Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-866/2025 22.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Əsədova Leyla Kamran qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı Nəsimi rayon X6 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 5/5 saylı qərarı ilə İddiaçı mərhum həyat yoldaşı X3 ayrılmış ünvan 1 ünvanda yerləşən 49 saylı mənzilə dair iddiaçı ilə kirayə müqaviləsinin bağlanması üçün müvafiq sərəncamın qəbul edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2- 1(112)-7725/2024 saylı qərarından cavabdeh Bakı şəhər Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı Nəsimi rayon X6 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 5/5 saylı qərarı ilə İddiaçı mərhum həyat yoldaşı X3 ayrılmış ünvan 1 ünvanda yerləşən 49 saylı mənzilə dair iddiaçı ilə kirayə müqaviləsinin bağlanması üçün müvafiq sərəncamın qəbul edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi rayon X6 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 5/5 saylı qərarı ilə ünvan 1 evin 49 saylı mənzili sığınacaq kimi onlara verilmişdir. İddiaçı 32 ildir ki, həmin mənzildə yaşayır. İddiaçı sözügedən mənzilin onun adına özəlləşdirilməsi ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, lakin qeyd olunan mənzilə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı təqdim ediləcəyi təqdirdə müraciətinə qanunamüvafiq qaydada baxılacağı bildirilmişdir. İddiaçı hazırkı tələbi ilə bağlı cavabdeh inzibati orqana xx.xx.2023-cü il tarixdə müraciət etsə də, cavab verilməmişdir. Cavabdeh Bakı şəhər Cavabdeh iddiaya etirazını məhkəməyə təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi rayon X6 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 5/5 nömrəli qərarı ilə vətəndaş X4 Nəsimi rayonu, Kaveroçkin küçəsi, 21 ünvandakı yaşayış evinin, yaşayış sahəsi 32 kv.m. olan iki otaqlı 49 saylı mənzili, mənzil növbəsi çatana qədər sığınacaq kimi verilmişdir. Bakı şəhəri, Nəsimi rayonu Kaveroçkin küçəsi, 21 nömrəli evin 49 nömrəli mənzilində qeydiyyatda olan vətəndaş İddiaçı Bakı şəhəri Cavabdehnə 5-15/1-B-86-068/2023 saylı, xx.xx.2023-cü qeydiyyat tarixli ərizə ilə müraciət edərək mərhum həyat yoldaşına (X4) sığınacaq kimi verilmiş mənzilə dair onunla daimi icarə müqaviləsi bağlanması üçün sərəncam verilməsi barədə köməklik göstərilməsini xahiş etmişdir. Bakı şəhəri Cavabdeh xx.xx.2023-cü il tarixli, 5-15/2-B-86-068/2023 nömrəli məktubu ilə ərizəçiyə cavab olaraq bildirilmişdir ki, mövcud qanunverilikdə vətəndaşlara sığınacaq kimi verilmiş mənzilə dair daimi icarə müqaviləsi bağlanması nəzərdə tutulmadığından iddiaçının xahişini təmin edilməsi mümkün deyil. Həmin məktub xx.xx.2023-cü il tarixdə poçt vasitəsi ilə vətəndaşa ünvanlanmışdır. İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı "kirayə müqaviləsinin bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair xx.xx.2024-cü il tarixli iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Lakin onun tərəfindən iddia qaldırması müddəti ötürülmüşdür. Belə ki, inzibati işin məhkəmə instansiyasında baxışı zamanı iddia ərizələri təqdim olunarkən iddianın müddətinin ötürülüb-ötürülməməsi məsələsi əsas müzakirə predmetindən biri olmalıdır. Pozulmuş hüquqların məcburi müdafiəsi qeyri-məhdud deyil, qanunvericilikdə konkret müəyyənləşdirilən müddətlərdiriddia müddətləri daxilində mümkündür. Cavabdeh İddiaçı iddiası üzrə iddia müddətinin ötürüldüyünü nəzərə alaraq iddia müddətinin tətbiq edilməklə iddianın mümkün sayılmaması barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-7725/2024 saylı qərarı ilə (hakim T.R.Məlikov) iddiа tələbi təmin еdilmiş, Nəsimi rayon X6 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 5/5 saylı qərarı ilə İddiaçı mərhum həyat yoldaşı X3 ayrılmış ünvan 1 ünvanda yerləşən 49 saylı mənzilə dair İddiaçı ilə kirayə müqaviləsinin bağlanması üçün müvafiq sərəncamın qəbul edilməsi öhdəliyinin cavabdeh Bakı şəhər Cavabdeh üzərinə qoyulması qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-7725/2024 saylı qərarından cavabdeh Bakı şəhər Cavabdeh apellyasiya şikayəti vermiş və şikayətini onunla əsaslandırmışdır ki, inzibati işin məhkəmə instansiyasında baxışı zamanı iddia ərizələri təqdim olunarkən iddianın müddətinin ötürülüb-ötürülməməsi məsələsi əsas müzakirə predmetindən biri olmalıdır. Pozulmuş hüquqların məcburi müdafiəsi qeyriməhdud deyil, qanunvericilikdə konkret müəyyənləşdirilən müddətlərdir-iddia müddətləri daxilində mümkündür. Cavabdeh ilk öncə qeyd edir ki, prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhduduyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericilikdə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 52.1-ci maddəsinə əsasən səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.2-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən, inzibati aktın qəbul olunmasına dair müraciətlə bağlı və ya şikayət instansiyasına verilmiş şikayətlə bağlı müvafiq inzibati orqan tərəfindən qanunla müəyyən olunmuş müddətdə və kifayət qədər əsaslar olmadan qərar qəbul edilmədiyi hallarda, həmin müraciətin edildiyi və ya şikayətin verildiyi vaxtdan 35 gün keçənədək məhkəmədə iddia qaldırılmasına yol verilmir. Lakin məhkəmə tərəfindən bu məsələyə qeyri-obyektiv yanaşılmışdır. Qeyd olunanlara əsasən cavabdeh Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-7725/2024 saylı qərarının ləğv edilməsi, iddia müddətinin ötürüldüyünü nəzərə alaraq iddia müddətinin tətbiqinə dair iddianın mümkün sayılmaması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, iştirak etməməsinin üzrlü səbəbləri barədə məlumat verməmiş, ona görə də, məhkəmə kollegiyası qanunvericiliyin tələblərini əsas götürərək işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan sənədlərdən aşağıdakılar müəyyən edilir: - 1 saylı “ASAN xidmət” mərkəzi tərəfindən verilmiş şəxsiyyət vəsiqəsindən görünür ki, xx.xx.1964-cü il təvəllüdlü İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsi, ev 21, mənzil 49-da qeydiyyatdadır. - 1 saylı Bakı “Asan xidmət” mərkəzinin AZ-İİ 244719 saylı, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, X5 xx.xx.2021-ci il tarixdə sidik kisəsi üçbucağının bədxassəli yenitörəməsi səbəbi ilə 61 yaşında Bakı şəhərində vəfat etmiş, bu barədə 05 nömrəli akt qeydi aparılmışdır. - Nəsimi rayon XDS-in İcraiyyə Komitəsinin 07 iyun 1991-ci il tarixli, 5/5 saylı qərarının arxiv çıxarışından görünür ki, ünvan 1 ünvanda yerləşən məhdud kommunal şəraitli 49 saylı mənzil X2 6 nəfərdən ibarət ailə tərkibi ilə (özü, arvadı, 2 qızı, 2 oğlu) o mənzillə təmin olunanadək müvəqqəti sığınacaq kimi verilmişdir. Göründüyü kimi, iddiaçının onunla adına kirayə müqaviləsinin bağlanmasını tələb etdiyi Bakı şəhəri Nəsimi rayonu, Kaveroçkin küçəsi, ev 21, mənzil 49 iddiaçının mərhum əri X2 yaşayış sahəsi ilə bağlı məsələsi həll edilənə qədər ailə üzvləri ilə birlikdə həmin vaxt dövlət mənzil fondunun idarə edən Nəsimi rayon X6 İcraiyyə Komitəsinin 07 iyun 1991-ci il tarixli 5/5 nömrəli qərarı ilə sığınacaq kimi verilmişdir. Həmin Qərardan o da qeyd edilmişdir ki, X5 1983-cü ildən yaşayış yeri üzrə mənzil qeydiyyatındadır. X5 2021-ci ildə ölmüşdür. Lakin ötən müddət ərzində X10, onun vəfat etməsindən sonrakı dövrdə isə ailə üzvlərinin mənzil növbəsinə uyğun olaraq yaşayış sahəsi ilə təmin edilməsi barədə sübut təqdim edilməmiş, həmçinin elektron məhkəmə informasiya sistemindəki məlumatlardan iddiaçının adına hər hansı daşınmaz əmlak olması müəyyən edilməmişdir. Mənzil ayrıldığı vaxtdan hal-hazıradək iddiaçı və onun ailə üzvləri həmin mənzildə fasiləsiz və etirazsız yaşayır, iddiaçı özü həmin ünvanda yaşayış yeri üzrə qeydiyyatdadır. İddiаçının və onun ailə üzvlərinin 33 ildən artıq istifаdəsində оlаn mənzildən mаnеəsiz və etirazsız fаktiki istifаdə еtməsinə bахmаyаrаq, mənzilə dаir cаvаbdеhin hər hаnsı bir sərəncаmı mövcud dеyildir. İnzibаti оrqаn tərəfindən yаşаyış sаhəsinə dаir iddiаçının həmin mənzilə istifаdə hüququ rəsmiləşdirilməmişdir. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51-ci maddəsinə əsasən, dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla-mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar - adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən yaşayış sahəsini icarə müqaviləsinə uyğun olaraq istifadə edilir. Həmin Məcəllənin 52-ci maddəsində göstərilir ki, dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir, yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 54-cü maddəsinə müvafiq olaraq, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddibüluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. 2009-cu ilin оktyаbrın 1-dən qüvvəyə minmiş Аzərbаycаn Rеspublikаsının Mənzil Məcəlləsinin 4.0-cü mаddəsinə əsаsən, dövlət оrqаnlаrı və bələdiyyələr öz səlаhiyyətləri dахilində mənzil hüquqlаrının həyаtа kеçirilməsi üçün şərаit yаrаdır və bu məqsədlə: 4.0.2. Müəyyən еdilmiş qаydаdа sоsiаl kirаyə müqаvilələri əsаsındа və yа dövlət və yа bələdiyyə mənzil fоndu yаşаyış sаhələrinin kirаyə müqаvilələri əsаsındа vətəndаşlаrı yаşаyış sаhələri ilə təmin еdir. Həmin Məcəllənin 17.3.1-ci mаddəsinə müvafiq olaraq, sоsiаl təyinаtlı mənzil fоndu dövlət və bələdiyyə mənzil fоndlаrındаn sоsiаl kirаyə müqаvilələri əsаsındа vətəndаşlаrа vеrilən yаşаyış sаhələrinin məcmusudur. Həmin Məcəllənin 17.4-cü mаddəsində göstərilir ki, mənzil fоndu qаnunvеricilikdə müəyyən еdilmiş qаydаdа dövlət uçоtunа аlınmаlıdır. Həmin Məcəllənin 18-ci mаddəsinə əsаsən, mülkiyyət fоrmаsındаn аsılı оlmаyаrаq mənzil fоndunun istifаdəsinə və sахlаnılmаsınа, hаbеlə yаşаyış sаhələrinin və kоmmunаl хidmətlərin müəyyən еdilmiş tələblərə uyğunluğunа dövlət nəzаrəti qаnunvеricilikdə müəyyən оlunmuş qаydаdа həyаtа kеçirilir. Həmin Məcəllənin 50.1 və 50.1.4-cü maddələrinə əsasən, aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). Həmin Məcəllənin 56.3-cü maddəsinə görə, yaşayış sahələrinə ehtiyacı olan qismində uçotda duran vətəndaşlara sosial kirayə müqaviləsi ilə yaşayış sahələri müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq bələdiyyə orqanının qərarına əsasən verilir. Sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin verilməsinə dair qərar onun qəbul edildiyi gündən üç iş günündən gec olmayaraq barələrində belə qərar qəbul edilmiş vətəndaşlara verilir və ya göndərilir. Həmin Məcəllənin 56.4-cü maddəsinə əsasən, bu Məcəllənin tələblərinə uyğun olaraq sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin verilməsinə dair qərar bu qərarda göstərilən müddətdə müvafiq sosial kirayə müqaviləsinin bağlanması üçün əsasdır. Həmin Məcəllənin 59.1-ci mаddəsinə müvafiq olaraq, yаşаyış sаhəsinin sоsiаl kirаyə müqаviləsinə əsаsən bir tərəf – dövlət və yа bələdiyyə mənzil fоndunun yаşаyış sаhəsinin mülkiyyətçisi (оnun аdındаn fəаliyyət göstərən səlаhiyyətli dövlət оrqаnı və yа səlаhiyyətli bələdiyyə оrqаnı) və yа оnun səlаhiyyətli şəхsi (kirаyə vеrən) yаşаyış sаhəsini digər tərəfin – vətəndаşın (kirаyəçinin) yаşаmаsı üçün bu Məcəllə ilə müəyyən еdilmiş şərtlərlə sаhibliyinə və istifаdəsinə vеrməyi öhdəsinə götürür. Həmin Məcəllənin 59.2-ci maddəsinə görə, yaşayış sahəsinin sosial kirayə müqaviləsi müddətsiz (onun qüvvədə olma müddəti müəyyənləşdirilmədən) bağlanılır. Həmin Məcəllənin 61.1-ci maddəsinə əsasən yaşayış sahəsi (yaşayış evi, yaşayış evinin hissəsi, mənzil, mənzilin hissəsi) - yaşayış sahəsinin sosial kirayə müqaviləsinin predmetidir. Həmin Məcəllənin 62.1-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır. Həmin Məcəllənin 62.2-ci maddəyə əsasən isə yaşayış sahəsinin sosial kirayə müqaviləsinin birtipli forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Аzərbаycаn SSR-in 08 iyul 1982-ci il tаriхli qаnunu ilə təsdiq оlunmuş (2009-cu ilin оktyаbrın 1-dək qüvvədə оlmuş) Аzərbаycаn SSR-in Mənzil Məcəlləsinin 51- ci mаddəsindən göründüyü kimi, dövlət və ictimаi mənzil fоndu еvlərində yаşаyış sаhəsindən icаrə müqаviləsinə uyğun оlаrаq istifаdə еdilir. Həmin Məcəllənin 85-ci maddəsinə əsasən, icarədarın ailə üzvü yaşayış sahəsini bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və onunla yaşayan ailənin həddi-buluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edilə bilər. İcarədar öldükdə, onun ailə üzvlərinin hər birinin belə hüququ vardır. Göstərilənlərə əsasən, birinci instansiyası məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, Bakı şəhəri Nəsimi rayonu, Kaveroçkin küçəsi, ev 21, mənzil 49 iddiaçının mərhum əri X1 yaşayış sahəsi ilə çətinliyinin həll edilməsi məqsədi ilə həmin vaxt dövlət mənzil fondunu idarə edən səlahiyyətli qurum tərəfindən ayrıldığından və iddiaçı həmin mənzildə 1 oktyabr 2009-cu il tarixdən əvvəlki dövrdən etibarən fasiləsiz yaşadığından, mənzildə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin buna etirazı olmadığından, onun başqa yaşayış yerinin olması barədə əlavə məlumat təqdim edilmədiyindən, habelə onun həmin mənzildə yaşaması üçüncü şəxslərin hüquqlarını pozmadığından (bu barədə də məhkəmə icraatında heç bir dəlil, sübut gətirilməmişdir) cavabdeh Bakı şəhəri Cavabdeh “mənzilə dair kirayə müqaviləsinin bağlanması”dan imtinası qanunaziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur Cavabdeh apellyasiya şikayətində işin mahiyyəti üzrə həllinə ümumiyyətlə münasibət bildirməyib, apellyasiya şikayətinin yeganə dəlili iddiaçı tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş müddətin pozulması ilə bağlıdır. Apellyasiya şikayətində qeyd olunanlara münasibətdə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məcburetmə növündə iddia müddətlə bağlı şərtlərə tabe olsa da, İnzibati Prosessual Məcəllənin 38.2-ci maddəsindən göründüyü kimi, bu növ iddialarda iddia müddətinin axımı arzulanan inzibati aktın qəbul edilməsindən imtina edilməsi barədə müvafiq inzibati aktın, yaxud bu barədə yazılı məlumatın maraqlı şəxsə verildiyi vaxtdan başlayır. Hazırkı iş üzrə iddiaçı cavabdehin imtinası barədə məktubu almadığını bildirmiş, cavabdeh isə “İnzibati icraat haqqında” Qanunun 62.3-cü maddəsinə uyğun olaraq müvafiq məlumatlandırmanı təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədiyindən, iddia müddəti ötürülməmişdir. Qeyd olunan məsələnin araşdırılması üçün hətta birinci instansiyası məhkəməsi tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə müvafiq sorğu verilmiş, lakin sadə məktubların qeydiyyatı aparılmadığı üçün İddiaçı ünvanlandığı iddia edilən məktub barədə məhkəməyə hər hansı məlumat təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-7725/2024 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qəbul etdiyi qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-7725/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Mirzə Tağızadə Kamran Əkbərov
Məhkəmə qərarları › İş №2-1(103)-866/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-866/2025
22.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver