Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-853/2022 04.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlundan və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, Üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil3 (fərdi vəkil) iştirakı ilə, İddiaçı MMM-in (VÖEN **********, hüquqi ünvan- AZ1095, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 68, mənzil 79, qanuni təmsilçi-X1, dövlət qeydiyyatına alındığı tarix- 17.03.2000-ci il) cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinə (üçüncü şəxs Cavabdeh2-xx.xx.1970-ci il tarixində Naxçıvan MR-in Naxçıvan şəhərində anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatdadır) qarşı “şəhadətnamələrin ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli, 2- 1(112)-1834/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlük məsələsinə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müə yyən etdi: İddiaçı MMC 22.09.2020-ci il tarixində cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsi tərəfindən Cavabdeh2 verilmiş AD N 769252, AD N 769253, AD N 769254, AD N 769255, AD N 769256 saylı nəqliyyat vasitələrinə dair qeydiyyat şəhadətnamələrinin ləğv edilməsi öhdəliyinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin birinci instansiya icraatı zamanı iddiaçı tərəfindən ərizə təqdim edilərək Cavabdeh2 cavabdeh qismindən çıxarılaraq üçüncü şəxs qismində cəlb edilməsi xahiş edilmişdir. İşin birinci instansiya icraatı zamanı iddiaçı tərəfindən vəsatət təqdim edilərək iş üzrə icraatın dayandırılması xahiş edilmişdir. İşin birinci instansiya icraatı zamanı iddiaçı tərəfindən vəsatət təqdim edilərək iş üzrə ekspertizanın təyin edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli, 2-1(112)-1834/2021 nömrəli qərardadları ilə (hakim R.Kərimli) Cavabdeh2 cavabdeh kimi prosessual iştirakına xitam verilməklə üçüncü şəxs qismində cəlb edilməsi, 13 dekabr 2021-ci il tarixli qərardadları ilə iddiaçının nümayəndəsinin “iş üzrə ekspertiza təyin edilməsi” barədə vəsatətinin təmin edilməməsi, iddiaçının nümayəndəsinin “icraatın dayandırılması barədə” vəsatətinin təmin edilməməsi qərara alınmışdır. 15.12.2021-ci il tarixdə iddiaçı “icraatın dayandırılmaması barədə” qərardaddan apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli, 2- 1(112)-1834/2021 nömrəli qərardadının ləğv edilməsini və iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Apellyasiya şikayəti “icraatın dayandırılması barədə” vəsatətə uyğun əsaslandırılmışdır. Apellyasiya şikayətinin “Şikayət” kimi və qərardadın tarixinin “10 dekabr” göstərilməsi məhkəmə tərəfindən texniki yazı xətası kimi qəbul edilmişdir. İşin apellyasiya icraatı zamanı apellyasiya şikayətinin mümkünlük məsələsi yoxlanılmışdır. Məhkəmə kollegiyası iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili apellyasiya şikayətininin mümkün hesab edilməməsini xahiş etdi. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə etmişdir. İddiaçı və cavabdeh məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası işə onların nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini nəzərdən keçirərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti mümkün sayılmamalı və apellyasiya şikayəti onu verən şəxsə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İPM-nin 83.1-ci maddəsinə əsasən şikayət inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və müstəqil mübahisələndirilməsi bu Məcəllə ilə nəzərdə tutulmuş qərardadlardan verilə bilər. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən bu Məcəllə ilə müstəqil qaydada mübahisələndirilməsinə yol verilməyən qərardadlardan məhkəmənin yekun qərarı ilə birlikdə şikayət verilə bilər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə məhkəmə icraatın dayandırılmasından imtina edilməsi barədə qərardaddan apellyasiya şikayəti verilməsi qanunvericilik normalarında nəzərdə tutulmamışdır. Bu səbəbdən iddiaçının apellyasiya şikayəti mümkün sayılmamalı, apellyasiya şikayətinin qəbulundan imtina edilərək, şikayət onu verən şəxsə qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. İnzibati Prosessual Məcəllənin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli, 2-1(112)-1834/2021 nömrəli qərardadından İddiaçı MMC-nin apellyasiya şikayəti mümkün sayılmasın. Apellyasiya şikayətinin qəbulundan imtina edilsin. Apellyasiya şikayəti onu verən şəxsə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-853/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-853/2022
04.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver