Məhkəmə qərarları › İş №2-1(103)-842/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-842/2020

18.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-842/2020 18.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı (xx.xx.1939-cu il tarixdə Siyəzən rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi ) qarşı çıxarış verilməsi tələbinə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-1411/2019 nömrəli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı xx.xx.2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək mərhum həyat yoldaşı X5 adına olan torpaq sahəsinin faktiki 400 kv.metr, lakin şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportunda 300 kv.metr qeyd olunduğundan həyat yoldaşının adına olan sənədlərdə uyğunsuzluq və yaşadıqları evə çıxarış almaq üçün müvafiq qanunvericiliyə uyğun olaraq düzəliş edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx xxxx 2019-cu il tarixli qərardadına əsasən Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti 3-cü şəxs qismində inzibati icraata cəlb edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2- 1(81)1411/2019 saylı qərardadı ilə (hakim Ş.Süleymanova) İddiaçı mərhum həyat yoldaşı X5 adına olan torpaq sahəsinin faktiki 400 kv.metr, lakin şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportunda 300 kv.metr qeyd olunduğundan həyat yoldaşının adına olan sənədlərdə uyğunsuzluq və yaşadıqları evə çıxarış almaq üçün müvafiq qanunvericiliyə uyğun olaraq düzəliş edilməsi barədə iddiasının mümkün sayılmaması qərara alınmışdır. İddiaçı tərəfindən xx.xx.2019-cu il tarixində məhkəməyə apellyasiya şikayəti daxil olmuş, apellyasiya şikayətində 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2019cu il tarixli, 2-1(81)1411/2019 saylı qərardadının ləğv edilməsi, iddianın mümkün sayılması barədə yeni qərardad qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.1995-ci il tarixdə vəfat etmiş X4 miras əmlakına dair vərəsəlik hüququ haqqında Şəhadətnamə almaq üçün Bakı şəhəri 19 saylı Notariat Kontoruna müraciət etmişlər. xx.xx.2012-ci il tarixdə vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən olunmuşdur. Lakin sənədləşdirmə aparılması və vərəsəlik şəhadətnaməsi verilməsi üçün ünvan 2 ünvanında yerləşən həyət evinə dair çıxarış olmadığı üçün imtina edilmişdir. Mərhumun miras əmlakına dair sənədlərdə uyğunsuzluq və evə dair çıxarış almaq üçün düzəliş edilməsi tələbi ilə məhkəməyə müraciət etmişlər, lakin məhkəmə iddianı mümkünsüz hesab etmişdir. Əsas kimi isə mülkiyyət hüququnun tanınaraq çıxarış alınmasından əvvəl vərəsəlik hüququnun tanınmasını qoymuşdur. Notariat kontorundan onlara verilən xx xxxxxx 2018-ci il tarixli 696 saylı cavab məktubundan da aydın görünür ki, xx.xx.2012-ci il tarixdə vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən edilmişdir. Şəhadətnamə vermək üçün onlar çıxarış təqdim etməlidir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1(103)-1566/2019 saylı qərardadı ilə (Hakimlər: A.Nuriyeva, V.Ağayev, C.Yusifov) 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2-1(81)1411/2019 saylı qərardadının ləğv edilərək işin təkrar baxılması üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sonradan iddiaçı xx.xx.2019-cu il tarixində iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Yasamal rayonu, ev 162 ünvanda yerləşən evin faktiki ölçülərinin 400 kv.m texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportunda 300 kv.m göstərildiyindən uyğunsuzluğu aradan qaldıraraq həqiqi ölçü göstərilməklə (400 kv.m) çıxarışın X5 adına mərhum həyat yoldaşının adına verilməsini Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və iddiaçının ərizəsi Azərbaycan Respublikası İPMnin 54-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum həyat yoldaşı X11 xx.xx.1958-ci ildə Yasamal rayonu Zaur Kərimov küçəsi 162 evə dair X10 Oktyabr (indiki Yasamal) rayonu ispolkomu ilə icarə müqaviləsi bağlamışdır. Mərhum həyat yoldaşı X11 xx xxxx 1995-ci ildə rəhmətə getmişdir. Yasamal rayonu, ev 162 ünvanda yerləşən evə mərhum həyat yoldaşı X5 adına çıxarış almaq üçün o Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinə və 1 saylı Bakı Ərazi idarəsinə çıxarış verilməsi barədə göstəriş verilməsinə dəfələrlə sənədlərlə birlikdə müraciət etsə də sənədləri ondan qəbul etməyərək bildirmişlər ki, mərhum həyat yoldaşı X5 ölüm haqqında şahadətnaməsi ilə Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi Şəxsi mülkiyyət-hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportakı adam eyni adam deyil. O, da ona görə poçt vasitəsi ilə göndərmişdir. Lakin cavab məktublarında bu barədə qeyd olunmur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)- 1411/2019 nömrəli qərarı ilə (hakim Ş.Süleymanova) iddia tələbinin qismən təmin edilməsi, ünvan 3 ünvanda yerləşən evin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportuna uyğun olaraq 300 kv.m çıxarışı (arayışı) X5 adına verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması, iddianın qalan hissədə rədd edilməsi qərara alınmışdır. Qərardan narazı qalan iddiaçı xx.xx.2020-ci il tarixdə apellyasiya şikayəti verərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-1411/2019 nömrəli qərarının ləğv edilməsi və iddiaçının iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qərardan narazı qalan cavabdeh xx.xx.2020-ci il tarixdə apellyasiya şikayəti verərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-1411/2019 nömrəli qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sözügedən ünvanda yerləşən fərdi yaşayış evinə dair təqdim edilən arxiv arayışına əsasən torpaq sahəsi 300.0kv.m göstərilib, lakin faktiki olaraq torpaq sahəsi yol hissəsindən genişləndirilərək 400.0kv.m təşkil edir və əlavə tikililər inşa edilmiş, layihədə göstərilən tikililər faktiki ölçülərlə uyğunsuzluq təşkil edir. Bundan başqa fərdi yaşayış evin və yerləşdiyi torpaq sahəsinin iddiaçının adına dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanına uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlər təqdim olunmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (etibarnamə xx.xx.2018-ci il tarixində 20 il müddətinə verilmişdir, 3 saylı Bakı ASAN Xidmət) Nümayəndə (Bakı şəh., Z.Kərimov küç., ev 152 ünvanında qeydiyyatdadır) izahat verərək, özü tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin isə rədd edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin tam təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi izahat verərək, inzibati orqan tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, iddiaçının apellyasiya şikayətini qəbul etmədiyini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin tam rədd edilməsini xahiş etdi. Üçüncü şəxs məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən, Məhkəmə kollegiyası işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətlərini iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabdehin apellyasiya şikayəti əsaslı olduğundan qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbi mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd edir: İş materiallarına əsasən: -AR Dövlət Arxivinin Bakı filialının İddiaçı verilmiş xx.xx.2008-ci il tarixli, 4850 saylı arxiv arayışının surətindən görünür ki, Oktyabr rayon X10 xx xxxxxx 1958-ci il tarixli 53 saylı protokolu ilə 2-ci Xrebtovıy küçəsi ev 12 yaşayan X7 3154 kvartalda, 1-ci Yasamal küçəsi ev 162, fərdi yaşayış evinin tikintisi üçün sahəsi 300, 0 kv.m olan 938 saylı torpaq sahəsi ayrılmışdır. -Oktyabr rayon X10 xx xxxxxx 1958-ci il tarixli 53 saylı qərarına əsasən X6 4 kvartalda, 1-ci Yasamal ev 162,938 saylı torpaq sahəsində fərdi yaşayış evinin işi üzrə işlərin aparılması Bakı şəhər İcraiyyə Komitəsinin İnşaat və Memarlıq İşləri şöbəsi tərəfindən xx xxxx 1959-cu ildə 157 saylı icazə verilmişdir. -İE seriyalı 133918 saylı evlənmə haqqında şəhadətnamədən görünür ki, X1 Mələk Qulu qızı ilə xx xxxxxxx 1955-ci ildə evlənmişlər və arvadı Simihova familiyasını götürmüşdür. -İİ-JQ seriyalı 498500 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X12 xx xxxx 1995-ci il tarixdə ölmüşdür. xx.xx.2018-ci il tarixində iddiaçı tərəfindən cavabdehə ərizə ünvanlanmışdır. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum həyat yoldaşı X11 xx.xx.1958-ci ildə Yasamal rayonu, Zaur Kərimov küçəsi 162 ünvanlı evə dair X10 Oktyabr (indiki Yasamal) rayonu ispolkomu ilə icarə müqaviləsi bağlamışdır. Həyat yoldaşı X11 xx.xx.1995-ci ildə rəhmətə getmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 1.6 bəndinə əsasən şəxsi mülkiyyət hüququ ilə yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin verilməsi haqqında notarial qaydada təsdiq edilmiş xx.xx.1948-ci ildən sonra bağlanmış müqavilələri qeyd olunmuşdur. İddiaçı bildirir ki, o, “Qəhrəman Ana”dır, 10 uşağı var və 30-dan artıq nəvə-nəticəsi var. Evladlarından beşi onunla ailələri ilə birlikdə qeyd olunan ünvanda yaşayır. O, indiyədək dövlətdən heç bir şey istəməmişdir. Yoldaşının sağlığında dövlət onlara maşın və bağ vermişdir, lakin onlar ehtiyac yoxdur deyib almamışlar. Öz güclərinə yaşamışlar. Onun ailəsinin sayı artdığı üçün məcburən yaşadığı evin ətrafına artırma edibdir. Artıq o, 80 yaşındadır və cavabdehdən xahişi budur ki, Yasamal rayonu, ev 162 ünvanında yerləşən evi onun adına müvafiq çıxarış verilməsi barədə göstəriş versin. Daha sonra cavabdehdən iddiaçının ərizəsinə cavab məktubu ünvanlanmışdır. Məktubda bildirilir ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə dair dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2018-ci il tarixli poçt vasitəsilə daxil olmuş iddiaçının ərizəsinə baxılmışdır. Ərizəyə əlavə olunmuş sənədlər surətdir. Aparılan araşdırma zamanı müəyyən olmuşdur ki, sözügedən ünvanda yerləşən fərdi yaşayış evinə dair təqdim etdiyi arxiv arayışına əsasən torpaq sahəsi 300.0 kv.m göstərilib, lakin faktiki olaraq torpaq sahəsi yol hissəsindən genişləndirilərək 400.0 kv.m təşkil edir və əlavə tikililər inşa edilmiş, layihədə göstərilən tikililər faktiki ölçülərlə uyğunsuzluq təşkil edir. Bundan başqa fərdi yaşayış evinin və yerləşdiyi torpaq sahəsinin iddiaçının adına dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının qanununun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 439 nömrəli Fərmanına uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlər təqdim olunmamışdır. Eyni zamanda bildirilir ki, ünvan 5 ünvanına dair mərhum X5 adına mülkiyyət hüququ daşınmaz əmlak dövlət reyestrindən qeydiyyata alınmalı, həmin əmlak ilə bağlı vərəsəyə çıxarış verildikdən sonra qanunvericiliyə uyğun təqdim edilmiş sənədlər əsasında ərizəyə yenidən baxıla bilər. -İddiaçı daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı dəfələrlə DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edib və sonuncu cavab xx.xx.2019-cu tarixli, **********36 saylı məktubla verilmişdir. -1-ci Yasamal 162 nömrəli ünvanda yerləşən fərdi yaşayış evinin sahibi X3 adına texniki pasport verilmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında olan evlər idarəsi üzrə texniki inventarizasiyanın ev sahibliyinin kartoçkasının (surət qeydi ilə) surətində qeyd olunmuşdur ki, yaşayış məntəqəsi-Musabəyov qəsəbəsi, küçə və evin nömrəsi-1-ci Yasamal №16, ev sahibinin soyadı, adı və atasının adı-X8. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə kollegiyası hesab edir ki, inzibati icraat qaydasında baxılan iddia müvafiq iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandıraraq müvafiq sübutları əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. Hazırkı iş üzrə iddia tələbinin predmetini “Yasamal rayonu ev 162 ünvanda yerləşən evin faktiki ölçülərinin 400 kv.m texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportunda 300 kv.m göstərildiyindən uyğunsuzluğu aradan qaldıraraq həqiqi ölçü göstərilməklə (400 kv.m) çıxarışın mərhum həyat yoldaşının X5 adına verilməsini cavabdehin üzərinə qoyulması” təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş «Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında» Təlimatın 7-ci bəndinə əsasən Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir (7.1). "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmın arayış əsasında verilmış vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Qüvvədə olan qanunvericilikdən göründüyü kimi, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarışı almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında qeydiyyat orqanı tərəfindən ilk öncə arayış verilməli, daha sonra həmin arayış əsasında hüquq vərəsənin adına qeydiyyata alınmalıdır. Göründüyü kimi, iddiaçı Yasamal rayonu ev 162 ünvanda yerləşən evin faktiki ölçülərinin 400 kv.m texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportunda 300 kv.m göstərildiyindən uyğunsuzluğu aradan qaldıraraq həqiqi ölçü göstərilməklə (400 kv.m) mərhum həyat yoldaşı X5 adına dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etsə də, qanunvericiliyin tələblərindən göründüyü kimi, iddiaçı ilk öncə qeydiyyat orqanına arayış verilməsi üçün müraciət etməli, daha sonra həmin arayış əsasında hüquq vərəsənin adına çıxarış verilməsi üçün müraciət etməlidir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabdehin apellyasiya şikayətinin dəlili əsaslı olduğundan qismən təmin edilməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-1411/2019 nömrəli qərarı ləğv edilərək iddia tələbi mümkün sayılmamalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 87, 90 və 94-cü maddələrinin tələblərini rəhbər tutaraq q ə r a r a a l d ı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin (hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi ) apellyasiya şikayəti qismən təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)- 1411/2019 saylı qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı ünvan 6 ünvanda yerləşən evin faktiki ölçülərinin 400 kv.m texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportunda 300 kv.m göstərildiyindən uyğunsuzluğu aradan qaldıraraq həqiqi ölçü göstərilməklə (400 kv.m) çıxarışın X5 adına mərhum həyat yoldaşının adına verilməsini Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi barədə” iddia tələbi mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri Y.Səfərov küçəsi,14, 1193-cü məhəllə) İnzibati kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar