Məhkəmə qərarları › İş №2-1(103)-844/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-844/2023

07.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-844/2023 07.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və X1 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil Cavabdehin nümayəndəsi (mütəxəssis) X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarların ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2566/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə - DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş “Artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında” xx.xx.2021-ci il tarixli **********2 nömrəli və “Əmək pensiyasının yenidən hesablanması barədə” qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili 11 mart 2022-ci il tarixdə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin “Artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında” xx.xx.2021-ci il tarixli, **********2 nömrəli və “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2021-ci il tarixli **********0 nömrəli qərarların ləğv edilməsi şəklində dəqiqləşdirilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2022-ci il tarixdə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin “DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş “Artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında” xx.xx.2021-ci il tarixli, **********2 nömrəli və “Əmək pensiyasının yenidən hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********0 nömrəli və xx.xx.2021-ci il tarixli **********4 nömrəli qərarların ləğv edilməsi” kimi dəqiqləşdirilməsini nəzərə almağı xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2566/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia qismən edilərək, Azərbaycan Respublikası Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında” xx.xx.2021-ci il tarixli **********2 nömrəli qərarı ləğv edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri və məhkəmə icraatı iştirakçılarının izahatları Apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, X3 Xidmət Haqqında Əsasnamənin 1 yanvar 2020-ci il tarixədək qüvvədə olmuş 73-cü maddəsinə əsasən Vergi orqanlarının vəzifəli şəxslərinin vəzifə maaşlarına 20 ildən 25 ilədək xidmət ilinə görə 39 manat miqdarında vəzifə maaşına əlavə müəyyən edilir. Eləcə də, Əsasnamənin 1 yanvar 2020ci ildən qüvvəyə minmiş 73-cü maddəsinin yeni redaksiyasına əsasən vergi orqanlarında 15 ildən yuxarı xidmət illərinə görə hər ay vəzifə maaşının 30 faizi məbləğində əlavə haqq ödənilir. Məlum olduğu kimi onun 25 il 2 ay 14 gün qulluq stajı olmuş və xx.xx.2016-cı il tarixdə Dövlət Sosial Müdafiə fondunun Xətai rayon şöbəsi tərəfindən Azərbaycan Respublikası vergilər Nazirliyinin sabiq xüsusi rütbəli əməkdaşı kimi əlilliyə görə əmək pensiyası təyin edilmişdir. O çalışdığı dövrə qulluq stajına görə əlavə 39 manat miqdarında müəyyən edilmiş və çalışdığı müvafiq aylar üzrə həmin məbləğ ona da ödənilmişdir. Beləliklə, ona yenidən pensiya hesablanarkən qulluq stajına görə əlavənin 39 manat hesablanmaması ilə bağlı məhkəmənin qənaəti yalnışdır. Mübahisənin ikinci hissəsi mükafat və müavinətlərin cəminə görə əlavənin hesablanması ilə bağlıdır. Mükafat və müavinətlərin cəminə görə əlavənin hesablanması ilə bağlı mövqe aşağıdakı kimidir. xx.xx.2016-xx.xx.2018 dövrü üzrə 3328,95 (369.84 * 540:60) manat, xx.xx.2018-xx.xx.2019 dövrü üzrə 3661,84 (369.84 * 594:60) manat, 01.09.209-xx.xx.2019 dövrü üzrə isə 5492,76 (369.84 * 895:60) manat xx.xx.2020-xx.xx.2021 dövrü üzrə isə 5492,76 (369.84 * 895:60) manat Əmsallar müvafiq olaraq cavabdeh tərəfindən verilmiş 1996-2000-ci illər üzrə əmək haqqı, mükafatlar və digər gəlirlər haqqında arayışa əsasən hesablanmışdır. Lakin cavabdeh mükafatlar və müavinətlərin cəminə görə məbləğin hesablanması barədə hər hansı açıqlama verməmiş və hazırkı məsələyə heç bir aidiyyəti olmayan 2020ci il tarixindən qüvvəyə minmiş “X3 xidmət haqqında Əsasnamə”nin 69-1-ci maddəsinə istinad etməklə mövqeyini əsaslandırmağa çalışmışdır. Məhkəmə də eyni qaydada, mükafatlar və müavinətlərin cəminə görə məbləğin hesablanması barədə hər hansı araşdırma aparmamış cavabdeh təşkilatın məsələ ilə mövqeyi ilə razılaşmışdır. Beləliklə məhkəmə tərəfindən maddi hüquq normaları hazırkı mübahisəyə münasibətdə düzgün tətbiq edilməmiş və nəticədə yalnış qərar qəbul olunmamışdır. Tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi birinci instansiya məhkəməsinin qərarının əsassız və qanunsuz olduğunu, ləğv edilərək iddianın tam təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh tərəf isə apelyasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apelyasiya şikayətini iş materialları ilə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Kollegiya məhkəmənin mövqeyilə razılaşaraq hesab edir ki, hazırki işin faktiki halları baxımından iddianın qismən təmin edilməsilə düzgün nəticəyə gəlinmişdir. İddiaçının apelyasiya şikayətinin dəlillərinə münasibət : İddiaçının mübahisələndirdiyi məsələlərdən biri mükafat və müavinətlərin cəminə görə əlavənin hesablanması ilə bağlıdır. İddiaçı apelyasiya şikayətində cavabdehin hesablaması ilə razılaşmadığını bildirmişdir. Kollegiyanın iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili hesablama qaydası ilə razılaşmadığını, iddiaçının hesablanan dövr üzrə aldığı əmək haqqının müxtəliflik təşkil etdiyini bildirmişdir(məs: iddiaçının əmək haqqı müəyyən dövr 87.500 manat olmuş, noyabr ayında isə 166017 olmuşdur). Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi (mütəxəssis) şəxsin məzuniyyətə çıxması ilə əlaqədar əmək haqqında artım və azalmanın mümkün olduğunu bildirmişdir. Noyabr ayına qədər ardıcıl 87.500 olmuş, daha sonra 1997-ci ilin yanvarından yenidən alınan əmək haqqı məbləği 87.500 olmuşdur. Burdan da aydın olur ki, noyabr ayında olan artım şəxsin məzuniyyətə çıxması ilə bağlı və s. ola bilər. Əvvəlki və sonrakı dövrlərə nəzər yetirdikdə, əmək haqqının sabit olduğunu görmək mümkündür. Beləliklə, iş materiallarında olan əmək haqqı cədvəlləri və tərəflərin izahatları dinlənilib nəzərdən keçirildikdə aydın olur ki, iddiaçının 1996-2000-ci illər ərzində aldığı əmək haqqı cavabdeh inzibati orqan tərəfindən əsas götürülmüş (iddiaçının seçiminə görə) və buna uyğun olaraqda düzgün hesablama aparılmışdır. Bundan başqa iddiaçı apelyasiya şikayətinə göstərmişdir ki, onun 25 il 2 ay 14 gün qulluq stajı olmuş və xx.xx.2016-cı il tarixdə Dövlət Sosial Müdafiə fondunun Xətai rayon şöbəsi tərəfindən Azərbaycan Respublikası vergilər Nazirliyinin sabiq xüsusi rütbəli əməkdaşı kimi əlilliyə görə əmək pensiyası təyin edilmişdir. O çalışdığı dövrə qulluq stajına görə əlavə 39 manat miqdarında müəyyən edilmiş və çalışdığı müvafiq aylar üzrə həmin məbləğ ona da ödənilmişdir. Beləliklə, ona yenidən pensiya hesablanarkən qulluq stajına görə əlavənin 39 manat hesablanmaması ilə bağlı məhkəmənin qənaəti yalnışdır. Kollegiya iddiaçının yuxarda qeyd olunan dəlilinə münasibətdə qeyd edir ki, xx.xx.2016-xx.xx.2018, xx.xx.2018-xx.xx.2019, xx.xx.2019-xx.xx.2019 dövrləri üzrə 23,10 manat, xx.xx.2020-xx.xx.2021 dövrü üzrə isə 268,50 manat qeyd edilərkən, iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı hesablanarkən əsas götürülən dövr (xx.xx.1996-xx.xx.2000-ci il) ərzindəki vergi orqanlarında müvafiq qulluq stajına uyğun olaraq 5 ildən çox qulluq müddəti olan 42 ay üçün 24,00 manat, 5 ildən az qulluq müddəti olan 18 ayı üçün isə 21,00 manat əlavə hesablanmaqla (42x24+18x21):60=23,10 manat)) 23,10 manat və eyni hesablama ilə xx.xx.2020-ci ildən etibarən 1 ildən 5 ilədək qulluq müddəti üçün vəzifə maaşının 5 faizi məbləğində; 5 ildən 10 ilədək qulluq müddəti üçün vəzifə maaşının 10 faizi məbləğində hesablanmaqla vəzifə maaşının 9,33 faizi olan 268,50 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, “.........əmək haqqına daxil olan bütün növ ödəmələr, o cümlədən qulluq stajına görə əlavə həmin əsas götürülən 60 ay üzrə müəyyən edilməli və əmək pensiyasına əlavələr hesablanmalıdır. İddiaçı pensiyaya çıxarkən 20 ildən çox stajı olsa da, hesablama son 24 ay üzrə aparılmamışdır ki, qulluq stajına görə əlavələr də həmin staja uyğun aparılsın. Qulluq stajına görə əlavənin 20 ildən çox staja görə hesablanması “sonrakı artım” kimi də qiymətləndirilə bilməz. 5 ilədək və ya 10 ilədək qulluq müddəti üçün əlavələrin məbləği artırıldıqda iddiaçıya münasibətdə tətbiq edilə bilər. Necə ki, “X3 xidmət haqqında Əsasnamə”nin 73cü maddəsinə edilmiş dəyişiklik 2020-ci il yanvarın 1-dən iddiaçıya münasibətə tətbiq edilmişdir” Azərbaycan Respulbikası Konstitusiya Məhkəməsi Plenumunmun ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14- cü maddələrinin şərh edilməsinə dair” 15 may 2020-ci il tarixli Qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, ... şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs: - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun; - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun. Beləliklə, göstərilənlərdən aydın olur ki, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Belə olan halda isə artıq pensiya alan şəxslərə münasibətdə pensiya təyin edildikdən sonra almadıqları və məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqına və ya ona edilən əlavələrə görə əmək pensiyalarının yenidən hesablanması əmək pensiyaları haqqında qanunvericiliyin sosial sığorta prinsiplərini özündə əks etdirən məzmununa cavab vermir. Məsələyə “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələbləri nəzərə alınmadan yanaşma pensiya sisteminin aşağıdakı iki əsas təməl prinsipinə uyğun deyil: - əmək pensiyasının hesablanmasının şəxsin sığorta stajının əhatə etdiyi dövrdə yalnız aldığı vəsaitlər əsasında həyata keçirilməsi; - əmək haqqının və ya təminat xərcliyinin məcburi dövlət sosial sığorta haqqı ödənməyən hissəsinin pensiya hesablanması zamanı nəzərə alınmaması. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Beləliklə, yuxarıda sadalananlara məcmu halda qiymət verən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələblərinə əməl edilərək, maddi hüquq normaları işin hallarına düzgün tətbiq edildiyindən, iddiaçının apelyasiya şikayəti isə hər hansı mötəbər dəillə əsaslandırılmadığından məhkəmənin mübahisələndirilən qərarının ləğvi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarı dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2566/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Kamran Əkbərov Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar