Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-848/2022 12.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Orucova Aysu Əli qızının katibliyi, iddiaçının vəkili Vəkil2, iddiaçının nümayəndəsi X1, 3-cü şəxsin nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı MTK-nın cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə (üçüncü şəxs "xxxx" QSC ) qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-965/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı MTK cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı MTK-ya yaşayış evinin layihələşdirilməsi və tikintisi üçün Bakı şəhəri, Yasamal rayonu, İ.Əbilov (keçmiş X.Ruzbeh) ilə M.Muxtarov (keçmiş Poluxin) küçələrinin kəsişməsində yerləşən torpaq sahəsinin ayrılmasına dair Bakı şəhər İcra Hakimiyyətinin 1736 nömrəli, 29 dekabr 1995-ci il tarixli Sərəncamının “hüquqi qüvvəsini itirməsi” barədə Bakı şəhər İcra Hakimiyyətinin vermiş olduğu Sərəncamının əsassız hesab edərək ləğv edilməsi barədə qəərar qəbul edilməsini xahiş edərək. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4090/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadı ilə İddiaçıMTK-nın iddiası mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)574/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4090/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadının ləğv edilməsi, işin müvafiq prosessual hərəkətlər edilməsi üçün Bakı İnzibati Məhkəməsinə qaytarılması qərara alınmışdır. İş 1-ci instansiya məhkəməsinə qaytarıldıqdan sonra növbəti məhkəmə iclası xx.xx.2020-ci il tarixə təyin edilmişdir. Həmin məhkəmə iclasında "xxxx" QSC üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-965/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-965/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarının ləğv olunması, iddianın təmin olunmasına dair qərar qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddia tələbinin dəlillərinə uyğun əsaslandırılmışdır Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçı tərəf apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-965/2021saylı, xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsini, iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdirlər. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən 3-cü şəxsin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdirş Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmiş və səbəbinin üzürlü olması barədə əvvəlcədən məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan iddiaçının iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan: - Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti- Planlaşdırma Mərkəzinin İddiaçı sədri Tural Hüseynova ünvanlanmış xx.xx.2019-cu il tarixli 02/285 nömrəli məktubundan görünür ki, iddiaçının xx.xx.2019-cu il tarixli müraciətinə cavab olaraq İddiaçınə torpaq sahəsinin ayrılması haqqında Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli 1736 nömrəli sərəncamı müvafiq qaydada ləğv edilməsi bildirilmişdir. - Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti- Planlaşdırma Mərkəzinin İddiaçı sədri Tural Hüseynova ünvanlanmış xx.xx.2019-cu il tarixli 02/511 nömrəli məktubundan görünür ki, iddiaçının xx.xx.2019-cu il tarixli təkrar müraciətinə cavab olaraq İddiaçınə torpaq sahəsinin ayrılması haqqında Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli 1736 nömrəli sərəncamı müvafiq qaydada ləğv edilməsi bildirilmişdir. - Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli 7- 2427/17 nömrəli məktubu ilə bildirilmişdir ki, sözügedən sərəncam Bakı şəhər İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamı ilə əsasında hüquqi qüvvəsini itirdiyi üçün, arxiv arayışının verilməsi icra edilə bilməz. - "xxxx" QSC-nin xx.xx.2019-cu il tarixli məktubunda bildirilmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli 1736 nömrəli qərarı ilə çoxmərtəbəli binanın inşası üçün İddiaçı kooperativinə həmin ərazidən 0.26 ha. Torpaq sahəsi ayrılmış, bina tikintisinə başlamaq üçün çala qazılmış, lakin Bakı Metropolteni tərəfindən Bakı şəhər İcra Hakimiyyətinin başçısına olunan müraciətlərdən sonra başlanılmış tikinti işləri dayandırılmışdır. Son zamanlar “Nizami” stansiyasınna daxil olmuş qrunt sularının həcminin artdığı müşahidə olunduğundan "xxxx" QSC tərəfindən xx.xx.2017-ci il tarixli 40N-10/2-149 nömrəli məktubla Azərbaycan Respublikası Nazirlər Kabinetinə müraciət olunmuşdur. Bakı şəhər İcra Hakimiyyəti isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09.06..2017-ci il tarixli TŞ292 nömrəli tapşırığını və "xxxx" QSC-nin xx.xx.2017-ci il tarixli 40N-10/2- 149 nömrəli məktubunu nəzərə alaraq 60 nömrəli şaxtada yaranmış qəza vəziyyətinin aradan qaldırılması və “Nizami” stansiyasının təhlükəsiz istismarının təmin edilməsi məqsədi ilə 13.06.201-ci il tarixli 11-M nömrəli (“məxfi” qriflə işarələnmiş) sərəncamla xx.xx.1994-cü il tarixli 1415 nömrəli və xx.xx.1995-ci il tarixli 1736 nömrəli sərəncamları ləğv edərək torpaq sahəsini "xxxx" QSC-nin sərəncamına qaytarmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materiallarında olan rəsmi sənədlərdən də göründüyü kimi Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli 1736 saylı Sərəncamına əsasən “Mehri" MTK-ya yaşayış evinin layihələşdirilməsi və tikintisi üçün Bakı şəhəri,Yasamal rayonu, İ.Əbilov (keçmiş X.Ruzbeh) ilə M.Muxtarov (keçmiş Poluxn) küçələrinin kəsişməsində yerləşən torpaq sahəsinin ayrılması qərara alınmışdır. Bundan sonra ayrılmış torpaq sahəsində tikintisi nəzərdə tutulmuş binanın bünövrəsi üçün qazıntı işlərinə başlanılmış, çala hazırlanmışdır. 2018-ci ilədək hər hansı başqa işlər aparılmamışdır. Daha sonra üçüncü şəxsin şikayətləri nəticəsində evin tikintisi üzrə bütün işlər dayandırılmışdır. Üçüncü şəxsin nümayəndəsi bunu onunla izah etmişdir ki, onun şikayətlərinin nəticəsi olaraq Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən MTK-ya verilən Sərəncam qanunsuz olduğuna görə ləğv edilmiş və ərazi üçüncü şəxsə verilmişdir. Apellyasiya baxışı zamanı 3-cü şəxsin nümayəndəsi və vəkili Vəkil1 izahatında bildirmişdir ki, sahibkara ziyan vurma kimi bir marağ yoxdur. Torpaq sahəsi 1996-cı ildə iddiaçıya ayrılmışdır. 2017-ci ildə qiymətləndirmə aparılan zaman ciddi təhlükə olduğu aşkarlanmış və sərəncamın ləğv edilməsi qərar alınmışdır. Bakı şəhər İcra Hakimiyyəti tərəfindən sərəncam ləğv edilmişdir. Həmin ərazidə su basmaları və digər təhlükələr hələ də aradan qaldırılmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.2-ci maddəsinə inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından düzgün əsaslandırılmamışdır. Beləliklə, kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən maddi hüquq normaların və inzibati icraat haqqında qanunvericiliyin tələblərinin pozulması öz təsdiqini tapmadığından mübahisələndirilən inzibati akt əsaslıdır və ləğv oluna bilməz. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən iddiaçının hər hansı hüququ pozulmamışdır. Birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbinin təmin edilməməsi qərarına gəlmişdir. Ona görə də şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı MTK tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-965/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(103)-848/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-848/2022
12.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver