Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-846/2025 31.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X12 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X5, üçüncü şəxs X3 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı ərazi idarəsinə qarşı (üçüncü şəxslər X9, X10, X14 və X15) “mülkiyyət hüququnun məxsus olması barədə arayışın verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2139/2024 nömrəli, 08 oktyabr 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ sahəsi, 646 saylı, 0,14 ha torpaq sahəsinə mülkiyyət hüququnun X2 məxsus olması haqqında dövlət reyestrindən arayışın (çıxarışın) verilməsi vəzifəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı ərazi idarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 19 dekabr 2023-cü il tarixli qərardadı ilə X9, X10, X14 və X15 zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ sahəsi, 646 saylı, 0,14 ha torpaq sahəsi xx.xx.2006-ci il tarixdə vəfat etmiş anası X1 miras qalmışdır. Vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı ərizə ilə müraciəti əsasında Bakı şəhəri 31 saylı notariat ofisində vərəsəlik işi açılmış və vərəsə kimi tanınmışdır. Bundan sonra həmin notariat ofisi cavabdehə xx.xx.2023-cü il tarixli məktubla müraciət edərək miras qalmış əmlaka dair çıxarış verilməsinə etiraz etmədiklərini bildirmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubu ilə qeyd olunan torpaq sahəsinin başqa şəxslərin istifadə olması, bir hissəsinin isə digər fiziki şəxslərin adına rəsmiləşdirilməsi əsas gətirilərək hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Bu torpaq sahəsi 1987-ci ildən anasının adına olub. Daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatı isə cavabdeh orqan tərəfindən həyata keçirilir. Bu halda hesab edir ki, cavabdehin imtinası qeyri-qanunidir və qeyd olunan torpaq sahəsinə dair mülkiyyət hüququ qeydiyyata alınmalıdır. Həmçinin, torpaq sahəsinə dörd tərəfdən daş hasar çəkdirmişdir və torpaq sahəsinin ölçüləri İcra hakimiyyətinin səlahiyyətli şəxsləri tərəfindən ölçülərək ona verilmiş həddədir və bu vaxta kimi torpaq sahəsində hər hansı bir dəyişiklik olmamışdır. Bakı İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 2-1(112)-2139/2024 nömrəli, 08 oktyabr 2024-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddianın mümkün hesab edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ sahəsi, 646 saylı, 0,14 ha torpaq sahəsi xx.xx.2006-ci il tarixdə vəfat etmiş anası X1 miras qalmışdır. Vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı ərizə ilə müraciəti əsasında Bakı şəhəri 31 saylı notariat ofisində vərəsəlik işi açılmış və vərəsə kimi tanınmışdır. Bundan sonra həmin notariat ofisi cavabdehə xx.xx.2023-cü il tarixli məktubla müraciət edərək miras qalmış əmlaka dair çıxarış verilməsinə etiraz etmədiklərini bildirmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubu ilə qeyd olunan torpaq sahəsinin başqa şəxslərin istifadə olması, bir hissəsinin isə digər fiziki şəxslərin adına rəsmiləşdirilməsi əsas gətirilərək hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Bu torpaq sahəsi 1987-ci ildən anasının adına olub. Daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatı isə cavabdeh orqan tərəfindən həyata keçirilir. Bu halda hesab edir ki, cavabdehin imtinası qeyri-qanunidir və qeyd olunan torpaq sahəsinə dair mülkiyyət hüququ qeydiyyata alınmalıdır. Həmçinin, torpaq sahəsinə dörd tərəfdən daş hasar çəkdirmişdir və torpaq sahəsinin ölçüləri İcra hakimiyyətinin səlahiyyətli şəxsləri tərəfindən ölçülərək ona verilmiş həddədir və bu vaxta kimi torpaq sahəsində hər hansı bir dəyişiklik olmamışdır. Cavabdeh etirazında qeyd etmişdir ki, 646 saylı torpaq sahəsinin bir hissəsi X9, X10 və X6 adına qeydiyyata alınmış torpaq sahələri ilə üst üstə düşür. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı ərazi idarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, **********02 nömrəli məktubla mübahisələəndirilmiş torpaq sahəsinin ortofoto görüntüsü məhkəməyə göndərilmiş və qeyd edilmişdir ki, faktiki olaraq kənarda göstərilən sahə digər fiziki şəxs tərəfindən hasarlanıb (sahə mübahisəlidir). Bağların bölgüsünə dair sxematik xəritəyə əsasən ərazinin böyük hissəsi digər bağ sahələrinin ərazisinə düşür. Təqdim olunmuş ortofoto görüntüdən görünür ki, mübahisələndirilmiş bağ sahəsinin müəyyən hissəsi **********59-11301, **********89 və **********26 nömrəli bağ sahələrinin ərazisinə düşür. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı ərazi idarəsinin xx.xx.2024-cü il tarixli, **********06 nömrəli məktubunda qeyd edilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən koordinatlar tam olmadığı üçün Nardaran bağ massivində yerləşən 646 saylı torpaq sahəsinin hansı hissələrdə və hansı fiziki şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşməsi barədə məlumatın təqdim edilməsi mümkün olmamışdır. İş üzrə cavabdehin bu kimi yanaşması tamamilə əsassızdır, belə ki, torpaq sahələrinə dair bütün məlumatlar cavabdeh orqandadır, buna cavabdeh odur, ona görə də məcburdur ki, işə dəqiq yanaşsın və ətraflı məlumatlı təqdim etsin, o, buna borcludur. Burada iş üzrə cavabdeh öz üzərindən bu məsuliyyəti atır və tamamilə əsassız mövqedən çıxış edir, məhkəmə də cavabdehin mülahizələrinə uyğun surətdə iddianı mümkün saymır və bu barədə qərardad qəbul edir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X16 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən üçüncü şəxs X9 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə digər üçüncü şəxslərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxslərin (nümayəndələrinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianını mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilir ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivində yerləşən 646 saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizəyə baxılmışdır. İnventarlaşdırma işləri aparılan zaman göstərilən torpaq sahəsinin digər şəxs tərəfindən hasara alınaraq istifadə oldunduğu müəyyən edilmişdir (torpaq sahəsi istifadəsində deyil). Bundan başqa, elektron kadastr məlumatlarına əsasən şərti göstərilən torpaq sahəsinin bir hissəsi digər fiziki şəxslərin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan əlavə, tərəfinizdən təqdim edilmiş notariat ofisinin vərəsəlik işi ilə bağlı məktubu ilə torpaq sahəsinə dair icarə müqaviləsi arasında hüquq sahibinin ata adında uyğunsuzluq mövcuddur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2- ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. İş materiallarında olan məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı ərazi idarəsi tərəfindən xx.xx.2023-cü il tarixli, **********00 nömrəli məktubula göndərilmiş Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivində yerləşən 646 saylı bağ sahəsinə, eləcə də dövlət reyestrindən qeydiyyata alınmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 646 saylı bağ sahəsinə dair arxiv qovluğunda mövcud olan sənədlərin surətindən görünür ki: - Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyi Ləhiş ərazisindəki 646 nömrəli bağın istifadəyə verilməsi haqqında 14343 nömrəli xx.xx.2006-cı il tarixli müqavilə ilə Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 0,12 hektar torpaq sahəsi olan 646 nömrəli bağ sahəsi X11 istifadəsinə verilmişdir. - Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin A №420387 nömrəli Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Bakı ŞİH BTİ və İBnin xx.xx.2006-cı il tarixli 14343 saylı müqaviləsi ilə Sabunçu rayonu Ləhiş bağ massivində 1200 kv.m. torpaq sahəsi 646 saylı bağ evi tikintisi üçün X17 ayrılmışdır. X18 kitabında xx.xx.2012 tarixli 32963 nömrəsi ilə uçota alınıb. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 646 saylı 0,12 hektar bağ sahəsi xüsusi mülkiyyət hüququ ilə X11 adına ********** nömrəsi ilə xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır. Reyestr nömrəsi **********50. - Daşınmaz əmlakın rəqəmli kadastr xəritəsindən xx.xx.2013-cü il tarixli çıxarış tərtib edilmişdir. Torpaq sahəsinin reyestr nömrəsi **********50 olaraq göstərilmişdir. - 11 aprel 2013-cü il tarixli bağışlanma müqaviləsinə əsasən hədiyyə verən X19 ünvan ünvanında yerləşən mülkiyyətində olan 0,12 hektar torpaq sahəsini bacısı X8 bağışlamışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 646 saylı 0,12 hektar bağ sahəsi xüsusi mülkiyyət hüququ ilə X7 adına ********* nömrəsi ilə xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır. Reyestr nömrəsi **********50. - Daşınmaz əmlakın rəqəmli kadastr xəritəsindən xx.xx.2013-cü il tarixli çıxarış tərtib edilmişdir. Torpaq sahəsinin reyestr nömrəsi **********50 olaqar göstərilmişdir. İş materiallarında olan cavabdehin xx.xx.2023-cü il tarixli iddia ərizəsinə etiraz məktubunda qeyd olunmuşdur ki, elektron kadastr məlumatlarına əsasən şərti göstərilən torpaq sahəsinin bir hissəsi digər fiziki şəxslərin (X9, X10 və X14) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, faktiki olaraq kənardan göstərilən sahə digər fiziki şəxs tərəfindən hasarlanıb (sahə mübahisəlidir). Bağların bölgüsünə dair sxematik xəritəyə əsasən ərazinin böyük hissəsi digər bağ sahələrinin ərazisinə düşür. İş materiallarında olan cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən koordinatlar tam olmadığı üçün Nardaran bağ massivində yerləşən 646 saylı torpaq sahəsinin hansı hissələrdə və hansı fiziki şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşməsi barədə məlumatın təqdim edilməsi mümkün olmamışdır. Həmin məktubla mübahisəli torpaq sahəsinin üst-üstə düşdüyü torpaq sahələrinə dair təqdim olunmuş inzibati icraat materiallarından görünür ki: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 644A saylı 0,12 hektar bağ torpaq sahəsi və 182,2 kv.m sahəsi olan bağ evi xüsusi mülkiyyət hüququ ilə X3 adına ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Reyestr nömrəsi **********59-11301-dir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 645a saylı 0,1102 hektar bağ torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə X4 adına ********** nömrəsi ilə xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. Reyestr nömrəsi **********89-dur. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 645 saylı 0.113 hektar bağ torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə X6 adına ********** nömrəsi ilə xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. Reyestr nömrəsi **********26-dır. İş materiallarında olan cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş mübahisələndirilən torpaq sahəsinin ortofoto görüntüsündən görünür ki, mübahisələndirilən bağ sahəsinin müəyyən hissəsi **********59-11301, **********89 və **********26 nömrəli bağ sahələrinin ərazisinə düşür. Məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edildi ki, iddiaçının hüquqların anasına məxsus olması barədə arayışın verilməsini xahiş etdiyi torpaq sahəsinin bir hissəsi digər fiziki şəxslərin - X3, X4 və X6 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ilk növbədə onun iddia etdiyi torpaq sahəsinə digər şəxslərin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatı və daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatın aparılmasının əsasını təşkil edən hüquqmüəyyənedici sənədləri mübahisələndirməli, bunun nəticəsindən asılı olaraq isə daha sonra hazırki tələblə cavabdeh inzibati orqana, müraciətinin cavabdeh tərəfindən təmin edilmədiyi halda məhkəməyə müraciət etməlidir. Bu səbəbdən də hazırki iddia tələbinə baxılması mümkün sayıla bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 5 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd olunur: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.5. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın mümkünlük şərtlərinin ödənilmədiyi müəyyən edilir və iddianın mümkün sayılmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olub, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardadın ləğvi üçün əsas hesab edilə bilməz. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2139/2024 nömrəli, 08 oktyabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-846/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-846/2025
31.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver