Məhkəmə qərarları › İş №2-1(103)-867/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-867/2023

17.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-867/2023 17.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə qarşı (3-cü şəxs X6) iş üzrə QƏRARİ İş № 2-1(103)-867/2023 (Açar sözlər: “mənzildən qeydiyyatdan çıxarılma”) Bakı şəhəri 17 yanvar 2023-cü il Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X4 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçı iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8595/2022 saylı 28 iyun 2022-ci il tarixli qərarından 3-cü şəxs X6 tərəfindən verilmiş apellyasiya şikayətinə 17 yanvar 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı tərəfindən cavabdeh inzibati orqana hazırkı tələblə müraciət edilmiş, müraciətə cavab olaraq xx.xx.2022-ci il tarixli məktuba əsasən qeyd edilən məsələ ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir.

2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri və qeydiyyat haqqında ******* nömrəli Arayışın surətindən görünür ki, X8, X6, X9 və X7 qızı Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi, ev 7 B, 39 saylı mənzildə qeydiyytdadırlar.

3. MH seriyalı, ******* reyestr nömrəli, xx.xx.2007-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, X15 küçəsi, 7b nömrəli, 17 mərtəbəli binanın 1-ci girişində, 14-cü mərtəbəsində 13235 kv.m iimumi, 76.5 kv.nı yaşayış sahəsindən ibarət 3 otaqlı 39 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

4. Nərimanov Rayon Məhkəməsinin 2(001)-962/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən iddia təmin edilərək, cavabdeh X2 Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi, ev 7 B, 39 saylı mənzilə istifadə hüququ itirilmiş hesab edilmışdır. Cavabdeh X6 Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi, ev 7 B, 39 saylı mənzilə istifadə hüququ olmayan şəxs hesab edilmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8442/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən cavabdeh X1 apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)- 962/2021 nömrəli qətnaməsi cavabdeh X3 münasibətdə ləğv edilərək iddia tələbi cavabdeh X3 münasibətdə rədd edilmişdir. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

6. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8442/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsində qeyd edilmişdir ki, cavabdeh X1 mübahisəli mənzilə istifadə hüququ yaranmamışdır və onun belə hüququ yoxdur.İstifadə hüququ yaranmayan şəxs isə hüququ olmayan şəxs hesab oluna bilməz.

7. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8442/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-962/2021 nömrəli qətnaməsinidən cavabdeh X1 apellyasiya şikayətinin dəlillərində qeyd edilmişdir ki, X6 mübahisəli Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi, ev 7 B, 39 saylı mənzildə yaşamır.

8. Viktoriya -313 Mənzil Tikinti Kooperativinin arayışına əsasən X2 ünvan 1 ünvanında yerləşən "xxxx" MTK-nın 3 saylı binasının, 3-cü mərtəbəsində 14 sayı mənzili vardır. X8 hal-hazırda ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşayırlar.

9. Məhkəmənin sorğusuna cavab olaraq, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2022-ci il tarixli məktubla Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi, ev 7 B, 39 saylı mənzilə dair arxiv qovluğunda saxlanılan sənədlərinin təsdiq edilmiş surəti məhkəməyə təqdim olunmuşdur.

İş üzrə qəbuledilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə qarşı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, X1 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi, ev 7 B, 39 saylı mənzildən qeydiyyatdan çıxarılması vəzifəsi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanındakı mənzil Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ******* saylı, MH seriyalı çıxarışa əsasən ona məxsusdur. X5 və X3 qarşı iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi, ev 7 B, 39 saylı mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəməsindən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021- ci il tarixli, 2(005)- 962/2021 nömrəli qətnaməsi ilə iddiası təmin edilərək cavabdeh X2 Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi, ev 7 B, 39 saylı mənzilə istifadə hüququ itirilmiş hesab edilməsi, cavabdeh X6 Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi, ev 7 B, 39 saylı mənzilə istifadə hüququ olmayan şəxs hesab edilməsi, bu qətnamənin cavabdehlər X2 və X1 (övladları X10 və X9 ilə birlikdə) ünvan 2 ünvanında qeydiyyatdan çıxarılması üçün əsas olması qət edilmişdir. Daha sonra X6 həmin qətnamədən apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-8442/2021 saylı qətnaməsi ilə Nərimanov rayon Məhkəməsinin qətnaməsi qismən ləğv edilərək X1 ümumiyyətlə həmin mənzildə heç bir hüququnun olmaması səbəbilə onun işinə ümumi məhkəmədə baxılmalı olmaması və inzibati məhkəmədə baxılmalı olması əsası ilə iddia həmin hissədə təmin edilməmişdir. Məhkəmənin mövqeyinə əsasən həmin şəxs hər hansı bir hüququ olmayan şəxs olduğu üçün onun qeydiyyatdan çıxarılması üçün işə inzibati məhkəmə tərəfindən baxılmalıdır. Həmin şəxs qeydiyyatdan ya inzibati orqanın özü tərəfindən ya da müvafiq inzibati məhkəmə tərəfindən çıxarılmalıdır. Bundan sonra işə Ali Məhkəmədə baxılmış (xx.xx.2022-ci il tarixli, 2(102)-1077/2022 saylı) və Apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Həmin qərarda Ali Məhkəmə tərəfindən də təsbit edilmişdir ki, həmin şəxsin qeyd olunan mənzilə heç bir hüququ yoxdur. Bundan sonra iddiaçı aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Pasport Qeydiyyat Şöbəsinə müraciət edərək X1 övladları X10 və X9 ilə birlikdə mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi, ev 7 B, 39 saylı mənzildən qeydiyyatdan çıxarılmalarını xahiş etmişdir. Müraciətinə cavab olaraq 15 aprel 2022-ci il tarixində 078-9235S saylı məktubla ona bildirilmişdir ki, “Yasayıs yeri və olduğu yer üzrə qeydiyyat haqqında’" Azərbaycan Respublikası qanununun 9-cu maddəsinə əsasən qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılması üçün yeni yaşayış yerinə qeydiyyata düşməsi barədə məlumat, istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı və s. sənədlər tələb olunur. Əks təqdirdə həmin şəxslərin qeydiyyatdan çıxarılması mümkün deyildir. Bu məsələ ilə bağlı məhkəmə orqanlarına müraciət etməyi tövsiyyə olunmuşdur. Bu səbəbdən də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmış və hesab edir ki, cavabdehin imtinası qanunsuzdur və iddia tələbi əsaslı olduğundan təmin edilərək cavabdehin üzərinə X1 mülkiyyətimdə olan Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi, ev 7 B, 39 saylı mənzildən qeydiyyatdan çıxarılmaları öhdəliyi qoyulmalıdır. Nəzərə alınmalıdır ki, qeydiyyatdan çıxarılmalı olan şəxslə aralarında yaranmış münasibətlərə rayon, apellyasiya və kassasiya instansiya məhkəmələrində baxılmışdır. Həmin qətnamələr üzrə müəyyən edilmişdir ki, X6 öz yoldaşı ilə birlikdə yoldaşına məxsus mənzildə uzun illərdir ki, yaşamaqdadır və iddiaçının mülkiyyətində olan mənzilə hər hansı hüququ yoxdur və onun qeydiyyatı yalnız formal xarakter daşıyır. Qeyd edilənlərdən də göründüyü kimi mübahisəli mənzil iddiaçının mülkiyyətindədir. Belə olan halda mülkiyyətçi kimi ona məxsus mənzildə qeydiyyatda olan, lakin faktiki olaraq həmin mənzildə yaşamayan və istifadə hüququ olmayan şəxslərin qeydiyyatdan çıxarılmalarını tələb etmək hüququna malikdir. Mübahisəli mənzildə qeydiyyatda olan üçüncü şəxs qeyd olunan mənzildə yaşamadığından, eləcə də onun həmin mənzildə istifadə hüquqlarının hazırda mövcudluğuna dair cavabdeh tərəfindən hər hansı sübut (razılıq və sair başqa bir hüquqi əhəmiyyəti olan akt) imtina məktubu verilərkən qeyd edilməyərək bildirilmədiyindən həmin şəxsin ona məxsus mənzildə qeydiyyatdan çıxarılmaması qanuna zidd və mülkiyyətçi kimi onun hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. Qoşmaya əlavə edilmiş ‘‘Xidmət” Mənzil-Tikinti kooperativinin 01 dekabr 2020-ci il tarixli 02/29 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən də A.M.Cümə küçəsi 7 b ünvanında yerləşən 17 mərtəbəli yeni yaşayış binasının 39-cu mənzilində yaşayır və orada xx.xx.2007-ci il tarixdən qeydiyyatdadır. Lakin həmin mənzildə oğlu X8 onun həyat yoldaşı X6 nəvəsi X9 və X7 orada qeydiyyatının olmasına baxmayaraq xx.xx.2010-cu il tarixdən həmin mənzildə yaşamırlar. Bundan əlavə olaraq iş üzrə vəkil tərəfindən yaranmış zərurətdən dolayı sorğu ilə "xxxx" Mənzil Tikinti Kooperativliyinə müraciət edilmiş və kooperativ tərəfindən sorğuya cavab verilərək bildirilmişdir ki, X2 ünvan 1 ünvanında yerləşən, "xxxx" MTK-nın 3 saylı binasının, 3-cü mərtəbəsində (83.64 kv.m)-dən ibarət olan 14 saylı mənzili vardır. Sorğuda adı çəkilən X8 hal-hazırda ailə üzvləri ilə birlikdə sözü gedən mənzildə yaşadıqları qeyd edilmişdir.

12. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8595/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən X6 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.

13. Şifahi məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

14. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh iddiaya qarşı yazılı etirazını təqdim etməmiş, məhkəmə prosesində nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməni məlumatlandırmamışdır.

15. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbardar olunmuş 3-cü şəxs məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməni məlumatlandırmamışdır.

16. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8595/2022 saylı 03 avqust 2022-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi, X1 Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi, ev 7 B, 39 saylı mənzildən qeydiyyatdan çıxarılması öhdəliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.

17. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi, ev 7 B, 39 saylı mənzil xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olduğunu və üçüncü şəxsin mübahisəli yaşayış sahəsinə dair hər hansı əmlak hüququnun olmaması müəyyən edilmişdir.

18. Həmçinin qeyd olunmalıdır ki, həmin şəxslərin qeydiyyatdan çıxarılması onlar üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, onların yaşayış sahəsi üzrə ümumiyyətlə, qeydiyyatsız qalmasına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 aprel 2003-cü il tarixli 55s saylı sərəncamına uyğun olaraq Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilər.

19. Məhkəmə hesab edir ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın vətəndaşlar üçün yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla mülkiyyətçinin və ya əmlak hüququnun sahibinin tələbi əsasında yaşayış sahəsinə münasibətdə hər hansı əmlak hüquqlarının sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması təmin olunmalıdır.

20. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının13-cü maddəsinin İ hissəsinə, 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə, 152.5-ci maddəsinə, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə, 2-ci maddəsinə, 5-ci maddəsinə, 9-cu maddəsinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü və 30.5-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2020-ci il tarixli Qərarına istinad etmişdir.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

21. Qərardan 3-cü şəxs X6 apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8595/2022 saylı 03 avqust 2022-ci il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

a) Apellyasiya şikayətinin dəlilləri

22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qeyd edilən qərarda məhkəmə tərəfindən təsdiq edilmiş və iddiaçı tərəfindən təqdim edilmiş məlumata uyğun olaraq Bakı şəhəri, Nərimanov rayonu, X15 küçəsi, 7b nömrəli, 17 mərtəbəli binanın 1-ci girişində, 14-cü mərtəbəsində 13235 kv.m iimumi, 76.5 kv.nı yaşayış sahəsindən ibarət 3 otaqlı 39 nömrəli mənzildə yaşamadığı qeyd edilsə də məhkəmədə hansı səbəbdən iştirak etməməyi aydınlaşdırılmamışdır. Bakı şəhəri, Nərimanov rayonu, X15 küçəsi, 7b nömrəli, 17 mərtəbəli binanın 1-ci girişində, 14-cü mərtəbəsində 13235 kv.m iimumi, 76.5 kv.nı yaşayış sahəsindən ibarət 3 otaqlı 39 nömrəli mənzildə yaşamadığı və etibarlığı ciddi şübhə doğuran arayışa istinad edərək hesab etmişdir ki, Viktoriya - 313 Mənzil Tikinti Kooperativinin arayışına əsasən X2 ünvan 1 ünvanında yerləşən "xxxx" MTK-nın 3 saylı binasının, 3-cü mərtəbəsində 14 sayı mənzili vardır. X8 hal-hazırda ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşaydığı barədə qərara gəlmişdir. Qeyd edilən qərarda məhkəmə tərəfindən təsdiq edilmiş və iddiaçı tərəfindən təqdim edilmiş məlumata uyğun olaraq Bakı şəhəri, Nərimanov rayonu, X15 küçəsi, 7b nömrəli, 17 mərtəbəli binanın 1-ci girişində, 14-cü mərtəbəsində 13235 kv.m iimumi, 76.5 kv.nı yaşayış sahəsindən ibarət 3 otaqlı 39 nömrəli mənzildə yaşamadığı qeyd edilsə də məlum olmayan səbəblərdən qərar həmin ünvana göndərilmiş və həmin ünvanda kimlərsə tərəfindən qəbul edilmişdir. Həmçinin, qeyd edilən işə cəlb edilməyi barədə məhkəmə aktı qəbul edilsə də bütün məlumatlar faktiki yaşamadığı ünvana göndərilməklə onun ədalətli məhkəmə çəkişməsindən məhrum edilməyi nəticələnmişdir. Həmçinin o, qeyd edilən ünvandan məcburi çıxarılmış və istifadə hüuqundan özündən aslı olmyan səbəblərlə məhrum edilərək 2 azyaşlı uşaqla mülkiyyət hüuqularımdan məhrum olunmuşdur.Bildirir ki, məhkəmə icraatı zamanı heç bir məlumatı olmayıb.

b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatları

24. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinə etiraz edərək rədd olunmasını xahiş etmişdir.

25. Məhkəmə kollegiyasının iclası barədə lazımı qaydada xəbərdar edilmiş 3-cü şəxs X6 məhkəmə iclasında iştirak etməmişdir.Bunun səbəbləri barədə məhkəmə iclas katibi telefon əlaqəsi saxlamış (Həmçinin həmin telefon nömrəsinə SMS bildiriş göndərilmişdir) və iş üzrə 3-cü şəxs X6 işdə olduğu üçün məhkəmə prosessində iştirak etməyəcəyini bildirmişdir.

26. Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:

27. 13-cü maddəsinin İ hissəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

28. 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir.

29. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

30. 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

31. 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

32. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

33. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

34. 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun:

35. 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır.

36. 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür.

37. 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. - 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.

38. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1996-cı il tarixli 493 nömrəli Fərmanının 2.3-cü bəndinə görə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu bəndində (birinci abzasında və birinci bəndində) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər.

39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2020ci il tarixli Qərarına əsasən:

40. - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

41. -“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. 42.- Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin:

43. 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır.

44. 30.5-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı ilə müəyyənləşdirilən yaşayış sahəsindən istifadə müddəti başa çatdıqda, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna xitam verilir.Göstərilən müddət başa çatanadək keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna mülkiyyətçinin yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilməsi ilə eyni vaxtda, yaxud məhkəmənin qərarı ilə belə hüququn saxlanmasına əsas olmuş hallar aradan qalxdıqda xitam verilir.

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi

45. Maddə 2.2.3-inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

46. Maddə 34.1-öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

47. Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

48. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

49. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

50. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 51.Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər:

52. Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda;

53. Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə;

54. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

55. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

56. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

57. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

58. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən)

59. Həmçinin, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

60. Məhkəmə kollegiyası daha sonra qeyd edir ki, aşağıdakı səbəblərə əsasən apellyasiya şikayəti əsassızdır, odur ki, təmin edilməməlidir.

61. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəyə maddi hüquq normaları düzgün tətbiq edilmiş, iddia tələbi əsaslı olaraq təmin edilmişdir.

62. Kollegiya qeyd edir ki, məhkəmə araşdırması zamanı Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi, ev 7 B, 39 saylı mənzil xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olduğu və üçüncü şəxsin mübahisəli yaşayış sahəsinə dair hər hansı əmlak hüququnun olmaması müəyyən edilmişdir.

63. Belə ki, iş materiallarından, o cümlədən Nərimanov Rayon Məhkəməsinin 2(001)- 962/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnaməyə əsasən iddia təmin edilərək, cavabdeh X2 Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi, ev 7 B, 39 saylı mənzilə istifadə hüququ itirilmiş hesab edilmışdır. Cavabdeh X6 Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi, ev 7 B, 39 saylı mənzilə istifadə hüququ olmayan şəxs hesab edilmişdir.

64. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8442/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən cavabdeh X1 apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)- 962/2021 nömrəli qətnaməsi cavabdeh X3 münasibətdə ləğv edilərək iddia tələbi cavabdeh X3 münasibətdə rədd edilmişdir. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

65. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8442/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsində qeyd edilmişdir ki, cavabdeh X1 mübahisəli mənzilə istifadə hüququ yaranmamışdır və onun belə hüququ yoxdur.İstifadə hüququ yaranmayan şəxs isə hüququ olmayan şəxs hesab oluna bilməz.

66. Həmçinin, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8442/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-962/2021 nömrəli qətnaməsinidən cavabdeh X1 apellyasiya şikayətinin dəlillərində qeyd edilmişdir ki, X6 mübahisəli Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi, ev 7 B, 39 saylı mənzildə yaşamır.

67. Beləliklə, 1-9-cu bəndlərdə sadalanan işin hallarından və tərəfin izahatından müəyyən olunur ki, hazırkı iş üzrə apelyator iş üzrə 3-cü şəxs X1 iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi, ev 7 B, 39 saylı mənzilə hər hansı əmlak hüququ yoxdur və apelyator həmin ünvanda faktiki yaşamır.

68. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2020ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.

69. Beləliklə, 3-cü şəxs X1 apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmışdır, odur ki, təmin olunmamalıdır.

70. Kollegiya onu da qeyd edir ki, hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-8595/2022 saylı qərarı qəbul edildikdən bir neçə ay sonra mübahisəli mənzilin mülkiyyətçisinin dəyişməsi də (bu barədə sənədlər iddiaçının vəkili tərəfindən “Elektron kabinet”vasitəsilə təqdim edilmişdir) qanuni və əsaslı qəbul edilmiş həmin qərarın ləğvi üçün əsas təşkil etmir.

71. Belə ki, İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

72. Bundan başqa, əgər yeni mülkiyyətçi 3-cü şəxs X1 mülkiyyətində olan mənzilə qeydiyyata alınmasını arzu edərsə bu həmin mülkiyyətçinin ərizəsi ilə mümkündür.

73. Həmçinin qeyd olunmalıdır ki, 3-cü şəxs X1 qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, onların yaşayış sahəsi üzrə ümumiyyətlə, qeydiyyatsız qalmasına da səbəb olmur.

74. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 aprel 2003-cü il tarixli 55s saylı sərəncamına uyğun olaraq Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilər.

75. Məhkəmə Kollegiyası hesab edir ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın vətəndaşlar üçün yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla mülkiyyətçinin və ya əmlak hüququnun sahibinin tələbi əsasında yaşayış sahəsinə münasibətdə hər hansı əmlak hüquqlarının sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması təmin olunmalıdır.

76. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir.

77. Beləliklə, məhkəmə Kollegiyası tətbiq edilmiş hüquq normalarına və işin yuxarıda sadalanan faktiki hallarına istinad edərək hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq nəticəyə gəlmişdir ki, iddia tələbi təmin edilməli, X1 Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi, ev 7 B, 39 saylı mənzildən qeydiyyatdan çıxarılması öhdəliyi cavabdehə həvalə edilməlidir.

78. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-8595/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar