Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-84/2021 27.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Ağayev Valeh Məmməd oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X3 oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinə qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi barədə inzibati mübahisəyə dair iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2-1(81)-827/2019 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2-1(81)- 827/2019 saylı qərarı ilə iddia tələbi təmin edilərək, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 52 yaşdan, yəni xx.xx.2013-cü il tarixdən təyin edilməsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır (hakim A.Abdullayeva). Bakı Apellyasiya Məhkəməsinin İİK-nın xx xxxxxx 2019-cu il tarixli 2-1(103)- 1979/2019 saylı qərarı ilə apelyasiya şikayəti təmin edilərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2-1(81)-827/2019 saylı qərarı ləğv edilmiş və iddia rədd edilmişdir (sədrlik edən və məruzəçi V.Baxışova, hakimlər E.Nağıyeva və H.Həmidov). Həmin qərardan narazı qalan iddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İİK-nın xx.xx.2020-ci il tarixli 2-1(102)- 47/2020 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1979/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir (sədrlik edən və məruzəçi S.Hüseynova, hakimlər İ.Dadaşov və K.Bədəlov). Məhkəmə kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X5 İdarədi ilə əvəz edilmişdir. Məhkəmə kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadı ilə cavabdeh DSMF-nun X5 idarəsi - cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X5 üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, onun xx.xx.1975-ci il tarixdən xx.xx.2015-ci il tarixədək zərərli istehsalat sahəsində işləməsi barədə illərin nəzərə alınaraq güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsinin cavabdehə həvalə edilməsi xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının 52 yaşdan, yəni xx.xx.2013-cü il tarixdən təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1978-ci ildən xx xxxx 1981-ci ilədək zəhmət sahəsində işləmişdir. xx xxxx 1981-ci ildən xx xxxxxx 1982-ci ilədək Tikiş fabrikində işləmiş, xx xxxxxx 1983-cü ildən xx xxxxxx 1994-cü ilədək “Bakı Poladtökmə” zavodunda maşinist vəzifəsində, 1980-ci ildən 1987-ci ilədək Bakı maşınqayırma texnikomu neft və qaz mədənləri avadanlığı ixtisası üzrə təhsil almış, xx xxx 2006-cı il ildən xx.xx.2008-ci ilədək “Azərpoçt”-un 6 saylı poçt filialında poçtalyon, xx xxxx 2008-ci ildən xx xxxxxx 2009-cu ilədək 6 saylı poçt filialında poçtalyon işləmiş, xx xxxxxx 2017-ci ildən xx xxxxx 2018-ci ilədək “xxxx” ASC-də işləmişdir. Onun zərərli sahədə işləməsi ilə bağı güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi barədə cavabdeh tərəfə müraciəti nəticəsiz qalmış, heç bir tədbir görülməmiş və şöbə tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi mümkün olmadığı bildirilmişdir. O, 11 il ərzində zərərli istehsalat sahəsində işləmiş, 1,2,3 növbəli iş qrafiki zərərli işə görə südlə təmin edilirdilər. “X6” ASC tərəfindən verilmiş KŞ-036 saylı, xx xxxxx 2018-ci il tarixi arayışda onun işlədiyi peşə üzrə bütün iş vaxtının zərərli iş şəraitində keçməsi qeyd edilmişdir. Həmin arayışda göstərilən peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş siyahının 35-ci ümumi peşələr bölməsində “qaz kompressorlarına xidmət ilə məşğul olan texnoloji kompressorların maşinistləri” şifrəsinə aid olması qeyd edilmişdir. Heç bir tədbir görməməklə cavabdeh tərəf hərəkətsizliyə yol vermişdir. Ona zərərli sahədə işləməsi ilə bağlı pensiya təyin edilməməsi hüquqlarının həyata keçirilməsinə maneəçilik törədir, məhdudiyyətlər yaradır. Onun xx xxxxxx 1983-cü ildən xx xxxxxx 1994-cü ilədək işləməsi barədə məlumatlar əmək kitabçasında qeyd edilmişdir. Lakin, cavabdeh tərəf bunu nəzərə almamış və ona güzəştli şərtlərlə pensiya təyin edilməsində maraqlı olmamışdır. İş üzrə yuxarıda göstərilən qərarlar qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında çıxış edən cavabdehin nümayəndəsi və vəkili X2 bildirmişdir ki, iddiaçının işləmiş olduğu peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda öz əksini tapmamışdır. Əlavə olaraq nümayəndə və vəkil bildirdi ki, iddiaçı işlədiyi peşənin “İş yerlərinin atestasiya keçirilməsi qaydalarına” uyğun olaraq iş yerində keçirilmiş atestasiya nəticəsində, zərərli və ağır hesab olunmasına dair və işlədiyi müddətdə zərərli iş şəraitinə görə əlavə əmək haqqı və əlavə məzuniyyət alması haqqında müvafiq sənədlər olmadığından, işlədiyi peşələrin ağır və zərərli olmasını təsdiq etmək mümkün olmamışdır. Qeyd edilənlərə əsasən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi qanuna ziddir. Nümayəndə və vəkil apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında izahat vermiş İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirmədən saxnılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. Belə ki, işdə olan iddiaçıya məxsus AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. İşdə olan KT 022193 nömrəli diplomun surətindən görünür ki, İddiaçı 1980-1987-ci illərdə Bakı Maşınqayırma Texnikumu neft və qaz mədənləri avadanlığı ixtisası üzrə təhsil almışdır. İşdə olan iddiaçıya məxsus ИТ-İ ******* nömrəli əmək kitabçasının surətindən müəyyən edilir ki, İddiaçı xx.xx.1978-ci il tarixdə əmək faəliyyətinə başlamış, xx xxxxxx 1983-cü ildən “Bakı Poladtökmə” zavoduna işə qəbul edilmiş, xx.xx.1994-cı il tarixdə öz ərizəsinə əsasən işdən azad edilmişdir. xx.xx.2006-cı il tarixdə “Azərpoçt” DM-nın 6 saylı Poçt Filialının 53 saylı Poçt Şöbəsində 5-ci dərəcə ilə poçtalyon vəzifəsinə qəbul edilmiş, xx.xx.2008-ci il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.2008-ci il tarixdə 6 saylı Poçt filialının 52 saylı poçt şöbəsində poçtalyon təyin edilmiş, xx.xx.2009-cu il tarixdə işdən azad edilmişdir. xx.xx.2017-ci il tarixdə “xxxx” ASC-də işə qəbul edilmiş, xx.xx.2018ci il tarixdə əmək müqaviləsinin müddətinin bitməsinə görə işdən azad edilmişdir. İşdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2018-ci il tarixli imtina məktubunda bildirilmişdir ki, onun “Bakı Poladtökmə” zavodunda işləmiş olduğu 10 nömrəli və 17 nömrəli istilik, ventilyasiya və santexnika sahəsində kompressor qurğusunun maşinist peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Bu səbəbdən də, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi mümkün deyildir. İşdə olan “X6” ASC tərəfindən verilmiş KŞ-036, xx.xx.2018-ci il tarixli arayışdan müəyyən edilir ki, İddiaçı xx.xx.1983-cü il tarixdə “Bakı Poladtökmə” zavoduna işə qəbul edilmiş, xx.xx.1994-cü il tarixdə öz ərizəsinə əsasən işdən azad edilmişdir. İddiaçı kompressor qurğusunun maşinisti peşəsi üzrə bütün iş vaxtını zərərli iş şəraitində keçirmişdir. Göstərilən bu peşə Azərbaycan Respublikası Nazirlər Kabintinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq olunmuş siyahının 35-ci Ümumi peşələr bölməsində “qaz kompressorlarına (hava kompressorlarından başqa) xidmət ilə məşğul olan texnoloji kompressorların maşinistləri” şifrəsinə aiddir. İşdə olan noyabr 2018-ci il tarixli, DSMF-nun Binəqədi rayon Şöbəsinin pensiya təyinatı sektorunun məsləhətçisi, gəlirlər sektorunun məsləhətçisi, “X7” ASC-nin baş direktoru və icraçısı tərəfindən təsdiq edilmiş aktın surətindən görünür ki, İddiaçı Qurbansmayl qızı xx.xx.1983-cü il tarixdən 9/k saylı əmrlə “Bakı Poladtökmə” zavodunun 10 nömrəli Energetika qurğunlarının təmiri sexinə qəbul edilmiş, xx.xx.1994-cü il tarixdən 101/k saylı əmrə əsasən öz xahişi ilə işdən azad olunmuşdur. Üzləşmə zamanı məlum olmuşdur ki, vətəndaş İddiaçı hesablanmış əmək haqqında əlavə % (faiz) hesablanmamış və əlavə əmək günü məzuniyyəti verilməmişdir. Həmçinin F-2 blokuna baxış zamanı da güzəştli şərtlərə aid olan heç bir əmrlərlə tanışlıq olmamışdır. İşdə olan məhkəmənin sorğusuna cavab olaraq “X7” ASC tərəfindən məhkəməyə ünvanlanmış KŞ-041 nömrəli məktubun surətindən müəyyən olunur ki, İddiaçı 19.0.1983cü il tarixində “Bakı Poladtökmə” zavodunun 10 nömrəli Energetika qurğularının təmiri sexinə kompressor qurğusunun maşinist-şagirdi peşəsinə qəbul edilmişdir. xx.xx.1987-ci il tarixində 10 nömrəli istilik, ventilyasiya və santexnika sahəsinə 3-cü dərəcəli kompressor qurğusunun maşinisti keçirilmişdir, xx.xx.1993-cü il tarixində 17 nömrəli santexnika və kompressor xidməti sahəsinə 5-ci dərəcəli kompressor qurğusunun maşinisti keçirilmişdir. xx.xx.1994-cü il tarixində qazanxana, santexnika və kompresdə ventilyasiya təsərrüfatı sexinə 5-ci dərəcəli kompressor qurğusunun maşinisti keçirilmişdir. xx.xx.1994-cü il tarixində Azərbaycan Respublikası Əmək Qanunları Məcəlləsinin 37-ci maddəsinə əsasən işdən azad edilmişdir. İddiaçı işlədiyi peşənin adı yuxarıda qeyd edilən Siyahının 35-ci Ümumi peşələr bölməsində “qaz kompressorlarına (hava kompressorlarndan başqa) xidmət ilə məşğul olan texnoloji kompressorların maşinistləri” şifrəsinə uyğun gəlir. “X6” ASC əvvəllər dövlət müəssisəsi olmuşdur. 1999-cu ildə Səhmdar Cəmiyyətinə çevrilmişdir. İddiaçı müəssisədə xx.xx.1983-cü il tarixindən xx.xx.1994-cü il tarixinədək çalışmışdır. Həmin dövr Cəmiyyətə məxsus arxivə verilmiş sənədlər yarasız vəziyyətə düşmüşdür. Ona görə də həmin vaxt Cəmiyyətin rəhbərliyi komissiya yaradaraq, komissiyaya Cəmiyyətin aidiyyəti şöbələrinin nümayəndələrini və Azərbaycan Respublikası Dövlət Arxivinin nümayəndəsinin də iştirakını təmin etmişdir. Həmin akta əsasən arxivdə saxlanılan sənədlərə komissiya tərəfindən yenidən baxış keçirilmiş və sənədlərin uzun müddət baxımsız qaldığı səbəbindən, şəraitsizlik baxımından gəmiricilər tərəfindən yararsız hala düşüb, oxunması mümkün olmadığından aktda qeyd edilən qaydada siyahıya alıb məhv edilmişdir. Bu səbəbdən İddiaçı əmək haqqına zərərli iş şəraitinə görə əlavələrin olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı işləmiş olduğu peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 nömrəli xx xxxxxx 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Sıyahısı»nda göstərilən vəzifələrə daxil olduğundan və o, 20 ildən çox ümumi və 10 ildən çox xüsusi iş stajına malik olmaqla xüsusilə zərərli və ağır olan işlərdə işlədiyindən İddiaçı güzəştli şərtlərlə əmək pensiyası hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə (xx xxxx 2017-ci il tarixədək qüvvədə olmuş redaksiyada) əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. DSMF-nun xx xxxxxx 2011-ci il tarixli, 17 saylı qərarı ilə təsdiqedilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması qaydaları»nın 2.1.6-ci bəndinə əsasən güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslərin Qanunun 9.1-9.8-ci maddələrində nəzərdə tutulmuş şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qaydaların 2.17-ci bəndinə əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmçinin, birinci instansiya məhkəməsi hesab etmişdir ki, hansı vaxtdan pensiya təyin edilməsindən və pensiya hüququ yaranmasından asılı olmayaraq, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə əldə edilmiş Qanunun 67-ci maddəsinin üçüncü bəndinin ğ) yarımbəndində sadalanan təhsil müddəti şəxsin iş stajına daxil edilməlidir. İddiaçının təhsil aldığı dövrdə qüvvədə olan (xx.xx.1956-cı ildə qanuni qüvvəyə minmiş və xx.xx.1992-ci il tarixədək qüvvədə olmuş) “Dövlət pensiyaları” haqqında SSRİ Qanunun 1-ci maddəsinin v) bəndində qeyd olunmuşdur ki, ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. xx xxxxxx 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin üçüncü bəndinin ğ) yarımbəndinə əsasən ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, həbslə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə görə 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətində iddiaçının işləmiş olduğu peşənin AR NK xx.xx.2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nda əks etdirilməməsi dəlillərini qəbul etmir. AR NK xx.xx.2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 35-ci bəndində “qaz kompressorlarına (hava kompressorlarından başqa) xidməti ilə məşğul olan texnoloji komressorların maşinistləri” nəzərdə tutulmuşdur. İddiaçının əmək kitabçasından görünür ki, iddiaçı Poladtökmə zavodunda kompressor qurğusunun maşinisti işləmişdir. Məhkəmə kassasiya instansiya məhkəməsinin qərarındakı göstərişləri nəzərə alaraq iddiaçının kompressor qurğusunun maşinisti kimi işlədiyi peşənin istehsalatda qaz kompressorların və ya hava kompressorların xidməti ilə bağlı olub-olmamasını aydınlaşdırmaq məqsədilə “X6” ASC-nə sorğu göndərmişdir. Sorğuya cavab olaraq “X6” ASC məhkəməyə ünvanlandığı xx.xx.2020-ci il tarixli, KŞ- 025 saylı məktubda bildirmişdir ki, İddiaçı işlədiyi sahədə qaz kompressorları mövcud olmuşdur. Bu qurğular texnoloji kompressorlara aiddir. İddiaçı aşağıda qeyd edilən kompressorların maşinisti peşəsində çalışmışdır: KA-0,45, qaz halında oksiqen istehsal edir, saatda 450 kub.mtr; KjKAJ-0,25 maye halında oksiqen istehsal edir, saatda 250 kub.mtr; KjKAJ-0,50 maye halında oksiqen istehsal edir, saatda 500 kub.mtr. İddiaçı işlədiyi peşə Siyahının 35-ci Ümumi peşələr bölməsində “qaz kompressorlarına (hava kompressorlarından başqa) xidməti ilə məşğul olan texnoloji kompressorların maşinistləri” peşəsinə uyğun gəlir. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2-1(81)- 827/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Valeh Ağayev Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-84/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-84/2021
27.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver