Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-840/2025 28.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı iş üzrə (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Oruczadə Aytən Pənah qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçının nümayəndəsi-vəkili X4 və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 03 oktyabr 2024-cü il tarixli, 2-1(112)- 10488/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 47 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və müraciət tarixindən əvvəlki son 36 ay üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir).
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, əmək fəaliyyəti dövründə həmin təmizləyici peşəsində 10 ildən çox güzəştli iş stajı toplamışdır ki, güzəştli iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin №-li Siyahısı”nın 12100000 XXİİİ. Ümumi peşələr bölməsində 12100000-19568 kodu ilə qeyd edilmiş metalın, metal hissələrin və məmulatların quru kvars qumu ilə təmizlənməsi ilə məşğul olan metal, töküntü, məmulatların və hissələrin təmizləyiciləri peşəsinin əmək xüsusiyyətləri ilə eynilik təşkil edir. Həmin peşənin mahiyyəti ondan ibarətdir ki, kvars qumu yüksək təzyiqli qurğudan böyük sürətlə çıxaraq metalın səthində olan bütün növ ərpi, çöküntünü, korrosoya məhsullarını metalın səthindən aparır. Nəticədə metalın səthi sonradan rənglənmə, izolyasiya və təmir işləri üçün hazır hala gəlir. Həmin iş zamanı işçi mütləq xüsusi skafandrda işləyir. Zərərli iş şəraiti yüksək səviyyədə səs-küy, tozun tənəffüs sisteminə mənfi təsiri, təzyiq altında olan şlanqların partlaması səbəbilə ciddi zədə alma təhlükəsi və s. aiddir.
3. Cavabdeh tərəfindən iddiaya yazılı etirazını məhkəməyə təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etirazın dəlilləri imtina məktubunun dəlilləri ilə eyni məmzunludur.
4. Bakı İnzibati Məhkəməsinin 03 oktyabr 2024-cü il tarixli, 2-1(112)-10488/2024 saylı qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı xx.xx.2012-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və tarixdən müraciət tarixindən (xx.xx.2024-cü il) əvvəlki son 36 ay üçün (xx.xx.2021) ödənilməmiş pensiya məbləğinin ödənilməsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına həvalə olunması qərara alınmışdır.
5. Qərardan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:
6. Apellyasiya şikayəti yazılı etiraza uyğun əsaslandırılmışdır.
MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:
7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
8. Məhkəmə iclasında iddiaçının nümayəndəsi-vəkili S.Əsədov apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR
9. İddiaçı xx.xx.1965-ci il təvəllüdlür.
10. ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən iddiaçı: xx.xx.1984-xx.xx.1986-cı illərdə Əli-Bayramlı Ticarətdə mağazasında kiçik satıcı işləmişdir (2 il, 1 ay, 22 gün); xx.xx.1986-xx.xx.1988-ci illərdə Əli-Bayramlı Ticarətdə katibə makinaçı vəzifəsində işləmişdir (2 il, 2 ay, 15 gün); xx.xx.1988-xx.xx.1990-cı illərdə Salyan RTİB-də 1 №-li briqadada surət köçürən vəzifəsində işləmişdir (1 il, 4 ay, 22 gün); xx.xx.1990-xx.xx.1990-cı illərdə “Qafqazenerjitəmir” İİB-də zərərli əmək şəraiti ilə üç ay sınaq müddəti ilə metal səthlərinin quru kvars qumu ilə təmizləyicisi köməkçisi işləmişdir (3 ay, 3 gün); xx.xx.1990-xx.xx.2002-ci illərdə "xxxx" Azərbaycan-X5 Müəssisəsində metal səthlərinin quru kvars qumu ilə təmizləyici işləmişdir (17 il 7 ay, 25 gün) xx.xx.1994-cü il tarixdə "xxxx" DŞ-nin əmrinə əsasən “Qafqazenerjitəmir” İİB-i "xxxx" Azərbaycan-X5 Müəssisəsi adlanır. xx.xx.2002-xx.xx.2005-ci illərdə “Fidco” LTD firmasında xadimə işləmişdir (2 il, 4 ay, 9 gün - cəmi 20 il 4 gün).
11. İddiaçı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ərizə ilə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
12. Cavabdeh xx.xx.2024-cü il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, “...Mərkəzi Filiala təqdim etdiyiniz AZENCO ASC-nin sizə xx.xx.2024-cü il tarixli 06 nömrəli arayışında xx.xx.1990-xx.xx.2002-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" Azərbaycan-X2 təmizləyici peşəsində, 28 iyul 1988-ci il tarixli əmək kitabçanızda isə xx.xx.2002-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində “Fideo” LTDdə xadimə vəzifəsində işlədiyiniz qeyd olunmuşdur. Mərkəzi Filial tərəfindən aparılmış araşdırma zamanı, xx.xx.2000-ci il tarixindən sonra işləməyiniz müəyyən edilib. Bu səbəbdən də, xx.xx.2000-xx.xx.2002-ci il tarixləri arasındakı dövrü iş stajınıza daxil etmək mümkün deyil. Eyni zamanda iş stajınıza dair məlumatların yerində dəqiqləşdirilməsi zamanı "xxxx" Azərbaycan-X2 işlədiyiniz peşələrin zərərliliyinə dair arayışın həmin müəssisəsinin iş profilinin "xxxx" ASC-də heç bir sənədin mövcud olmadığı müəyyən edilib. Bu fakt "xxxx" ASC-nin birgə aktı ilə təsdiq edilib. Eyni zamanda “Fideo” LTD-də işlədiyiniz dövrə dair məlumatların dəqiqləşdirilməsi məqsədilə “Sığorta Alt Sistemi (monitorinq)” proqram təminatında araşdırma aparılaraq həmin müəssisənin Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir. Buna görə də həmin dövr ərzində işləməyinizə dair əsaslı şübhələr yaranıb. Göstərilən səbəblərdən də, sizin ümumi iş stajınız 25 ildən az (14 il 6 ay 25 gün (xx.xx.1984-xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.1988ci il, xx.xx.1988- xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.1998-ci il, xx.xx.1998-xx.xx.1998-ci il, xx.xx.1998- xx.xx.1998-ci il, xx.xx.1999-xx.xx.1999-cu il tarixləri arasındakı dövrlər) təşkil edir, güzəştli iş stajı isə yoxdur. Bundan başqa fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 13328,05 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir”.
TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ
13. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
14. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
15. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.
16. Hazırki iddianın növü məcburetmə haqqında iddiadır.
17. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır.
18. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir.
19. İşin hallarına görə, iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh onun müraciətini təmin etməkdən imtina etmişdir.
20. İddiaçının cavabdehə müraciət etdiyi vaxt qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
21. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, həmin Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.
22. Qeyd olunan normada “əvvəllər qüvvədə olmuş qanunvericiliklə” müddəası ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi vaxta qədər qüvvədə olmuş vətəndaşların pensiya təminatını tənzimləyən normativ aktları, o cümlədən 2006-cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu nəzərdə tutulmuşdur. Həmin Qanunun 13-cü maddəsində isə göstərilir ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa.
23. 13 iyun 1997-ci il tarixli Qanunla həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır.
24. Beləliklə, sadalanan normalardan görünür ki, 1 nömrəli siyahı üzrə qadınlara 47 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün həmin şəxsin: - 2006-cı ilin yanvarın 1-dək ümumi stajı 15 ildən; - güzəştli iş stajı 7 il 6 aydan az olmamalıdır
25. İddiaçının xx.xx.2006-cı il tarixədək ümumi iş stajı barədə İşin mübahisələndirilməyən hallarına əsasən iddiaçı xx.xx.1965-ci ildə doğulmuş, onun 47 yaşı xx.xx.2012-ci il tarixdə tamam olmuşdur.
26. İddiaçının ümumi iş stajı 15 ildən çoxdur (20 il 4 gün).
27. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir.
28. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” (xx.xx.2022-dək qüvvədə olan): 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; ... 4.1.10. Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar. “Qaydalar”a 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir.
29. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.
30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 1.1-ci bəndinə əsasən, Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir.
31. Cavabdehin iddiaçının müraciətini təmin etməkdən imtina edərkən aşağıdakıları əsas gətirmişdir: 1) İddiaçının 01.2000-ci il tarixindən sonra işləməməsi müəyyən edilib. Bu səbəbdən də, xx.xx.2000-xx.xx.2002-ci il tarixləri arasındakı dövrü iş stajına daxil etmək mümkün deyil; 2) "xxxx" Azərbaycan-X2 işlədiyi peşələrin zərərliliyinə dair arayışın həmin müəssisəsinin iş profilinin AZENCO ASC-də heç bir sənədin mövcud olmadığı müəyyən edilib. Bu fakt AZENCO ASC-nin birgə aktı ilə təsdiq edilib. Eyni zamanda “Fideo” LTD-də işlədiyi dövrə dair məlumatların dəqiqləşdirilməsi məqsədilə “Sığorta Alt Sistemi (monitorinq)” proqram təminatında araşdırma aparılaraq həmin müəssisənin Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir; 3) İddiaçının güzəştli iş stajına malik olmaması;
32. İddiaçının "xxxx" Azərbaycan-X2 işləməsi və güzəştli iş stajının araşdırılması üçün "xxxx" ASC-yə məhkəmə tərəfindən sorğu verilmiş və məhkəmənin sorğusuna xx.xx.2024-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, 28 iyul 1965-ci il təvəllüdlü Əzizova (Abasova) Dilşad Kamil qızı həqiqətən, xx.xx.1990-cı ildə (əmr №-44-ok, xx.xx.1990-cı il ) “Qafqazenerjitəmir” Xüsusiləşdirilmiş İstehsalat müəssisəsinin xüsusi zərərli iş şəraitində metalların quru kvars tozu ilə təmizləmə sexinə təmizləyici peşəsinə qəbul edilib, xx.xx.1994-cü ildə (əmr №-61, xx.xx.1994-cü il). "xxxx" Dövlət Şirkətinin Əmrinə əsasən “Qafqazenerjitəmir” Xüsusiləşdirilmiş İstehsalat Birliyi "xxxx" Azərbaycan- X5 Müəssisəsi adlandırılmışdır, xx.xx.1994-cü ildə (Əmr №- 14-kш, xx.xx.1994-cü il) İddiaçı vəzifəsi və dərəcəsi saxlanılmaqla “Kotlo- ERA” Filialına keçirilmişdir və xx.xx.2002-ci ildə (əmr №-19-kş, xx.xx.2002-ci ildə) Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin 69-cu maddəsinə (öz xahişi ilə) əsasən işdən azad edilmişdir. Qazanxana avadanlığının təmizləyici peşəsində işləyənlərə, 40 % əmək haqqına və 6 gün məzuniyyətinə əlavə gün verilir. Ləğv edilmiş müəssisələrdə işləyənlərin vəzifə təlimatları bizə təhvil verilməmişdir. İddiaçı “Qafqazenerjitəmir”və "xxxx" Azərbaycan-X2 topladığı güzəştli iş stajı Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli icmal məktubunun tövsiyyələri əsasında verilmişdir, belə ki, "xxxx" ASC həmin müəssisələrlə eyni istehsalat profili üzrə ixtisaslaşmışdır. Daha əvvəlki tarixlərdə həmin müəssisələrdə işləmiş X3 və X1 eyni əsaslarla tərəfimizdən onların qeyd edilən müəssisələrdə topladığı güzəştli iş stajı barədə arayış təqdim edilmiş və Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial tərəfindən heç bir mübahisələndirmə aparılmadan birbaşa inzibati qaydada həmin şəxslərə güzəştli pensiya təyinatı aparılmışdır. İddiaçı işlədiyi təmizləyici peşəsinin əmək xüsusiyyətləri Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş, “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1 №-li Siyahısının ******* XXİİİ- Ümumi peşələr bölməsində, 12100000- 19568 kodu ilə qeyd edilmiş “Metalın, metal hissələrin və məmulatların quru kvars qumu ilə təmizlənməsilə məşğul olan metal, töküntü, məmulatların və hissələrin təmizləyiciləri” peşəsinin əmək xüsusiyyətləri ilə eynilik təşkil edilr. Eyni peşə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №- li Qərarı ilə təsdiq edilmiş
35. Ümumi peşələr bölməsində metalın, metal hissələrinvə məmulatların quru kvars qumu ilə təmizlənməsi ilə məşğul olan metal, töküntü, məmulatların və hissələrin təmizləyiciləri kimi qeyd edilməklə, peşə xüsusiyyətləri ilə eynilik təşkil edir. Təmizləyicinin əmək funksiyalarına aiddir: kvars qumunu təmizləyici aparata yükləmək, konstruksiyaların, aparat və avadanlıqlarının səthlərinin kvars qumu maşını ilə təmizlənməsi, zərərli əmək şəraitində işlərin görüldüyü ərazidə kvars qumunun narm tozunun (tərkibi silisium 4oksiddən ibarətdir, yüksək sürətlə qum dənələrinin metal səthlərə çirpılmasından yaranır) ağciyərlərə düşərək ümumi adi pnevmokinoz adlanan ağciyər xəstəlikləri (bu peşə üçün peşə xəstəlikləri sayılır) yaratmasıdır ki, bunun nəticəsində ağciyərlər normal tənəffüs funksiyasını yerinə yetirə bilmir. Güzəştli pensiya üçün staj: 11 il, 10 ay, 02 gün təşkil edir.
33. Məhkəmə həmçinin cavabdehin “Fideo” LTD-nin Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi ilə bağlı dəlilinə münasibət bildirərək, qeyd edir ki, iddiaçıya məxsus əmək kitabçasına əsasən iddiaçı “Fideo” LTD-də deyil, “Fidco” LTD-də işləmişdir. İddiaçı da iddia ərizəsində “Fidco” LTD müəssisəsində işlədiyini bildirmişdir. Göründüyü kimi iddiaçı yanlış olaraq iddiaçının işləmədiyini və işlədiyini iddia etmədiyi müəssisə ilə bağlı araşdırma aparmışdır.
34. Həmçinin yuxarıda qeyd edildiyi kimi, hazırda qüvvədə olan Qaydalarda 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit olunmuşdur. İddiaçının iş stajını təsdiq edən əmək kitabçası mövcuddur, əmək kitabçası yuxarıda qeyd edilən normativ sənədlərə uyğun tərtib edilmişdir.
35. İddiaçının əmək kitabçasında qeyd olunan bəzi dövrlər üzrə ona əmək haqqı ödənilməsinin müəyyən edilməməsi iddianın əsaslılığına təsir etmir və özlüyündə əmək kitabçasındakı qeydlərin mötəbərliyini şübhə altına almağa əsas vermir.
36. Məhkəmə kollegiyası nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur.
37. Məhkəmə qeyd edir ki, göstərilən hal iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə yerləşmiş məhkəmə təcrübəsi həm də ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Digər tərəfdən cavabdeh lazımi sübutlara əsaslanmaqla əmək kitabçasındakı və ya müəssisə tərəfindən verilmiş əmək fəaliyyətini təsdiq edən digər sənəddəki qeydlərin mötəbərliyini mübahisələndirə bilər. Bu halda, əmək kitabçasında və ya digər sənəddə göstərilən məlumatların həqiqiliyi ilə bağlı mübahisə yaranır. Belə mübahisə cavabdeh tərəfindən açıldığı üçün əmək kitabçasında ya digər sənəddə göstərilən məlumatların həqiqəti əks etdirmədiyinə dair sübutları təqdim etmək vəzifəsi də onun üzərinə düşür. Çünki qanunvericiliyin normaları əmək kitabçasındakı məlumatların həqiqiliyinə dair prezumpsiyanı təsbit edir. Prezumpsiyadan istisnaya istinad edən tərəf isə öz bildirdiklərini sübut etmək yükü daşıyır. Bu mənada, iddiaçının ümumi və xüsusi iş stajı barədə məlumatlar həm onun əmək kitabçasında, həm də güzəştli stajla bağlı verilmiş arayışda təsdiq edilmişdir. Cavabdeh sözügedən sənədlərin mötəbərliyini istisna edəcək hər hansı sübut təqdim etməmişdir. Belə olan halda, əmək kitabçasındakı müvafiq qeydlərin həqiqiliyinin ciddi şübhə doğurduğuna dair cavabdeh tərəfindən bildirilənlər anlaşılmaz olmaqla əsaslı görünmür. Nəzərə alınmalıdır ki, məhkəmənin yalnız cavabdehin şübhəsini əsaslı hesab etdiyi hallarda həmin məsələləri xidməti vəzifəsinə görə aydınlaşdırmaq borcu vardır. Müvafiq olaraq cavabdeh istinad etdiyi şübhənin əsaslılığına dair sübutlar təqdim etməlidir. Lakin hazırkı işdə bu, baş verməmişdir.
38. Beləliklə, istinad olunanlara əsasən müəyyən olunur ki, iddiaçının xx.xx.2006-cı il tarixədək 15 ildən artıq ümumi iş stajı olduğundan, o birinci tələbi ödəyir.
39. İddiaçının xx.xx.2006-cı il tarixədək güzəştli iş stajı barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən edilir.
40. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nın “kod 12100000 XXİİİ.Ümumi peşələr bölməsinin 12100000—19568-metalın, metal hissələrin və məmulatların quru kvars qumu ilə təmizlənməsi ilə məşğul olan metal, töküntü, məmulatların və hissələrin təmizləyiciləri vəzifəsi yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələrə aid edilmişdir.
41. Göründüyü kimi, iddiaçının güzəştli iş stajı 7 il 06 aydan artıq (11 il, 10 ay, 2 gün) təşkil edir. İddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən işdə işləməsi iş yerinin arayışı ilə təsdiq edilir. Həmin arayışa əsasən iddiaçının xx.xx.2006-cı il tarixə 11 il 10 ay 2 gün güzəştli iş stajı mövcuddur.
42. Beləliklə, məhkəmə işin sadalanan hallarını nəzərə alaraq hesab edir ki, iddiaçının xx.xx.2006-cı il tarixə 15 ildən artıq ümumi, 7 il 6 aydan artıq xüsusi (güzəştli) iş stajı mövcuddur. Deməli, iddiaçı qanunvericiliklə tələb olunan bütün tələbləri ödəyir.
43. Məhkəmə kollegiyası qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbləri baxımından güzəştli arayış, onun həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdirsə, mötəbər hesab olunmalı və həmin arayışda nəzərdə tutulmuş məlumatların həqiqiliyi qəbul edilməlidir. Əks təqdirdə həmin arayışın tələb olunması bir institut kimi mahiyyətini itirmiş olardı. Bu zaman həmçinin işçinin məşğul olduğu peşə üzrə yerinə yetirdiyi funksional vəzifələrin məzmununun daha dəqiq müəyyən edilməsi imkanına məhz onun işəgötürəninin malik olduğu da nəzərə alınmalıdır (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-90/2024 nömrəli, 2-1(102)- 1844/2023 nömrəli, 2-1(102)-945/2023 nömrəli, 2-1(102)- 954/2023 nömrəli və 2-1(102)- 1551/2023 nömrəli qərarları).
44. Məhkəmə pensiyanın təyin edilmə və ödənilmə tarixi ilə bağlı qeyd edir ki, Əmək Pensiyaları haqqında Qanunun: - 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. - 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. - 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.
45. İddiaçının güzəştli şərtlərlə yaşa görə pensiya hüququ 47 yaşdan, yəni xx.xx.2012-ci il tarixdən yaranıb. Lakin iddiaçının ona əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdehə ilkin müraciəti xx.xx.2024-ci il tarixdə olmuşdur.
46. İddiaçın pensiya kapitalının yaranmaması barədə apellyasiya şikayətinin dəlilinə münasibət bildirən məhkəmə kollegiyası bu hissədə də cavabdehin mövqeyini əsassız hesab edir. Belə ki, iddiaçının güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ xx.xx.2006-cı ilədək yarandığı üçün və xx.xx.2017-ci ilədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən ona bu şərtlərlə pensiya təyin edilməsi üçün həmin dövrdə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsinə dair şərt tələb edilmirdi. Belə bir tələb qanuna xx.xx.2017-ci il tarixdən sonra daxil edilmişdir. Müvafiq olaraq da həmin tələb xx.xx.2017-ci ildən sonra yaranmış münasibətlərə tətbiq edilə bilər. İddiaçı isə xx.xx.2006-cı ilədək ona güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq üçün tələb olunan ümumi və xüsusi staja malik olmuşdur .
47. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. -33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. -73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur 48.Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. 49.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 50.Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. 51.Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. 52.Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 03 oktyabr 2024-cü il tarixli, 2-1(112)-10488/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Günel Abbasova Hakimlər: Aytən Oruczadə Cahangir Yusifov