Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-860/2023 16.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ İş № 2-1(103)-860 /2023 (Açar sözlər:“yaşa görə əmək pensiyasının təyin edilməsi” ) Bakı şəhəri 16 may 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X1 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2814/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 16 may 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra – İddiaçı) ona yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra - Cavabdeh) müraciət etmiş, cavabdeh iddiaçının ərizəsini təmin etməkdən imtina edərək iddiaçıya ünvanlanmış **********1 nömrəli, xx.xx.2021- ci il tarixli imtina məktubunda bildirmişdir ki, iddiaçının təqdim etdiyi xx.xx.1981-ci il tarixdə tərtib olunmuş ******* nömrəli əmək kitabçasının, H3 №3245163 saylı hərbi biletin surətinə əsasən onun sığorta stajı 23 il 11 ay olmaqla tələb olunan müddətdən (25 il) azdır. Sığorta stajına uyğun pensiya kapitalı 17286,26 manat olmaqla qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır. Goranboy Rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 102 saylı arxiv arayışında qeyd edilən 1971-1974 və 1977-1980ci illərə aid iş stajı əmək kitabçasında qeyd olunmadığı və məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiqlənmədiyi üçün həmin dövrlər sığorta stajına daxil edilmir. xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunanlara əsasən iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunması qanunvericliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İddiaçıya xx.xx.2021-ci il tarixindən yaşa görə müavinət təyin olunmuşdur
2. Bundan sonra iddiaçı Goranboy Rayon Dövlət Arxivini üçüncü şəxs qismində göstərməklə cavabdehə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Goranboy rayon Dövlət Arxivinin xx-xx-2020-ci il 102 saylı Arxiv Arayışında qeyd edilən 1971-1974 və 1977-1980-ci illərin iş stajı kimi əmək kitabçasına qeyd olunmasının cavabdehin üzərinə vəzifə kimi qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-1718/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə iş baxılması üçün aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilmişdir.
4. xx.xx.2021-ci il tarixli məhkəmənin hazırlıq iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 65 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir.
İş üzrə qəbuledilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – ƏPQ) 7-ci maddəsinə əsasən, müvafiq yaşa çatmış şəxslərin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır (kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017- ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.) 2020-ci ilin 1 iyul tarixindən kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. Buna görə də iddiaçı cavabdehə müraciət etmiş, lakin cavabdeh xx.xx.2021-ci il tarixli məktubla imtina etmiş və Goranboy Rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 102 saylı arxiv arayışında qeyd edilən 1971-1974 və 1977-1980ci illərə aid iş stajı əmək kitabçasında qeyd olunmadığı və məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiqlənmədiyi üçün həmin dövrlərin sığorta stajına daxil edilmədiyini bildirmişdir.
6. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli iddiaya etirazında bildirmişdir ki, iddiaçının ümumi iş stajı qanunla tələb olunan müddətdən azdır, onun əmək kitabçasında qeyd edilən illərlə birlikdə 23 il 11 ay 03 gün sosial stajı mövcuddur. İşin mübahisələndirilən halı iddiaçının 1971-1974 və 1977-1980-ci illərdə Goranboy rayonu M.Ə.Rəsulzadə və Miskinli kolxozlarında işlədiyi dövrlərdir. İddiaçının xx.xx.1981-ci il tarixdə tərtib olunmuş ******* nömrəli əmək kitabçasının, H3 ******* saylı hərbi biletin surətinə əsasən onun sığorta stajı 23 il 11 ay 03 gün olmaqla sosial sığorta stajı vardır. İddiaçı 1971-1974 və 1977-1980-ci illərdə Goranboy rayonu M.Ə.Rəsulzadə və Miskinli kolxozlarında işlədiyi dövrlər əmək kitabçasında qeyd edilmədiyi, Goranboy Rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 73/1 nömrəli arayışına əsasən minimum adam günü 1971-1976-cı illərdə 240, 1977-1980-ci illərdə 210 gün olmasına baxmayaraq adam günü normaları İddiaçı tərəfindən ödənilmədiyindən həmin kolxozlarda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Buna görə də cavabdeh iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2814/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı 65 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır.
8. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, işdə olan AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1956-cı ildə doğulmuş, 65 yaşı xx.xx.2021-ci ildə tamam olmuşdur.
9. İşdə olan iddiaçıya məxsus ******* nömrəli əmək kitabçasından görünür ki, o, xx.xx.1973-cü ildə X5 əyirici istehsalatına çıxarıcı şagirdi qəbul olunmuş, xx.xx.1974cü ildə əyirici istehsalatına yağlayıcı vəzifəsinə keçirilmiş, xx.xx.1974-cü ildə Azərbaycan SSR ƏQM-nin 38-ci maddəsinin 4-cü bəndinə əsasən işdən azad edilmiş, xx.xx.1980-ci ildən xx.xx.1988-ci ilədək X4 avadanlığın təmiri üzrə çilingər, xx.xx.1988ci ildən xx.xx.1995-ci ilədək Goranboy rayon X10 Zavodunda fəhlə, təhcizatçı, ekspeditor, xx.xx.1995-ci ildən xx.xx.2003-cü ilədək Goranboy rayonunda tikilməkdə olan 528 min başlıq broyler quşçuluq fabrikində direktor vəzifəsində işləmişdir.
10. İddiaçıya məxsus ******* nömrəli hərbi biletin surətindən görünür ki, iddiaçı xx.xx.1975 – xx.xx.1977-ci illərdə hərbi xidmət keçmişdir.
11. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2021-ci tarixli məktubunda göstərilmişdir ki, “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq, keçmiş İqtisadi İnkişaf Nazirliyinin Dövlət əmlakının özəlləşdirilməsi departamentinin xx.xx.2002-ci il tarixli 75 nömrəli sərəncamı ilə “Xalq üçün mallar” Dövlət Konserninin tabeliyində olmuş X2 bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış, xx.xx.2004-cü il tarixində cəmiyyətin səhmlərinin özəlləşdirilməsi tam başa çatdırılmışdır. Qeyd edilmişdir ki, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq, keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1999-cu il tarixli, 151 nömrəli sərəncamı ilə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olmuş Goranboy X7 bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış, xx.xx.2009-cu il tarixində cəmiyyətin səhmlərinin özəlləşdirilməsi tam başa çatdırılmışdır.
12. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Cəfərov X3 X10 zavoduna xx.xx.1988-ci ildə 04 saylı əmrlə işə qəbul olunmuş, xx.xx.1995-ci il tarixdə 23 saylı əmrlə işdən azad olunmuşdur.
13. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı həqiqətən X5na xx.xx.1973-ci il tarixli §5, 245 saylı Əmrlə xx.xx.1973-cü il tarixdə Əyirici istehsalatına çıxarıcı şagirdi işə qəbul edilmiş, xx.xx.1974-cü il tarixli §22, 195 saylı Əmrlə xx.xx.1974- cü il tarixindən Əyirici istehsalatına yağlayıcı peşəsinə keçirilmiş, xx.xx.2074-cü il tarixli §12, 195 saylı Əmrlə xx.xx.1974-cü il tarixindən üzürsüz səbəbdən işə çıxmadığına görə işdən azad edilmişdir. Qeyd olunmuşdur ki, 1990-cı il mart ayında Ordjonikidze adına Kirovabad Toxuculuq kombinatı X5 adlandırılmışdır (ƏMR 66-LS, xx.xx.1990-cı il). xx.xx.2001-ci il tarixindən İqtisadi İnkişaf Nazirliyinin əmrinə əsasən "xxxx" Kombinatı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (ƏMR 39- KŞ, xx.xx.2001 -ci il), xx.xx.2004-cü il tarixindən isə "xxxx" ASC "xxxx" ASC-yə çevrilmişdir (ƏMR 14-LS,xx.xx.2004-cü il).
14. Goranboy Rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 102 saylı arxiv arayışından görünür ki, İddiaçı M.Ə.Rəsulzadə və Miskinli kolxozlarında 1971-ci ildə kolxozçu vəzifəsində 42, 1972-ci ildə 107, 1974-cü ildə 46, 1977-ci ildə 93, 1980-ci ildə isə 70 adam günü işləmişdir.
15. Goranboy Rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli arayışında göstərilmişdir ki, M.Ə.Rəsulzadə və Miskinli kolxozlarında (keçmiş Kalinin adına kolxoz) 1971-1976-cı illərdə kişilər üçün minimum adam gün norması 240 və 1977-1980-ci illərdə isə 210 gün olmuşdur.
16. Beləliklə, qanunvericiliyin müddəalarına uyğun olaraq mübahisə olunan dövr arxiv arayışları ilə təsdiq edildiyindən, həmin qeydlərin cavabdehdə şübhə doğurması barədə cavabdeh hər hansı mötəbər sübut təqdim etmədiyindən məhkəmə hesab edir ki, bəhs edilən dövrlər iddiaçının ümumi iş stajına aid edilməli, bununla da iddiaçı qanunvericiliklə tələb olunan bütün şərtləri ödədiyindən ona 65 yaşdan pensiya təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır.
17. Birinci instansiya məhkəməsi “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67ci, 69-cu maddələrinə, xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 1-ci və 3-cü bəndlərinə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci, 22-1-ci, 32.1-ci maddələrinə istinad etmişdir.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
18. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2814/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarında istinad edilən xx.xx.2022-ci il tarixli 73/1 nömrəli arxiv arayışında İddiaçı 1971-1974 və 1977-1980-ci illərdə Goranboy rayonu “M.Ə.Rəsulzadə və Miskinli kolxozları’nda işləməsi və adam günü, əmək haqqı alması qeyd olunur. Lakin iş materiallarına əlavə olunmuş Goranboy Rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 83 nömrəli və xx.xx.2022-ci il tarixli, 24 nömrəli arayışında Goranboy rayonu M.Ə.Rəsulzadə və Miskinli kolxozlarının şəxsi heyət üzrə arxiv sənədləri Goranboy rayonu Dövlət Arxivinə təhvil verilmədiyindən İddiaçı işləməyini təsdiq edən arxiv arayışının verilməsinin imkan xaricində olduğu qeyd olunmuşdur. Bu isə onu deməyə əsas verir ki, Goranboy Rayon Dövlət Arxivinin arayışı İddiaçı 1971-1974 və 1977- 1980-ci illərdə Goranboy rayonu “M.Ə.Rəsulzadə və Miskinli kolxozları”nda işləməsi faktına münasibətdə ziddiyətlidir. b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
c) Prosses iştirakçılarının izahatları
21. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
22. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
23. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. - 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.
24. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır.
25. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: - 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. - 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. - 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.
26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi
Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 73.1-inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
27. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
28. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
30. İddia tələbinin və apellyasiya şikayətinin mahiyyəti ilə bağlı isə məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçı 65 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsini xahiş etmiş, cavabdehin mübahisələndirdiyi məhkəmə aktı ilə iddia təmin edilmişdir.
31. Cavabdehin apellyasiya şikayətinin dəlili isə ondan ibarətdir ki, məhkəmə qərarında istinad edilən xx.xx.2021-ci il tarixli 73 nömrəli arxiv arayışında İddiaçı 1971-1974 və 1977-1980-ci illərdə Goranboy rayonu “M.Ə.Rəsulzadə və Miskinli kolxozları”nda işləməsi və adam günü, əmək haqqı alması qeyd olunur. Lakin iş materiallarına əlavə olunmuş Goranboy Rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 83 nömrəli və xx.xx.2022-ci il tarixli, 24 nömrəli arayışında Goranboy rayonu M.Ə.Rəsulzadə və Miskinli kolxozlarının şəxsi heyət üzrə arxiv sənədləri Goranboy rayonu Dövlət Arxivinə təhvil verilmədiyindən İddiaçı işləməyini təsdiq edən arxiv arayışının verilməsinin imkan xaricində olduğu qeyd olunmuşdur. Bu isə onu deməyə əsas verir ki, Goranboy Rayon Dövlət Arxivinin arayışı İddiaçı 1971-1974 və 1977- 1980-ci illərdə Goranboy rayonu “M.Ə.Rəsulzadə və Miskinli kolxozları”nda işləməsi faktına münasibətdə ziddiyətlidir.
32. Apellyasiya şikayətinin qeyd edilən dəlilləri ilə bağlı məhkəmə Kollegiyası bildirir ki, Goranboy Rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 73 nömrəli arxiv arayışında İddiaçı 1971-1974 və 1977-1980-ci illərdə Goranboy rayonu “M.Ə.Rəsulzadə və Miskinli kolxozları”nda işləməsi və adam günü, əmək haqqı alması qeyd olunur. Goranboy Rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 83 nömrəli və xx.xx.2022-ci il tarixli, 24 nömrəli arayışında göstərilənlər isə Goranboy Rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 73 nömrəli arxiv arayışı ilə ziddiyyət yaratmır.(i/v-32-39)
33. Belə ki, Goranboy Rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 24 saylı arayışında (i/v-96) göstərilmişdir ki, “X6”nin arxiv sənədləri, xx.xx.2021-ci il tarixli, 83 nömrəli arayışında (i/v- 48) isə göstərilmişdir ki, X2, Goranboy rayon icarə X7 və “X6”nin arxiv sənədləri Dövlət Arxivinə təhvil verilməmişdir.
34. Göründüyü kimi, Goranboy Rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 73 nömrəli arxiv arayışında İddiaçı 1971-1974 və 1977-1980-ci illərdə Goranboy rayonu “M.Ə.Rəsulzadə və Miskinli kolxozları”nda işləməsi və adam günü, əmək haqqı alması qeyd olunur və cədvəllər də arayışa əlavə edilmişdir.
35. Beləliklə, məhkəmə Kolleiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2814/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2814/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.