Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-86/2023 05.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Təhsildə X1rşı (3-cü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyi) “ali təhsilə aid kvalifikasiyanın tanınması haqqında şəhadətnamənin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 01 fevral 2022-ci il tarixli, 2-1(112)-1304/2022 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Rusiya Federasiyası Ufa şəhərində olan “Rusiya Federasiyası Daxili İşlər Nazirliyi Ufa hüquq institutu” tərəfindən adına verilmiş 29 dekabr 2015-ci il tarixli 100205 ******* nömrəli mütəxəssis diplomunun ölkə ərazisində tanınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Rusiya Federasiyası Ufa şəhərində olan “Rusiya Federasiyası Daxili İşlər Nazirliyi Ufa hüquq institutu” tərəfindən 100205 ******* nömrəli 29 dekabr 2015-ci il tarixli bakalavr ali təhsilə aid kvalifikasiyanın tanınması haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1995-ci ildə Bakı şəhəri, Nəsimi rayonu Mehdi Hüseynzadə adına 19 №-li məktəbə birinci sinifə getmiş, altıncı sinfi bitirdikdən sonra təhsilini davam etmək üçün Bakı şəhəri Binəqədi rayonu 246 №-li məktəbə daxil olmuş və 2006-cı ildə məktəbi bitirmişdir. 2007-ci ilin dekabr ayından 2008ci ilin iyun ayına kimi hərbi xidmətdə qulluq etmişdir. 2008-ci ildən 2012-ci ilədək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətində xidmət etmişdir. 2009cu ildə təhsilini artırmaq üçün Rusiya Federasiyasının Ufa şəhərində olan “Rusiya Federasiyası Daxili İşlər Nazirliyi Ufa hüquq institutu”nun qiyabi şöbəsinə daxil olmuşdur, 2015-ci ilin dekabr ayında həmin institutu bitirmişdir. Nəticədə ona mütəxəssis diplomu verilmiş və “hüquqşünas” ixtisası təqdim edilmişdir. İnstitutu bitirəndə Azərbaycan Respublikası Dixili İşlər Nazirliynin Daxili Qoşunlarında xidmət etmişdir. Hazırda isə Azərbaycan Respqblikası Müdafiə Nazirliyi N №-li hərbi hissədə qulluq edir. Bundan sonra o, mütəxəssis diplomumun ölkə ərazisində tanınması ilə əlaqədar olaraq 28 aprel 2021-ci il tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyinə ərizə ilə müraciət etmiş və ərizəyə bütün sənədləri əlavə etmişdir. Lakin, 04 iyun 2021-ci il tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyi aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmadığı səbəbindən aldığı ixtisasın ölkə ərazisində tanınmasını mümkün hesab etməmişdir. Hesab edir ki, cavabdehin gəldiyi nəticə tam əsassızdır. Cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi məhkəməyə təqdim etdiyi iddiaya dair yazılı etirazında göstərmişdir ki, iddiaçı diplomu üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. Cavabdeh müraciətə baxaraq tədris dilini bilmə səviyyəsi qənaətbəxş olmadığı üçün iddiaçıya müvafiq sənədin verilməsindən imtina etmişdir. Cavabdehin imtinası qanuni və əsaslıdır. Belə ki, Agentlikdə iddiaçının sənədləri araşdırılarkən, iddiaçının ixtisasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”na uyğun gəlmədiyi müəyyən edilmişdir. Etirazda qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 01 fevral 2022-ci il tarixli, 2-1(112)-1304/2022 saylı qərarı ilə iddia rədd edilmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişlər Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-86/2023 saylı, 04 may 2023-cü il tarixli qərardadı ilə İddiaçı sənədləri ərizəsinə əlavə edilməklə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə təqdim edilməsi üçün İddiaçı 15 (on beş) gün, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 52.1-ci maddəsinə və İnzibati Prosessual Məcəllənin 67.1-ci maddəsinə uyğun olaraq mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nda nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi üçün cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə 30 (otuz) gün müddət təyin edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı Agentliyinin 11 avqust 2023-cü il tarixli, 3-29-61/2-593/2023 saylı məktubunda qeyd olunmuşdur ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(103)-86/2023 saylı qərardadının icrası məqsədi ilə İddiaçı Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Ufa Hüquq İnstitutu tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli № **********915 nömrəli diplom üzrə əldə etdiyi kvalifikasiyanın tanınması barədə qərar qəbul edilmiş, tanınma haqqında elektron şəhadətnamə ərizəçinin şəxsi kabineti vasitəsilə ona təqdim olunmuşdur. Göründüyü kimi, hazırkı iddianın verilməsinin əsasını təşkil edən - Rusiya Federasiyası Ufa şəhərində olan Rusiya Federasiyası Daxili İşlər Nazirliyi Ufa hüquq institutu tərəfindən 100205 ******* nömrəli 29 dekabr 2015-ci il tarixli bakalavr ali təhsilə aid kvalifikasiyanın tanınması haqqında şəhadətnamənin verilməsi cavabdeh tərəfindən təmin edildiyindən tərəflər arasında mübahisə mövcud deyildir. İnzibati Prosessual Məcəllənin 67.2-ci maddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Həmin Məcəllənin 67.3-ci maddəsində deyilir ki, İPM-in 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Beləliklə də qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğundan, yəni onun Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Ufa Hüquq İnstitutu tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli № **********915 nömrəli diplom üzrə əldə etdiyi kvalifikasiyanın tanınması barədə qərar qəbul edildiyindən, bununla əlaqədar tərəflər arasında mübahisə artıq mövcud olmadığından, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3, 80, 85, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Təhsildə X1rşı (3-cü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyi) “ali təhsilə aid kvalifikasiyanın tanınması haqqında şəhadətnamənin verilməsi” tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-1(103)-86/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-86/2023
05.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver