Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-863/2020 17.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mayılov Ülvi Arif oğlu (sədrlik edən), Tağızadə Mirzə Nəsib oğlu və və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, A.Əliyevanın katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Cavbadehin və üçüncü şəxəsin nümayəndəsinin iştirakı olmadan, İddiaçı Cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı («xxxxxx» X1 Firması üçüncü şəxs qismində cəlb edilməklə) «sərəncamın etibarsız hesab edilməsi, sərəncamın bərpa edilərək torpaq sahəsinə verilmiş cizgi-planın bərpa edilməsi» tələbinə dair iş üzrə 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-1(82)-97/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətnin qaytarılması barədə ərizəyə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, məhəllə - 540 ünvanda), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçıcavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs «xxxxxx» X1 Firması) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2001-ci il tarixli 902 saylı sərəncamının əsassız olduğuna görə ləğv edilməsi və Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx xxxx 1998-ci il tarixli 1221 saylı sərəncamının bərpa edilərək, ona ayrılmış torpaq sahəsinə verilmiş cizgi plana dəyişiklik edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-97/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, xx xxxxxx 2019cu il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının səlahiyyətli nümayəndəsi və vəkili Vəkil xx.xx.2020-ci tarixli ərizə ilə məhkəməyə müraciət edərək, apellyasiya şikayətinin geri qaytarılmasını və apellyasiya şikayəti üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyərək, iş materiallarını və iddiaçının səlahiyyətli nümayəndəsi və vəkili tərəfindən verilmiş «Ərizə»nin dəlilləri üzrə işin hallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, apellyasiya şikayəti geri qaytarılmalı, şikayət üzrə apellyasiya icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 88.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, şikayət apellyasiya instansiyası məhkəməsinin qərarı qanuni qüvvəyə minənədək geri götürülə bilər. Qanunun qeyd edilən müddəasının mənasından görünür ki, apellyasiya şikayətinin geri götürülməsi işin apellyasiya instansiya məhkəməsinin icraatına daxil olduğu vaxtdan iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənədək olan vaxt dövründə həyata keçirilə bilər. Həmin Məcəllənin 88.2-ci maddəsinə görə isə, şifahi məhkəmə baxışı başa çatdıqdan sonra şikayətin geri götürülməsinə cavabdehin razılığı ilə yol verilir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin müraciəti əsasında apellyasiya şikayətinin geri götürülməsi onun qanunla müəyyən edilmiş hüququdur və şikayətin geri götürülməsi hər iki tərəfin qarşılıqlı mənafeyinə uyğun gəlir, ictimai maraqları, başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 86.4-cü maddəsinin mənasından görünür ki, şikayətin geri götürüldüyü hallarda şikayətlə bağlı icraata xitam verilməsi barədə qərardad qəbul edilir. Eyni zamanda, həmin Məcəllənin 88.3-cü maddəsinin tələbləri nəzərə alınaraq cavabdehə izah edilir ki, şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 86, 87, 88, 89, 90.2-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı : İddiaçının səlahiyyətli nümayəndəsi və vəkiliVəkil2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-97/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli l tarixli qərarından verilmiş apellyasiya şikayətinin geri qaytarılması barədə ərizəsi təmin edilsin və şikayət geri qaytarılsın. Şikayət üzrə apellyasiya icraatına xitam verilsin və cavabdehə izah edilsin ki, apellyasiya şikayətinin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Ülvi Mayılov Hakimlər Mirzə Tağızadə Ziya Şirinov
Məhkəmə qərarları › İş №2-1(103)-863/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-863/2020
17.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver