Məhkəmə qərarları › İş №2-1(103)-845/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-845/2023

04.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-845/2023 04.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X3 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair» iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1178/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh orqanın hərəkətsizliyinin qanunsuz və əsassız sayılması, ona pensiya hüququnun yarandığı gün, yəni 57 yaşının tamam olduğu xx.xx.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və ötən illərin pensiya məbləğinin hesablanıb ona birdəfəlik ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. (İPM m.33.1). İddianın əsaslarına görə iddiaçı 57 yaşının tamam olduğu xx.xx.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün xx.xx.2021-ci il tarixdə rəsmi ərizə ilə cavabdeh orqana müraciət etmiş, lakin sonuncu həmin ərizəsini xx.xx.2021ci il tarixdə xəbərnaməyə imza atmaqla qəbul etsə də bu günə kimi heç bir cavab verməmişdir. Cavabdehin hərəkətsizliyi qanunsuz və əsassız sayılmalı, iddia tələbinin təmin olunmasına dair qərar qəbul edilməlidir. Hesab edir ki, istər xx.xx.2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanuna, istərsə də “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Çünki iddiaçı tələb olunan 12 il 6 ay xüsusi, 25 il ümumi stajı xx.xx.2006-cı il tarixinədək qazanmışdır. Qanunda edilmiş dəyişikliyədək 25 ildən çox ümumi əmək stajına malik olmaqla bərabər 12 il 6 aydan çox əmək şəraiti zərərli işlərdə işlədiyinə görə ona 57 yaşında pensiya təyin edilməlidir.Onun tələb olunan həmin sığorta stajı aşağıdakı kimidir: o, xx.xx.1956-cı ildə Azərbaycan Respublikasının Qəbələ rayonunda anadan olmuşdur. xx.xx.1973-cü ildən xx.xx.1974-cü ilədək Əli Bayramov adına kolxozda mala baxan işləmişdir (1 il, 3 ay ümumi staj). Azərsənayetikinti 4 №-li Trestin 46 nömrəli Tikinti İdarəsində: xx.xx.1974-cü ildən xx.xx.1975-ci ilədək 1-ci dərəcəli fəhlə vəzifəsində işləmiş (4 ay, 19 gün güzəştli staj), xx.xx.1975-ci ildən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olmuş (2 il ümumi staj), xx.xx.1977-ci ildən xx.xx.1986-cı ilədək malakeş vəzifəsində işləmiş (8 il, 10 ay, 7 gün güzəştli staj), xx.xx.1986-cı ildən xx.xx.1991-ci ilədək tikinti ustası vəzifəsində işləmiş (5 il, 3 ay güzəştli staj), xx.xx.1991- ci ildən xx.xx.1993-cü ilədək iş icraçısı vəzifəsində işləmiş (2 il, 3 ay, 1 gün güzəştli staj), xx.xx.1993-cü ildən xx.xx.1993-cü ilədək tikinti ustası vəzifəsində işləmiş (2 ay, 25 gün güzəştli staj), xx.xx.1993-cü ildən xx.xx.2002-ci ilədək "xxxx" k-m-də baş usta vəzifəsində işləmiş (8 il, 8 ay, 14 gün güzəştli staj), xx.xx.2002-ci ildən xx.xx.2003-cü ilədək "xxxx" MTK-da iş icraçısı vəzifəsində işləmiş (10 ay, 12 gün güzəştli staj), xx.xx.2003-cü ildən xx.xx.2005-ci ilədək "xxxx" MTK-da iş icraçısı vəzifəsində işləmiş (2 il, 6 ay, 28 gün güzəştli staj), xx.xx.2018-ci ildən xx.xx.2018-ci ilədək "xxxx" MMCdə iş icraçısı vəzifəsində işləmişdir (1 ay, 28 gün güzəştli staj). xx.xx.2006-cı il tarixədək iş stajı 32 il, 04 ay, 17 gün təşkil edir. Həmin stajın 29 il, 1 ay, 17 gününü Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın XXVİİ bölməsində qeyd edilən 22900000 Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri üzrə şirf 2290000а a) fəhlələr, şirf 2290000b—23419 yeni tikinti və quraşdırma işlərinin ustaları və şirf 2290000b—24441 iş icraçıları vəzifələri güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş sahələri və peşələridir. Cavabdeh iddia ərizəsinə dair məhkəməyə ünvanladığı yazılı etirazında iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi ИТ-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1993-xx.xx.2002-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" k/m-də, xx.xx.2002xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində "xxxx" MTK-da, xx.xx.2003-xx.xx.2005-ci il tarixlər arasındakı dövr ərzində isə "xxxx" MTKda işlədiyi qeyd olunmuşdur. Onun adıçəkilən müəssisələrdə işlədiyi dövrlərin dəqiqləşdirilməsi məqsədilə “Sığorta Alt Sistemi (monitorinq)” proqram təminatında araşdırma aparılaraq həmin müəssisələrin Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olmadıqları və məcburi dövlət sosial sığorta haqları ödəmədikləri müəyyən edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən sığorta stajına aid edilmədiyi üçün (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olunmaqla) yuxarıda qeyd olunan dövrləri iddiaçının iş stajına daxil etmək mümkün deyil. Bu səbəbdən də onun ümumi iş stajı 25 ildən az (20 il 8 ay 8 gün (xx.xx.1973-xx.xx.1974-cü il, xx.xx.1974-xx.xx.1975-ci il, xx.xx.1975-xx.xx.1977-ci il, xx.xx.1977-xx.xx.1993-cü il, xx.xx.2004-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)), güzəştli iş stajı isə 12 il 6 aydan az (8 il 1 ay 22 gün (xx.xx.1986xx.xx.1993-cü il, xx.xx.1993-xx.xx.1993-cü il, xx.xx.2004-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bu səbəbdən də iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1178/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 57 yaşdan, yəni xx.xx.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiya təyini üçün müraciət etdiyi xx.xx.2021-ci ildən əvvəlki 3 il üçün ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar əsassızdır. “Belə ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi MT-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1993- xx.xx.2002-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" kiçik müəssisəsində xx.xx.2002-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində "xxxx" MTKda, xx.xx.2003-xx.xx.2005-ci il tarixlər arasındakı dövr ərzində isə "xxxx" MTK-da işlədiyi qeyd olunmuşdur.Onun adıçəkilən müəssisələrdə işlədiyi dövrlərin dəqiqləşdirilməsi məqsədilə “Sığorta Alt Sistemi (monitorinq)” proqram təminatında araşdırma aparılaraq həmin müəssisələrin Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olmadıqları və məcburi dövlət sosial sığorta haqları ödəmədikləri müəyyən edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən sığorta stajına aid edilmədiyi üçün (“Əmək pensiyaları haqqında”Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olunmaqla) yuxarıda qeyd olunan dövrləri iddiaçının iş stajına daxil etmək mümkün deyil. Bu səbəbdən də onun ümumi iş stajı 25 ildən az (20 il 8 ay 8 gün (xx.xx.1973- xx.xx.1974cü il, xx.xx.1974-xx.xx.1975-ci il, xx.xx.1975-xx.xx.1977-ci il, xx.xx.1977- xx.xx.1993-cü il, xx.xx.2004-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)), güzəştli iş stajı isə 12 il 6 aydan az (8 il 1 ay 22 gün (xx.xx.1986-xx.xx.1993-cü il, xx.xx.1993-xx.xx.1993-cü il, xx.xx.2004xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir.” Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi T.Kərimov apellyasiya şikayətinə uyğun izahat verərək təmin olunmasını xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. xx.xx.2006-cı il tarixdən qüvvədə olan «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinin qüvvədə olan redaksiyasına görə axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsi isə nəzərdə tutur ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Əvvəllər, xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun xx.xx.1997-ci il tarixədək qüvvədə olan 13-cü maddəsinin 1ci hissəsinin «b» bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər – 55 yaşına çatdıqda azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir (Qanunun qeyd edilən 13-cü maddəsinə xx.xx.1997-ci il 321-İQD saylı Qanunu ilə edilən dəyişikliklə 55 yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmış və 2000-ci ilin avqustun 1-dən etibarən artıq 57 yaş təşkil etmişdir). Həmin Qanunun 67-ci maddəsinin 3-cü hissəsinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir (Bundan əvvəl də, 1956-cı il 01 oktyabr tarixdən qüvvədə olmuş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin “v” bəndinə, habelə , SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 109-cu maddəsinin «и» bəndinə əsasən də “texniki peşə məktəblərində təhsil müddəti” ümumi staja daxil edilirdi.) Həmin Qanunun 69-cu maddəsinin 1-ci hissəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun 320 saylı qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin» 2 nömrəli Siyahısı”nın 22900000 kodu üzrə XXVİİ “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsində 2290000b—23419 şriftində “yeni tikinti və quraşdırma işlərinin ustaları”, 2290000b—24441 şriftində isə “iş icraçıları” güzəştli şərtlərlə pensiya hüququ verən göstəricilər kimi nəzərdə tutulmuşdur. Cavabdehin apellyasiya şikayətinin qeyd olunan dəlillərində mübahisələndirir ki, iddiaçının MT-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1993- xx.xx.2002 dövründə "xxxx" kiçik müəssisəsində xx.xx.2002-xx.xx.2003 dövründə "xxxx" MTK-da, xx.xx.2003-xx.xx.2005 dövründə isə "xxxx" MTK-da işlədiyi həmin müəssisələrin Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olmadıqları və məcburi dövlət sosial sığorta haqları ödəmədikləri müəyyən edildiyi əsası ilə həmin dövrlərin sığorta stajına aid edilməsi iddiaçının iş stajına daxil etmək mümkün deyildir.Belə olan halda, onun ümumi iş stajı 25 ildən az (20 il 8 ay 8 gün (xx.xx.1973- xx.xx.1974-cü il, xx.xx.1974-xx.xx.1975-ci il, xx.xx.1975-xx.xx.1977-ci il, xx.xx.1977- xx.xx.1993-cü il, xx.xx.2004-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)), güzəştli iş stajı isə 12 il 6 aydan az (8 il 1 ay 22 gün (xx.xx.1986-xx.xx.1993-cü il, xx.xx.1993-xx.xx.1993-cü il, xx.xx.2004-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir.” Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən qeyd olunan dövrlərin iddiaçının sığorta stajı kimi nəzərə alınmaması əsassızdır. Belə ki, qüvvədə olan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 4.1.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: “1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən” - hesablanmasını nəzərdə tutur. İşdən görünür ki, birinci instansiya məhkəməsinin müvafiq sorğusuna cavab olaraq Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2022-ci il tarixli, **********714000 nömrəli məktubunda bildirilmişdir ki, xx.xx.1995-ci ildə 23472 nömrə ilə dövlət qeydiyyatına alınmış "xxxx" Kiçik Müəssisəsinin (VÖEN **********) hüquqi ünvanı ünvan 1 təmsilçilik funksiyasına malik direktoru X1r. Müəssisəsinin ləğv olunması və hüquqi varisliyi barədə məlumat aşkar edilməmişdir. Eyni zamanda, birinci instansiya məhkəməsinin digər müəssisə ilə bağlı sorğusuna Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2021-ci il tarixli, **********493900 nömrəli məktubunda cavab olaraq bildirmişdir ki, xx.xx.2003-cü ildə dövlət qeydiyyatına alınmış "xxxx" Mənzil-Tikinti Kooperativinin (VÖEN **********) hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, ev 32, mənzil 51, xx.xx.2000-ci ildə dövlət qeydiyyatına alınmış "xxxx" Mənzil Tikinti Kooperativinin (VÖEN **********) hüquqi ünvanı isə ünvan 3əmçinin bildirilir ki, idarədə olan reyestrdə sözügedən hər iki hüquqi şəxsin ləğv olunması, yenidən təşkil olunması və hüquqi varisinin olması barədə məlumat aşkar edilməmişdir. Eyni zamanda, birinci instansiya məhkəməsinin üçüncü bir müvafiq sorğusuna cavab olaraq "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, 01 nömrəli məktubunda aşağıdakılar bildiilmişdir: “...xx.xx.1956-cı il təvəllüdlü İddiaçı "xxxx" 4 №-li Trestinmn 46 №-li Tikinti İdarəsində aşağıdakı peşələrdə işləmişdir: -xx.xx.1974-cü ildə 1-ci dərəcəli fəhlə işinə qəbul edilmişdir (əmr № 116 k, xx.xx.1974-cü il); xx.xx.1975-ci ildə Sovet ordu sıralarında xidmət etmək üçün çağırılmışdır (əmr № 60 kc, xx.xx.1975-ci il) qayıtdıqdan sonra (2 il); - xx.xx.1977- xx.xx.1981-ci illərdə (3 il 8ay 6gün) malaçəkən ustası işləmişdir. -xx.xx.1986-cı ildə tikinti ustası vəzifəsinə keçirilərək xx.xx.1991-ci il tarixinədək həmin peşədə 5 il 23 gün işləmiş (əmr № 46, xx.xx.1986- cı il); -xx.xx.1991-ci ildə iş icraçısı vəzifəsinə (əmr № 31 a/k, xx.xx.1991-ci il), xx.xx.1993-cü ildə isə baş iş icraçısı (əmr № 6 a/kc, xx.xx.1993- cü il) vəzifəsinə keçirilərək, həmin vəzifələrdə - xx.xx.1993-cü il tarixinədək - 2 il 11 ay 1 gün işləmişdir; -xx.xx.1993-cü ildə rəis əvəzi təyin edilmiş (əmr № 21 k, xx.xx.1993-cü il); -xx.xx.1993-cü il tarixdə tikinti ustası vəzifəsinə keçirilmiş (əmr № 35 k, xx.xx.1993-cü il) və xx.xx.1993-cü il tarinədək (2 ay 25 gün) işləmiş, həmin tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir (əmr 54 k, xx.xx.1993-cü il). İddiaçı işlədiyi «malaçəkən ustası» peşəsində «yeni tikinti və quraşdırma işlərinin ustaları» peşəsinin funksiyalarını yerinə yetirmişdir. 1986-cı ildə peşənin adına düzəliş edilərək «tikinti ustası» kimi qeyd edilmişdir. Yuxarıda göstərilən peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın XXVİİ bölməsində qeyd edilən 22900000 Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri üzrə şirf 2290000b—-23419 yeni tikinti və quraşdırma işlərinin ustaları və şirf 2290000b—24441 iş icraçıları vəzifələrinə uyğundur və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş sahələri və peşələridir. İddiaçı ümumi iş stajı 16 il, 8 ay, 12 gün, əmək şəraitinə görə güzəştli iş stajı isə 15 il, 11 ay, 22 gün təşkil edir. "xxxx" Dövlət Şirkətinin xx.xx.1995-ci il 68 №- li əmri ilə 4 №-li Trest və onun nəzdində olan tikinti idarələri xx.xx.1995-ci il tarixindən ləğv olunmuş və onun hüquqi varisi “Bakısənayetikinti” Birliyi yaradılmışdır. Dövlət Əmlak Nazirliyinin xx.xx.2000ci il tarixli 137 №-li sərəncamı ilə “Bakısənayetikinti” Birliyi xx.xx.2001-ci il tarixindən ləğv olunmuşdur və onun hüquqi varisi "xxxx" X7 Cəmiyyəti yaradılmışdır. Ədliyyə Nazirliyinin xx.xx.2004-cü il tarixli 0104-P 51-39852 №-li sərəncamı ilə "xxxx" X7 Cəmiyyəti xx.xx.2004-cü il tarixindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə keçmişdir.” İddiaçının işlədiyi həmin müəssisələr tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilmədiyinə görə iddiaçının sözügedən dövrlərin sığorta stajına daxil edilməməsinə gəldikdə, bununla əlaqədar birincisi, qeyd olunmalıdır ki, 2006-cı il tarixinə qədər qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 5-ci hissəsi nəzərdə tuturdu ki, “ Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır.” Bundan əlavə, xx.xx.2018-ci il tarixdən qüvvədə olan “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında ”Azərbaycan Respublikası Qanunun Sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Digər tərəfdən, cavabdeh tərəfindən nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsi isə nəzərədə tutur ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının xx.xx.1993-xx.xx.2002 (8 il 8 ay 14 gün), xx.xx.2002-xx.xx.2003( 10 ay 12gün) və xx.xx.2003-xx.xx.2005 (2 il 6 ay 28 gün) dövrlər üzrə iddiaçının 2006-cı ilin yanvar ayının 1-nə qədər olan əmək fəaliyyəti onun sığorta stajı kimi qiymətləndirilməlidir. xx.xx.1993-xx.xx.2002-ci illərdə isə iddiaçı "xxxx" k-m-də baş usta (8 il 8 ay 14 gün), xx.xx.2002-xx.xx.2003-cü illərdə "xxxx" MTK-ya baş iş icraçısı ( 10 ay 12gün), xx.xx.2003xx.xx.2005-ci illərdə isə "xxxx" MTK-ya iş icraçısı (2 il 6 ay 28 gün) kimi işləmişdir. Həmin müddətlər onun cavabdeh tərəfindən qəbul edilən 20 il 8 ay 8 gün ümumi stajı, 8 il 1 ay 22 gün güzəştli stajı ilə toplandıqda, 25 ildən də çox ümumi, 12 il 6 aydan da çox güzəştli stajı toplanır. Belə olan halda, 2006-cı ilə qədər qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən iddiaçının 57 yaşından güzəştli şərtlərlə pensiya hüququ yaranmış olur. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir Həmin Qanunun 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Birinci instansiya məhkəməsinin qərarından da göründüyü kimi, qeyd olunan əsaslardan çıxış edərək məhkəmə iddiaçının 57 yaşdan güzəştli şərtlərlə pensiya hüququnun cavabdeh tərəfindən pozulduğunu müəyyən edərək, onun iddia tələbini təmin etmişdir. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin edilməsini işdə olan sübutlara və maddi hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Bu baxımdan, cavabdehin apellyasiya şikayətinin həmin qərarın qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1178/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1178/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar