Məhkəmə qərarları › İş №2-1(103)-847/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-847/2020

02.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-847/2020 02.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Ağayev Valeh Məmməd oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X3 oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X6 Bakı şəhəri Sabunçu rayon şöbəsinə qarşı əlilliyə görə pensiyanın təyin edilməsi tələbinə dair inzibati mübahisə üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)-4023/2019 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)- 4023/2019 saylı qərarı ilə iddia tələbi təmin edilərək, iddiaçının xx xxxxxxxx 1985-ci ildən xx xxxx 1992-ci ilə qədər əyani təhsil aldığı və hərbi xidmətdə olduğu dövr nəzərə alınmaqla və eyni zamanda xx xxxxxx 1992-ci ildən xx xxxxxx 1995-ci ilə qədər Azərbaycan Respublikası Mülki X1 regional idarəsində müfəttiş vəzifəsində, xx xxx 1997ci ildən xx xxxxxx 1998-ci ilə qədər 27 saylı “TSMD”-də iş icraçısı vəzifəsinə, xx xxxxxx 2000-ci ildən xx xxxx 2005-ci ilə qədər Bakı 1 saylı “ATF”-də dülgər vəzifəsində, xx xxx 2005-ci ildən xx xxxxxx 2014-cü ilə qədər “Elnur-2” “UİKŞ”-də iş icraçısı vəzifəsində işlədiyi illəri sığorta stajına daxil edilməklə ona xx.xx.2019-cu il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır (hakim Z.Tağıyev). Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X6 Bakı şəhəri Sabunçu rayon şöbəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, onun xx xxxxxxxx 1985-ci ildən xx xxxx 1992-ci ilə qədər əyani təhsil aldığı və hərbi xidmətdə olduğu dövr nəzərə alınmaqla və eyni zamanda xx xxxxxx 1992-ci ildən xx xxxxxx 1995-ci ilə qədər Azərbaycan Respublikası Mülki X1 regional idarəsində müfəttiş vəzifəsində, xx xxx 1997-ci ildən xx xxxxxx 1998-ci ilə qədər 27 saylı “TSMD”-də iş icraçısı vəzifəsinə, xx xxxxxx 2000- ci ildən xx xxxx 2005-ci ilə qədər Bakı 1 saylı “ATF”-də dülgər vəzifəsində, xx xxx 2005-ci ildən xx xxxxxx 2014-cü ilə qədər “Elnur-2” “UİKŞ”-də iş icraçısı vəzifəsində işlədiyi illəri sığorta stajına daxil edilməklə ona əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, onun xx xxxxxxxx 1985-ci ildən xx xxxx 1992-ci ilə qədər əyani təhsil aldığı və hərbi xidmətdə olduğu dövr nəzərə alınmaqla və eyni zamanda xx xxxxxx 1992-ci ildən xx xxxxxx 1995-ci ilə qədər Azərbaycan Respublikası Mülki X1 regional idarəsində müfəttiş vəzifəsində, xx xxx 1997-ci ildən xx xxxxxx 1998-ci ilə qədər 27 saylı “TSMD”-də iş icraçısı vəzifəsinə, xx xxxxxx 2000-ci ildən xx xxxx 2005-ci ilə qədər Bakı 1 saylı “ATF”-də dülgər vəzifəsində, xx xxx 2005-ci ildən xx xxxxxx 2014-cü ilə qədər “Elnur-2” “UİKŞ”-də iş icraçısı vəzifəsində işlədiyi illəri sığorta stajına daxil edilməklə ona xx.xx.2019-cu il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1968-ci ildə Cəbrayıl rayonunda anadan olmuş, pensiya yaşı tamam olmuş, hal-hazırda heç bir yerdə işləmir. Səhhətiylə əlaqədar İİ dərəcəli əlildir. xx xxxxxxxx 1985-ci ildən xx xxxx 1992-ci ilə qədər əyani təhsil almış və hərbi xidmətdə olmuşdur. Bundan başqa xx xxxxxx 1992-ci !dən xx xxxxxx 1995-ci ilə qədər Azərbaycan Respublikası Mülki X1 regional idarəsində müfəttiş vəzifəsində, xx xxx 1997-ci ildən xx xxxxxx 1998-ci ə qədər 27 saylı “TSMD”-də iş icraçısı vəzifəsində, xx xxxxxx 2000-ci ildən xx xxxx 2005-ci ilə qədər Bakı 1 saylı “ATF”-də dülgər vəzifəsində, xx xxx 2005-ci ildən xx xxxxxx 2014- cü ilə qədər “Elnur-2” “UİKŞ”-də iş icraçısı vəzifəsində işləmişdir. İşlədiyi həmin illər əmək kitabçasında qeyd edilmişdir. Lakin arxiv sənədləri tapıldıdığına görə cavabdehə müraciət etmək qərarına gəlmişdir. İddiaçı əmək pensiyasının təyin olunması üçün Azərbaycan Respublikası Dövlət X6 Sabunçu rayon şöbəsinə müraciət etmiş, lakin həmin şöbədən verilmiş xx.xx.2019-cu il tarixli **********3 nömrəli məktuba əsasən bildirmişlər ki, “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası vətəndaşın fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya taminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Şöbəyə təqdim etdiyi sənədlər əsasında ona İİ qrup əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan sosial sığorta kapitalı olmadığı üçün ərizəsi təmin etmək mümkün olmamışdır. Ona görə də iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İş üzrə 2 saylı Bakı İnzibat-İqtisadi Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxslərin izahatları: Cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək, izahatında göstərmişdir ki, iddiaçının təqdim etdiyi sənədlər əsasında ona İİ qrup əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan pensiya sığorta kapitalı olmadığına görə ərizəni təmin etmək mümkün olmamışdır. Ona görə də nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirmədən saxnılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. İşə əlavə edilmiş AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin surətinə əsasən İddiaçı xx.xx.1968-cı ildə anadan olmuş və Cəbrayıl rayonu, Mahmudlu kəndinə qeydiyyatdadır. İşdə olan NZ seriyalı, ******* saylı hərbi biletin surətinə surətinə əsasən İddiaçı Səfərəli oğlu xx.xx.1986-cı ildən xx.xx.1088-ci ilə kimi hərbi xidmətdə olmuşdur. İşə əlavə edilmiş ЦВ seriyalı, 845945 saylı diplomun surətinə əsasən İddiaçı 1989-cu ildən 1992-ci ilə kimi C.İldırım adına Azərbaycan politexnik İnstitunda təhsil almışdır. İş materiallarında olan ******* saylı əmək kitabçasının surətinə əsasən İddiaçı xx.xx.1997-ci il tarixli, 20/k saylı əmrlə iş icraçısı vəzifəsinə qəbul edilmiş və xx.xx.1998-ci il tarixli, 2/k saylı əmrlə işdən azad edilmişdir. İşə əlavə edilmiş ******* saylı əmək kitabçasının surətinə əsasən İddiaçı xx.xx.2000ci il tarixli, 25/k saylı əmrlə Bakı 1 saylı ATF-ə dülgər işinə qəbul edilmiş və xx.xx.2005-ci il tarixli, 12/k saylı əmrlə işdən azad edilmişdir. İşdə olan Azərbaycan Respublikası FHN MMQ Komandanlığının xx.xx.2019-cu il tarixli, 37/39- 0072 saylı arayışına əsasən İddiaçı xx.xx.1992-ci ildə Azərbaycan Respublikası Mülki X1 regional idarəsinin mülki müdafiənin təşkili və planlaşdırılması bölməsinin inspektoru vəzifəsinə təyin olunmuşdur (Cəbrayıl regional idarəsi rəisinin 04 nömrəli xx.xx.1992-ci il tarixli əmri). xx.xx.1993-cü ildən Azərbaycan Respublikası Mülki Müdafiə Qərargahının rəisinin 119 nömrəli xx.xx.1993-cü il tarixli əmrini əsas tutaraq mütəxəssis vəzifəsinə maaş tətbiq edilib (Cəbrayıl regional idarəsi rəisinin 27 nömrəli xx.xx.1993-cü il tarixli əmri). xx.xx.1994-cü ildən tutduğu vəzifədən azad olunub və Azərbaycan Respublikası Mülki Müdafiə Qərargahının rəisinin 81 nömrəli xx.xx.1994-cü il tarixli əmri əsasında həmin tarixdən Cəbrayıl regional idarəsinin Əhalinin mühafizə şöbəsinin zabiti vəzifəsinə müvəqqəti olaraq təyin olunub (Cəbrayıl regional idarəsi rəisinin 14 nömrəli xx.xx.1994-cü il tarixli əmri). Cəbrayıl regional idarəsi rəisinin 57 nömrəliJxx.xx.1995-ci il tarixli əmri ilə 5 (beş) gün müddətinə Bakı şəhərinə ezam olunmuşdur. Qeyd olunan tarixdən sonra İddiaçı barədə heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Prezidentinin xx xxx 1997-ci il tarixli Fərmanına əsasən Mülki Madafiə Qərargahı Müdafiə Nazirliyinin tabeçiliyinə verilmiş və Mülki Müdafiə İdarəsi adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2005-ci il tarixli Sərəncamına əsasən Mülki 'Müdafiə İdarəsi Fövqəladə Hallar Nazirliyinin tabeçiliyinə verilmiş, Mülki müdafiə qoşunları adlandırılmışdır. İş materiallarına əlavə edilmiş TSEK-in arayışına əsasənİddiaçı xx.xx.2019-cu il tarixdə İİ qrup əlillik dərəcəsi təyin edilmişdir. Cavabdeh Azərbaycan Respublikası ƏƏSMN yanında Bakı şəhəri Sabunçu rayon şöbəsinin xx.xx.2019-cu il tarixli, **********3 saylı imtina məktubunda qeyd olunmuşdur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İİ və İİİ qrup vətəndaşın fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Birinci instansiya məhkəməsi cavabdeh orqanın imtina səbəbləri ilə razılaşmamışdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir;. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanununun 11.1-ci maddəsinə görə əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik qrupları, əlilliyin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri, habelə onların baş vermə müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Həmin Qanununun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması. əmək pensiyası sənədlərinin təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1.1-ci bəndinə əsasən əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Cavabdeh apelyasiya şikayətində və cavabdehin nümayəndəsi verdiyi izahatında məhkəmə qərarı ilə iddiaçının işlədiyi illəri sığorta stajına daxil edilməsini mübahisələndirməmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətində iddiaçının təqdim etdiyi sənədlər əsasında ona İİ qrup əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan pensiya sığorta kapitalı olmadığına görə ərizəni təmin etmək mümkün olmaması dəlilləri ilə razılaşmır. Belə ki, Sabunçu rayon Xidmət Nümayəndəliyinin direktorun AR ƏƏSM Nazirliyinin tabeliyində Dövlət X8 publik hüquqi şəxsin Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialına ünvanlandığı xx.xx.2020-ci il tarixli, **********5 saylı məktubunda qeyd edilmişdir ki, xx.xx.1968-cı il təvəllüdlü İddiaçı əlillik xx.xx.2019-cu il tarixdə təyin edilib; onun əmək stajı - 16 il 01 ay 21 gün (hərbi xidmət illəri və ali təhsil müəssisəsində əyani təhsil aldığı müddət daxil etməklə); tələb olunan iş stajı - 11 il 08 ay; tələb olunan kapital - 16800 manat; İddiaçı faktiki kapitalı - xx.xx.2006-cı il tarixədək olan iş stajı 16 il 1 ay * 306 = 4926,60 * 2.361 = 11631,70 + 6469,50 = 18101,19; xx.xx.2006-cı il tarixdən sonra olan kapital - 6469,50 manat, ümumi kapital – 18101,19: 105 = 172,39 manat təşkil edir. Göründüyü kimi, iddiaçıya İİ dərəcəli əlilliyə görə pensiyanın təyin edilməsi üçün tələb olunan sığorta kapitalı 16800 manat müəyyən olduğu halda, onun kapitalı 18101,19 manat təşkil edir. Azərbaycan Respublikasının “Dövlət X8 haqqında” Əsasnamənin 8.10-cu maddəsinə əsasən işəgötürən və sığortaolunan tərəfindən təqdim olunan məlumatların fərdi şəxsi hesablara vaxtında və dürüst daxil edilməsini, onların etibarlı saxlanmasını və mühafizəsini təmin etmək Fondun vəzifəsidir. Məhkəmə kolegiyası hesab edir ki, iddiaçıya əlilliyə görə əmək pensiyasının yenidən hesablanaraq ödənilməsindən cavabdeh tərəfindən imtina olunması qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetrilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərək düzgün nəticəyə gəlmişdir, ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)- 4023/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Valeh Ağayev Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar