Məhkəmə qərarları › İş №2-1(103)-857/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-857/2025

20.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-857/2025 20.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X1 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçının vəkili (nümayəndəsi) Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə Teyyub qızının iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13274/2024 saylı, 17 oktyabr 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən qəbul edilmiş pensiyanın yenidən hesablanması barədə inzibati aktın ləğv edilməsini, ona yaşa görə pensiya təyin olunduqdan sonrakı dövr üzrə işləyərək qazandığı və fərdi şəxsi hesabında xx.xx.2022-ci il tarixədək olan dövr üzrə indeksasiya nəzərə alınmaqla qeydə alınmış sığorta kapitalına əsasən yaşa görə güzəştli şərtlərlə aldığı əmək peniyasının yenidən hesablanması öhdəliyinin və xx.xx.2022-ci il tarixdən hesablanmaqla keçmiş dövr ərzində alınmamış pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13274/2024 saylı, 19 sentyabr 2024-cü il tarixli qərarı ilə iddia təmin olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13274/2024 saylı, 19 sentyabr 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndələri məhkəməyə vəsatət təqdim edərək cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığını bildirərək, İnzibati Prosessual Məcəllənin 67.3-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsinin vəsatətin təmin edilməsini və işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili (nümayəndəsi) vəsatətin təmin edilməsinə və işin icraatına xitam verilməsinə etiraz etməmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsi tərəfindən verilmiş ərizəni və pensiya təyin olunması barədə sənədləri araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 67.3-ci maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. Göründüyü kimi, inzibati prosessual qanunvericilik inzibati məhkəmə icraatında dispozitivlik prinsiplərini tanımışdır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğundan və bununla əlaqədar tərəflər arasında mübahisə artıq mövcud olmadığından, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3, 80, 85, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Vəsatət təmin olunsun. İş üzrə icraatına xitam verilsin. İzah olunsun ki, iş üzrə icraata xitam verilməsi eyni tərəflərin eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia vermə imkanını istisna edir. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar