Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-868/2020 18.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Məmmədov Vidadi Məmməd oğlundan və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə; Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı (xx.xx.1998-ci ildə ünvan 1 m. 48 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı əlilliyin təyin olunması tələbinə dair 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-4854/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı xx.xx.2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə (bundan sonra - Xidmət) qarşı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddia qaldıraraq Xidmətin xx.xx.2018-ci il tarixli qərarının ləğv edilməsi və ona 2-ci qrup əlillik verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, uşaqlıqdan gözündə olan xəstəlikdən əziyyət çəkir. Əlillik almaq üçün yaşayış poliklinikasına müraciət etmişdir. müayinə olunması üçün Milli Oftalmologiya Mərkəzinə göndərilmiş və orada 5137 saylı tibbi rəy verilmişdir. Ona əlillik təyin edilməsi üçün 28 saylı şəhər poliklinikası elektron variantda Xidmətə Forma 88 №-li Göndəriş ünvanlanmışdır. xx.xx.2018-ci il tarixdə Xidmət göndərişə baxmış və əsassız olaraq əlillik təyin etməkdən imtina etmişdir. xx.xx.2019-cu il tarixdə cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1227/2019 saylı, xx xxxxx 2019cu il tarixli qərardadı ilə (hakim X.İmanov) iddia mümkün sayılmamışdır. xx.xx.2019-cu il tarixdə iddiaçı qərardaddan apellyasiya şikayəti verərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1227/2019 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1806/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə (hakimlər V.Ağayev, A.Nuriyeva, C.Yusifov) iddiaçının apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(82)-1227/2019 saylı qərardadı ləğv edilmiş, iş baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Qərardaddan kassasiya şikayəti verilməmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1227/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə (hakim R.Kərimli) inzibati iş baxılması üçün aidiyyəti üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)- 4854/2019 nömrəli qərarı ilə (hakim T.Əsədova) iddia tələbi təmin edilmiş, Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin xx.xx.2018-ci il tarixli qərarı ləğv edilmiş, İddiaçı İİ qrup əlillik dərəcəsinin təyin olunması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin üzərinə qoyulmuşdur. xx.xx.2020-ci il tarixdə cavabdehapellyasiya şikayəti (apellyasiya şikayəti rəis Cavid Əbdul-Qədirov tərəfindən imzalanmışdır) verərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-4854/2019 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyəti səhiyyə müəssisəsinin 0097003AABSE №-li göndərişi əsasında xx.xx.2018-ci il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması barədə qərar verilmişdir. Qiymətləndirməyə əsas verən 0097003AABSE göndərişdə əsas xəstəlik kimi «İrsi retinal distrofiyalar, Piqmentli tapetoretinal distrofiya» diaqnozlu xəstəlik, ağırlaşma kimi isə «Binokulyar, orta ağır görmə pozgunluğu, Görmə funksiyasının pozulması» göstərilmişdir. Göndərişdə şəxsin görmə itiliyi «VisOD=0,05 k/ilə 0.3 VisOS=0.03 k/ilə 0.2 ROU-M 8.0 D.» qeyd edilmişdir. Qeyd edilmiş görmə itiliyi Nazirlər Kabinetinin xx xxxxxx 2015-ci il tarixli 413 №- li qərarı ilə təsdiq edilmiş Əsasnaməyə müvafiq olaraq əlilliyin təyininə əsas vermir. Həmçinin göndərişdə hər iki gözdə görmə sahəsinin 10 dərəcəyədək azalması qeyd edilmişdir. Lakin məlumat perimetrik müayinə ilə əsaslandırılmır. Perimetrik müayinənin nəticəsi səthi yazılıb,görmə sahəsinin hansı istiqamətlərdə daralması barədə ətraflı məlumat qeyd edilməmişdir. Buna görə də əlillik təyinatının aparılması mümkün olmamış və əlilliyin təyinindən imtina qərarı verilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi izahat verərək, iddia tələbini qəbul etmədiyini və apellyasiya şikayətini müdafiə etdiyini, birinci instansiya məhkəməsinin qərarının qanunsuz və əsassız olduğundan ləğv edilməsini, iddia tələbinin rədd edilməsini və apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq, o, poliklinika tərəfindən Forma 88-in tam doldurulmadığını qeyd etdi. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iş materiallarına uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası izahatları dinləyib, işin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia rədd edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarına əsasən: -İddiaçı xx.xx.1998-ci ildə Bakı şəhərində doğulmuşdur (AZE ******** №-li Şəxsiyyət Vəsiqəsi). -Əliyeva X2 Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində xx.xx.2018-ci il tarixdə müayinədən keçmiş və buna dair Tibbi rəy tərtib olunmuşdur (xx.xx.2018-ci il tarixli 5137 №-li Tibbi Rəy). -X9 iddiaçıya: VİS 0 D=0,05 k/ilə 0,3 VİS OS=0,03 k/ilə 0,2. OU-ön söbə normal. Göz dibi: OM-q.s.m. monoton, hüdudları aydın, periferiyada piqmentli çöküntülər «sümük cisimcikləri» retinal damarlar daralmış. OU – Görmə sahəsi – 10 dərəcə qədər konsentrik daralıb. Diaqnoz: OU – Piqmentli tapeto-retinal distrofiya. Yüksək dərəcəli miopiya qeyd edilmişdir. -Həmin diaqnoz əsasında iddiaçının xəstəliyinin ağırlığı nəzərə alınaraq əlillik dərəcəsinin təyin edilməsi məqsədilə xx.xx.2018-ci il tarixdə 0097003AABSE №-li 088 №li forma yazılaraq X8 Komissiyasına elektron qaydada göndərilmişdir. X8 Komissiyasının xx.xx.2018-ci il tarixli qərarına əsasən «əlavə müalicəyə ehtiyacın olması və görmə sahəsinin daralmasının səbəbi qeyd olunmayıb» göstərilməklə əlilliyin təyin olunmasıdan imtina edilmişdir. İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, mübahisə yuxarıda qeyd edilən qaydada həll edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən ona əsaslanmışdır ki, X5 adına Milli Oftalmologiya Mərkəzi tərəfindən Xidmətə göndərilmiş 088 №-li Göndərişdən aydın olur ki, iddiaçıya qoyulmuş əsas diaqnozlar ikinci dərəcəli əlilliyin təyin edilməsi üçün əsas verir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş «Tibbi-sosial ekspert komissiyaları haqqında» Əsasnamənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasında əhaliyə göstərilən tibbi-sosial ekspertiza xidməti X8 komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. Həmin Əsasnamənin 1.4-cü bəndinə əsasən əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti (bundan sonra - Xidmət) müəyyən edir; 1.5-ci bəndinə əsasən əlillik müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə»yə əsasən müəyyən edilir; 4.1-ci bəndinə əsasən şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır; 4.2-ci bəndinə əsasən göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılır; 4.7-ci bəndinə əsasən səhiyyə müəssisələri göndərişin keyfiyyətli, vaxtında verilməsi və əsaslandırılması üçün intizam məsuliyyəti daşıyırlar. 4.8-ci bəndinə əsasən TSEK-də göndərişin forması Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Əmək və X3 Nazirliyi ilə razılaşdırılaraq təsdiq edilir; 4.9-cu bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və X3 Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya X6 Ekspertiza və X4 (bundan sonra - TSERAS) ötürülür; 4.9-1-ci bəndinə əsasən TSERAS-a ötürülmüş göndərişlər sistem tərəfindən qəbul edildikdən sonra dərhal göndərişi verən səhiyyə müəssisəsinin, bu göndərişi təsdiq edən şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyi birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər dərhal TSERAS tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədi ilə TSEK-ə (göndərişi vermiş səhiyyə müəssisəsinin ünvanına və şəxsin yaşayış yerinə xidmət edən TSEK istisna olmaqla) göndərilir; 4.9-2-ci bəndinə əsasən qəbul edilmiş qərarların obyektivliyinin təmin edilməsi məqsədi ilə seçmə qaydada eyni göndəriş bir neçə TSEK-ə göndərilə bilər. Müxtəlif TSEK tərəfindən qəbul edilmiş qərarlarda uyğunsuzluq aşkar edildiyi təqdirdə, son qərar Xidmət tərəfindən verilir; 5.4-cü bəndinə əsasən TSEK-in qərarından narazı olan vətəndaşların müraciəti əsasında onların əlilliyinin təkrar qiymətləndirilməsi Xidmət tərəfindən aparılır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş 0097003AABSE və 0097003AABSX saylı göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik müayinələrinin nəticələri, xəstəliyin dinamikası, müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılmamış, əlilliyin təyininə əsas verən ağırlaşmalar qeyd edilməmişdir. Əlilliyin müəyyən olunmasının mexanizmi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 №-li qərarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə»də əks olunmuşdur. Həmin Əsasnamənin 2.2-ci bəndinə əsasən ikinci dərəcə əlillik – xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın; 2.2.10-cu bəndinə əsasən hər iki gözdə görmə itiliyinin korreksiya ilə 0,08 və ondan az olması və ya görmə sahəsinin 20 dərəcəyədək konsentrik daralması (H40-H40.9, H47- H47.5, H52-H53.9) üzrə ikinci dərəcə əlillik təyin edilir. Bununla bağlı olaraq məhkəmə kollegiyası hesab edir ki, səhiyyə müəssisəsinin göndərişində qeyd edilmiş görmə itiliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq əlilliyin təyininə əsas vermir. Göndərişdə perimetrik müayinənin nəticəsi səthi yazılıb, görmə sahəsinin hansı istiqamətlərdə daralması barədə ətraflı məlumat qeyd edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.7-ci maddəsinə əsasən diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. Azərbaycan Respublikası İPM-nin 73.3-cü maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Məhkəmə kollegiyası qeyd edir ki, Məcəllənin 73.3.2-ci maddəsindən göründüyü kimi, inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. Ümumiyyətlə, qanunvericliyin yuxarıda qeyd olunan tələblərindən birmənalı olaraq göründüyü kimi, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsinin, onun müddətinin, səbəbini və əlilliyin başvermə vaxtını TSEK və TSEKin funksiyalarını həyata keçirən Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra - Xidmət) diskresion səlahiyyətidir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının qanunsuz və əsassız olmasına istinad olunan dəlilləri ilə razılaşır və yekunda belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti təmin edilməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-4854/2019 nömrəli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Ona görə də qeyd edilənlərə əsasənməhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayətinin dəlili əsaslı olduğundan təmin olunmalı, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-4854/2019 nömrəli qərarı ləğv edilməli, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)- 4854/2019 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı “Xidmətin xx.xx.2018-ci il tarixli qərarının ləğv edilməsi və ona 2-ci qrup əlillik verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-868/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-868/2020
18.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver