Məhkəmə qərarları › İş №2-1(103)-841/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-841/2023

14.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-841/2023 14.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi-vəkili Vəkil və cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X13 Şəxsin Xüsusi Şərtlərlə X4rşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7094/2022 saylı 28 sentyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X13 Şəxsin Xüsusi Şərtlərlə X4rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 09 mart 2020-ci il tarixdə 57 yaşı tamam olduğu vaxtdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün Filiala müraciət etmişdir. Həmin müraciətinin nəticəsi barədə 03 fevral 2022ci il tarixdə rəsmi cavab məktubu təqdim edilərək güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina edilmişdir. Əmək stajı 1980-ci ildə M.Əzizbəyov adına X12 ordenli Azərbaycan Neft Kimya İnstitutunda təhsil aldığı müddətlər daxil olmaqla 2006-cı ilə qədər zərərli işlə birlikdə əmək stajı 25 ildən artıq olmaqla təşkil edir. Əmək pensiyaları haqqında qanunun tələblərinə əsasən 2006-cı ilə qədər ümumi əmək stajı 25 il və həmin stajın 12 il 06 ay əmək fəaliyyəti zərərli işlə məşğul olan Azərbaycan Respublikasının vətəndaşlarının 57 yaşdan güzəştli şərtlərlə pensiya hüququ yaranmışdır. Onun 57 yaşı 09 mart 2020-ci il tarixdə olmuşdur. Onun ümumilikdə əmək stajı 40 (qırx) ildən yuxarı təşkil edir. Əmək stajı 20 (iyirmi) ildən artıqdır ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyində "hidrogeoloq" və “sahə rəisi” vəzifəsində işləmişdir. Onun 01 yanvar 2006-cı il tarixdə kifayət qədər əmək stajı vardır ki, 57 yaşında güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yaranmışdır. O, 1980ci il tarixdən xx.xx.1985-ci il tarixə kimi 05 (beş) il M.Əzizbəyov adına X12 ordenli Azərbaycan Neft Kimya İnstitutunda hidrogeologiya və mühəndisi geologiya ixtisasına yiyələnmişdir. 05 sentyabr 1985-ci il tarixdən bugünədək “hidrogeoloq" peşəsi vəzifəsi üzrə fəaliyyət göstərmişdir. 05 sentyabr 1985-ci il tarixdən Milli Geoloji Kəşfiyyat Xidmətinin Kompleks Hidrogeologiya və X1 yeraltı suların rejiminin öyrənilməsi üzrə baş texnikhidrogeoloq işə qəbul edimişdir və bugünədək işləyir. Onun 57 yaşı 2020-ci il tarixdə olduğundan onun həmin tarixdə ümumi əmək stajının güzəştli şərtlərlə 20 ildən artıq “hidrogeoloq” işi təşkil edir. Azərbaycan Respublikası Ekologiya Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin 28 fevral 2022-ci il tarixli arayışından göründüyü kimi o, işlədiyi hidrogeoloq peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 №li Qərarının 2 №-li əlavəsinin siyahısında ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında 1010100q-kodu ilə qeyd edilmiş hidrogeoloqlar işlərində daim məşğul olanlar güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verən peşələrdəndir. Cavabdeh iddiaya qarşı yazılı etirazını məhkəməyə təqdim edərək, iddianın təmin edlməməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Fondun Xüsusi şərtlərlə X11 filialına ərizə ilə müraciət edərək ona hüququ yaranan vaxtdan, yəni xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan aparılmış inzibati icraatın nəticəsi olaraq İddiaçı təqdim etdiyi əmək kitabçasına əsasən sığorta stajının cəmi 24 il 10 ay 27 gün müəyyən olunduğu və güzəştli iş stajının 12 il 6 ay müddətindən az olduğu qeyd edilmişdir və bunun əsasında ’’Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının təyin olunması imkan xaricində olması bildirilmişdir. Bundan sonra, İddiaçı Fondun Xüsusi şərtlərlə X4rşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı öz iddiasında onun barəsində güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Hesab edirlər ki, cavabdeh inzibati orqanın İddiaçı barədə qəbul etdiyi əlverişsiz inzibati akt əsaslıdır və sözügedən iddia tələbi üzrə iddia rədd olunmalıdır. İddiaçı M.Ə.Məmmədovun təqdim etdiyi şəxsiyyət vəsiqəsindən müəyyən olunur ki, iddiaçı xx.xx.1963-cü il tarixdə anadan olmuşdur. İddiaçı M.Ə.Məmmədov xx.xx.2022-ci il tarixli məktubla Fondun Xüsusi şərtlərlə X11 filialına müraciət etmiş, cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir. İddiaçı cavabdeh inzibati orqana təqdim etdiyi sənədlərə (əmək kitabçası) müvafiq olaraq 24 il 10 ay 27 gün ümumi iş stajı onun mübahisələndirilməyən sığorta stajına daxil edilmişdir və onun güzəştli iş stajı 12 il 6 ay müddətindən az təşkil edir. İddiaçının mübahisələndirilən ümumi iş stajı, onun sosial sığorta stajına daxil edildiyi təqdirdə onun subyektiv hüquqi marağı yaranır. İddiaçı mübahisəsiz iş stajı cəmi 24 il 10 ay 27 gün, güzəştli şərtlərlə iş stajı isə 12 il 6 aydan az təşkil edir və bunun əsasında “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinin tələblərinə əsasən ona yaşa görə əmək pensiyasının təyin edilməsi qeyrimümkündür. Yuxarıda qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Sonradan iddiaçının nümayəndəsi-vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının 52 yaşı tamam olduğu, yəni 09 mart 2015ci il tarixdən əmək pensiyasının təyin olunması və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7094/2022 saylı 28 sentyabr 2022-ci il tarixli qərarı ilə iddia tələbi qismən təmin edilərək, İddiaçı 52 yaşının tamam olduğu vaxtdan, yəni xx.xx.2015-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və təyin edilmiş pensiyanın xx.xx.2019-cu ildən etibarən hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X13 Şəxsin Xüsusi Şərtlərlə X11 Filialına həvalə edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. (hakim: Ş.Həsənova) Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin apellyasiya şikayəti mahiyyətcə imtina və etirazın eynilik təşkil edən məzmununa uyğun tərtib edilmiş, əlavə olaraq bildirilmişdir ki, Hümbətov ona güzəştli şərtlərlə yasa görə əmək pensiyasının təyin edilməsi üçün müraciət etdiyi zaman yaş göstərməmişdir. Əlavə olaraq qeyd_etməyi zəruri hesab edir ki, iddiaçı R.Hümbətovun sözügedən 52 yaşdan güzəştli şərtlərlə pensiya tələbi üzrə inzibati orqana müraciəti olmamış, göründüyü kimi iddia ərizəsində də həmin halı qeyd etməmişdir. İddiaçının həmin tələblə bağlı ilkin müraciəti məhkəməyə olmuşdur. Belə ki, iddiaçı R.Hümbətov iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə 52 yasının tamam olduğu xx.xx.2015-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və ödənilməsini xahiş etmişdir. Ümumilikdə işin faktiki halları nəzərə alınaraq qeyd olunmalıdır ki, iddiaçı R.Hümbətovun iddia tələbi üzrə cavabdeh orqan tərəfindən əsaslı imtina verilmişdir. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi-vəkili Vəkil apelyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan İddiaçı məxsus НВ 968565 nömrəli, 04 iyun 1985-ci il tarixli diplomun surətindən görünür ki, İddiaçı 1980-cı ildə M.Əzizbəyov adına X12 Ordenli Azərbaycan Neft və Kimya İnstitutuna daxil olmuş və 1985-ci ildə hidrologiya və mühəndisi geologiya ixtisası üzrə tam kursu bitirmiş, dövlət imtahan komissiyasının xx.xx.1985-ci il tarixli qərarı ilə ona dağ mühəndisi-hidrogeloq ixtisası verilmişdir (4 il 9 ay 4 gün). İş materiallarında olan iddiaçıya məxsus hərbi biletin surətindən görünür ki, xx.xx.1994-cü ildən xx.xx.1999-cu ilə kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşdur (5 il 1 ay 11 gün). İş materiallarında olan iddiaçıya məxsus ИТ-İ ******* nömrəli, xx.xx.1985-ci il tarixli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1985-ci ildən xx.xx.1987-ci ilə kimi Hidrogeoloji Ekspedisiyanın yeraltı suların rejiminin öyrənilməsi partiyasına baş texnikhidrogeoloq (1 il 4 ay), xx.xx.1987-ci ildən xx.xx.1988-ci ilə kimi həmin partiyaya hidrogeoloq (11 ay 28 gün), xx.xx.1988-ci ildən xx.xx.1991-ci ilə kimi “Azərbaycangeologiya” İstehsalat Birliyinin əməyin yeni növ maliyyələşdirilməsi ilə əlaqədar hidrogeoloq (3 il 3 ay 1 gün), xx.xx.1991-ci ildən xx.xx.1992-ci ilə kimi yeraltı suların rejiminin öyrənilməsi partiyasına ikinci kateqoriya hidrogeoloq (11 ay 1 gün), xx.xx.1992-ci ildən xx.xx.1994-cü ilə kimi həmin partiyada birinci dərəcəli hidrogeoloq (1 il 10 ay 1 gün), xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilə kimi həmin partiyada Gəncə-Qazax rejim sahəsinin rəisi (3 ay 20 gün), xx.xx.1994-cü ildən xx.xx.1999-cu ilə kimi Azərbaycan Respublikası Milli Ordusunda xidmət (5 il 6 ay 9 gün), xx.xx.1999-cu ildən xx.xx.2000-ci ilə kimi Gəncə-Qarabağ rejim sahəsinə birinci kateqoriyalı hidrogeoloq (2 ay 13 gün), xx.xx.2000-ci ildən xx.xx.2001-ci ilə kimi Yeraltı suların regional monitorinqi partiyasının Gəncə-Qazax sahəsinə sahə rəisi (10 ay 28 gün), xx.xx.2001-ci ildən xx.xx.2001-ci ilə kimi Yeraltı suların regional monitorinqi dəstəsinin Gəncə-Qazax sahəsinə sahə rəisi (11 ay 17 gün), xx.xx.2002-ci ildən xx.xx.2007-ci ilə kimi Kompleks Hidrologiya və X3 Yeraltı suların regional monitorinqi partiyasına birinci kateqoriyalı hidrogeoloq (4 il 10 ay 17 gün), xx.xx.2007-ci ildən xx.xx.2008-ci ilə kimi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X6 Yeraltı suların monitorinqi partiyasına birinci kateqoriyalı hidrogeoloq (1 il 7 gün), xx.xx.2008-ci ildən xx.xx.2009-cu ilə kimi Kompleks Hidrogeologiya və X2 Təbii suların kadastrı dəstəsinin rəisi (14-cü dərəcə) (11 ay 29 gün), xx.xx.2009-cu ildən xx.xx.2011-ci ilə kimi Hidrogeologiya və Mühəndis Geoloji planalma partiyasına 12-ci dərəcəli qazma işləri üzrə aparıcı mühəndis (2 il 4 ay 1 gün), xx.xx.2011-ci ildən xx.xx.2011-ci ilə kimi müvəqqəti olaraq Yeraltı suların monitorinqi partiyasının rəisi (4 ay 29 gün), xx.xx.2011-ci ildən xx.xx.2019-cu ilə kimi Yeraltı suların monitorinqi partiyasının rəisi (15-ci dərəcə ilə) (7 il 9 ay 10 gün), xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilə kimi Xidmətin Kompleks monitorinq və hidrogeoloji tədqiqatlar idarəsinin layihə rəhbəri (16-cı dərəcə ilə) (1 il 4 ay 13 gün), xx.xx.2020-ci ildən hal-hazıra kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin Hidrogeologiya və mühəndis geologiyası qrupunun layihə rəhbəri (16-cı dərəcə ilə), həmin qrupun rəhbəri-baş hidrogeoloqu, Hidrogeologiya və mühəndis geologiyası qrupunun rəhbəri – baş hidrogeoloqu vəzifələrində işləyir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Xidməti tərəfindən verilmiş 18/m-036 nömrəli, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı Milli Geoloji Kəşfiyyat Xidmətinin Kompleks Hidrogeologiya və X1 1985- 2019-cu illərdə çalışmış və göstərilən illər üzrə iş stajı, çöl günləri və 2016-2019-cu illər üzrə əmək haqqısının aşağıda göstərilən kimi olmuşdur: - xx.xx.1985-ci ildə Hidrogeoloji Ekspedisiyanın yeraltı suların rejiminin öyrənilməsi partiyasına baş texnik-hidrogeoloq vəzifəsinə təyin edilmişdir (Əmr №104/k, xx.xx.1985-ci il, Əmr № 269(t-1), xx.xx.1985-ci il) - “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 №-li qərarının 1 nömrəli əlavəsinin 1 nömrəli siyahısındakı (********) faydalı qazıntıları çıxarılması üzrə şaxtalarda, mədənlərdə, mədən axtarışlarında, geoloji kəşfiyyatda; drenaj şaxtalarında; şaxtaların, mədənlərin tikintisində yeraltı işlər bölməsində 1010100q-20610 (hidrogeoloqlar) uyğun olaraq pensiyalar təyin edilməsinə aiddir. - xx.xx.1987-ci ildə həmin partiyaya hidrogeoloq vəzifəsinə təyin edilmişdir (Əmr №143/k, xx.xx.1987-ci il, Əmr №(T-3), xx.xx.1987-ci il) - “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993cü il 21 iyun tarixli, 320 №-li qərarının 1 nömrəli əlavəsinin 1 nömrəli siyahısındakı (********) faydalı qazıntıları çıxarılması üzrə şaxtalarda, mədənlərdə, mədən axtarışlarında, geoloji kəşfiyyatda; drenaj şaxtalarında; şaxtaların, mədənlərin tikintisində yeraltı işlər bölməsində 1010100q-20610 (hidrogeoloqlar) uyğun olaraq pensiyalar təyin edilməsinə aiddir; - xx.xx.1988-ci ildə “Azərbaycangeologiya” İstehsalat Birliyinin № 8, xx.xx.1988-ci əmrinə əsasən əməyin yeni növ maliyyələşdirilməsi ilə əlaqədar hidrogeoloq vəzifəsinə təsdiq olunmuşdur (Əmr № 16/Ü, xx.xx.1989-cu il) - "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cu il 21 iyun tarixli 320 №-li qərarının 1 nömrəli əlavəsinin 1 nömrəli siyahısındakı (********) faydalı qazıntıları çıxarılması üzrə şaxtalarda, mədənlərdə, mədən axtarışlarında, geoloji kəşfiyyatda; drenaj, şaxtalarında; şaxtaların mədənləri tikintisində yeraltı işlər bölməsində 1010100q-20610 (hidrogeoloqlar) uyğun olaraq pensiyalar təyin edilməsinə aiddir; - xx.xx.1991-ci ildə Yeraltı suların rejiminin öyrənilməsi partiyasına ikinci kateqoriya hidrogeoloq vəzifəsinə təyin edilmişdir (Əmr № 90/k. xx.xx.1991-ci il, Əmr № 70 (T- 3), xx.xx.1991-ci il) - “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların işlərin, peşələrin vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 №-li qərarının 1 nömrəli əlavəsinin 1 nömrəli siyahısındakı (********) faydalı qazıntıları çıxarılması üzrə şaxtalarda, mədənlərdə, mədən axtarışlarında, geoloji kəşfiyyatda; drenaj şaxtalarında; şaxtaların, mədənlərin tikintisində yeraltı işlər bölməsində 1010100q—20610 (hidrogeoloqlar) uyğun olaraq pensiyalar təyin edilməsinə aiddir; - xx.xx.1992-ci ildə həmin partiyada birinci dərəcəli hidrogeoloq vəzifəsinə təyin edilmişdir (Əmr № 54 t-3 xx.xx.1992-ci il) - “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 №-ii qərarının 1 nömrəli əlavəsinin 1 nömrəli siyahısındakı (********) faydalı qazıntıları çıxarılması üzrə şaxtalarda, mədənlərdə, mədən axtarışlarında, geoloji kəşfiyyatda; drenaj şaxtalarında; şaxtaların, mədənlərin tikintisində yeraltı işlər bölməsində 1010100q-20610 (hidrogeoloqlar) uyğun olaraq pensiyalar təyin edilməsinə aiddir; - xx.xx.1994-cü ildə həmin partiyada Gəncə-Qazax rejim sahəsinin rəisi vəzifəsinə təyin edilmişdir (Əmr № 63 t-3, xx.xx.1994-cü il) - “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 №-li qərarının 1 nömrəli əlavəsinin 1 nömrəli siyahısındakı (********) faydalı qazıntıları çıxarılması üzrə şaxtalarda, mədənlərdə mədən axtarışlarında, geoloji kəşfiyyatda; drenaj, şaxtalarında; şaxtaların, mədənlərin tikintisində yeraltı işlər bölməsində 1010100q-20610 (hidrogeoloqlar) uyğun olaraq pensiyalar təyin edilməsinə aiddir; - xx.xx.1999-cu ildə Gəncə-Qarabağ rejim sahəsinə birinci kateqoriyalı hidrogeoloq vəzifəsinə təsdiq olunmuşdur (Əmr №48, xx.xx.1999-cu il) - “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993cü il 21 iyun tarixli, 320 №-li qərarının 1 nömrəli əlavəsinin 1 nömrəli siyahısındakı (********) faydalı qazıntıları çıxarılması üzrə şaxtalarda, mədənlərdə, mədən axtarışlarında, geoloji kəşfiyyatda; drenaj şaxtalarında; şaxtaların mədənlərin tikintisində yeraltı işlər bölməsində 1010100q—20610 (hidrogeoloqlar) uyğun olaraq pensiyalar təyin edilməsinə aiddir; - xx.xx.2000-ci ildə Yeraltı suların regional monitorinqi partiyasının Gəncə-Qazax sahəsinə sahə rəisi vəzifəsinə keçirilmişdir (Əmr № 19 (T-3),xx.xx.2000-ci il) - “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nəzirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 №-li qərarının 1 nömrəli əlavəsinin 1 nömrəli siyahısındakı (********) faydalı qazıntıları çıxarılması üzrə şaxtalarda, mədənlərdə, mədən axtarışlarında, geoloji kəşfiyyatda: drenaj şaxtalarında; şaxtaların, mədənlərin tikintisində yeraltı işlər bölməsində 1010100q-20610 (hidrogeoloqlar) uyğun olaraq pensiyalar təyin edilməsinə aiddir; - xx.xx.2001-ci ildə Yeraltı suların regional monitorinqi dəstəsinin Gəncə-Qazax sahəsinə sahə rəisi vəzifəsinə təsdiq edilmişdir (Əmr № 7/k. xx.xx.2001-ci il) - “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 №-li qərarının 1 nömrəli əlavəsinin 1 nömrəli siyahısındakı (********) faydalı qazıntıları çıxarılması üzrə şaxtalarda, mədənlərdə, mədən axtarışlarında, geoloji kəşfiyyatda; drenaj şaxtalarında; şaxtaların, mədənlərin tikintisində yeraltı işlər bölməsində 1010100q—20610 (hidrogeoloqlar) uyğun olaraq pensiyalar təyin edilməsinə aiddir; - xx.xx.2002-ci ildə Yeraltı suların regional monitorinqi partiyasına birinci kateqoriyalı hidrogeoloq vəzifəsinə qəbul edilmişdir (Əmr № 184/k. xx.xx.2002-ci il, Əmr №16/k, xx.xx.2002-ci il) - “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li qərarının 1 nömrəli əlavəsinin 1 nömrəli siyahısındakı (********) faydalı qazıntıları çıxarılması üzrə şaxtalarda, mədənlərdə, mədən axtarışlarında, geoloji kəşfiyyatda; drenaj şaxtalarında, şaxtaların, mədənlərin tikintisində yeraltı işlər bölməsində 1010100q—20610 (hidrogeoloqlar) uyğun olaraq pensiyalar təyin edilməsinə aiddir; - xx.xx.2007-ci ildə X5 Yeraltı suların monitorinqi partiyasına birinci kateqoriyalı hidrogeoloq vəzifəsinə təyin edilmişdir (Əmr №10/k, 29.01.07-ci il, Əmr № 6/k, xx.xx.2007-ci il) - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 №-li qərarının “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatlarının, vəzifələrinin və göstərişlərinin siyahısının" - 1- Dağ mədən işləri, 1-3 Geoloji Kəşfiyyat işləri (yerüstü) bəndinə görə (səh. 14) pensiyalar təyin edilməsinə aiddir; - Çöl işlərinə ezam olunur (Əmr №7/k, xx.xx.2007-ci il) - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 №-li qərarının "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatlarının, vəzifələrinin və göstərişlərinin siyahısının” - 1- Dağ mədən işləri, 1-3 Geoloji Kəşfiyyat işləri (yerüstü) bəndinə görə (səh. 14) pensiyalar təyin edilməsinə aiddir; - xx.xx.2008-ci ildə Kompleks Hidrogeologiya və X2 Təbi suların kadastrı dəstəsinin rəisi (14-cü dərəcə) vəzifəsinə təyin edilmişdir (Əmr № 134/k. xx.xx.2007-ci il; Əmr № 56/k. xx.xx.2007-ci il) - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 №-li qərarının "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatlarının, vəzifələrinin və göstərişlərinin siyahısının” - 1- Dağ mədən işləri 1-3 Geoloji Kəşfiyyat işləri (yerüstü) bəndinə görə (səh. 14) pensiyalar təyin edilməsinə aiddir; - xx.xx.2009-cu ildə Hidrogeologiya və Mühəndis Geoloji planalma partiyasına 12-ci dərəcəli qazma işləri üzrə aparıcı mühəndis vəzifəsinə təyin edilmişdir (Əmr № 60/k, 30.12,2008-ci il; Əmr № 103/k, xx.xx.2008-ci il) - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 №-li qərarının “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatlarının, vəzifələrinin və göstərişlərinin siyahısının” — 1- Dağ mədən işləri, 1-3 Geoloji Kəşfiyyat işləri (yerüstü) bəndinə görə (səh. 14) pensiyalar təyin edilməsinə aiddir. - xx.xx.2011-ci ildə müvəqqəti olaraq Yeraltı suların monitorinqi partiyasının rəisi vəzifəsinin icrası həvalə edilmişdir (Əmr № 27/k, xx.xx.2011-ci il) - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 №-li qərarının “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatlarının, vəzifələrinin və göstərişlərinin siyahısının” - 1- Dağ mədən işləri, 1-3 Geoloji Kəşfiyyat işləri (yerüstü) bəndinə görə (səh. 14) pensiyalar təyin edilməsinə aiddir; - xx.xx.2011-ci ildə Yeraltı suların monitorinqi partiyasının rəisi vəzifəsinə (15-ci dərəcə ilə) vəzifəsinə təyin edilmişdir (Əmr № 92/k §2 xx.xx.2011-ci il, Əmr № 56/k §3. xx.xx.2011ci il) - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 №-li qərarının “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatlarının, vəzifələrinin və göstərişlərinin siyahısının” — 1- Dağ mədən işləri, 1-3 Geoloji Kəşfiyyat işləri (yerüstü) bəndinə görə (səh. 14) pensiyalar təyin edilməsinə aiddir; - xx.xx.2019-cu ildə Xidmətin Kompleks monitorinq və hidrogeoloji tədqiqatlar idarəsinin layihə rəhbəri (16-cı dərəcə ilə) vəzifəsinə təyin edilib (Əmr № 99/K §5. xx.xx.2019-cu il) - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 №-li qərarının “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatlarının, vəzifələrinin və göstərişlərinin siyahısının - 1- Dağ mədən işləri. 1-3 Geoloji Kəşfiyyat işlən (yerüstü) bəndinə görə (səh 14) pensiyalar təyin edilməsinə aiddir. Əsas: 1985-2001-cı illər üzrə şəxsi hesab vərəqələri və 1985-2019-cu illər üzrə kadr əmrləri. Qeyd: xx.xx.1994-cü ildən xx.xx.1999-cu il tarixə qədər Azərbaycan Respublikası Milli Ordusunda xidmət etmişdir (Arayış 3/660, xx.xx.1999-cu il Nərimanov rayon Hərbi Komissarlığı). Arayış Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsinə təqdim edilmək üçün verilir. İş materiallarında olan İddiaçı tərəfindən cavabdeh inzibati orqana ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, iddiaçı ona 9.8-ci maddəsinə əsasən güzəştli şərtlərlə pensiya təyin olunmasını xahiş etmişdir. İş materiallarında olan Filial tərəfindən iddiaçıya ünvanlanmış 27 yanvar 2022-ci il tarixli, **********0 №- li güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında məktubdan görünür ki, Filiala 17 yanvar 2022-ci il tarixində daxil olmuş müraciətinə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmışdır. Bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi, sahələrində həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanununun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2005-ci il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 2S0-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 13-cu maddəsinin "b" bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (24 il 10 ay 27 gün (xx.xx.1980-xx.xx.1985ci il, xx.xx.1985-xx.xx.2001-ci il, xx.xx.2002-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)), güzəştli iş stajı isə 12 iİ 6 aydan az təşkil edir. Qeyd oİunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İşdən görünür ki, iddiaçı ona 52 yaşı tamam olduğu, yəni 09 mart 2015-ci il tarixdən əmək pensiyasının təyin olunması və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2006-ci ilə qədər 24 il 10 ay 18 gün ümumi və 14 il 3 ay 16 gün güzəştli iş stajı mövcuddur. Güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün zəruri olan hər üç hal iddiaçıya münasibətdə mövcud olduğundan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən iddiaçıya 52 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2015-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli idi. Cavabdeh inzibati orqanın iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsindən imtinası əsassız olmaqla iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Məhkəmə əlavə olaraq qeyd etmişdir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi ilə cavabdehin üzərinə düşür ki, hazırki işdə cavabdeh imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İş materiallarından göründüyü kimi iddiaçı tərəfindən cavabdeh inzibati orqana hazırki tələblə bağlı olaraq xx.xx.2022-ci il tarixdə müraciət edilmişdir. Bu əsasdan məhkəmə hesab etmişdir ki, yaranmış pensiya fərqi məbləği iddiaçının cavabdeh inzibati orqana müraciət etdiyi tarixdən əvvəlki son 3 il üzrə ödənilməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin mahiyyətcə imtina və etirazın eynilik təşkil edən əsaslarla eyni olan dəlilləri üzrə birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın nəticələri ilə razılaşaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanununun 31-ci maddəsinin 31.1 bəndinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32-ci maddəsinin 32.1 bəndinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, həmin Qanun qüvvəyə mindiyi günədək həmin Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli Qanunla həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Beləliklə, sadalanan hüquq normalarından görünür ki, 1 nömrəli siyahı üzrə kişilərə 52 yaşdan güzəştli şərtlə əmək pensiyası təyin edilməsi üçün 2006-cı ilin yanvarın 1-dək güzəştli iş stajı 10 ildən, ümumi stajı 20 ildən az olmamalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçının 52 yaşı xx.xx.2015-ci il tarixdə tamam olmuşdur və o, cavabdeh inzibati orqana müraciət edərək ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.8-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, cavabdeh inzibati orqan isə Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 2S0-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 13-cu maddəsinin "b" bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olmasına, 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (24 il 10 ay 27 gün), güzəştli iş stajının isə 12 iİ 6 aydan az təşkil etməsini əsas gətirərək müraciətin təmin edilməsindən imtina etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanununun 67-ci maddəsinin “ğ” bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, həbslə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hərbi xidmət müddəti və təhsil dövrü nəzərə alınmaqla, onun xx.xx.2006-cı il tarixədək 27 il 10 ay 18 gün ümumi iş stajının mövcud olması işin materialları ilə öz təsdiqini tapmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na, «Əmək pensiyaları təyin olunması üçün zəruri olan sənədlərin Siyahısı» adlanan 2 nömrəli əlavənin 2.4.1-ci bəndinə görə, «Əmək pensiyaları haqqında» Qanunun 9-cu maddəsinə əsasən, yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunur. İşə götürən tərəfindən verilmiş ətraflı arayışdan görünür ki, iddiaçının xx.xx.2006-ci il tarixədək işlədiyi hidrogeoloq vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın (********) faydalı qazıntıları çıxarılması üzrə şaxtalarda, mədənlərdə, mədən axtarışlarında, geoloji kəşfiyyatda; drenaj şaxtalarında, şaxtaların, mədənlərin tikintisində yeraltı işlər bölməsində 1010100q—20610 (hidrogeoloqlar) koduna uyğundur. Göründüyü kimi, yuxarıda qeyd edilən hər iki şərt - ümumi və xüsusi iş stajı iddiaçıya münasibətdə ödənildiyindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi və “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun 13-cü maddəsinə əsasən iddiaçıya 52 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli idi. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, iddiaçı R.Hümbətovun sözügedən 52 yaşdan güzəştli şərtlərlə pensiya tələbi üzrə inzibati orqana müraciəti olmamış, göründüyü kimi iddia ərizəsində də həmin halı qeyd etməmişdir. Məhkəmə kollegiyası cavabdehin qeyd olunan dəlili ilə razılaşmayaraq qeyd edir ki, iddiaçı cavabdeh orqana ərizəsində hansı yaşdan pensiya təyin edilməsini konkret qeyd etməsə də “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.8-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. Lakin cavabdehin iddiaçıya ünvanlanmış məktubunda yuxarıda sadalanan normaların əməl olunması müəyyən olunmur. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin olunmasından imtina etməklə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması müddəasını nəzərə almayaraq onun Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş sosial təminat hüququnu pozmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, cavabdehin apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7094/2022 saylı 28 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar