Məhkəmə qərarları › İş №2-1(103)-87/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-87/2025

27.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-87/2025 27.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “torpaq sahəsi üzərində hüquqUn dövlət qeydiyyatına alınması”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X2 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçının vəkili (nümayəndəsi) Vəkil iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7438/2022 saylı, 13 dekabr 2022-ci il qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Əzizbəyov rayonu Şüvəlan Bələdiyyəsinin “Vətəndaşlara fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması haqqında” xx.xx.2004-cü il tarixli 43 №-li sərəncamı ilə Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında yaşayan İddiaçı Şüvəlan qəsəbəsində ev tikmək üçün 1000 kv. metr torpaq sahəsi ayrılmış, bələdiyyə torpaqlarının mülkiyyətə verilməsi haqqında xx.xx.2004-cü il tarixli alqı-satqı müqaviləsi ilə “Satıcı” Əzizbəyov rayonu Şüvəlan Bələdiyyəsi “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunlarına uyğun olaraq Şüvəlan Bələdiyyəsinin 43 saylı qərarı əsasında Bakı şəhəri Əzizbəyov rayonunda yerləşən ümumi sahəsi 1000 kv.m olan torpaq sahəsini, “Alıcı” İddiaçı satmışdır. Satılan torpaq sahəsi “Fərdi ev tikmək” məqsədilə alıcının mülkiyyətinə verilmişdir (müqavilənin 1.4-cü bəndi).

2. Əzizbəyov rayonu, Şüvəlan Bələdiyyəsinin 43 saylı, xx.xx.2004-cü il tarixli 43 saylı sərəncamına əsasən Şüvəlan qəsəbəsində İddiaçı ayrılmış torpaq sahəsinin cizgi və xəritədən çıxarışı tərtib olunmuşdur. Cizgi və xəritədən çıxarış Xəzər rayon İcra Hakimiyyəti başçısının Şüvəlan qəsəbə İnzibati Ərazi dairəsinin nümayəndəliyi və Şüvəlan Bələdiyyəsinin sədri tərəfindən təsdiq olunmuşdur.

3. İddiaçı cavabdehə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.

4. Cavabdeh 03 mart 2022-ci il tarixdə müraciətə cavab olaraq bildirmişdir ki, təqdim edilmiş bələdiyyə torpağının mülkiyyətə verilməsi haqqında alqı-satqı müqavilələri ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən qeydiyyata alınmamışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktıı

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin imtinasının qanunsuz hesab edilməsi, Bakı şəhəri, Əzizbəyov (Xəzər) rayonu, Şüvəlan Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 43 nömrəli Sərəncamı ilə Bakı şəhəri, Əzizbəyov rayonu, Şüvəlan qəsəbəsində onun mülkiyyətinə verilmiş 1000 kv. metr torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən onun adına çıxarışın verilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Əzizbəyov (Xəzər) rayonu, Şüvəlan Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 43 nömrəli Sərəncamı ilə Bakı şəhəri, Əzizbəyov rayonu, Şüvəlan qəsəbəsində ev tikmək üçün 1000 kv. metr torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinə dair onunla bələdiyyə arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Eyni zamanda Şüvəlan Bələdiyyəsi tərəfindən torpaq sahəsinin cizgisi tərtib edilərək, ona təqdim edilmişdir. Torpağı aldığı vaxtdan istifadə edir. Həmin torpağın dövlət reyestrindən qeydiyyatdan keçirərək çıxarışın verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, ona imtina məktubu ilə bildirilmişdir ki, bələdiyyə torpağının mülkiyyətə verilməsi haqqında alqı-satqı müqavilələri ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən qeydiyyata alınmamışdır. Hesab edir ki, imtina qanunsuz və əsassızdır.

7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7438/2022 saylı, 26 aprel 2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Xəzər rayonu Şüvəlan Bələdiyyəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur.

8. Cavabdeh iddia ərizəsinə etiraz etmişdir və etirazın əsası imtina məktubu ilə eyniyyət təşkil etmişdir.

9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7438/2022 saylı, 13 dekabr 2022-ci il tarixli qərarı ilə (hakim X4) iddia təmin edilmiş, Bakı şəhəri Əzizbəyov (Xəzər) rayon Şüvəlan Bələdiyyəsinin “Vətəndaşlara fərdi yaşayış evi tikintisi üçün torpaq sahəsinin ayrılması haqqında” xx.xx.2004-cü il tarixli 43 №-li sərəncamı ilə İddiaçı Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsində ayrılmış 1000 kv. metrdən ibarət torpaq sahəsi üzərində onun xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla, buna dair onun adına Azərbaycan Respublikası Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir.

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Bakı şəhər Əzizbəyov (Xəzər) rayon Şüvəlan Bələdiyyəsinin torpaq sahəsinin iddiaçıya ayrılması haqqında qanuni qüvvədə olan xx.xx.2004-ci il tarixli, 43 saylı sərəncamı əsasında həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını istisna edən hallar müəyyən edilmədiyindən, həmin qərar Mülki Məcəllənin 139-1.1.1-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1 və 10.2.1-ci maddələrinə əsasən torpaq sahəsi üzərində iddiaçının hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır.

11. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

b) Apellyasiya instansiya məhkəməsində birinci icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 avqust 2023-cü il tarixli, 2- 1(103)-1660/2023 nömrəli qərarı ilə (hakimlər X7 (məruzəçi), X6 və X8) apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7438/2022 saylı, 13 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

c) Kassasiya instansiya məhkəməsində icraat

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-217/2024 saylı, xx.xx.2024-cü il tarixli Qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 avqust 2023-cü il tarixli, 2-1(103)-1660/2023 nömrəli qərarı ləğv edilməsi, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi, kassasiya şikayəti qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

Apellyasiya instansiya məhkəməsində ikinci icraat

ç) Apellyasiya şikayətinin dəlilləri

16. Yeni apellyasiya baxışı zamanı apellyasiya şikayəti birinci apellyasiya baxışı zamanı apellyasiya şikayətinin dəlilləri ilə eyni olmaqla onunla əsaslandırılmışdır ki, torpaq sahəsinin mülkiyyətə verilməsinə dair Bələdiyyənin qərarı və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilmiş alqı-satqı aktı təqdim edilməmişdir. Həmçinin elektron baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi dövlət mülkiyyətindədir. Sözügedən daşınmaz əmlaka xx.xx.2022-ci il tarixdə yerində aparılmış müayinə (baxış) zamanı müəyyən olunmuşdur ki, qeyd olunan torpaq sahəsinin şimal qonşuları kollektiv bağçılıq yoldaşlıq təsərrüfatlarına aid ərazilərdir. d)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

e) Proses iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili (nümayəndəsi) apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

18. Məhkəmə kollegiyasının sonuncu iclasında cavabdehin nümayəndəsi iştirak etməmişdir.Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 5. Torpaq sahəsi üzərində mülkiyyət və onun növləri

1. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur.

2. Mülkiyyət hüququnun subyektləri — dövlət mülkiyyətində olan torpaq sahələri üzərində — Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində — bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində — Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Maddə 9. Azərbaycan Respublikasının vahid torpaq fondu və onun tərkibi 1. Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir.

2. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. 86-cı maddəsinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada qeydiyyata alınmış, bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaq sahələri alğısatqı obyekti ola bilər. Bələdiyyə mülkiyyətindəki torpaqların alqı-satqısı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı, şəhərsalma sənədləri əsasında planlaşdırılır və qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyələr tərəfindən həyata keçirilir.

20. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun: 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalar, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının razılığı alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir.

21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas verən sənədlərdir. 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda.

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Apellyasiya baxışının hədləri

23. Apellyasiya baxışının hədləri ilə bağlı məhkəmə Kollegiyası qeyd edir ki, apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

24. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddia mümkün iddiadır.

26. Məhkəmə kollegiyası tərəflərin izahatlarını, işin digər materiallarını və hazırkı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-217/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarındakı hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7438/2022 saylı, 13 dekabr 2022-ci il tarixli qərarı ləğv olunmalı, iddia rədd edilməlidir.Bu aşağıdakı səbəblərdən irəli gəlir.

27. Hazırki inzibati iş üzrə mübahisə predmeti Bakı şəhəri, Əzizbəyov rayonu, Şüvəlan Bələdiyyəsinin “Vətəndaşlara fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması haqqında” xx.xx.2004-cü il tarixli, 43 №-li sərəncamı ilə iddiaçıya Şüvəlan qəsəbəsində ev tikmək üçün ayırdığı 1000 kv. metr torpaq sahəsi ilə bağlıdır.

28. İşin hallarından görünür ki, yuxarıda qeyd edilən bələdiyyə qərarı əsasında 1000 kv.m torpaq sahəsi fərdi yaşayış evi üçün iddiaçıya verilmiş, bununla bağlı iddiaçı ilə Əzizbəyov rayonu Şüvəlan Bələdiyyəsi arasında 12 sentyabr 2004-cü il tarixli alqısatqı müqaviləsi bağlanmışdır.

29. İddiaçı həmin torpaq sahəsinə dair hüquqlarının dövlət qeydiyyatına alınması üçün cavabdehə müraciət etmiş, cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina edərkən mübahisəli torpaq sahəsi ilə bağlı təqdim edilmiş alqı-satqı müqavilələrinin ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən qeydiyyata alınmadığına istinad etmişdir.

30. Cavabdehin imtinası ilə razılaşmayan iddiaçı məhkəməyə müraciət etmiş, həm birinci, həm də apelyasiya instansiyası məhkəməsi iddiaçının mövqeyi ilə razılaşaraq iddia tələbini qanuni və əsaslı hesab etmişlər.

31. Hazırda cavabdeh birinci instansiyası məhkəməsinin qərarını mübahisələndirməklə iddia tələbinin rədd edilməsini xahiş edir.

32. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi mübahisəyə mahiyyəti üzrə baxarkən ətraflı araşdırma aparmadan iddianın təmin edilməsi barədə qərar qəbul etmişdir.

33. Belə ki, iş materiallarından görünür ki, Bakı İnzibati Məhkəməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə 2-1(102)-7438/2022 saylı, 26 aprel 2022-ci il tarixli sorğu göndərərək mübahisəli torpaq sahəsinin təyinatına əsasən dövlət və ya bələdiyyə torpağı olub olmaması, eyni zamanda həmin torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını istisna edən halların mövcud olub olmaması barədə məlumat verilməsini xahiş etmişdir.

34. 01 sentyabr 2022-ci il tarixli mütəxəssis rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, göstərilən sahə vahid elektron kadastr baza məlumatlarına əsasən Dövlət mülkiyyətindədir və göstərilən sahənin şimal qonşuları kollektiv bağçılıq yoldaşlıq təsərrüfatlarına aid ərazilərdir (iş 61-62).

35. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1saylı Bakı Ərazi İdarəsi tərəfindən 18 may 2023-cü il tarixdə tərtib edilmiş mütəxəssis rəyi də əvvəlki mütəxəssis rəyi ilə eyniyyət təşkil etmişdir. Belə ki, həmin rəydə də mübahisəli torpaq sahəsinin vahid elektron kadastr baza məlumatlarına əsasən Dövlət mülkiyyətində olduğu və sahənin şimal qonşuları kollektiv bağçılıq yoldaşlıq təsərrüfatlarına aid ərazi olduğu qeyd edilmişdir.

36. Bundan əlavə apelyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının obyektiv araşdırılması məqsədi ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, məhkəmə ekspertizasının 10/4814 saylı, 11 iyul 2023-cü il tarixli rəyində mübahisəli torpaq sahəsinin Şüvalan Bələdiyyəsinin mülkiyyətində olduğu qeyd edilmişdir ( iş vər 139- 142)

37. Hazırkı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-217/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, ”.... 34. İş materiallarından görünür ki, apelyasiya instansiyası məhkəməsi ekspert və mütəxəssis rəylərini qarşılıqlı şəkildə müqayisə etdikdən sonra bu qənaətə gəlmişdir ki, ekspert rəyi əsaslıdır. 35. Lakin apelyasiya instansiyası məhkəməsi mütəxəssis rəyi ilə razılaşmama səbəblərini qərarda göstərməmiş, ekspert rəyi ilə mütəxəssis rəyi arasında kəskin ziddiyyətlərin olmasına baxmayaraq, apelyasiya instansiyası məhkəməsi rəy vermiş mütəxəssis və eksperti məhkəməyə dəvət edib ziddiyyətin aradan qaldırılmasını eləcə də, təkrar ekspertiza təyin edilməsi məsələsini müzakirə etməmişdir. 36. Məhkəmə kollegiyası qeyd edir ki, ziddiyyətli halların aradan qaldırılması məqsədi ilə işə təkrar baxan apellyasiya məhkəməsi tərəfindən müvafiq sorğular verilməli və həmin torpaq sahəsinin bələdiyyəyə təhvil verilən torpaq sahələrinə aid olub-olmaması yoxlanılmalıdır. Bundan əlavə, torpaq sahəsinin dövlət mülkiyyətində olmasını təsdiq edən ərazinin elektron kadastr baza məlumatlarına baxış keçirilməli, həmin məlumatlar kağız formatında tələb edilib işə əlavə olunmalı, torpaq sahəsinin dövlət mülkiyyətində, yaxud bələdiyyəyə məxsus olması, ümumi istifadə edilməsi üçün nəzərdə tutulan ərazidə yerləşməsi yoxlanılmalı, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətindən məlumatlar əldə edilməlidir. 37. Bu səbəbdən də, işə apellyasiya instansiyası məhkəməsində təkrar baxılan zaman qeyd edilən hallar araşdırmalı, aparılan araşdırmalar nəticəsində mübahisə predmeti olan torpaq sahəsinə zərurət olduqda tərəflərin və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin müəyyən etdiyi mütəxəssis və ekspertin iştirakı ilə birgə baxış keçirməli, ərazinin sxemi tərtib edilib işə əlavə edilməlidir.....”

38. Təkrar apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-217/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarındakı hüquqi göstərişlərə uyğun olaraq məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə mühəndis-texniki ekspertiza təyin edilmişdir.

39. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 10/7253 saylı Ekspert rəyi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur.Rəydə qeyd olunmuşdur:

40. İddiaçı iddia etdiyi Bakı şəhəri, Əzizbəyov (Xəzər) rayonu, Şüvəlan bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 43 nömrəli Sərəncamı ilə Bakı şəhəri, Əzizbəyov rayonu, Şüvəlan qəsəbəsində onun mülkiyyətinə verilmiş 1000 kv.metr torpaq sahəsinin naturada yeri və koordinatları müəyyən edilmişdir.

41. Qərardadın ikinci sualı üzrə: xx.xx.2004-cü il tarixli “Bələdiyyə torpaqlarının mülkiyyətə verilməsi haqqında alqı-satqı müqaviləsi”nə əsasən İddiaçı ayrılmış 1000 kv.m torpaq sahəsinin “Bələdiyyənin Statusu haqqında” “Bələdiyyə əraziləri və Torpaqları haqqında” və “Bələdiyyələrin torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunlarına uyğun olaraq ayrılmasını, eyni zamanda Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbə bələdiyyəsi tərəfindən İddiaçı ayrılmış 1000 kv.m torpaq sahəsi tərtib olunmuş torpaqayırma cizgisinin faktiki naturaya uyğun olmasını nəzərə alaraq, İddiaçı ayrılmış torpaq sahəsinin həmin torpaq sahəsi ayrılan zaman (xx.xx.2004-cü il) Bakı şəhəri, Əzizbəyov (Xəzər) rayonu, Şüvəlan Bələdiyyəsinə məxsus ərazinin hüdudları daxilində yerləşdiyi və mülkiyyətində olduğu müəyyən edilmişdir. Şüvəlan bələdiyyəsinin hal hazırda mövcud olan bələdiyyə xəritəsi təqdim olunmadığından həmin torpaq sahəsinin hazırda bələdiyyə mülkiyyətinə aid olubolmamasını müəyyən etmək mümkün olmamışdır.

42. Qərardadın üçüncü sualı üzrə: İddiaçı iddia etdiyi torpaq sahəsi ilə Bakı şəhəri, Əzizbəyov (Xəzər) rayonu, Şüvəlan bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 43 nömrəli Sərəncamına əsasən Bakı şəhəri, Əzizbəyov rayonu, Şüvəlan qəsəbəsində onun mülkiyyətinə verilmiş 1000 kv.metr torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir.

43. Qərardadın dördüncü sualı üzrə: Bakı şəhəri, Əzizbəyov (Xəzər) rayonu, Şüvəlan bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 43 nömrəli Sərəncamına əsasən Bakı şəhəri, Əzizbəyov rayonu, Şüvəlan qəsəbəsində İddiaçı ayrılan torpaq sahəsinin naturada mişar daşı ilə hasarlanaraq onun istifadəsində olmasını və “kadastrportali.az” kadastr portalında qeyd olunanları nəzərə alaraq, Bakı şəhəri, Əzizbəyov (Xəzər) rayonu, Şüvəlan qəsəbəsində İddiaçı mülkiyyətinə verilmiş 1000 kv.metr torpaq sahəsi başqa hüquqi və ya fiziki şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir.

44. Təkrar apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-217/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarındakı hüquqi göstərişlərə uyğun olaraq X1 və mütəxəssis X5 məhkəmə iclasına dəvət olunaraq ifadə vermişlər.

45. X1 məhkəmə Kollegiyasının iclasında verilən suallara cavabında bildirmişdir ki, ərazi olaraq elektron kadastr sistemində və “Kadastrportalı” az saytında da həmin ərazi ayrıca Bələdiyyə sahəsi kimi göstərilməyib.”Kadastrportalı” az saytından yalniz onlar istifadə edə bilir, həmin portalda da Bələdiyyə torpaqlarının ayrı bir kadastrı yoxdur və həmn ərazilər dövlət torpaqları kimi qeyd olunur.Araşdırmalarında məlum oldu ki, həmin ərazi Şüvəlan bələdiyyəsinin hüdları daxilində yerləşdiyi inzibati ərazi vahidinin xəritəsində göründüyü üçün həmin ərazi bələdiyyə ərazisidir. Bələdiyyə torpağının mülkiyyətində olmasını onunla müəyyən etmişlər ki, həmin əraziyə baxış keçirmişlər, Şüvəlan Bələdiyyəsinin qərarı var və həmin qərarla ayrılan torpaq sahəsində cizgilərdə olan parametrlərlə üst üstə düşdüyündən həmin ərazinin bələdiyyə mülkiyyəti ərazisi hesab etmişlər.

46. Məhkəmə Kollegiyası qeyd edir ki, ekspert rəyi tam aydın olmasa da və mütəxəsssis rəyi ilə tam uzlaşmasa da məhkəmə Kollegiyasının iclasında ekspertin ifadəsi ilə müəyyən edilmişdir ki, elektron kadastr sistemində və “Kadastrportalı” az saytında da həmin ərazi ayrıca Bələdiyyə sahəsi kimi göstərilməyib.

47. Belə ki, mütəxəssis X5 izahatında bildirmişdir ki, mütəxxəsis rəyində qey olunduğu kimi, rəydə göstərilənlər elektron kadastr mərkəzinin verdiyi məlumatlara əsasən qeyd olunub.Elektron kadastrlar Bakı şəhər İcra hakimiyyəti və Əmlak Xidməti tərəfindən təsdiq olunmuşdur və həmin kadastr məlumatlarına əsasən həmin ərazi Bağlar ərazisində yerləşdiyi məlum olmuşdur.Həmin ərazi Bələdiyyə torpaqlarına aid deyil.

48. Təkrar apellyasiya baxışı zamanı həmçinin məhkəmə sorğu göndərərək Şüvəlan Bələdiyyəsindən bələdiyyənin mülkiyyətinə verilmiş torpaq sahəsinə dair xəritənin məhkəməyə təqdim olunması xahiş olunsa da, Şüvəlan Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli məktubu ilə Şüvəlan Bələdiyyəsinə xəritə təhvil verilmədiyi bildirilmişdir.

49. Təkrar apellyasiya baxışı zamanı məhkəmə sorğu göndərərək Bakı şəhər İcra Hakimiyyətindən Şüvəlan Bələdiyyəsinin mülkiyyətinə verilmiş torpaq sahəsinə dair Ayrıc aktı məhkəməyə təqdim olunması xahiş olunsa da, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli məktubu ilə Şüvəlan Bələdiyyəsinin sənədləri və Ayrıc aktları İcra Hakimiyyətinin arxivində aşkar edilmədiyi bildirilmişdir.

50. Həmçinin, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə xx.xx.2024-cü il tarixli sorğu göndərilərək Əzizbəyov rayonu Şüvəlan Bələdiyyəsinin “Vətəndaşlara fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması haqqında” xx.xx.2004-cü il tarixli 43 №-li sərəncamı ilə İddiaçı Şüvəlan qəsəbəsində ev tikmək üçün ayrılmış 1000 kv. metr torpaq sahəsinin –yəni iddia olunan torpaq sahəsinin dövlət mülkiyyətində olduğu Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddia edildiyindən həmin torpaq sahəsinin dövlət mülkiyyətində olmasını təsdiq edən ərazinin elektron kadastr -baza məlumatlarının kağız formatda məhkəməyə təqdim olunması xahiş olunmuşdur.

51. Həmin sorğuya xx.xx.2024-cü il tarixli cavab məktubuna əsasən mübahisəli torpaq sahəsinin dövlət mülkiyyətində olduğu istinad edilən vahid elektron kadastr bazasından çıxarış məhkəməyə təqdim edilmişdir.

52. Bundan başqa təkrar apellyasiya baxışı zamanı məhkəmə sorğu göndərərək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsindən hazırkı iş üzrə iddiaçının iddia etdiyi 1000 kv.metr torpaq sahəsinə qonşu torpaq sahələrinə dair verilmiş çıxarışların və həmin çıxarışlara əsas olan sənədlərin məhkəməyə təqdim olunması xahiş olunmuşdur.

53. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubu ilə 65 vərəqdən ibarət iddiaçının iddia etdiyi 1000 kv.metr torpaq sahəsinə qonşu torpaq sahələrinə dair verilmiş çıxarışların və həmin çıxarışlara əsas olan sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim olunmuşdur.Həmin sənədlərdən müəyyən olunmuşdur ki, qonşu torpaq sahələrinə dair çıxarışların verilməsinə əsas olan sənədlər bələdiyyə qərarları deyil, Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyinin bağların istifadəyə verilməsinə dair müqavilələridir.

54. Beləliklə, iddiaçı Bakı şəhəri Əzizbəyov (Xəzər) rayon Şüvəlan Bələdiyyəsinin “Vətəndaşlara fərdi yaşayış evi tikintisi üçün torpaq sahəsinin ayrılması haqqında” xx.xx.2004-cü il tarixli 43 №-li sərəncamı ilə İddiaçı Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsində ayrılmış 1000 kv. metrdən ibarət torpaq sahəsi üzərində onun xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla, buna dair onun adına Azərbaycan Respublikası Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etsə də iddia etdiyi 1000 kv. metrdən ibarət torpaq sahəsinin Şüvəlan Bələdiyyəsinə ayrılmış torpaq sahələrinə aid olmadığı, dövlət mülkiyyətində olan torpaq sahələrinə aid olduğu müəyyən edilmişdir.

55. Yuxarıda eyd edilənləri nəzərə alan məhkəmə kollegiyası nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti əsaslıdır və odur ki, təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7438/2022 saylı, 13 dekabr 2022-ci il tarixli qərarı ləğv edilərək iddia rədd edilməlidir.

56. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7438/2022 saylı, 13 dekabr 2022-ci il tarixli qərarı ləğv olunsun. İddia rədd edilsin. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar