Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-867/2024 23.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunma vaxtının dəyişdirilməsi” haqqında iddia tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-11226/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən ona 55 yaşından pensiya təyin olunması və keçmiş dövr üçün pensiya ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinin tələblərinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə ilə müraciət edərək, ona yəni, xx.xx.1965-ci il təvəllüdlü İddiaçı Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2023-cü il tarixdən (xx.xx.2023-cü il tarixli 3-17-1(3-3)-9981/2023 saylı qərarla) təyin olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının, təyin olunma vaxtı dəyişdirilməklə İddiaçı 55 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü ildən onun 58 yaşı tamam olduqda güzəştli şərtlərlə pensiya hüququ yarandıqda o, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filiala müraciət etmiş və həmin tarixdən ona 57 yaşından güzəştli şərtlərlə pensiya təyin olunmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Lakin həmin qanunvericilik ona şamil olunmamışdır. Cavabdeh inzibati orqan ona 55 yaşından yox, 57 yaşından pensiya təyin etmişdir. Onun 55 yaşına qədər xx.xx.1981-ci ildən xx.xx.1992-ci ilə qədər 11 il 4 ay 2 gün və xx.xx.2003-cü ildən xx.xx.2021-ci ilə qədər 18 il iş stajı toplanmaqla, cəmi 29 il 4 ay 2 gün və xx.xx.2009-cu ildən xx.xx.2021-ci ilə qədər 12 il zərərli iş stajı yığılmışdır. 55-60 arası güzəştli şərtlərlə pensiya kapitalı 34.650 AZN-dir. Onun xx.xx.2021-ci ilə qədər pensiya kapitalı 38.245 AZN-dir. Hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz və əsassızdır. Cavabdeh tərəfindən iddiaya verilən etirazda göstərilmişdir ki, İddiaçı xx.xx.2021-ci il tarixdə Mərkəzi Filiala ərizə ilə müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Həmin müraciət Mərkəzi Filial tərəfindən xx.xx.2021-ci il tarixli **********1 nömrəli məktubla cavablandırılmışdır. Qeyd edilən məktuba əsasən ərizəçiyə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə yenidən “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” ilə bağlı ərizə ilə Mərkəzi Filiala müraciət etmişdir. Həmin müraciətə Mərkəzi Filialda baxılaraq ərizəçinin müraciəti təmin olunmuş və “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixdən, yəni 58 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Bununla belə, İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsi vasitəsilə pensiya hüququnun yaranma tarixini mübahisələndirmişdir. Belə ki, İddiaçı iddia ərizəsində məhkəmədən “55 yaşından pensiya hüququnun təyin edilməsinin və keçmiş dövr üçün pensiya ödənilməsinin təmin edilməsini” xahiş etmişdir. İşin faktiki hallarından məlum olur ki, İddiaçı xx.xx.1965-ci il tarixdə doğulmuş, beləliklə də 55 yaşı xx.xx.2020- ci il tarixdə tamam olmuşdur. Cavabdehin imtinası aşağıdakı hallarda hüquqi baxımdan qanuni sayılır.
1. İmtinanın hüquqi əsasını təşkil edən səlahiyyətverici normanın dispozisiya şərtlərinin mövcudluğu; 2. cavabdehin müvafiq norma üzrə yolverilən hüquqi nəticəni seçməsi. Ərizəçi İddiaçı təqdim edilmiş imtinanın hüquqi əsasını “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsi təşkil etmişdir. Həmin maddənin 2020-ci il tarixdə, yəni ərizəçinin 55 yaşının tamam olduğu tarixdə qüvvədə olmuş redaksiyası aşağıdakı kimi ifadə olunmuşdur: “Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır”. İstinad olunan normanın müddəaları baxımından, ərizəçiyə 55 yaşının tamam olduğu xx.xx.2020ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün aşağıdakı dispozisiya şərtlərinin birlikdə ödənilməsi tələb olunurdu: 1. ərizəçinin 55 yaşı tamam olmalıdır; 2. ərizəçi ən azı 20 il ümumi sığorta stajına malik olmalıdır; 3. ərizəçi 2-ci bənddə qeyd edilən stajın ən azı 10 ilini müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahıda nəzərdə tutulmuş zərərli və ağır olan işlərdə toplamalıdır; 4. ərizəçinin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. Hazırkı iş üzrə Mərkəzi Filialın xx.xx.2021-ci il tarixli **********1 nömrəli məktubundan da məlum olur ki, ərizəçinin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı onun əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməmişdir. Belə ki, ərizəçinin müraciət etdiyi dövrdə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ərizəçiyə münasibətdə 43161,29 manat hesablandığı halda, ərizəçinin fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 38245,65 manat təşkil etmişdir. Deməli, ərizəçiyə münasibətdə 4-cü bənddə qeyd olunan dispozisiya şərti mövcud olmamışdır. Müvafiq normanın bütün dispozisiya şərtlərinin mövcud olub-olmadığını yoxladıqdan sonra növbəti addım qismində cavabdehin düzgün hüquqi nəticəni seçib-seçmədiyi müəyyən olunmalıdır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün sadalanan dörd şərtin hər biri mövcud olmalıdır. Cavabdeh sadalanan şərtlərdən hətta birinin mövcud olmadığı təqdirdə ərizəçiyə pensiya təyinatından imtina etməkdə haqlıdır. Odur ki, ərizəçinin pensiya kapitalı kifayət etmədiyindən ərizəçiyə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Beləliklə, cavabdeh ərizəçiyə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etməklə düzgün hüquqi nəticəyə gəlmişdir. Cavabdehin imtinası qanunauyğundur. Ərizəçi S.X1 xx.xx.2023-cü il tarixli müraciəti nəticəsində isə ona xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Belə ki, həmin pensiya təyinatının hüquqi əsasını “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsi təşkil etmişdir. Qeyd edilən normanın müraciət tarixində qüvvədə olmuş redaksiyası aşağıdakı kimi ifadə olunmuşdur: “Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.” Həmin Qanunun 7-ci maddəsinə görə 63 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd edilən normalar əsasında ümumi yaş həddi 5 il azaldılmış və ərizəçi İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ 58 yaşının tamam olduğu tarixdə yaranmışdır. Bu səbəbdən ərizəçi İddiaçı xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur. Beləliklə, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ xx.xx.2020-ci il tarixdə deyil, yalnız xx.xx.2023-cü il tarixdə yarana bilərdi. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11226/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə (hakim N.Abıyev) iddia təmin edilmiş, xx.xx.1965-ci il təvəllüdlü İddiaçı xx.xx.2023-cü il tarixdən (xx.xx.2023-cü il tarixli 3-17-1(3-3-9981/2023 saylı qərarla) təyin olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının, təyin olunma vaxtı dəyişdirilməklə, ona 55 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2- 1(112)-11226/2023 nömrəli qərarının ləğv edilib, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin apellyasiya şikayəti iddiaya etirazın məzmununa uyğun əsaslandırılmış, həmçinin əlavə olaraq göstərilmişdir ki, iddiaçıya xx.xx.2020-ci il tarixə pensiya təyinatının mümkün olub-olmamasını yoxlayarkən ilk növbədə onun xx.xx.2006-cı il tarixədək olan pensiya kapitalı hesablanmalıdır. Həmin pensiya kapitalının müəyyən edilməsinin xüsusiyyətləri “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsində nəzərdə tutulmuşdur. Buna əsasən, sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) xx.xx.2006-cı il tarixədək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində xx.xx.2006-cı il tarixinə qeydə alınır. İddiaçının ИТ-İ № ******* nömrəli əmək kitabçasına və inzibati icraat materiallarına əsasən, İddiaçı xx.xx.2006-cı il tarixinədək 13 il 7 ay 14 gün sığorta stajı mövcuddur. Həmin staj müddəti illərlə ifadə olunduqda 13.62 il kimi nəzərə alınır və həmin rəqəm 306 manata vurulmaqla hesablanır. Əldə edilən nəticə isə xx.xx.2020-ci il tarixə pensiya təyinatının mümkün olubolmamasını müəyyən etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq illər üzrə sərəncamlarına əsasən indeksləşdirilməklə pensiya kapitalına çevrilir. Beləliklə də, iddiaçının xx.xx.2020-ci il tarixə münasibətdə xx.xx.2006-cı il tarixinədək pensiya kapitalı 10094,34 manat təşkil etmişdir. Bakı İnzibati Məhkəməsi isə xx.xx.2023-cü il tarixli 2-1(112)-11226/2023 nömrəli qərarında səhvən iddiaçının xx.xx.2020-ci il tarixə münasibətdə xx.xx.2006-cı il tarixinədək pensiya kapitalının 12615,66 manat olduğunu bildirmişdir. Halbuki, göstərilən məbləğ xx.xx.2020-ci il tarixə deyil, xx.xx.2023-cü il tarixə münasibətdə xx.xx.2006-cı il tarixinədək hesablanmış pensiya kapitalının məbləğidir. Bu zaman Bakı İnzibati Məhkəməsi maddi hüquq normasını tətbiq etməmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 29.1-1-ci maddəsinə əsasən sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Həmin normanın tələblərinə görə xx.xx.2006-cı il tarixədək pensiya kapitalının hesablanması zamanı hər bir tarixə münasibətdə istehlak qiymətləri indeksinin illik səviyyəsi nəzərə alınmalıdır. Bakı İnzibati Məhkəməsi isə müvafiq qərarında bu maddəyə istinad etməmiş və hesablama apararkən indeksləşməni nəzərə almamışdır. İddiaçı fərdi hesabının sığorta hissəsində xx.xx.2006cı il tarixdən xx.xx.2020-ci il tarixədək qeydə alınmış pensiya kapitalına gəldikdə isə, “Əmək pensiyaları haqqında” Qanunun 29-cu maddəsinin tələblərinə uyğun olaraq istehlak qiymətləri indeksinin illik səviyyəsi nəzərə alınmaqla eyni qaydada hesablanma aparılmalıdır. Buna əsasən, iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2020-ci il tarixədək qeydə alınmış pensiya kapitalı 24724,71 manat təşkil edir. Deməli, xx.xx.2020-ci il tarixə İddiaçı fərdi hesabının sığorta hissəsində cəmi 34819,05 manat (10094,34+24724,71) pensiya kapitalı qeydə alınmışdır. Bu isə xx.xx.2020-ci il tarixə İddiaçı münasibətdə tələb olunan 44400,00 manat pensiya kapitalından azdır. Sonuncu məbləğ isə “Əmək pensiyaları haqqında” Qanunun 10.2-ci maddəsinə əsasən aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/T. Burada SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; PSK sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır; T -gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır. “Əmək pensiyaları haqqında” Qanunun 6-1-ci maddəsinin xx.xx.2020-ci il tarixdə qüvvədə olmuş redaksiyasına əsasən, bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 200 manat məbləğində müəyyən olunmuşdur. Həmin Qanunun 4.2-ci maddəsinə görə, yaşa görə əmək pensiyası sığorta və yığım hissəsindən ibarətdir. İddiaçıya münasibətdə yalnız məcburi dövlət sosial sığorta haqları ödənildiyinə görə İddiaçı əmək pensiyası yalnız sığorta hissəsindən ibarət olacaqdır. Deməli, düstur üzrə SH 200 manat təşkil edir. İddiaçıya münasibətdə xx.xx.2020-ci il tarixə gözlənilən pensiya ödənişi müddəti isə 222 aya bərabərdir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin xx.xx.2020-ci il tarixdə qüvvədə olmuş redaksiyasının tələbinə görə, bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinə uyğun olaraq bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Həmin Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2006-cı il tarixli 377 nömrəli Fərmanının 2.11-ci bəndinə görə gözlənilən pensiya ödənişi müddəti 144 ay (12 il) nəzərdə tutulmuşdur. xx.xx.2020-ci il tarixə iddiaçının güzəştli şərtlə pensiyaya çıxma yaşı 55 il, bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı isə 61 il 6 ay təşkil edir. Buna uyğun olaraq, düstur üzrə T = (61 il 6 ay - 55 il) + 144 ay = 78 ay + 144 ay = 222 ay. Deməli, qeyd edilən tarixə iddiaçıya münasibətdə tələb olunan pensiya kapitalı 44400,00 manat təşkil etmişdir: PSK = SH x T = 200 manat x 222 ay = 44400,00 manat. Deməli, İddiaçı münasibətdə 4-cü bənddə qeyd olunan dispozisiya şərti mövcud olmamışdır. Müvafiq normanın bütün dispozisiya şərtlərinin mövcud olub-olmadığını yoxladıqdan sonra növbəti addım qismində cavabdehin düzgün hüquqi nəticəni seçib-seçmədiyi müəyyən olunmalıdır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün sadalanan dörd şərtin hər biri mövcud olmalıdır. Cavabdeh sadalanan şərtlərdən hətta birinin mövcud olmadığı təqdirdə iddiaçıya pensiya təyinatından imtina etməkdə haqlıdır. Odur ki, İddiaçı pensiya kapitalı kifayət etmədiyindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Beləliklə, cavabdeh İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etməklə düzgün hüquqi nəticəyə gəlmişdir. Deməli, cavabdehin imtinası qanunauyğundur. Bundan başqa, Mərkəzi Filialın əmək pensiyasının təyin edilməsi haqqında xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-9981/2023 nömrəli qərarında da qeyd olunduğu kimi xx.xx.2023-cü il tarixə İddiaçı güzəştli iş stajı 10 il 2 ay 28 gün təşkil etmişdir. Deməli, xx.xx.2020-ci il tarixdə güzəştli iş stajı ilə bağlı dispozisiya şərti iddiaçıya münasibətdə mövcud olmamışdır. İddiaçı barəsində Heydər Əliyev adına X5 təqdim etdiyi xx.xx.2021-ci il tarixli SOCAR**********81200601B00056 nömrəli arayışda İddiaçı xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək işlədiyi vəzifə əmtəə parkı (əmtəə benzinlərinin hazırlanması və nəqli) əmtəə qrupunda texnoloji nasosların maşinsti kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci ii tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa) kömürün və şistin emalı adlı 10.5-ci bəndində isə qaz benzini və mayeləşdirilmiş qazın istehsalı üzrə texnoloji nasosların maşinistləri peşəsi qeyd olunmuşdur. Deməli, iddiaçının çalışdığı vəzifə Siyahıda nəzərdə tutulmuş peşələrə aid deyil. S.X1 xx.xx.2023-cü il tarixli müraciəti nəticəsində ona xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Belə ki, həmin pensiya təyinatının hüquqi əsasını “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsi təşkil etmişdir. Qeyd edilən normanın müraciət tarixində qüvvədə olmuş redaksiyası aşağıdakı kimi ifadə olunmuşdur: “Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.” Həmin Qanunun 7-ci maddəsinə görə 63 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd edilən normalar əsasında ümumi yaş həddi 5 il azaldılmış və ərizəçi İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ 58 yaşının tamam olduğu tarixdə yaranmışdır. Bu səbəbdən ərizəçi İddiaçı xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur. Beləliklə, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ xx.xx.2020-ci il tarixdə deyil, yalnız xx.xx.2023-cü il tarixdə yarana bilərdi.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Əsaslandırıcı hissə:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan: İddiaçıya məxsus AZE seriyalı ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1965-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. xx.xx.1987-ci il tarixdə İddiaçı adına açılmış ИT-İ ******* №-li əmək kitabçasının notarial qaydada tərcüməsi təsdiq olunmuş surətindən müəyyən olunur ki, o, xx.xx.1981-ci il tarixdə Azərbaycan SSR Astara rayon Xİİ Partiya Qurultayı tərəvəzçilik sovxozuna fəhlə kimi qəbul edilmiş, xx.xx.1987-ci ildə işdən azad edilmişdir; xx.xx.1987-ci il tarixdə RTİ-72 “Şehremon” tikinti trestinə müvəqqəti olaraq 2 saylı sahəyə fasad işçi kimi qəbul olunmuş, xx.xx.1987-ci il tarixdə işdən azad edilmişdir; xx.xx.1988-ci ildə yığıcı-tələbə kimi uşaq oyuncaqları sexinə işə qəbul edilmiş, xx.xx.1992-ci il tarixdə işdən azad edilmişdir; xx.xx.2003-cü il tarixdə “Azərneftyanacaq” X6 bağlanmış əmək müqaviləsində nəzərdə tutulmuş şərtlərə əsasən əmtəə benzinləri üzrə 7 №-li sexin neft məhsullarının yüklənməsi estakadasına 4-cü dərəcəli xadimə qəbul edilmiş; xx.xx.2004-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2004-cü il tarixli 42 №-li əmrinə əsasən “Azərneftyanacaq” X7 “Heydər Əliyev adına” Bakı X7 adlandırılmış; xx.xx.2006-cı il tarixdə həmin sexin 3 №-li çənlər parkına 4-cü dərəcə ilə istehsalat binaları xadiməsi peşəsinə keçirilmişdir; xx.xx.2006-cı il tarixdə 7 saylı sexin 3 №-li çənlər parkının istehsalat binaları xadiməsi peşəsinin adı dəyişdirilərək, istehsalat sahələrini və xidməti otaqları yığışdıran adlandırmışdır; xx.xx.2008-ci il tarixdə əmtəə benzinləri üzrə 7 №-li sexin 3 №-li çənlər parkının adı dəyişdirilərək, 2 №-li əmtəə parkı adlandırılmışdır. xx.xx.2009-cu il tarixdə əmtəə benzinlərinin hazırlanması üzrə 7 №-li istehsalatın 3 №-li əmtəə parkının 4-cü dərəcəli istehsalat sahəsini və xidməti otaqları yığışdıran sayılır; xx.xx.2009-cu il tarixdə həmin istehsalatın 4 №-li əmtəə parkına (mazut dizel və kerosinin nəqli) 3-cü dərəcəli əmtəə operatoru peşəsinə keçirilmişdir; xx.xx.2010-cu il tarixdə tarif ixtisas komissiyasının protokoluna əsasən həmin peşə üzrə 4-cü dərəcəsi verilmişdir; xx.xx.2015-ci il tarixdə “Heydər Əliyev adına” Bakı X5 xx.xx.2015-ci il tarixli, SOCAR 15-1709/xx-xx-030078 №-li əmrinə əsasən Heydər Əliyev adına Bakı X7, Heydər Əliyev adına X7 adlandırılmışdır; xx.xx.2015-ci il tarixdə əmtəə benzinlərinin hazırlanması üzrə 7 №-li istehsalatın 1 №-li əmtəə parkının (əmtəə benzinlərinin hazırlanması və nəqli) əmtəə qrupu (komponentlərin qəbulu və hazırlanması) 4-cü dərəcəli texnoloji nasosların maşinisti peşəsinə qəbul edilmişdir; xx.xx.2016-cı il tarixdə təzə ştat cədvəlinə əsasən əmtəə benzinlərinin hazırlanması üzrə 7 №-li istehsalatın 1 №-li əmtəə parkının əmtəə qrupunda 4-cü dərəcəli texnoloji nasosların maşinisti peşəsində sayılır; xx.xx.2019-cu il tarixdə əmtəə benzinlərinin hazırlanması üzrə 7 №-li istesalatın 4 №-li əmtəə parkına 4-cü dərəcəli əmtəə operatoru peşəsinə keçirilmişdir. Heydər Əliyev adına X5 xx.xx.2021-ci il tarixli, SOCAR**********81200601B00056 №-li “Zərərli iş şəraiti haqqında arayış”ında qeyd olunmuşdur ki, İddiaçı xx.xx.2009-cu il tarixdən xx.xx.2015-ci il tarixə kimi 7 №li istehsalat, 4 №li əmtəə parkı (mazut, dizel və kerosinin nəqli) əmtəə operatoru, xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixə kimi 7 №li istehsalat, 1 №li əmtəə parkı (əmtəə benzinlərinin hazırlanması və nəqli) əmtəə qrupu (komponentlərin qəbulu və hazırlanması), texnoloji nasosların maşinisti və xx.xx.2019-cu il tarixdən hal-hazıradək 7 №li istehsalat, 4 №li əmtəə parkı, əmtəə operatoru vəzifəsində işləmişdir. Heydər Əliyev adına X5 xx.xx.2024-cü il tarixli, 01 №-li arayışına əsasən Heydər Əliyev adına X6 (NEZ) texnoloji nasosların maşinisti peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarının 10.5.1 (Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa) kömürün və şistin emalı) bölməsi ilə təsdiq olunmuş funksiyalar: xammalın, yarımfabrikatların və hazır məhsulun, reagentlərin, yanacağın nəql edilməsi ilə məşğul olan fəhlələr Heydər Əliyev adına X6 mövcud ştat cədvəlində olan texnoloji nasosların maşinisti peşəsi ilə eynilik təşkil edir. Birinci instansiya məhkəməsinin müvafiq sorğusuna əsasən Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/2-167012/2023 №-li məktubu ilə məhkəməyə təqdim edilmiş İddiaçı aid pensiya işinin materiallarına əlavə edilmiş; - Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının “Əmək pensiyasının təyin edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3-9981/2023 №-li Qərarının təsdiq edilmiş surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.2023-cü il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun əsas götürüldüyü 9.1-ci maddəsinə əsasən yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2023-cü il tarixli, xxxxxxx230008 №-li müraciət vərəqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.2023-cü il tarixdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanun: 1.0.1. Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.2. Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 9.1-ci maddəsinin 13 may 2022-ci il tarixədək olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.1-ci maddəsinin 13 may 2022-ci il tarixdən sonrakı redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunun 2.1-ci maddəsinə əsasən bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1–9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçıya 55 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 4 əsas mövcud olmalıdır: 1) iddiaçının 55 yaşına çatması; 2) iddiaçının azı 20 il ümumi iş stajının mövcud olması; 3) iddiaçının azı 10 il güzəştli iş stajının mövcud olması; 4) fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının minimum pensiyaya imkan verməsidir; Yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddi ilə bağlı şərt iddiaçı tərəfindən ödənilmişdir. Belə ki, işin faktiki hallarından da göründüyü kimi, xx.xx.1965-ci il təvəllüdlü iddiaçının xx.xx.2020-ci il tarixində, yəni 55 yaşında pensiya yaşına çatması işin mübahisəsiz hallarına aiddir. Belə olan halda isə iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı yaş şərtini ödəmişdir. 01 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır. ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın “Sosial sığorta stajının hesablanması proseduru” adlanan 3-cü hissəsində göstərilmişdir ki, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının PAS-a (X4) daxil edilməsi üçün əsas olan sənədlərdən biri də əmək kitabçasıdır. İş materiallarında olan iddiaçının əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, iddiaçı: xx.xx.1981-xx.xx.1987-ci illərdə işlədiyi dövrdə əmək stajı - 06 il, 06 ay, 03 gün; xx.xx.1987-xx.xx.1987-ci illərdə işlədiyi dövrdə əmək stajı – 03 ay; xx.xx.1988xx.xx.1992-ci illərdə işlədiyi dövrdə əmək stajı – 04 il, 05 ay, 11 gün; xx.xx.2003xx.xx.2009-cu illərdə işlədiyi dövrdə əmək stajı – 05 il, 06 ay, 19 gün; xx.xx.2009xx.xx.2020-ci illərdə işlədiyi dövrdə əmək stajı – 10 il, 09 ay, 10 gün; Beləliklə, iddiaçının əmək kitabçasında qeydlər əsasında ümumi iş stajı 27 il, 06 ay, 13 gün təşkil edir ki, bu isə özlüyündə sonuncu tərəfindən 55 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş ümumi stajının ödənildiyini sübut edir. 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə, şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. İddiaçı barəsində Heydər Əliyev adına X5 xx.xx.2021-ci il tarixli, SOCAR**********81200601B00056 №-li “Zərərli iş şəraiti haqqında arayış”ı ilə sonuncunun işlədiyi əmtəə operatoru və əmtəə parkının əmtəə qrupunda texnoloji nasosların maşinsti peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci ii tarixli, 12 nömrən Qərarının 10.5. (Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa) kömürün və şistin emalı) bölməsinə aid olduğu qeyd olunmuşdur ki, bu isə məhkəmə üçün güzəştli iş stajının müəyyən edilməsi üçün mötəbər sübut hesab olunur. Beləliklə qanunvericiliyin müddəalarını və əmək kitabçasında olan qeydlərlə birgə qiymətləndirdikdə müəyyən edilir ki, iddiaçının pensiya hüququ yaranan xx.xx.2020-ci il tarixədək güzəştli iş stajı 10 il, 09 ay, 10 gün olmaqla, ümumi iş stajı 20 ildən çox yəni, 27 il, 06 ay, 13 gün təşkil edir. İddiaçıya 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş yaş, ümumi və güzəştli iş stajları ilə bağlı nəzərdə tutulan şərtlər ödənilsə də, fərdi hesabın sığorta hissəsində toplanmış pensiya kapitalı ilə bağlı şərt mübahisələndirilmişdir. Belə ki, cavabdeh tərəfindən verilən imtina məktubundan, həmçinin də, məhkəməyə təqdim olunmuş etiraz ərizəsində göstərilmişdir ki, İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 38245,65 manat təşkil edir. “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinə görə, bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 06 mart 2006-cı il tarixli, 377 nömrəli Fərmanın 2.11-ci bəndi ilə müəyyən edilmişdir ki, həmin Qanunun 45-ci maddəsinin birinci cümləsinə uyğun olaraq həmin Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti 144 ay (12 il) nəzərdə tutulur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 4.1.2-ci bəndinə görə, 01 iyul 2020 – 30 iyun 2021 dövr üzrə qadınlar üzrə pensiya yaşı 62 yaş müəyyən olunmuşdur. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxması üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalı 43161,29 manat (cavabdehin xx.xx.2021-ci il tarixli, **********1 saylı güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında məktunda istinad olunan) təşkil etməlidir. “Əmək pensiyaları haqqında” Qanunun: -1.0.10-cu maddəsinə əsasən, müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlər məbləği pensiya kapitalıdır. - 6-1-ci maddəsinə əsasən, bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğində müəyyən olunur. Bu Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Təyin edilmiş əmək pensiyasının məbləğinin əmək pensiyasının minimum məbləğinə çatdırılması məqsədilə bu maddəyə əsasən ödənilən məbləğ əmək pensiyasının sığorta hissəsinin tərkibi hesab edilir.; - 10.4-cü maddəsinə əsasən, yaşa görə əmək pensiyasının məbləği P=SH+YH düstürü ilə müəyyən edilir ki, burada P- pensiya kapitalı, SH-yaşa görə əmək pensiyasının sığorta hissəsi, YH –yaşa görə əmək pensiyasının yığım hissəsidir. - 27.1-ci maddəsinə görə, sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Şərh olunan qanunvericiliyin müddəalarından məlum olur ki, “pensiya kapitalı” anlayışı və onun hesablanması qaydaları pensiya qanunvericiliyində geniş olaraq təsvir olunmuşdur. Ümumiyyətlə pensiya kapitalı - elə bir vəsait toplusudur ki, həmin vəsait hesabına vətəndaşların əmək pensiyası məbləği formalaşır. Pensiya kapitalının müəyyən edilməsinin fundamental əsası fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərdən irəli gəlir. Nəzərə alınmalıdır ki, qanunvericilik xx.xx.2006-cı il tarixədək vətəndaşın qazanmış olduğu pensiya kapitalının müəyyən edilməsini fərqləndirmişdir ki, bu zaman pensiya kapitalı həmin dövrə aid olan ümumi iş stajı, pensiya kapitalının ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq 2006-2020-ci illər üzrə istehlak qiymətləri indeksinin illik səviyyəsi əsasında indeksləşdirilməsi nəzərə alınmaqla hesablanır. Pensiya təyinatı alt sistemindən çıxarışdan müəyyən olunur ki, iddiaçının pensiyası 1992-ci ilə qədər 9956,08 manat və 1992-ci ildən 2006-cı ilə kimi isə 2659,58 manat təşkil etməklə, ümumillikdə 12615,66 manatdır. İddiaçının 2006-cı il tarixdən sonra pensiya kapitalı: 2006-ci il üzrə iddiaçının pensiya kapitalı - 1146,61 (1074,46+71,15) manat, 2007-ci il üzrə iddiaçının pensiya kapitalı – 1388,11 (1335,23+52,88) manat, 2008-ci il üzrə iddiaçının pensiya kapitalı – 1500,38 manat, 2009-cu il üzrə iddiaçının pensiya kapitalı – 1529,02 manat, 2010-cu il üzrə iddiaçının pensiya kapitalı – 2182,78 manat, 2011-ci il üzrə iddiaçının pensiya kapitalı – 2204,72 manat, 2012-ci il üzrə iddiaçının pensiya kapitalı – 2278,73 (2262,57+16,16) manat, 2013-cü il üzrə iddiaçının pensiya kapitalı – 2557,73 (2554,34+3,39) manat, 2014-cü il üzrə iddiaçının pensiya kapitalı – 2661,04 manat, 2015-ci il üzrə iddiaçının pensiya kapitalı – 2578,05 manat, 2016-ci il üzrə iddiaçının pensiya kapitalı – 2835,07 manat, 2017-ci il üzrə iddiaçının pensiya kapitalı – 2507,28 manat, 2018-ci il üzrə iddiaçının pensiya kapitalı – 2407,57 manat, 2019-cu il üzrə iddiaçının pensiya kapitalı – 2631,98 (2449,40+182,58) manat, 2020-ci il üzrə iddiaçının pensiya kapitalı – 762,35 (265,51+216,04+280,80) manat təşkil etmişdir. Bu isə ümumillikdə 2006-cı il tarixdən iddiaçının pensiya hüququ yaranan tarixədək pensiya kapitalının 31171,42 manat olması deməkdir. Ümumilikdə isə iddiaçının əmək fəaliyyətinə başladığı gündən pensiya hüququ yaranan xx.xx.2020-ci il tarixə kimi pensiya kapitalı 43787,08 manat olması deməkdir. Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayətində göstərilənlər iddiaya etirazın dəlilləri ilə eyni məzmunlu olub, hazırkı qərarın təsviri əsaslandırıcı hissəsində göstərilənlərə əsasən əsassızdır və hazırkı qərarın ləğvi üçün əsas deyildir. Cavabdeh inzibati orqan apellyasiya şikayətində iddiaçının tələbinin təmin edilməməsi istiqamətində dəlilləri sadalamaqla kifayətlənmiş, iddiaçının təqdim etdiyi sübutların əksini təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırki işdə cavabdeh imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.1965-ci il təvəllüdlü İddiaçı xx.xx.2023-cü il tarixdən (xx.xx.2023-cü il tarixli 3-17-1(3-3-9981/2023 saylı qərarla) təyin olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının, təyin olunma vaxtı dəyişdirilməklə, ona 55 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə nəticəyə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, həmin dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır.
Nəticəvi hissə:
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11226/2023 saylı, 14 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə