Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-852/2024 18.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı X2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-14614/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı X3 məhkəməyə müraciət edərək Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanununun 8.0.7-ci maddəsinə əsaslanaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik şəxsinə leqitim sənədləri təqdim edən İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Zirə bağ massivi ünvanında yerləşən “166” saylı torpaq sahəsi üzərində hüquqları Daşınmaz əmlakın Dövlət Reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin (Cavabdeh) 13 sentyabr 2023-cü il tarixli məktubu ilə İddiaçı etibarnamə üzrə numayəndəsi Nümayəndə Bakı şəhəri, Xəzər rayonu, Zirə bağ massivi ünvanında yerləşən “166” saylı torpaq sahəsi üzərində İddiaçı hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ərizəsinə imtina cavabı verilib. Cavabdeh imtinaya əsas kimi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 03 fevral 2011-ci il tarixində, № 23783, tərtib edilmiş “Torpaq sahəsinin plan və ölçüsü” baza məlumatının olmasını və bu məlumat bazasına əsaslanan Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 69/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarına istinad edib. Azərbaycan Respublikasının Qanunundan göründüyü kimi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 03 fevral 2011-ci il tarixində, № 23783, tərtib edilmiş “Torpaq sahəsinin plan və ölçüsü” və istinad edilən xx.xx.2018-ci il tarixli Məhkəmə qərarı nə məzmun nə də tarix baxımından Qanunun tələb etdiyi şərtlərə cavab vermirlər və cavabdehə imtina üçün əsas sayıla bilməzlər. Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-69/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarı İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsinə 2017-ci ildə olan müraciətinə şamil olunub. Hazirki, iddia ərizəsi qanunların düzgün tətbiq ediləsi dövrə aiddir (Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu, Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar, Maddə 8.0.7. 2007ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış). Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-14614/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İş materiallarında olan: - Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-69/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarı ilə X2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “bağ sahəsinə hüquqların qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. İddiaçı Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-296/2021 saylı qərarından apellyasiya şikayəti versə də, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2-1(103)- 1044/2018 saylı qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin olunmayaraq qərar qüvvədə saxlanılmışdır. - Cavabdeh orqan tərəfindən iddiaçının müraciətinə cavab olaraq xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, “elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsinə dair digər fiziki şəxsin adına ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş “Torpaq sahəsinin plan və ölçüsü" (kadastr planı) baza məlumatı mövcuddur və həmin şəxsin müraciəti daxil olmuşdur. Bundan əlavə, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(82)-69/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarına əsasən İddiaçı qeyd olunan daşınmaz əmlakla bağlı “bağ sahəsinə hüquqların qeydiyyata alınması və çıxarışın verilməsi” tələbinə dair iddiası təmin edilməmiş və müvafiq qərar Bakı Apellyasiya Məhkəməsinin 2-1 (103)-1044/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Yuxarıda qeyd olunanları nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarındakı hüquqi mövqelərdən biri belə olmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Hazırkı işin faktiki hallarından müəyyən edilir ki, Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 69/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarı ilə X2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “bağ sahəsinə hüquqların qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 1.1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır, 8.4-cü bəndinə görə, mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir.”. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı eyni cavabdehə qarşı eyni tələblə və eyni əsasla məhkəməyə müraciət etdiyindən və həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09 avqust 2018-ci il tarixli 2-1(103)-1044/2018 saylı qərarı qanuni qüvvəyə mindiyindən, hazırki iddia tələbinə yenidən baxıla bilməz. Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ : İddiaçı X2 apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-14614/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-852/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-852/2024
18.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver