Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-867/2025 26.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi və məruzəsi ilə, Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Əsədova Leyla Kamran qızının katibliyi ilə, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Mədəniyyət Nazirliyi X2 İnzibati və Təsərrüfat Müdiriyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarların ləğv edilməsi tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(112)-9027/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Mədəniyyət Nazirliyi X2 İnzibati və Təsərrüfat Müdiriyyəti cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2024-cü il tarixli **********977200 saylı, xx.xx.2024-cü il **********418100 saylı, xx.xx.2024-cü il **********922400 saylı, 21 iyun 2024-cü il tarixli **********175800 saylı, xx.xx.2024-cü il tarixli № 3-21-2-3/2-15567/2024 saylı qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (*iddia tələbi dəqiqləşdirilmişdir). İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı aidiyyəti üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən əlavə dəyər vergisinin ödəyicisi kimi qeydiyyatdan keçmiş və ********** saylı VÖEN almışdır. Hal-hazırkı dövrə qədər bir neçə dəfə vergi yoxlaması aparılmış, müəssisənin sahibkarlıq fəaliyyəti dövründə heç bir vergilərin ödənilməsindən yayınma faktları aşkarlanmamışdır. Mühasibat sənədləri Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş ciddi uçot blanklarından istifadə edilməklə vaxtlı-vaxtında aparılmışdır. Müəssisə eyni analoji iş və xidmətləri aparılması ilə məşğul olmuş və müəssisənin fəaliyyətində heç bir vergilərin azaldılması faktı aşkarlanmamışdır. İddiaçının şəxsi hesab vərəqəsinə cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli № **********977200 qərarla 2024-cü il yanvar ayı üçün 10.383,94 manat ƏDV hesablanmışdır və müəssisənin şəxsi hesab vərəqəsinə işlənmişdir. Müəssisə tərəfindən cavabdehə hesablanmış kameral vergi məbləğinin silinməsinə dair müraciət edilməsinə baxmayaraq inzibati orqan tərəfindən heç bir tədbir görülməmiş, vergi məbləğləri azaldılmamışdır. Kameral barədə xəbərdarlıq məktubu müəssisə tərəfindən alınarkən vaxtında müvafiq tələb olunan sənədlərin vergi orqanına göndərilməsinə baxmayaraq hesablamalar qanunsuz olaraq aparılmışdır. Müəssisə tərəfindən 2022-2023-cü illərdə "xxxx" MMC (VÖEN: **********), "xxxx" MMC (VÖEN: **********) və "xxxx" MMC (VÖEN: **********) müəssisələri ilə müqavilə bağlanmışdır, onlardan müxtəlif təsərrüfat-tikinti malları, yəni rəng, emulsiya, müxtəlif ofis malları və s. alınmışdır. Müəssisəyə hesablanmış ƏDV-nin əsasında yuxarıda göstərilən müəssisələrin əməliyyat aparıldığı tarixdən sonra, yəni xx.xx.2024, xx.xx.2024cü il tarixlərdə riskli vergi ödəyicisi hesab edilmələri olmuşdur. Əlbəttə ki, müəssisə tərəfindən "xxxx", "xxxx", "xxxx" MMC-lər ilə əməliyyatlar aparılarkən, yəni onlar tərəfindən elektron qaimə faktura təqdim edilərkən və müvafiq mallar alınarkən onların riskli vergi ödəyicisi olması barədə məlumatları olmamışdır, həmçinin həmin müəssisələrinin riskli vergi ödəyicisi olması barədə heç bir inzibati qərar çıxarılmamışdır. Vergi Məcəlləsinin 13.2.82 maddəsinə əsasən riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən qəbul edilir. 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarda isə vergi ödəyicisinin hansı hallarda riskli vergi ödəyicisi hesab edilməsi meyarları müəyyən edilmişdir. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, aparılmış araşdırma zamanı xx.xx.2024-cü il tarixdə təqdim edilmiş 2024-cü ilin yanvar ayı ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim edilmiş EBDV seriyalı 347515 nömrəli, EBDS seriyalı 750442 nömrəli , EBDS seriyalı 764042 nömrəli, EBDO seriyalı 691996 nömrəli, EBDO seriyalı 535006 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermədiyi məzmunda kənarlaşma aşkar edilmişdir. Qeyd edilən elektron qaimə-fakturalar üzrə 10383.94 manat ƏDV məbləğinin vergi ödəyicisi tərəfindən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0,0 manat olması nəticəsində 47520,00 manat kənarlaşma yaranmışdır. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və müəyyən edilmiş kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********530400 nömrəli uyğunsuzluq məktubu göndərilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2024-cü ilin yanvar ayı üzrə 10383.94 manat əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********977200 nömrəli “Vergilərin hesablanması barədə” Qərar göndərilmişdir. Aparılmış araşdırma zamanı vergi ödəyicisi tərəfindən riskli elektron qaimə fakturalar əldə etməsinə baxmayaraq müvafiq dövr üzrə təqdim edilmiş ƏDV bəyannamələrində əvəzləşmə əməliyyatlarının aparılması kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və bu barədə vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********925700 nömrəli “ Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2023-cü ilin dekabr ayı üçün ƏDV bəyannaməsi üzrə 6994.37 manat məbləğində əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********418100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Aparılmış araşdırma zamanı vergi ödəyicisi tərəfindən riskli elektron qaimə fakturalar əldə etməsinə baxmayaraq müvafiq dövr üzrə təqdim edilmiş ƏDV bəyannamələrində əvəzləşmə əməliyyatlarının aparılması kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və bu barədə vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********559500 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2024-cü ilin mart ayı üçün ƏDV bəyannaməsi üzrə 3606.00 manat məbləğində əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********922400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Aparılmış araşdırma zamanı vergi ödəyicisi tərəfindən riskli elektron qaimə fakturalar əldə etməsinə baxmayaraq müvafiq dövr üzrə təqdim edilmiş ƏDV bəyannamələrində əvəzləşmə əməliyyatlarının aparılması kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və bu barədə vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********099600 nömrəli “ Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2023-cü ilin may ayı üçün ƏDV bəyannaməsi üzrə 543.63 manat məbləğində əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********175800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Həmçinin cavabdeh etiraza əlavəsində bildirmişdir ki, vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2023-cü il mənfəət vergisi bəyannaməsində göstərilmiş 132475,83 manat xərc məbləğinin uçot-baza məlumatlarına əsasən (əldə edilmiş elektron-qaimə fakturalar(120309,7 manat əmtəəsiz əməliyyatlar çərçivəsində 2023-cü il ərzində əldə edilmiş elektron qaimə fakturalar nəzərə alınmamaqla), yük-gömrük bəyannamələri, alış aktları) təsdiqini tapmadığı müəyyən edilmişdir ki, bu da kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Həmçinin, Vergi Məcəlləsinin 130.4-cü maddəsinə əsasən kiçik, orta və iri sahibkarlıq subyektləri xx.xx.2023-ci il tarixdən etibarən gəlirlərin və xərclərin uçotunu hesablama metodu ilə aparmalı olduğunu nəzərə alaraq, tərəfinizdən 2022-ci il kassa metodu ilə təqdim edilmiş mənfəət vergisi bəyannaməsinə əsasən 2022-ci ilin sonuna (və ya 2023-ci ilin əvvəlinə) göstərilmiş sair debitor qalıq məbləği ilə tərəfinizdən təqdim edilmiş 2023-cü il mənfəət vergisi bəyannaməsinin "Vergilərin uçotu metodunun dəyişilməsi nəticəsində yaranan keçmiş illərin gəliri" sətrində göstərilmiş məbləğ ilə 30152.63 manat fərq yaranmışdır. Qeyd edilən kənarlaşma ilə bağlı vergi ödəyicisinə 21,07.2024-cü il tarixli **********952800 nömrəli “2023-cü il mənfəət vergisi bəyannaməsi üzrə yaranmış uyğunsuzluqlar barədə” uyğunsuzluq məktubları göndərilmişdir. Lakin, kənarlaşmalar aradan qaldırılmaqla dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2023-cü il mənfəət vergisi bəyannaməsi üzrə 32309.47 manat əlavə vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********571600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(112)-9027/2024 saylı qərarı ilə (hakim B.M.Cəlalov) iddia tələbi təmin edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********977200 saylı, xx.xx.2024-cü il **********418100 saylı, xx.xx.2024-cü il **********922400 saylı, 21 iyun 2024-cü il tarixli **********175800 saylı, xx.xx.2024-cü il tarixli № 3-21-2-3/2- 15567/2024 saylı "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarlarının ləğv edilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(112)-9027/2024 saylı qərarı cavabdeh tərəfindən mübahisələndirilmiş və apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə təqdim edilmiş 2024-cü ilin yanvar ayı ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim edilmiş EBDV seriyalı 347515 nömrəli, EBDS seriyalı 750442 nömrəli , EBDS seriyalı 764042 nömrəli, EBDO seriyalı 691996 nömrəli, EBDO seriyalı 535006 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermədiyi məzmunda kənarlaşma aşkar edilmişdir. Qeyd edilən elektron qaimə-fakturalar üzrə 10 383.94 manat ƏDV məbləğinin vergi ödəyicisi tərəfindən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0,0 manat olması nəticəsində 47 520,00 manat kənarlaşma yaranmışdır. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və müəyyən edilmiş kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********530400 nömrəli uyğunsuzluq məktubu göndərilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2024-cü ilin yanvar ayı üzrə 10 383.94 manat əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********977200 nömrəli “Vergilərin hesablanması barədə” Qərar göndərilmişdir. Bildiririk ki, aparılmış araşdırma zamanı vergi ödəyicisi tərəfindən riskli elektron qaimə fakturalar əldə etməsinə baxmayaraq müvafiq dövr üzrə təqdim edilmiş ƏDV bəyannamələrində əvəzləşmə əməliyyatlarının aparılması kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və bu barədə vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********925700 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37- ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2023-cü ilin dekabr ayı üçün ƏDV bəyannaməsi üzrə6994.37 manat məbləğində əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********418100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Aparılmış araşdırma zamanı vergi ödəyicisi tərəfindən riskli elektron qaimə fakturalar əldə etməsinə baxmayaraq müvafiq dövr üzrə təqdim edilmiş ƏDV bəyannamələrində əvəzləşmə əməliyyatlarının aparılması kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və bu barədə vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********559500 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37- ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2024-cü ilin mart ayı üçün ƏDV bəyannaməsi üzrə 3606.00 manat məbləğində əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********922400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Aparılmış araşdırma zamanı vergi ödəyicisi tərəfindən riskli elektron qaimə fakturalar əldə etməsinə baxmayaraq müvafiq dövr üzrə təqdim edilmiş ƏDV bəyannamələrində əvəzləşmə əməliyyatlarının aparılması kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və bu barədə vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********099600 nömrəli “ Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2023-cü ilin may ayı üçün ƏDV bəyannaməsi üzrə 543.63 manat məbləğində əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********175800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2023-cü il mənfəət vergisi bəyannaməsində göstərilmiş 132475,83 manat xərc məbləğinin uçot-baza məlumatlarına əsasən (əldə edilmiş elektronqaimə fakturalar(120309,7 manat əmtəəsiz əməliyyatlar çərçivəsində 2023-cü il ərzində əldə edilmiş elektron qaimə fakturalar nəzərə alınmamaqla), yük-gömrük bəyannamələri, alış aktları) təsdiqini tapmadığı müəyyən edilmişdir ki, bu da kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Həmçinin, Vergi Məcəlləsinin 130.4-cü maddəsinə əsasən kiçik, orta və iri sahibkarlıq subyektləri xx.xx.2023-ci il tarixdən etibarən gəlirlərin və xərclərin uçotunu hesablama metodu ilə aparmalı olduğunu nəzərə alaraq, tərəfinizdən 2022-ci il kassa metodu ilə təqdim edilmiş mənfəət vergisi bəyannaməsinə əsasən 2022-ci ilin sonuna (və ya 2023-ci ilin əvvəlinə) göstərilmiş sair debitor qalıq məbləği ilə tərəfinizdən təqdim edilmiş 2023-cü il mənfəət vergisi bəyannaməsinin "Vergilərin uçotu metodunun dəyişilməsi nəticəsində yaranan keçmiş illərin gəliri" sətrində göstərilmiş məbləğ ilə 30152.63 manat fərq yaranmışdır. Qeyd edilən kənarlaşma ilə bağlı vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********952800 nömrəli “2023-cü il mənfəət vergisi bəyannaməsi üzrə yaranmış uyğunsuzluqlar barədə” uyğunsuzluq məktubları göndərilmişdir. Lakin, kənarlaşmalar aradan qaldırılmaqla dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2023-cü il mənfəət vergisi bəyannaməsi üzrə 32309.47 manat əlavə vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********571600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Məhkəmə qərarında qeyd edir ki, iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən dəyəri 4992,58 manat mal almış və Nastecor Group” MMC arasında bağlanmış xx.xx.2023-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən dəyəri 4992,58 manat mal almışdır. Baş idarənin Operativ Vergi və Uçotun Təşkili Baş İdarəsinin Sahə təhkimçiliyi İdarəsinin 4-cü şöbəsinin əməkdaşı tərəfindən tərtib edilmiş akta əsasən "Nastecor Group” MMC-yə (VÖEN **********, obyekt kodu **********-11001) məxsus Bəki şəhəri Qaradağ rayonu, Lökbatan şıq, Dadaş Bünyadzadə (Lökbatan) ev.2 d ünvanında müşahidə zamanı cəmiyyətə aid olan ********** mobil telefon nömrəsi ilə əlaqə saxlanılması mümkün olmadı. Belə ki, Baki Şəhəri Qaradağ rayonu. Lökbatan ştq. Dadaş Bünyadzadə (Lökbatan) ev.2 d ünvanında müşahidə zamanı "Nastecor Group” MMC-yə (VÖEN **********, obyekt kodu **********-11001) məxsus obyektin olmadığı müəyyən edilmişdir. Həmçinin məhkəmə qeyd edir ki, cavabdeh vergi orqanı iddiaçıya Vergi Məcəlləsinin 109.9-cu maddəsinə əsasən mənfəət vergisi hesablayarkən, yalnız iddiaçı müəssisənin qarşılıqlı əməliyyat apardığı şəxslərin (mal aldığı şəxslərin) alışında həmin malların olmamasına və təsərrüfat obyektlərinin boş olmasının müəyyən edilməsi halından çıxış etmiş, iddiaçının apardığı əməliyyatlarda həqiqətən malların təqdim edilməsinin baş tutub-tutmaması ilə bağlı hər hansı araşdırma aparmamışdır. Bununla bağlı sübutlar iş materiallarına əlavə edilməsinə baxmayaraq inzibat işin araşdırılması zamanı təqdim edilmiş sübutlara qiymət verilməmişdir. Riskli vergi ödəyicisi statusunu daşıyan vergi ödəyicilərinə, habelə əmtəəsiz və riskli əməliyyatlar apararaq vergidən yayınan vergi ödəyiciləri ilə bağlı Vergi Məcəlləsində bir sıra məhdudlaşdırmalar nəzərdə tutulur. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi Nümayəndə izahatında məhkəməyə bildirdi ki, iddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında müvafiq əməliyyatlar aparılmışdır. Hansı ki həmin əməliyyatlar əmtəəsiz aparılmış əməliyyatlar kimi nəzərə alınmış və əlavə vergi hesablanmışdır. Belə ki, Bakı şəhəri, Lökbatan rayonu ünvanında müşahidə zamanı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus təsərrüfat obyektinin olmadığı müəyyən edilmişdir. Əgər sözügedən müəssisənin obyekti mövcud deyilsə, əməliyyatların necə aparıldığı sualı ortaya çıxır. Göstərilən xüsusatlarla bağlı olaraq da iddiaçının aparmış olduğu əməliyyatlar əmtəəsiz hesab edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən aşağıdakılar müəyyən edilir: - İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən dəyəri 3162,40 manat mal almışdır; iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən dəyəri 7985,40 manat mal almışdır; iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli alqısatqı müqaviləsinə əsasən dəyəri 4964,26 manat mal almışdır; iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli alqısatqı müqaviləsinə əsasən dəyəri 4990,33 manat mal almışdır; iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqısatqı müqaviləsinə əsasən dəyəri 4997,30 manat mal almışdır; iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqısatqı müqaviləsinə əsasən dəyəri 4986,68 manat mal almışdır; iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-ci il tarixli alqısatqı müqaviləsinə əsasən dəyəri 4992,58 manat mal almışdır; iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli alqısatqı müqaviləsinə əsasən dəyəri 3162,40 manat mal almışdır; iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli alqısatqı müqaviləsinə əsasən dəyəri 4964,26 manat mal almışdır; iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən dəyəri 2802,50 manat mal almışdır; iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən dəyəri 4994,94 manat mal almışdır; iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən dəyəri 4992,82 manat mal almışdır; iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən dəyəri 4994,94 manat mal almışdır; iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən dəyəri 4994,30 manat mal almışdır; iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən dəyəri 3551,80 manat mal almışdır; iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən dəyəri 4997,30 manat mal almışdır; iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən dəyəri 4989,04 manat mal almışdır; iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən dəyəri 4991,40 manat mal almışdır; iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən dəyəri 4975,35 manat mal almışdır; iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-ci il tarixli alqısatqı müqaviləsinə əsasən dəyəri 4992,58 manat mal almışdır; iddiaçı ilə "xxxx" MMC arasında "xxxx" MMC-nin iddiaçının www.museumcenter.az web səhifəsinə texniki dəstək göstərməsi ilə bağlı xidmət göstərilməsinə dair dəyəri 708 manat olan xx.xx.2021, xx.xx.2021, xx.xx.2021-ci il tarixli və dəyəri 590 manat olan xx.xx.2021-ci il tarixli müqavilələr bağlanmışdır. Qeyd edilən alqısatqı və xidmət müqavilələrinin qiymət razılaşması protokolu, elektron qaimə fakturaları və təhvil-təslim aktları əlavə edilmişdir. - Dövlət Vergi Xidmətinin xx.xx.2024-cü il tarixli qərarı ilə "xxxx" MMC, xx.xx.2024cü il tarixli qərarı ilə "xxxx" MMC, xx.xx.2024-cü il tarixli qərarı ilə "xxxx" MMC, xx.xx.2024cü il tarixli qərarı ilə "xxxx" MMC, xx.xx.2024-cü ilı tarixli qərarı ilə "xxxx" MMC, xx.xx.2022cii il tarixli qərarı ilə xx.xx.2024-cü il tarixli qərarı ilə "xxxx" MMC, xx.xx.2023-cü il tarixli qərarı ilə "xxxx" MMC, xx.xx.2023-cü il tarixli qərarı ilə xx.xx.2024-cü il tarixli qərarı ilə "xxxx" MMC riskli vergi ödəyicisi hesab edilmişdir. - Cavabdeh tərəfindən iddiaçıya “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024 uyğunsuzluq məktubu göndərilmişdir. - Cavabdehin kameral vergi yoxlaması nəticəsində xx.xx.2024-cü il tarixli, **********977200 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarı əsasında iddiaçıya 10.384,94 manat əlavə dəyər vergisi hesablanmışdır. Cavabdehin kameral vergi yoxlaması nəticəsində xx.xx.2024-cü il tarixli, **********418100 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarı əsasında iddiaçıya 7.476,76 manat əlavə dəyər vergisi hesablanmışdır. Cavabdehin kameral vergi yoxlaması nəticəsində xx.xx.2024-cü il tarixli, **********922400 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarı əsasında iddiaçıya 3.606,00 manat əlavə dəyər vergisi hesablanmışdır. Cavabdehin kameral vergi yoxlaması nəticəsində xx.xx.2024-cü il tarixli, **********175800 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarı əsasında iddiaçıya 543,63 manat əlavə dəyər vergisi hesablanmışdır. Cavabdehin kameral vergi yoxlaması nəticəsində xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2- 15567/2024 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarı əsasında iddiaçıya 32.309,47 manat mənfəət vergisi hesablanmışdır. - Cavabdeh həmin qərarların qəbul edilməsi əsası kimi, iddiaçının qarşıqlı əməliyyat apardığı vergi ödəyicilərinin riskli vergi ödəyicisi hesab edilməsinə, həmin əməliyytaların əmtəəsiz əməliyyatlar olmasına, iddiaçı tərəfindən təqdim edilmiş 2023-cü il mənfəət vergisi bəyannaməsində göstərilmiş 132475,83 manat xərc məbləğinin uçot-baza məlumatlarına əsasən (əldə edilmiş elektron-qaimə fakturalar (120309,7 manat əmtəəsiz əməliyyatlar çərçivəsində 2023-cü il ərzində əldə edilmiş elektron qaimə fakturalar nəzərə alınmamaqla), yük-gömrük bəyannamələri, alış aktları) təsdiqini tapmadığı müəyyən edilmişdir ki, bu da kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd olunan hal həmçinin iddiaçı barəsində Vergi Məcəlləsinin 109.9-cu maddəsinə əsasən əlavə vergi məbləğinin və mənfəət vergisinin hesablanmasına əsas olmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən, riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən: “ ... 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); 2.1.4. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; 2.1.5. vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; 2.1.6. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; 2.1.7. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; 2.1.8. beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər. 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə)”. İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçının vergi ödəyiciləri ilə əməliyyatlar apardığı vaxt həmin hüquqi şəxslər müvafiq olaraq riskli vergi ödəyiciləri olmamışlar. Meyarların 1.3-cü bəndinə əsasən, riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən hazırkı iş üzrə müvafiq əməliyyatlar aparılan zaman iddiaçının əməliyyat apardığı şəxslər riskli vergi ödəyicisi hesab olunması barədə qərar qəbul edilmədiyindən bu barədə İnternet Vergi İdarəsinin portalında xəbərdarlıq xarakterli bildirişlər əks olunmamış, cavabdeh də bununla bağlı hər hansı mübahisə açmamışdır. Apardığı əməliyyatların riskli olması barədə İnternet Vergi İdarəsinin portalında iddiaçıya xəbərdarlıq edilmədiyindən, o, riskli vergi ödəyicisi ilə əməliyyat aparmadığına əmin olmuş və bu hal onun apardığı əməliyyatların şübhə altına alınmasına və ya bununla bağlı hər hansı məhdudlaşmaya məruz qalmasına əsas ola bilməz. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Vergi Məcəlləsi riskli və (ya) əmtəəsiz əməliyyat aparan vergi ödəyiciləri ilə bağlı barələrində “riskli vergi ödəyicisi olması barədə” qərarın qəbulu ilə yanaşı, həmin əməliyyatın iştirakçısı olan tərəflərin, yəni vergi ödəyicilərinin vergi öhdəliklərinin müəyyən edilməsi ilə bağlı əlavə tənzimləmələr də nəzərdə tutmuşdur. Belə ki, Vergi Məcəlləsinin 109.9-cu maddəsinə əsasən, əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir. Vergi Məcəlləsinin 175.11-ci maddəsinə əsasən isə, əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. Vergi ödəyiciləri arasında əməliyyatın həqiqətən də əmtəəsiz baş verdiyi (bunun, vergi ödəyiciləri üçün əhəmiyyətli hüquqi nəticələr yaratması nəzərə alınmaqla) mötəbər sübutlarla təsdiqini tapmalıdır. Həm də nəzərə alınmalıdır ki, bu cür hallarda sübutetmə yükü İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən cavabdeh inzibati orqanın üzərindədir. İnzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman, məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. X1 Məcəllənin 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər. Nəzərə almaq lazımdır ki, inzibati icraatın gedişində inzibati orqan tərəfindən lazımi araşdırma aparılmadığı halda, sonradan məhkəmədən inzibati icraatı əvəz edəcək qaydada araşdırma aparılmasını tələb etməkdə cavabdeh haqlı sayıla bilməz. Bu, məhkəmənin inzibati orqanı əvəz etməsi ilə nəticələnəcəyi üçün yolverilməzdir. Çünki inzibati məhkəmə icraatı inzibati orqanlar tərəfindən aparılmış inzibati icraat üzərində nəzarəti ehtiva edir. Həmin nəzarət şəxsə münasibətdə mahiyyətcə yeni bir inzibati icraatın aparılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bu mənada, cavabdeh inzibati icraatın gedişində lazımi icraat, yəni obyektiv qərarın qəbulu üçün tələb olunan həcmdə və həddə inzibati icraat aparmadan vergi hesabladıqdan sonra, məhkəmə icraatının gedişində məhkəmə tərəfindən inzibati icraat anlamında araşdırma aparılmasını tələb edə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, birinci instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(112)-9027/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Mirzə Tağızadə Kamran Əkbərov
Məhkəmə qərarları › İş №2-1(103)-867/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-867/2025
26.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver