Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-861/2022 17.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X33 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, İddiaçı, vəkili X14 və cavabdehin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “Azərbaycan Respublikası Prezdentinin 19 aprel 2018-ci il tarixli Fərmanının icrası ilə əlaqədar mərhumun adının hərbi qulluqçuların siyahısına əlavə olunaraq göndərilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli, 2-1(112)-8320/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 17 fevral 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək Astara rayonu, Kakalos kəndində 07.09.1973-cü il tarixdə doğulmuş X9 N saylı hərbi hissənin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda Ağdərə istiqamətində gedən hərbi əməliyyatlar zamanı aldığı qəlpə yarasından 12.07.1992-ci il tarixdə həlak olmasının müəyyən edilməsi və 2007-ci ildən ödənilməmiş qalan şəhid ailələrinə verilən müavinətlərin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 07.09.1973-cü il tarixdə Astara rayonu, Kakalos kəndində anadan olmuş X4 Astara rayon hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. O, hərbi xidmətdə olarkən Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda Ağdərə döyüşlərində iştirak etmiş və döyüşlərdə aldığı qəlpə yaralarından 12.07.1992-ci il tarixində Tərtər rayonunda həlak olmuşdur. Ələkbər Məmmədovun cənazəsi doğulduğu Astara rayonu, Kakalos kəndinə gətirilmiş, dəfn edilmişdir. Dəfndə hərbi hissənin zabitləri, rayonun rəhbərləri və digər məsul şəxslər iştirak etmiş və çıxışlar edilmişdir. Ona şəhid statusu verilmiş və adını əbədiləşdirmək məqsədilə bir vaxtlar oxuduğu Kakalos kənd 2 saylı məktəbin adı verilmişdir. Kakalos kənd 2 saylı məktəb 1993-cü ildə X9 adını daşıyır. Hər gün məktəbin yüzlərlə şagirdi məktəbin foyesində “Azərbaycan Dövlət himni” oxuyandan sonra şəhid X9 şəklinin qarşısında baş əyərək sinifə keçirlər. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş hər bir Qarabağ müharibəsinin şəhidi bu günkü şagirdlər - gənc nəsil üçün örnəkdir. Astara rayon Qeydiyyat şöbəsinin 08.01.2019-cu il tarixli 31 saylı arayışından görünür ki, X4 12.07.1992-ci il tarixdə Tərtər rayonunda ölmüşdü. Bu barədə 15.07.1992-ci il tarixdə Astara rayonu, Kakalos kəndində 21 nömrəli ölüm haqqında akt qeydi tərtib olunmuşdur. Ölümün səbəbi “beynin sol tərəfin ağır qəlpə yarası, bədənin çoxlu qəlpə yarası” qeyd edilmişdir. Hansı ki, X9 AZ-1 seriyalı 931336 nömrəli ölüm haqqında şəhadətnamə verilmişdir. Müvafiq orqanlar tərəfindən X15 şəhid və onlara isə şəhid ailəsi statusu verilmişdir. Qardaşı X1 qəbirstanlığında dəfn edilmiş, qəbrüstü abidə qoyulmuşdur. Astara şəhərində şəhidlərin xatirə kompleksində onun şəkli soldan 2-ci asılmışdır. X12 12.03.2004cü il tarixdə “İnsult, hipetenziya, atersiteroz” xəstəliyindən, anası X18 isə “Hipertenziya, Atereskleroz” xəstəliyindən 11.09.2004-cü il tarixdə vəfat etmişlər. Sağlıqlarında atası və anasına ayrı-ayrılıqda “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” 03 sentyabr 1993-cü il tarixli Azərbaycan Respublikasının Qanununda göstərilən güzəşt və imtiyazlardan istifadə etmək hüquqları barədə X12na ******* saylı, anası X10 isə 005320 saylı vəsiqələr verilmişdir. Məhrum valideynləri güzəştlərdən və imtiyazlardan bəhrələnmişlər. Beləliklə, bütün sənədlərdə təsdiq olunur ki, X4 hərbi xidmətdə olarkən Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda 12.07.1992-ci il tarixdə “beynin sol tərəfin ağır qəlpə yarası və bədənin çoxlu qəlpə yarası aldığından şəhid olmuşdur”. N saylı hərbi hissəsinin hərbiçiləri tərəfindən X4nun cənazəsi Kakalos kəndinə gətirilmiş, İslam dini qaydalarına uyğun olaraq meyid yuyulmuş və kəfənə bükülmüşdür. Meyid yuyularkən iddiaçı və digər şəxslər iştirak etmişlər. Həmin şəxslər X29, X16, X21, X22, X19, X30, X6, X26 və X11 təsdiq edərlər ki, mərhum X9 “beynin sol tərəfində ağır qəlpə yarası və bədənində çoxlu qəlpə yaraları” var idi. Zəruriyyət yaranarsa, məhkəmə qərarı əsasında onların iştiraklarıyla meyitin qəbirdən çıxarılmasına (eksqumasiya) etiraz etmirlər və müvafiq tibb işçiləri tərəfindən təhqiqat aparıla bilər. Qeyd etdiklərinə baxmayaraq guya X4 hərbi əməliyyatlarda yox, xidməti vəzifəni yerinə yetirərkən avtoqəza nəticəsində həlak olmuşdur deyə onun “şəhid” statusu ləğv edilmiş, mövcud qanunvericilikdə şəhid ailələri üçün nəzərdə tutulmuş güzəştlər və imtiyazların verilməsi 20.04.2007-ci il tarixdən dayandırılmışdır. Həmin vaxtdan aidiyyəti orqanlara müraciət etsə də müsbət cavablar alınmamışdır. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə barədə ərizə verərək cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsinə qarşı X4nun şəhid hesab edilməsinə dair arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması kimi qəbul edilməsini xahiş etmiş, Şirvan İnzibati- İqtisadi Məhkəməsinin 2-1(086)-1848/2019 nömrəli, 19 iyul 2019-cu il tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-1(086)-1848/2019 nömrəli, 14 noyabr 2019-cu il tarixli qərarı ilə İddiaçı iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Qərardan İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-195/2020 nömrəli, 10 iyun 2020-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 14 noyabr 2019-cu il tarixli, 2-1(086)-1848/2019 nömrəli qərarı ləğv edilmiş, işə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün inzibati iş Şirvan İnzibati Məhkəməsinə qaytarılmışdır. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-20/2021 nömrəli, 26 aprel 2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsinə qarşı “X4nun şəhid hesab edilməsinə dair arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati mübahisə üzrə cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsi əsl cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə əvəz edilmiş, iddia tələbinə isə “24.08.1973-cü ildə doğulmuş X4nun adının Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli Fərmanının icrası olaraq Azərbaycan Respublikası Ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısına daxil edilməsi və bu siyahının Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-20/2021 nömrəli, 26 aprel 2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “24.08.1973-cü ildə doğulmuş X4nun adının Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli Fərmanının icrası olaraq Azərbaycan Respublikası Ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısına daxil edilməsi və bu siyahının Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işin aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin 15.01.2018ci il tarixli 9/2-617 nömrəli məktubuna əsasən, sıravi X20 12.07.1992-ci il tarixdə avtoqəza nəticəsində həlak olmuş, N nömrəli hərbi hissə komandirinin 06.08.1992-ci il tarixli 69 nömrəli əmri ilə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsində X9 N nömrəli hərbi hissədə xidmət keçərkən hansı mexaniki nəqliyyat vasitəsində qəzaya uğraması, qəzanın səbəbləri, qəza zamanı ölən şəxslərin kimliyi, digər ölən şəxslərə şəhidlik statusunun verilməsi, həmin vaxtda hərbi hissənin yerləşdiyi ərazi barədə sənəd və məlumatlar yoxdur. Göstərilən xüsusatlar nəzərə alınaraq bildirilir ki, mərhum X20 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda deyil, xidməti vəzifələrinin icrası zamanı avtoqəza nəticəsində vəfat etmişdir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il 10 nömrəli Qərarının 4.1-ci bəndinin 2-ci abzasına əsasən, şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. Həmin maddədə, həlak olmuş hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin şəhid hesab edilməsi müvafiq hərbi hissənin arayışı ilə təsdiq edildikdə mümkün olduğu qeyd olunub. Həmçinin müvafiq hərbi hissənin arayışında hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı, habelə atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi, yaxud dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olması faktı öz əksini tapmalıdır. Məhz bu səbəbdən X15 şəhid statusu verilməmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli 1 nömrəli Fərmanının 5-ci bəndinə istinadən bildirilir ki, qərarda Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısını Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və digər aidiyyəti dövlət orqanları ilə birgə müəyyən etsin və üç ay müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilməsi göstərilir. X9 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmadığını nəzərə alaraq, göstərilən tələbin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən icra edilməsi mümkünsüzdür. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-70-ci maddələrini rəhbər tutaraq İddiaçı iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilir. Bakı İnzibati Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli, 2-1(112)-8320/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddia ərizəsinə mahiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə iştirak edən şəxsin izahatını dinləyərək və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli, 2-1(112)-8320/2021 saylı qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. İşin hallarından görünür ki, iddiaçının qardaşı 07.09.1973-cü il təvəllüdlü X20 27.05.1992-ci ildə keçmiş Astara RHK tərəfindən həqiqi hərbi xidmətə çağırılmış, 12.07.1992-ci ildə hərbi xidmət dövründə ölmüş, ona şəhid statusu, ailəsinə isə şəhid ailəsi statusu verilmişdir. Mərhumun atası və anasına sağlıqlarında bu barədə müvafiq vəsiqələr, şəhid ailəsi statusundan irəli gələn güzəşt və imtiyazlar verilmişdir. Daha sonra X9 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlarda deyil, xidməti vəzifəsini yerinə yetirərkən avtoqəza nəticəsində həlak olduğu əsas götürülərək şəhid statusu ləğv edilmiş, mövcud qanunvericilikdə şəhid ailələri üçün nəzərdə tutulmuş güzəşt və imtiyazların verilməsi dayandırılmışdır. Birinci instansiya məhkəməsi iddianı mümkünsüz hesab etmiş və qərardadını belə əsaslandırmışdır ki, mərhum X9 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olması faktı “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”na uyğun olaraq “şəhid” adının verilməsi məsələsinə (inzibati icraat və ya məhkəmə icraatında) baxılarkən müəyyən edilə biləcəyindən, iddiaçının hazırkı tələbə hüquqi marağı müəyyən olunmur. Məhkəmə iddiaçının hüquqi marağına uyğun iddia tələbinin şəhid hesab edilməsinə dair arayışın verilməsi ilə bağlı olmaqla, həmin iddia üzrə cavabdeh orqanın Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon Şöbəsi olduğunu, hazırkı məhkəmə icraatında hüquqi marağına uyğun bu tələbin qoyulduğu təqdirdə bütövlükdə həm iddianın, həm də cavabdehin dəyişəcəyini, nəticə olaraq iddia tələbinin dəqiqləşdirilməsinə deyil, artıq yeni inzibati iddiaya gəlib çıxacağından, bunun isə inzibati məhkəmə icraatında yolverilməz olduğunu nəzərə alıb iddiaçıya hüquqi marağına uyğun müvafiq inzibati orqana qarşı müvafiq iddia tələbinin qoyulmasında yardım etməsinə zərurət görməmişdir. Məhkəmə qeyd edir ki, nöqsanların aradan qaldırılması ilə bağlı hüquqi yardım yalnız iddia ərizəsi ilə bağlı müvafiq çatışmazlıqlar aradan qaldırıldıqda hazırkı inzibati məhkəmənin məhkəmə icraatında davam edə bilən, baxılması yolverilən iddialara münasibətdə keçərlidir. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilməmiş, iddiaçının hazırkı tələbə hüquqi marağının olmaması əsası ilə iddianı mümkün saymaması əsaslandırılmamışdır. Hazırkı iddia üzrə iddiaçının tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli, 1 nömrəli Fərmanına görə hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmənin verilməsi qərara alınmışdır. Qeyd edilən birdəfəlik ödəmənin yalnız o şəxslərə (vərəsələrə) ödənilməsi nəzərdə tutulmuşdur ki, hərbi qulluqçunun adı bilavasitə həmin Fərmanın 5-ci hissəsində nəzərdə tutulmuş siyahıda qeyd edilmiş olsun. Adıçəkilən hərbi qulluqçların siyahısı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidmətinin təqdim etdiyi məlumatlar əsasında hazırlanır və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilir. Fərmanın 5-ci hissəsinində nəzərdə tutulmuş siyahı yalnız 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçular barəsində tərtib olunur. Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli, 1 nömrəli “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına əsasən aşağıdakılar qərara alınmışdır:
1. 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların (bundan sonra – hərbi qulluqçuların) və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə (bundan sonra – birdəfəlik ödəmə) verilsin.
2. Birdəfəlik ödəmə bu Fərmanın 5-ci və 5-1-ci hissələrində nəzərdə tutulmuş siyahılardakı hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq müəyyən edilən vərəsələrinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilir. -5. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısını Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və digər aidiyyəti dövlət orqanları ilə birgə müəyyən etsin və üç ay müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etsin. 4.1. Şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. 5-1. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş daxili işlər orqanları əməkdaşlarının siyahısını 2019-cu il fevralın 15-dək müəyyən edib Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etsin.
6. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birdəfəlik ödəmənin verilməsinə dair müraciəti bu Fərmanın 3-cü hissəsində nəzərdə tutulmuş sənədlərlə birlikdə qəbul edib, onu müraciətlərin vahid elektron reyestrinə daxil etsin və müraciətin daxilolma tarixini və reyestr nömrəsini əks etdirən qəbzi müraciət etmiş şəxsə təqdim etsin; hərbi qulluqçunun və ya daxili işlər orqanları əməkdaşının adının bu Fərmanın 5-ci və 5-1-ci hissələrində nəzərdə tutulmuş siyahılardakı olub-olmamasını müəyyən edib, bu Fərmanın digər tələbləri nəzərə alınmaqla, birdəfəlik ödəmənin verilməsinə və ya bundan imtina edilməsinə dair qərar qəbul etsin; birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul edilmiş şəxslər barədə məlumatları vəsaitin ayrılması məsələsinin həll edilməsi üçün, mütəmadi olaraq, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin müəyyən etdiyi formaya əsasən həmin Nazirliyə təqdim etsin; müraciətlərin daxilolma ardıcıllığına uyğun olaraq, birdəfəlik ödəmələrin nağdsız qaydada müvafiq şəxslərin bank hesabına köçürülməsini təmin etsin və bu barədə həmin şəxslərə məlumat versin; birdəfəlik ödəmə üçün müraciət etmiş və ödəniş almış şəxslər, həmçinin ödənilmiş məbləğ barədə rüblük məlumatı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsin; hərbi qulluqçunun və ya daxili işlər orqanları əməkdaşının adını, soyadını və atasının adını daxil etməklə, bu Fərmanın 5-ci və 5-1-ci hissələrində nəzərdə tutulmuş siyahılardakı olub-olmamasını yoxlamağa imkan verən internet informasiya resursunun fəaliyyətini təmin etsin.
8. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti bu Fərmanın 5-ci hissəsində nəzərdə tutulmuş hərbi qulluqçuların siyahısını müəyyən etmək məqsədi ilə müvafiq məlumatları iki ay müddətində Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təqdim etsinlər. 3 sentyabr 1993-cü il tarixində qəbul edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanuna əsasən bu Qanun Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxslərin və onların ailələrinin statusunu və sosial müdafiəsini tənzimləmək məqsədinə xidmət edir. Həmin Qanunun 1-ci maddəsinə görə şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 1.1-ci bəndinə görə şəhid - Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. 1.2-ci bəndinə görə aşağıdakılar şəhid hesab edilirlər: 1.2.5. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular; İlk növbədə kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi də öz qərardadında göstərmişdir ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun tələbinə uyğun olaraq hərbi qulluqçunun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmasının müəyyən edilərək ona şəhid adının verilməsi dolayısı ilə onun adının Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli, 1 nömrəli Fərmanına uyğun olaraq birdəfəlik ödəmə alacaq şəxslərin siyahısına daxil edilməsi üçün də əsasdır və ya əksinə hərbi qulluqçunun Fərmanın tələbinə uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş şəxslərin tərtib olunmuş siyahısına daxil edilməsi onun həm də eyni fakta görə “şəhid” hesab edilməsi üçün əsasdır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. İş materiallarında olan 15.07.1992-ci il tarixli, 21 nömrəli ölüm haqqında akt qeydində X9 ölüm səbəbi kimi “beynin sol tərəfinin ağır qəlpə yeri, bədənin çoxlu qəlpə yarası” göstərilmişdir. 11 oktyabr 2018-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamə İddiaçı ölümünün səbəbi qəlpə yarası qeyd edilmişdir. Apellyasiya baxışı zamanı təqdim olunmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsindən İddiaçı ünvanlanmış 13.12.2019 və 20.01.2020-ci il tarixli məktublarda göstərilmişdir ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 06.03.2019-cu il tarixli Ə/750 nömrəli məktubunda Xidmətin Astara rayon şöbəsinin arxiv uçot sənədlərinə və Müdafiə Nazirliyinin Mərkəzi X2 12.07.1992-ci il tarixdə avtoqəza nəticəsində həlak olduğu, N saylı hərbi hissə komandirinin 06.08.1992-ci il tarixli 69 nömrəli əmri ilə şəxsi heyətin sırasından, bütöv növ təminatlardan çıxarıldığı, ölümün xidməti vəzifələrini yerinə yetirərkən baş verdiyi qeyd olunmuş, qeyd olunanları nəzərə alaraq mərhum Ələkbər Məmmədov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlarda yox, xidməti vəzifəsini yerinə yetirirərkən avtoqəza nəticəsində həlak olduğundan onun “Şəhid” statusu ləğv edilmiş, mövcud qanunvericilikdə şəhid ailələri üçün nəzərdə tutulmuş güzəşt və imtiyazların verilməsi 20.04.2007-ci tarixdə dayandırılmışdır. Birinci instansiya məhkəməsinin istinad etdiyi hallar (Hazırkı iş üzrə iddiaçının ilkin iddia tələbi (şəhid adının verilməsi ilə bağlı arayışın verilməsi) və sonradan dəyişdirdiyi iddia tələbi (Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli Fərmanla nəzərdə tutulmuş siyahıya daxil edilmə) ilə bağlı cavabdeh orqanlar tərəfindən müraciətin təminindən imtinalarda və etirazlarda eyni hüquqi hala - X9 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmadığına istinad edilmişdir) iddianın mümkünlüyünə dair deyil, iddianın əsaslılığına dair məsələnin həllinə aiddir. Məlum olduğu kimi, iddiaçının mərhum qardaşının şəhidlik statusu ilə bağlı əlverişli inzibati akt olmuş və müəyyən vaxta qədər sözügedən şəhidlik statusu ilə bağlı müvafiq ödənişlər edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan mərhum Ələkbər Məmmədovun şəhidlik statusunun ləğv edildiyini qeyd etsə də, şəhidlik statusunun ləğv edilməsinə dair heç bir akt (sərəncam, qərar) işdə mövcud deyildir ki, nəticə etibarı ilə də cavabdehin şəhidlik statusunu ləğv edərkən konkret olaraq hansı hüquq normalarına əsaslanması da bəlli deyildir. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçının mərhum qardaşının şəhidlik statusu ləğv olunmadığı halda, Fərmanın tələbinə uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş şəxslərin tərtib olunmuş siyahısına salınması üçün əsasların (Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olması) olub-olmaması yoxlanılmalı və araşdırmanın nəticəsindən asılı olaraq qərar qəbul edilməlidir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak etmiş iddiaçının vəkili izahatında bildirmişdir ki, elə bir sənəd yoxdur ki, iddiaçının mərhum qardaşının şəhidlik statusu ləğv olunub, yalnız siyahıdan çıxarılıb, onlar da siyahıya əlavə edilməsini xahiş edirlər. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçının cavabdehdən tələb olaraq nə istədiyi işin halları baxımından tam və hərtərəfli araşdırılmamışdır. İş hallarından da göründüyü kimi, iddiaçının qardaşına şəhidlik statusu verilmiş, daha sonra isə bu statusdan irəli gələn bütün imtiyazların verilməsi dayandırılmışdır. Hazırda iddiaçının tələbi məhz bu imtiyazların verilməsinin bərpa edilməsidir. Bu imtiyazların bərpası üçün isə qardaşının adının yenidən həmin siyahıya daxil edilməsini tələb edir. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İPM-nin 12, 13 və 48-ci maddələrində müəyyən edilmiş “İşin hallarının araşdırılması prinsipi”, “Məhkəmənin yardım etmək vəzifəsi” ilə bağlı tələblər pozulmuşdur”. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci bəndinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir.
Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli, 2-1(112)-8320/2021 saylı qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin.
Sədrlik edən Aida Hüseyn Hakimlər Azər Hüseynov Səadət Bəktaşi