Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-850/2022 11.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Tanrıverdiyev Anar Vəzir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X57 qızının, Üçüncü şəxslər X11, X43 və X12 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiаçı İddiaçı cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə qarşı, X37 və qeyriləri üçüncü şəxs qismində cəlb edilməklə “qeydiyyatdan çıxarılma” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4922/2021 saylı, 11 iyun 2021-ci il tarixli qərarından üçüncü şəxslərin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, X69, 131B saylı evdən X37, X38, X27, X28, X19, X5, X29, X20, X13, X21, X4, X11 və X22 pasport qeydiyyatından çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, X69, ev 131B İddiaçı xüsusi mülkiyyətindədir, İddiaçı mülkiyyət hüququ 19.04.2014-cü il tarixli dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir, mübahisəli ev İddiaçı tərəfindən 04.04.2014-cü il tarixdə notariat qaydada təsdiqlənmiş “Yaşayış sahəsinin alqı-satqı və ipoteka müqaviləsi”nə əsasən alınmışdır. İddia ərizəsinə əlavə olunmuş DİN-in BPQMİ-nin MAPS şöbəsinin 29.01.2021-ci il tarixli arayışlarından məlum olmuşdur ki, İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, X69, ev 131B ünvanında iddiaçının qohumluq əlaqəsi olmayan 13 nəfər şəxs: X37, X38, X27, X28, X19, X7, X29, X20, X13, X21, X4, X11 və X43 pasport qeydiyyatındadırlar. Qeyd olunan 13 nəfər şəxs İddiaçı məxsus evdə heç vaxt yaşamamışlar və hazırda da faktiki şəkildə yaşamırlar, İddiaçı məlum olmayan ünvanlarda yaşayırlar. Həmin şəxslər mübahisəli evə əvvəlki mülkiyyətiçinin ərizəsi əsasında qeydiyyata alınmışlar. Adları qeyd olunan 13 nəfər şəxs iddiaçının evində formal qeydiyyatda qalmaqla İddiaçı həmin ev üzərində sahib olmaq, istifadə etmək və sərəncam vermək hüquqlarının tam həyata keçirilməsinə maneə yaradırlar, İddiaçı mənzilini özgəninkiləşdirməkdə, bağışlamaqda çətinlik çəkir, mənzil və kommunal xidmət haqlarını artıq məbləğdə ödəməyə məcbur qalır. İddiaçının evində qeydiyyatda olan şəxslərin həmin evdə heç bir əmlakları və sair əlaqələri yoxdur, onların Bakı şəhəri, Yasamal rayonu, X69, 131B saylı ünvanda yerləşən, ümumi sahəsi 57,9 kv. metr olan, 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinə hər hansı bir əmlak hüquqları yoxdur. Həmin ünvanda hazırda İddiaçı həyat yoldaşı və 2 azyaşlı uşağı ilə birlikdə yaşayır, ümumiyyətlə qeyd olunan fərdi yaşayış evində qeydiyyatda olan 13 nəfər şəxsin faktiki surətdə yaşamaları yaşayış sahəsi baxımdan qeyri-mümkündür. Qeyd olunan şəxslərin İddiaçı evində qeydiyyatda olmaları formal xarakter daşımaqla iddiaçının mülkiyyətçi kimi mülkiyyət hüquqlarını pozur. 19 fevral 2021-ci il tarixdə İddiaçı ərizə ilə cavabdeh orqan Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə müraciət edərək, özünə məxsus olan Bakı şəhəri, Yasamal rayonu, X69, 131B saylı evdən adları yuxarıda qeyd olunan şəxslərin pasport qeydiyyatından çıxarılmalarını xahiş etmişdir. Cavabdeh orqan 02.03.2021-ci il tarixli məktubla iddiaçının müraciətini təmin etməmiş, imtina məktubunda qeyd olunan şəxslərin qeydiyyatdan çıxarılmaları ilə əlaqədar mülki qaydada məhkəməyə müraciət etmələrini bildirmişdir. Cavabdeh orqanın imtinası qanunsuzdur, belə ki, cavabdeh orqan iddiaçının evində istifadə hüquqları olmayan və faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılma məsələsini həll etməli, bundan imtina etməməli idi. Ona görə də İddiaçı məxsus evdə qeydiyyatda olan şəxslərin pasport qeydiyyatından çıxarılmaları öhdəliyi cavabdehin üzərinə qoyulması barədə məhkəmə qərarı qəbul edilməlidir. Məhkəmənin 12 mart 2021-ci il tarixli, 2-1(112)-4922/2021 saylı qərardadı ilə X37, X38, X27, X28, X19, X5, X29, X20, X13, X21, X4, X11 və X43 üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı 18 may 2021-ci il tarixdə “iddia tələbinin dəyişdirilməsi və üçüncü şəxs qismində cəlb etmə” barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbində göstərilən şəxslərə əlavə olaraq X9, X23, X14, X25, X54 və Tale Şahbala oğlunun üçüncü şəxs qismində icraata cəlb edilməklə iddiaçıya məxsus Bakı şəhəri, Yasamal rayonu, X69, 131 B saylı evdən qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 21 may 2021-ci il tarixli, 2- 1(112)-4922/2021 saylı qərardadı ilə ərizə təmin edilmişdir. Bakı İnzibati Məhkəməsinin 11 iyun 2021-ci il tarixli qərarı ilə İddia təmin edilmiş, Bakı şəhəri, Yasamal rayonu, X69, 131 B saylı evdən X37, X38, X27, X28, X19, X6, X29, X20, X13, X21, X4, X11, X43, X9, X23, X14, X17, X54 və X15 qeydiyyatdan çıxarılması öhdəliyi Yasamal Rayon Polis İdarəsinə həvalə edilmişdir. Həmin qərardan üçüncü şəxslər X30, X23 və X16 nümayəndəsi tərəfindən apellyasiya şikayəti verilmişdir.Apellyaiya şikayəti onunla əsaslandıılmışdır ki, işə baxan məhkəmə üçüncü şəslər barəsində yarımçıq araşdırma aparmışdır.Onlar həmin ünvanda özlərinə məxsus olan evdə yaşamaqla qeydiyyatdadılar.Məhkəmə müvafiq icra hakimiyyəti orqanına sorğu verməklə onların həmin ünvanda faktiki yaşayıb-yaşamadığını müəyyən edə bilərdi. Qeyri-müəyyən şəkildə poçt şöbəsinin “bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır. Məktuba əsaslanaraq məhkəmənin onların həmin ünvanda qeydiyyatda olmamasına dair gəldiyi nəticə əssasız və qanunsuzdur. Bundan əlavə AR Kontitusiya Məhkəməsinin “yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası qanunun 9-cu maddəsinin 1-ci hissəsinin bəzi mddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-i il tarxli qərarından görnüyü kimi inzubari məhkəmə\lərdı yalnız formal qydiyyatda olan şəxlərin qeydiyyatdan çxarılması məsələsinə baxıla bkər, digər hallarda isə istifadə hüququnun itirilməsi ilə bağlı rayon məhkəməsində baxılmalıdır.Məhkəmə rərəfindən prossesual pozntularada yol verilmiş, məhkəmə iclasının vaxtı yeri barədə onlara lazımı qaydada məlumat verilməmişdir. Odur ki, Bakı İnzibati Məhkəməsinin 11 iyun 2021-ci il tarixli qərarının qismən- X24,X23, X39 və uşaqları X72 Hüseyn qızı X44 münasibətdə ləğv edilnəsi və iddianın həmin hissədə rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qərarının digər 3-cü şəxslərin qeydiyyatdan çıxarılmasına dair hissəsindən apellyasiya şikayəti verilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxslərin vəkili və nümayəndəsi X31 apellyasiya şikayətini müdafiə edərək izahatına əlavə olaraq bildirdi ki, həmin ünvanda üçüncü şəxslərə məxsus 1966-ci ildə tikilmiş 57,1 kv metr ümümi sahəsi olan ayrıca tikilidən ibarət şəxsi mülkləri mövcüddur və təmsil etdiyi şəxslər həmin ünvanda daimi qeydiyyatda olmaqla yaşayırlar. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəmə bildirişinə cavab olaraq, cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan işə baxılması xahiş edilmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsi və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. İşin faktiki hallarından görünür ki, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, X69, ev 131B saylı fərdi yaşayış evinin mülkiyyətçisidir. İddiaçı ona mülkiyyət hüququ ilə məxsus evdə qeydiyyatda olan üçüncü şəxslər X37, X38, X27, X28, X19, X6, X29, X20, X13, X21, X4, X11, X43, X9, X23, X14, X17, X54 və X15 qeydiyyatdan çıxarılması ilə bağlı cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 5-ci hissəsinin tələblərini rəhbər tutmaqla müraciətin təmin edilməsindən imtina etmişdir. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 02.03.2021-ci il tarixli, 091- 10215M-32H saylı məktubdan görünür ki, iddiaçıya üçüncü şəxslərin ona məxsus fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması barədə müraciətinin müsbət həll olunmasının yalnız məhkəmə qətnaməsi əsasında mümkün olduğu bildirilmişdir. İddiaçı həmin üçüncü şəxslərin qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə inzibati məhkəməyə müraciət etmiş və üçüncü şəxslərin həmin ünvanda yaşamadıgına və formal qeydiyyatda olmasına istinad edərək onların pasport qeydiyyatından cıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin üçüncü şəxslər X23, X3 İlhamə Şahbala qızı və onun uşaqları X72 Hüseyn və X2 Yasamal rayonu X69 131 D saylı evdən qeydiyyatdan çıxarılmasına dair gəldiyi nəticə ilə razılaşmır və öz mövqeyini aşağıdakı kimi əsaslandırır. İş materiallarından göründüyü kimi Bakı şəhəri Yasamal rayonu X69 (keçmiş 4-cü Yasamal) ev 131 ünvanına yerləşən mülk ümümi sahəsi 57,1 kv metr olmaqla 1966-cı ildə tikilmişdir və X1 məxsusdur. Azərbaycan Resublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya idarəsi tərəfindən verilmiş 1 iyun 2021-ci il tarixl məktubundan görünur ki, 10 may 1935-ci il təvəllüdlü X23, 19 may 2005-ci il tarixdən, 25 may 1976-cı il təvəllüdlü X40 8 iyul 2018-ci il tarixdən,11 dekabr 1977-cil təvəllüdlü Koçak (Həsənova) İlhamə Şahbala qızı 9 noyabr 2004-cu il tarixdən, övladları 19 noyabr 2011- ci təvəllüdlü X72 Hüseyn və 3 iyul 2010-cu il təvəllüdlü X10 11 iyul 2017-ci il tarixdən hal-hazırdadək Bakı Şəhəri Yasamal rayonu X69 (keçmiş 4-cü Yasamal) ev 131 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. Həmin sənədlərdən müəyyən olunur ki, X39 və X40 mülk sahibi X36 oglunun övladları, X23 isə həyat yoldaşıdır. Məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdur ki, iddiaçıya məxsus fərdi yaşayış evi həmin ünvanda, yəni Bakı Şəhəri Yasamal rayonu X69 131B ünvanda yerləşməklə ayrı tıkilidir, üç yaşayış otaqından ibarətdir, ümümi sahəsi 57,9 kv. m, yaşayış sahəsi 42 kv. m, köməkçi sahəsi 15,9 kv. m olmaqla 1978-ci ildə tikilmişdir. Göründüyü kimi iddiaçıya və apellyasiya şikayəti vermiş şəxslərə məxsus tikililər eyni ünvanda yerləşməsinə baxmayaraq müxtəlif vaxtlarda tikilmiş ayrı-ayrı evlərdir. Üçüncü şəxslrin qeydiyyatda olduğu mənzilin iddiaçıya heç bir aidiyyəti yoxdur. Üçüncü şəxslərin mübahisəli ünvanda yaşamadıqlarına dair iddiaçının dəlliləri məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Göründüyü kimi ücüncü şəxslərin iddiaçının mülkiyyətində olan məzildə formal qeydiyyatda olmasınaa dair məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uygun deyildir. Belə olduğu halda məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 11 iyun 2022-ci il tarixl qərarı qismən-X23, X33 və X12 və onun uşaqları X10 və X72 Hüseyn Bakı şəhəri Yasamal rayonu X69 131 D ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin Bak şəhəri Yasamal Rayon Polis idarəsnin üzərinə qoyulması hissəsində ləğv edilməli və iddia həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 24.1-ci maddəsinə əsasən, fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir; 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər; 27.2-ci maddəsinə əsasən, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli, 773-İQ saylı Qanunu ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin 14-cü bəndində göstərilmişdir ki, vətəndaş olduğu yerdən getdikdə müvafiq icra hakimiyyəti orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır. Sadalanan normalardan görünür ki, qanunvericilik fiziki şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icrası ilə bağlı məhz daimi yaşadığı yer üzrə qeydiyyata alınmasını zəruri sayır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Məhkəmə kollegiyası qeyd edir ki, Qanunun göstərilən maddəsində birbaşa olaraq daşınmaz əmlakla bağlı hər hansı qanunla qorunan hüquq sahibi olmayan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında qeydiyyatdan çıxarılması imkanı nəzərdə tutulmuşdur ki, hazırki apellyasiya şikayəti vermiş şəxslər həmin kategoriyalı şəxslərə aid deyildir, onlar eyni ünvanda yerləşən iddiaçıya aidiyyəti olmayan özlərinə məxsus mənzildə pasport qeydiyyatında olmaqla yaşayırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli Qərarında göstərilmişdir ki, müraciətdə göstərilən mülki işdə olduğu kimi, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş“şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 2012-ci il 21 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsi Plenumu adıçəkilən Qərarında yekunda bu nəticəyə gəlmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Hazırki işdən isə müəyyən olunur ki, apellyasiya şikayəti vermiş üçüncü şəxslər mübahisəli ünvanda yerləşən, iddiaçıya heç bir aidiyyəti olmayan evdə qeydiyyatda olmaqla bərabər, həm də həmin ünvanda faktiki olaraq yaşayırlar. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsaslı oldugundan təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 11 iyun 2021-ci il tarixli 2-1(112)-4922/2021 saylı qərarı üçüncü şəxslər X40, X23, X16 və onun övladları X17, X41 qeydiyyatdan çıxarılması öhdəliyinin Yasamal Rayon Polis İdarəsinə həvalə edilməsi hissəsində ləğv edilməli və iddia həmin hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Üçüncü şəxslər X11, X43 və X12 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı İnzibati Məhkəməsinin 11 iyun 2021-ci il tarixli 2-1(112)- 4922/2021 saylı qərarı üçüncü şəxslər X40, X23, X16 və onun övladları X17, X41 qeydiyyatdan çıxarılması öhdəliyinin Yasamal Rayon Polis İdarəsinə həvalə edilməsi hissəsində ləğv edilsin və iddia həmin hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-850/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-850/2022
11.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver