Məhkəmə qərarları › İş №2-1(103)-865/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-865/2025

31.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-865/2025 31.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, Cavabdeh X3 nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Bakı şəhəri Cavabdeh2nə və Cavabdeh1 qarşı “sərəncamın və orderin ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6499/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Bakı şəhəri Cavabdeh2nə və Cavabdeh1 qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Cavabdeh2 xx.xx.2006-cı il tarixli 685 saylı sərəncamının və həmin sərəncamın əsasında Cavabdeh1 adına verilmiş xx.xx.2006-cı il tarixli, 037395 saylı orderin ləğv edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 32.4 kv.m yaşayış sahəsi və 22.3 kv.m köməkçi sahələrdən ibarət 3 otaqlı mənzildən cavabdeh İddiaçı çıxarılmasına və yaşayış sahəsinin boşaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 iddiasını onunla əsaslandırmışdır ki, o, hazırkı mübahisəli mənzilə order verilmədiyindən 2005-ci il tarixdə iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli qətnaməsinə əsasən göstərilən yaşayış sahəsinə order verilməsi vəzifəsi Cavabdeh2nə tapşırılmışdır. Cavabdeh2 xx.xx.2006-cı il tarixli 685 saylı sərəncamına əsasən ona 32.4 kv.m olan yaşayış sahəsinə order verilməsi qərara alınmış və xx.xx.2006-cı il tarixdə 037395 saylı order verilmişdir. Bildirilir ki, qeyd olunan yaşayış sahəsi 2004-cü ildə iddiaçının ailə üzvlərinin vəsaiti hesabına inşa edilmişdir və onlar 20 ildir ki, həmin mənzildə yaşayırlar. Nə Cavabdeh1, nə də ki, onun əri X5 mənzilin tikintisində iştirak etməyib. İddiaçının mübahisəli mənzilə dair Cavabdeh1 adına sənəd olmasından xəbər və məlumatı olmamışdır. Yalnız hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra məlumatı olmuşdur. İddia ərizəsi və əlavə edilmiş sənədlərlə tanış olduqdan sonra ona məlum olmuşdur ki, Cavabdeh1 adına order verilməsinə əsas olmuş sənəd Yasamal Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli qətnaməsidir. Bundan sonra Yasamal Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli qətnaməsi və mülki işlə tanış olub Cavabdeh1 hansı əsasla order verilməsini müəyyənləşdirmək üçün xx.xx.2023-cü il tarixdə Yasamal Rayon Məhkəməsinə ərizə ilə müraciət etmiş və iddiaçı Cavabdeh1 Cavabdeh2nə qarşı orderin verilməsi tələbinə dair mülki iş üzrə qəbul edilmiş Yasamal Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli qətnaməsinin surətinin təqdim edilməsini xahiş etmişdir. Uzun axtarışdan sonra Yasamal Rayon Məhkəməsinin arxiv müdiri bildirmişdir ki, 2003-2006-cı illər üzrə nə elektron sistemdə, nə də mülki işlərin qeydiyyatı kitablarında Cavabdeh1 və onun əri X2 adına Yasamal Rayon Məhkəməsində mülki iş olmamışdır. Bununla bağlı xx.xx.2023-cü il tarixdə rəsmi məktubla cavab verilmişdir. Qeyd olunanlara əsasən, Cavabdeh2 xx.xx.2006-cı il tarixli 685 saylı sərəncamı saxta olmasına dair iddiaçıda əsaslı şübhələr yaranmışdır. Belə ki, sərəncamın surətindən görünür ki, sərəncam Yasamal Rayon Məhkəməsinin nömrəsi qeyd olunmayan xx.xx.2023-cü il tarixli qətnaməsinin icrası haqqındadır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsində isə nə Cavabdeh1 adı keçən mülki iş, nə də həmin qətnamə mövcuddur. Bundan başqa iddiaçı Mərkəzi Arxivə müraciət edərək Cavabdeh2 xx.xx.2006-cı il tarixli 685 saylı sərəncamının və ona əsas olmuş sənədləri tələb etmişdir. Mərkəzi Arxivdən bildirmişlər ki, bunu yalnız məhkəmə (sorğusu ilə) və tərəfin özü ala bilər. Lakin eyni zamanda şifahi olaraq bildirilmişdir ki, Arxivdə olan sənədlərin içində qətnamə yoxdur, yalnız sərəncam vardır. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6499/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan iddiaçı apelyasiya şikayəti vermiş, şikayətin təmin edilərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və işin baxılması üçün həmin məhkəməyə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmiş, şikayət onunla əsaslandırılmışdır ki, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Hazırki iddia üzrə həqiqət ondan ibarətdir ki, Cavabdeh1 saxta sənədlər (mövcud olmayan məhkəməm qətnaməsi) əsasında öz hesablarına tikib yaşadıqları mənzili ələ keçirmişdir. Məhkəmə iddiaçının subyektiv hüququnun olmamasını qeyd etməklə yanaşı, mövcud olmayan məhkəmə qətnaməsinə əsasən verilmiş saxta sərəncama münasibət bildirməyə borclu idi. Mübahisələndirilən Cavabdeh1 adına order verilməsinə əsas olmuş sənəd Yasamal Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli qətnaməsidir. Əgər həmin qətnamə nədə ki, aid olduğu mülki iş nə məhkəmənin arxivində, nədə ki, mərkəzi arxivdə mövcud deyilsə, eyni zamanda Cavabdeh1 adı Yasamal Rayon Məhkəməsinin hər hansı bir kitab dəftərində keçmirsə necə ola bilər ki, Cavabdeh2 olmayan qətnamə əsasında sərəncam qəbul edir. Qeyd olunanlara əsasən məhkəmənin qəbul etdiyi qərardadın ləğv edilməsi xahiş olunmuşdur. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı apelyasiya şikayətini müdafiə edərək, qərardadın ləğv edilməsini, iddianın mümkün sayılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X3 nümayəndəsi apelyasiya şikayətinin əsassız olduğunu, qərardadın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə digər cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəfi dinləyib, iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkün sayılmaması ilə yuxarıda qeyd edilən şəkildə həll edilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq aşağıdakıları qeyd edir: Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır (1.1-ci bənd). Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İnzibаti Prosessuаl Məcəllənin 35.1-ci mаddəsinə görə bu Məcəllədə bаşqа qаydа nəzərdə tutulmаmışdırsа, iddiаçının iddiа ərizəsində inzibаti аktın qəbul edilməsi və yа qəbul edilməsindən imtinа olunmаsı, yаxud inzibаti orqаnın hərəkəti və yа hərəkətsizliyi nəticəsində onun hüquqlаrının və qаnunlа qorunаn mаrаqlаrının pozulduğunu əsаslаndırdığı hаllаrdа mübаhisələndirmə hаqqındа, məcburetmə hаqqındа, öhdəliklərin icrаsı hаqqındа və müəyyən hərəkətləri etməkdən çəkinməyə dаir iddiа mümkün sаyılır. Məhkəmə ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini və s. müəyyənləşdirməlidir. Kollegiya qeyd edir ki, pozulmuş hüquq və azadlıqların məhkəmə müdafiəsi fiziki şəxslərin kontitusion hüququ olsa da, bu hüququn reallaşdırılması bəzi şərtlərlə məhdudlaşdırılmışdır. Bu məhdudiyyətlərdən biri də iddia tələbinin qanunla müəyyən edilmiş prosessual müddətlərə əməl edilməklə qaldırılmış olmasıdır. İşdən aydın olduğu kimi, iddiaçı Bakı şəhəri Cavabdeh2nə və Cavabdeh1 qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Cavabdeh2 xx.xx.2006-cı il tarixli 685 saylı sərəncamının və həmin sərəncamın əsasında Cavabdeh1 adına verilmiş xx.xx.2006-cı il tarixli, 037395 saylı orderin ləğv edilməsini xahiş edir. Kollegiya ilk növbədə bildirir ki, iddiaçı qeyd olunan sərəncam və orderi mübahisələndirmək üçün subyektiv hüququnu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. İşin faktiki hallarından aydın olur ki, iddiaçının ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair hər hansı hüquqmüəyyənedici sənədi mövcud deyil. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçının 16D ünvanında yerləşən fərdi yaşayış evində faktiki yaşadığı qəbul olunsa belə, bu hal ona hazırkı iddianı irəli sürməyə əsas vermir. Digər tərəfdən Kollegiya bildirir ki, İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək, yəni mübahisələndirilən xx.xx.2006-cı il tarixli Sərəncamın qəbul edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu. 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 27-ci fəslinin 296.1-ci maddəsinə əsasən, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər. Həmin Məcəllənin 298-ci madddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Hazırki mübahisə üzrə iş materiallarından iddiaçının 2011-ci ilədək qüvvədə olan qanunvericilik aktları ilə müəyyən edilmiş müddətlər daxilində məhkəməyə müraciət etməsi, inzibati aktları mübahisələndirməsi halı müəyyən olunmur. Sadalananları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, hazırki mübahisə üzrə iddianın mümkünlük şərtləri ödənilmədiyindən birinci instansiya məhkəməsi iddia tələbini mümkün sayılmamaqda düzgün nəticəyə gəlmişdir. İddiaçının apelyasiya şikayəti əsassız olmaqla, məhkəmə baxışı zamanı mübahisələndirilən qərardadın ləğvi üçün hər hansı əsas müəyyən edilməmişdir. AR İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Beləliklə, kollegiya bu nəticəyə gəlir ki, İddiaçı apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, məhkəmənin mübahisələndirilən qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6499/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar