Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-868/2024 08.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi) “sərəncamın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2073/2023 nömrəli, 24 avqust 2023-cü il tarixli qərarından İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Cavabdeh Başçısının xx.xx.2020-ci il tarixli, 224 nömrəli sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Bakı İnzibati Məhkəməsinin (hakim Tural Məlikov) 2-1(112)-2073/2023 nömrəli, 24 avqust 2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan İddiaçı1 apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh Başçısının “Mənzilin xidməti mənzillər siyahısından çıxarılması haqqında” 129 nömrəli, xx.xx.2019-cu il tarixli sərəncamına əsasən, ünvan 1 ünvanında yerləşən mənzilin xidməti mənzillər siyahısından çıxarılması, ünvan 2 ünvanında yerləşən mənzilə dair İddiaçı1 ilə daimi icarə müqaviləsinin bağlanılması, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən Bakı şəhər Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi, 14 saylı evin, 6 saylı mənzilinin gələcəkdə vətəndaş İddiaçı1 adına dövlət qeydiyyatına alınmasının xahiş edilməsi qərara alınmışdır. Həmin sərəncamda göstərilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müvafiq qərarı ilə "Bakı-52" hərbi şəhərciyində yerləşən, təyinatı dəyişdirilərək xüsusi təyinatlı yaşayış binası kimi istifadə edilən binaya Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2019-cu ıl tarixli məktubuna əsasən “ünvan 3 ünvan nömrələri təyin olunmuşdur. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Bakı qarnizonu üzrə mənzil komissiyasının xx.xx.2019-cu il tarixli, 18 nömrəli Protokolu ilə yaşayış sahəsi almaq üçün təminata qoyulmuş, mənzilsiz, kirayədə yaşayan və yaşayış sahələrinin yaxşılaşdırılmasına ehtiyacı olan hərbi qulluqçuların siyahısının təsdiq edilməsi, həmin hərbi qulluqçulara yaşayış sahələrinin verilməsi və əvvəlki kirayə müqavilələrinin ləğv edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hüquq İdarəsinin xx.xx.2019-cu il tarixli, 11/1877 nömrəli məktubuna əsasən Müdafiə Nazirliyinin mənzil fonduna aid olan “ünvan 4 ünvanında yerləşən 20 mənzilin gələcəkdə özəlləşdırilməsının həyata keçirilməsi məqsədi ilə xüsusi təyinatlı (xidməti) mənzil fondundan çıxarılması qanunazidd hesab edilməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2019-cu ıl tarixli, 161 saylı əmnrinə əsasən qeyd olunan ünvanda yerləşən mənzillər yaşayış binasının sosial təyinatlı yaşayış fondu kimi istifadə olunması üçün həmin binanın Abşeron rayon Mənzil-İstismar hissəsinin 6 nömrəli Mənzil-istismar sahəsinə təhvil verilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin məktubuna əsasən İddiaçı1 ünvan 5 ünvanında yerləşən yaşayış sahəsinin gələcəkdə özəlləşdırilməsının həyata keçirilməsi məqsədi ilə xüsusi təyinatlı mənzil fondundan çıxarılması və daimi icarə müqaviləsi bağlanmasına icazənin verilməsi xahiş olunmuşdur. Nəticə etibarilə, qeyd olunan sənədlər əsasında Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən İddiaçı1 həmin mənzildən daimi istifadə hüququna dair xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Bütün bunlara baxmayaraq, Cavabdeh Başçısının 224 nömrəli xx.xx.2020-ci il tarixli sərəncamına əsasən, Yasamal RİH Başçısının 121, 122, 123, 124, 125, 126, 127, 128, 129, 130, 131, 132, 133, 134, 135, 136, 137, 138, 139, 140 nömrəli, xx.xx.2019-cu il tarixli Sərəncamlarının ləğv olunması, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi, ev 14, mənzil 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20 ünvanında yerləşən yaşayış sahələrinə dair vətəndaşların adına verilmiş istifadə hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi və bu mənzillərin xüsusi təyinatlı yaşayış sahələri siyahısına daxil edilməsinin xahiş edilməsi, sərəncamın surətinin Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinə və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə göndərilməsi qərara alınmışdır. Sözügedən sərəncamda göstərilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-istismar idarəsinin xx.xx.2020-ci il tarixli, 3055 saylı məktubuna əsasən Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi, ev 14, mənzil 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20 ünvanında yerləşən yaşayış sahələrinə dair Cavabdeh Başçısının 121, 122, 123, 124, 125, 126, 127, 128, 129, 130, 131, 132, 133, 134, 135, 136, 137, 138, 139, 140 nömrəli, xx.xx.2019-cu il tarixli sərəncamlarının ləğv edilməsi, eyni zamanda onların əsasında verilmiş reyestrdən çıxarışların ləğv edilməsi və bu mənzillərin xüsusi təyinatlı yaşayış sahələri siyahısına daxil edilməsi məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmək xahiş olunmuşdur. Göründüyü kimi, İddiaçı1 münasibətdə qanuni əlverişli inzibati akt, yəni Bakı şəhəri Cavabdeh Başçısının xx.xx.2019-cu il tarixli, 129 nömrəli Sərəncamı, həmin inzibati orqanın ona münasibətdə əlverişsiz inzibati aktı, yəni xx.xx.2020-ci il tarixli, 224 nömrəli sərəncamı ilə ləğv edilmişdir. İnzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Lakin inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Qanunun tələbləri nəzərə alınmamış, iddiaçıya qanuni əsaslarla daimi istifadəsinə verilmiş mənzilin Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Mənzil Fonduna qaytarılması məqsədi ilə iddiaçının adına verilmiş əlverişli inzibati aktının ləğv edilməsi ilə bağlı icraat barədə, eləcə də dinlənilmə hüququ təmin edilmədən, icraat bilavasitə iddiaçının iştirakı olmadan aparılaraq ona münasibətdə əlverişsiz inzibati akt qəbul edilmişdir. Faktiki olaraq cavabdeh digər səlahiyyətli orqanlar tərəfindən verilmiş razılıq məktubları əsasında qəbul etdiyi inzibati aktı ilə iddiaçının daimi istifadəsinə verilmiş mənzilin sonradan, iddiaçının razılığı və məlumatı olmadan, xüsusi təyinatlı (xidməti) yaşayış sahələri siyahısına daxil edilməklə “İnzibati icraat haqqında” Qanunun və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin və Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin tələblərini pozmuşdur. İddiaçının daimi istifadəsinə verilmiş mənzil üzrə hüquqları daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmışdır, yəni iddiaçının qanuni istifadəsində olan mənzilin hal-hazırkı statusu - dövlət mənzil fonduna aid olan yaşayış sahəsidir. Belə olan halda mənzilin xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi iddiaçının əmlak hüquqlarına müdaxilə kimi qiymətləndirilməlidir. İddiaçı üçün əlverişli inzibati akt olan xx.xx.2019-cu il tarixli, 129 nömrəli sərəncamının ləğvi üçün göstərilmiş halların heç biri mövcud olmamışdır. ünvan 7 ünvanında yerləşən mənzilin xidməti mənzillər siyahısından çıxarılması, həmin mənzilə dair İddiaçı1 ilə daimi icarə müqaviləsinin bağlanılması barədə Cavabdeh Başçısının xx.xx.2019-cu il tarixli, 129 nömrəli Sərəncamının (əlverişli inzibati akt) həmin inzibati orqanın digər, yəni 224 nömrəli xx.xx.2020-ci il tarixli sərəncamı ilə (əlverişsiz inzibati akt) ləğv edilməsi faktı, «İnzibati icraat haqqında» Qanunun 67.12-ci maddəsinin tələbi ilə tam ziddiyyət təşkil edir. Həmin normaya əsasən qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. İş materiallarından isə görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin Bakı şəhəri Yasamal RİH-nə ünvanlanmış xx.xx.2019-cu il tarixli, 1787 saylı məktubu ilə “Bakı-52” hərbi şəhərciyində yerləşən xüsusi təyinatlı yaşayış binasının sosial təyinatlı mənzil fonduna keçirilməsinə sərəncam verilməsi xahiş olunmuş və həmin məktub İHB-nın xx.xx.2019-cu il tarixli, 129 nömrəli Sərəncamı ilə təmin edilmişdir. Bundan sonra isə həmin Sərəncam Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin xx.xx.2020-ci il tarixli 3055 saylı məktubuna əsasən 1 il 4 aydan sonra 224 nömrəli xx.xx.2020-ci il tarixli sərəncamla ləğv edilmişdir. Habelə inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Cavabdeh Başçısının xx.xx.2019-cu il tarixli, 129 nömrəli Sərəncamınin ləğvi barədə xx.xx.2020-ci il tarixli 224 nömrəli Sərəncamının qəbul edilməsi qanunauyğun olmamışdır. Lakin buna baxmayaraq, birinci instansiya məhkəməsi İddiaçı1 qanunvericiliyin tələbləri baxımından əsaslı olan iddiasını təmin etməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişlər və bu barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsasən məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, İddiaçı1 adına yüklü edilmiş ünvan 2 (Yeni qaydalarla: AZ 1073, ünvan 10 ünvanında yerləşən 103.5 kv.metr sahədən ibarət, İddiaçı1 adına qeydiyyatdan keçmiş və Bakı şəhəri 19 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən təsdiq edilmiş 3M-1425 reyestrli, xx.xx.2019-cu il tarixli mənzilin istifadə hüququnun bağışlanma müqaviləsinə əsasən qeyd olunan mənzil İddiaçı2 istifadəsinə verilmişdir (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2020). İş materiallarında olan Bakı şəhəri Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubla təqdim edilmiş Azərbaycan Respublikası Müdafiə nazirinin «Bakı-52» hərbi şəhərciyində Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsində yerləşən baş plan üzrə 14 nömrəli 20 mənzilli yaşayış binasının sosial təyinatlı yaşayış fondu kimi istifadə olunması və həmin binanın Abşeron rayon Mənzil-İstismar hissəsinin 6 nömrəli Mənzil-İstismar sahəsinə təhvil verilməsi haqqında» 26 aprel 2019-cu il tarixli, 161 nömrəli əmrinin surətindən görünür ki, Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin rəisinin “Bakı-52" hərbi şəhərciyində, Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsində yerləşən baş plan üzrə 14 nömrəli 20 mənzilli yaşayış binasının sosial təyinatlı yaşayış fondu kimi istifadə olunması və həmin binanın Abşeron rayon Mənzil-istismar hissəsinin 6 nömrəli Mənzil-İstismar sahəsinə təhvil verilməsi ilə bağlı irəli gələn məsələləri qanunvericilikdə müəyyən edilmiş qaydada həll etməsi, təhvil-qəbul işlərinin Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2014-cü il tarixli 55 nömrəli qərarına əsasən aparılması əmr edilmişdir. Həmin məktuba əlavə edilmiş Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Bakı qarnizonu üzrə mənzil komissiyasının xx.xx.2019-cu il tarixli, 18 nömrəli Protokolunun surətindən görünür ki, yaşayış sahəsi almaq üçün təminata qoyulmuş, mənzilsiz, kirayədə yaşayan və yaşayış sahələrinin yaxşılaşdırılmasına ehtiyacı olan hərbi qulluqçuların siyahısına baxılmış, həmin hərbi qulluqçulara yaşayış sahələrinin verilməsi və bu protokol üzrə verilmiş yaşayış sahələrinə (mənzillərə) bağlanılmış əvvəlki kirayə müqavilələrinə xitam verilməsi qərara alınmışdır. Həmin məktuba əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil- İstismar İdarəsi tərəfindən Bakı şəhər Cavabdeh Başçısına ünvanlanmış xx.xx.2019-cu il tarixli, 1786 saylı məktubun surətindən görünür ki, Bakı qarnizonu rəisinin xx.xx.2019-cu ildə təsdiq etdiyi Bakı qarnizonu üzrə mənzil komissiyasının xx.xx.2019-cu il tarixli, 18 nömrəli Protokolu əsasında hərbi qullunçular və onların ailə üzvləri ilə daimi icarə müqaviləsinin bağlanmasına, gələcəkdə həmin mənzillərin özəlləşdirilməsinin həyata keçirilməsinə sərəncam verilməsi xahiş edilmişdir. Həmin məktuba əlavə edilmiş Bakı şəhəri Cavabdeh Başçısının “Mənzilin xidməti mənzillər siyahısından çıxarılması haqqında” 17 may 2019-cu il tarixli, 129 nömrəli Sərəncamına əsasən ünvan 2 ünvanında yerləşən mənzilin xidməti mənzillər siyahısından çıxarılması, ünvan 2 ünvanında yerləşən mənzilə dair vətəndaş İddiaçı1 ilə daimi icarə müqaviləsinin bağlanılması, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən ünvan 2 ünvanında yerləşən mənzilin gələcəkdə vətəndaş İddiaçı1 adına dövlət qeydiyyatına alınmasının xahiş edilməsi qərara alınmışdır. Həmin məktuba əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən Cavabdehnə ünvanlanmış xx.xx.2020-ci il tarixli 3055 nömrəli məktubun surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi, ev 14 ünvanda yerləşən 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17 18 19, 20 nömrəli mənzillərə dair Yasamal RİH tərəfindən verilmiş 17 may 2019-cu il tarixli 121, 122, 123, 124, 125, 126, 127, 128, 129, 130, 131, 132, 133, 134, 135, 136, 137, 138, 139, 140 nömrəli sərəncamların, eyni zamanda onların əsasında verilmiş reyestrdən çıxarışların ləğv edilməsi və bu mənzillərin xüsusi təyinatlı yaşayış sahələri siyahısına daxil edilməsi məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etməsi xahiş olunmuşdur. Həmin məktuba əlavə edilmiş Bakı şəhəri Cavabdeh Başçısının xx.xx.2020-ci il tarixli, 224 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar idarəsinin xx.xx.2020-ci il tarixli, 3055 saylı məktubuna əsasən Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi, ev 14, mənzil 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20 ünvanında yerləşən yaşayış sahələrinə dair Cavabdeh Başçısının 121, 122, 123, 124, 125, 126, 127, 128, 129, 130, 131, 132, 133, 134, 135, 136, 137, 138, 139, 140 nömrəli, xx.xx.2019-cu il tarixli sərəncamlarının ləğv edilməsi, eyni zamanda onların əsasında verilmiş reyestrdən çıxarışların ləğv edilməsi və bu mənzillərin xüsusi təyinatlı yaşayış sahələri siyahısına daxil edilməsi məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edilməsi xahiş olunmuş, qeyd olunanlar nəzərə alınaraq Cavabdeh Başçısının 121, 122, 123, 124, 125, 126, 127, 128, 129, 130, 131, 132, 133, 134, 135, 136, 137, 138, 139, 140 nömrəli, xx.xx.2019-cu il tarixli sərəncamlarının ləğv edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi, ev 14, mənzil 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20 ünvanında yerləşən yaşayış sahələrinə dair vətəndaşların adına verilmiş istifadə hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsinin və bu mənzillərin xüsusi təyinatlı yaşayış sahələri siyahısına daxil edilməsinin xahiş edilməsi qərara alınmışdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu: 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 35.1. Maraqlı şəxs şikayət verilə bilməyən inzibati aktın ləğv olunması və ya dəyişdirilməsi ilə bağlı aşağıdakı hallarda təkrar ərizə ilə inzibati orqana müraciət edə bilər: 35.1.1. inzibati aktın qəbul olunması üçün əsas olmuş faktiki və ya hüquqi hallar maraqlı şəxsin xeyrinə dəyişdikdə; 35.1.2. maraqlı şəxs üçün daha əlverişli inzibati aktın qəbuluna səbəb ola bilən yeni sübutlar aşkar olunduqda; 35.1.3. inzibati aktın aldatma, hədə-qorxu və ya digər qanunsuz hərəkətlər nəticəsində qəbul edildiyi və ya inzibati orqanı təmsil edən şəxsin icraatın gedişatında cinayət törətdiyi qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən olunduqda. 35.2. Bu Qanunun 35.1-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati orqan təkrar ərizəni yoxlamağa və ərizə ilə bağlı müvafiq qərar qəbul etməyə borcludur. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. İşin faktiki halları ondan ibarətdir ki, Bakı şəhəri Cavabdeh Başçısının 17 may 2019cu il tarixli, 129 nömrəli Sərəncamına əsasən ünvan 2 ünvanında yerləşən mənzil xidməti mənzillər siyahısından çıxarılmış və həmin mənzilə dair İddiaçı1 ilə daimi icarə müqaviləsinin bağlanılması qərara alınmışdır. Daha sonra Bakı şəhəri Cavabdeh Başçısının xx.xx.2020-ci il tarixli, 224 nömrəli Sərəncamına əsasən Cavabdeh Başçısının 121, 122, 123, 124, 125, 126, 127, 128, 129, 130, 131, 132, 133, 134, 135, 136, 137, 138, 139, 140 nömrəli, xx.xx.2019-cu il tarixli sərəncamlarının ləğv edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi, ev 14, mənzil 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20 ünvanında yerləşən yaşayış sahələrinə dair vətəndaşların adına verilmiş istifadə hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsinin və bu mənzillərin xüsusi təyinatlı yaşayış sahələri siyahısına daxil edilməsinin xahiş edilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən sərəncamın (inzibati aktın) iddiaçıya nə zaman təqdim edildiyi müəyyən olunmur. İddia ərizəsinin məzmunundan da görünür ki, hazırda iddiaçı Bakı şəhəri Cavabdeh Başçısının xx.xx.2020-ci il tarixli, 224 nömrəli Sərəncamının ona aid olan 17 may 2019-cu il tarixli, 129 nömrəli Sərəncamın ləğv edilməsi hissəsində mübahisələndirir. Yəni iddiaçı Cavabdeh Başçısının xx.xx.2020-ci il tarixli, 224 nömrəli sərəncamının ona aid hissədə (Bakı şəhəri Cavabdeh Başçısının 17 may 2019-cu il tarixli, 129 nömrəli Sərəncamının ləğv edilməsi hissəsində) ləğv edilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli, 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fonduna aid edilməsi Qaydası”: 1.8. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə, xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət mənzil fonduna münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə razılaşdırılmaqla, sərəncamında və istifadəsində (balansında) yaşayış sahəsi olan mərkəzi icra hakimiyyəti orqanı, dövlət təşkilatı və müvafiq ərazi üzrə yerli icra hakimiyyəti orqanının qərarı, bələdiyyə mənzil fonduna münasibətdə isə müvafiq ərazi üzrə bələdiyyənin qərarı əsasında həyata keçirilir. 3.1. Yaşayış sahəsinin xidməti, yataqxanalarda və manevr fondu yaşayış sahələrinə aid edilməsi və ya xüsusi təyinatlı mənzil fondunun bir növündən digərinə keçirilməsi zərurəti yarandıqda, sərəncamında və istifadəsində (balansında) yaşayış sahəsi olan mərkəzi icra hakimiyyəti orqanı və dövlət təşkilatı tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edilir. Müraciətə müvafiq zərurəti əsaslandıran sənədlər və yaşayış sahəsinə dair təkliflər əlavə olunur. 3.4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən müvafiq yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fonduna aid edilməsi barədə təklifə müraciət daxil olduğu vaxtdan 15 gündən gec olmayaraq baxılaraq, müraciət edən orqana razılıq və ya əsaslandırılmış imtina məktubu verilir. 3.5. Aşağıdakı əsaslardan hər hansı birinin olduğu müəyyən edildikdə, yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fonduna aid edilməsindən imtina edilə bilər: 3.5.1. yaşayış sahəsinin sosial kirayə müqaviləsi əsasında tutulması; 3.5.2. yaşayış sahəsi üzərində yüklülüyün və ya məhdudiyyətin olması; 3.5.3. yaşayış sahəsinin müvafiq xüsusi təyinatlı yaşayış sahəsi üçün müəyyən edilən tələblərə cavab verməməsi. 3.8. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu Qayda ilə müəyyən edilmiş qaydada razılıq verildikdə, sərəncamında və istifadəsində (balansında) yaşayış sahəsi olan mərkəzi icra hakimiyyəti orqanı, dövlət təşkilatı və müvafiq ərazi üzrə yerli icra hakimiyyəti orqanı tərəfindən 10 gün ərzində qərar qəbul edilir və yaşayış sahəsi xüsusi təyinatlı mənzil fonduna aid edilir. 4.3. Xüsusi təyinatlı mənzil fonduna aid edilmiş yaşayış sahəsinə zərurət aradan qalxdıqda, bu Qayda ilə müəyyən edilmiş müraciət və razılaşdırma əsasında müvafiq ərazi üzrə yerli icra hakimiyyəti orqanının vəsatəti ilə həmin sahə sosial təyinatlı yaşayış fonduna aid edilə bilər. Sadalanan normalardan müəyyən olunur ki, yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fondundan çıxarılması üçün: 1.balansında yaşayış sahəsi olan mərkəzi icra hakimiyyəti orqanı, hazırkı halda Azərbaycan Respublikasının Müdafiə Nazirliyi yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fondundan çıxarılmasına razılıq verilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etməli; 2.Xidmət razılaşdıqdan sonra balansında yaşayış sahəsi olan mərkəzi icra hakimiyyəti orqanı, hazırkı halda Azərbaycan Respublikasının Müdafiə Nazirliyi yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fondundan çıxarılması haqqında qərar qəbul etməlidir. Yalnız bundan sonra şəxs yerli icra hakimiyyəti orqanına müraciət edə və onunla daimi kirayə müqaviləsinin bağlanmasını xahiş edə bilər. Hazırkı işin hallarından müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi, ev 14 ünvanda yerləşən 6 saylı mənzil xidməti mənzil olmuş, onun xüsusi təyinatlı mənzil fondundan çıxarılması haqqında qərar qəbul etmək səlahiyyəti balanssaxlayıcı olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyində olduğu halda, müvafiq qərar Cavabdeh tərəfindən qəbul edilmişdir. İnzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Göründüyü kimi Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi, ev 14 ünvanda yerləşən 6 saylı mənzilin xidməti mənzillər siyahısından çıxarılması və iddiaçı ilə daimi icarə müqaviləsinin bağlanması barədə Bakı şəhəri Cavabdeh Başçısının 129 nömrəli, xx.xx.2019-cu il tarixli sərəncamı əliverişli, eyni zamanda qanunsuz inzibati akt olmuşdur. “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsi inzibati orqana əvvəl apardığı inzibati icraatı təzələyərək ilkin icraat zamanı yol verilmiş nöqsanları aradan qaldırmaq, əvvəki icraat zamanı məlum olmayan yeni əsaslarla apardığı icraat gedişində yeni qərar qəbul etmək imkanı tanımışdır. Hazırki halda da Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müvafiq müraciətini nəzərə alan cavabdeh “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsinə əsasən icraatı təzələmiş və əvvəl qəbul etdiyi qanunsuz inzibati aktı ləğv etmişdir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubla təqdim edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən Yasamal RİN-nə ünvanlanmış xx.xx.2020-ci il tarixli 3055 nömrəli məktubdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi, ev 14 ünvanda yerləşən 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17 18 19, 20 nömrəli mənzillərə dair Yasamal RİN tərəfindən verilmiş 17 may 2019-cu il tarixli 121, 122, 123, 124, 125, 126, 127, 128, 129, 130, 131, 132, 133, 134, 135, 136, 137, 138, 139, 140 nömrəli sərəncamların, eyni zamanda onların əsasında verilmiş reyestrdən çıxarışların ləğv edilməsi və bu mənzillərin xüsusi təyinatlı yaşayış sahələri siyahısına daxil edilməsi məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etməsi xahiş olunmuşdur. Qanunverici qanunsuz əlverişli inzibati aktın yalnız müəyyən məhdudiyyətlər daxilində ləğv edilməsini təsbit etmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.5-ci maddəsinə əsasən bu məhdudiyyətlər aşağıdakılardan ibarətdir: 1. Maraqlı şəxsin məzmununa etimad göstərməsi və həmin etimadın qanunla qorunması; 2. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmaması; 3. Maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəlikləri nəzərdə tutulur və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olur. İddiaçının barəsində qəbul edilmiş Bakı şəhəri Cavabdeh Başçısının xx.xx.2019-cu il tarixli, 129 nömrəli sərəncamının ləğv edilməsi zamanı həm də “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsində göstərilən hallar mövcud olmamışdır. Məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş Azərbaycan Respublikasinin Baş Prokurorluğunun 24 fevral 2023-cü il tarixli, 2-2/07/05-277 nömrəli məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi 30 yanvar 2023-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində istintaq olunan cinayət işinə birləşdirilməsi üçün göndərilmişdir. Hazırda həmin iş üzrə ibtidai istintaqın aparılması davam etdirilir. Həmin məktubla göndərilmiş cinayət işinin başlanması haqqında 09 iyul 2020-ci il tarixli Qərarda göstərilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi, 14 ünvanında yerləşən 3 mərtəbəli əsgər kazarması məqsədli şəkildə dövlət büdcəsinin 3.287.391 manat məbləğində vəsaiti əsasında əsaslı təmir edilərək xidməti yaşayış sahəsinə aid edilməklə, təmir işləri başa çatdırılıb istismara verilmədən Azərbaycan Respublikası Mənzil Məcəlləsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2010-cu il tarixli 118 saylı qəran ilə təsdiq olunmuş “Yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fonduna aid edilməsi Qaydası”nın və “Azərbaycan Respubliksı Silahlı Qüvvələrində xüsusi təyinatlı yaşayış sahəsi ilə təmin olunma qaydaları haqqında Əsasnamə”nin tələbləri pozularaq Bakı qarnizonu üzrə mənzil komissiyasının xx.xx.2019-cu il tarixli 18 №-li protokolu ilə mülkiyyətlərində daşınmaz əmlak olduğu halda mənzilsiz, kirayədə yaşayan, yaşayış şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hərbi qulluqçu kimi, növbəlilik prinsipi pozulmaqla 20 ədəd mənzil Nazirliyin yüksək rütbəli və digər vəzifəli şəxslərinə verilmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2010-cu il tarixli 118 saylı qərarının tələbləri pozulmaqla həmin vaxt fəaliyyət göstərən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin razılığı alınmadan Müdafiə Nazirliyinin Mənzil İstismar idarəsinin xx.xx.2019-cu il tarixli müraciəti əsasında Yasamal RİH Başçısının xx.xx.2019-cu il tarixli 121-140 saylı sərəncamları ilə qeyd olunan 20 mənzil gələcəkdə özəlləşdirilməsi məqsədilə xidməti mənzillər siyahısından çıxarılaraq sosial təyinatlı mənzil fonduna keçirilməklə Nazirliyin 6 nömrəli Mənzil İstismar sahəsi tərəfindən hərbi qulluqçular mülki şəxs statusunda göstərilərək həmin mənzillərə dair daimi (müddətsiz) sosial kirayə müqavilələri bağlanılmışdır. Göründüyü kimi mübahisəli sərəncamın qəbul edilməsinə əsas olan məlumatların həqiqətə uyğun olmayan məlumatlar olması müəyyən edilmiş və bu fakt əsasında ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə cinayətinin tərkib əlamətləri mövcud olduğundan Azərbaycan Respublikası CM-nin 308.2-ci maddəsi ilə cinayət işi başlanmışdır. Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin xx.xx.2023-cü il tarixli “Cinayət işinin aidiyyəti üzrə göndərilməsi haqqında” qərarından görünür ki, ********* nömrəli cinayət işinin ibtidai istintaqın davam etdirilməsi üçün aidiyyəti üzrə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş İdarəsinə göndərilməsi qərara alınmışdır. Göründüyü kimi, işin halları ilə müəyyən edilir ki, iddiaçının barəsində qəbul edilmiş Bakı şəhəri Cavabdeh Başçısının xx.xx.2019-cu il tarixli, 129 nömrəli Sərəncamı iddiaçı barəsində əlverişli inzibati akt olsa da, bu akt qanunsuz olmuş və həmin aktın ləğv edilməsi zamanı “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsində göstərilən hallar mövcud olmamışdır. Səlahiyyətli orqanlar tərəfindən verilmiş razılıq məktubları əsasında qəbul edilmiş inzibati akt ilə iddiaçının daimi istifadəsinə verilmiş mənzilin sonradan, iddiaçının razılığı və məlumatı olmadan, xüsusi təyinatlı (xidməti) yaşayış sahələri siyahısına daxil edilməklə “İnzibati icraat haqqında” Qanununun tələblərinin pozulması ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, işin istinad olunan hallarına əsasən “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində göstərilən halların mövcudluğu və qəbul edilmiş inzibati akt nəticəsində əsgər kazarmasının məqsədli şəkildə dövlət büdcəsinin vəsaiti hesabına təmir edilərək xidməti yaşayış sahəsindən çıxarılmaqla ayrı-ayrı vətəndaşlara verilməsi, bununla da dövlət marağına ziyan vurulması nəzərə alınaraq hazırkı halda iddiaçının etimadı qanunla qorunmur və buna görə də iddia tələbi və şikayətin dəlili əsassızdır. Mübahisələndirilən sərəncamın qəbul edilməsi nəticəsində Azərbaycan Respublikasının Mülki Məcəlləsinin və Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin tələblərinin pozulması, yəni iddiaçının daimi istifadəsinə verilmiş mənzilə dair iddiaçının əmlak hüquqlarına müdaxilə olunması ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı həmin mənzildən çıxarılmamışdır. Odur ki, mübahisələndirilən Bakı şəhər Cavabdeh Başçısının xx.xx.2020-ci il tarixli 224 nömrəli Sərəcamı ilə Bakı şəhəri Cavabdeh Başçısının 129 nömrəli, xx.xx.2019-cu il tarixli Sərəncamının ləğv edilməsi nəticəsində iddiaçının mənzil hüququ pozulmamışdır. Mübahisələndirilən inzibati aktın cavabdeh tərəfindən “İnzibati icraat haqqında” Qanunun icraatın aparılması qaydalarının pozulması nəticəsində qəbul edilməsi ilə bağlı iddiaçının mövqeyinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarının pozulduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə, formal (prosessual) hüquqi tələblərin pozulmasına görə inzibati akt o zaman ləğv olunur ki, həmin pozuntu qərara təsir etsin, yəni müddəaya riayət edilmiş olacağı təqdirdə oxşar deyil, fərqli qərar qəbul edilsin. Hazırkı halda cavabdeh orqan maddi hüquq normalarını düzgün tətbiq etdiyindən məhkəmə hesab edir ki, onun formal tələblərə əməl etməməsi qərarın ləğvi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə r a r a a l d ı: İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2073/2023 nömrəli, 24 avqust 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-868/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-868/2024
08.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver