Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-845/2024 13.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının qanuni təmsilçiləri X8 və X6 iştirakları ilə, İddiaçı firmasının cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə qarşı “qeyri-yaşayış sahəsinin istismarına icazə verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 07 iyun 2023-cü il tarixli, 2-1(112)-936/2023 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: Təsviri hissə: İddiaçı firması cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, 1-ci mikrorayon, A.Məhərrəmov və Cavadxan küçələrinin kəsişməsindəki 23 saylı binanın yaxınlığında inşa edilmiş (hazırkı ünvan A.Məhərrəmov küçəsi 51) qeyri-yaşayış binası üçün istismara icazə sənədinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı firması tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, 1-ci mikrorayon, A.Məhərrəmov və Cavadxan küçələrinin kəsişməsindəki 23 saylı binanın yaxınlığında qeyri-yaşayış binası inşa edilmişdir. Qeyri-yaşayış binasının inşa edilməsi və istismarına icazə alınması üçün aşağıdakı hərəkətlər edilmişdir: Bakı şəhər Nəsimi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2011-ci tarixli 370 saylı sərəncamı ilə Nəsimi rayonu, 1-ci mkr, A.Məhərrəmov küçəsi ilə Cavadxan küçələrinin kəsişməsində 23 saylı binanın yaxınlığında yerləşən ünvanda qeyri-yaşayış binasının tikintisinə icazə verilmişdir. Bakı şəhər Nəsimi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli 290 saylı sərəncamı ilə layihənin yeni variantda tikintisinə icazə verilmişdir. Qeyri-yaşayış binasının eskiz layihəsi Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2013-cü il tarixli 18/03-8/2523 saylı məktubu ilə layihənin yeni variantı razılaşdırılmışdır. Tikinti işləri başa çatdıqdan sonra FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət X1 Qrupunun 10 mart 2020-ci il tarixli, 1046 nömrəli rəyinə əsasən Nəsimi rayonu, 1-ci mkr, A.Məhərrəmov küçəsi ilə Cavadxan küçələrinin kəsişməsində 23 saylı binanın yaxınlığında yerləşən İddiaçı Firmasına məxsus 2 mərtəbəli qeyri-yaşayış binasının yükdaşıyan konstruksiyalarının möhkəmlik və dayanıqlıq baxımından istismara yararlı olması barədə qərar qəbul edilmişdir. 22 may 2020-ci il tarixdə obyektin istismarına dair Ö/003733 nömrəli X3 verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixində ünvan reyestrindən arayış verilmişdir. “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi" Publik hüquqi şəxsi tərəfindən xx.xx.2021-ci il tarixində İddiaçı Firmasına məxsus obyekt sanitariya-gigiyenik və sanitariya-epidemioloji tələblərinə uyğun hesab edilmişdir. X4 Xidməti tərəfindən xx.xx.2021-ci il tarixdə yanğın təhlükəsizliyinə əməl edilməsinə dair akt tərtib edilmiş və xx.xx.2021-ci il tarixli məktub göndərilmişdir. "Əminə” Firması tərəfindən qeyri-yaşayış binasının istismarına icazə sənədinin verilməsinə dair Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə xx.xx.2021-ci il tarixində müraciət edilmişdir. Komitənin yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2021-ci il tarixli 03/07-136 nömrəli məktubu ilə kommunikasiya xətlərinin icra cizgilərinin qəbulu haqqında Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin arayışı təqdim edildikdən sonra müraciətə yenidən baxılacağı qeyd edilmişdir. xx.xx.2021-ci il tarixində İddiaçı Firması tərəfindən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzinə qeyri-yaşayış binasının istismarına icazənin alınması üçün kommunikasiya xətlərinin icra cizgilərinin qəbulu haqqında arayışın alınması üçün müraciət edilmişdir. Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin xx.xx.2021-ci il tarixli cavab məktubu ilə müraciətin müsbət cavablandırılması məqsədəuyğun hesab edilməmişdir və bu haqda heç bir konkret və əsaslandırılmış cavab verilməmişdir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin XO-xx-xx-2021- 02 saylı, xx.xx.2021-ci il tarixli məktubu ilə müraciətə baxılaraq müsbət cavablandırılması məqsədəuyğun hesab edilməmişdir. Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, XO-xxxx-2021-02267 saylı məktubunda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 16 sentyabr tarixli 309 nömrəli “Tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən əlavə edilən tikinti sənədlərinin siyahısı”nın təsdiq edilməsi haqqında Qərarının tələblərinə istinad etmişdir. Daha sonra tərəfindən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevə təkrar müraciət edilmişdir. İddiaçı Firması tərəfindən sonuncu dəfə 2022-ci ilin yanvar ayında Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasına şikayət məktubu ünvanlanmışdır. Lakin Şura tərəfindən bu günə qədər cavab verilməmişdir. Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin imtinası əsassızdır və formal xarakter daşıyır. Bakı İnzibati Məhkəməsinin 07 iyun 2023-cü il tarixli, 2-1(112)-936/2023 saylı qərarı ilə (hakim S.Salahova) iddia tələbi təmin edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndələri X9 və X7 qeyri-yaşayış sahəsinin istismarına icazə verilməsi tələbinin cavabdeh tərəfindən təmin edildiyindən hazırkı iş üzrə icraata xitam verilməsinə etiraz etmədiklərini bildirdilər. Məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin təyin edilmiş məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırki işdən görünür ki, İddiaçı firması cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, 1-ci mikrorayon, A.Məhərrəmov və Cavadxan küçələrinin kəsişməsindəki 23 saylı binanın yaxınlığında inşa edilmiş (hazırkı ünvan A.Məhərrəmov küçəsi 51) qeyri-yaşayış binası üçün istismara icazə sənədinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, 13 nömrəli qərarından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 1-ci mikrorayon, A.Məhərrəmov və Cavadxan küçələrinin kəsişməsindəki 23 saylı binanın yaxınlığında inşa edilmiş (hazırkı ünvan A.Məhərrəmov küçəsi 51) qeyri-yaşayış binasının istismarına icazə verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.2-ci madddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə İddiaçı firmasının cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə qarşı “qeyri-yaşayış sahəsinin istismarına icazə verilməsi” tələbi cavabdeh inzibati orqan tərəfindən təmin edildiyindən və bununla da tərəflər arasında mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 67, 80, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İş üzrə icraata xitam verilsin. Qərardaddan onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-845/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-845/2024
13.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver