Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-85/2023 10.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “cavabdeh orqanın qərarının qismən ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X8 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X4 ibarət tərkibdə, X6-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “cavabdeh orqanın **********140383 saylı 08 sentyabr 2020-ci il tarixli qərarının qismən (437782.05 manat vergilərin artıq hesablanması hissəsi istisna olmaqla) ləğv edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-902/2021 saylı 06 oktyabr 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 10 may 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “səyyar vergi yoxlamasının keçirilməsi haqqında” **********192006 saylı xx.xx.2019-cu il tarixli qərarının surətindən görünür ki, İddiaçı MMC (VÖEN **********) üzrə Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə yanvar 2016 – iyul 2019 vergi dövrləri üzrə növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi qərara alınmışdır. Yoxlamanın müddəti 30 iş günü müəyyən edilmişdir. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********13140383 saylı xx.xx.2020-ci il tarixli qərarın surətindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəisinin 1-ci müavini kiçik vergi xidməti müşaviri X9, İddiaçı MMC üzrə keçirilmiş səyyar vergi yoxlamasının nəticələri haqqında **********192476 saylı xx.xx.2020ci il tarixli aktına və **********774200 saylı xx.xx.2020-ci il tarixli sənədə baxıb müəyyən edilmişdir ki, cəmiyyət yoxlama ilə əhatə olunan dövrdə faktiki olaraq ixtisaslaşdırılmamış topdansatış fəaliyyəti ilə məşğul olmuşdur. Vergi ödəyicisi tərəfindən sənədlər yoxlamaya tam təqdim edilmədiyindən yoxlama vergi orqanında olan uçot baza məlumatlarına əsasən aparılmışdır. Cəmiyyətinin yoxlanılan dövr üzrə satış dövriyyəsi təqdim etdiyi elektron vergi hesab fakturalarına əsasən müəyyən olunmuşdur. Vergi ödəyicisi tərəfindən yoxlanılan dövr üzrə təqdim edilmiş elektron vergi hesab fakturalarına əsasən satış dövriyyəsi (ƏDVsiz) 11.117.528,75 manat göstərilmişdir. Belə ki, vergi ödəyicisinin gəlirləri 2016-cı il üzrə 10405.55 manat. 2017-ci il üzrə 10 390 151.49 manat, 2018-ci il üzrə 716 970.7 manat olmuşdur. Vergi ödəyicisi yoxlamaya gəlirin əldə edilməsi ilə bağlı xərcləri təsdiq edən heç bir sənəd təqdim etməmişdir. Vergi Məcəlləsinin 16.1.3-cü maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş qaydada xərclərinin(gəlirlərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin birbaşa vəzifələrinə aid edilmişdir. Bunlar nəzərə alınaraq mənfəət vergisi Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq olunmuş vergi ödəyicisnin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması qaydalarına əsasən hesablanmışdır. Bununla da cəmiyyətin 2016- 2018-ci illər üzrə mənfəət vergisinin 2016-cı il üzrə 346,85 manat (10405,55/120*20*20%=346.85 manat). 2017-ci il üzrə 346.338,38 manat; 10.390.151,49/120*20*20% -346.338,38 manat), 2018-ci il üzrə 23.899,06 manat (716.970,71/120*20*20%=23.899,06 manat), ümumilikdə 370.584,29 (11.117.528,75 /120*20*20%= 370.584,29) manat olduğu müəyyən edilmişdir. Cəmiyyətin yoxlanılan dövrdə əlavə dəyər vergisi üzrə kənarlaşmaları müəyyən etmək üçün onun təqdim etdiyi elektron vergi hesab fakturaları ilə idxal etdiyi və aldığı mallar müqayisə edilmiş, malların çeşid fərqi müəyyən edilmiş və nəticədə cəmiyyətin 2018-ci ilin sonuna 9 241 231,16 manat məbləğində mal qalığının olduğu aşkar edilmişdir. Mal qalığının tərkibi barədə vergi ödəyicisindən sənədlər tələb olunmasına baxmayaraq vergi ödəyicisi xx.xx.2019-cu il tarixinə cəmiyyətin hər hansı mal qalığının mövcud olmaması barədə izahat təqdim etmişdir. Bunları nəzərə alaraq vergi orqanı Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən 9 241 231,16 manat məbləğində mala ƏDV hesablamış və bu Vergi Məcəlləsinin 67.15-ci maddəsinə əsasən səyyar vergi yoxlaması ilə əhatə edilən sonuncu hesabat dövrünə, yəni 2019-cu ilin iyul ayına aid edilmişdir. Nəticədə yoxlanılan dövr üzrə əlavə dəyər vergisinin 1 594 793,55 manat olduğu müəyyən edildi. Vergi ödəyicisi yoxlanılan dövr üzrə fiziki şəxslərdən icarəyə götürdüyü obyektlərə görə ödəmə mənbəyində tutulan verginin ödəyicisi olmuşdur. Lakin cəmiyyət 2017-ci ilin 3cü və 4-cü rübləri üzrə və 2018-ci ilin 2-ci və 4-cü rübləri üzrə ÖMV bəyannamələrini vergi orqanına təqdim etməmişdir. Bundan başqa ÖMV üzrə 336 manat vergi azaldılmış, 1265.55 manat vergi məbləği artıq hesablanmışdır. Ümumiyyətlə, yoxlanılan dövr üzrə kənarlaşmalar əsas etibarilə ƏDV və mənfəət vergiləri üzrə müəyyən olunmuşdur. Mənfəət vergisi üzrə 6 784,42 manat hesablanmanı nəzərə alsaq 363 799,87 manat mənfəət vergisinin azaldıldığı, əlavə dəyər vergisi üzrə 299 564.5 manat hesablanmanı nəzərə alsaq, vergi ödəyicisi tərəfindən 1 295 229,05 (1 594 793,55-299 564,5) manat verginin azaldılması müəyyən edilmişdi. Beləliklə, mənfəət vergisi üzrə 363 799,87 manat, əlavə dəyər vergisi üzrə 1 295 229.05 manat əlavə hesablama aparılmış. Ödəmə mənbəyində tutulan vergi 929,55 manat azaldılmışdır. Vergi ödəyicisinin özünü müdafiəsi üçün gətirdiyi dəlillər və digər sənədlər: Ökədə olan pandemiya rejimi ilə əlaqədar olaraq Vergi Məcəlləsinin 49-cü maddəsinə əsasən vergi ödəyicisinə 21,09.2020-ci il tarixli **********484800 nömrəli məktubla vergi yoxlamasının nəticələri üzrə rəsmiləşdirilmiş xx.xx.2020-ci il tarixli **********192476 nömrəli səyyar vergi yoxlaması aktına baxılmada iştirak etmək üçiin müraciət olundu. Bunun üçün onunla təyin olunmuş gündə, yəni xx.xx.2020-ci il tarixdə telefonla əlaqə saxlanaraq xx.xx.2020-ci il tarixli **********192476 nömrəli səyyar vergi yoxlaması aktına baxıldığı, vergi ödəyicinin akta etiraz və şikayətlərini bildirməsi təklif olunmuş, vergi ödəyicinin nümayəndəsi bununla bağlı məlumatı rəhbərliyə çatdıracağını, rəhbərlik uyğun gördüyü təqdirdə gün ərzində əlaqə saxlanılacağını bildirdi. Lakin vergi ödəyicisinin nümayəndələri vergi yoxlamasının nəticələri üzrə rəsmiləşdirilmiş xx.xx.2020-ci il tarixli **********192476 nömrəli səyyar vergi yoxlaması aktına baxılmada iştirak etməmiş, bununla bağlı öz şikayət və etirazlarını vergi orqanına bildirməmişlər. Buna görə də vergi orqanı tərəfindən düzgün qərar qəbul edilməsi üçün bütün hallar, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan bütün hallar və maliyyə sanksiyalarına münasibətdə Vergi Məcəlləsinin 56.1-ci maddəsinin tələblərini nəzərə alınaraq Vergi Məcəlləsinin 49.1-ci maddəsinə əsasən qərar qəbul edilmişdi. Vergi ödəyicisinə vergi qanunvericiliyin pozulmasına görə 165.809,937 manat əlavə vergi məbləğinin hesablanması və 1.019.223,39 manat maliyyət sanksiyasının tətbiq edilməsi qərara alınmışdır. **********192476 saylı xx.xx.2020-ci il tarixli “Səyyar vergi yoxlaması” aktının surətindən görünür ki, Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi **********192006 saylı xx.xx.2019-cu il tarixli qərarına əsasən Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi auditi idarəsinin Ticarət sahəsi üzrə şöbəsinin dövlət vergi müfəttişi 2-ci dərəcəli müfəttiş X2, İddiaçı MMC (VÖEN **********) üzrə aşağıdakı siyahısı verilən tədiyyə və dövrlərdə (əmlak vergisi 2016 – 2018, əlavə dəyər vergisi yanvar 2016- iyul 2016, ödəmə mənbəyindən tutulan vergi 1-ci rüb 2016- 2-ci Rüb 2019, mənfəət vergisi- 2016-cı il -2018-ci il, torpaq vergisi - 2016-cı il -2019-cu il, mədən vergisi - 2016-cı il -2019-cu il, sadələşdirilmiş vergi 1-ci rüb 2016- 2-ci Rüb 2019, muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi 2016-cı il – 2018-ci il, aksiz vergisi yanvar 2016 – iyul 2019) Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə əsasən vergilərə və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergilərin və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması aparılmışdır. Yoxlama xx.xx.2019-cu il tarixdə başlanılmış və xx.xx.2020-ci il tarixdə başa çatdırılmışdır. Yoxlama aşağıdakı qərarlar (lar)a əsasən müvəqqəti uzadılmış və (və ya) müvəqqəti dayandırılmışdır: müvəqqəti dayandırma –**********193613 saylı xx.xx.2019-cu il tarixli qərarla 31 gün müdətinə, müvəqqəti dayandırma –**********195115 saylı xx.xx.2019-cu il tarixli qərarla 33 gün müdətinə, müvəqqəti dayandırma –**********196413 saylı xx.xx.2020-ci il tarixli qərarla 32 gün müdətinə, müvəqqəti dayandırma –**********198005 saylı xx.xx.2020-ci il tarixli qərarla 33 gün müdətinə, müvəqqəti dayandırma –**********198814 saylı xx.xx.2020-ci il tarixli qərarla 30 gün müdətinə, müvəqqəti dayandırma –**********199551 saylı xx.xx.2020-ci il tarixli qərarla 31 gün müdətinə, müvəqqəti dayandırma –**********136985 saylı xx.xx.2020ci il tarixli qərarla 29 gün müdətinə, müddət uzadılma –**********137732 saylı xx.xx.2020-ci il tarixli qərarla 30 gün müddətinə. Hazırda İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı tələbi “cavabdeh orqanın **********140383 saylı 28 sentyabr 2020-ci il tarixli qərarının qismən (437782.05 manat vergilərin artıq hesablanması hissəsi istisna olmaqla) ləğv edilməsi”nə dair qərar qəbul edilməsi barədədir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, MMC-nin şəxsi hesab vərəqəsində təsdiqlənməmiş azalmalar qrafasında 1.625.117 manat məbləğ öz əksini tapmışdır. Həmin məbləğin hansı səbəbə görə yaranması barədə açıqlanma verilməsi və bu anlaşılmazlığın aradan qaldırılması barədə cavabdehə dəfələrlə müraciət olunmasına baxmayaraq, indiyədək məsələ həll edilməmiş, bundan əlavə cəmiyyətin bank hesabına həmin məbləğə blok qoyulmuşdur. Lakin cavabdeh qanunları pozaraq iddiaçının hesabına ötən müddət ərzində blok qoymaqla, nəticədə ona külli məbləğdə maddi zərər yetirmişdir. Lakin iddiaçı üzərinə düşən öhdəliyi vaxtlı-vaxtında icra etmişdir. Cavabdehin hərəkətlərinin qeyriqanuni olduğu belə əsaslandırılır – İPM-in 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.2-ci maddəsinə əsasən öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Göstərilənlərə AR Vergi Məcəlləsinin 3.8, 3.11, 53.3, 220.1-ci maddələrinə, İPM-in 34.1, 14.2, 38.1, 55, 73.2-ci maddələrinə, «İnzibati icraat haqqında» AR Qanunun 72.1, 72.5-ci maddələrinə əsaslanaraq, cavabdeh tərəfindən iddiaçının şəxsi hesab vərəqəsində təsdiqlənməmiş azalmalar qrafasında göstərilən və 1.625.117 manat məbləğin düzgün hesablanmasının müəyyən edilməsi və iddiaçının bank hesabına qoyulmuş blokun ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdehin etirazları: İş üzrə cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, vergi ödəyicisi yoxlama ilə əhatə olunan dövrdə faktiki olaraq ixtisaslaşdırılmamış topdansatış fəaliyyəti ilə məşğul olmuşdur. Vergi ödəyicisi tərəfindən sənədlər yoxlamaya tam təqdim edilmədiyindən, yoxlama vergi orqanında olan uçot baza məlumatlarına əsasən aparılmışdır. Vergi ödəyicisinə hesablanmış vergilərin məbləği aşağıdakı kimi olmuşdur: mənfəət vergisi üzrə – iddiaçının yoxlanılan dövr üzrə satış dövriyyəsi təqdim etdiyi elektron vergi hesab fakturalarına əsasən müəyyən olunmuşdur. Vergi ödəyicisi tərəfindən yoxlanılan dövr üzrə təqdim edilmiş elektron vergi hesab fakturalarına əsasən satış dövriyyəsi (ƏQV-siz) 11.117.528,75 manat göstərilmişdir. Belə ki, vergi ödəyicisinin gəlirləri 2016-cı il üzrə 10.405,55 manat, 2017-ci il üzrə 10.390.151,49 manat, 2018-ci il üzrə 716.970,71 manat olmuşdur. Vergi ödəyicisi yoxlamaya gəlirin əldə edilməsi ilə bağlı xərcləri təsdiq edən heç bir sənəd təqdim etməmişdir. Vergi Məcəlləsinin 16.1.3-cü maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş qaydada xərclərinin (gəlirlərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin birbaşa vəzifələrinə aid edilmişdir. Bunları nəzərə alaraq mənfəət vergisi Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq olunmuş «Vergi ödəyicisnin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalan»na əsasən hesablanmışdır. Bununla da İddiaçı MMC-nin 2016 – 2018-ci illər üzrə mənfəət vergisinin 2016-cı il üzrə 346,85 manat (10.405,55/120x20x20%=346,85 manat), 2017-ci il üzrə 346.338,38 manat (10.390.151,49/120x20x20%=346.338,38 manat), 2018-ci il üzrə 23.899,06 manat (716.970,71/120x20x20%=23.899,06 manat), bununla da mənfəət vergisinin ümumilikdə 370.584,29 (11.117.528,75/120x20x20%=370.584,29) manat olduğu müəyyən edilmişdir. Nəticədə yoxlanılan dövr ərzində iddiaçı tərəfindən 6.784,42 manat mənfəət vergisinin hesablandığını nəzərə alaraq, 363.799,87 mənfəət vergisinin azaldıldığı müəyyən olunmuş və azaldılmış məbləğə 181.726,51 manat maliyyə sanksiyası hesablanmışdır. Əlavə dəyər vergisi üzrə – iddiaçının yoxlanılan dövr üzrə əlavə dəyər vergi üzrə kənarlaşmaları müəyyən etmək üçün onun təqdim etydiyi elektron vergi hesab fakturalar ilə idxal etdiyi və aldığı mallar müqayisə edilmiş, malların çeşid fərqi müəyyən edilmiş və nəticədə qurumun 2018-ci ilin sonuna 9.241.231.16 manat məbləğində mal qalığının olduğu aşkar edilmişdir. Mal qalığının tərkibi barədə vergi ödəyicisindən sənədlər tələb olunmasına baxmayaraq, vergi ödəyicisi 31 iyul 2019-cu il tarixə iddiaçının hər hansı mal qalığının mövcud olmaması barədə izahat təqdim etmişdir. Bunları nəzərə alaraq vergi orqanı Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən 9.241.231,16 manat məbləğində mala ƏDV hesablamış və bu Vergi Məcəlləsinin 67.15-ci maddəsinə əsasən səyyar vergi yoxlaması ilə əhatə edilən sonuncu hesabat dövrünə, yəni 2019-cu ilin iyul ayına aid edilmişdir. Nəticədə yoxlanılan dövr üzrə əlavə dəyər vergisinin 1.594.793,55 manat olduğu müəyyən edilmişdir. Nəticədə yoxlanılan dövr ərzində iddiaçı tərəfindən 299.564,5 manat əlavə dəyər vergisinin hesablandığını nəzərə alaraq vergi ödəyicisi tərəfindən 1.295.229,05 manat əlavə dəyər vergisinin azaldılması müəyyən edilmiş, azaldılmış məbləğə 852.037,24 manat maliyyə sanksiyası hesablanmışdır. Ödəmə mənbəyində tutulan vergi üzrə – vergi ödəyicisi yoxlanılan dövr üzrə fiziki şəxslərdən icarəyə götürdüyü obyektlərə görə ödəmə mənbəyində tutulan verginin ödəyicisi olmuşdur. Lakin iddiaçı 2017-ci ilin İİİ və İV rübləri üzrə və 2018-ci ilin İİ və İV rübləri üzrə ÖMV bəyannamələrin vergi orqanına təqdim etməmişdir. Bundan başqa ÖMV üzrə 336 manat vergi azaldılmış, 1.265,55 manat vergi məbləği artıq hesablanmışdır. Azaldılmış vergi məbləğinə 168 manat maliyyə sanksiyası hesablanmışdır. Ümumiyyətlə, yoxlanılan dövr üzrə kənarlaşmalar əsas etibarilə, ƏDV və mənfəət vergisi üzrə müəyyən olunmuşdur. Mənfəət vergisi üzrə 6.784,42 manat hesablama nəzərə alınaraq 363.799,87 manat mənfəət vergisinin azaldıldığı, əlavə dəyər vergisi üzrə 299.564,5 manat hesablanmanı nəzərə alaraq, vergi ödəyicisi tərəfindən 1.295.229,05 (1.594.793,55 – 299.564,5) manat verginin azaldılması, ödəmə mənbəyində tutulan vergi üzrə 929,55 manat artıq hesablama müəyyən edilmişdir. Beləliklə, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarla şəxsi vərəqəyə işlənmiş məbləğ aşağıdakı kimi olmuşdur: mənfəət vergisi üzrə hesablama 363.799,87 manat, maliyyə sanksiyası 181.726,51 manat, əlavə dəyər vergisi üzrə hesablama 1.295.229,05 manat, maliyyə sanksiyası 837.088,88 manat, ödəmə mənbəyində tutulan vergi üzrə azalma 929,55 manat, maliyyə sanksiyası 168 manat, ödəmə mənbəyində tutulan vergi bəyannaməsi, MDSS və işsizlik sığortası üzrə rüblük hesabatları təqdim edilmədiyinə görə 240 manat maliyyə sanksiyası. Ümumilikdə şəxsi vərəqəyə 1.658 099,37 manat əsas məbləğ, 1.019 223,39 manat maiiyyə sanksiyası işlənmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-902/2021 saylı 06 oktyabr 20021-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı MMC tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə VM-nin 67 və 83.9-cü maddələrini düzgün təhlil etməmiş və nəticədə mənfəət vergisinin AR Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarı əsasında hesablanması ilə bağlı səhv nəticəyə gəlmişdir. Belə ki, VM-nin tələblərinə görə, vergi orqanı vergi ödəyicisinin gəlir və xərclərini ilk öncə VM-nin 67.1-ci maddəsində göstərilən əlaqəli məlumatlara əsasən müəyyən etməlidir. Bu mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. Hər iki metod əsasında gəlir və xərclərdən hər hansı birini müəyyən etmək mümkün olmadıqda, vergilər AR Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na əsasən hesablanır. Göründüyü kimi, qanunverici gəlir və xərclərin, dolayısı ilə vergilərin hesablanması üçün VM-nin 67-ci maddəsində müvafiq ardıcıllıq müəyyən etmişdir ki, vergilərin AR Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarı ilə təsdiq edilmiş şərti rentabellik norması əsasında hesablanması bu ardıcıllığın sonuncu mərhələsidir. Lakin hazırkı iş üzrə cavabdeh həmin ardıcıllığa riayət etmədən, iddiaçının 2016-2018-ci illər üzrə mənfəət vergisini birbaşa AR Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarı ilə təsdiq edilmiş şərti rentabellik norması əsasında hesablamışdır ki, bu da qanunvericiliyin tələblərinin kobud şəkildə pozulmasıdır. Eyni zamanda qeyd edir ki, Vergi Məcəlləsinə xx.xx.2021-ci il tarixli Qanunla əlavə edilmiş və xx.xx.2022-ci il tarixdən qüvvəyə minmiş 67.17-ci maddəyə əsasən bu Məcəllənin 67-ci maddəsində sadalanan vergitutma obyektinin müəyyən edilməsi ilə bağlı ayrı-ayrı halları tənzimləyən maddələr bu maddədə sıra üzrə ardıcıllıq gözlənilmədən tətbiq edilir. Qeyd olunan normadan aydın olur ki, qanunverici VM-nin 67-ci maddəsində olan ardıcıllığı məhz xx.xx.2022-ci ildən sonra aradan qaldırmışdır ki, hazırkı iş üzrə səyyar vergi yoxlaması 2016-2019-cu illəri əhatə etdiyindən, VM-nin 67.17-ci maddəsi həmin illərə münasibətdə ağırlaşdırıcı norma olaraq geriyə tətbiq edilə bilməz. Bundan başqa qeyd edir ki, İddiaçı MMC-nin fəaliyyəti ilə bağlı təsdiqedici sənədlər elektron sənədlər olduğundan, cəmiyyətin gəlir və xərclərinə dair məlumatlar vergi orqanın uçot məlumat bazasında mövcud olmuş və yoxlamanı həyata keçirən vergi orqanına da məlum olmuşdur. Belə ki, cəmiyyət satdığı malları elektron vergi hesab fakturası, idxal etdiyi malları isə yük gömrük bəyannamələri ilə rəsmiləşdirmişdir ki, bu da cəmiyyətin gəlir və xərclərinə dair təsdiqedici sənədlərin mövcud olduğunu və vergi orqanının da bu sənədlərdən məlumatlı olduğunu göstərir. Bu isə o deməkdir ki, gəlir və xərclərə dair təsdiqedici sənədlər olduğu təqdirdə, vergi orqanının cəmiyyətin mənfəət vergisini AR Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş şərti rentabellik norması əsasında hesablamaq hüququ olmamışdır. Bundan başqa qeyd edir ki, vergi orqanı iddiaçıya 2016- 2018-ci illər üzrə aparılmış əməliyyatlara əsasən 1663421.61 manat ƏDV-ni VM-nin 67.15-ci maddəsinə müvafiq olaraq hesablamışdır ki, bu da qanunvericiliyinin tələblərinin pozulması ilə nəticələnmişdir. Belə ki, VM-nin 67.15-ci maddəsi 30 noyabr 2018-ci il tarixli 1356-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə əlavə edilmişdir və yalnız 2019-cu ildən sonrakı tarixdə baş vermiş əməliyyatlara münasibətdə tətbiq edilə bilərdi. Lakin iş materiallarından göründüyü kimi, vergi orqanı həmin normanı məhz qanuni qüvvəyə mindiyi tarixdən (xx.xx.2019-cu il) əvvəlki tarixlərdə baş vermiş əməliyyatlara münasibətdə tətbiq etmişdir ki, bu da iddiaçının qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmənin 3-cü – ƏDV sub-uçot hesabında olan məhdudiyyətə dair hər hansı sübutun təqdim edilməməsi barədə dəlilinə münasibətdə qeyd edir ki, ƏDV sub-uçot hesabına nəzarət edən qurum İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətidir və həmin hesabda baş verən istənilən problemi həll etmək imkanı da məhz həmin quruma məxsusdur. İddiaçı faktiki olaraq ƏDV sub-uçot hesabında əməliyyat aparmaq, o cümlədən digər ƏDV ödəyicilərinə və gömrük orqanına ƏDV köçürmək imkanından məhrum olmuşdur ki, bu imkanı yenidən bərpa etmək vergi orqanının vəzifəsidir, hətta həmin məhdudiyyət vergi orqanı tərəfindən qoyulmasa belə. Cəmiyyətin ƏDV sub-uçot hesabında olan məhdudiyyəti məhkəmə baxışı zamanı əyani şəkildə iclas zalında göstərməyə hazırıq. Mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar və iş üzrə sübutlar (gəlir və xərclərə dair təsdiqedici sənədlər, ƏDV sub-uçot hesabında mövcud olan məhdudiyyət) məhkəmə tərəfindən xidməti vəzifəsinə uyğun olaraq tam, obyektiv və hərtərəfli araşdırılmamışdır. Cəmiyyətin yoxlama ilə əhatə olunan hesabat dövrləri ərzində apardığı əməliyyatlara dair təsdiq edici sənədlər (elektron vergi hesab fakturalar, yük gömrük bəyannamələri) olduğu halda, eləcə də cəmiyyətin ƏDV sub-uçot hesabında faktiki olaraq məhdudiyyət (blok) olduğu halda, məhkəmə bu halları aydınlaşdırmaq, zəruri sübutları toplamaq istiqamətində hər hansı addım atmamışdır. Apellyasiya şikayətinə dair yazılı etirazın dəlilləri: Apellyasiya şikayətinə yazılı etiraz iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil edir. Əlavə olaraq göstərilmişdir ki, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən saxlanılmalıdır. Tərəflərin izahatları: Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya apellyasiya şikayətini müdafiə edərək, onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmiş, həmçinin ekspert rəyinə etiraz etmədiyini bildirmişdir. Cavabdehin nümayəndəsi X10 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək və apellyasiya şikayətinə yazılı etirazın məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdi. İddiaçının nümayəndəsi və vəkili apellyasiya baxışı zamanı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, “cavabdeh orqanın **********140383 saylı 28 sentyabr 2020-ci il tarixli qərarının qismən (437782.05 manat vergilərin artıq hesablanması hissəsi istisna olmaqla) ləğv edilməsi”nə dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1570/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı verdiyi ərizə icraata qəbul edilmişdir. Cavabdeh tərəfindən ekspert rəyinə mülahizə Ekspert rəyinə dair verilmiş mülahizə onunla əsaslandırılmışdır ki, təqdim olunmuş ekspert rəyində İddiaçı MMC tərəfindən aparılmış əməliyyatlara görə 2016-cı, 2017-ci və 2018-ci illər üzrə ümumilikdə 292.989,81 manat mənfəət vergisinin, aprel 2016 - iyul 2019 hesabat dövləri ərzində ümumilikdə 844.784,00 manat (776.460,06 + 68.323,94) ƏDV-nin az hesablanması və 436.516,50 manat məbləğində ƏDV-nin isə artıq hesablanması müəyyən edilir. Vergi ödəyicisi tərəfindən 2016-2018-ci illər üzrə təqdim edilmiş elektron vergi hesab fakturalarına əsasən satış dövriyyəsi (ƏDV-siz) 11 117 528,75 manat göstərilmişdir. Belə ki, vergi ödəyicisinin gəlirləri 2016-cı il üzrə 10405,55 manat, 2017-ci il üzrə 10 390 151,49 manat, 2018-ci il üzrə 716 970,71 manat olmuşdur. Vergi ödəyicisi yoxlamaya gəlirin əldə edilməsi ilə bağlı xərcləri təsdiq edən heç bir sənəd təqdim etməmişdir. Vergi Məcəlləsinin 16.1.3-cü maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş qaydada xərclərinin (gəlirlərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin birbaşa vəzifələrinə aid edilmişdir. Bunları nəzərə alaraq mənfəət vergisi Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və Nazirlər Kabinetinin 55 nömrəli qərarı ilə təsdiq olunmuş vergi ödəyicisnin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması qaydalarına əsasən hesablanmışdır. Bununla da cəmiyyətin 2016-2018-ci illər üzrə mənfəət vergisinin 2016-cı il üzrə 346,85 manat (10405,55/120*20*20%=346,85 manat), 2017-ci il üzrə 346338,38 manat (10390 151,49/120*20*20%=346338,38 manat), 2018-ci il üzrə 23899,06 manat (716 970,71/120*20*20%=23 899,06 manat), ümumilikdə 370 584,29 (11 117 528,75/120*20*20%= 370584,29) manat olduğu müəyyən edilmişdir. Nəticədə yoxlanılan dövr ərzində cəmiyyət tərəfindən 6 784,42 manat mənfəət vergisi hesablandığı nəzərə alınaraq 363799,87 manat mənfəət vergisinin azaldıldığı müəyyən edilmişdir. Cəmiyyət tərəfindən sənədlər yoxlamaya tam təqdim edilmədiyindən yoxlama vergi orqanında olan uçot baza məlumatlarına əsasən aparılmışdır. Belə ki, cəmiyyətin dövriyyəsi təqdim etdiyi elektron vergi hesab fakturalarına əsasən müəyyən olunmuşdur. Yoxlama ilə müəssisənin ƏDV-siz dövriyyəsi aşağıdakı kimi olmuşdur: 2016-cı ilin aprel ayı üzrə 0,00 manat, may ayı üzrə 0,00 manat, iyun ayı üzrə 0,00 manat, iyul ayı üzrə 0,00 manat, avqust ayı üzrə 0,00 manat, sentyabr ayı 0,00 manat, oktyabr ayı üzrə 0,00 manat, noyabr ayı üzrə 10 405,55 manat, dekabr ayı üzrə 0,00 manat, 2017-ci il in yanvar ayı üzrə 115 204,54 manat, fevral ayı üzrə 561 263,14 manat, mart ayı üzrə 1 100 817,31 manat, aprel ayı üzrə 382 158,18 manat, may ayı üzrə 701 515,78 manat, iyun ayı üzrə 450 606,01 manat, iyul ayı üzrə 1 542 056,46 manat, avqust ayı üzrə 716 652,21 manat, sentyabr ayı üzrə 354 531,11 manat, oktyabr ayı üzrə 2 224 558,33 manat, noyabr ayı üzrə 1 080 927,44 manat, dekabr ayı üzrə 1 159 860,96 manat, 2018-ci ilin yanvar ayı üzrə 85 492,91 manat, fevral ayı üzrə 356 963,94 manat, mart ayı üzrə 42 098,86 manat, aprel ayı üzrə 172 659,67 manat, may ayı üzrə 0,00 manat, iyun ayı üzrə 0,00 manat,iyul ayı üzrə 0,00 manat, avqust ayı üzrə 59 756,36 manat, sentyabr ayı 0,00 manat, oktyabr ayı üzrə 0,00 manat, noyabr ayı üzrə 0,00 manat, dekabr ayı üzrə 0,00 manat, 2019-cu ilin yanvar ayı üzrə 0,00 manat, fevral ayı üzrə 0,00 manat, mart ayı üzrə 0,00 manat, aprel ayı üzrə 0,00 manat, may ayı üzrə 0,00 manat, iyun ayı üzrə 0,00 manat, iyul ayı üzrə 9 241 231,16 manat ƏDV-siz dövriyyəsi, ümumilikdə 20 358 759,91 manat ƏDV-siz dövriyyə(3 664 576,78 manat ƏDV hesablanmış) müəyyən edilmişdir. Vergi ödəyicisinin təqdim etdiyi elektron vergi hesab fakturalar ilə idxal etdiyi və aldığı mallar müqayisə edilmiş, malların çeşid fərqi müəyyən edilmiş və nəticədə cəmiyyətin 2018-ci ilin sonuna 9 241 231,16 manat məbləğində mal qalığının olduğu aşkar edilmişdir. Mal qalığının tərkibi barədə vergi ödəyicisindən sənədlər tələb olunmasına baxmayaraq vergi ödəyicisi xx.xx.2019-cu il tarixinə cəmiyyətin hər hansı mal qalığının mövcud olmaması barədə izahat təqdim etmişdir. Bunları nəzərə alaraq, vergi orqanı Vergi Məcəlləsinin 159.1 -ci maddəsinə əsasən 9 241 231,16 manat məbləğində mala ƏDV hesablamış və bu Vergi Məcəlləsinin 67.15-ci maddəsinə əsasən səyyar vergi yoxlaması ilə əhatə edilən sonuncu hesabat dövrünə, yəni 2019-cu ilin iyul ayına aid edilmişdir. Nəticədə yoxlanılan dövr ərzində cəmiyyət tərəfindən 299 564,5 manat əlavə dəyər vergisinin hesablandığını nəzərə alsaq, vergi ödəyicisi tərəfindən 1 295 229,05 (1 594 793,55- 299 564,5) manat verginin azaldılması müəyyən edilmişdir. Göründüyü kimi, ekspert rəyi əsassızdır. Elektron vergi hesab fakturalarda mövcud olan məlumatlarla ekspertin gəldiyi nəticələr üst-üstə düşmür. Bununla yanaşı, vergi ödəyicisinin təqdim etdiyi elektron vergi hesab fakturalar ilə idxal etdiyi və aldığı, eləcə də təqdim etdiyi malların çeşid fərqi, mal qalığının tərkibi barədə məlumatlar vergi ödəyicisinin baza məlumatlarından götürülmüş, mülahizəyə əlavə edilmişdir. Göstərilən sənədlər vergi orqanı tərəfindən aparılmış yoxlamanın nəticələrini tam şəkildə təsdiq edir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir və iddiaçı İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, vergi orqanı tərəfindən İddiaçı MMC-nin 1 yanvar 2016-cı il tarixdən 31 iyul 2019-cu il tarixədək olan dövr üzrə fəaliyyətinə səyyar vergi yoxlaması keçirilmişdir. Yoxlamanın əhatə etdiyi dövrdə iddiaçı ixtisaslaşdırılmış topdansatış fəaliyyəti ilə məşğul olmuşdur. Yoxlama zamanı hazırkı iddiaçı tərəfindən sənədlər tam təqdim edilmədiyindən, yoxlama vergi orqanlarında olan uçot baza məlumatları əsasında aparılmışdır. Yoxlama ilə iddiaçıya müvafiq dövrlər üzrə 363.799,87 manat mənfəət vergisi, 1.295.229,05 manat əlavə dəyər vergisi və 929,55 manat ödəmə mənbəyində tutulan vergi məbləğinin azaldılması müəyyən edilmişdir. Həmçinin ödəmə mənbəyində tutulan vergi bəyannaməsi, MDSS və işsizlik sığortası üzrə rüblük hesablatların təqdim edilməməsinə 240 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Ümumilikdə azaldılmış vergi məbləğlərinə görə 1.019.223,39 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Hazırda iddiaçı həmin səyyar vergi yoxlamasının nəticələri üzrə cavabdehin 28 sentyabr 2020-ci il tarixli **********140383 nömrəli qərarının qismən (437782.05 manat vergilərin artıq hesablanması hissəsi istisna olmaqla) ləğv edilməsini tələb edir. İddiaçının “inzibati aktın mübahisələndirilməsi” ilə bağlı verdiyi iddia birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 39.1-ci maddəsinə görə səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 49.1-ci maddəsinə görə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində aşağıda göstərilən qərarlardan birini çıxarır: vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması, əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında, əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın qüvvədə saxlanılması, əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın tam və ya qismən ləğv edilməsi və ya qərara dəyişikliklər edilməsi, yeni qərarın qəbul edilməsi. Həmin Məcəllənin 56.1-ci maddəsinin 1 yanvar 2020-ci il tarixdən qüvvədə olan tələblərinə əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamalarında isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Bu maddə ilə müəyyən edilən müddət bu Məcəllənin 49.1-ci maddəsinə uyğun olaraq məsuliyyətə cəlb edilməsi barədə qərarın qəbul edilmə tarixindən asılı olmayaraq səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki müvafiq dövrü əhatə edir. Həmin Məcəllənin 67.1-ci maddəsinə görə bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri, vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar, vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar, vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar, vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar, vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar, vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar, vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. Həmin Məcəllənin 67.14-cü maddəsinə görə bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Həmin Məcəllənin 83.9-cu maddəsinə görə vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 55 saylı 01 mart 2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin mənfəətini birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması Qaydaları”na əsasən bu Qaydalar Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən hazırlanmış və vergi ödəyicisinin əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması qaydalarını müəyyən edir. Həmin Qaydaların 6-cı bəndinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında və ya vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar xərcləri əsasında müəyyən edir. Həmin Qaydaların 6.1.3-cü bəndinə əsasən vergi ödəyicisinin mənfəəti şərti üsulla müəyyən edilərkən şərti rentabellik norması (R) 20 faiz səviyyəsində götürülür. Vergi Məcəlləsinin 85.4-cü maddəsinin 1 yanvar 2020-ci il tarixdən qüvvədə olan tələblərinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. İddiaçı Vergi Məcəlləsinin 67 və 83.9-cü maddələrinin birinci instansiya məhkəməsi tərəfindən düzgün təhlil edilmədiyinə və nəticədə mənfəət vergisinin AR Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarı əsasında hesablanması ilə bağlı səhv nəticəyə gəlindiyinə istinad etdiyi üçün apellyasiya baxışı zamanı bu barədə ətraflı araşdırmalar aparılmışdır. Həmin məhkəmə araşdırmaları zamanı məlum olmuşdu ki, vergi ödəyicisinə vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında xx.xx.2019-cu il tarixli **********192477 saylı tələbnamə verilmiş, lakin vergi ödəyicisi tərəfindən yoxlamanın keçirilməsi üçün zəruri olan ilkin sənədlər vergi orqanına təqdim edilməmiş, sənədlərin təqdim olunmamasının səbəbi izah edilməmiş və bu barədə VM-nin 42.2-ci maddəsinə əsasən xx.xx.2019-cu il tarixli imtina aktı tərtib edilmişdir. Bundan sonra vergi orqanı tərəfindən VM-nin 43-cü maddəsinə əsasən “sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2019-cu il tarixli **********195114 saylı qərar qəbul edilmişdir. Lakin vergi ödəyicisi tərəfindən sənədlər yoxlamaya təqdim olunmamış, bununla bağlı xx.xx.2019-cu il tarixli “sənədlərin və nümunə kimi əşyaların verilməsindən imtina haqqnda” akt tərtib olunmuşdur. Sonradan xx.xx.2020-ci il tarixdə vergi ödəyicisi bir sıra sənədləri yoxlamaya təqdim etdiyi üçün VM-nin 43.8-ci maddəsinə əsasən “sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” Protokol tərtib edilərək bir sıra sənədlər vergi ödəyicisindən götürülmüşdür. Vergi yoxlaması keçirilərkən vergi ödəyicisi tərəfindən təqdim olunan mənfəət vergisi bəyannamələrinə əsasən 2016-cı il üzrə gəliri 10.483,33 manat, xərcləri 486.741,11 manat, 2017-ci il üzrə gəliri 10.733.604,12 manat, xərcləri 10.719.141,24 manat, 2018-ci il üzrə gəliri 738.380,08 manat, xərcləri 718.920,16 manat göstərilmişdir. Vergi ödəyicisinin təqdim etdiyi mənfəət vergisi bəyannamələrinə əsasən 6.784,42 manat mənfəət vergisi hesablanmışdır. Vergi ödəyicisinin mənfəətinin müəyyən edilməsi üçün onun 2016-2018-ci illər üzrə təqdim etdiyi elektron vergi hesab fakturalarına əsasən formalaşan satış dövriyyəsi əsas götürülmüşdür. Vergi ödəyicisi tərəfindən 2016-2018-ci illər üzrə təqdim edilmiş elektron vergi hesab fakturalarına əsasən satış dövriyyəsi 11.117.528,75 manat göstərilmişdir. Belə ki, vergi ödəyicisinin gəlirləri 2016-cı il üzrə 10.405,55 manat, 2017-ci il üzrə 10.390.151,49 manat, 2018-ci il üzrə 716.970,71 manat olmuşdur. Vergi ödəyicisi yoxlamaya gəlirin əldə edilməsi ilə bağlı xərcləri təsdiq edən hər hansı sənədi təqdim etməmişdir. Halbuki Vergi Məcəlləsinin 16.1.3-cü maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş qaydada xərclərin (gəlirlərinnin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin birbaşa vəzifələrinə aid edilmişdir. Bu baxımdan vergi orqanı VM-nin 83.9-cu maddəsinə və Nazirlər Kabinetinin 55 nömrəli qərarı ilə təsdiq olunmuş vergi ödəyicisinin əldə etdiyi mənfəət (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması qaydalaına əsasən hesablanmışdır. Odur ki, məhkəmə kollegiyası iddiaçının “VM-nin 67-ci maddəsində müvafiq ardıcıllığın müəyyən edilməsinə baxmayaraq bu ardıcıllığın sonuncu mərhələsi kimi vergi orqanı tərəfindən vergilərin AR Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarı ilə təsdiq edilmiş şərti rentabellik norması əsasında hesablanmasının düzgün olmaması” barədə dəlilini əsassız sayır. Göründüyü kimi, vergi orqanı tərəfindən cəmiyyətin 2016 – 2018-ci illər üzrə mənfəət vergisinin 2016-cı il üzrə 346,85 manat (10.405,55/120x20x20%=346,85 manat), 2017-ci il üzrə 346.338,38 manat (10.390.151,49/120x20x20%=346.338,38 manat), 2018ci il üzrə 23.899,06 manat (716.970,71/120x20x20%=23.899,06 manat), bununla da mənfəət vergisinin ümumilikdə 370.584,29 (11.117.528,75/120x20x20%=370.584,29) manat olduğu müəyyən edilmişdir. Nəticədə yoxlanılan dövr ərzində iddiaçı tərəfindən 6.784,42 manat mənfəət vergisinin hesablandığını nəzərə alaraq, 363.799,87 mənfəət vergisinin azaldıldığı müəyyən olunmuş və azaldılmış məbləğə 181.726,51 manat maliyyə sanksiyası hesablanmışdır. Hazırki işə apellyasiya qaydasında tam və hərtərəfli baxılması üçün mühasibatlıq sənədlərinə və vergi bəyannamələrinə əsasən iddiaçı “X12" MMC-nin 2016-2018-cı illər üzrə dövlət büdcəsinə ödəməli olduğu mənfəət vergisi məbləğinin nə qədər təşkil etməsini, həmin hesabat dövrləri üzrə təqdim edilmiş mənfəət vergisi bəyannamələrində vergilərin az və ya artıq hesablanması hallarına yol verilib-verilmədiyini, mühasibatlıq sənədlərinə və vergi bəyannamələrinə əsasən İddiaçı MMC-nin 2016-cı ilin aprel ayından 2019-cu ilin iyul ayınadək (iyul ayı daxil olmaqla) olan hesabat dövrləri üzrə dövlət büdcəsinə ödəməli olduğu əlavə dəyər vergisi məbləğinin nə qədər təşkil etməsini, həmin hesabat ayları üzrə təqdim edilmiş ƏDV bəyannamələrində vergilərin az və ya artıq hesablanması hallarına yol verilib-verilmədiyini, mühasibatlıq sənədlərini və vergi bəyannamələrini nəzərə alaraq, ekspertiza tədqiqatı nəticəsində xx.xx.2020-ci il tarixli **********140383 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərara əsasən Mənfəət vergisinin və ƏDV üzrə hesablanmış əlavə vergi məbləğlərinin öz təsdiqini tapmasının müəyyən edilməsi ilə bağlı məhkəmənin 15 iyul 2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 9/5494 saylı 03 fevral 2023-cü il tarixli ekspert rəyində birinci sual üzrə rəyin tədqiqat hissəsində göstərildiyi kimi, İddiaçı MMC tərəfindən aparılmış əməliyyatlara görə 2016-cı, 2017-ci və 2018-ci illər üzrə ümumilikdə 292.989,81 manat məbləğində mənfəət vergisinin dövlət büdcəsinə az hesablanmasının müəyyən edildiyi, o cümlədən: 2016-cı il üzrə 0.00 manat, 2017-ci il üzrə 272.982.73 manat, 2018-ci il üzrə 20.007.08 manat olduğu, ikinci sual üzrə rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən aprel 2016 - iyul 2019 hesabat dövləri ərzində ümumilikdə 844.784,00 manat (776.460,06 + 68.323,94) ƏDV-nin az hesablanması və 436.516,50 manat məbləğində ƏDV-nin isə artıq hesablanmasının müəyyən edildiyi göstərilmişdir. 3cü sual üzrə isə təqdim edilmiş mühasibatlıq sənədlərini və vergi bəyannamələrini nəzərə alaraq, ekspertiza tədqiqatı nəticəsində xx.xx.2020-ci il tarixli **********140383 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar mənfəət vergisinə münasibətdə 70.816.06 manat hissədə, əlavə dəyər vergisinə münasibətdə isə 886.961.55 manat hissədə öz təsdiqini tapmamışdır. Sözügedən ekspert rəyində qeyd olunmuşdu ki, vergi ödəyicisi tərəfindən təqdim olunan mənfəət vergisi bəyannaməsində 2016-cı il üzrə 10.483,33 manat, xərcləri 486.741,11 manat, nəticədə 476.257,78 manat məbləğində zərərlə fəaliyyət göstərməsi bəyan edilmişdir. Təqdim edilmiş sənədlərin tədqiqi zamanı müəyyən edilmişdi ki, müəssisənin 2016-cı ildə hər hansı fəaliyyəti olmamışdır. Belə olan halda Cəmiyyət tərəfindən 2016-cı il üzrə mənfəət və ya zərər müəyyən edilmir; 2017-ci il üzrə vergi ödəyicisinin təqdim etdiyi bəyannamədə büdcəyə çatası mənfəət vergisi 2.892,44 manat məbləğində göstərilmişdir. Təqdim olunmuş elektron qaimə faktura məlumatlarına görə Cəmiyyətin gəliri 8.276.255,09 manat məbləğində müəyyən olunur. Müəssisə tərəfindən 2017-ci il üzrə gəlirin əldə edilməsi ilə bağlı xərc sənədləri təqdim olunmadığından VM-nin 83.9-cu maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli və xx.xx.2003-cü il tarixli 42 nömrəli qərarlarına əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı hllarda mənfəətin hesablanması Qaydalara əsasən şərti rentabellik norması əsasında vergiyə cəlb olunan mənfəət aşağıdakı qaydada müəyyən edilmişdir: M=G:120x20=8.276.255,09:120x20=1.379.375,85 manat. Belə olan halda Cəmiyyət tərəfindən 2017-ci il üzrə 1.379.375,85 manat məbləğində vergiyə cəlb olunmalı olan mənfəət müəyyən edilir və bu mənfəətdən 20% dərəcəsi ilə 275.875,17 manat məbləğində vergi hesablanır. Kameral vergi yoxlaması ilə hesablanmış 2.892,44 manat məbləğində mənfəət vergisini nəzərə aldıqda son nəticədə vergi ödəyicisi tərəfindən 2017-ci il üzrə mənfəət vergisinin 272.982,73 manat məbləğində az hesablanması müəyyən edilmişdir; 2018-ci il üzrə vergi ödəyicisinin təqdim etdiyi bəyannamədə büdcəyə çatası mənfəət vergisi 3.891,98 manat məbləğində göstərilmişdir. Təqdim olunmuş elektron qaimə faktura məlumatlarına görə Cəmiyyətin gəliri 716.971,71 manat məbləğində müəyyən olunur. Müəssisə tərəfindən 2017-ci il üzrə gəlirin əldə edilməsi ilə bağlı xərc sənədləri təqdim olunmadığından VM-nin 83.9-cu maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli və xx.xx.2003-cü il tarixli 42 nömrəli qərarlarına əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı hllarda mənfəətin hesablanması Qaydalara əsasən şərti rentabellik norması əsasında vergiyə cəlb olunan mənfəət aşağıdakı qaydada müəyyən edilmişdir: M=G:120x20= 716.971,71:120x20= 119.495,29 manat. Belə olan halda Cəmiyyət tərəfindən 2018-ci il üzrə 119.495,29 manat məbləğində vergiyə cəlb olunmalı olan mənfəət müəyyən edilir və bu mənfəətdən 20% dərəcəsi ilə 23.899,06 manat məbləğində vergi hesablanır. Kameral vergi yoxlaması ilə hesablanmış 3.891,98 manat məbləğində mənfəət vergisini nəzərə aldıqda son nəticədə vergi ödəyicisi tərəfindən 2018-ci il üzrə mənfəət vergisinin 20.007,08 manat məbləğində az hesablanması müəyyən edilmişdir; Beləliklə, ekspertiza tədqiqatı nəticəsində cəmiyyət tərəfindən aparılmış əməliyyatlara görə 2016-cı, 2017-ci və 2018-ci illər üzrə ümumilikdə 292.989,81 manat məbləğində mənfəət vergisinin dövlət büdcəsinə az hesablanması, o cümlədən 2016-cı il üzrə 0.00 manat, 2017-ci il üzrə 272.982.73 manat, 2018-ci il üzrə 20.007.08 manat müəyyən edilmişdir. İkinci sual üzrə səyyar vergi yoxlaması aktından göründüyü kimi, yoxlanılan dövr ərzində (aprel 2016 - iyul 2019) cəmiyyət tərəfindən təqdim edilmiş edilmiş ƏDV bəyannamələrində ümumilikdə 13.005.013,29 manat (ƏDV-siz) (2.340.902,39 manat ƏDV) dövriyyə, 11.340.765,94 manat əvəzləşdirilən dövriyyə (2.041.337,89 manat əvəzləşdirilən ƏDV) və 299.564,50 manat dövlət büdcəsinə ödənilməli ƏDV bəyan edilmişdir. Səyyar vergi yoxlaması zamanı 2016-cı ilin sentyabr ayı üzrə 19.499,74 manat, 2017-ci ilin fevral ayı üzrə 8.171,33 manat, iyul ayı üzrə 29.896,73 manat, 2018-ci ilin avqust ayı üzrə 10.756,14 manat, ümumilikdə 68.323,94 manat ƏDV-nin az, 2017-ci ilin yanvar ayı üzrə 27.000,00 manat, mart ayı üzrə 20.974.85 manat, aprel ayı üzrə 4.087,14 manat, may ayı üzrə 12.052,91 manat, iyun ayı üzrə 230.245,43 manat, avqust ayı üzrə 125.969,08 manat, sentyabr ayı üzrə 233,66 manat, oktyabr ayı üzrə 274,79 manat, noyabr ayı üzrə 755,63 manat, dekabr ayı üzrə 313,36 manat, 2018-ci ilin yanvar ayı üzrə 3.853,51 manat, iyul ayı üzrə 10.756,14 manat, ümumilikdə 436.516,5 manat ƏDV-nin artıq hesablanması müəyyən edilmişdir. Ekspert rəyində qeyd olunur ki, vergi ödəyicisinin təqdim etdiyi elektron vergi hesab fakturalar ilə idxal etdiyi və aldığı mallar müqayisə edilmiş, malların çeşid fərqi edilmiş və nəticədə cəmiyyətin 2018-ci ilin sonuna 9.241.231,16 manat məbləğində mal qalığının olduğu aşkar edilmişdir. Vergi ödəyicisi xx.xx.2019-cu il tarixə cəmiyyətin hər hansı mal qalığının mövcud olmaması barədə izahat təqdim etmişdir. Bunlar nəzərə alınaraq, vergi orqanı Vergi Məcəlləsinin 67.15-ci maddəsinə əsasən 9.241.231,16 manat məbləğində mala görə cəmiyyətə 1.663.421,61 manat məbləğində ƏDV hesablamış və bu Vergi Məcəlləsinin 67.15-cİ maddəsinə əsasən səyyar vergi yoxlaması ilə əhatə olunan sonuncu hesabat dövrünə, yəni 2019-cu İlin iyul ayına aid edilmişdir. Nəticədə yoxlanılan dövr ərzində cəmiyyət tərəfindən əlavə dəyər vergisinin 2016-cı il üzrə 19.499,74 manat az, 2017-ci il üzrə 383.838,79 manat artıq, 2018-ci il üzrə 3.853,51 manat artıq, 2019-cu il üzrə 1.663.421,61 manat az hesablanması müəyyən edilmiş və cəmiyyətə ƏDV üzrə ümumilikdə 1.295.229,05 manat əlavə vergi məbləği hesablanmışdır. Tədqiqat zamanı müəyyən edilmişdi ki, vergi ödəyicisi tərəfindən (gömrük rüsum və yığımları da daxil olmaqla) 2016-cı il üzrə 340.884,53 manat, 2017-ci il üzrə 7.947.377,16 manat, 2018-ci il üzrə 1.700.834,99 manat, ümumilikdə 9.989.096,68 manat məbləğində mallar İdxal edilmiş və elektron qaimə-faktura əsasında 2017-ci il ərzində 538.615,00 manat dəyərində mallar alınmışdır. Həmçinin cəmiyyət tərəfindən elektron qaimə-faktura əsasında 2017-ci il üzrə 8.276.255,09 manat, 2018-ci il ərzində 716.971,74 manat, ümumilikdə isə 8.993.226,83 manat məbləğində malların təqdim edilməsi həyata keçirilmişdir. Eyni zamanda idxal edilmiş malların çeşidi ilə elektron qaimə-faktura əsasında təqdim edilmiş malların çeşidlərinin qarşılıqlı təhlili nəticəsində 1.681.426,77 manat dəyərində mallar üzrə hər hansı çeşid fərqinin olmadığı müəyyən edilmişdir. Beləliklə, ekspert rəyinə görə, yoxlanılan dövr ərzində iddiaçı tərəfindən ümumilikdə 9.989.096,68 manat məbləğində mallar idxal edilmiş, 538.615,000 manat dəyərində mallar alınmış, elektron qaimə-faktura əsasında 8.993.226,83 manat məbləğində mallar satılmış, idxal edilmiş mallar ilə satılmış malların 1.681.426,77 manat dəyərində hissəsi eyni çeşiddə mallar olmuş və təqdim edilmiş ƏDV bəyannamələrində (kameral vergi yoxlamaları nəzərə alınmaqla) təqdim edilmiş mallar üzrə vergiyə cəlb edilən ümumi dövriyyə 13.525.844,73 manat məbləğində bəyan edilmişdir. Yuxarıda göstərilənlər onu deməyə əsas verir ki, müəssisənin ƏDV-yə cəlb edilməyən (əskik gələn) mal qalığı 4.313.667,01 manat olmuş və Vergi Məcəlləsinin 67.15ci maddəsinə əsasən cəmiyyətə 776.460,06 manat ƏDV hesablana bilərdi. Həmçinin ekspert rəyində göstərilir ki, Cəmiyyətin mal qalığı: 9.989.096,68 (idxal) + 538.615,00 (alış) + 8.993.226,83 (satış) - 1.681.426,77 (çeşid fərqi olmayan mallar) - 13.525.844,73 (bəyan edilmiş satış) = 4.313.667,01 manat. Azaldılmış ƏDV 4.313.667,01 * 18% = 776.460,06 manat təşkil edir. Bundan başqa, iş materiallarında olan sənədlərə və vergi bəyannamələrinə əsasən vergiyə cəlb edilən və əvəzləşdirilməli dövriyyə düzgün bəyan edilmədiyinə görə vergi ödəyicisi tərəfindən aprel 2016 - iyul 2019 hesabat dövləri ərzində 68.323,94 manat məbləğində ƏDV-nin az, 436.516,50 manat məbləğində ƏDV-nin isə artıq hesablandığı müəyyən edilmişdir. Hazırki işdə keçirilmiş ekspertiza tədqiqatı zamanı aprel 2016-iyul 2019 hesabat dövrləri ərzində ümumilikdə 844.784,00 manat (776.460.06+68.323,94) ƏDV-nin az hesablanması və 436.516,50 manat məbləğində ƏDV-nin isə artıq hesablanması müəyyən edilmişdir. Beləliklə, mübahisələndirilən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********140383 saylı xx.xx.2020ci il tarixli Qərara əsasən cəmiyyətə xərclərə dair sənədlər təqdim edilmədiyinə görə Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarına əsasən şərti rentabellik normasının tətbiqi nəticəsində ümumilikdə 363.799,87 manat məbləğində mənfəət vergisi hesablanmışdır. Lakin apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza nəticəsində vergi ödəyicisi tərəfindən azaldılmış mənfəət vergisi məbləğinin 292.989,81 manat məbləğində olduğunu nəzərə alaraq ekspertiza tədqiqatı nəticəsində səyyar vergi yoxlaması nəticəsində hesablanmış 363.799,87 manat mənfəət vergisi məbləğinin 70.810,06 manat məbləğində olan hissəsi öz təsdiqini tapmamışdır. Həmçinin mübahisələndirilən "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********140383 saylı xx.xx.2020ci il tarixli Qərara əsasən cəmiyyətə əvəzləşdirilməli ƏDV məbləğinin düzgün bəyan edilməməsinə görə 19.499,74 manat, çeşid fərqi nəticəsində yaranan 9.241.231,16 manat mal qalığına görə 1.663.421,61 manat, ümumilikdə isə 1.682.921.35 manat məbləğində ƏDV hesablanmışdır. Lakin ekspert rəyi ilə çeşid fərqindən yaranan mal qalığının 4.313.667,01 manat, həmin qalığa görə hesablanmalı ƏDV-nin isə 776.460,06 manat olduğu müəyyən edilmişdir. Bu səbəbdən də, vergi orqanı tərəfindən cəmiyyətə mal qalığına görə hesablanmış ƏDV-nin 886.961,55 manat məbləğində olan (1.663.421,61 - 776.460,06) hissəsi öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə keçirilmiş ekspertizanın nəticəsi olaraq verilmiş ekspert rəyi mötəbər sübut kimi qəbul edilməlidir. «Vergi qanunvericiliyinin iqtisad məhkəmələri tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 noyabr 2003-cu il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən vergilərlə bağlı işlərə baxılarkən iş üzrə aydın olmayan, vergi orqanı tərəfindən aydınlaşdırılması mümkün olmayan məqamlar, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan halları, habelə vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda onlar vergi ödəyicisinin xeyrinə şərh olunmalıdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 53.3-cü maddəsinə uyğun olaraq həmin Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Buna görə də təqdim olunmuş mühasibatlıq sənədlərini və vergi bəyannamələrini nəzərə alaraq, ekspertiza tədqiqatı nəticəsində "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********140383 nömrəli Qərara əsasən mənfəət vergisi üzrə hesablanmış 363.799,87 manat əlavə vergi məbləği 70.810,06 manat məbləğində olan hissədə, əlavə dəyər vergisi üzrə hesablanmış 1.295.229,05 manat əlavə vergi məbləği isə 886.961,55 manat hissədə öz təsdiqini tapmadığından həmin məbləğlərin vergi orqanı tərəfindən hesablanması əsassız olmuşdur. Digər tərəfdən vergi orqanının mübahisələndirilən xx.xx.2020-ci il tarixli **********140383 nömrəli Qərarına əsasən vergi ödəyicisinə 2017-ci il üzrə 154 manat, 2018-ci il üzrə isə 182 manat məbləğində ödəmə mənbəyində tutulan vergi hesablanmışdır. Həmin vergilərin hesablanması ilə bağlı səyyar vergi yoxlaması aktında qeyd olunmuşdu ki ,vergi ödəyicisi yoxlanılan dövrdə icarəyə götürdüyü obyektlərə görə ödəmə mənbəyində tutulan verginin ödəyicisi olmuşdur. Belə ki, vergi ödəyicisi fiziki şəxs X1 ilə bağladığı xx.xx.2017-ci il tarixli icarə müqaviləsinə əsasən ünvan 3 ünvanda yerləşən 200 kv.m.-lik obyekti ayda 100 manat olmaqla icarəyə götürmüşdür. Bu obyektlə bağlı icarə müqaviləsinə xx.xx.2018-ci il tarixdə xitam verilmişdir. Bundan başqa vergi ödəyicisi fiziki şəxs X11 ilə bağladığı xx.xx.2017-ci il tarixli icarə müqaviləsinə əsasən ünvan 4 ünvanında yerləşən 200 kv.m.-lik obyekti də ayda 100 manat olmaqla icarəyə götürmüşdür. Bu obyektlə bağlanan icarə müqaviləsinə də xx.xx.2020-xci il tarixdə xitam verilmişdir. VM-nin 150.3-cü maddəsinə uyğun olaraq vergi ödəyicisi VÖEN təqdim etməyən fiziki şəxslərdən icarəyə göbtürdüyü təsərrüfat subyektlərinə görə ödədiyi icarə haqqı məbləğlərinə görə rüb başa çatdıqdan sonra vergi orqanına bəyannamə təqdim etməli və müvafiq vergi məbləğini rüb başa çatdıqdan sonra nöövbəti ayın 20-dək dövlət büdcəsinə köçürməlidir. Vergi ödəyicisi 2017-ci ilin 3-cü və 4-cü rbləri üzrə və 29018-ci ilin 2-ci və 4-cü rübləri üzrə ÖMV bəyannamələri vergi orqanına təqdim etmədiyi üçün vergi ödəyicisinə VM-nin 57.1-ci maddəsinə əsasən 160 manat, azaldılmış 336 manat (2017-də 154 m, 2018-də 182 m olmaqla, cəmi 336) vergi məbləğinə 168 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunmalıdır ki, apellyasiya baxışı zamanı vergi ödəyicisi səyyar vergi yoxlaması zamanı ona 2017 və 2018-ci illər üzrə ödəmə mənbəyində tutulan vergilərin səhv hesablanmasına dair hər hansı dəlil irəli sürməmiş və bununla da həmin məbləğlərin əsassız olduğunu təsdiq edə biləcək hər hansı sübutu təqdim etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən səyyar vergi yoxlamasının nəticələrinə dair qəbul olunmuş xx.xx.2020-ci il tarixli **********140383 nömrəli Qərar vergi ödəyicisinə 336 manat ödəmə mənbəyində tutulan vergilərin və ona tətbiq olunan maliyyə sanksiyasının hesablanması hissəsində qanuni və əsaslı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********13140383 saylı xx.xx.2020-ci il tarixli qərarı ekspert rəyinə uyğun olaraq, mənfəət vergisi üzrə 363.799,87 manat vergi məbləği 70.810,06 manat məbləğində olan hissədə, əlavə dəyər vergisi üzrə isə hesablanmış 1.295.229,05 manat vergi məbləği 886.961,55 manat hissədə öz təsdiqini tapmadığından, ümumilikdə 957.771,61 manat vergilərin hesablanması və ona müvafiq olaraq maliyyə sanksiyasının tətbiq olunması hissəsində əsassız olduğundan həmin hissədə ləğv edilməlidir. Buna görə də birinci instansiya məhkəməsinin qərarı- mübahisələndirilən vergi orqanının qərarının 957.771,61 manat (mənfəət vergisi üzrə 70.810,06 manat + ƏDV üzrə 886.961,55 manat = 957.771,61 manat) vergilərin azaldıldığı və ona uyğun maliyyə sanksiyasının hesablanması hissəsində ləğv edilməsi ilə bağlı iddianın rədd edildiyi hissədə ləğv edilməli, həmin hissədə iddia təmin edilməli və vergi orqanının qərarı 957.771,61 manat (mənfəət vergisi üzrə 70.810,06 manat + ƏDV üzrə 886.961,55 manat = 957.771,61 manat) vergilərin və ona uyğun maliyyə sanksiyasının hesablanması hissəsində ləğv edilməlidir. Odur ki, vergi orqanının qərarı vergi ödəyicisinə 1.138.109,81 manat (mənfəət vergisi üzrə 292.989,81 manat + ƏDV üzrə 844.784 manat + ödəmə mənbəyində tutulan vergilər üzrə 336 manat= 1.138.109,81 manat) məbləğində vergilərin və ona uyğun maliyyə sanksiyasının hesablanması hissəsində əsaslı olduğundan, qərarın həmin hissədə ləğvi ilə bağlı iddiaçının iddiası əsassızdır, buna görə də birinci instansiya məhkəməsi tərəfindən həmin hissədə iddia tələbi düzgün olaraq rədd edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsalandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı mübahisələndirilən hissədə qismən, ““Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********13140383 saylı xx.xx.2020-ci il tarixli qərarın 957.771,61 manat (mənfəət vergisi üzrə 70.810,06 manat + ƏDV üzrə 886.961,55 manat = 957.771,61 manat) vergilərin və ona uyğun maliyyə sanksiyasının hesablanması hissəsində ləğv edilməsi ilə bağlı iddia tələbinin rədd edildiyi” hissədə ləğv edilməli, həmin hissədə iddia təmin edilməli, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********13140383 saylı xx.xx.2020-ci il tarixli qərar 957.771,61 manat (mənfəət vergisi üzrə 70.810,06 manat + ƏDV üzrə 886.961,55 manat = 957.771,61 manat) vergilərin və ona uyğun maliyyə sanksiyasının hesablanması hissəsində ləğv edilməli, məhkəmənin qərarı “vergi orqanının qərarının vergi ödəyicisinə 1.138.109,81 manat (mənfəət vergisi üzrə 292.989,81 manat + ƏDV üzrə 844.784 manat + ödəmə mənbəyində tutulan vergilər üzrə 336 manat= 1.138.109,81 manat) məbləğində vergilərin və ona uyğun maliyyə sanksiyasının hesablanması hissəsində ləğv edilməsi ilə bağlı iddianın rədd edildiyi” hissədə qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 150 manat pul məbləği İddiaçı MMC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-902/2021 saylı 06 oktyabr 2021-ci il tarixli qərarı mübahisələndirilən hissədə qismən, ““Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********13140383 saylı xx.xx.2020-ci il tarixli qərarın 957.771,61 manat (mənfəət vergisi üzrə 70.810,06 manat + ƏDV üzrə 886.961,55 manat = 957.771,61 manat) vergilərin və ona uyğun maliyyə sanksiyasının hesablanması hissəsində ləğv edilməsi ilə bağlı iddia tələbinin rədd edildiyi” hissədə ləğv edilsin. Həmin hissədə iddia təmin edilsin. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********13140383 saylı xx.xx.2020-ci il tarixli qərar “957.771,61 manat (mənfəət vergisi üzrə 70.810,06 manat + ƏDV üzrə 886.961,55 manat = 957.771,61 manat) vergilərin və ona uyğun maliyyə sanksiyasının hesablanması” hissəsində ləğv edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-902/2021 saylı 06 oktyabr 2021-ci il tarixli qərarı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********13140383 saylı xx.xx.2020-ci il tarixli qərarın vergi ödəyicisinə 1.138.109,81 manat (mənfəət vergisi üzrə 292.989,81 manat + ƏDV üzrə 844.784 manat + ödəmə mənbəyində tutulan vergilər üzrə 336 manat= 1.138.109,81 manat) məbləğində vergilərin və ona uyğun maliyyə sanksiyasının hesablanması hissəsində ləğv edilməsi ilə bağlı iddianın rədd edildiyi” hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 150 manat pul məbləği İddiaçı MMC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-85/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-85/2023
10.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver