Məhkəmə qərarları › İş №2-1(103)-843/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-843/2024

01.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-843/2024 01.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı "qərarın ləğvi və pensiyanın yenidən hesablanması" tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11172/2023 saylı, 30 avqust 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “Əmək pensiyaları haqqında” Azərbaycan Respubllikası Qanununun 37.3.1-ci maddəsinə əsasən onun pensiyaçı olaraq əmək fəaliyyətini davam etdirdiyi müddətdə pensiya kapitalındakı artıma uyğun olaraq pesiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respubllikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Neftayırma Müəssisələri üzrə X2 yanğınsöndürən vəzifəsində işləmiş və 23 iyun 2009-cu il tarixdə ona xidmət illərinə görə pensiya təyin edilmişdir. Bundan sonra o, müxtəlif təşkilatlarda on ildən artıq müddətdə əmək fəaliyyətinə davam etmişdir və işlədiyi müddətdə onun əmək pensiyasının sığorta və yığım hissəsində pensiya kapitalı yığılmaqda davam edib. Bu gün də Azərsu ASC-də kanalizasiyaların təmiri üzrə təmirçiçilingər vəzifəsində işlıyirəm və bildirirəm ki, bu zərərli əmək fəaliyyətidir. 11 may 2022-ci il tarixdə Azərbaycan Respubllikası Əmək və X3 Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Mərkəzi Filialdan ona göndərilmiş xx.xx.2022-ci il tarixli, **********7 nömrəli cavab məktubunda bildirmişdirlər ki, ona əmək pensiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsində 21703,87 manat pensiya sığorta kapitalı qeydə alınmışdır. Həmin pensiya sığorta kapitalı “Əmək pensiyaları haqqında” Azərbaycan Respubllikası Qanununun 37.3.1 maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 146 (21703,87: 146 (65 il- 58 il 10 ay = 74 ay+144 ay- 72 ay) = 148,66 manat) aya bölünərək əmək pensiyamın sığorta hissəsinin (242,13 manat) üzərimə əlavə olumaqla pensiyamın sığorta hissəsi 390,79 (242,13+148,66) manat müəyyən edilib. Həmçinin, sözügedən Qanunun 29.2-ci maddəsinin tələbləri nəzərə alınaraq qulluq stajına görə əlavənin məbləği (232,43 manat) həmin artımlar qədər (148,66 manat) azaldılıb. Nəticədə hazırda əmək pensiyamın sığorta hissəsi 390,79 manat, qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği isə 83,77 (232,43-148,66) manat təşkil edir. Həmçinin, əlavə olaraq bildirmişdirlər ki, 01 yanvar 2022-ci il tarixdən hesablanmaqla ona “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respubllikası Prezidentinin 04 mart 2022-ci il tarixli Sərəncamına əsasən aylıq pensiya məbləğinin 10 faizi (47,46 manat) maddi yardım ödənilir. Bundan başqa, o 13 mart 2023-cü il tarixdə Azərbaycan Respubllikası Əmək və X3 Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına yenidən müraciət edərək “Əmək pensiyaları haqqında” Azərbaycan Respubllikası Qanununun 37.3.1 maddəsinə uyğun olaraq yenidən hesablanmasını xahiş etmişdir. Mərkəzi Filialdan ona göndərilmiş 14.04.203-cü il tarixli, 3-17-1/2-14-81869/2023 nömrəli cavab məktubunda bildirmişdirlər ki, siz ötən il bu barədə Mərkəzi Filiala müraciət etmisiniz və Sizin müraciətinizə baxılıb. Ona görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respubllikası Qanununun 37.3.1-ci maddəsinə uyğun olaraq əmək pensiyamın yenidən hesablanması üçün növbəti 6 ildən sonra müraciət edə bilər. Onun müraciət etdikdən sonra pensiyasında olan artım onunla eyni məbləğdə pensiya alan digər pensiyaçıların pensiyasında olan artımla eynidir. Yəni bu artımın sözügedən Qanunun 37.3.1-ci maddəsi ilə heç bir əlaqəsi yoxdur. İddiaçı xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə təqdim edərək **********0 nömrəli, xx.xx.2022-ci il tarixli əmək pensiyasının yenidən hesablanması haqqında qərarın ləğv edilməsi və pensiya təyin edildikdən sonra 6 il və daha çox işləyərək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına əsasən əmək pensiyasının, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği azaldılmamaqla pensiyanın yenidən hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icarata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11172/2023 saylı, 30 avqust 2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının **********0 nömrəli, xx.xx.2022-ci il tarixli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarı ləğv edilmiş, İddiaçı əmək pensiyası təyin edildikdən sonra 6 il və daha çox işləyərək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına əsasən onun əmək pensiyasının, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği azaldılmamaqla yenidən hesablanması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh iddiaya yazılı etirazla eyni məzmunlu apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İşin apellyasiya icraatı zamanı iddiaçı apellyasiya şikayətinə etiraz təqdim edərək apellyasiya şikayətinin təmin edilməməsini, qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşin apellyasiya icraatı zamanı 01 fevral 2024-cü il il tarixli məhkəmə iclasında cavabdehin nümayəndəsi məhkəməyə 3-17-1/2-23541/2024 nömrəli ərizə təqdim edərək, Bakı İnzibati Məhkəməsinin 2-1(103)-11172/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından verilmiş apellyasiya şikayətinin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən tərəflər iş üzrə apellyasiya icraatına xitam verilməsini xahiş etdilər. Məhkəmə kollegiyası apellyasiya şikayətini, tərəflərin nümayəndələrinin izahatlarını nəzərə alaraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(103)-11172/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti geri götürülmüş hesab edilməli və apellyasiya icraatına xitam verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin geri götürülməsi tərəfin qanunla müəyyən edilmiş hüququdur və bu geri götürmə hər iki tərəfin qarşılıqlı mənafeyinə uyğun gəlir, başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 88.1-ci maddəsinə əsasən şikayət apellyasiya instansiya məhkəməsinin qərarı qanuni qüvvəyə minənədək geri götürülə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 88.3-cü maddəsinə əsasən şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir, apellyasiya şikayətinin geri götürülməsi birinci instansiya məhkəməsinin qərarının tanınmasına səbəb olur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87 və 88-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D I : Bakı İnzibati Məhkəməsinin 2-1(103)-11172/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti geri götürülmüş hesab edilsin. Həmin apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri Y.Səfərov küçəsi,14, 1193-cü məhəllə) İnzibati kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar