Məhkəmə qərarları › İş №2-1(103)-842/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-842/2024

03.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-842/2024 03.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X11 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X5 ibarət tərkibdə, X8-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, İddiaçının hüquqi varisi X3, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-537/2023 saylı 13 sentyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 03 aprel 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür. ВЧ 057188 nömrəli hərbi biletin surətinə əsasən İddiaçı xx.xx.1976-ci il tarixdə hərbi xidmətə qəbul edilmiş, xx.xx.1978-ci il tarixdə hərbi xidmətdən tərxis olunmuşdur. MB 043776 nömrəli, xx.xx.1984-cü il tarixli diplomun surətinə əsasən İddiaçı 1979cu ildə M.Əzizbəyov adına X20 orderli Azərbaycan neft və kimya institutuna daxil olmuş və xx.xx.1984-cü ildə sənaye istilik energetikası ixtisasını bitirmişdir. İddiaçıya məxsus ИТ-İ ******* nömrəli, xx.xx.1979-cü il tarixli əmək kitabçasının surətinə əsasən İddiaçı xx.xx.1979-cu ildə Azneftstroy SMU-2 tresti 2-ci dərəcəli fəhlə vəzifəsinə təyin edilmiş, xx.xx.1979-cu ildə tutduğu vəzifədən azad edilmişdir. xx.xx.1984cü ildə Gənc mütəxəssis Əzizbəyov adına AzNKİ bitirdikdən sonra 13 saylı sexə istilik qrupuna 5-ci dərəcəli çilingər vəzifəsinə təyin edilmiş, xx.xx.1986-cı ildə 13 saylı sexə təmir qrupuna 5-ci dərəcəli çilingər-təmiri vəzifəsinə keçirilmiş, xx.xx.1988-ci ildə işdən azad edilmişdir. xx.xx.1988-ci ildə 2 saylı OTPM İstehsalat təlimi ustası vəzifəsinə qəbul edilmiş, xx.xx.1990-cı ildə Xüsusi texnologiya müəllimi vəzifəsinə keçirilmiş, xx.xx.1991-ci ildə işdən azad edilmiş, xx.xx.1991-ci ildə “Ulduz” Kooperativinə təchizat işəri üzrə sədr müavini təyin edilmiş, xx.xx.1992-ci ildə işdən azad edilmişdir. xx.xx.1993-cü ildə "xxxx" X13-texniki təchizatı mərkəzində iki həftə sınaq müddəti ilə müddətli olaraq texnik vəzifəsinə təyin edilmiş, xx.xx.1993-cü ildə tutduğu vəzifə təsdiq edilmiş, xx.xx.1993-cü ildə işdən azad edilmiş, xx.xx.1993-cü ildə Bakı Nəqliyyat aviaşirkəti “Azalavia”da "xxxx" DMTTM köçürmə ilə LD ATB k/s mühəndis vəzifəsinə qəbul edilmiş, xx.xx.1994-cü ildə TU-154 B, TU-134, YAK-40, AN-26, AN-34 təyyarələrində NK AT üzrə işləri sərbəst icra etməyə icazə verilmiş, xx.xx.1994-cü ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 205- 93 nömrəli əmrinə əsasən əməyin ödənilməsinin yeni şərtlərinə keçidlə əlaqədar olaraq VTC üzrə 7-ci dərəcə verilmişdir. xx.xx.1997-ci ildə “Azalavia” BNA yenidən təşkil olunması ilə əlaqədar "xxxx" AŞ k/s mühəndis vəzifəsi hesab edilmiş, xx.xx.1998-ci ildə Ştat cədvəlində dəyişikliklə əlaqədar texnoloji-diaqnostik şöbəyə VTC üzrə aviasiya texnikasının diaqnostikası üzrə kateqoriyasız mühəndis vəzifəsinə keçirilmiş, xx.xx.1999cu ildə əmək müqaviləsi ləğv edilmiş, xx.xx.1999-cu ildə "xxxx" Aviasiya texniki mərkəzi BM Diaqnostika laboratoriyasında aviasiya texnikasının diaqnostikası üzrə kateqoriyasız mühəndis vəzifəsinə qəbul edilmiş, xx.xx.2000- ci ildə Diaqnostika üzrə ikinci kateqoriyalı mühəndis verilmiş, xx.xx.2004-cü ildə əmək müqaviləsi ləğv edilmişdir. xx.xx.2004-cü ildə “F” EİM direktor vəzifəsinə qəbul edilmiş, xx.xx.2010-cu ildə işdən azad edilmişdir. xx.xx.2005-ci ildə "xxxx" MMC-də direktor vəzifəsinə qəbul edilmiş, xx.xx.2011-ci ildə işdən azad edilmişdir. İddiaçı cavabdeh inzibati orqana xx.xx.2019-cu il tarixli ərizə ünvanlayaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli, **********6 nömrəli Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında məktubunda bildirilmişdir ki, ərizənizə və ona əlavə edilmiş sənədlərə baxaraq bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikasa Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın qazma, neftin qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bölməsinin (10) 10.5.1. bölməsində neft məhsullarının və neftin katalitik riforminqinin distillə edilməsi, krekinqləşdirilməsi, neft məhsullarının pirolizi, neft xammalının hazırlanması, qaz benzininin istehsalı, sıxışdırılmış qazlar, qaz benzininin kondensasiyası, tutulması; təbii sulu qazın konversiyası, neft məhsullarının, süni maye yanacağın qələvi təmizlənməsi, yanacaq hazırlanması, yanacaq verilməsi, bərk yanacağın zənginləşdirilməsi, bitium, konsistent yağlayıcıların istehsalı, həmçinin reagent təsərrüfatında və neft məhsullarının doldurub boşaldılması üzrə estakadaların neft məhsulları və qaz üçün qablar parkı və kommunikasiyanın, ventilyasiyanın, istehsalat kanalizasiyasının, texnoloji avadanlıq və əsas istehsalatların kommunikasiyasının xidməti və təmiri ilə məşğul olan təmirçi-çilingərlər nəzərdə tutulmuşdur. İdarəyə təqdim etdiyiniz 24 avqust 1979-cu il tarixli MT-İ ******* nömrəli əmək kitabçanızda Yeni Bakı Neftayırma Zavodunun 13 saylı sexinin istilik qruppasında xx.xx.1984-xx.xx.1986-cı il tarixləri arasındakı dövr ərzində çilingər, xx.xx.1986- xx.xx.1988-cı il tarixləri arasındakı dövr ərzində isə təmirçi-çilingər işlədiyiniz qeyd edilmişdir. Göründüyü kimi, işlədiyiniz sahə yuxarıda qeyd olunan sahəyə uyğun deyil. Bu səbəbdən güzəştli iş stajınız da 12 il 6 aydan azdır. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Cavabdehin qeyd olunan məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, cavabdeh təşkilatın üzərinə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci və 9-cu maddələrinə uyğun olaraq güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddia tələbi dəqiqləşdirilərək yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair məcburetmə haqqında iddia ərizəsində cavabdehin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X22 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı kimi qəbul edilməsi şəklində icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 27 aprel 2022-ci il tarixli məhkəmə iclasında iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X22 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İddiaçının vəkili və nümayəndəsi xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək, İddiaçı güzəştli şərtlərlə pensiyanın xx.xx.2015-ci ildən təyin edilməsi və xx.xx.2019-cu ildən əvvəlki üç il üçün hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh təşkilat 1 (bir) il ərzində 3 dəfə mahiyyəti üzrə cavab verməmişdir. Verilmiş cavablar isə əsaslandırılmamışdır. Təkrar cavabdeh təşkilata müraciət edərkən xüsusilə qeyd olunmuşdur ki, iddiaçının əmək kitabçasında qeyd olunur ki, xx.xx.1986-xx.xx.1988-cı il tarixləri arasındakı dövr ərzində təmirçi qruppasında təmirçi-çilingər işləmişdir. Müraciətin bu hissəsinə diqqət olunsaydı onda iddiaçının güzəştli iş stajının 12 il 6 aydan cox olduğu qənaətinə gəlinərdi. Əmək fəaliyyəti ilə bağlı zəruri sənədlər-əmək kitabçası və arxiv arayışları cavabdeh təşkilata təqdim olunmuşdur. Bundan başqa əmək fəaliyyətinin əmək şəraiti xüsusilə zərərli və ağır olması pensiya qanunvericiliyinin aidiyyəti hüquq normalarından aydın olur ki, iddiaçı güzəştli şərtlərlə əmək pensiyası hüququna malikdir. İddiaçının son 26 (iyirmi altı) ildən artıq müddətində işlədiyi istehsalatlar, peşələr, vəzifələr ağır və zərərli iş şəraitinə malik sahələrdən ibarət olmuşdur. Cavabdehin etirazları: Cavabdeh inzibati orqan tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz verilərək bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın qazma, neftin qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bölməsinin (10) 10.5.1. bölməsində neft məhsullarının və neftin katalitik riforminqinin distillə edilməsi, krekinqləşdirilməsi, neft məhsullarının pirolizi, neft xammalının hazırlanması, qaz benzininin istehsalı, sıxışdırslmış qazlar, qaz benzininin kondensasiyası, tutulması; təbii sulu qazın konversiyası, neft məhsullarının, süni maye yanacağın qələvi təmizlənməsi, yanacaq hazırlanması, yanacaq verilməsi, bərk yanacağın zənginləşdirilməsi, bitium, konsistent yağlayıcıların istehsalı, həmçinin reagent təsərrüfatında və neft məhsullarının doldurub boşaldılması üzrə estakadaların neft məhsulları və qaz üçün qablar parkı və kommunikasiyanın, ventilyasiyanın, istehsalat kanalizasiyasının, texnoloji avadanlıq və əsas istehsalatların kommunikasiyasının xidməti və təmiri ilə məşğul olan təmirçi-çilingərlər nəzərdə tutulmuşdur. İddiaçı cavabdeh orqana təqdim etdiyi 24 avqust 1979-cu il tarixli l/İT-l ******* nömrəli əmək kitabçasında Yeni Bakı Neftayırma Zavodunun 13 saylı sexinin istilik qruppasında xx.xx.1984-xx.xx.1986-cı il tarixləri arasındakı dövr ərzində çilingər, xx.xx.1986-xx.xx.1988-cı il tarixləri arasındakı dövr ərzində isə təmirçi çilingər işlədiyi qeyd edilmişdir. Göründüyü kimi, iddiaçının işlədiyi sahələr yuxarıda qeyd olunan güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələrə uyğun deyil. Bu səbəbdən iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (11 il 3 ay 19 gün) təşkil edir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtiərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd olunanları nəzərə alaraq, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Yuxarıda sadalananlar və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsinin tələblərini nəzərə alaraq İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-537/2023 saylı 13 sentyabr 2023-cü il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı 57 yaşdan, yəni xx.xx.2015-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiya təyinatı üçün müraciət etdiyi xx.xx.2019-cu ildən əvvəlki üç il üçün hesablanaraq ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, İddiaçı xx.xx.1958-ci il təvəllüdlü olmaqla 57 yaşını xx.xx.2015-ci il tarixdə tamamlamışdır. İddiaçı xx.xx.2020-ci il tarixdə ərizə ilə Mərkəzi Filiala müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Mərkəzi Filial 31 may 2023-cü il tarixli “güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubunda iddiaçının güzəştli iş stajının qanunla tələb olunandan (12 il 6 ay) az olduğunu əsas gətirərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasınını təyin olunmasından imtina etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın qazma, neftin qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bölməsinin (10) 10.5.1. bölməsində neft məhsullarının və neftin katalitik riforminqinin distillə edilməsi, krekinqləşdirilməsi, neft məhsullarının pirolizi, neft xammalının hazırlanması, qaz benzininin istehsalı, sıxışdırslmış qazlar, qaz benzininin kondensasiyası, tutulması; təbii sulu qazın konversiyası, neft məhsullarının, süni maye yanacağın qələvi təmizlənməsi, yanacaq hazırlanması, yanacaq verilməsi, bərk yanacağın zənginləşdirilməsi, bitium, konsistent yağlayıcıların istehsalı, həmçinin reagent təsərrüfatında və neft məhsullarının doldurub boşaldılması üzrə estakadaların neft məhsulları və qaz üçün qablar parkı və kommunikasiyanın, ventilyasiyamn, istehsalat kanalizasiyasının, texnoloji avadanlıq və əsas istehsalatların kommunikasiyasının xidməti və təmiri ilə məşğul olan təmirçi-çilingərlər nəzərdə tutulmuşdur. İddiaçı X2 təqdim etdiyi 24 avqust 1979-cu il tarixli l/İT-l ******* nömrəli əmək kitabçasında Yeni Bakı Neftayırma Zavodunun 13 saylı sexinin istilik qruppasında xx.xx.1984-xx.xx.1986-cı il tarixləri arasındakı dövr ərzində çilingər, xx.xx.1986-xx.xx.1988-cı il tarixləri arasındakı dövr ərzində isə təmirçi çilingər işlədiyi qeyd edilmişdir. Göründüyü kimi, iddiaçının işlədiyi sahələr yuxarıda qeyd olunan güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələrə uyğun deyil. Bu səbəbdən iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (11 il 3 ay 19 gün) təşkil edir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtiərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd olunanları nəzərə alaraq İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçının hüquqi varisi X10 və onun nümayəndəsi, vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişlər. Apellyasiya baxışı zamanı İddiaçı xx.xx.2024-cü il tarixdə vəfat etdiyi üçün o, hüquq varisləri olan həyat yoldaşı X10 və övladları X12, Səfərova (Seyfiyeva) Ülkər Xanlar qızı ilə əvəz olunmuşdur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2020-ci il tarixdir. Həmin imtina məktubunun iddiaçı tərəfindən nə vaxt alınması iş materialları ilə müəyyən olunmur. İddiaçı isə hazırki iddia ilə məhkəməyə xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı tələbi “57 yaşdan, yəni xx.xx.2015-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiya təyinatı üçün müraciət etdiyi xx.xx.2019-cu ildən əvvəlki üç il üçün hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədədir. Bununla bağlı iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən “Yeni Bakı Neftayırma Zavodu”nun 13 saylı sexinin istilik qruppasında xx.xx.1984-xx.xx.1986-cı il tarixləri arasındakı dövr ərzində çilingər, xx.xx.1986- xx.xx.1988-cı il tarixləri arasındakı dövr ərzində isə təmirçi-çilingər vəzifəsində işlədiyi sahə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilən sahələrin siyahısına uyğun olmadığından, güzəştli iş stajı da 12 il 6 aydan az olduğu üçün tələbinin təmin edilməsindən imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmiş və onun tələbi təmin edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının ümumi stajının tamamlanmasına, xx.xx.1986-xx.xx.1988-ci il tarixədək və xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək, xx.xx.1993-cü il tarixdən xx.xx.1999-cu il tarixədək, xx.xx.1999cu il tarixdən xx.xx.2004-cü il tarixədək işlədiyi vəzifələr üzrə güzəştli iş stajının 13 il 01 ay 02 gün təşkil etməsinə və tutduğu vəzifələrin zərərli olub ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün əsas olmasına istinad edərək iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hazırki işdə iddiaçı ona 57 yaşdan, yəni xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etdiyi üçün məhkəmə kollegiyası hesab edir ki, hüquq münasibətinə iddiaçının 57 yaşının tamam olduğu, yəni xx.xx.2015-ci il tarixdə qüvvədə olan qanunun norması tətbiq olunmalıdır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” AR Qanunu xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanunu qüvvədə olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 20 il ümumi iş stajının mövcud olması; 2) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 10 il güzəştli iş stajının mövcud olması. Hazırki işdə mərhum iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə hərbi biletini, əmək kitabçasını və müvafiq güzəştli arayışı təqdim etmişdir. İddiaçıya məxsus hərbi biletin surətindən görünür ki, o, xx.xx.1976-xx.xx.1978-ci il tarixlərdə Sovet Ordu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. Həmin dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən isə hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. Hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun Qanunun 21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti sığortaolunanın sığorta stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalar “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının yalnız əmək kitabçasına əsasən müəyyən ediləcəyinə dair imperativ norma nəzərdə tutmur. Adı çəkilən Qaydalarda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçası ilə yanaşı iş yerinin xüsusiyyətlərindən asılı olaraq digər başqa sənədlər (arayışlar, məlumat vərəqi, aktlar) əsasında müəyyən edilməsinin mümkünlüyü də təsbit edilmişdir. Odur ki, əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər, o cümlədən müəssisənin (arxiv) arayışları nəzərə alına bilər. İddiaçıya məxsus əmək kitabçasından görünür ki, xx.xx.1979- xx.xx.1984-cü ilədək təhsil dövrü 04 il 09 ay 06 gün, xx.xx.1976-xx.xx.1978-ci ilədək hərbi xidmət dövrü 02 il 01 ay 14 gün, əmək fəaliyyəti dövrü xx.xx.1984- xx.xx.1988-ci ilədək 03 il 05 ay 29 gün, xx.xx.1988- xx.xx.1991- ci ilədək 03 il 05 ay 16 gün, xx.xx.1991-xx.xx.1992-ci ilədək 01 il 01 ay 14 gün, xx.xx.1993- xx.xx.1993-cü ilədək 05 ay 21 gün, xx.xx.1993- xx.xx.1999-cu ilədək 06 il 04 ay 21 gün, xx.xx.1999-xx.xx.2004-cü ilədək 04 il 07 ay 03 gün, xx.xx.2004cü ildən (xx.xx.2004-cü il tarixdən xx.xx.2004-cü il tarixədək “F”EİM-də işlədiyi dövr xx.xx.1999-xx.xx.2004-cü il tarixədək olan dövrlə üst-üstə düşdüyündən iş dövrü üst-üstə düşməyən xx.xx.2004-cü ildən hesablanır) tələb olunan xx.xx.2006-cı il tarixədək 01 il 05 ay 27 gün olmaqla, cəmi 27 il 11 ay 01 gün təşkil edir. Buna görə də mərhum iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün iki şərtdən birincisi- 25 ildən az olmayan ümumi stajı tam olaraq tamamlanmışdır. Bununla yanaşı, Kollegiya mərhum iddiaçı güzəştli şərtlərlə ona yaşa görə pensiya təyin edilməsini tələb etdiyi üçün bu tələbin təmin olunması məqsədilə Qanunda nəzərdə tutulan və buna əsas olan bütün şərtlərin ödənilib-ödənilmədiyini də yoxlayır və aşağıdakıların da qeyd olunmasını zəruri hesab edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb olunur. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir. İşə birinci instansiya qaydasında baxılarkən verilmiş məhkəmə sorğusuna cavab olaraq təqdim edilmiş “Azərbaycan Respublikasının Milli Aviadaşıyıcısı "xxxx" QSC-nin xx.xx.2022-ci il tarixli, 12/1470 nömrəli məktubunda bildirilmişdir ki, xx.xx.1958-ci il təvəllüdlü vətəndaş İddiaçı həqiqətən xx.xx.1993-cü il tarixdən "xxxx" Dövlət Konserninin X1 (MTTM) müvəqqəti olaraq texnik vəzifəsinə qəbul olunmuşdur (xx.xx.1993-cü il tarixli əmr № 06), xx.xx.1993-cü il tarixdən həmin vəzifəyə daimi olaraq keçirilmişdir (xx.xx.1993cü il tarixli əmr № 09), xx.xx.1993-cü il tarixdən "xxxx" Dövlət Konserninin “AZALAVİA” Bakı Nəqliyyat Aviaşirkətinə keçirilməsi ilə bağlı işdən azad edilmişdir (xx.xx.1993-cü il tarixli əmr № 27), xx.xx.1993-cü il tarixdən Aviasiyatexniki bazanın (ATB) diaqnostika laboratoriyasına (DL) mühəndis vəzifəsinə kateqoriyasız qəbul edilmişdir (xx.xx.1993-cü il tarixli əmr № 62/n), xx.xx.1997-ci il tarixdən müəssisənin yenidən təşkili ilə əlaqədar "xxxx" Dövlət Konserninin "xxxx" Milli Aviaşirkətinə (MAŞ) həmin vəzifəyə keçirilmişdir (xx.xx.1997-ci il tarixli əmr № 13/n), xx.xx.1998-ci il tarixdən Texnoloji diaqnostika şöbəsinə kateqoriyasız aviasiya texnikasının diaqnostikası üzrə mühəndis vəzifəsinə keçirilmişdir (xx.xx.1998-cı il tarixli əmr № 35/n), xx.xx.1999-cu il tarixdən başqa işəgötürənlə əmək müqaviləsi bağlaması ilə əlaqədar əmək müqaviləsi ləğv edilmişdir (xx.xx.1999-cu il tarixli əmr № 164/ш), xx.xx.1999-cu il tarixdən "xxxx" Aviasiya-Texniki Mərkəzi BM-in diaqnostika laboratoriyasına kateqoriyasız aviasiya texnikasının diaqnostikası üzrə mühəndis vəzifəsinə qəbul olunmuşdur (xx.xx.1999-cu il tarixli əmr № 39/л), xx.xx.2000-ci il tarixdən diaqnostika üzrə mühəndis vəzifəsində 2-ci kateqoriya təyin edilmişdir (xx.xx.2000-ci il tarixli əmr № 203/л), xx.xx.2004-cü il tarixdən öz xahişi ilə işdən azad edilmişdir (xx.xx.2004-cü il tarixli əmr № 103/ш), Mühəndis vəzifəsində çalışdığı müddət ərzində Tu-154 B, Tu-134, Yak-40, AN-26, AN-34 tipli təyyarələrə müstəqil texniki xidmət üzrə işləri yerinə yetirmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» nın təsdiq edilməsi barədə 12 №-li qərarın 21.3-cü bəndinə əsasən yuxarıda sadalanan (bütün adlarda mühəndislər) vəzifələr zərərli əmək şəraitinə daxil olunur. Zərərli əmək şəraitində iş stajı təşkil etdi: 10 il, 11 ay, 22 gün. Zərərli əmək şəraitinə görə pensiyanın rəsmiləşdirilməsi üçün iş stajı 12 il 6 ay təşkil etməlidir. "xxxx" Qapalı Səhmdar Cəmiyyətində baş verən struktur dəyişiklikləri barədə məlumatı təqdim edirik: - Mülki Aviasiya Nazirliyinin 116 ДСП nömrəli xx.xx.1980-ci il tarixli əmrinə əsasən xx.xx.1981 -ci il tarixdən Azərbaycan Respublikası İstehsalat Birliyinin adı dəyişdirilərək Azərbaycan Mülki Aviasiya İdarəsi adlandırılmışdır; - 198 nömrəli 26 dekabr 1990-cı il tarixli əmrə əsasən xx.xx.1991 -ci il tarixdən Azərbaycan Mülki Aviasiya İdarəsinin strukturu dəyişdirilərək "Азербайджанские авиалинии” Konserni adlandırılmışdır; - Azərbaycan Respublikası Prezidentinin xx.xx.1992-ci il tarixli fərmanı ilə "xxxx" Konserninin adı dəyişdirilərək "xxxx" Dövlət Konserni adlandırılmışdır; - ‘AZAL” Dövlət Konserninin xx.xx.1992-ci il tarixli 51 nömrəli əmrinə əsasən xx.xx.1992-ci il tarixdən “Bakı” hava limanının və “Azaltrans” Bakı nəqliyyat aviaşirkətinin birləşdirilərək yenidən təşkili yolu ilə "xxxx" Dövlət Konserninin “Azalavia“ Bakı Nəqliyyat Aviaşirkəti yaradılmışdır; - "xxxx" Dövlət Konserninin xx.xx.1996-cı il tarixli 235 nömrəli Sərəncamına əsasən xx.xx.1997-ci il tarixdən struktur dəyişikliyi ilə əlaqədar "AZALAVİA" Bakı Nəqliyyat Aviaşirkətinin bazasında "xxxx" Dövlət Konserninin "xxxx" milli aviaşirkəti yaradılmışdır; - “AZAL" Dövlət Konserninin xx.xx.1999-cu il tarixli 95 nömrəli əmrinə əsasən xx.xx.1999-cu il tarixdən Dövlət Konserninin strukturunun yenidən qurulması ilə əlaqədar "xxxx" Aviasiya -X18 Müəssisəsi yaradılmışdır; Azərbaycan Respublikası Prezidentinin 16 aprel 2008-ci il tarixli fərmanı ilə "xxxx" Dövlət Konserninin yenidən təşkili yolu ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti yaradılmışdır. Yuxarıda qeyd olunan müəssisələrin ləğv olunması ilə olaraq, qulluq funksiyalarının nədən ibarət olması barədə məlumat verməyimiz mümkün deyil. Arayış şəxsi heyət üzrə əmrlərə və T-2 formalı karta əsasən tərtib edilmişdir. İşə birinci instansiya qaydasında baxılarkən verilmiş məhkəmə sorğusuna cavab olaraq təqdim edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/2-48745/2023 nömrəli məktubu ilə göndərilmiş İddiaçı xx.xx.2006-cı il tarixdən xeyrinə ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatlardan görünür ki, “F” Elmi istehsalat müəssisəsi tərəfindən 2006- 2008-ci illərin yanvar-dekabr ayları və 2019-cu ilin yanvar-mart ayları üçün sığorta ödənişləri edilmişdir, "xxxx"MMC tərəfindən 2006-2010-cu illərin yanvar-dekabr ayları və 2019-cu ilin yanvar-mart ayları üçün sığorta ödənişləri edilmişdir, X15 tərəfindən 2017-ci ilin yanvar-dekabr, 2018-ci ilin yanvar mart ayları üçün sığorta ödənişləri edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq SOCAR-ın xx.xx.2023-cü il tarixli 14-2-27/2- 883/2023 nömrəli məktubu ilə göndərilmiş arxiv arayışında qeyd olunmuşdur ki, Arayış verilir xx.xx.1958-ci il təvəllüdlü İddiaçı Bavanduroviçə ona görə ki, o, aşağıda göstərilən dövrlərdə, qeyd olunan peşələrdə çalışmışdır. Yeni Bakı Neftayırma zavodu Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1964-cü il tarixli 351 №-li əmrinə əsasən Vladimir İliç adına X14 Yeni Bakı Neftayırma zavodu adlandırılmışdır. Vladimir iliç adına X14 Yeni Bakı Neftayırma zavodu Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1991 -ci il tarixli 369 №- li qərarına əsasən Yeni Bakı neftayırma zavodu adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1994-cü il tarixli 50 №-li Sərəncamına və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 28 yanvar 1994-cü il tarixli 13 №-li əmrinə əsasən Yeni Bakı Neftayırma zavodu "xxxx" İstehsalat Birliyi adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2003-cü il tarixli fərmanına və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 31 mart 2003-cü il tarixli 25 №- li əmrinə əsasən "xxxx" İstehsalat Birliyi “Azərneftyanacaq" X24 adlandırılmışdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 22 aprel 2004-cü il tarixli 42 №-li əmrinə əsasən "xxxx" X24 “Heydər Əliyev adına Bakı X24” adlandırılmışdır. İşlədiyi dövr: -daxil olma tarixi xx.xx.1984 əmr 427/k, xx.xx.1984-cü il, azad olma xx.xx.1986-cı il, işlədiyi yer peşə və vəzifə: V.İliç adına Yeni Bakı Neftayırma zavodunun 13 nömrəli sexin istilik qrupunda çilingər peşəsi. -daxil olma tarixi xx.xx.1986-cı il, əmr 8-3/415, xx.xx.1986-cı il, azad olma xx.xx.1988-ci il, V.İliç adına Yeni Bakı neftayırma zavodunun 13 nömrəli sexin təmir qrupunda təmirçi-çilingər peşəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli Qərar. Siyahı № 2, kod 2130301a-18559. Qeyd: ARDNŞ-nin xx.xx.2014-cü il tarixli ARDNŞ/14-1000/01/SM-04-000135 saylı əmrinə əsasən “Azərneftyağ”X24 xx.xx.2015-ci tarixdən qüvvədə olan qanunvericiliyə uyğun olaraq Heydər Əliyev adına Bakı X24na qoşulmaqla fəaliyyətinə xitam verilmişdir. Qeydiyyatdan keçərək yeni redaksiyada verilmiş Nizamnaməyə əsasən Heydər Əliyev adına Bakı X24, Heydər Əliyev adına X24 adlandırılmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Milli Aviadaşıyıcısı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2023-cü il tarixli, 13-2/2- 12/3459/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı mülki aviasiya müəssisələrində çalışdığı mühəndis vəzifəsi halhazırda qüvvədən düşmüş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısına “Bütün adlarda mühəndislər” kimi daxil edilmiş və bu vəzifə Siyahıda rəqəmsal kodla xüsusiləşdirilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısında “Hava gəmilərinə xidmət üzrə mühəndis-texniki heyətə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən vəzifələrin Siyahısı”nda “bütün adlarda mühəndislər” vəzifəsi güzəştli şərtlərlə pensiya təyin edilməsinə əsas verən vəzifə kimi nəzərdə tutulmuşdur. Cavabdeh iddiaçının "xxxx"-da olan güzəştli iş stajını qəbul etsə də, onun Yeni Bakı Neftayırma Zavodunun 13 saylı sexinin istilik qruppasında xx.xx.1984-xx.xx.1986-cı il tarixləri arasındakı dövr ərzində çilingər, xx.xx.1986-xx.xx.1988-cı il tarixləri arasında təmirçi-çilingər işlədiyi dövrün güzəştli pensiya təyinatına əsas vermədiyini qeyd edərək pensiya təyinatından imtina etmişdir. Belə ki, cavabdehin mövqeyinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın qazma, neftin qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bölməsinin (10) 10.5.1. bölməsində neft məhsullarının və neftin katalitik riforminqinin distillə edilməsi, krekinqləşdirilməsi, neft məhsullarının pirolizi, neft xammalının hazırlanması, qaz benzininin istehsalı, sıxışdırılmış qazlar, qaz benzininin kondensasiyası, tutulması; təbii sulu qazın konversiyası, neft məhsullarının, süni maye yanacağın qələvi təmizlənməsi, yanacaq hazırlanması, yanacaq verilməsi, bərk yanacağın zənginləşdirilməsi, bitium, konsistent yağlayıcıların istehsalı, həmçinin reagent təsərrüfatında və neft məhsullarının doldurub boşaldılması üzrə estakadaların neft məhsulları və qaz üçün qablar parkı və kommunikasiyanın, ventilyasiyanın, istehsalat kanalizasiyasının, texnoloji avadanlıq və əsas istehsalatların kommunikasiyasının xidməti və təmiri ilə məşğul olan təmirçi-çilingərlər nəzərdə tutulduğu halda iddiaçının işləmiş olduğu təmirçi-çilingər vəzifəsi istilik qruppasında icra olunmuşdur. Odur ki, həmin sahə təmir sahəsinə aid olmadığından sözügedən vəzifələrdə işlədiyi dövr güzəştli iş stajına daxil edilə bilməz. Məhkəmə sorğusuna əsasən Dövlət Neft Şirkətindən əldə edilmiş güzəştli arayışa əsasən iddiaçının xx.xx.1984-xx.xx.1986-cı il tarixədək istilik qrupunda işlədiyi çilingər peşəsi sahə aidiyyəti ilə bağlı güzəştli pensiya təyinatına əsas verən vəzifə hesab edilməsə də, lakin həmin V.İliç adına Yeni Bakı neftayırma zavodunun 13 nömrəli sexinin təmir qrupunda xx.xx.1986-xx.xx.1988-ci il tarixədək işlədiyi təmirçi-çilingər peşəsi zərərli peşə hesab edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahıda 2130301a-18559 nömrəli koda uyğunlaşdırılmışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısında: 21303000 Neftin, qazın, qaz kondensatının, kömürün və şistin emalı bölməsində: 21303010 yarımbölməsində: 1) İstehsalatda məşğul olan aşağıda sadalanan fəhlələr, rəhbərlər və mütəxəssislər: neft məhsullarının və neftin katalitik riforminqinin distillə edilməsi, krekinqləşdirilməsi, neft məhsullarının pirolizi, neft xammalının hazırlanması, qaz benzininin istehsalı, sıxışdırılmış qazlar, qaz benzininin kondensasiyası, tutulması; təbii sulu qazın konversiyası, neft məhsullarının süni maye yanacağın qələvi təmizlənməsi, yanacaq hazırlanması, yanacaq verilməsi, bərk yanacağın zənginləşdirilməsi, bitium, konsistent yağlayıcıların istehsalı, həmçinin reagent təsərrüfatında və neft məhsullarının doldurub boşaldılması üzrə estakadaların neft məhsulları və qaz üçün qablar parkı və kommunikasiyasının, ventilyasiyanın, istehsalat kanalizasiyasının, texnoloji avadanlıq və əsas istehsalatların kommunikasiyasının xidməti və təmiri: 2130301a—18559 təmirçi çilingərlər kodu altında zərərli peşə nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə hesab etmişdir ki, iddiaçının xx.xx.1986-xx.xx.1988-ci il tarixədək təmir qrupunda təmirçi-çilingər peşəsi adıçəkilən Siyahıda 2130301a—18559 koduna uyğun gəlir və həmin dövr onun güzəştli iş stajına hesablanmalıdır. İddiaçının xx.xx.1986-xx.xx.1988-ci il tarixədək və xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək, xx.xx.1993-cü il tarixdən xx.xx.1999-cu il tarixədək, xx.xx.1999- cu il tarixdən xx.xx.2004-cü il tarixədək işlədiyi vəzifələr üzrə güzəştli iş stajı 13 il 01 ay 02 gün təşkil edir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün ikinci şərt- 12 il 6 aydan az olmayan xüsusi stajı da tam olaraq tamamlanmışdır. Kollegiya onu da nəzərə alır ki, iddiaçıya tələb etdiyi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 57 yaşının tamam olduğu xx.xx.2015-ci il tarixdən təyin edildiyi üçün həmin dövrdə qüvvədə olan qanunun normasına görə (xx.xx.2017-ci il tarixədək qüvvədə olan ƏPQ-nun 9.1 maddəsi) əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının mövcudluğu tələb olunmur. Beləliklə, cavabdeh orqan iddiaçının yuxarıda qeyd olunan ona güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq hüququ verən vəzifələrdə işlədiyi dövrün güzəştli iş stajına hesablanmasını istisna edəcək şərtin mövcudluğunu sübuta yetirə bilməmişdir. Halbuki Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırki işdə iddiaçının tələbinin təmin olunmasını istisna edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyi üçün cavabdehin tələbin təmin olunmasından imtina etməsi əsassız olmuşdur. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər iddiaçıya ünvanlanmış imtina məktubunun və iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil etməklə, formal mülahizə xarakterli olub, iş materialları və qanunvericiliklə təkzib edildiyindən, kifayət qədər əsaslandırılmadığından, bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassızdır, qanuni və əsaslı olan məhkəmə qərarının ləğvi üçün əsas yaratmır, buna görə də təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 537/2023 saylı 13 sentyabr 2023-cü il tarixli qərarı iddiaçının hüquqi varisləri X6, X4 və X7 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-537/2023 saylı 13 sentyabr 2023-cü il tarixli qərarı mərhum iddiaçının hüquqi varisləri X6, X4 və X7 münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar