Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-858/2024 18.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X6 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinə qarşı “kirayə pulunun ödənilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5478/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı öhdəliyin icrası haqqında iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət üçün kirayə pulunun ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (İPM m.34.1) İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “...Cavabdeh başçısının 283 №-li, xx.xx.2017-ci il tarixli sərəncamı ilə mərhum həyat yoldaşı X3 ailə üzvləri ilə birlikdə yaşayış yeri üzrə ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil uçotuna götürülmüş, mənzil-uçot siyahısına daxil edilmiş və ona həmin tarixdən mənzillə təmin olunana qədər müvəqqəti mənzilin kirayəsi üçün kirayə haqqı ödənilməyə başlanılmışdır. Cavabdeh başçısının 350 №-li, xx.xx.2017-ci il tarixli sərəncamı ilə qızı Səfərova Aygün, Ə.Səfərovun mənzil növbəsinə daxil edilmiş, oğlu Natiq Səfərov isə nikaha daxil olduğundan Cavabdeh başçısının 148 №-li, xx.xx.2020-ci il tarixli sərəncamı ilə mənzil növbəsindən çıxarılmışdır. Həyat yoldaşı X3 xx.xx.2020-ci il tarixdə vəfat etmiş, onun vəfatından sonra o, ailə üzvləri ilə birlikdə Cavabdeh başçısının 180 №-li, xx.xx.2021-cı il tarixli sərəncamına əsasən ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsindən çıxarılmış və 283 №-li, xx.xx.2017-ci il tarixli, 350 №-li, xx.xx.2017-ci il tarixli və 148 №-li, xx.xx.2020-ci il tarixli sərəncamları ləğv olunmuş, kirayə haqqının ödənilməsi isə dayandırılmışdır. Bundan sonra? iddiaçı məhkəməyə müraciət edərək həyat yoldaşının vərəsəsi kimi (qızı ilə birlikdə) Yasamal RİH-də mənzil növbəsinə bərpa edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3564/2022 №-li, xx.xx.2022-ci il tarixliqərarı ilə Cavabdeh başçısının 180 №, xx.xx.2021-ci il tarixli sərəncamının ləğv olunması, X1 mənzil növbəsinin İddiaçı adını keçirilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə olunmuşdur. Cavabdeh başçısının sərəncamı ilə “Cavabdeh başçısının 180 №-li, xx.xx.2021-ci ıl tarixli sərəncamı ləğv edilmiş və mərhum həyat yoldaşı X1 mənzil növbəsi iddiaçının adına keçirilmiş və o, qızı X7 ilə birlikdə ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsi siyahısına bərpa edilmiş, bundan sonra xx.xx.2022-ci il tarixdən onlara müvəqqəti mənzilin kirayəsi üçün kirayə haqqının ödənilməsi bərpa edilmişdir. Lakin bu zaman onlara əvvəlki müddət üçün (xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üçün) kirayə pulunun ödənilməmişdir. Bu məqsədlə, yəni xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət üçün kirayə pulunun ödənilməsinə göstəriş verilməsi üçün cavabdehə müraciət etmiş, lakin imtina cavabı verilmişdir. Hesab edir ki, imtina qanunsuz və əsassızdır...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5478/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş və İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət üçün kirayə pulunun ödənilməsi vəzifəsi Cavabdehnə həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələbələrinə uyğun verilmiş, apellyasiya icraatı mümkündür. Cavabdeh apellyasiya şikayətini aşağıdakılarla əsaslandırmışdır:” “... Bakı İnzibati Məhkəməsinin qərarı qanunvericiliyə zidd olaraq, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığından əsassızdır. Belə ki, “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 1.4-cü maddəsinə əsasən Yerli icra hakimiyyətlərinin başçıları öz fəaliyyətini vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsi, müvafiq ərazinin əhalisinin rifahını yaxşılaşdırmaq naminə iqtisadiyyatın, sosial və mədəni sahələrin inkişafının təmin edilməsi, qanunçuluq, aşkarlıq və ictimai rəyin nəzərə alınması prinsipləri əsasında qururlar. İddiaçı Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı qanuni qüvvəyə mindikdən sonra ehtiyyatda olan zabitlərin güzəştli mənzil növbəsinə yəni yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və hər ay kirayə haqqı ödənilir. Birinci instansiya məhkəməsi qanunverici orqan olan Azərbaycan Respublikasının Milli Məclisinin məktubunda qeyd edilmiş “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il, 6 avqust tarixli “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” 174 nömrəli qərarını nəzərə almamışdır...” Məhkəmə kollegiyasının iclası barədə xəbərdar edilmiş cavabdeh (nümayəndəsi) məhkəməyə gəlməmiş, İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən İddiaçı apellyasiya şikayəti ilə razılaşmadığını bildirərək birinci instansia məhkəməsinin qərarının qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiya məhkəməsi qərarında iddianı təmin edərkən qeyd etmişdir ki, iddiaçı hərbi qulluqçu kimi yerli icra hakimiyyətində mənzil növbəsinə götürülmüş vəfat edən hərbi qulluqçunun ailə üzvü olduğundan, onun ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsi siyahısından çıxarılması barədə Yasamal RİHB-nin 180 nömrəli xx.xx.2021-ci il tarixli sərəncamı ləğv edildiyindən, həmin inzibati orqanın xx.xx.2022-ci il tarixli 241 nömrəli sərəncamı ilə Ədalət Səfərovun mənzil növbəsi iddiaçının adına keçirildiyindən və sonrakı dövrlər üzrə kirayə haqqının ödənilməsi bərpa edildiyindən, iddiaçının mübahisəli xx.xx.2020-ci ildən xx.xx.2022-ci il tarixədək də kirayə pulunu almaq hüququna təsir etməməlidir. Əks yanaşma, iddiaçını vəfat etmiş hərbi qulluqçunun ailə üzvü kimi qanunvericilikdə təsbit olunmuş güzəştlərdən faydalanmaq hüququndan məhrum edə bilər. Odur ki, cavabdehin imtinası qanuni sayılmamaqla iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməli və iddia əsaslı olduğundan təmin edilməlidir. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin mövqeyi ilə razılaşır. Belə ki, «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci hissəsinin birinci abzasına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Həmin Qanunun 12-ci maddəsinin 2-ci hissəsinin 3-cü abzasına əsasən, yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Həmin maddənin 2-ci bəndinin 4-cü abzasına əsasən ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Həmin Qanunun 21-ci maddəsinin 5-ci bəndinə əsasən hərbi qulluqçu və ya həqiqi hərbi xidmətdən buraxılmış şəxs həlak olduqda (vəfat etdikdə) onun ailəsi istifadə etdiyi güzəştlərə hüququnu saxlayır, bu şərtlə ki, Azərbaycan Respublikasının qanunvericiliyində başqa hal nəzərdə tutulmasın. “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli 174 saylı Qərarına əsasən, yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: 1.1. Bakı şəhərində – 150 manat; ...; Həmin Qərarının 2-ci bəndinə əsasən bu qərarın 1-ci hissəsində göstərilən şəxslərə onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə ödənilir. Qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi, hərbi qulluqçu vəfat etdikdə qanunvercilikdə başqa qayda nəzərdə tutulmamışdırsa, onun ailəsi istifadə edilən güzəştlərə hüququnu saxlayır. Yəni, hərbi qulluqçu ilə onunla birlikdə yaşayan ailə üzvlərinin də, həmçinin, dövlət hesabına mənzillə təmin olunmaq hüququndan, o cümlədən, həmin hüquq reallaşdırılanadək mənzil kirayə xərclərinə görə kompensasiya almaq imkanı nəzərdə tutulmuşdur. İş materiallarına əsasən də iddiaçının qanunvericiliyin qeyd olunan tələbləri ilə müəyyən edilən hüquqlara malik olduğu sübuta yetirilir. O cümlədən: -İddiaçının müvəqqəti mənzilin kirayəsi üçün kirayə haqqının ödənilməsi barədə Yasamal İcra Hakimiyyətinə etdiyi müraciətinə cavab olaraq verilmiş xx.xx.2022-ci il tarixli məktubun surətinə əsasən , Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3564/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarının Cavabdeh başçısının xx.xx.2022-ci il tarixli, 241 saylı sərəncamı ilə icra olunduğu, iddiaçının mərhum həyat yoldaşı X1 mənzil növbəsinin İddiaçı adına keçirildiyi, lakin həmin qərarda vətəndaş İddiaçı kirayə haqqının ödənilməsi öhdəliyi rayon icra hakimiyyətinin üzərinə qoyulmadığından müraciətin yerinə yetirilməsinin mümkün olmadığı bildirilmiş, bununla bağlı müvafiq məhkəməyə müraciət edilməsi tövsiyə edilmiş; -Cavabdeh başçısının 283 nömrəli, xx.xx.2017-ci il tarixli sərəncamına əsasənX3 3 nəfər ailə tərkibi ilə (özü, h/y, oğlu) yaşayış yeri üzrə güzəştli əsaslarla mənzil növbəsinə götürülmüş və ehtiyatda oaln zabitlərin mənzil-uçot siyahısına daxil edilmiş; -Cavabdeh başçısının 350 nömrəli, xx.xx.2017-ci il tarixli sərəncamı ilə X1 mənzil növbəsinə qızı X7 daxil edilmiş və o, növbədə 4 nəfərlə (özü, h/y, oğlu, qızı) hesab olunması müəyyən edilmiş; -Cavabdeh başçısının 148 nömrəli, xx.xx.2020-ci il tarixli sərəncamı ilə Ə.Səfərovun oğlu nikaha daxil olduğundan, eyni zamanda onun ailəsi atası Səfərov Ədalət ilə həmin ünvanda yaşamadığından “Hərbi qulluqçuların statusu haqqında” AR Qanununun 12-ci maddəsinə və Mənzil Məcəlləsinə əsasən Ə.Səfərovun oğlu Səfərov Natiqin Cavabdeh mənzil növbəsindən çıxarılması məqsədəmüvafiq hesab edilmiş, X8 mənzil növbəsindən çıxarılmış, X3 3 nəfər ailə tərkibi (özü, h/y, qızı) ilə ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsi siyahısında saxlanılmış; -Cavabdeh başçısının 180 nömrəli, xx.xx.2021-ci il tarixli sərəncamına əsasən 132508 nömrəli xx.xx.2020-ci il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən X3 xx.xx.2020-ci il tarixində vəfat etdiyindən “Hərbi qulluqçuların statusu haqqında” AR Qanununun 12-ci maddəsinə onun və ailə üzvlərinin Cavabdeh ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsindən çıxarılması məqsədəmüvafiq hesab edilmiş, X3 və onun ailə üzvləri Cavabdeh ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsindən çıxarılmış, Yasamal RİHB-nin 283 nömrəli, xx.xx.2017-ci il tarixli, 350 nömrəli, xx.xx.2017-ci il tarixli və 148 nömrəli xx.xx.2020-ci il tarixli sərəncamları ləğv edilmiş; -Bakı İnzibati Məhkəməsinin 2-1(112)3564/2022 №-li xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı Bakı şəhəri Cavabdeh Başçısının 180 nömrəli xx.xx.2021-ci il tarixli sərəncamının ləğv edilməsi və X1 (qızı X4 nəzərə alınmaqla) mənzil növbəsinin İddiaçı adına keçirilməsi vəzifəsinin Cavabdehnə həvalə olunmuş; -Məhkəmənin sorğusu əsasında cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubuna əsasən 2020-ci il üçün kirayə haqqı X2 tam ödənilmiş, o, xx.xx.2020-ci il tarixdə vəfat etdiyindən 2021-ci il üçün heç bir vəsait ödənilməmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı Cavabdeh başçısının xx.xx.2022-ci il tarixli sərəncamı ilə icra olunmuş, 2022- ci ilin iyun ayından İddiaçı kirayə haqqı ödənilir. -Cavabdeh başçısının xx.xx.2022-ci il tarixli, 241 nömrəli sərəncamına əsasən Yasamal RİHB-nin 180 nömrəli, xx.xx.2021-ci il tarixli sərəncamı ləğv edilmiş, X1 mənzil növbəsi İddiaçı adına keçirilmiş, İddiaçı qızı X7 ilə ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsi siyahısında saxlanılmış; -Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, N05/Q-1125/69 nömrəli arayışına əsasən xx.xx.1956-cı il tarixdə Şərur rayonu, Qıvraq kəndində anadan olmuş İddiaçı Ədliyyə Nazirliyininqeydiyyat orqanlarında olan məlumata görə xx.xx.1980-cı il (akt qeydi № 04) Şərur, Siyaqut icra nümayəndəliyində X3 ilə nikaha daxil olmuş 07.11.202-ci ildə ölməsi ilə bağlı həmin nikaha xitam verilmişdir (nikahın pozulması xx.xx.2017-ci ildə 198 nömrəli akt qeydi ilə Yasamal rayon qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınmışdır). xx.xx.2020-ci ildən xx.xx.2022-ci ilədək olan dövr ərzində İddiaçı nikahı haqqında akt qeydi aşkar edilməmiş; -"xxxx" MTK tərəfindən verilən arayışa əsasən İddiaçı, öz qızı - X7 ilə birlikdə ünvan 1 ünvanında yerləşən yaşayış binasının 224 saylı mənzilində yaşayır. -Yasamal Bələdiyyəsi tərəfindən verilən xx.xx.2022-ci il tarixli, 748 №li digər bir arayışa əsasən qızı ilə birlikdə sözügedən mənzildə yaşayan iddiaçıya Yasamal Bələdiyyəsi tərəfindən torpaq sahəsi ayrılmamış; -Kirayəyə verən X5 ilə kirayəçi İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli kirayə müqaviləyə əsasən kirayəyə verən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 51.65 kv.metr olan mənzili xx.xx.2027-ci il tarixədək kirayəçiyə kirayəyə vermiş, sonradan xx.xx.2022-ci il tarixli müqavilə əsasında əvvəlki müqavilənin 4-cü bəndinə dəyişiklik edilərək kirayə haqqının məbləği 250.00 manat müəyyən edilmişdir. Qeyd olunan müqavilə iddiaçının əvəzinə qızı X7 tərəfindən imzalanmışdır. -Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş elektron arayışlara əsasən onların adına Respublika ərazisi üzrə daşınmaz əmlakın mövcudluğuna dair 17 may 2022- ci il tarixli ********** qeydiyyat nömrəli və 18 may 2022-ci il tarixli ********** qeydiyyat nömrəli müraciətlərə əsasən daşınmaz əmlak aşkar edilməmişdir. Beləliklə də tədqiq olunan sənədlərlə müəyyən edilən hallardan göründüyü kimi, iddiaçının əri cavabdehin xx.xx.2017-ci il tarixli sərəncamı ilə 3 nəfər ailə tərkibi ilə güzəştli əsaslarla mənzil növbəsinə götürülərək ehtiyatda olan zabitlərin mənzil uçot siyahısına daxil edilərək vəfat etdiyi xx.xx.2020-ci il tarixədək onlara kirayə haqqı ödənilmiş, lakin sonradan, cavabdehin xx.xx.2021-ci il tarixli sərəncamı ilə iddiaçının əri xx.xx.2020-ci il tarixində vəfat etdiyindən, “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinə əsasən iddiaçı və onun ailə üzvləri (qızı) cavabdeh tərəfindən ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsindən çıxarılaraq kirayə haqqı ödənişi dayandırılmışdır. Lakin, Bakı İnzibati Məhkəməsinin qeyd olunan qərarının icrası ilə əlaqədar sonradan cavabdeh xx.xx.2022-ci il tarixli sərəncamı ilə sözügedən xx.xx.2021-ci il tarixli sərəncamı ləğv edilərək, mərhum ərinin mənzil növbəsi iddiaçının adına keçirilmiş və iddiaçı və onun qızının adı ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsi siyahısında saxlanılmış və iddiaçıya kirayə haqqı 2022-ci ilin iyun ayından ödənilməyə başlanılsa da, xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət üçün almadığı kirayə haqqı ona ödənilməmiş, bununla əlaqədar müraciəti cavabdeh tərəfindən təmin edilməmişdir. Halbuki, qaynvericiliyin yuxarıda qeyd olunan tələbləri və işin sübutlarla müəyyən edilən halları baxımından, cavabdeh orqan tərəfindən əri öldükdən sonra iddiaçının mənzil növbəsi saxlanılmaqla, kirayə haqqı ödənilməsi davam etdirilməli idi. Başqa sözlə, cavabdeh tərəfindən qeyd olunan məhkəmə qərarnın icrasına qədər olan dövr üçün, o cümlədən, xx.xx.2020-xx.xx.2022-ci illəri əhatə edən dövr üçün ödənilməyən kirayə haqqı iddiaçıya ödənilməli olduğu halda, qanunvericiliklə üzərinə düşən bu öhdəliyini yerinə yetirməmiş, iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. İPM-in 73.1-ci maddəsi isə nəzərədə tutur ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Birinci instansiya məhkəməsinin qərarında da görünür ki, məhkəmə hərtərəfli araşdırma apararaq işin hallarına maddi hüquq normalarının tələblərinə uyğun hüquqi qiymət vermiş və əsaslı olaraq iddianın təmin olunması barədə düzgün nəticəyə gəlmişdir. Ona görə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının qanunvericiliyə zidd olaraq, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5478/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-nin 68, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5478/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-858/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-858/2024
18.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver