Məhkəmə qərarları › İş №2-1(103)-857/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-857/2023

16.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-857/2023 16.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ İş № 2-1(103)-857/2023 (Açar sözlər:güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi”) Bakı şəhəri 16 yanvar 2022-ci il Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X4 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X5 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3047/2022 saylı 03 avqust 2022-ci il tarixli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə 16 yanvar 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının **********5 nömrəli xx.xx.2019-cu il tarixli məktubuna əsasən bildirilmişdir ki,təqdim olunan əmək kitabçalarının arasındakı uyğunsuzluqlar onlardakı məlumatların həqiqiliyinə əsaslı şübhələr yaradır. Qeyd olunanları nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.

2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filianın **********5 nömrəli xx.xx.2020-ci il tarixli məktubuna əsasən bildirilmişdir ki, təqdim olunan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Baş Geofizika İdarəsi “Xəzərdənizneftgeofizika” Tresti tərəfindən iddiaçıya dair açılmış xx.xx.1994-cü il tarixli l/İT-l ******* nömrəli əmək kitabçasının 2-3-cü səhifələrində əmək fəaliyyətinə başlanılan dövrə qədər yalnız təhsil və hərbi xidmət dövrünün olduğu qeyd edilmişdir. Lakin 15 sentyabr 1987-ci il tarixli MT-İ ******* nömrəli əmək kitabçasının 42-45-ci səhifələrində iddiaçının xx.xx.1984-xx.xx.1989-cu il tarixləri arasındakı dövr ərzində 1 №-li Zar ətsüdçülük sovxozunda işlədiyi qeyd edilmişdir, eyni zamanda aparılmış qeydlər müxtəlif məsul şəxslər tərəfindən doldurulmasına baxmayaraq eyni imzayla təsdiq edilmişdir. Göründüyü kimi əmək kitabçalarının arasındakı uyğunsuzluqlar onlardakı məlumatların həqiqiliyinə əsaslı şübhələr yaradır. Qeyd olunanları nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.

3. SOCAR Geofizika və Geologiya İdarəsinin xx.xx.2019-cu il tarixli arxiv arayışına əsasən, “Xəzərdənizneftgeofizika” trestinin (indiki X1) arxiv sənədlərində, iddiaçının “Səngəçal” X12 Ekspedisiyasında mühəndis, “Səngəçal” Dəniz X2 9 saylı X6 rəis) dəstə rəisi, “Bahar" X2 35 saylı kompleks mədən geofiziki dəstəsində dəstə rəisi, “Azəri" Mədəngeozika Ekspedisiyasının rəisi vəzifələrində çalışması haqqında məlumat vardır. xx.xx.1994-cü il tarixli 57-k saylı əmrə əsasən “Xəzərdənizneftgeofizika” Trestinin “Səngəçal" X12 Ekspedisiyasına 7-ci dərəcəli mühəndis vəzifəsinə işə qəbul olunub. xx.xx.1997-ci il tarixli 48-k saylı əmrə əsasən “Xəzərdənizneftgeofizika” Trestinin “Səngəçal" X12 Ekspedisiyasına 10-cu dərəcəli mühəndis, 08.01 1998-ci il tarixli 8-k saylı əmrə əsasən “Xəzərdənizneftgeofizika” Trestinin "Səngəçal” Dəniz X2 9 savlı X10 11-ci dərəcəli rəis, Ştat cədvəlinə əsasən xx.xx.1999-cu il tarixdən 13-cü dərəcəli dəstə rəisi, “Mədəngeofizika” İdarəsinin 30.12 2007-ci il tarixli 183-k saylı əmrə əsasən “Bahar" X2 35 saylı kompleks mədəngeofiziki dəstəsinə 13-cü dərəcəli dəstə rəisi vəzifəsinə keçirilib.xx.xx.2014-cü il tarixli 463-K saylı əmrə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69.3 maddəsnə əsasən başqa işəgötürənlə əmək müqaviləsi bağladığına görə işdən azad edilmişdir. xx.xx.2014-cü il tarixli 844-k saylı əmrə əsasən Geofizika və geologiya İdarəsinin Mədəngeofizika İstehsalat Bölümünün “Bahar" Mədəngeofizika Ekspedisiyasına 14-cü dərəcəil dəstə rəisi vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2018-ci il tarixli № 20/300259 -a saylı əmrə əsasən “Azəri” Mədəngeofizika Ekspedisiyasına 16-cı dərəcəli rəis vəzifəsinə keçirilmişdir. Hal-hazırda işləyir. Cəmi iş stajı xx.xx.1994-cü il tarixdən - xx.xx.2019-cu - ilə qədər - 25 il 12 gündür (iyirmi beş il on iki gün). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2006-cı il tarixli 15 saylı əmrinin 2.2 bəndinə əsasən “Xəzərdənizneftgeofizkəşfiyyat" və "Azərneftgeofizika” trestləri birləşdirilərək onların maddi-texniki bazasında "xxxx" idarəsi yaradılmışdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2013-cü il tarixli ARDNŞ/13-1000-01-SM-05-000033 saylı əmrinə əsasən Geofizika və geologiya İdarəsinin tabeliyində olan "Kəşfiyyatgeofizika” idarəsi X1 adlandırılmışdır.

4. SOCAR Geofizika və Geologiya İdarəsinin xx.xx.2019-cu il tarixli arxiv arayışına əsasən, “Xəzərdənizneftgeofizika” trestinin (indiki X1) arxiv sənədlərində, iddiaçının “Səngəçal” X12 Ekspedisiyasında mühəndis, “Səngəçal” Dəniz X2 9 saylı X6 rəis) dəstə rəisi, “Bahar" X2 35 saylı kompleks mədən geofiziki dəstəsində dəstə rəisi, “Azəri" Mədəngeozika Ekspedisiyasının rəisi vəzifələrində çalışması haqqında məlumat vardır. xx.xx.1994-cü il tarixli 57-k saylı əmrə əsasən “Xəzərdənizneftgeofizika” Trestinin “Səngəçal" X12 Ekspedisiyasına 7-ci dərəcəli mühəndis vəzifəsinə işə qəbul olunub. xx.xx.1997-ci il tarixli 48-k saylı əmrə əsasən “Xəzərdənizneftgeofizika” Trestinin “Səngəçal" X12 Ekspedisiyasına 10-cu dərəcəli mühəndis, 08.01 1998-ci il tarixli 8-k saylı əmrə əsasən “Xəzərdənizneftgeofizika” Trestinin "Səngəçal” Dəniz X2 9 savlı X10 11-ci dərəcəli rəis, Ştat cədvəlinə əsasən xx.xx.1999-cu il tarixdən 13-cü dərəcəli dəstə rəisi, “Mədəngeofizika” İdarəsinin 30.12 2007-ci il tarixli 183-k saylı əmrə əsasən “Bahar" X2 35 saylı kompleks mədəngeofiziki dəstəsinə 13-cü dərəcəli dəstə rəisi vəzifəsinə keçirilib.xx.xx.2014-cü il tarixli 463-K saylı əmrə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69.3 maddəsnə əsasən başqa işəgötürənlə əmək müqaviləsi bağladığına görə işdən azad edilmişdir. xx.xx.2014-cü il tarixli 844-k saylı əmrə əsasən Geofizika və geologiya İdarəsinin Mədəngeofizika İstehsalat Bölümünün “Bahar” Mədəngeofizika Ekspedisiyasına 14-cü dərəcəil dəstə rəisi vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2018-ci il tarixli № 20/300259 -a saylı əmrə əsasən “Azəri” Mədəngeofizika Ekspedisiyasına 16-cı dərəcəli rəis vəzifəsinə keçirilmişdir. Hal-hazırda işləyir. Cəmi iş stajı xx.xx.1994-cü il tarixdən - xx.xx.2022-ci ilə qədər - 27 il 5 ay 17 gündür (iyirmi yeddi il beş ay on yeddi gün). İddiaçının çalışdığı mühəndis, dəstə rəisi, ekspedisiya rəisi peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin və göstəricilərin siyahısı”ndakı 10. Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı, 10.1. Qazma: b) rəhbərlər və mütəxəssislər yarımbəndinin: quyularda geofiziki tədqiqatlar aparan mədən-geofiziki partiyaların və dəstələrin rəhbərləri və mütəxəsisləri: mədən-geofiziki partiyaların rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustaları bəndində göstərilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2006-cı il tarixli 15 saylı əmrinin 2.2 bəndinə əsasən “Xəzərdənizneftgeofizkəşfiyyat" və "Azərneftgeofizika” trestləri birləşdirilərək onların maddi-texniki bazasında "xxxx" idarəsi yaradılmışdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2013-cü il tarixli ARDNŞ/13-100001-SM-05-000033 saylı əmrinə əsasən Geofizika və geologiya İdarəsinin tabeliyində olan "Kəşfiyyatgeofizika” idarəsi X1 adlandırılmışdır.

5. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin xx.xx.2022-ci il tarixli 01-949 nömrəli arxiv arayışına əsasən iddiaçı 1989-cu ildə Geoloji-kəşfiyyat fakultəsinin “Geofiziki axtarış və kəşfiyyat üsulları” ixtisası üzrə əyani şöbəsinin İ kursuna qəbul olmuşdur (Əmr: 012/975, xx.xx.1989-cu il), 1994-cü ildə həmin ixtisas üzrə əyani şöbəsini bitirmişdir (Əmr: 02/744, xx.xx.1994-cü il), buna dair İV 853145 nömrəli seriyalı diplom verilmişdir, İnstituta qəbul üçün təqdim etdiyi İT-1534492 nömrəli əmək kitabçasından çıxarış vətəndaşın institutun arxivində şəxsi işində saxlanılmışdır. İddiaçı əmək kitabçasından çıxarışı məhkəməyə təqdim etmək üçün instituta müraciət etmişdir və çıxarışın surəti arxivdə saxlanılmaqla əsli vətəndaşa geri qaytarılmışdır.

6. İddiaçının İT-İ ******* nömrəli əmək kitabçasının surətinə əsasən, o, “Səngəçal” X12 Ekspedisiyasında mühəndis, “Səngəçal” Dəniz X2 9 saylı X6 rəis) dəstə rəisi, “Bahar" X2 35 saylı kompleks mədən geofiziki dəstəsində dəstə rəisi, “Azəri" Mədəngeozika Ekspedisiyasının rəisi vəzifələrində çalışmışdır. xx.xx.1994-cü il tarixli 57-k saylı əmrə əsasən “Xəzərdənizneftgeofizika” Trestinin “Səngəçal" X12 Ekspedisiyasına 7-ci dərəcəli mühəndis vəzifəsinə işə qəbul olunub. xx.xx.1997ci il tarixli 48-k saylı əmrə əsasən “Xəzərdənizneftgeofizika” Trestinin “Səngəçal" X12 Ekspedisiyasına 10-cu dərəcəli mühəndis, 08.01 1998-ci il tarixli 8-k saylı əmrə əsasən “Xəzərdənizneftgeofizika” Trestinin "Səngəçal” Dəniz X2 9 saylı X10 11-ci dərəcəli rəis, Ştat cədvəlinə əsasən xx.xx.1999-cu il tarixdən 13-cü dərəcəli dəstə rəisi, “Mədəngeofizika” İdarəsinin 30.12 2007-ci il tarixli 183-k saylı əmrinə əsasən “Bahar" X2 35 saylı kompleks mədən-geofiziki dəstəsinə 13-cü dərəcəli dəstə rəisi vəzifəsinə keçirilib. xx.xx.2014-cü il tarixli 463-K saylı əmrə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69.3 maddəsinə əsasən başqa işəgötürənlə əmək müqaviləsi bağladığına görə işdən azad edilmişdir. xx.xx.2014-cü il tarixli 844-k saylı əmrə əsasən Geofizika və geologiya İdarəsinin Mədəngeofizika İstehsalat Bölümünün “Bahar” Mədəngeofizika Ekspedisiyasına 14-cü dərəcəil dəstə rəisi vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2018-ci il tarixli № 20/300259 -a saylı əmrə əsasən “Azəri” Mədəngeofizika EİT-İ ******* nömrəli ekspedisiyasına 16-cı dərəcəli rəis vəzifəsinə keçirilmişdir. Hal-hazırda işləyir.

7. İddiaçının İT-İ ******* nömrəli əmək kitabçasının surətinə əsasən, o, xx.xx.1984-cü il tarixli 1 nömrəli əmrlə Kəlbəcər rayon 1 nömrəli Zar Ət-Süd- Tütünçülük sovxozunda işə daxil olmuş, xx.xx.1984-cü ildə tarixli 192 nömrəli əmrlə hərbi xidmətə getdiyi üçün həmin sovxozda işdən azad olunmuş, xx.xx.1987-ci il tarixli, 174 nömrəli əmrlə Kəlbəcər rayon 1 nömrəli Zar Ət-Süd-Tütünçülük sovxozunda işə daxil olmuş, xx.xx.1989-cu il tarixli 30 nömrəli əmrlə həmin sovxozda işdən azad olunmuşdur.

8. İddiaçı əlavə sübut qismində 08.1989-xx.xx.1994-cü il tarixləri arasında M.Əzizbəyov adına Azərbaycan Neft-kimya İnstitutunun geoloji-kəşfiyyat fakültəsində oxumasına dair ÇV 853145 nömrəli diplom, xx.xx.1984-xx.xx.1986-cı illərdə hərbi xidmətdə olmasına dair İZ ******* nömrəli hərbi biletin surətlərini məhkəməyə təqdim etmişdir.

9. Məhkəmənin sorğusuna əsasən, tələb olunan sənədlərin təsdiq olunmuş surətlərini, o cümlədən cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli imtina məktubu, SOCAR Geofizika və Geologiya İdarəsinin xx.xx.2019-cu il tarixli arxiv arayışı, İZ ******* nömrəli hərbi bilet, və İT-İ ******* nömrəli əmək kitabçalarının surətlərini məhkəməyə təqdim etmişdir.

10. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 13 dekabr 2022-ci il tarixli Arxiv Arayışından görünür ki, X3 1984-cü ildə X8 qiyabi şöbəsinin İ kursuna qəbul olunmuş, 1984-cü ildə qiyabi şöbənin İ kursundandan həqiqi hərbi xidmətə çağrılmış, 1986-cı ildə həqiqi hərbi xidmətdən qayıtdıqdan sonra qiyabi şöbənin İ kursuna bərpa olunmuş, 1989-cu ildə öz xahişi ilə qiyabi şöbədən xaric edilmişdir.

İş üzrə qəbuledilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə X15 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya 52 yaşdan (xx.xx.1966-cı il təvəllüd) güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

12. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1966-cı il tarixdə Kəlbəcər rayonunun Əlibayramlı (indiki Mollabayramlı) kəndində doğulmuşdur. xx.xx.1984-cü il tarixdə Kəlbəcər rayon 1 nömrəli Zar Ət-Süd-Tütünçülük sovxozunda fəhlə vəzifəsinə təyin edilmişdir. xx.xx.1984-cü il tarixdə hərbi xidmətə getməsi ilə əlaqədar olaraq xx.xx.1984cü ildə həmin vəzifədən azad edilmişdir. Hərbi xidmətdən qayıtdıqdan sonra, yəni xx.xx.1987-ci il tarixdən xx.xx.1989-cu il tarixədək yenidən Kəlbəcər rayon 1 nömrəli Zar Ət-Süd-Tütünçülük sovxozunda fəhlə vəzifəsində işləmişdir. Baxmayaraq ki, İddiaçı yuxarıda qeyd edilən vəzifədə işləmişdir, cavabdeh əmək kitabçasının 42-45-ci səhifəsində aparılan qeydlər həmin sovxozun kadrlar üzrə mütəxəssisi tərəfindən doldurulsa da, cavabdeh eyni imzalarla təsdiq edilməsini əsas gətirərək həmin stajı nəzərə almamışdır. Həmin zaman Kəlbəcər rayon 1 nömrəli Zar ƏtSüd-Tütünçülük sovxozun direktotu Şirin Abdullayev, müavini isə Zərbalı Alməmmədov olmuşdur. Hər iki şəxsin səlahiyyətli rəhbər vəzifəli şəxs olması bu imzanı atmanın legitimliyini şübhə altına almamalıdır. Bununla belə, əmək kitabçası 15 sentyabr 1987-ci il tarixində doldurulmuşdur ki, o zaman 1№ Zar Ət-Süd-Tütünçülük sovxozunun direktoru Zərbalı Alməmmədov təyin olunmuşdur. 07 avqust 1989-cu il tarixində iddiaçı ərizəsinə əsasən (Ali məktəbə daxil olduğu üçün) işdən azad olunmuşdur. Həmin vaxt isə 1№ Zar Ət-Süd-Tütünçülük sovxozunun direktoru Əli Şükürov olmuşdur. Bundan başqa, İddiaçı 1989-cu il tarixdə ali məktəbə sənədlərini təqdim edən zaman əmək kitabçasından çıxarışı da təqdim etmişdir. Həmin çıxarışda olan qeydlərlə İddiaçı əmək kitabçasındakı qeydlər arasında heç bir fərq yoxdur. Yəni iddiaçının əmək kitabçasında heç bir şübhəli vəziyyət yoxdur. Eyni zamanda, həmin dövrdə iddiaçı ilə birlikdə işləmiş şəxslər də məhkəmədə ərizədə qeyd edilənləri təsdiq edə bilərlər. İddiaçı cavabdeh orqanın imtinasını əsassız hesab edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

13. Azərbaycan Respublikasının İnzibat Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamı ilə bağlı cavabdeh iddiaya dair etirazını təqdim edərək göstərmişdir ki, cavabdeh inzibati orqanın xx.xx.2020-ci il tarixli, **********5 nömrəli məktubunda da qeyd edildiyi kimi iddiaçıya məxsus İT-İ ******* nömrəli əmək kitabçasına qeydlərin mötəbərliyi şübhə doğurduğundan onun xx.xx.1984-xx.xx.1984ci illərdə və xx.xx.1987- xx.xx.1989-cu illərdə Kəlbəcər rayon 1 nömrəli Zar Ət- SüdTütünçülük sovxozunda işlədiyi illərin sosial siğorta stajına daxil edilməsi mümkün olmadığından və iddiaçının xx.xx.2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az olduğundan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması mümkün deyildir. Belə ki, iddiaçıya məxsus İT-İ ******* nömrəli əmək kitabçasına əsasən iddiaçı xx.xx.1984-cü il tarixli 1 nömrəli əmrlə Kəlbəcər rayon 1 nömrəli Zar Ət-Süd- Tütünçülük sovxozunda işə daxil olmuş; xx.xx.1984-cü ildə tarixli 192 nömrəli əmrlə hərbi xidmətə getdiyi üçün həmin sovxozda işdən azad olunmuş; xx.xx.1987-ci il tarixli, 174 nömrəli əmrlə Kəlbəcər rayon 1 nömrəli Zar Ət-Süd-Tütünçülük sovxozunda işə daxil olmuş, xx.xx.1989-cu il tarixli 30 nömrəli əmrlə həmin sovxozda işdən azad olunmuşdur. xx.xx.1989-xx.xx.1994-cü il tarixləri arasında M.Əzizbəyov adına Azərbaycan neft-kimya İnstitutunun geoloji-kəşfiyyat fakültəsində oxumuşdur. Göründüyü kimi işə daxilolma və işdən azad olma qeydlərində əmrlərin tarixləri və nömrələri arasında uyğunsuzluq diqqət çəkir. Belə ki. iddiaçının xx.xx.1984-cü il tarixli 1 nömrəli əmrlə isə daxil olması, lakin 2 ay sonra xx.xx.1984-cü ildə tarixli 192 nömrəli əmrlə işdən azad olunması, həmçinin onun xx.xx.1987-ci il tarixində 174 nömrəli əmrlə işə daxil olması və xx.xx.1989-cu il tarixində 30 nömrəli əmrlə işdən azad olması həmin qeydlərin mötəbərliyini sübhə altına alır. Əmək kitabçası ilə bağlı digər diqqətəlayiq məsələ onun xx.xx.1987-ci il tarixdə açılması ilə bağlıdır. Belə ki, əmək kitabçasında qeydlərdən də göründüyü kimi iddiaçı əmək fəaliyyətinə xx.xx.1984-cü il tarixdə başlamışdır. Bu halda onun adına əmək kitabçasının məhz xx.xx.1987-ci il tarixdə açılması və həmin sovxozda işlədiyi 3 il müddətində kitabçanın hansı səbəbdən açılmaması sual doğurur. Həmçinin, iddiaçının xx.xx.1984-cü il tarixdən xx.xx.1984-cü il tarixədək Kəlbəcər rayon 1 nömrəli Zar Ət-Süd-Tütünçülük sovxozuna isə daxilolma və isdən azad olma qeydləri direktor Ş.Abdullayev, xx.xx.1987-ci il tarixdə həmin sovxoza isə daxil olma qeydi direktor Z.Alməmmədov tərəfindən imzalansa da, Z.Alməmmədov ilə Ş.Abdullavevin imzasının eyniliyi diqqət çəkir. İddiaçıya məxsus İT-İ ******* nömrəli əmək kitabçasına əsasən iddiaçı xx.xx.1984xx.xx.1984-cü illərdə və xx.xx.1987-xx.xx.1989-cu illərdə Kəlbəcər rayon 1 nömrəli Zar Ət-Süd-Tütünçülük sovxozunda işləmişdir. Halbuki, iddiaçıya məxsus olan digər əmək kitabçası İT-İ ******* nömrəli əmək kitabçasına əsasən iddiaçı xx.xx.1994-cü il tarixli 57-K saylı əmrlə "Xəzərdənizneftgeofizika" trestinə işə daxil olmuş və işə daxil olanadək əmək stajına malik olmamışdır. Əmək kitabçasında yalnız onun xx.xx.1984cü il tarixdən xx.xx.1986-cı il tarixədək Sovet ordusu sıralarında hərbi xidmət keçməsi və xx.xx.1989-xx.xx.1994-cü il tarixləri arasında M.Əzizbəvov adına Azərbaycan neftkimya institunda təhsil alması ilə bağlı qeydlər mövcuddur. İddiaçıya məxsus l/İT-l ******* nömrəli əmək kitabçasındakı pozuntulara və MT-İ ******* nömrəli əmək kitabçasındakı qeydlərə nəzərdən keçirdikdə, İT-İ ******* nömrəli əmək kitabçasındakı qeydlərin mötəbər olmaması iddiaçının xx.xx.1984-xx.xx.1984-cü illərdə və xx.xx.1987-xx.xx.1989-cu illərdə Kəlbəcər rayon 1 nömrəli Zar Ət-Süd-Tütünçülük sovxozunda işləmədiyini deməyə əsas verir. Odur ki, iddiaçının xx.xx.1984xx.xx.1984-cü illərdə və xx.xx.1987-xx.xx.1989-cu illərdə Kəlbəcər rayon 1 nömrəli Zar Ət-Süd-Tütünçülük sovxozunda işlədiyini iddia etdiyi illər sosial sığorta stajı kimi nəzərə alına bilməz. İddiaçının xx.xx.1994-cü il tarixdən xx.xx.2006-cı il tarixədək "Xəzərdənizneftgeofizika" trestində güzəştli iş stajı 11 il 3 ay 22 gün, xx.xx.1984cü il tarixdən xx.xx.1986-cı il tarixədək (2 il 9 gün) Sovet ordusu sıralarında hərbi xidmət keçdiyi dövr və xx.xx.1989-xx.xx.1994-cü il tarixləri (4 il 11 ay 22 gün) arasında M.Əzizbəyov adına Azərbaycan neft-kimya institunda təhsil aldığı dövr nəzərə alınsa, onun ümumilikdə sosial siğorta stajı 18 il 3 ay 22 gün təşkil edir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

14. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

15. İddiaçının vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edərək bildirmişdir ki, iddiaçı universitetə sənəd verərkən gələcəkdə hansı problemlərin olacağını bilmirdi. Dağ yerində işləmişdir, həmin yerdə mühasibin yaxşı olmaması səbəbindən sənədləşmə düzgün aparılmayıb. Bu vətəndaşın günahı deyil. Həmin zaman hər hansı bir saxtakarlıq olsa idi, iddiaçı barədə cinayət işi açılardı. Cavabdeh orqan vətəndaşları qəsdən incidir və korrupsiya şəraiti yaradır.

16. Cavabdehin nümayəndəsi X9 iddiaçının işə daxil olma və işdən azad olma qeydlərində əmrlərin tarixləri və nömrələrinin arasında uyğunsuzluğun olmasını, həmçinin, iddiaçının xx.xx.1984-cü il tarixdən xx.xx.1984-cü il tarixədək Kəlbəcər rayon 1 nömrəli Zar Ət-Süd-Tütünçülük sovxozuna işə daxil olma və işdən azad olma qeydlərinin direktor Ş.Abdullayev, xx.xx.1987-ci il tarixdə həmin sovxoza işə daxil olma qeydinin direktor Z.Alməmmədov tərəfindən imzalanmasına baxmayaraq, Z.Alməmmədov ilə Ş.Abdullayevin imzasının eyniliyinin diqqət çəkdiyini bildirərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

17. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3047/2022 saylı 03 avqust 2022-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı 52 yaşdan (xx.xx.2018-ci il tarixdən) güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh AzərbaycanRespublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fonduna ( Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına) həvalə edilməsi qərara alınmışdır.

18. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir.

19. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.

20. Sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Hər kəsin pensiya hüququ konstitusion hüquq olan sosial təminat hüququnun subyektiv hüquq növü kimi çıxış edir. Vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyası təminatı sistemi “Əmək pensiyaları haqqında” Qanunla müəyyən edilir.

21. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir.

22. Həmin Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur;

23. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.

24. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.

25. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minməmişdən əvvəl qüvvədə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu olmuşdur.

26. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli 321- İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır.

27. Hazırda iddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən peşədə - Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı sahəsində müxtəlif peşələrdə (mədən-geofiziki dəstəsinə müxtəlif dərəcəli dəstə rəisi) 18 ildən çox müddətdə işləməsi əmək kitabçası, SOCAR Geofizika və Geologiya İdarəsinin tarixli arxiv arayışı ilə təsdiqlənir, bu stajın 10 ildən çox bir hissəsi 2006-ci ilin 01 yanvar tarixinədək qazanılmışıdr.

28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10-cu bəndinin 1-ci hissəsinin b yarımbəndinə və həmin qərar qəbul edilənə qədər qüvvədə olmuş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli siyahısı olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 1100000b—17541 bölməyə əsasən quyularda geofiziki tədqiqatlar aparan mədən-geofiziki partiyalarınvə dəstələrin rəhbərləri və mütəxəsisləri: mədən-geofiziki partiyaların rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustaları vəzifələri güzəştli şərtlərlə pensiya hüququ verən vəzifədir.

29. İddiaçının iddia ərizəsində göstərdiyi iş stajı "SOCAR” Geofizika və Geologiya İnstitunun arxiv arayışları və İT-İ 2342028, İT-İ ******* nömrəli əmək kitabçaları ilə təsdiq edilir.

30. Məhkəmə hesab edir ki, iddiaçının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qüvvəyə mindiyi günə xx.xx.2006-cı il tarixə qədər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin” 1 nömrəli siyahısında nəzərdə tutulan peşələrdə güzəştli iş stajı 10 ildən, ümumi iş stajı 21 ildən çox olduğu üçün onun 52 yaşı tamam olduğu tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yaranmışdır.

31. Cavabdeh iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə etirazını onunla əsaslandırır ki, iddiaçının xx.xx.2006-cı il tarixinədək ümumi iş stajının 20 ildən az olması, İT-İ ******* nömrəli əmək kitabçasındakı qeydlərin mötəbər olmaması, eyni zamanda aparılmış qeydlərin müxtəlif məsul şəxslər tərəfindən doldurulmasına baxmayaraq eyni imzayla təsdiq edilməsi, əmək kitabçasındakı qeydlərin arasındakı uyğunsuzluqlar güzəştli şərtlərlə yaşa görə əmək pensiyasını təyin etməyə imkan verməmişdir.

32. Halbuki, iddiaçının əmək kitabçasındakı qeydlərin mötəbərsizliyi məhkəmə araşdırılması zamanı sübuta yetirilməmişdir. Belə olan halda cavabdehin etirazında göstərilmiş dəlillər əsassız şübhələr əsasında qurulmuşdur.

33. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın 1.1-ci bəndinə əsasən isə əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir.

34. İş materiallarından göründüyü kimi, 2019-cu ildə cavabdehin şübhə altına aldığı əmək kitabçasından (müvafiq illərə dair) çıxarış, iddiaçı tərəfindən 1989-cu ildə əyani təhsil aldığı təhsil müəssisəsinə təqdim edilmiş, və həmin sənəd o vaxtdan arxivdə saxlanılmışdır.

35. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə, Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1ci maddəsinə, həmin Qanununun 1.0.2-ci maddəsinə, həmin Qanunun 9.1-ci maddəsinə, həmin Qanunun 9.8-ci maddəsinə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minməmişdən əvvəl qüvvədə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinin redaksiyasına, “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli siyahısına istinad etmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

36. Qərardan cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 3047/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsini, İddiaçı tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

a) Apellyasiya şikayətinin dəlilləri

37. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, bütün faktiki halların aydınlaşdırılmaması, qərarda göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi səbəbindən qərar ləğv edilməli və iddianın təmin edilməməsinə dair yeni qərar qəbul edilməlidir. İşin faktiki halları belədir ki, iddiaçıya xx.xx.2021-ci il tarixdən avtomatlaşdırılmış qaydada əmək pensiyasının minimum məbləğində (200 manat) yaşa görə əmək pensiyası təyin edilmişdir. Bundan sonra iddiaçının əmək pensiyasının yenidən hesablanması ilə bağlı müraciətlərinə əsasən əmək pensiyasının məbləği bir neçə dəfə artırılmışdır.İddiaçı xx.xx.2020-cu il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi məqsədilə cavabdeh inzibati orqana müraciət etmişdir. Lakin inzibati orqanın iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli, **********5 nömrəli məktubunda ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasının mümkün hesab edilmədiyi bildirilmişdir. Cavabdeh inzibati orqanın xx.xx.2020-ci il tarixli, **********5 nömrəli məktubunda da qeyd edildiyi kimi iddiaçıya məxsus ИТ-İ ******* nömrəli əmək kitabçasının mötəbərliyi şübhə doğurduğundan onun xx.xx.1984-xx.xx.1984-ci illərdə və xx.xx.1987-xx.xx.1989-cu illərdə Kəlbəcər rayon 1 nömrəli Zar Ət-Süd-Tütünçülük sovxozunda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi mümkün olmadığından və iddiaçının xx.xx.2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az olduğundan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması mümkün deyildir. Belə ki, iddiaçıya məxsus ИТ-İ ******* nömrəli əmək kitabçasında pozuntular mövcuddur. Bu pozuntular məhkəmənin diqqətinə çatdırılsa da, məhkəmə bu pozuntuları araşdırmamış iş materiallarında olan iddiaçının ali məktəbə təqdim etdiyi əmək kitabçasının çıxarışına əsas gətirərək ИТ-İ ******* nömrəli əmək kitabçasında olan qeydlərin mötəbər olması qənaətinə gəlmişdir. iş materiallarında olan iddiaçıya məxsus ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən iddiaçı xx.xx.1984-cü il tarixli 1 nömrəli əmrlə Kəlbəcər rayon 1 nömrəli Zar Ət-Süd- Tütünçülük sovxozunda işə daxil olmuş, xx.xx.1984-cü ildə tarixli 192 nömrəli əmrlə hərbi xidmətə getdiyi üçün həmin sovxozda işdən azad olunmuş, xx.xx.1987-ci il tarixli, 174 nömrəli əmrlə Kəlbəcər rayon 1 nömrəli Zar Ət-Süd-Tütünçülük sovxozunda işə daxil olmuş və xx.xx.1989-cu il tarixli 30 nömrəli əmrlə həmin sovxozda işdən azad olunmuşdur. Göründüyü kimi işə daxilolma və işdən azad olma qeydlərində əmrlərin tarixləri və nömrələri arasında uyğunsuzluq diqqət çəkir. Belə ki, iddiaçının xx.xx.1984-cü il tarixli 1 nömrəli əmrlə işə daxil olması, lakin 2 ay sonra xx.xx.1984-cü ildə tarixli 192 nömrəli əmrlə işdən azad olunması, həmçinin onun xx.xx.1987-ci il tarixində 174 nömrəli əmrlə işə daxil olması və xx.xx.1989-cu il tarixində 30 nömrəli əmrlə işdən azad olması həmin qeydlərin mötəbərliyini şübhə altına alır. Əmək kitabçası ilə bağlı digər diqqətəlayiq məsələ onun xx.xx.1987-ci il tarixdə açılması ilə bağlıdır. Belə ki, əmək kitabçasında qeydlərdən də göründüyü kimi iddiaçı əmək fəaliyyətinə xx.xx.1984-cü il tarixdə başlamışdır. Bu halda onun adına əmək kitabçasının məhz xx.xx.1987-ci il tarixdə açılması və həmin sovxozda işlədiyi 3 il müddətində kitabçanın hansı səbəbdən açılmaması sual doğurur. Həmçinin, iddiaçının xx.xx.1984-cü il tarixdən xx.xx.1984-cü il tarixədək Kəlbəcər rayon 1 nömrəli Zar Ət-Süd-Tütünçülük sovxozuna işə daxilolma və işdən azad olma qeydləri direktor Ş.Abdullayev. xx.xx.1987-ci il tarixdə həmin sovxoza işə daxil olma qeydi direktor Z.Alməmmədov tərəfindən imzalansa da, Z.Alməmmədov ilə Ş.Abdullayevin imzasının eyniliyi diqqət çəkir.Göründüyü kimi, iddiaçıya məxsus HT-İ ******* nömrəli əmək kitabçasında çoxsaylı pozuntular mövcuddur. Bununla yanaşı, həmin əmək kitabçasının mötəbər olmamasıilə bağlı digər bir fakt iş materiallarında olan iddiaçıya məxsus digər - ИТ-İ ******* nömrəli əmək kitabçasıda qeyd olunmuşdur. Belə ki, iddiaçıya məxsus olan digər əmək kitabçası - ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən iddiaçı xx.xx.1994-cü il tarixli 57-K saylı əmrlə "Xəzərdənizneftgeofizika" trestinə işə daxil olmuş və işə daxil olanadək əmək stajına malik olmamışdır. Əmək kitabçasında yalnız onun 23.11,1984-cü il tarixdən xx.xx.1986-cı il tarixədək Sovet ordusu sıralarında hərbi xidmət keçməsi və xx.xx.1989-xx.xx.1994-cü il tarixləri arasında M.Əzizbəyov adına Azərbaycan neft-kimya institunda təhsil alması ilə bağlı qeydlər mövcuddur. Göründüyü kimi, iddiaçıya məxsus əmək kitabçasında pozuntular, həmçinin əmək kitabçaları arasında ziddiyyət olsa da, məhkəmə qərarında “iddiaçının əmək kitabçasındakı qeydlərin mötəbərsizliyinin məhkəmə araşdırılması zamanı sübüta yetirilmədiyi” qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. * Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” AR Qanunu xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında" AR Qanunu qüvvədə olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur.Qeyd olunan Qanuna Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən təsdiq olunaraq xx.xx.2010-cu il tarixli 4027 nömrəli şəhadətnamə ilə normativ hüquqi akt kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərlə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. Qanunun 9.1ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı" üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa, b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçiləristehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. Göründüyü kimi, iddiaçı onun xx.xx.2006-cı il tarixə qədər 20 ildən artıq ümumi, 10 ildən artıq xüsusi stajının tamam olmasına əsaslanaraq onun güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq hüququnun olduğuna istinad etdiyi üçün əvvəlcə onun “Əmək pensiyaları haqqında” Qanunun 9.8ci maddəsinin tətbiqi ilə bağlı pensiya hüququnun mümkünlüyü məsələsi yoxlanılmalıdır.Odur ki, yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 81-83-cü və 85-ci maddələrini nəzərə alaraq, Bakı İnzibati Məhkəməsinin e-2-1 (112)-3047/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarı ləğv edilməsi və İddiaçı "güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması" tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunmuşdur.

b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

38. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə iddiaçının Etirazı daxil olmuşdur.Etiraz iddia ərizəsi ilə oxşar məzmunda və əmək fəaliyyəti barədə daha geniş izah xarakterli olmuşdur.

c) Prosses iştirakçılarının izahatları

39. Məhkəmə kollegiyasının iclasında cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X11 apellyasiya şikayətinin dəlillərinə istinad edərək Bakı İnzibati Məhkəməsinin e-2-1 (112)-3047/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və İddiaçı "güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması" tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

40. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı iddia ərizəsimnin və apellyasiya şikayətinə Etirazın dəlillərinə istinad edərək cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin e-2-1 (112)-3047/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarının dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası:

41. Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu

42. 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.

43. 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.

44. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanunu qüvvədə olmuşdur.

xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanunu:

45. Qeyd edilən Qanuna Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır.

46. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən təsdiq olunaraq xx.xx.2010-cu il tarixli 4027 nömrəli şəhadətnamə ilə normativ hüquqi akt kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş ““Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərlə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur.

47. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı" üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir.

48. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa, b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçiləristehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı:

49. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi

50. Maddə 2.2.2-inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

51. Maddə 33.1-məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur.

52. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

53. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

54. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər:

55. Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda;

56. Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə;

57. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

58. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

59. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

60. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

61. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia növünə aiddir.(İnzibati Prosessual Məcəlləsinin 2.2.2-cü maddəsi, həmin Məcəllənin 33.1–ci maddəsi.)

62. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

63. Məhkəmə kollegiyası daha sonra qeyd edir ki, aşağıdakı səbəblərə əsasən apellyasiya şikayəti əsaslıdır, odur ki, təmin edilməlidir.

64. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəyə maddi hüquq normaları düzgün tətbiq edilməmiş, iddia tələbi əsassız olaraq təmin edilmişdir.

65. Belə ki, birinci instansiyası məhkəməsi iddianı təmin edərkən mövqeyini onunla əsaslandırmışdır ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minməmişdən əvvəl qüvvədə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinin redaksiyasına əsasən hazırda iddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən peşədə - Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı sahəsində müxtəlif peşələrdə (mədən-geofiziki dəstəsinə müxtəlif dərəcəli dəstə rəisi) 18 ildən çox müddətdə işləməsi əmək kitabçası, SOCAR Geofizika və Geologiya İdarəsinin tarixli arxiv arayışı ilə təsdiqlənir, bu stajın 10 ildən çox bir hissəsi 2006-ci ilin 01 yanvar tarixinədək qazanılmışıdr.İddiaçının iddia ərizəsində göstərdiyi iş stajı "SOCAR” Geofizika və Geologiya İnstitunun arxiv arayışları və İT-İ 2342028, İT-İ ******* nömrəli əmək kitabçaları ilə təsdiq edilir.Cavabdeh iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə etirazını onunla əsaslandırır ki, iddiaçının İT-İ ******* nömrəli əmək kitabçasındakı qeydlərin mötəbər olmaması, eyni zamanda aparılmış qeydlərin müxtəlif məsul şəxslər tərəfindən doldurulmasına baxmayaraq eyni imzayla təsdiq edilməsi, əmək kitabçasındakı qeydlərin arasındakı uyğunsuzluqlar güzəştli şərtlərlə yaşa görə əmək pensiyasını təyin etməyə imkan verməmişdir.Halbuki, iddiaçının əmək kitabçasındakı qeydlərin mötəbərsizliyi məhkəmə araşdırılması zamanı sübuta yetirilməmişdir. Belə olan halda cavabdehin etirazında göstərilmiş dəlillər əsassız şübhələr üzərində qurulmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın 1.1-ci bəndinə əsasən isə əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir.İş materiallarından göründüyü kimi, 2019-cu ildə cavabdehin şübhə altına aldığı əmək kitabçasından (müvafiq illərə dair) çıxarış, iddiaçı tərəfindən 1989-cu ildə əyani təhsil aldığı təhsil müəssisəsinə təqdim edilmiş, və həmin sənəd o vaxtdan arxivdə saxlanılmışdır.

66. Məhkəmə Kollegiyası birinci instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd edir:

67. İşin faktiki halları belədir ki, iddiaçıya xx.xx.2021-ci il tarixdən avtomatlaşdırılmış qaydada əmək pensiyasının minimum məbləğində (200 manat) yaşa görə əmək pensiyası təyin edilmişdir. Bundan sonra iddiaçının əmək pensiyasının yenidən hesablanması ilə bağlı müraciətlərinə əsasən əmək pensiyasının məbləği bir neçə dəfə artırılmışdır.

68. Daha sonra iddiaçı xx.xx.2020-cu il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi məqsədilə cavabdeh inzibati orqana müraciət etmişdir. Lakin inzibati orqanın iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli, **********5 nömrəli məktubunda ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasının mümkün hesab edilmədiyi bildirilmişdir.

69. Belə ki, cavabdeh inzibati orqanın xx.xx.2020-ci il tarixli, **********5 nömrəli məktubunda da qeyd edilmişdir ki, iddiaçıya məxsus ИТ-İ ******* nömrəli əmək kitabçasının mötəbərliyi şübhə doğurduğundan onun xx.xx.1984-xx.xx.1984-ci illərdə və xx.xx.1987-xx.xx.1989-cu illərdə Kəlbəcər rayon 1 nömrəli Zar Ət-Süd-Tütünçülük sovxozunda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi mümkün olmadığından və odur ki, iddiaçının tələb olunan ümumi satajı xx.xx.2006-cı il tarixinədək kifayət qədər olmadığından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması mümkün deyildir.

70. Məhkəmə Kollegiyası qeyd edir ki, araşdırılmış iş materiallarında olan iddiaçının ali məktəbə təqdim etdiyi əmək kitabçasının çıxarışını əsas gətirərək birinci instansiya məhkəməsi ИТ-İ ******* nömrəli əmək kitabçasında olan qeydlərin mötəbər olması qənaətinə gəlmişdir.

71. Lakin iş materiallarında olan iddiaçıya məxsus ИТ-İ ******* nömrəli (15 sentyabr 1987ci il tarixdə doldurulduğu qeyd edilmişdir) əmək kitabçasına əsasən o xx.xx.1984-cü il tarixli 1 nömrəli əmrlə Kəlbəcər rayon 1 nömrəli Zar Ət-Süd- Tütünçülük sovxozunda işə daxil olmuş, xx.xx.1984-cü ildə tarixli 192 nömrəli əmrlə hərbi xidmətə getdiyi üçün həmin sovxozda işdən azad olunmuş, xx.xx.1987-ci il tarixli, 174 nömrəli əmrlə Kəlbəcər rayon 1 nömrəli Zar Ət-Süd-Tütünçülük sovxozunda işə daxil olmuş və xx.xx.1989-cu il tarixli 30 nömrəli əmrlə həmin sovxozda işdən azad olunmuşdur.

72. Göründüyü kimi, işə daxilolma və işdən azad olma qeydlərində əmrlərin tarixləri və nömrələri arasında uyğunsuzluqlar vardır. Belə ki, iddiaçının xx.xx.1984-cü il tarixli 1 nömrəli əmrlə işə daxil olması, lakin 2 ay sonra xx.xx.1984-cü ildə tarixli 192 nömrəli əmrlə işdən azad olunması, həmçinin onun xx.xx.1987-ci il tarixində 174 nömrəli əmrlə işə daxil olması və xx.xx.1989-cu il tarixində 30 nömrəli əmrlə işdən azad olması həmin qeydlərin mötəbərliyini şübhə altına alır.

73. Yəni, iddiaçıya məxsus ИТ-İ ******* nömrəli (15 sentyabr 1987-ci il tarixdə doldurulduğu qeyd edilmişdir) əmək kitabçasında qeyddən (həmin əmək kitabçasından çıxarışında əmrin tarixi xx.xx.1984-cü il deyil xx.xx.1984-cü il, əmrin nömrəsi isə 1 deyil 161 qeyd edilmişdir; - digər əmrin (xx.xx.1984-cü il) nömrəsi isə 192 deyil 193 qeyd edilmişdir. İ/V-100) 1984-cü ilin avqust ayının 10- a kimi cəmi bir şəxs barədə əmr verilməsi, lakin iki aydan sonra isə 192 şəxs barədə əmrin verilməsi ağlabatan qiymətləndirilə bilməz.

74. Eyni uyğunsuzluq və ziddiyyət xx.xx.1987-ci il tarixli əmrə də münasibətdə yaranır.Belə ki, xx.xx.1987-ci il tarixində 174 nömrəli əmrdən isə göründüyü kimi 1987ci ilin fevralın 10-a kimi 174 şəxs barədə əmr verilmişdir.

75. Birinci instansiya məhkəməsi yuxarıda sadalanan uyğunsuzluq və ziddiyyətlərə münasibətdə qeyd etmişdir ki, iddiaçının əmək kitabçasındakı qeydlərin mötəbərsizliyi məhkəmə araşdırılması zamanı sübuta yetirilməmişdir.İş materiallarından göründüyü kimi, cavabdehin şübhə altına aldığı əmək kitabçasından (müvafiq illərə dair) çıxarış, iddiaçı tərəfindən 1989-cu ildə əyani təhsil aldığı təhsil müəssisəsinə təqdim edilmiş, və həmin sənəd o vaxtdan arxivdə saxlanılmışdır.

76. Məhkəmə Kollegiyası isə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İş materiallarının 99-100-cü vərəqlərində olan Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin xx.xx.2022-ci il tarixli 01-949 nömrəli arxiv arayışına əsasən digər qeydlərlə yanaşı (iddiaçı 1989-cu ildə Geoloji-kəşfiyyat fakultəsinin “Geofiziki axtarış və kəşfiyyat üsulları” ixtisası üzrə əyani şöbəsinin İ kursuna qəbul olmuşdur (Əmr: 012/975, xx.xx.1989-cu il), 1994-cü ildə həmin ixtisas üzrə əyani şöbəsini bitirmişdir (Əmr: 02/744, xx.xx.1994-cü il), buna dair İV 853145 nömrəli seriyalı diplom verilmişdir, İnstituta qəbul üçün təqdim etdiyi İT-1534492 nömrəli əmək kitabçasından çıxarış vətəndaşın institutun arxivində şəxsi işində saxlanılmışdır.) göstərilmişdir ki, İddiaçı əmək kitabçasından çıxarışı məhkəməyə təqdim etmək üçün instituta müraciət etmişdir və çıxarışın surəti arxivdə saxlanılmaqla əsli vətəndaşa geri qaytarılmışdır.

77. İş materiallarının 100-cü vərəqlərində olan Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin xx.xx.2022-ci il tarixli 01-949 nömrəli arxiv arayışına əsasən təqdim edilən əmək kitabçasından ÇİXARİŞ iddiaçının təqdim etdiyi ИТ-İ ******* nömrəli (15 sentyabr 1987-ci il tarixdə doldurulduğu qeyd edilmişdir) əmək kitabçası ilə tutuşdurularkən aşağıdakı ziddiyyət və uyğunsuzluqlar müəyyən olunmuşdur:iddiaçının təqdim etdiyi ИТ-İ ******* nömrəli əmək kitabçasında iddiaçı xx.xx.1984-cü il tarixli 1 nömrəli əmrlə Kəlbəcər rayon 1 nömrəli Zar Ət-Süd-Tütünçülük sovxozunda işə daxil olmuş, xx.xx.1984-cü ildə tarixli 192 nömrəli əmrlə hərbi xidmətə getdiyi üçün həmin sovxozda işdən azad olunması qeyd edildiyi halda, həmin əmək kitabçasından ÇİXARİŞda əmrin tarixi xx.xx.1984-cü il deyil xx.xx.1984-cü il, əmrin nömrəsi isə 1 deyil 161 qeyd edilmişdir; - digər əmrin (xx.xx.1984-cü il) nömrəsi isə 192 deyil 193 qeyd edilmişdir.

78. Məhkəmə Kollegiyası onu da xüsusi olaraq vurğulayır ki, birinci instansiya məhkəməsinin iddianı təmin edərkən mötəbər sübut kimi istinad etdiyi iş materiallarının 100-cü vərəqlərində olan Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin xx.xx.2022-ci il tarixli 01-949 nömrəli arxiv arayışına əsasən təqdim edilən əmək kitabçasından ÇİXARİŞ-ın hər hansı müəssisənin (təşkilatın və.sair) möhürü ilə də təsdiqləndiyi müəyyən olunmur.

79. Yuxarıda sadalananlardan başqa Əmək kitabçası ilə bağlı digər ziddiyyətli məsələ onun xx.xx.1987-ci il tarixdə açılması ilə bağlıdır. Belə ki, əmək kitabçasında qeydlərdən də göründüyü kimi iddiaçı əmək fəaliyyətinə xx.xx.1984-cü il tarixdə başlamışdır. Bu halda onun adına əmək kitabçasının məhz xx.xx.1987-ci il tarixdə açılması və həmin sovxozda işlədiyi 3 il müddətində kitabçanın hansı səbəbdən açılmaması ziddiyyət yaradır.

80. Həmçinin, iddiaçının xx.xx.1984-cü il tarixdən xx.xx.1984-cü il tarixədək Kəlbəcər rayon 1 nömrəli Zar Ət-Süd-Tütünçülük sovxozuna işə daxilolma və işdən azad olma qeydləri direktor Ş.Abdullayev. xx.xx.1987-ci il tarixdə həmin sovxoza işə daxil olma qeydi direktor Z.Alməmmədov tərəfindən imzalansa da, Z.Alməmmədov ilə Ş.Abdullayevin imzasının eyniliyi müəyyən olunur.

81. Göründüyü kimi, iddiaçıya məxsus HT-İ ******* nömrəli əmək kitabçasında çoxsaylı pozuntular mövcuddur.Bununla yanaşı, həmin əmək kitabçasının mötəbər olmamasıilə bağlı digər bir fakt iş materiallarında olan iddiaçıya məxsus digər - ИТ-İ ******* nömrəli əmək kitabçasıda qeyd olunmuşdur.Belə ki, iddiaçıya məxsus olan digər əmək kitabçası - ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən iddiaçı xx.xx.1994-cü il tarixli 57-K saylı əmrlə "Xəzərdənizneftgeofizika" trestinə işə daxil olmuş və işə daxil olanadək əmək stajına malik olmamışdır.

82. Beləliklə, iddiaçının xx.xx.1994-cü il tarixə kimi əmək stajına malik olmaması bir daha təsdiq edilir.

83. Həmin Əmək kitabçasında yalnız iddiaçının xx.xx.1984-cü il tarixdən xx.xx.1986-cı il tarixədək Sovet ordusu sıralarında hərbi xidmət keçməsi və xx.xx.1989-xx.xx.1994-cü il tarixləri arasında M.Əzizbəyov adına Azərbaycan neft-kimya institunda təhsil alması ilə bağlı qeydlər mövcuddur.

84. Göründüyü kimi, iddiaçıya məxsus ИТ-İ ******* nömrəli (15 sentyabr 1987-ci il tarixdə doldurulduğu qeyd edilmişdir) əmək kitabçasında pozuntular, həmçinin əmək kitabçaları arasında, həmçinin iddiaçıya məxsus ИТ-İ ******* nömrəli (15 sentyabr 1987-ci il tarixdə doldurulduğu qeyd edilmişdir) əmək kitabçası ilə həmin kitabçadan Çıxarışda (i/v-100) ziddiyyət və uyğunsuzluqlar mövcuddur, həmin ziddiyyətlərin və uyğunsuzluqlar isə digər iş materiallarına əsasən aradan qaldırılması mümkün deyildir.

85. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

86. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.*

87. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” AR Qanunu xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanunu qüvvədə olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993cü il tarixli 320 Qərarı ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur.

88. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən təsdiq olunaraq xx.xx.2010-cu il tarixli 4027 nömrəli şəhadətnamə ilə normativ hüquqi akt kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərlə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur.

89. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı" üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir.

90. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa, b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçiləristehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa.

91. Həmin Qanunun 9.8-ci maddəsinin tələbinə görə hüquq münasibətlərinə tətbiq edilməli olan «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13- cü maddəsinin «a» bəndinə əsasən iddiaçının 01.01,2006-cı il tarixə qədər 20 ildən az olmayan ümumi, 10 ildən az olmayan xüsusi stajı mövcud olmalıdır.

92. Göründüyü kimi, iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) iddiaçının 01.01,2006-cı ilə qədər azı 20 il ümumi iş stajının mövcud olması; 2) İddiaçının 01.01,2006- cı ilə qədər azı 10 il güzəştli iş stajının mövcud olması.

93. Beləliklə, müəyyən edilir ki, iddiaçının xx.xx.1994-cü il tarixdən 01.01,2006-cı il tarixədək "Xəzərdənizneftgeofizika" trestində güzəştli şərtlərlə iş stajı 11 il 3 ay 22 gün, xx.xx.1984-cü il tarixdən xx.xx.1986-cı il tarixədək 2 il 9 gün Sovet Ordusu süıralarında hərbi xidmət keçdiyi dövr və xx.xx.1989-cu il tarixdən xx.xx.1994-cü il tarixlərədək 4 il 11 ay 22 gün arasında M.Əzizbəyov adına Azərbaycan Neft-Kimya İnstitunda təhsil aldığı dövrlər nəzərə alınarsa, onun ümumilikdə sosial sığorta stajı 18 il 3 ay 22 gün təşkil edir.

94. Məhkəmə Kollegiyası iddiaçının apellyasiya baxışı zamanı təqdim etdiyi Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 13 dekabr 2022-ci il tarixli Arxiv Arayışına münasibət bildirərək onu da qeyd edir ki, Arayışından görünür ki, X3 1984-cü ildə X8 qiyabi şöbəsinin İ kursuna qəbul olunmuş, 1984-cü ildə qiyabi şöbənin İ kursundandan həqiqi hərbi xidmətə çağrılmış, 1986-cı ildə həqiqi hərbi xidmətdən qayıtdıqdan sonra qiyabi şöbənin İ kursuna bərpa olunmuş, 1989-cu ildə öz xahişi ilə qiyabi şöbədən xaric edilmişdir.Lakin nə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda, nə də “Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununda qiyabi təhsil müddətinin iş stajına hesablanması nəzərdə tutulmamışdır.

95. Buna baxmayaraq mübahisələndirilən Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 3047/2022 saylı 03 avqust 2022-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı 52 yaşdan (xx.xx.2018-ci il tarixdən) güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh AzərbaycanRespublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fonduna ( Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına) həvalə edilməsi qərara alınmışdır.

96. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin qərarı yuxarıdakı əsaslara görə düzgün olmadığından, qərar maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən apellyasiya şikayəti təmin edilməli və Bakı İnzibati Məhkəməsinin 03 avqust 2022-ci il tarixli, e-2-1(112)-3047/2022 saylı qərarı ləğv olunaraq iddia tələbi rədd edilməlidir.

97. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 03 avqust 2022-ci il tarixli, e-2-1(112)-3047/2022 saylı qərarı ləğv olunsun. İddia tələbi rədd edilsin. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar