Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-855/2025 04.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər:“ doğum haqqında akt qeydinə dəyişiklik edilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X6 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçıının iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2813/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsinin xx.xx.2023-cü il tarixli imtina məktubunda qeyd edilir ki, İran İslam Respublikası tərəfindən tərtib edilmiş X49622112 saylı pasportda iddiaçının doğum tarixi xx.xx.2004-cü il, lakin AA******* saylı şəxsiyyət vəsiqəsində doğum tarixi xx.xx.2005-ci il yazılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”a əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri tərəfindən həyata keçirilir. Qeydiyyat şöbəsi vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. Göstərilənlərə əsasən AA******* saylı şəxsiyyət vəsiqəsində doğum tarixinin xx.xx.2005-ci ildən xx.xx.2004-cü ilə dəyişiklik edilməsi imkan xaricindədir.
2. 3 saylı “ASAN xidmət” Mərkəzi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş iddiaçıya məxsus AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2005-ci il tarixdə İran İslan Respublikasının Tehran şəhərində doğulmuşdur.
3. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2014-cü il və xx.xx.2018-ci il tarixlərdə verilmiş, C00455654, C01934064 nömrəli ümumvətəndaş pasportlarının surətindən görünür ki, İddiaçı doğum tarixi xx.xx.2005-ci ildir.
4. İran İslam Respublikasının Miqrasiya və pasport polisi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş Zehtabqiyasi X17 məxsus pasportun tərcümə və təsdiq edilmiş surətindən görünür ki, iddiaçı xx.xx.2004-cü ildə Kərəc şəhərində anadan olmuşdur.
5. Azərbaycan Respublikasının Tehrandakı Səfirliyinin konsulluq şöbəsi tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli, ********** nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.2004-cü il tarixdə Kərəc şəhərində doğulmuşdur. Atası Zehtabqiyasi X5, anası X3r.
6. Məhkəmənin xx.xx.2024-cü il tarixli sorğu məktubu ilə cavabdeh Yasamal rayon Qeydiyyat şöbəsindən İddiaçı Məhəmməd qızının doğum haqqında akt qeydinə dair düzəliş edilməsinə dair müraciətinin, vətəndaşlıq aktlarının qeydiyyat kitabında iddiaçı ilə bağlı xx.xx.2007-ci il tarixli, 004 nömrəli doğum haqqında akt qeydinin və onun verilməsi üçün əsas olmuş sənədlərin təsdiq edilmiş surətinin məhkəməyə təqdim edilməsi tələb olunmuşdur. Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsi tərəfindən məhkəməyə verilmiş cavab məktubunda bildirilmişdir ki, vətəndaşın xx.xx.2023-cü il tarixdə doğum tarixinin dəyişdirilməsi barədə Yasamal rayon Qeydiyyat şöbəsinə daxil olmuş müraciətinə baxılmışdır. Zehtab X4 doğumu xx.xx.2007-ci il tarixdə 04 saylı akt ilə Azərbaycan Respublikasının Tehrandakı Səfirliyi tərəfindən qeydə alınmışdır. Həmin doğum akt qeydində və AA******* saylı şəxsiyyətini təsdiq edən sənəddə doğum tarixi “xx.xx.2005”-ci il yazılmışdır. X22 Respublikası tərəfindən verilmiş X4962212 saylı pasportda doğum tarixi “xx.xx.2004”-cü il yazılmışdır. Göstərilənlərə əsasən Zehtab X4 doğum akt qeydində doğum tarixinin “xx.xx.2005”-ci ildən “xx.xx.2004”-cü ilə düzəliş edilməsindən imtina edilmişdir.
7. Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş iddiaçının Azərbaycan Respublikasının Tehrandakı Səfirliyinin konsulluq şöbəsi tərəfində aparılmış xx.xx.2007-ci il tarixli, 004 nömrəli doğum haqqında akt qeydindən görünür ki, “Uşaq haqqında məlumat” bölməsində soyadı qrafasındaZehtabqiyasi, ad qrafasında- Fatimə, ata adı qrafasında- Məhəmməd Əli, doğulduğu yerİran İslam Respublikası, Tehran şəhəri, Kərəc, doğulduğu vaxt “xx.xx.2005-ci il”, uşağın doğumunu təsdiq edən sənədlər qrafasında- şəxsiyyət vəsiqəsi kimi qeydiyyat aparılmışdır.
8. Azərbaycan Respublikasının Tehrandakı Səfirliyinin konsulluq şöbəsi tərəfindən iddiaçıya məxsus xx.xx.2007-ci il tarixli, 004 nömrəli doğum haqqında akt qeydinin aparılması üçün əsas olmuş sənədlərin təqdim edilməsi ilə bağlı məhkəmənin sorğusuna Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikasının İran islamn Respublikasındakı Səfirliyinə qarşı törədilmiş terror aktı nəticəsində Səfirliyin fəaliyyətimnin dayandırılması barədə qərar qəbul edilmişdir. Səfirliyin fəaliyyəti bərpa edildikdən sonra sorğunun aidiyyəti üzrə göndərilməsi mümkün olmamışdır.
9. Məhkəmənin müvafiq sorğusu ilə AR DİN Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən İddiaçı verilmiş AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin və C01934064 nömrəli ümumvətəndaş pasportunun verilməsinə əsas olan sənədlərin surətləri məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərdən görünür ki: - İddiaçı məxsus AZE 12903028 nömrəli, xx.xx.2018-ci il tarixli əvvəlki şəxsiyyət vəsiqəsində doğulduğu yer və tarix İran, Tehran şəhəri, xx.xx.2005-ci il göstərilmişdir. -Milli Hematologiya və Transfuziologiya Mərkəzi tərəfindən İddiaçı verilmiş arayışın surətindən görünür ki, doğum tarixi xx.xx.2005-cı il göstərilmişdir. -İddiaçının valideynləri X16 və X1 xx.xx.2018-ci il tarixli ərizə ilə AR DİN BPQMİ-yə müraciət edərək övladları, xx.xx.2005-ci il təvəllüdlü X2 ümumvətəndaş pasportu almasına etiraz etməmişlər.
10. İddiaçının nümayəndəsi və vəkili tərəfindən məhkəməyə təqdim edilmiş İran İslam Respublikasının Bakıdakı Səfirliyinin Konsulluq şöbəsi tərəfindən verildiyi bildirilən ********** nömrəli doğum haqqında şəhadətnamənin tərcümə edilmiş kserosurətində aşağıdakı məlumatlar qeyd olunmuşdur: Adı: Fatemeh (Fatimə) Soyadı: Zehtab Ghiasi (Zehtab Qiyasi) Cinsi: Qadın Atasının adı: Mohammad Ali (Məhəmməd Əli) Anasının adı: Konul Shahsuvarova (Könül Şahsuvarova) Doğum tarixi: xx.xx.2004 Doğulduğu yer: Karaj (Kərəc) Karaj (Kərəc) X8 idarəsinin möhr və imzası ilə təsdiq edilmişdir. Sənədin verildiyi yer: Karaj (Kərəc) Sənədin verildiyi tarix: xx.xx.2004
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər:
11. İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək doğum tarixinin xx.xx.2004-cü il olması barədə vətəndaşlıq vəziyətlərinin qeydiyyatı kitabında düzəlişin edilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2004-cü il tarixdə İran İslam Respublikasının Kərəc şəhərində anadan olmuşdur. X10 Əli İran vətəndaşıdır. İddiaçı uzun müddət İran İslam Respublikasında yaşasa da, hal-hazırda Azərbaycan Respublikasına köçmüş və burada yaşayır. Azərbaycan Respublikasında doğum haqqında şəhadətnamə və ümumvətəndaş pasportu alarkən doğum tarixi səhv olaraq xx.xx.2005-ci il tarixi kimi yazılmışdır. İddiaçının doğum tarixi xx.xx.2004-cü il tarixli olduğundan bu faktın onun üçün hüquqi əhəmiyyəti vardır. Lakin Azərbaycan Respublikasında əldə etdiyi sənədlərdə doğum tarixi səhv olaraq yazılmışdır. İddiaçı onun üçün hüquqi əhəmiyyəti olan faktın, yəni doğum tarixinin düz qeyd edilməsini başqa cür düzəldə bilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh orqana bununla bağlı müraciət etsə də, doğum tarixində olan səhvin düzəldiləmisindən imtina edilmişdir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi xahiş edilmişdir.
13. Cavabdeh tərəfindən iddia tələbinə qarşı təqdim edilmiş yazılı münasibətdə (etiraz) bildirilmişdir ki, İddiaçı doğum haqqında şəhadətnaməsi təqdim edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”a əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri tərəfindən həyata keçirilir. Qeydiyyat şöbəsi vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. Göstərilənlərə əsasən dəyişiklik edilməsindən imtina edilmişdir.
14. Bakı İnzibati Məhkəməsinin Məhkəməsinin e-2-1(112)-2813/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
15. Qərardan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 2813/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi, iddianın təmin edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
16. Apellyasiya şikayəti işin faktiki halları baxımından iddia ərizəsi ilə oxşar məzmunda olmaqla əlavə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Tehrandakı Səfirliyinin konsulluq şöbəsində aparılmış xx.xx.2007-ci il tarixli, 004 nömrəli doğum haqqında akt qeydində dəyişiklik aparılması üçün qanunvericilikdə nəzərdə tutulan kifayət qədər əsaslar vardır.Belə ki, İran İslam Respublikasının Bakıdakı Səfirliyinin Konsulluq şöbəsi tərəfindən verillən sənədlərdə iddiaçının doğum tarixi onun onun hüquqi arzusunun olduğu düzgün doğum günü qeyd edilməsinə baxmayaraq məhkəmə tərəfindən bu sübut nəzərə alınmamışdır.Həmçinin, sənədin əsli məhkəməyə təqdim edilmişdir.Lakin hakim sənədin əslinə baxaraq surətini iş materiallarına əlavə etmişdir.Əgər sənədin notarial təsdiq edilmiş surəti lazım idisə iddiaçıya hüquqi yardım göstərilməmiş və sənədin notarial surəti işə əlavə olunması təmin olunmamışdır.
ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
d) Prosses iştirakçılarının izahatları
18. Məhkəmə Kollegiyasının iclasında iddiaçı iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək və apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir.
19. Məhkəmə Kollegiyasının iclası barədə lazımı qaydada məlumatlandırılmış cavabdehin nümayəndəsi iclasda iştirak etməmişdir.Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: preambulasına əsasən, bu Məcəllə Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulan əsas insan və vətəndaş hüquqlarına və azadlıqlarına uyğun olaraq ailə münasibətlərinin yaranmasının və möhkəmlənməsinin, onlara xitam verilməsinin prinsiplərini, ailə münasibətlərinin iştirakçılarının hüquq və vəzifələrini, dövlət orqanlarının bu sahədə vəzifələrini, habelə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydalarını tənzimləyən normaları müəyyən edir. 158.1-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. 159.1-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. 161.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat orqanı tərəfindən həyata keçirilir. 164.2-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeyd edilməsi üçün lazım olan sənədlərin siyahısı vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması qaydasına əsasən müəyyən olunur.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın: 1.7- ci bəndinə əsasən, qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün lazım olan bu Qaydada müəyyən olunmuş digər sənədlər əsasında aparılır. 1.2. Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi və müvəqqəti yaşayan, habelə müvəqqəti olan Azərbaycan Respublikası vətəndaşlarının vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı konsulluq idarələri tərəfindən aparılır. 1.4. Qeydiyyat şöbəsi və konsulluq idarəsi fəaliyyət istiqamətinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi (bundan sonra – Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemi) vasitəsilə doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. 1.12. Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması haqqında ərizə verən şəxslərə müvafiq şəhadətnamə verilir 2.24. Doğum haqqında akt qeydləri əsasında doğum haqqında şəhadətnamə verilir. Şəhadətnamənin verilmə tarixi, seriyası və nömrəsi doğum haqqında akt qeydində göstərilir.
22. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 52 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar»ın: preambulasında göstərilmişdir ki, bu əsas müddəalar Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edir. 1-ci bəndinə görə, vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. 3-cü bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aşağıdakı hallarda edilir: övladlığa götürmə ilə əlaqədar övladlığa götürülənin adı, atasının (anasının) adı, soyadı, doğulduğu yer və doğum tarixi dəyişdirildikdə; nikahın pozulması və nikahın etibarsız sayılması ilə əlaqədar ərin (arvadın) nikah qeydə alınan zaman seçdiyi soyad dəyişdirildikdə; atanın adının dəyişdirilməsinin qeydə alınması hallarında onun uşaqlarının ata adı dəyişdikdə, valideynlərdən birinin və ya hər iki valideynin soyadı dəyişdirildikdə yetkinlik yaşına çatmayan uşaqlarının soyadı dəyişdikdə; atalıq müəyyən edildikdə, uşağın doğulması haqqında qeydə ata barəsində yeni məlumat yazıldıqda, doğum haqqında aktın qeydindən uşağın atası və ya anası haqqında məlumatlar çıxarıldıqda; vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada adını, soyadını və ata adını, habelə soyad şəkilçisini dəyişdirildikdə; övladlığa götürmə ləğv edildikdə; atalığın müəyyən edilməsi ləğv olunduqda; vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə; cinsin dəyişməsi ilə əlaqədar olaraq vətəndaşın adı, soyadı və ata adı dəyişdirildikdə; vətəndaşlıq vəziyyəti aktlarının qeydində valideynlərin soyadları, adları, ata adları və ya milliyyəti göstərilməmişsə; vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; qanunvericilikdə müəyyən edilən digər hallarda. 4-cü bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: övladlığa götürmə barədə məhkəmənin qərarı; nikahın pozulması barədə məhkəmənin qətnaməsi, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi, nikahın etibarsız sayılması barədə məhkəmənin qətnaməsi; adın, soyadın və ata (ana) adının dəyişdirilməsi haqqında səlahiyyətli orqanların rəyi; yetkinlik yaşına çatmayanın adının və soyadının dəyişdirilməsinə dair səlahiyyətli orqanın rəyi; övladlığa götürmənin ləğv olunması haqqında məhkəmənin qətnaməsi; atalığın müəyyən edilməsi haqqında məhkəmənin qərarı və ya valideynlərin ərizəsi; atalığın müəyyən olunmasına dair məhkəmənin əvvəllər çıxarılmış qətnaməsinin ləğv edilməsi haqqında məhkəmənin qətnaməsi; ərizə verən şəxsin daimi yaşayış yerindəki qeydiyyat şöbələrinin və konsulluq idarələrinin qanunvericiliyə uyğun olaraq qəbul etdiyi rəyi; vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi haqqında məhkəmənin qərarı; cinsin dəyişməsinin təsdiqi haqqında tibb müəssisəsinin rəyi; vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsinə əsas verən digər sənədlər. 5-ci bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin seçdiyi yer üzrə qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir.
23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
24. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
25. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
27. Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti aşağıdakılara görə əsassızdır və təmin olunmamalıdır.
28. Belə ki, işin hallarından göründüyü kimi, Azərbaycan Respublikasının Tehrandakı Səfirliyində aparılmış xx.xx.2007-ci il tarixli, 004 nömrəli akt qeydinin əsasında tərtib edilmiş doğum haqqında şəhadətnamədə, iddiaçıya verilmiş şəxsiyyət vəsiqələrində, ümumvətəndaş pasportunda və digər sənədlərdə onun doğum tarixi kimi məhz xx.xx.2005-ci il tarixi göstərilmişdir.
29. Həmçinin, iddiaçıya Azərbaycan Respublikası vətəndaşının ümumvətəndaş pasportu verilməsi üçün təqdim edilmiş ərizədə və digər sənədlərdə onun doğum tarixi valideynlərinin verdiyi məlumatlar əsasında “xx.xx.2005-ci il” kimi qeyd olunmuşdur.
30. Tətbiq olunan hüquq normalarından göründüyü kimi, qanunvericilik vətəndaşlıq vəziyyəti aktlarında qeydiyyatın aparılması hallarını, qaydalarını, onun məqsədlərini aydın şəkildə göstərmiş, bu akt qeydlərində dəyişikliklərin aparılması mümkünlüyünü kifayət qədər əsasların olması halı ilə səciyyələndirmişdir.
31. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, hazırkı halda iddiaçının Azərbaycan Respublikasının Tehrandakı Səfirliyinin konsulluq şöbəsində aparılmış xx.xx.2007-ci il tarixli, 004 nömrəli doğum haqqında akt qeydində dəyişiklik edilməsi üçün qanunvericilikdə nəzərdə tutulan əsaslar mövcud deyildir.
32. Belə ki, iddiaçının təqdim etdiyi İran İslam Respublikasının Bakıdakı Səfirliyinin Konsulluq şöbəsi tərəfindən verildiyi bildirilən ********** nömrəli doğum haqqında şəhadətnamə və İran İslam Respublikasının müvafiq qurumu tərəfindən 2019-cu il tarixdə verilmiş pasport kserosurətdir və notarial qaydada təsdiq edilməmişdir.
33. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən notariat qaydasında təsdiq olunmuş və iş üçün əhəmiyyətli hallar barədə məlumat verən sənədlər sübut kimi qəbul edilə bilər.
34. Həmçinin iddiaçı tərəf həmin sənədlərin əslini də məhkəməyə təqdim edə bilməmişdir.
35. Odur ki, məhkəmə həmin sənədləri mötəbər sübut kimi qiymətləndirmir.
36. Bundan başqa iddiaçı ********** nömrəli doğum haqqında şəhadətnamənin verilməsi üçün əsas olmuş doğum akt qeydini də məhkəməyə təqdim edə bilməmişdir.
37. Belə olan halda nə qədər ki, həmin akt qeydi məhkəməyə təqdim edilməyib, mübahisələndirilən qeyddəki doğum tarixi məlumatının yanlış olması ilə bağlı qənaətə gəlmək mümkün deyil.
38. Eyni zamanda iddiaçı Kərəc şəhərində qeydiyyat orqanı tərəfindən aparılmış doğum aktının qeydi mövcud olduğu halda həmin ölkədə yerləşən Azərbaycan Respublikasının Tehrandakı Səfirliyində doğumunun yenidən qeydiyyata alınması üçün müraciət edilməsinin hansı zərurətdən irəli gəlməsini əsaslandıra bilməmişdir.
39. Apellyasiya şikayəti işin faktiki halları baxımından iddia ərizəsi ilə oxşar məzmunda olmaqla əlavə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Tehrandakı Səfirliyinin konsulluq şöbəsində aparılmış xx.xx.2007-ci il tarixli, 004 nömrəli doğum haqqında akt qeydində dəyişiklik aparılması üçün qanunvericilikdə nəzərdə tutulan kifayət qədər əsaslar vardır.Belə ki, İran İslam Respublikasının Bakıdakı Səfirliyinin Konsulluq şöbəsi tərəfindən verillən sənədlərdə iddiaçının doğum tarixi onun onun hüquqi arzusunun olduğu düzgün doğum günü qeyd edilməsinə baxmayaraq məhkəmə tərəfindən bu sübut nəzərə alınmamışdır.Həmçinin, sənədin əsli məhkəməyə təqdim edilmişdir.Lakin hakim sənədin əslinə baxaraq surətini iş materiallarına əlavə etmişdir.Əgər sənədin notarial təsdiq edilmiş surəti lazım idisə iddiaçıya hüquqi yardım göstərilməmiş və sənədin notarial surəti işə əlavə olunması təmin olunmamışdır.
40. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin göstərilən dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçı yuxarıda qeyd olunan sənədlərin notarial təsdiq olunmuş surətini apellyasiya şikayətinə əlavə etməmiş, eləcə də həmin sənədlərin əslini, yaxud notarial təsdiq edilmiş surətini apellyasiya baxışı zamanı da təqdim etməmişdir.
41. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
42. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
43. Göründüyü kimi, birinci instansiya məhkəməsində işə baxılarkən yuxarıda qeyd olunan məsələlər araşdırılmış, həqiqətə nail olmaq üçün göstərilən faktlara hüquqi münasibət bildirərək iddia rədd edilmişdir.
44. Beləliklə, məhkəmə Kollegiyası nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2813/2024 saylı, xx.xx.2024cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2813/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.