməsi qərara alınmışdır. X4 28.09.2021-ci il tarixdə məhkəməyə vəsatətlə müraciət edərək, Bakı İnzibati Məhkəməsinin icraatında olmuş 2-1(81)-39/2019 saylı iş üzrə üçüncü şəxs qismində cəlb edilməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(81)-39/2019 saylı, 07.05.2021-ci il tarixli qərardadının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin 2-1(81)-39/2019 saylı 07.05.2021-ci il tarixli qərardadı ilə İddiaçı ünvan 5 ünvanda yerləşən sahəsi 44.7 kv.m. olan 58 nömrəli mənzilə (yeni qaydalarla ünvan: AZ1007, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 177, M2, M.1) hüquqları ləğv edilmişdir. Bu barədə məlumat hüquqlarını təmsil etdiyi X19 15.09.2021-ci il tarixində Bakı şəhəri 38 saylı notariat ofisinin xüsusi notariusu X15 tərəfindən təqdim edilmiş Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqların və onların məhdudlaşmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışdan məlum olmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(81)-39/2019 saylı, 07.05.2021-ci il tarixli qərardadı hüquqlarını təmsil etdiyi X16 maraqlarına toxunur, çünki, bu qərardad nəticəsində X16 mülkiyyətində olan ünvan 5 ünvanda yerləşən sahəsi 44.7 kv.m. olan 58 nömrəli mənzilə (yeni qaydalarla ünvan: AZ1007, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 177, M2, m.l) dair bütün hüquqlar barəsində qeydiyyat hərəkətlərinin həyata keçirilməsi qanunsuz olaraq məhdudlaşdırılmışdır. Belə ki, Bakı İnzibati Məhkəməsinin 2-1(81)-39/2019 saylı, 07.05.2021-ci il tarixli qərardadının qəbul edildiyi tarixə ünvan 5 ünvanda yerləşən sahəsi 44.7 kv.m. olan 58 nömrəli mənzilə (yeni qaydalarla ünvan: AZ1007, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 177, M2, m.l) dair İddiaçı heç bir hüquqları olmamışdır. Həmin mənzil satıcı X9 ilə alıcı X21 arasında bağlanmış AN-İ № saylı 22.11.2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, X21 tərəfindən alınmışdır. X16 ünvan 5 ünvanda yerləşən sahəsi 44.7 kv.m. olan 58 nömrəli mənzilə dair (yeni qaydalarla ünvan: AZ1007, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 177, M2, m.l) mülkiyyət hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 sayı Bakı Ərazi İdarəsi tərəfindən 24.11.2017-ci ildə ********** nömrə ilə Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır. X21 həmin mənzildə yaşayır və yaşayış yeri üzrə də, qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 149.2-ci maddəsinə əsasən, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 182.1-ci maddəsinə əsasən, əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. X21 ünvan 5 ünvanda yerləşən sahəsi 44.7 kv.m. olan 58 nömrəli mənzilə (yeni qaydalarla ünvan: AZ1007, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 177, M2, m1) dair vicdanlı əldə edəndir. Belə ki, X21 ünvan 5 ünvanda yerləşən sahəsi 44.7 kv.m. olan 58 nömrəli mənzili (yeni qaydalarla ünvan: AZ1007, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 177, M2, m.1) satıcı X2 22.11.2017-ci il tarixdə almışdır. Bu zaman, təbii ki, X16 Bakı İnzibati Məhkəməsinin 2- 1(81)-39/2019 saylı, 07.05.2021-ci il tarixli qərardadından və ümumiyyətlə mənzil üzərində hər hansı üçüncü şəxslərin hərhansı hüquqları barəsində məlumatı olmamışdır. Vəsatət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.1-ci, 28.2-ci, 28.3-cü maddələri və “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2017-ci il tarixli qərarı ilə əsaslandırılmışdır. Bakı İnzibati Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 2-1(81)-39/2019 nömrəli qərardadı ilə X1 ərizəsi mümkün sayılmamışdır. Qərardadlar ilə razılaşmayan ərizəçi X21 apellyasiya şikayəti verərək, hər iki qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti ərizəyə uyğun tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. İddiaçı, cavabdeh, üçüncü şəxslər və "xxxx" Mənzil-Tikinti Kooperativi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların nümayəndələrinin iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətini iş materialları ilə birgə araşdıraraq, hesab edir ki, ərizəçinin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6309/2021 saylı, 30.11.2021-ci il tarixli qətnaməsi ilə (hakim N.Tağıyeva) iddiaçı "xxxx" MTK-nın cavabdehlər İddiaçı, X3, X19 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “müqavilələrin ləğv edilməsi” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Belə ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsi qərardadında qeyd etmişdir ki,” X5 məhkəmə qərarının icrası ilə bağlı yaranmış hüquqi nəticələrin ləğv edilməsi (qərarın icrasına dönüş edilməsi) barədə qərardadın ləğv edilərək, inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsini xahiş etsə də, mövcud vəziyyətdə inzibati məhkəmə icraatına üçüncü şəxsin cəlb edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsindən söhbət gedə bilməz. Belə ki, belə bir halın özü qanunvericilikdə də, nəzərdə tutulmamışdır. Bu səbəbdən də, X16 vəsatəti mümkün sayılmamalıdır” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, işin hallarından göründüyü kimi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)-4498/2017 sayı, 01.08.2017-ci il tarixli qərarı ilə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 103 ünvanında yerləşən 58 saylı mənzilin İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilsə də, sonralar maraqlarına toxunan üçüncü şəxslərin (X10 və X6) vəsatətləri əsasında həmin məhkəmə qərarı ləğv edilərək, üçüncü şəxslər məhkəmə icraatına cəlb edilmiş və işə mahiyyəti üzrə baxılması təzələnmişdir. İşə 3-cü şəxslərin iştirakı ilə yenidən baxan 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsi 2-1(81)-39/2019 saylı, 23.05.2019-cu il tarixli qərardadı ilə İddiaçı sözügedən mənzilə dair mülkiyyət hüquqlarının tanınmasına dair iddia tələbi irəli sürməyə subyektiv hüququnun olmaması əsası ilə iddianı mümkün saymamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən mənzil satıcı X9 ilə alıcı X21 arasında bağlanmış AN-İ № saylı 22.11.2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X21 tərəfindən alınmış, daha sonra X16 mülkiyyət hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 sayı Bakı Ərazi İdarəsi tərəfindən 24.11.2017-ci ildə ********** nömrə ilə Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır. Göründüyü kimi X16 hazırkı iş üzrə mübahisələndirilən mənzili alqı-satqı müqaviləsi əsasında aldığından və onun hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alındığından birinci instansiya məhkəməsinin qərardadı ərizəçinin hüquqlarına və qanunla qorunan maraqlarına toxunmuşdur. Azərbaycan Respublikası İPM-nin 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. -28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Həmin Məcəllənin 28.3-cü maddəsinə əsasən Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. Qərardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir. Həmin Məcəllənin 28.4-cü maddəsinə əsasən İnzibati məhkəmə icraatına cəlbetmə barədə məhkəmə qərardadından şikayət verilə bilməz. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən Məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Vəsatətin təmin edilməsindən imtina haqqında qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 28.2-ci maddəsinə əsasən, mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.3-cü maddəsinə əsasən, üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. Qərardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir. "Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2017-ci il tarixli qərarına əsasən, inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxsin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsindən və "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 6-cı maddəsindən irəli gələn məhkəməyə müraciət etmək hüququnun tənzimlənməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilmiş və həmin qərarla müəyyən edilmişdir ki, məsələ qanunvericilik qaydasında həll edilənədək Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində və "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilə bilər. Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarında xüsusi olaraq qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının ləğvi və ya dəyişdirilməsi üçün əsaslar konstitusiya əhəmiyyətli məqsədlərə cavab verməli, hüquqi müəyyənlik və mütənasiblik prinsiplərinə uyğun olaraq məhkəmə qərarının ədalətliliyini, stabilliyini və tarazlığını pozmamalıdır... İşdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin şikayəti üzrə işə yenidən baxılması məhkəmə səhvlərinin, məhkəmə qərarlarının əsaslı olmamasının, maddi hüquq normalarının məhkəmə tərəfindən düzgün tətbiq edilməməsinin və ya prosessual qanunvericilik normalarının pozulmasının və ya digər məsələlərin yoxlanılması məqsədini daşımamalıdır. Bu zaman məhkəmənin üzərinə düşən əsas vəzifə həmin məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin pozulmuş hüquqlarının bərpa edilməsidir... Zəruri cəlbetmə o zaman mövcud olur ki, qəbul ediləcək məhkəmə qərarı tək inzibati məhkəmə icraatının tərəfləri barəsində deyil, həmçinin üçüncü şəxsə münasibətdə də hüquqi qüvvəyə malik olsun. Əgər məhkəmə qərarını üçüncü şəxsin hüquqlarına müdaxilə etmədən (başqa şəxs üçün hüquq və vəzifələrin yaradılması, təsdiq və ya müəyyən olunması, dəyişdirilməsi və ya ləğv edilməsi) qəbul etmək mümkün deyilsə, həmin şəxs mütləq məhkəmə icraatına cəlb edilməli və bu, zəruri cəlbetmə kimi qiymətləndirilməlidir. Bu hal bir qayda olaraq o zaman mövcud olur ki, üçüncü şəxsin mübahisəli hüquq münasibətlərində birbaşa iştirakı olsun və münasibətin hüquqi taleyi həll edildiyi zaman qəbul edilmiş qərar onun maraqlarına təsir etsin. Bu halda həmin şəxs üçüncü şəxs qismində, yəni iştirakı zəruri olan üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməlidir... Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd olunan qərarından göründüyü kimi, qəbul ediləcək məhkəmə qərarı tək inzibati məhkəmə icraatının tərəfləri barəsində deyil, həmçinin üçüncü şəxsə münasibətdə də hüquqi qüvvəyə malik olduğu halda həmin şəxs mütləq məhkəmə icraatına zəruri cəlb edilməlidir. Bu zaman üçüncü şəxsin mübahisəli hüquq münasibətlərində birbaşa iştirakı olmalı və münasibətin hüquqi taleyi həll edildiyi zaman qəbul edilmiş qərar onun maraqlarına təsir etməlidir. Əgər məhkəmə qərarını üçüncü şəxsin hüquqlarına müdaxilə etmədən (başqa şəxs üçün hüquq və vəzifələrin yaradılması, təsdiq və ya müəyyən olunması, dəyişdirilməsi və ya ləğv edilməsi) qəbul etmək mümkündürsə adi və ya zəruri cəlbetmədən söhbət gedə bilməz. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarından göründüyü kimi, inzibati məhkəmə icraatına cəlbetmə iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər, eləcə də, inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxs qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının ləğvi və ya dəyişdirilməsi üçün əsasları konstitusiya əhəmiyyətli məqsədlərə cavab verməli, hüquqi müəyyənlik və mütənasiblik prinsiplərinə uyğun olaraq məhkəmə qərarının ədalətliliyini, stabilliyini və tarazlığını pozmamalıdır... İşdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin şikayəti üzrə işə yenidən baxılması məhkəmə səhvlərinin, məhkəmə qərarlarının əsaslı olmamasının, maddi hüquq normalarının məhkəmə tərəfindən düzgün tətbiq edilməməsinin və ya prosessual qanunvericilik normalarının pozulmasının və ya digər məsələlərin yoxlanılması məqsədini daşımamalıdır. Bu zaman məhkəmənin üzərinə düşən əsas vəzifə həmin məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin pozulmuş hüquqlarının bərpa edilməsidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərardadı X1 maraqlarına toxunduğundan o, üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, işin birinci instansiya icraatı zamanı yuxarıda qeyd edilən hallar nəzərə alınmamış və əsassız olaraq üçüncü şəxs qismində cəlb edilmə barədə ərizə təmin edilməmişdir. Azərbaycan Respublikası İPM-nin 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Belə olan halda, məhkəmə kollegiyası ərizəçinin apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadının əsassız olması ilə razılaşaraq, hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 2-1(81)-39/2019 nömrəli qərardadı ləğv edilməli, iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 80, 82 və 87-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: X1 apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 2-1(81)-39/2019 nömrəli qərardadı ləğv edilsin. X1 28.09.2021-ci il tarixli ərizəsi təmin edilsin. Hazırkı iş üzrə X21 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı üçüncü şəxslər X17 və X13 işə cəlb edilməklə çıxarışın verilməsi” tələbinə dair inzibati iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(103)-839/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-839/2022
11.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver