Məhkəmə qərarları › İş №2-1(103)-855/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-855/2022

03.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-855/2022 03.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X9 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və İlham Əziz oğlu Kərimlidən ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, İddiaçı, vəkili X7 və cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinə (3-cü şəxslər Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və “Laçın Rayon Mərkəzi Xəstəxanası” X11) qarşı “09.07.2021-ci il tarixdən 2-ci dərəcə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli, 2-1(112)-8104/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinə qarşı Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 195 nömrəli 23.06.2021-ci il tarixli qərarına əsasən əlilliyinin səbəb əlaqəsinin dəyişdirilməsini və 2-ci qrup Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olaraq 23.06.2021-ci il tarixdən 23.06.2026-cı il tarixədək 5 il müddətinə təyin edilməsini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitatsiya Agentliyinə həvalə edilməsi tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1979-cu il tarixində Azərbaycan Respublikası, Laçın rayon, Pircahan kəndində anadan olub. 1996- cı ildən 2013-cü ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət keçib. Xidmət müddətində Müdafiə Nazirliyinin tərkibində olan N saylı hərbi hissələrdə mayor rütbəsində zabit kimi müxtəlif vəzifələrdə xidmət edib. Hazırda ehtiyyatda olan zabit, Prezident təqaüdçüsü, 2-ci qrup hərbi əlildir. 2004-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991- 2001) yubiley medalı ilə, 2008-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illik yubiley medalı ilə, 2011-ci ildə 3-cü dərəcəli qüsursuz xidmətlərə görə medalı ilə təltif olunub. Qeyd etmək istəyir ki, xidmətinin axırıncı 8 ilini düşmənlə təmas xəttində olan Qazax rayonu Daşsalahlı, Kəmərli, Aslanbəyli, Qaymaqlı, Abbasbəyli, Fərəhli, Məzəm, Quşçuayrım, Cəfərli, Qızılhacılı kəndlərinin ərazilərində keçirib. O, Müdafiə Nazirliyinin Məzrkəzi Hərbi Həkim Komissiyasının qərarı düzgün verilmədiyi üçün yenidən müraciət edib ki, ona hərbi hissə komandirinin axrıncı dəfə verildiyi travma haqqında arayış nəzərə alınmaqla düzgün olan qərar verilsin, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası ona “Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qərarı verməkdən imtina etmişdir, bu barədə Bakı İnzibati Məhkəməyə müraciət edib, məhkəmə ona “Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qərarı verilməsini təmin etdi, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 23.06.2021-ci il tarixli 195 nömrəli qərarı ilə təmin edilib, xəstəlik diaqnozu 2008-ci ildən bu günədək eyni xəstəlikdir. Eyni diaqnozla və səhətində olan digər xəstəliklərlə bağlı bir çox vaxtlarda, bir çox xəstəxanalarda müalicələrdə olub, bu xəstəlik diaqnozuna əsasən əlilliyinin səbəb əlaqəsi dəyişdirilməli və 2-ci qrup 23.06.2021-ci il tarixdən 23.06.2026-cı il tarixədək 5 il müddətinə əlillik təyin edilməlidir. Müraciətilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavinləri cənab Anar Əliyevin, cənab Anar Kərimovun və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və X3 Heyyətinin sədri cənab Anar Bayramovun qəbulunda olub. Hər 3 vəzifəli şəxs qəbulda onu çox yüksək səviyyədə qəbul edib və müraciətinin Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitasiya Agentliyi tərəfindən heç bir maneəsiz həll olunması barədə müvafiq tapşırıqlarını vermişdirlər. Lakin o dəfələrlə Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitasiya Agentliyində olsa da, müraciətinə baxılmamış və müraciəti öz müsbət təsdiqini tapmamışdır. “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın təsdiq edilməsi və “Tibbi sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarının 3.2, 3.3 maddələrinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini (Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 195 nömrəli 23.06.2021-ci il tarixli qərarı) təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunmalı, əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunmalı, əlillik müddəti hal-hazırda qüvvədə olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-cı il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nın 4.2-ci maddəsinə əsasən ikinci dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilməli və Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilməli, başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilməməlidir. Hazırda müraciəti ondan ibarətdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Qərarının 3-cü (Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası) bəndinə əsasən əlilliyinin səbəb əlaqəsinin dəyişdirilməsi və xəstəlik epiqrizləri nəzərə alınmaqla 2-ci qrup 23.06.2021-ci il tarixdən 23.06.2026-cı il tarixədək 5 il müddətinə əlillik Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar təyin edilməlidir. Məhkəmənin 02.08.2021-ci il tarixli qərardadı ilə iddia tələbinin İddiaçı 01.07.2021-ci il tarixdən Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci qrup əlil kimi müddətsiz əlillik təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi kimi dəyişdirilməsi qəbul edilmişdir. Məhkəmənin 03.09.2021-ci il tarixli qərardadı ilə iddia tələbinin İddiaçı 09.07.2021-ci il tarixdən Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci qrup əlil kimi müddətsiz əlillik təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi kimi dəyişdirilməsi qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli, 2-1(112)-8104/2021 saylı qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı 09.07.2021-ci il tarixdən Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcə əlilliyin müddətsiz olaraq təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı təyin olunmuş əlilliyin səbəbəlaqəsinin dəyişdirilməsi üçün müraciət etmiş və 05.08.2021-ci il tarixdə onun barəsində məhkəmənin 09.07.2021-ci il tarixli qərardadı əsasında əlilliyin səbəb əlaqəsi, təyin olunmuş əlillik müddətinin sonunadək “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” səbəbinə dəyişdirilmişdir. İddiaçı əlilliyin səbəb-əlaqəsinin dəyişdirilməsi ilə yanaşı, həm də 23 iyun 2026-cı ilədək əlilliyin təyin edilməsini istəmiş, lakin məhkəmə iddia tələbindən kənara çıxaraq iddiaçıya müddətsiz əlilliyin təyin edilməsi barədə qərar çıxarmışdır. Əlilliyin müddətsiz təyin etməyə əsas verən xüsusi hallar iddiaçıya aid nə əsas diaqnozda, nə də ağırlaşmalarda öz əksini tapmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmalarına baxmayaraq 3-cü şəxslər Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və “Laçın Rayon Mərkəzi Xəstəxanası” X11n nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə 3-cü şəxslərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İPM-in 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iddiaçını, vəkilini və cavabdehin nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bakı İnzibati Məhkəməsinin 05.04.2021-ci il tarixli Qərarına əsasən (İş № 2-1(112)- 3029/2021) İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddiası təmin edilərək, 16.08.2008-ci il tarixdə aldığı “Qapalı kəllə beyin travması, baş beyin silkələnməsi xəsarətinin səbəbli əlaqəsinin “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının üzərinə qoyulmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının 23.06.2021-ci il tarixli 195 nömrəli qərarına əsasən, Bakı şəhəri Xətai RHK tərəfindən 1996-cı ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş tapşırığını yerinə yetirərkən 16.08.2008-ci ildə aldığı və 16.08.2008-ci il tarixdə N nömrəli hərbi hissənin tibb məntəqəsində ambulator müayinə və müalicə olunduğu travma - diaqnoz: “Qapalı kəlləbeyin travması, baş beyin silkələnməsi” (Azərbaycan Respublikası SHXÇDX-nin Laçın rayon bölməsinin 18.11.2019-cu il tarixli 48 nömrəli göndərişi, 18.11.2019-cu il tarixli 49 nömrəli arayışı, N nömrəli hərbi hissə tərəfindən verilmiş 04.05.2015-ci il tarixli 699 nömrəli travma haqqında arayışı, zədələnmələrin qeydiyyatı kitabından və tibbi kitabçadan çıxarışlar, Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinin 05.04.2021-ci il tarixli İş № 2-1(112)-3029/2021 nömrəli Qərarı, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR” və 31.10.2013-cü il tarixdə Silahlı Qüvvələrin Baş Klinik Hospitalın terapiya profilli hospital hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmə zamanı təyin edilmiş xəstəlik - diaqnoz: “Anadangəlmə inkişaf qüsuru: qulaqcıqlararası çəpərin defekti, l (birinci) funksional sinif ürək çatışmazlığı. Xroniki eroziv qastroduodenit, remissiya mərhələsində” (SQ Baş Klinik Hospitalın terapiya profilli hospital hərbi-həkim komissiyası tərəfindən verilmiş 31.10.2013-cü il tarixli 2732 nömrəli xəstəlik haqqında şəhadətnamə ilə təsdiq edilir), “XƏSTƏLİKDİR, HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR". MN MHHK-nın 13.08.2015-ci il tarixli 822 nömrəli Qərarındakı travmanın hərbi xidmətlə səbəb əlaqəsi ləğv edilir. Əsas Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2. bəndinin a), ç) yarımbəndi və Bakı İnzibati Məhkəməsinin 05.04.2021-ci il tarixli İş № 2- 1(112)-3029/2021 nömrəli Qərarı. Laçın Rayon Mərkəzi Xəstəxanası tərəfindən iddiaçı barəsində tərtib olunmuş Forma 88 - 0280003AAFMA nömrəli göndərişə əsasən, iddiaçı 19.09.2013-cü il tarixdən göndəriş verən müəssisədə qeydiyyatdadır və TSEK-ə göndəriş zamanı əsas diaqnozu XBT 10 (X2 10-cu baxış) əsasən: əsas diaqnoz - Y36.9 “dəqiqləşdirilməmiş hərbi əməliyyatlar nəticəsində zədələnmələr. Hərbi əməliyyatlar nəticəsində alınmış zədələnmələr. Keçirilmiş kəllə beyin travması baş beyin əzilməsinin, silkələnməsinin davamlı qalıq əlamətləri. Davranış pozulmaqla uzunmüddətli (iki ildən çox) təzahür edən psixotik hallar. Postravmatik ensefalopatiya İİ mərhələ, tez-tez təkrarlanan epileptik qıcolma tutmaları (ayda 8-9 dəfə)” olmaqla; ağırlaşmaları - XBT 10-a uyğun olaraq: H81.1 Xoşxassəli paroksizmal başgicəllənmə Xoşxassəli paroksizmal başgicəllənmə Xoşxassəli paroksizmal başgicəllənmə; G 11.2 Gecikmiş beyincik ataksiyası Gecikmiş beyincik ataksiyast Gecikmiş beyincik ataksiyası; T 90 Başın travmalarının nəticələri Başın travmalarının nəticələri Başın travmalarının nəticələri; G 40 X4 tez-tez təkrarlanan epoleptik qıcolma tutmaları (ayda 8-9 dəfə); H.36.8 Digər rubrikalarda təsnif olunan xəstəliklərdə başqa retinal pozğunluqlar Digər rubrikalarda təsnif olunan xəstəliklərdə başqa retinal pozğunluqlar Digər rubrikalarda təsnif olunan xəstəliklərdə başqa retinal pozğunluqlar; F07.2 Postkontuzion sindrom Postkontuzion sindrom Postkontııziun sindrom Postravmatık ensefalopatiya, tez-tez təkrarlanan epileptik qıcolma tutmaları (ayda 8-9 dəfə. kəllədaxili hipertenziya. vaqo-vegetativ krizlər vegeto-damar paroksizmləri. koordinatıstatik pozuğunluqlar. Tez-tez təkrarlanan simpatoadrenergetik paroksizmlərlə, diensefal sindrom; G 39.5 Baş beynin sıxılması Baş beynin (kötüyün) sıxılması Baş beynin (kötüyün) əzilməsi Baş beynin sıxılması Baş beynin (kötüyün) sıxılması Baş beynin (kötüyün) əzilməsi Baş beyinin sıxılması. Baş beyinin (kötüyün) əzilməsi davamlı qalıq əlamətləri; T 90.5 Kəllədaxili travmaların nəticələri Kəllədaxili travmaların nəticələri Kəllədaxili travmaların nəticələri. Keçirilmiş qapalı kəllə-beyin travmalarının qalıq əlamətləri; F 23 Kəskin və ötüb keçən psixotik pozğunluqlar kəskin və ötüb keçən psixotik pozğunluqlar Davranış pozulmaqla uzun müddətli (iki ildən çox) təzahür edən psixiatrik hallar; G45.0 Vertebrobazilyar arterial sistem sindromu Vertebrobazilyar arterial sistem sindromu Beyin qan dövranının vertebrobazilyar hövzədə xroniki çatışmazlığı, vestibulyar pozğunluqlarla; G93.4. Dəqiqləşdirilməmiş ensefalopatiya Dəqiqləşdirilməmiş ensefalopatiya Posttravmatik ensefalopatiya İİ mərhələ. Kəllədaxili hipertenziya; F48.0. Nevrasteniya. Kəskin asteno - nevrotik sindrom; F07 Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsində yaranan şəxsiyyət və davranış pozğunluqları. Şəxsiyyət və davranışda rast gəlinən dəyişikliklər baş beynin xəstəliyi, zədələnməsi və disfunksiyası zamanı qalıq əlamətləri və ya yanaşı gedən Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsində yaranan şəxsiyyət və davranış pozğunluqları Şəxsiyyət və davranışda rast gəlinən dəyişikliklər baş beynin xəstəliyi, zədələnməsi və disfunksiyası zamanı qalıq əlamətləri və ya yanaşı gedən Üzvi (Ppstkontuzion sindrom nəticəsində yaranmış) şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalat və koqnitiv funksiyaların enməsi ilə. Anamnezində psixotik epizodlar keçirilməsi qeyd olunur. Yanakı xəstəliklər: H 35.0 Fon retinopatiyaları və retinal damar dəyişiklikləri Fon retinopaliyaları və retinal damar dəyişiklikləri Fon retinopatiyaları və retinal damar dəyişiklikləri 111.0 [Durğunluq] ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəlik [-yi] [Durğunluq] ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hiperlenziv [hipertoniya] xəstəlik [-yi] Hipertoniya xəstəliyi İİİ mərhələ İV risk qrupu 123.1 Qulaqcıqlararası arakəsmənin qüsuru-kəskin miokard infarktının cari ağırlaşması kimi Qulaqcıqlararası arakəsmənin qüsuru-kəskin miokard infarktının cari ağırlaşması kimi Qulaqcıqlararası çəpərin qüsuru. Qulaqcıqlurarası çəpərin qüsuruna görə edilmiş ( 2(12(1) əməliyyatdan sonrakı vəziyyət. 149 Ürək ritminin digər pozğunluqları Ürək ritminin digər pozğunluqları Ürək ritminin digər pozğunluqları. Ekstrasistolik aritmiya. Xroniki eroziv qastroduadent; 125 Ürəyin xroniki işemik xəstəliyi Keçirilmiş infarktdan sonrakı kardioskleroz. Qeyristabil stenokardiya İİİ-İV f/s; İ50.0 Durğunluq ürək çatmamazlığı Durğunluq ürək çatmaınazlığı Durğunluq ürək çalmamazlığı İİİ f, Xroniki qan dövran çatışmazlığı B dərəcə; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.4-cü maddəsinə əsasən, tibbi göstəriş olan aşağıdakı xüsusi hallarda ikinci dərəcə əlillik müddətsiz təyin edilir: 2.4.1. ürək ritminin süni tənzimləyicisi qoyulduğu hallarda ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01- İ09,İ11.0, İ13.0-İ13.2, İ23-İ23.8, İ24-İ24.8, İ25.3-İ25.5, İ50-İ50.9, Z95.0); 2.4.3. şizofreniya, paranoidpsixotik halı (remissiya baş verməyən hal) (F20-F20.9); 2.4.4. emosional-iradi pozuntular və psixopatabənzər davranışla müşayiət olunan imbesillik və ya debillik İQ=35- 50 arası, o cümlədən orta dərəcəli kəmağıllıq (demensiya) (F60.0-F62.9, F45-F45.9, F48- F48.9, F70-F79); TSEK-ə göndərişə əsas verən müayinə vərəqəsində (Forma 88№ 0280003AAFMA) status localis qrafasında müəyyən olunur ki, özünü 2008-ci ildən xəstə hesab edir. 16.08.2008-ci il tarixdə hərbi hissədə döyüş tapşırığını icra edərkən “Qapalı kəllə beyin travması. baş beyin silkələnməsi” travması almışdır. 2014-cü ilin mart ayından xəstə hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar 2-ci qrup əlildir. Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-3029/2021 nömrəli 05.04.2021-ci il tarixli qərarına əsasən “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi göstərilmişdir. Təngənəfəslik, ürək nahiyyəsində ağrılar, qapalı kəllə beyin travmasından sonra kəskin baş ağrıları, baş gicəllənməsi, başda küy aqressivlik, yaddaş zəifliyi, qıcolma < ayda 8-9 dəfə) tutmalarının baş verməsindəndir. 18.05.2021-ci ildə “Psixi Sağlamlıq Mərkəzi “X11 rəyi. Üzvi (Postkontuzion sindrom nəticəsində yaranmış ) şəxsiyyət pozuntusu , tez -tez baş verən dekompensasiyalat və koqnitiv funkisyuların enməsi ilə”. 23.04.2020-ci ildən 31 05.2020-ci ilədək 1 saylı Respublika Psixatriya Xəstəxanasında müalicə alıb (diaqnoz. Davranış pozulmaqla uzunmüddətli (iki ildən çox) təzahür edən psixotik hallar) 16.03.2021 31.03.2021-ci ilədək 5 saylı Şəhər KLİNİKİ Xəstəxanada müalicə almışdır. Dispenser nəzarətindədir. Mütəmadi müalicə alır 04.02.2014-04.02.2014, 12.10.2016- 28.10.2016.01.08.2018-20.08.2018-ci il tarixlərdə Ak.Abdullayev adına X1 müalicədə. 23.09.2015-05.10.2015; 14.05.2016-24.05.2016-cı ilədək. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası”na əsasən: 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. Birinci instansiya məhkəməsi tərəfindən qeyd edilmişdir ki, aparılmış qiymətləndirmə zamanı səhiyyə müəssisəsi tərəfindən təqdim edilən Forma 88 arayışına əsasən XBT 10a əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.4.1., 2.4.3. və 2.4.4-cü maddələrinə əsasən, ikinci dərəcə əlilliyin müddətsiz olaraq təyin edilməsinə tibbi göstəriş olan xəstəliklər (F 23 Kəskin və ötüb keçən psixotik pozğunluqlar kəskin və ötüb keçən psixotik pozğunluqlar Davranış pozulmaqla uzun müddətli-iki ildən çox) təzahür edən psixiatrik hallar; F48.0. Nevrasteniya. Kəskin asteno-nevrotik sindrom; 111.0 [Durğunluq] ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəlik [-yi] [Durğunluq] ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hiperlenziv [hipertoniya] xəstəlik [-yi] Hipertoniya xəstəliyi İİİ mərhələ İV risk qrupu; 123.1 Qulaqcıqlararası arakəsmənin qüsuru-kəskin miokard infarktının cari ağırlaşması kimi Qulaqcıqlararası arakəsmənin qüsuru-kəskin miokard infarktının cari ağırlaşması kimi Qulaqcıqlararası çəpərin qüsuru. Qulaqcıqlararası çəpərin qüsuruna görə edilmiş (2(12(1) əməliyyatdan sonrakı vəziyyət; 125 Ürəyin xroniki işemik xəstəliyi Keçirilmiş infarktdan sonrakı kardioskleroz. Qeyri-stabil stenokardiya İİİ-İV f/s; 150.0 Durğunluq ürək çatmamazlığı Durğunluq ürək çatmamazlığı Durğunluq ürək çalmamazlığı İİİ f, Xroniki qan dövran çatışmazlığı B dərəcə;) göstərilməsinə və həmin xəstəliklərlə bağlı uzun müddət stasinar müalicədə olmasına və Forma 88 arayışına əsasən həmin xəstəliklərin diaqnozu diaqnostik müayinələrlə təsdiq olunmasına baxmayaraq, əlillik 5 il müddətinə təyin edilmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və əlilliyin təyinatı ilə bağlı qərarın dəyişdirilməsi, qiymətləndirmə aparıldığı 09.07.2021-ci il tarixdən Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcə əlilliyin müddətsiz olaraq təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli, 2-1(112)-8104/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Səadət Bəktaşi İlham Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar