Məhkəmə qərarları › İş №2-1(103)-851/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-851/2020

27.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-851/2020 27.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mayılov Ülvi Arif oğlu (sədrlik edən), Tağızadə Mirzə Nəsib oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, məhkəmə iclas katibi X4, İddiaçı iştirakı ilə, cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında Dövlət X9 X10 İdarəsinə (bundan sonra mətndə - DSMF XŞTİ) qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin olunması» tələbinə dair inzibati iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3722/2019 saylı, xx xxxxxx 2019-cu il il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, məhəllə-540 ünvanda), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehDSMF XŞTİ-nəqarşıiddiaərizəsiilə1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinəmüraciətedərək, pensiya təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə vəzifə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ona 57 yaşı tamam olan tarixdən, yəni xx.xx.2015-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh DSMF XŞTİ-nə həvalə edilməsini xahiş etmiş və iddiaçının tələbin dəqiqləşdirilməsi barədə ərizəsi Azərbaycan Respublikası İPM-nin 54-cü maddəsinə əsasən məqsədəmüvafiq hesab olunaraq icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1995-ci il tarixdən xx.xx.2018-ci il tarixinə kimi X12 vaqon deposunda mexanik və rəhbər mexanik vəzifəsində çalışıb. Bildirir ki, refrijerator vaqonlarını istehsal edən ölkə, insanın fiziki imkanlarını nəzərə alaraq iş vaxtı briqada üzvlərinin 3 və ya 4 nəfərdən ibarət olmasını tələb etmişdir. Yəni iş vaxtı 1rəhbər, 2 və ya 3 mexanik nəzərdə tutulur. Belə olan təqdirdə rəhbər mexanik öz funksiyasını, mexaniklər isə öz funksiyalarını yerinə yetirirlər. Ona görə də pensiyaya çıxarkən mexanikə güzəştli şərtlə pensiyaya vaxtından tez çıxmaq hüququ verilir. Həmən qanunda bildirilir ki, əgər briqada üzvləri 2 nəfərdən ibarət olarsa, yəni rəhbər mexanik və 1 mexanik, onda rəhbər mexanik həm də mexanikin funksiyalarını yerinə yetirməlidir. İddiaçı da həmişə 1 mexaniklə işdə olub və mexanikində funksiyasını yerinə yetirib. Onun orqanizminin qəbul etdiyi zərərli qaz olan freonu və insanın sağlamlığına ziyan vuran maddələri bir yerdə qəbul ediblər. 2015-ci ildən pensiyaya çıxmalı olduğu halda, bu vaxtadək əlaqədar təşkilatlara müraciət etsə də heç bir müsbət cavab almamışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3722/2019 saylı, xx xxxxxx 2019-cu il il tarixli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək peysiya hüququnun yarandığı xx.xx.2015-ci il tarixindən, 57 yaşdan əmək peysiyasının təyin edilməsi vəzifəsinin cavabdeh DSMF XŞTİ-nə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan iş üzrə cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarı qanunvericiliyin tələblərinə uyğun gəlməyən vəziyyətdə, maddi hüquq normalarının pozulması ilə çıxarılmış, işdəki faktiki hallar aydınlaşdırılmamış və sübutlara düzgün hüquqi qiymət verilməmişdir. İşə apellyasiya instansiya məhkəməsində baxılarkən məhkəmə kollegiyasının keçirilən son iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan iddiaçının iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili X2 apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin edilməməsi, qərarının ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyərək, tərəflərin izahatlarını nəzərə alaraq, iş materiallarını və apellyasiya şikayətinin dəlilləri üzrə işin hallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, hazırkı iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3722/2019 saylı, xx xxxxxx 2019-cu il il tarixli qərarıdəyişdirilmədən saxlanılmalıdır. Belə ki iş materiallarında olan Bakı şəhəri Qaradağ rayon Polis İdarəsi tərəfindən verilən AZE seriyalı 0******* №-li şəxsiyyət vəsiqəsinin notariat qaydasında təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1958-ci ildə Cəlilabad rayonunda doğulmuşdur, yaşayış yeri Bakı şəhəri, Ələt qəs. E.İmanov küç., ev 22, mənzil 13-dür. İş materiallarında olan, iddiaçıya məxsus H3 № ******* saylı hərbi biletinin notariat qaydasında təsdiq olunmuş surətindən görünür ki, o, xx.xx.1976 - xx.xx.1978-ci illərdə hərbi xidmətdə olmuşdur. İş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasının notariat qaydasında təsdiq olunmuş surətindən görünür ki, o, xx.xx.1975-ci il tarixdən xx.xx.1976 X11 Deposunda fəhlə vəzifəsində işləmiş, xx.xx.1976 - xx.xx.1978-ci illərdə Sovet Ordusunda hərbi xidmətdə olmuş, xx.xx.1978-ci il tarixdən xx.xx.1978-ci il tarixədək «Azneftemaştəmir» X6 Kanatlar Zavodunda burucu (pryədilşik), xx.xx.1979-il tarixdən xx.xx.1979-cu il tarixədək Bakı sement və keramik məmulatlar Kombinatında fəhlə, xx.xx.1979-ci il tarixdən xx.xx.1981-ci il tarixədək X8 kanat sexində sarıyıcı (namotçik) köməkçisi, frezerçi, takelaşçı, xx.xx.1981-ci il tarixdən xx.xx.1981-ci il tarixədək Bakı Poladtokmə Zavodunda frezerçi, xx.xx.1982-ci il tarixdən xx.xx.1982-ci il tarixədək «Azneft» X3 və Nəqliyyat İdarəsində traktor kolonuna «2-ci dərəcəli tokar», xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü il tarixədək «Azneft» X1 Kontorunun qülləquraşdırma sexində 2-ci dərəcəli qülləquraşdıran, xx.xx.1983-cü il tarixdən xx.xx.1995-ci il tarixədək mebel istehsalı Kombinatında freyzerçi vəzifəsində işləmiş, xx.xx.1995-ci il tarixdə X13 Vaqon Deposuna köçürülməsi ilə əlaqədar işdən azad edilmiş, xx.xx.1995-ci il tarixdən xx.xx.1995-ci il tarixədək X13 Vaqon Deposunda 3-cü dərəcəli çilingər, xx.xx.1995-ci ildən xx.xx.1997-ci ilədək refrijerator seksiyasının mexaniki, xx.xx.1997-ci ildən xx.xx.2018-ci ilədək refrijerator seksiyasının rəhbər mexaniki vəzifəsində işləmişdir. İş materiallarında olan, «xxxxxxxxxxxx» MMC X15 xx.xx.2019-cu il tarixli, 18 №-li və xx.xx.2019-cu il tarixli, 81 №-li «Arayış»larından görünür ki, İddiaçı xx.xx.1995-ci il tarixdən xx.xx.1995-ci il tarixədək Şərq vaqon deposunda çilingər, xx.xx.1995-ci ildən xx.xx.1997-ci ilədək refrijerator seksiyasının mexaniki, xx.xx.1997-ci ildən xx.xx.2018-ci ilədək refrijerator seksiyasının rəhbər mexaniki vəzifəsində işləmişdir. Qeyd olunmalıdır ki, işə apellyasiya məhkəməsində baxılarkən, məhkəmə tərəfindən «xxxxxxxxxxxxxxxxxxxxxxxx» QSC-yə müvafiq sorğu verilərək, «refrejerator seksiyasının rəhbər-mexaniki» və «refrejerator seksiyasının mexaniki» vəzifələrinin xarakterinin eyni olub-olmaması, eləcə də «refrejerator seksiyasının rəhbər-mexaniki» vəzifəsində işləyən şəxsin də «refrejerator seksiyasının mexaniki» vəzifəsində işləyən şəxs kimi sözügedən 2 nömrəli Siyahıya əsasən güzəştli şərtlərlə pensiya hüququnun olub-olmaması barədə məlumatın verilməsi xahiş olunmuşdur. «xxxxxxxxxxxxxxxxxxxxxxxx» QSC-nin 17241 saylı xx.xx.2020-ci il tarixli cavab mətubunda bildirilmişdir ki, İddiaçı xx.xx.1997-ci il tarixdən «xxxxxxxxxxxxxxxxxxxxxxxx» QSC-nin X13 Vaqon Deposunun refrijerator seksiyasının rəhbər mexaniki vəzifəsində işləmiş, xx.xx.2018-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə öz xahişinə əsasən xitam verilmişdir. Cavab məktubuna X13 Vaqon Deposunun refrijerator seksiyasının mexaniki və rəhbər-mexanikinin təsdiq edilmiş vəzifə təlimatlarının surətləri təqdim olunmuş və həmin sənədlərdən də müəyyən olunur ki, «refrejerator seksiyasının rəhbərmexaniki» və «refrejerator seksiyasının mexaniki» vəzifələrinin xarakterinin eynidir. İş materiallarından görünür ki, iddiaçı ərizə ilə xx.xx.2019-cu il tarixdə cavabdeh inzibati orqana müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmiş, cavabdeh tərəfindən tərəfindən iddiaçıya onun müraciətinin təmin olunmaması barədə xx.xx.2019-cu il tarixli **********8 №-li məktub ünvanlanmış və imtinaya səbəb kimi iddiaçının xx.xx.2006-cı il tarixədək güzəştli iş stajının 12 il 6 aydan az təşkil etməsi qeyd olunmuşdur. İddiaçı cavabdehin imtinası ilə razılaşmayaraq, ona 57 yaşı tamam olduğu xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını istəyir. İş materiallarında görünür ki, birinci instansiya məhkəməsi iddianın əsaslı olduğundan təmin təmin edilməsi qənaətinə gələrkən aşağıdakı hüquqi əsaslara istinad etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2010-cu il Qərarında göstərilir ki, digər sosial hüquqlarla yanaşı, Konstitusiyanın 38-ci maddəsinin İ hissəsində hər kəsin sosial təminat hüququ müəyyən edilmişdir. Sosial təminat hüququnu, o cümlədən onun əsas elementlərindən biri kimi pensiya hüququnu təsbit edən Konstitusiyanın 38-ci maddəsinin İİİ hissəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əməkpensiyalarıhaqqında» AzərbaycanRespublikasıQanununun 9.8cimaddəsinəəsasənbu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətinxüsusisahələrində, həmçininəməkşəraitixüsusiləzərərlivəağırolanişlərdə (istehsalatların, peşələrin, vəzifələrinvəgöstəricilərinmüvafiqicrahakimiyyətiorqanıtərəfindəntəsdiqolunansiyahısıüzrə) çalışansığortaolunanlarınkişilər – 60 yaşınaçatdıqda, azı 25 ilsığortastajınamalikolduqdavəbumüddətinazı 12 il 6 ayınıhəminişlərdə, qadınlar – 55 yaşınaçatdıqdaazı 20 ilsığortastajınamalikolduqdavəbumüddətinazı 10 ilinihəminişlərdəçalışmışlarsa, əməkşəraitinəgörəgüzəştlişərtlərləyaşagörəəməkpensiyasıhüququvardır. Məlumolduğukimi, «Əməkpensiyalarıhaqqında» AzərbaycanRespublikasıQanunu xx.xx.2006-cıiltarixdəqüvvəyəminmiş, həmin tarixə qədər isə «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanunu qüvvədə olmuşdur. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin «b» bəndinə əsasən əməkşəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrinvəgöstəricilərinAzərbaycanRespublikasıNazirlərKabinetitərəfindəntəsdiqolunan 2 nömrəlisiyahısıüzrəkişilər 55 yaşçatdıqdavəazı 25 ilişstajıolduqdabumüddətinazı 12 il 6 ayını həminişlərdəçalışarsaaxırıncıişyerindənasılıolmayaraqəməkşəraitinəgörəgüzəştlişərtlərləy aşagörəpensiyahüququnamalikdirlər. Həmin Qanunun 13-cümaddəsinə 1997-ciil 13 iyuntarixli 321-İQD №liQanunlaedilmişdəyişikliyəəsasən 13-cümaddədənəzərdətutulmuşyaşhəddi 1997ciilavqustun 1-dənbaşlayaraq 2000-ciilinavqustun 1-dəkhəril 6 ayartırılmasınəzərdətutulmuşdur. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 Qərarı ilə «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» təsdiq edilmiş və müəyyən edilmişdir ki, «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Həmin Qərarla təsdiqlənmiş 2 nömrəli Siyahının «21300000 - Xİİ. Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı» bölməsində iddiaçının «Azneft» X1 Kontorunun qülləquraşdırma sexində işlədiyi «qülləquraşdıran» peşəsi 2130100a-11587 kodla, X13 Vaqon Deposunda İddiaçı işlədiyi «çilingər» peşəsi «23000000XXVİİİ. Nəqliyyat» bolməsində 23001000-18540 kodla (hərəkətdə olan tərkibin təmiri üzrə çilingərlər) və «refrejerator seksiyasının mexaniki» peşəsi isə 23001000-23598 kodla (refrijerator qatarların (seksiyaların) mexanikləri) nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli Qərarı ilə «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» təsdiq edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli Qərarı qüvvədən düşmüş hesab edilmişdir. Həmçinin qeyd olunmalıdır ki, iddiaçının qülləquraşdırma sexində işlədiyi «qülləquraşdıran» peşəsi və X13 Vaqon Deposunda işlədiyi «çilingər» və «refrejerator seksiyasının mexaniki» peşələri Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli Qərarı ilə təsdiq olumuş Siyahının «10. Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı» və «21.4. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər» bolməsində də öz əksini tapmışdır. Məhkəməkollegiyasıhesabedirki, birinci instansiya məhkəməsisadalananhüquqnomalarınınəzərəalmaqladüzgünolaraqqeydetmişdirki, iddiaçıya «Vətəndaşlarınpensiyatəminatıhaqqında» AzərbaycanRespublikasıQanununun 13-cümaddəsinin«b» bəndinəəsasəngüzəştlişərtlərləyaşagörəpensiyatəyinolunmasıüçünikielementmövcudolma lıdır: 1) İddiaçının xx.xx.2006-cıiləqədərazı 25 il ümumi iş stajının mövcud olması; 2) İddiaçının xx.xx.2006-cıiləqədərazı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. İşmateriallarındaolansənədlərdən dəmüəyyənolunurki, iddiaçının xx.xx.2006cıiləqədər hərbi xidmət dövrü də daxil olmaqla 25 ildənçoxümumivə12 il 6 aydançoxgüzəştliişstajımövcuddur. Bununla əlaqədar məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşır ki, güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunmasıüçünyuxarıdaqeydolunanhərikihaliddiaçıyamünasibətdəmövcudolduğundan«Əm əkpensiyalarıhaqqında» Azərbaycan RespublikasıQanununun 9.8-cimaddəsivə «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13cümaddəsinəəsasəniddiaçıya 57 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2015-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli idi. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 52-ci maddəsinin tələbinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarına və sadalanan hüquq normalarına məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı mübahisə ilə əlaqədar haqlı olaraq bu nəticəyə gəlmişdir ki, iddia əsaslı olduğundan təmin edilməli və İddiaçı 57 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin edilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı iş üzrə tərəflər arasında mübahisəyə dair düzgün hüquqi nəticəyə gəlmiş, qəbul etdiyi qərar qanunun normalarına uyğun əsaslandırılmışdır və apellyasiya şikayətinin dəlilləri həmin qərarın ləğvi üçün əsas verə bilməz. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında Dövlət X9 X10 İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3722/2019 saylı, xx xxxxxx 2019-cu il il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) kassasiya şikayəti verilə bilər. Sədrlik edən Ülvi Mayılov Hakimlər Mirzə Tağızadə Xəyalə Cəmilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar