Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-858/2023 12.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Cəfərov Namiq Şamil oğlu və X1 ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı «müddətsiz ikinci dərəcə əlilliyinin “Əlillik altsistemi”nə daxil edilməsinə dair” iddiasına dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10730/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.2021-ci il tarixdən Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz 2-ci dərəcə əlilliyinin Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsiteminə daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İddianın əsaslarına görə xx.xx.2021-ci il tarixdən etibarən iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlyünün müdafiəsi ilə əlaqədar olaraq 2-ci qrup müddətsiz əlillik təyin edilmiş, lakin “Əlillik altsitemi”nə daxil edilməmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1856/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. İş Bakı İnzibati Məhkəməsinin icraatına daxil olduqdan sonra iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2022-ci il tarixli TSEK-də müayinəyə dair məlumatın verilməsi arayışnın əsassız hesab edilməsi, Ali Məhkəməsinin 2-1(102)-1012/2022 saylı qərarını ilk dəfə icra edərək, tibb müəssisəsinin xx.xx.2022-ci il tarixli 0280003AAFMA göndərişinə əsasən tərtib etdiyi TSEK-də müayinəyə dair məlumatın verilməsi barə arayışını əsas hesab edərək, arayışın diaqnoz qrafasında “Postkontuzion sindrom, baş-beyin xəstəliyi, zədələnməsi və ya disfinksiyası nəticəsində yaranan şəxsiyyət və davranış pozğunluqları tez-tez baş verən dekompensasiyalar və koqnitiv funksiyaların enməsi ilə anamnezindəpsixotik epizodlar keçirilməsi qeyd olunur. Nevrastentiya, Kəskin asteno-nevrotik sindrom. Davranış pozulmaqla uzunmuddətli (iki ildən çox) təzahür edən psixotik hallar” sözlərinin “Hərbi əməliyyatlar nəticəsində alınmış zədələnmələr. Keçirilmiş kəllə beyin travması baş beyinin əzilməsinin, silkələnməsinin davamlı qalıq əlamətləri. Davranış pozulmaqla uzunmuddətli təzahür edən psixotik hallar. Postravmatik ensefalopatiya İİ mərhələ, tez-tez təkrarlanan epileptik qıcolma tutmaları” sözləri ilə və “əmək zəmanəti” qrafasında “əmək qabiliyyətsiz” sözlərinin “Yüngül işlərdə işləyə bilər” sözləri ilə əvəz edilməsi öhdəliyinin cavabdehəhəvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10730/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsinin qəbul edilməsindən imtina edilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixində Bakı İnzibati məhkəməsinə Bakı İnzibati Məhkəməsinə təqdim etdiyi iddia ərizəsinə etirazında iddiaçıya “xx.xx.2021-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdaifəsi ilə əlaqədar müddətsiz, İİ dərəcə əllik dərəcəsi” verildiyini və 29 iyul 2022-ci il tarixdə əlillik altsisteminə daxil edildiyini, bununla da mübahisə predmetinə səbəb olan hal aradan qaldırıldığını bildirərək, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10730/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçının iddia tələbinə dair iş üzrə icraata xitam verilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iddia tələbinin mümkün sayılaraq baxılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qərardadı əsassız və qanunsuzdur. Ona heç bir cavab məktubu rəsmi qaydada poçt vasitəsilə gəlməmiş, məhkəmə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsini nəzərə almamış, araşdırma aparmamış, cavabdehin yalan cavablarına əsaslanmışdır. Məhkəmə kollegiyasının iclası barədə xəbərdar edilmiş İddiaçı məhkəməyə ərizə ünvanlayaraq onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi N.İsmayılova iddiaçının apellyasiya şikayəti ilə razılaşmamış, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin 29 iyul 2022-ci il tarixli əlillik arayışından görünür ki, iddiaçıya Laçın rayon Mərkəzi Xəstəxanasının göndərişi əsasında əlillik səbəbi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdaifəsi ilə əlaqədar xx.xx.2021-ci il tarixdən, “Postkontuzion sindrom, baş-beyin xəstəliyi, zədələnməsi və ya disfinksiyası nəticəsində yaranan şəxsiyyət və davranış pozğunluqları tez-tez baş verən dekompensasiyalar və koqnitiv funksiyaların enməsi ilə anamnezindəpsixotik epizodlar keçirilməsi qeyd olunur. Nevrastentiya, Kəskin asteno-nevrotik sindrom. Davranış pozulmaqla uzunmuddətli (iki ildən çox) təzahür edən psixotik hallar” xəstəlik diaqnozu ilə İİ dərəcə, müddətsiz, əlillik təyin edilmiş və “Əlillik” altsisteminə yerləşdirilmişdir. Göründüyü kimi, iddiaçının cavabdehə qarşı xx.xx.2021-ci il tarixdən Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz 2-ci dərəcə əlilliyinin Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsiteminə daxil edilməsi tələbi cavabdeh tərəfindən təmin olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 67.1-ci maddəsinin tələbinə görə mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Beləliklə də prosessual qanunvericiliyin qeyd olunan tələbləri baxımından, cavabdeh tərəfindən iddia təmin edildiyi, bnunla da tərəflər arasındakı mövcud mübahisə öz həllini tapdığı nəzərə alınmaqla, birinci instansiya məhkəməsinin iş üzrə icraata xitam verməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Odur ki, məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən heç bir araşdırma aparılmadığını, cavabdehin yalanlarına istinadən qanunzuz və əsassız qərarda qəbul etdiyini mübahisələndirən dəlilləri ilə razılaşmır. İddiaçının apellyasiya şikayətinin məhkəmə tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsinin nəzərə alınmadığını mübahisələndirən dəlilləri ilə də razılaşmayaraq qeyd edir ki, onun həmin ərizəsi Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə təmin edilməmiş və iddianın dəyişdirilməsindən imtina olunmuş və bu mövqeyini məhkəmə, İPM-in 54.1-ci maddəsinə istinadən onunla əsaslandırılmışdır ki, ilkin olaraq iddiaçı “müddətsiz ikinci dərəcə əlilliyin altsistemiə daxil edilməsi” iddiasını irəli sürdüyü halda, sonradan iddianın həm predmetini, həm də əsasını dəyişdirmişdir. İPM-in istinad olunan 54.1-ci-ci maddəsi həqiqətən də nəzərdə tutur ki, inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. Birinci instansiya məhkəməsi də məhz, maddənin qeyd olunan tələbləri baxımından həm iddianın əsası, həm də həm də predmeti dəyyişdirildiyini nəzərə alaraq, iddiaçı tərəfindən iddianın dəyişdirilməsini məqsəduyğun hesab etməmişdir. Bu halda, eyni zamanda, məhkəmə qeyd etmişdir ki, iddianın dəyişdirilmiş variantı üzrə məsələ ilə bağlı iddiaçının əvvəlcədən inzibati orqana müraciətinin olması da müəyyən olunmur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşıraq iddiaçıya izah edir ki, qeyd olunan predmetlə bağlı cavabdehin imtinasını aldıqda müvafiq iddia ərizəsi ilə məhkəmədə iddia qaldıra bilər. İddiaçının apellyasiya şikayətinin əlilliyi ilə bağlı ona rəsmi qaydada poçt vasitəsilə cavab gəlmədiyini mübahisələndirən dəlillərinə gəldikdə isə, o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin 29 iyul 2022-ci il tarixli əlillik arayışının elektron çıxarışını əldə etdiyi halda, onun qeyd olunan dəlilləri əhəmiyyətsiz və formal xarakterli dəlillər kimi qiymətləndirilməlidir. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası belə hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10730/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə icraata xitam verilməsini qanuni və əsaslıdır. Bu baxımdan, məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən həmin qərardad dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənlərə əsasən və İPM-in 80, 90 və 94-cü maddələrini rəhbər tutuaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10730/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-858/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-858/2023
12.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver