Məhkəmə qərarları › İş №2-1(103)-864/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-864/2021

25.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-864/2021 25.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Məmmədov Vidadi Məmməd oğlu və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi X6, üçüncü şəxs X7 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı (xx.xx.1948-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X3, X28, X13 və X11) “çıxarışın verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2-1(112)-5013/2020 nömrəli qərarından üçüncü şəxs X11 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı İddiaçı 11.06.2020-ci il tarixdə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsi ev 5 ünvanında yerləşən 35 saylı mənzil və Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsi ev 5 ünvanında yerləşən 34 saylı mənzil üzərində iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrinə daxil edilməsindən və bu barədə onun adına çıxarışın verilməsindən imtina etməsi ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsi, Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsi ev 5 ünvanında yerləşən 35 saylı mənzil və Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsi ev 5 ünvanında yerləşən 34 saylı mənzil üzərində iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrinə daxil edilməsi və bu barədə iddiaçının adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri 9 saylı notariat kontorunda 01.12.2017-ci il tarixdə X13 ilə iddiaçı arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən ünvan 10şən 35 saylı mənzil 80 000 manata ona satılmışdır. Bundan başqa Bakı şəhəri 9 saylı notariat kontorunda X28 və iddiaçı arasında 27.11.2017-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsi ev 5 ünvanında yerləşən 34 saylı mənzil 120.000 manata iddiaçıya satılmışdır. Mülkiyyətində olan yuxarıda qeyd edildiyi mənzillərin dövlət reyestrində onun adına qeydə alınması üçün zərurət yaranmışdır. Bununla bağlı, yəni mülkiyyətində olan həmin mənzillərin sənədləşdirilməsi üçün cavabdehə müraciət etmişdir. Lakin cavabdehin 04.05.2020-ci il tarixli **********35 saylı məktubla ərizəsinə imtina cavabı verərək bildirmişdir ki, sözügedən mənzillərin üzərinə Səbail Rayon Məhkəməsinin 07.12.2017-ci il tarixli 2 (009)-5496/2017 saylı qərardadı ilə həbs qoyulmuş, həmçinin ünvan 10şən 34 saylı mənzillə bağlı ünvan 3işi daxil olmuşdur. Səbail Rayon Məhkəməsinin 07.12.2017-ci il tarixli 2(009)-5496/2017 saylı qərardadı ilə bağlı aşağıdakıları bildirir: İddiaçı X7 Məhərrəmova Minəvvər-Xanım Eynulla qızına qarşı daşınmaz əmlaka dair alqı-satqı müqavilələrinin və mülkiyyət hüquqlarına dair sənədlərin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Səbail rayon Məhkəməsinə müraciət etmişdir. X7 etibarsızlığını tələb etdiyi çıxarışlar və müqavilələr həm aşağıda qeyd olunan bağ evi, həm də iddiaçıya məxsus ünvan 10şən 34 və 35 saylı mənzillərlə bağlı olmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 29 mart 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı X7 X1 qarşı daşınmaz əmlaka dair alqı-satqı müqavilələrinin və mülkiyyət hüquqlarına dair sənədlərin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. X11 tərəfindən Səbail Rayon Məhkəməsinin 29 mart 2018-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilərək, Səbail Rayon Məhkəməsinin 29 mart 2018-ci il tarixli qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə çıxarılaraq iddia təmin edilmiş, 15 iyul 2017-ci il tarixdə Bakı şəhəri 21 saylı notariat kontorunda Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 768 E saylı bağ evin satılması ilə əlaqədar tərtib edilmiş AN-İ ******* saylı alqı-satqı müqaviləsi və onun əsasında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən X16 adına verilmiş RX seriyalı ******* nömrəli (qeydiyyat tarixi 10.08.2017-ci il) Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın etibarsız hesab edilməsi, həmin müqavilə etibarsız hesab edildiyindən müqavilə üzrə ödənilmiş 68 000 (altmış səkkiz min) manat pulun Məhərrəmova Minəvvər-Xanım Eynulla qızından alınaraq X23 qaytarılması. 14 avqust 2017-ci il tarixdə Bakı şəhəri 21 saylı notariat kontorunda ünvan 5 ünvanında yerləşən mənzilin satılması ilə əlaqədar tərtib edilmiş AN-1 ******* saylı alqı-satqı müqaviləsi və onun əsasında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən X10 adına verilmiş RX seriyalı ******* nömrəli (qeydiyyat tarixi 17.08.2017-ci il) Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın etibarsız hesab edilməsi. 14 avqust 2017-ci il tarixdə Bakı şəhəri 21 saylı notariat kontorunda ünvan 6 ünvanında yerləşən mənzilin satılması ilə əlaqədar tərtib edilmiş AN-İ ******* saylı alqı-satqı müqaviləsi və onun əsasında Əmlak Məsələləri Dövlət komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən X10 adına verilmiş RX seriyalı ******* nömrəli (qeydiyyat tarixi 17.08.2017-ci il) Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın etibarsız hesab edilməsi, iddiaçının ödədiyi dövlət rüsumlarının və bank xidməti xərclərinin əvəzi olaraq 25.80 manat məbləğində pulun Məhərrəmova Minəvvər-Xanım Eynulla qızından alınaraq X9 ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 04 fevral 2019-cu il tarixli qərarı ilə kassasiya şikayətləri tam təmin olunaraq Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 sentyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 may 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək Səbail Rayon Məhkəməsinin 29 mart 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək iddiaçı X7 iddiası təmin edilmiş, 15 iyul 2017-ci il tarixdə Bakı şəhəri 21 saylı notariat kontorunda Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi 768 E saylı bağ evinin satılması ilə əlaqədar tərtib edilmiş AN-İ ******* saylı alqı-satqı müqaviləsi və onun əsasında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən X16 adına verilmiş RX seriyalı ******* nömrəli (qeydiyyat tarixi 10.08.2017-ci il) Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın etibarsız hesab edilmiş, həmin müqavilə etibarsız hesab edildiyindən müqavilə üzrə ödənilmiş 68 000 manatın Məhərrəmova Minəvvər-Xanım Eynulla qızının adına verilmiş RX seriyalı ******* nömrəli (qeydiyyat tarixi 17.08.2017-ci il) Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın etibarsız hesab edilməsi. 14 avqust 2017-ci il tarixdə Bakı şəhəri 21 saylı notariat kontorunda ünvan 5 ünvanında yerləşən mənzilin satılması ilə əlaqədar tərtib edilmiş AN-İ ******* saylı alqı-satqı müqaviləsi və onun əsasında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən X4 Elçin küçəsi ev 5, mənzil 35 ünvanında yerləşən mənzilin satılması ilə əlaqədar tərtib edilmiş AN-İ ******* saylı alqı-satqı müqaviləsi və onun əsasında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən X10 adına verilmiş RX seriyalı ******* nömrəli (qeydiyyat tarixi 17.08.2017-ci il) Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın etibarsız hesab edilməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 may 2019-cu il tarixli qətnaməsindən üçüncü şəxs İddiaçı, eləcə də cavabdehlər və digər üçüncü şəxslər kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 oktyabr 2019-cu il tarixli qərarı ilə iş üzrə cavabdehlər X16, Məhərrəmova Minəvvər-Xanım Eynulla qızının, X10, üçüncü şəxs Bakı şəhəri 21 saylı Notariat Kontorunun xüsusi notariusu D.Kərimovun kassasiya şikayətləri qismən təmin olunmuş. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 may 2019-cu il tarixli qətnaməsi qismən - "15 iyul 2017-ci il tarixdə Bakı şəhəri 21 saylı notariat konturunda Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 768 E saylı bağ evinin satılması ilə əlaqədar tərtib edilmiş AN-İ ******* saylı alqı-satqı müqaviləsinin və onun əsasında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən X16 adına verilmiş RX seriyalı ******* nömrəli (qeydiyyat tarixi 10.08.2017-ci il) Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın etibarsız hesab edilməsi, müqavilə üzrə ödənilmiş 68 000 manat pulun Məhərrəmova Minəvvər-Xanım Eynulla qızından alınıb X23 qaytarılması” hissəsində ləğv edilmiş və iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmış. qətnamə qalan hissədə cavabdehlər Məhərrəmova Minəvvər-Xanım Eynulla qızının, X10, üçüncü şəxslər İddiaçı, Bakı şəhəri 21 saylı Notariat Kontorunun xüsusi notariusu D.Kərimovun kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmış. Üçüncü şəxs İddiaçı kassasiya şikayəti təmin edilməmişdir. Göründüyü kimi Ali Məhkəmənin Mülki Kollegiyasının 29 oktyabr 2019-cu il tarixli qərarı ilə ünvan 7 ünvanda yerləşən 34 və 35 saylı mənzillərlə bağlı yekun qərarını vermiş, yalnız bağa aid olan hissədə apellyasiya instansiyasına qaytarmışdır. Hazırkı mübahisə predmeti olan ünvan 7 ünvanda yerləşən 34 və 35 saylı mənzillərlə bağlı isə yuxarıda qeyd etdiyi məhkəmə aktları üzrə onunla üçüncü şəxslər arasında bağlanan müqavilələrin etibarsızlığı məsələsinə toxunulmamışdır. ünvan 7 ünvanında yerləşən 34 və 35 saylı mənzillərlə üçüncü şəxslərlə arasında bağlanmış alqısatqı müqavilələrinin 6-cı bəndində qeyd olunur ki, müqavilənin predmeti olan əmlak üzərində sahiblik və istifadə hüququ onun barəsində alqı-satqı müqaviləsi notariat qaydada təsdiq edildiyi andan, sərəncam vermək hüququ isə həmin əmlakın müvafiq qeydiyyatı tarixindən əmələ gəlir. Müqavilənin bu bəndindən də göründüyü kimi notarial qaydada alqı-satqı müqaviləsi bağlandığından həmin mənzillərə onun sahiblik və istifadə hüququ mövcuddur. ünvan 7 ünvanında yerləşən 34 saylı mənzillə bağlı ünvan 3işlə bağlı isə qeyd edir ki, həmin bildiriş iddiaçı tərəfindən sözügedən mənzilin ona təhvil verilməsi barədə qaldırdığı iddia üzrə göndərilmişdir. Yəni həmin iş üzrə iddiaçı odur və onun iddia tələbi üzrə həmin bildiriş göndərilmişdir. Buna görə həmin mənzilə dair hər hansı məhdudiyyət qoyula bilməz və ona hüquqların dövlət reyestrindən çıxarışın verilməsindən imtina üçün əsas ola bilməz. Bakı İnzibati Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2-1(112)-5013/2020 nömrəli qərarı ilə (hakim E.Əliyev) iddia təmin edilmiş, Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsi ev 5 ünvanında yerləşən 35 saylı mənzilə və Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsi ev 5 ünvanında yerləşən 34 saylı mənzilə dair İddiaçı mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmaqla reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan cavabdeh və digər üçüncü şəxslər tərəfindən apellyasiya şikayəti verilməmişdir. Qərardan narazı qalan üçüncü şəxs apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini, apellyasiya şikayətinin təmin edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxmış, tətbiq edilməli olan normativ hüquqi aktı tətbiq etməmişdir. Bundan əlavə iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir, sübutlar qeyri-mötəbər və ziddiyyətlidir.Eyni zamanda X11 tərəfindən təqdim edilmiş sübuta qiymət verməmiş, bununla da məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırmamışdır. Məhkəmə kollegiyası iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı, onun nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi izahat verərək, tərəflərindən apellyasiya şikayəti verilməsə də, iddia tələbinə etiraz etdiklərini bildirdi. Digər üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. İşin apellyasiya icraatı zamanı üçüncü şəxs X13 tərəfindən məhkəməyə ərizə ünvalanyaraq, xəstə olduğundan məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, üçüncü şəxsin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2-1(112)-5013/2020 nömrəli qərarı üçüncü şəxs X9 münasibətdə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan : - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 07 dekabr 2017-ci il tarixli 2(009)- 5496/2017 saylı qərardadı ilə iddiaçı X7 nümayəndəsi E.Hüseynzadə “iddianın təmin edilməsi tədbiri barədə” ərizəsi təmin olunaraq - Bakı şəhəri, Xəzər rayon, Şüvəlan qəsəbəsində yerləşən 768 E saylı bağ evinin, Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsində yerləşən 5 saylı evin 34 saylı mənzilinin, Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsində yerləşən 5 saylı evin 35 saylı mənzilinə həbs qoyulması qərara alınmışdır. - Səbail Rayon Məhkəməsinin 29 mart 2018-ci il tarixli, 2(009)-598/2018 saylı qətnaməsi ilə iddia tələbi əsassız olduğu üçün rədd edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 07 fevral 2018-ci il tarixli, 2(103)-2714/2018 saylı qərardadı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 07 dekabr 2017-ci il tarixli 2(009)- 5496/2017 saylı qərardadı ləğv edilmiş və Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 768 “e” nömrəli bağ evinin, Bakı şəhəri, Səbail rayonu, T.Elçin küçəsi, 5 saylı evin 34 və 35 saylı mənzillərinin özgəninkiləşdirilməsi onların üzərində sərəncam vermək hüququ olan şəxslərə qadağan edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 13 sentyabr 2018-ci il tarixli, 2(103)-9531/2018 saylı qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 598/2018 saylı iş üzrə 29 mart 2018-cı il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə çıxarılmış, 15 iyul 2017-ci il tarixdə Bakı şəhəri 21 saylı notariat kontorunda Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi 768 E saylı bağ evinin satılması ilə əlaqədar tərtib edilmiş AN-İ ******* saylı alqı-satqı müqaviləsi və onun əsasında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən X16 adına verilmiş RX seriyalı ******* nömrəli (qeydiyyat tarixi 10.08.2017-ci il) Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış etibarsız hesab edilməsi, həmin müqavilə etibarsız hesab edildiyindən müqavilə üzrə ödənilmiş 68 000 (altmış səkkiz min) manat Məhərrəmova Minəvvər-Xanım Eynulla qızından alınaraq X23 qaytarılması, 14 avqust 2017-ci il tarixdə Bakı şəhəri 21 saylı notariat kontorunda ünvan 5 ünvanında yerləşən mənzilin satılması ilə əlaqədar tərtib edilmiş AN-İ ******* saylı alqısatqı müqaviləsi və onun əsasında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən X10 adına verilmiş RX seriyalı ******* nömrəli (qeydiyyat tarixi 17.08.2017-ci il) Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın etibarsız hesab edilməsi, 14 avqust 2017-ci il tarixdə Bakı şəhəri 21 saylı notariat kontorunda ünvan 9 ünvanında yerləşən mənzilin satılması ilə əlaqədar tərtib edilmiş AN-İ ******* saylı alqı-satqı müqaviləsi və onun əsasında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən X10 adına verilmiş RX seriyalı 112382, nömrəli (qeydiyyat tarixi 17.08.2017-ci il) Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın etibarsız hesab edilməsi qət edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 04 fevral 2019-cu il tarixli, 2(102)-606/2019 saylı qərarının surətindən görünür ki, İddiaçı və vəkili X8, X27 və vəkili X17, Bakı şəhəri 21 saylı Notariat Kontorunun xüsusi notariusu X24 və vəkili Əliyev Eynar Arif oğlunun kassasiya şikayətləri qismən, X13, X2 və onların vəkili Cəbrayılov Mehman Hümsi oğlunun kassasiya şikayəti tam təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-9531/2018 saylı, 13 sentyabr 2018- ci il tarixli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 16 may 2019-cu il tarixli, 2(103)-5041/2019 saylı qətnaməsinin surətindən görünür ki, iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 29 mart 2018-ci il tarixli 2(009)-598/2018 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçı X7 iddiası təmin edilmiş, 15 iyul 2017-ci il tarixdə Bakı şəhəri 21 saylı notariat kontorunda Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi 768 E saylı bağ evinin satılması ilə əlaqədar tərtib edilmiş AN-l ******* saylı alqı-satqı müqaviləsi və onun əsasında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsi tərəfindən X16 adına verilmiş RX seriyalı ******* nömrəli (qeydiyyat tarixi10.08.2017-ci il) Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın etibarsız hesab edilməsi, həmin müqavilə etibarsız hesab edildiyindən müqavilə üzrə ödənilmiş 68000 manat Məhərrəmova Minəvvər-Xanım Eynulla qızından alınaraq X23 qaytarılması, 14 avqust 2017-ci il tarixdə Bakı şəhəri 21 saylı notariat konturunda ünvan 5 ünvanında yerləşən mənzilin satılması ilə əlaqədar tərtib edilmiş AN-İ ******* saylı alqısatqı müqaviləsi və onun əsasında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən X10 adına verilmiş RX seriyalı ******* nömrəli (qeydiyyat tarixi 17.08.2017-ci il) Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın etibarsız hesab edilməsi, 14 avqust 2017-ci il tarixdə Bakı şəhəri 21 saylı notariat kontorunda ünvan 6 ünvanında yerləşən mənzilin satılması ilə əlaqədar tərtib edilmiş AN-İ ******* saylı alqı-satqı müqaviləsi və onun əsasında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsi tərəfindən X10 adına verilmiş RX seriyalı, ******* nömrəli (qeydiyyat tarixi 17.08.2017-ci il) Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın etibarsız hesab edilməsi qət edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 29 oktyabr 2019cu il tarixli, 2(102)-6443/2019 saylı qərarının surətindən görünür ki, iş üzrə cavabdehlər A.Quliyevin, M.Məhərrəmovanın, E.Hüseynovanın, üçüncü şəxs Bakı şəhəri 21 saylı Notariat Kontorunun xüsusi notariusu D.Kərimovun kassasiya şikayətləri qismən təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 may 2019-cu il tarixli qətnaməsi qismən - “15 iyul 2017-ci il tarixdə Bakı şəhəri 21 saylı notariat kontorunda Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 768 E saylı bağ evinin satılması ilə əlaqədar tərtib edilmiş AN-İ ******* saylı alqı-satqı müqaviləsinin və onun əsasında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən X16 adına verilmiş RX seriyalı ******* nömrəli (qeydiyyat tarixi 10.08.2017-ci il) Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın etibarsız hesab edilməsi, müqavilə üzrə ödənilmiş 68 000 manat pulun Məhərrəmova Minəvvər-Xanım Eynulla qızından alınıb X23 qaytarılması” hissəsində ləğv edilməsi və işin həmin hissədə yeni apellyasiya baxışına qaytarılması, qətnamənin qalan hissələrinin cavabdehlər M.Məhərrəmovanın, E.Hüseynovanın, üçüncü şəxslər İddiaçı, Bakı şəhəri 21 saylı Notariat Kontorunun xüsusi notariusu D.Kərimovun kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə uyğun olaraq daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə uyğun olaraq daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin 04 may 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, (3.0.20-ci bənd) daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını və təsvir edilməsini təmin etmək məqsədi ilə daşınmaz əmlakın vahid kadastrının və ünvan reyestrinin tərtib edilməsində və aparılmasında iştirak etmək, (3.0.23-cü bənd) daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək, (3.0.29-cu bənd) vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifələri sırasına daxildir. Məhkəmə kollegiyası iş materiallarına əsasən qeyd edir ki, Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsi ünvanında yerləşən 34 saylı mənzilə dair İddiaçı və X28 arasında bağlanılmış 27 noyabr 2017-ci il tarixli, AN-İ seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Alqı - Satqı Müqaviləsinin və Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsi ünvanında yerləşən 35 saylı mənzilə dair İddiaçı və X13 arasında bağlanılmış 01 dekabr 2017-ci il tarixli, AN-İ seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Alqı - Satqı Müqaviləsinin mövcud qanunvericiliyin tələblərinə uyğun bağlanılması, həmçinin həmin müqavilələrin ləğv olunmaması və qüvvədə olması iş materialları ilə öz təsdiqini tapmışdır. Həmçinin cavabdeh tərəfindən verilmiş imtina məktubunda 2(009)827/2020 saylı mülki işə istinad edilmiş, eyni zamanda Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsi, 5 saylı evin, 34 və 35 saylı, mənzillərinin üzərinə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-5496/2017 saylı, 07.12.2017-ci il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2714/2018 saylı 07.02.2018-ci il tarixli icra vərəqəsi ilə həbs qoyulması əsas gətirilmişdir. İş materiallarından göründüyü kimi İddiaçı ünvan 7 ünvanda yerləşən 34 saylı mənzilin boşaldılması və təhvil verilməsinə dair iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət etmiş, Səbail Rayon Məhkəməsi 28.09.2020-ci il tarixli məktubla məhkəmənin sorğusuna cavab olaraq bildirmişdir ki, İddiaçı - cavabdeh X18rşı “mənzilin boşaldılması və təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 iyun 2020-ci il tarixli, 2(009)-827/2020 saylı qətnaməsi ilə iddia təmin edilərək, ünvan 7 ünvanda yerləşən 34 saylı mənzil cavabdeh X28 tərəfindən boşaldılaraq İddiaçı təhvil verilməsi qət edilmişdir. Hazırda sözügedən qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Eyni zamanda Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 2(009)-598/2018 saylı 17.11.2020-ci il tarixli məktubla bildirmişdir ki, iddiaçı X7 - cavabdeh Məhərrəmova Minəvvər-xanım Eynulla qızına qarşı (Bakı şəhəri 21 saylı Notariat Kontoru, X13, X27, İddiaçı və X28 iş üzrə üçüncü şəxslər olan) “daşınmaz əmlaka dair alqı-satqı müqavilələrinin və mülkiyyət hüquqlarına dair sənədlərin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 08.10.2020-ci il tarixli qərardadı ilə Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsində yerləşən 5 saylı evin 34 saylı mənzilinin və Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsində yerləşən 5 saylı evin 35 saylı mənzilinin özgəninkiləşdirilməsi ilə bağlı qoyulmuş qadağa ləğv edilmişdir. Sözügedən qərardad (qərardaddan şikayət verilmədiyindən) 17 noyabr 2020-ci il tarixdə qanuni qüvvəsini almışdır. Göründüyü kimi hazırkı iş üzrə cavabdehin imtinası əsassız və qanunsuz olmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, İddiaçı ünvan 10şən 35 saylı və ünvan 10şən 34 saylı mənzillər barədə qanunvericiliyə uyğun olaraq müqavilə bağladığından, həmin müqavilələr ləğv edilmədiyindən, mənzillərin üzərinə qoyulmuş həbs götürüldüyündən, həmçinin müvafiq məhkəmə işləri üzrə yekun məhkəmə aktı qəbul edildiyindən və həmin məhkəmə aktları qanuni qüvvəyə mindiyindən, iddiaçının həmin daşınmaz əmlaklara mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxsin apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2-1(112)-5013/2020 nömrəli qərarı üçüncü şəxs X9 münasibətdə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq qərara aldı: Üçüncü şəxs X7 apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2-1(112)-5013/2020 nömrəli qərarı üçüncü şəxs X9 münasibətdə dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar