Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-871/2025 23.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: “iddianın mümkünlük şərti; iddia müddəti”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X1 (sədrlik edən və məruzəçi), X4 və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Nizamlı Aygün Ülviyyət qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil Eyyub qızı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı "qərarın ləğvi və pensiyanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5866/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İŞİN HALLARİ
1. İddiaçı (bundan sonra – iddiaçı) Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon Şöbəsinin xx.xx.2008-ci il tarixli qərarı ilə xx.xx.2008-ci il tarixdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahısına əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir.
2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının (bundan sonra – cavabdeh) Əmək pensiyasının dayandırılması haqqında xx.xx.2020-ci il tarixli **********9 nömrəli qərarına əsasən İddiaçı xx.xx.2012-ci il tarixdə təyin olunmuş pensiya məbləği 4478 manat 59 qəpik təşkil edir. Dayandırılmanın səbəbi: Nazirliyin Aparatının Daxili nəzarət və audit şöbəsindən İdarənin e-mailinə xx.xx.2020-ci il tarixində daxil olmuş məktuba əsasən.
3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə X5 pensiyasının yenidən hesablanması haqqında xx.xx.2021-ci il tarxli **********6 nömrəli qərarına əsasən İddiaçı xx.xx.2012-ci il tarixdə təyin olunmuş pensiya məbləği 4478 manat 59 qəpik, yenidən hesablanmış pensiya məbləği 4989 manat 14 qəpik təşkil edir. Yenidən hesablanmanın səbəbi: **********0 nömrəli məktuba əsasən pensiya ödənişinin bərpa olunması.
4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə X5 pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarxli 3-17- 1/3-3-62449/2023 nömrəli qərarına əsasən İddiaçı hazırkı pensoya məbləği 5936 manat 22 qəpik, pensiyanın təyin olunduğu tarix xx.xx.2010, yenidən hesablamanın səbəbi:37.3, inventar, saxtalaşdırılmış şəxsiyyət vəsiqəsi ilə təyinat aparılıb(qeydiyyat ünvanı), xx.xx.2008-xx.xx.2010-cu il tarixləri arasındakı dövr tam tutulmalı, yenidən hesablanmış pensiya məbləği 537 manat 58 qəpik.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh tərəfindən dayandırılmış 5937 manat məbləğində güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının azaldıldığı tarixdən (həmin məbləğdə) bərpa olunması öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçının nümayəndəsi və vəkili Vəkil xx.xx.2024-cü il tarixində iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə təqdim edərək cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, **********9 saylı “Əmək pensiyasının dayandırılması haqqında” qərarın və xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3-62449/2023 saylı “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarın ləğv edilməsi; cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdən dayandırılmış güzəştli şərtlərlə yaşa görə 5937 (beş min doqquz yüz otuz yeddi) manat məbləğində əmək pensiyasının xx.xx.2020-ci il tarixdən bərpa olunması; xx.xx.2020-ci il tarixindən 2021-ci ilin aprel ayınadək ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1976-cı il tarixindən xx.xx.1976-cı il tarixinədək 3-cü dərəcə ilə pensiyaçı dənizdə qazma işləri idarəsində neft və qaz istismar və kəşfiyyat qazması üzrə “qazmaçı köməkçisi” vəzifəsində istehsalat təcrübəsi keçib işləmişdir. xx.xx.1977-ci il tarixində xx.xx.1977-ci il tarixli, 62 saylı Əmrlə “Neft Daşları” DQKİ-nə istehsalat təcrübəsi dövründə (diplom öncəsi) 2-ci dərəcə ilə PRMnin qazma avadanlıqlarının, boru və qazma borularının köməkçisi/nəqliyyat/fəhlə vəzifəsinə qəbul edilmişdir. xx.xx.1977-ci il tarixində xx.xx.1977-ci il tarixli, 90 saylı Əmrlə istehsalat diplom öncəsi təcrübənin başa çatması ilə əlaqədar olaraq işdən azad edilmişdir. xx.xx.1977-ci il tarixində xx.xx.1977-ci il tarixli, 104/k saylı Əmrlə “Xəzərdənizneft” X3ma qurğular ilə Dəniz Kəşfiyyat qazma idarəsi Bakı neft texnikumunu 0209 ixtisası üzrə bitirən gənc mütəxəssisi İQİ “Oktyabrın 60 illiyi”- nə neft və qaz istismar və kəşfiyyat qazması üzrə 4-cü dərəcə ilə neft və qaz buruqlarının “qazmaçı köməkçisi” vəzifəsinə qəbul edilmişdir. xx.xx.1978-ci il tarixində xx.xx.1978-ci il tarixli, 67k saylı Əmrlə neft və qaz istismar və kəşfiyyat qazması üzrə neft buruqlarının “qazmaçı köməkçisi” üzrə 5-ci ixtisas dərəcəsinə təyin olunmuşdur. xx.xx.1979-cu il tarixində xx.xx.1979-cu il tarixli, 57-k saylı Əmrlə YÜQQ "Xəzərdənizneft"-ə 6-cı dərəcə ilə “neft və qaz isti kəşfiyyat qazması üzrə neft və qaz buruqlarının qazmaçısı” vəzifəsinə köçürülmüşdür. xx.xx.1981-ci il tarixində xx.xx.1981-ci il tarixli, 135k saylı Əmrlə yeni təşkil olunmuş xüsusi texniki vasitələr ilə Dəniz kəşfiyyat qazma idarəsinə köçürülmüşdür. xx.xx.1981-ci il tarixində xx.xx.1981-ci il tarixli, 8-k saylı Əmrlə xüsusi texniki vasitələr ilə Dəniz kəşfiyyat qazma idarəsi İB “Xəzərdənizneftqazistehsalat” YÜQQ “Xəzərdənizneft”-ə 6-cı dərəcə ilə “qazmaçı” vəzifəsinə qəbul edilmişdir. xx.xx.1981-ci il tarixində xx.xx.1981- ci il tarixli, 8-k saylı Əmrlə İB “Xəzərdənizneftqazistehsalat”-dən köçürülmə qaydası ilə YÜQQ “Xəzərdənizneft”-ə 6-cı dərəcə ilə neft və qaz istismar və kəşfiyyat qazması üzrə “neft və qaz buruqlarının qazmaçısı” vəzifəsinə köçürülmüşdür. xx.xx.1985-ci il tarixində xx.xx.1985-ci il tarixli, 61-k saylı X13 Nazirliyinin sərəncamı ilə Şərti əmək qaydalarının 52ci bəndinə əsasən xaricə işləmək üçün ezam olunmuşdur. xx.xx.1985-ci il tarixindən xx.xx.1989-cü il tarixinədək VSR- na “qazmaçı” vəzifəsi üzrə ezamiyyətdə xidmət göstərmişdir. xx.xx.1989-cu il tarixində xx.xx.1989-cu il tarixli, 163k saylı Əmrlə Xüsusi texniki vasitələr ilə Dəniz kəşfiyyat qazma idarəsi İB “Xəzərdənizneftqazistehsalat” Yarımdalma üzən qazma qurğusu “Xəzərdənizneft”-ə 5-ci dərəcə ilə neft və qaz istismar və kəşfiyyat qazması üzrə “neft və qaz buruqlarının qazmaçısı” vəzifəsinə köçürülmüşdür. xx.xx.1990-cı il tarixində xx.xx.1990-cı il tarixli, 38k saylı Əmrlə həmin qurğuda 6-cı dərəcə ilə neft və qaz istismar və kəşfiyyat qazması üzrə vəzifəyə köçürülmüşdür. xx.xx.1994-cü il tarixində xx.xx.1994-cü il tarixli, 89k saylı Əmrlə “Şelf-5” Yarımdalma üzən qazma qurğusuna 6-cı dərəcə ilə neft və qaz istismar və kəşfiyyat qazması üzrə “neft və neft buruqlarının qazmaçısı” vəzifəsinə köçürülmüşdür. xx.xx.1995-ci il tarixində xx.xx.1995-ci il tarixli, 18k saylı Əmrlə yarımdalma üzən qazma qurğusu “Xəzərdənizneft”-ə 6-cı dərəcə ilə neft və qaz istismar və kəşfiyyat qazması üzrə neft və qaz buruqlarının qazmaçısı vəzifəsinə köçürülmüşdür. xx.xx.1995-ci il tarixində xx.xx.1995-ci il tarixli, 31k saylı Əmrlə Azərbaycan Respublikası ƏHQM-nin 37-ci maddəsinə əsasən, Santa Fe şirkətinə keçdiyi üçün öz xahişi ilə işdən azad edilib. xx.xx.1995-ci il tarixində xx.xx.1995-ci il tarixli, SF0065 saylı işə qəbul müqaviləsi ilə YÜQQ “Xəzərdənizneft”-in modernləşdirilməsi üçün “X8 Corporation” Azərbaycan Nümayəndəliyinə “Asst.Diller” vəzifəsinə qəbul olmuşam. xx.xx.1997-ci il tarixində xx.xx.1997-ci il tarixli, 32 saylı X14 Şirkətinə “qazmaçı” vəzifəsinə köçürülmüşdür. xx.xx.1998-ci il tarixində xx.xx.1998-ci il tarixli, daxili dəyişmə haqqında 5 saylı X14 Şirkətinə “qazmaçı” vəzifəsindən “buruq ustası” vəzifəsinə köçürülmüşdür. xx.xx.2002-ci il tarixində xx.xx.2002-ci il tarixli, 21 nömrəli Əmrlə, İstiqlal qurğusunda təkmilləşdirilməkdə olan “buruq ustası” vəzifəsinə keçirilmişəm. xx.xx.2004-cü il tarixində xx.xx.2004-cü il tarixli, 127 saylı Əmrlə tutduğum vəzifədən öz xahişi ilə azad edilmişdir. xx.xx.2004-cü il tarixində xx.xx.2004-cü il tarixli, 236 nömrəli əmək müqaviləsi ilə KCA Dentag Caspian Limited şirkətinə “növbə rəisi” vəzifəsinə qəbul edilmişdir. xx.xx.2005-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin “3” bəndinə əsasən (başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda) tutduğu vəzifədən azad edilmişdir. xx.xx.2005-ci il tarixində xx.xx.2005-ci il tarixli, 89 saylı Əmrlə “X7” MMC-yə “supervayzer” vəzifəsinə qəbul olmuşdur. xx.xx.2008- ci il tarixində xx.xx.2008-ci il tarixli, 645 1/s saylı Əmrlə Rusiya Federasiyası Əmək Məcəlləsinin 77-ci maddəsinin birinci hissəsinin 1-ci bəndi ilə tərəflərin razılığı ilə işdən azad edilmişdir. xx.xx.2008-ci ildə “X7” MMC-nin “SPT-Azeri” filialına baş mühəndis-supervayzer vəzifəsinə qəbul edilmişdir. xx.xx.2010-cu il tarixində xx.xx.2010-cu il tarixli, 17/k saylı Əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin “1” bəndinə əsasən öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. Əlavə olaraq bildirir ki, ona “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş siyahı üzrə 50 yaşım tamam olduğu vaxtdan pensiya təmin edilmişdir. Lakin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/2-Q-256044/2023 saylı məktubu ilə əmək pensiya məbləğinin yanlış hesablandığı ona bildirilmişdir. Bununla bağlı olaraq da, hal-hazırda da inzibati orqan tərəfindən ona məxsus pensiya məbləğindən azaldılmalar həyata keçirilir. Hazırda ona verilən pensiya məbləği olduqca aşağı olmaqla 5937 manatdan 537 manata azaldılmışdır. Bu məbləğlə mən yaşayışımı təmin edə bilmir, əvvəlki pensiya məbləği üzrə üzərinə götürdüyü öhdəliklərini icra etməkdə çətinlik çəkir.
8. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra-Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır (hazırda 9.1 -ci maddəyə əsasən cari tarixə yaş həddi - kişilərdə 60 yaş, qadınlarda 58,5 yaş təşkil edirş. Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007- ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” (bundan sonra - Siyahı) ilə müəyyən olunur. Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. xx.xx.1993-cü il tarixindən xx.xx.2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi tarixdə 13-cü maddəsinin “a” və “b” bəndləri üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun əldə edilməsi ilə əlaqədar kişilər və qadınlar üçün Nazirlər Kabinetinin 21 iyun 1993- cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 və 2 nömrəli Siyahılar üzrə müvafiq olaraq 50 (55) yaş və 45 (50) yaş pensiya yaş həddi müəyyən edilmişdi. Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə “Vətəndaşların pensiya təyinatı haqqında” Qanuna edilmiş dəyişikliyə uyğun olaraq, 1997-ci il avqust ayının 1-dən etibarən hər il pensiya yaş həddi 6 ay artırılaraq xx.xx.2000-ci il tarixindən 1 Ns-li siyahı üzrə kişilər 52 yaşdan, qadınlar 47 yaşdan, 2 Ns-li siyahı üzrə isə kişilər 57 yaşdan, qadınlar 52 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ qazanırdılar. Göründüyü kimi, 1 aqvust 2000ci il tarixindən etibarən güzəştli şərtlərlə pensiya yaşı kişilər və qadınlar üçün müvafiq olaraq 52 (2 nömrəli Siyahı üzrə isə 57) yaş və 47 (2 nömrəli Siyahı üzrə isə 52) yaş müəyyən edilmişdir. Qanunun 9.8-ci maddəsində məhz Qanunun qüvvəyə mindiyi tarixədək, yəni xx.xx.2006-cı il tarixinədək müvafiq stajı toplamış şəxslərə əvvəlki qanunvericiliyə əsasən təyinat hüququ müəyyən edilir. Həmin tarixə isə kişilər üçün 1 nömrəli Siyahı üzrə 52 yaş (qadınlar üçün isə 47 yaş), 2 nömrəli Siyahı üzrə isə kişilər üçün 57 yaş (qadınlar üçün isə 52 yaş) həddi qüvvədə idi. Fond tərəfindən Qanunun sözügedən dəyişiklikləri nəzərə alınaraq 01.01 2006-cı il tarixinədək müvafiq Siyahılar üzrə tələb olunan güzəştli və ümumi 20 (25) ili toplamış kişilərə 52 (57) yaşdan (qadınlara 47 (52) yaşdan) pensiya təyin edilir. Nümunə olaraq, 01,07.2017-ci il tarixindən etibarən, yəni 6 ildən artıqdır ki, Qanunun 9.1-ci maddəsinə əsasən kişilər üçün pensiya yaşı 60 yaş müəyyən edilib. Həmin tarixdən əvvəl isə müvafiq pensiya yaşı 57 yaş idi. Eynilə, gələcəkdə də bu yaş həddinin dəyişilməsi mümkündür. Məsələyə iddiaçının Fondun əleyhinə olan mövqeyindən yanaşdıqda belə nəticəyə gəlmək olar ki, pensiya təminatı sahəsində hazırda qüvvədə olan Qanun qüvvədən düşərək, yeni qanun qəbul olunar və həmin qanunda da Qanunun 9.8-ci maddəsinə analoji bir müddəa nəzərdə tutularsa, o zaman Qanunun qüvvədən düşdüyü tarixdə mövcud olmuş yaş həddi deyil, Qanunun ayrıayrı vaxtlarda qüvvədə olmuş redaksiyalarına əsasən müvafiq tarixlərə stajı toplamış şəxslərə müxtəlif yaşlardan (məsələn, xx.xx.2017-ci ilədək stajı tamamlanmış şəxslərə 57 yaşdan) pensiya təyinatı həyata keçirilməlidir. Lakin hazırki vəziyyətdə xx.xx.2017-ci il tarixinədək 25 il ümumi və 12 il 6 ay xüsusi stajı toplamış, lakin 57 yaşı həmin tarixdən sonra tamam olmuş şəxslərə müvafiq pensiya təyinatı 57 yaşdan deyil, 60 yaşdan həyata keçirilir. Eynilə, xx.xx.1997-ci il tarixinədək tələb olunan stajı toplamış, lakin 50 yaşı həmin tarixdən sonra tamam olmuş şəxslərə də Qanunun o vaxtki redaksiyasına uyğun olaraq, 1 nömrəli Siyahı üzrə 50 yaşdan deyil, 52 yaşdan (2 nömrəli Siyahı üzrə isə 55 yaşdan deyil, 57 yaşdan) pensiya təyin olunurdu. Yəni, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sözügedən dəyişikliyin edildiyi tarixdən sonra 2000- 2005-ci illərdə xx.xx.1997-ci il tarixinədək tələb olunan stajı toplamış, lakin 50 yaşı həmin tarixdən sonra tamam olmuş şəxslərə müvafiq pensiya təyinatı dəyişikliyə uyğun olaraq, kişilərə münasibətdə 52 (57) yaşdan edilməsinə baxmayaraq, məhkəmə sonradan qüvvəyə minmiş “Əmək pensiyaları haqqında" Qanunun 9.8-ci maddəsinə əsaslanmaqla 2006-dan sonrakı illərdə qüvvədən düşmüş qanunun ilkin redaksiyasına uyğun 50 (55) yaşdan pensiya hüququnu müəyyən edir. Yəni qanunun qüvvədə olduğu vaxtda tətbiq olunmayan yanaşmanın, qanunun qüvvədən düşdüyü tarixdən sonra tətbiq olunması ağlabatan deyil. Halbuki iddiaçı onu da nəzərə almalıdır ki, istər “Vətəndaşların pensiya təyinatı” haqqında Qanun, istərsə də “Əmək pensiyaları haqqında” Qanunda pensiya yaş hədlərinin dəyişdirilməsi zamanı, dəyişikliyə qədər stajı toplamış şəxslərə əvvəlki nomraların tətbiqi barədə heç bir müddəa nəzərdə tutulmayıb. Qanunun 9.8-ci maddəsi isə məhz müəyyən kateqoriyadan olan şəxslərə münasibətdə (ümumi və güzəştli iş stajını toplamış) xx.xx.2006-cı il tarixindən əvvəl mövcud olmuş hüquqi vəziyyətin saxlanılmasını nəzərdə tutan norma kimi başa düşülməlidir. İddiaçının mövqeyi o halda qanunauyğun saymaq olardı ki, “Vətəndaşların pensiya təyinatı” haqqında Qanuna xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanun ilə dəyişiklik edilərək yaş hədləri artırılarkən, həmin qanunda xx.xx.1997-ci il tarixinədək müvafiq stajı tamamlamış şəxslərə qeyd olunan tarixdən əvvəlki normaların tətbiqi barədə hər hansı qeyd nəzərdə tutulmuş olsun. Lakin dəyişiklik Qanununda belə bir norma olmadığına görə, Qanunun 9.8-ci maddəsi üzrə pensiya təyinatı zamanı məhz xx.xx.2006-cı il tarixindən əvvəl mövcud olmuş yaş hədləri, yəni 1 və 2 nömrəli Siyahılar üzrə kişilərə və qadınlara müvafiq olaraq pensiya yaş 52 (57) və 47 (52) yaş olaraq müəyyən edilməsi qanunauyğundur. Araşdırma zamanı, iddiaçının Mərkəzi Filialda mövcud olan şəxsiyyət vəsiqəsinin surətinin düzgünlüyündə əsaslı şübhələr yaranmışdır. Belə ki, 1 sentyabr 2008-ci il tarixində yaşa görə əmək pensiyasının təyinatı üçün Fondun Səbail rayon şöbəsinə müraciət edərkən təqdim etdiyi AZE N° 00408757 seriyalı şəxsiyyət vəsiqəsinin surətində yaşayış yerinin Səbail rayonu, Badamdar yolu, ev 111, mənzil 10 olduğu, vəsiqəni verən orqanın adı Səbail RPİ və verilmə tarixi xx.xx.2005ci il, qan qrupunun A(İİ)RH+ olduğu göstərilsə də, müvafiq altsistemdə mövcud olan məlumatlarda onun AZE N° 00408757 seriyalı şəxsiyyət vəsiqəsində yaşayış yerinin Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, “D” Y/S, ev 11, mənzil 96, vəsiqəni verən orqanın adı Suraxanı RPİ QvŞV şöbəsi, vəsiqənin verilmə tarixi xx.xx.2002-ci il, qan qrupunun lll(+) olduğu müəyyən edilmişdir. Həmçinin, iddiaçının şəxsiyyət vəsiqəsində vəsiqə sahibinin imzası qrafasındakı imza ilə, sözügedən altsistemində vəsiqə sahibinin imzası qrafasındakı imzasının fərqli olduğu aşkar edilib. Bundan başqa, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 52 yaşının tamamlandığı xx.xx.2010-cu il tarixindən pensiya sığorta kapitalına əsasən təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 50 yaşının tamamlandığı xx.xx.2008-ci il tarixindən əməkhaqqına əsasən hesablanaraq təyin edildiyi aşkar edilib. Qanunun 27-ci maddəsinin 1 yanvar 2010-cu il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən əmək pensiyası pensiya sığorta kapitalına əsasən deyil, ödənilmiş əmək haqqının orta aylıq məbləğinə uyğun olaraq hesablanırdı. Göstərilən tarixdən qanunvericiliyə edilmiş dəyişikliklə əlaqədar 1 yanvar 2010-cu il tarixindən sonra əmək pensiyasının məbləği toplanılan pensiya sığorta kapitalına (1 yanvar 2006-cı il tarixindən əvvəlki iş stajının da pensiya sığorta kapitalına şərti çevrilməsi aparılmaqla) əsasən hesablanılmasına başlanılıb. Belə ki, həmin maddənin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən xx.xx.2006- cı il tarixinədək olan iş stajının hər tam ilinə 170 manat götürülməklə xx.xx.2006-cı il tarixindən sonrakı dövrə fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalının cəmindən və həmin dövrdə baza hissəsi götürülməklə əmək pensiyası hesablanırdı. Bununla əlaqədar olaraq, ona əmək pensiyası tərəfimizdən aşağıdakı qaydada hesablanıb. İddiaçının pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən, 1 yanvar 2006-cı il tarixinədək onun ümumi iş stajı 31 il 5 ay 10 gün təşkil edir. Bununla əlaqədar xx.xx.2006-cı il tarixinədək iş stajına uyğun olaraq, Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə pensiyasının sığorta hissəsi 37,12 manat (31,44 il x 170 manat:144 ay) hesablanaraq xx.xx.2010-cu il tarixinə indeksləşdirilib 57,53 manat müəyyən edilməklə üzərinə, xx.xx.2006- xx.xx.2010-cu il tarixləri arasındakı işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 7267,68 manat sığorta kapitalına uyğun 50,47 (7267,68:144) manat və baza hissəsi (75,00 manat) əlavə edilərək xx.xx.2010-cu il tarixinə 183,00 manat (indeksləşdirilərək xx.xx.2010-cu il tarixinə 193,00 manat) məbləğində əmək pensiyası müəyyən edilib. Eyni zamanda bildiririk ki, Qanunun 37.3.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Bununla əlaqədar olaraq, xx.xx.2010-cu il tarixində iddiaçının işdən azad olması ilə əlaqədar işləyən əmək pensiyaçısı olduğu dövrdə fərdi hesabının sığorta hissəsində qeydə alınan 4730,64 manat sığorta kapitalına görə əmək pensiyası Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada (4730,64 : 138 ay (144 ay-6 ay (işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi tarixədək işlədiyi ayların sayı))=34,28 manat) xx.xx.2010-cu il tarixindən yenidən hesablanaraq 193,00 manatdan 227,28 manata (193,00+34,28) artırılıb (Qanunun 26.4-cü maddəsi nəzərə alınmaqla və indeksləşdirilməklə xx.xx.2023-cü il tarixinə 537,58 manat). Qeyd olunanlara əsasən, iddiaçıya xx.xx.2008-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində ümumilikdə 599948,00 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Həmin 599948,00 manat pul vəsaitinin onun əmək pensiyasından tutularaq büdcəyə bərpa edilməsi üçün yazılı razılığının mümkün qısa müddətdə Mərkəzi Filiala təqdim etməsi xahiş edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsas hesab olunur. Bununla əlaqədar, iddiaçının mülahizələrinin dinlənilməsi üçün ona xx.xx.2023-cü il tarixli 3-17-1/2-Q-256044/2023 nömrəli məktub göndərilmiş və 13 noyabr 2023-cü il tarixinədək Mərkəzi Filiala dəvət olunmuşdur. İddiaçı Mərkəzi Filiala gəlmiş, aidiyyəti vəzifəli şəxslər tərəfindən qəbul edilərək, ona pensiyasının qanunazidd hesablanması, bununla əlaqədar artıqödənilmiş vəsaitin büdcəyə bərpası ilə bağlı ətraflı məlumat verilmiş, eləcə də onun mülahizələri dinlənilmişdir. Yekun olaraq Mərkəzi Filial tərfindən iddiaçıya dair əmək pensiyasının yenidən hesablanmasına dair xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-62449/2023 nömrəli qərar qəbul edilmişdir. Bildiririk ki, sosial təminat hüququnun məzmununa nəzər salsaq, həmin hüququn da Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi, mədəni) bərabər, eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. Dövlətin pensiya sisteminin əsas prinsiplərindən biri də pensiya təminatı zamanı ədalətliliyin gözlənilməsi və dövlətin maliyyə dayanıqlılığının təmin edilməsidir. Respublika ərazisində pensiya alan şəxslərin dairəsinin geniş olduğunu nəzərə aldıqda, pensiya hüquq münasibətləri ilə bağlı düzgün hesablanmamış pensiyaların qanunamüvafiq qaydada yenidən hesablanması çərçivəsində hərəkətlərin edilməsi və ya inzibati aktların qəbul edilməsi zamanı hər bir şəxsə ayrı-ayrılıqda məlumat verməklə inzibati icraatın həyata keçirilməsi inzibati icraatın səmərəli aparılmasına mane olmaqla yanaşı, ictimai maraqlara və ya dövlət maraqlarına ziyan vurulmasının aradan qaldırılması üçün təcili tənzimlənmə imkanlarını aradan qaldırır. Bu da ictimai maraqlar zəminində ədalət prinsipinin pozulmasına səbəb olur, o cümlədən dövlət büdcəsindən pensiya xərcləri ilə bağlı əlavə öhdəliklər yaratmaqla büdcəyə mənfi təsir göstərir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
9. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5866/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır.
10. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı mübahisələndirdiyi xx.xx.2020-ci il tarixli, **********9 saylı “Əmək pensiyasının dayandırılmasına dair qərarın ləğvi və həmin qərarın hüquqi nəticəsi olan sentyabr 2020-ci ildən etibarən mart 2021-ci il daxil olmaqla ödənilməyən aylara görə pensiyanın ödənilməsi tələbi qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürməklə vermişdir. İddiaçının əmək pensiyasının dayandırıldığı və dayandırılmış aylar üzrə pensiyanın ödənilmədiyi barədə uzun müddət əvvəl məlumatlı olmasını təsdiq edən təkzibedilməz sübutlar vardır. Belə ki, İddiaçı tərəfindən cavabdehə ünvanladığı xx.xx.2021- ci il tarixli ərizəsində qeyd etmişdir ki, xx.xx.2009-cu il tarixdə plastik kart hesabına köçürülmüş 32658,89 manat məbləğın pensiyanın ödənişinin dayandırıldığı 1 sentyabr 2020-ci tarixdən 1 aprel 2021-ci il tarixinədək ödənilməli olan pensiyasından tam tutularaq pensiyanın ödənişinin bərpa edilməsinə göstəriş verməklərini xahiş edir.
11. Bundan əlavə iddiaçının xx.xx.2020-ci il tarixindən 2021-ci ilin aprel ayınadək pensiya almaması və bunu xx.xx.2020 və xx.xx.2021-ci il tarixli öz ərizələrində etiraf etməsi belə iddiaçının sözügedən əmək pensiyasının dayandırılmasından qəbul olunduğu vaxtdan məlumatlı olduğunu bilavasitə təsdiq edir.
12. Göründüyü kimi iddiaçı barəsində qəbul edilmiş inzibati aktdan məlumatı olduğu sentyabr 2020-ci il tarixdən 3 ildən çox müddət keçdikdən sonra məhkəmədə iddia qaldırmışdır.
13. İddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 5866/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ b) Apellyasiya şikayətinin dəlilləri
14. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə oxşarlıq təşkil etməklə onunla əsaslandırılmışdır ki, cavabdeh orqan 2020-ci ilin sentyabr ayından mənə qnauni əsaslarla təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyamı dayandırmışdır. Mənə daha sonra məlum olmuşdur ki, audit yoxlanması aparılır və məhz bu səbəbdən də mənə təyin edilən pensiya dayandırılmışdır. Belə ki, mən 2020-ci ilin sonunda izahat yazaraq bütün məsələni, pensiyanın alınması üçün hüquqi addımlarımı təfsilatı ilə 10. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsinə dair dəlillər izah etmişəm. Mən Nərimanov rayonunda pasport qeydiyyatında olmuş, Səabil rayonunda yerləşən DSMF müraciət etmişəm. Belə ki, vətəndaşın yalnız öz qeydiyyatı üzrə DSMF müraciət etməsi ilə bağlı heç bir qadağa qoyulmadığından mən də sadə vətəndaş olaraq bu hüququmdan istifadə etmiş və bu faktları izahatımda göstərmişəm. Həmin zaman mənə bildirilmişdir ki, mənim sənədlərimi qəbul edən əməkdaş barəsində araşdırılma aparılır və korrupsiya cinayəti üzrə cinayət işinə baxılır. Beləliklə, mənim qanuni şəkildə təqdim etdiyim və qanuni əsaslarla təyin edildiyi pensiya məbləğimin hər hansı bir əməkdaşla bir bağlılığı yoxdur. Həmçinin, həmin zaman əməkdaş mənə 2020-ci ilin sentyabr ayından 2021-ci ilin aprel ayınadək olan 7 ay fərqin əvvəlki illər üzrə 2008-2009-cu illərdə guya mənə səhv hesablanmış pensiya məbləği ilə əvəzləşdirilməsi ilə bağlı ərizəni imzalatmış, mən isə rus dilli olduğumdan, azərbaycan dilini bilmədiyimdən mahiyyətini başa düşməyərək imzalamışam. Əməkdaş barəsində hansısa araşdırılmanın aparılması mənim hüququmu məhdudlaşdıra bilməz. Belə olduğu halda, 2021-ci ilin fevral ayında ərizə ilə müraciət etmiş və pensiyamının ödənilməsini tələb etmişəm. Daha sonra isə 2021-ci ilin aprel ayından pensiya məbləği mənə yenidən ödənilmiş və əvvəlki 2020-ci ilin sentyabrından 2021-ci ilin aprel ayınadək olan ödənilməmiş ödənişlərin ödəniləcəyi mənə bildirilmişdir. Yəni, məhkəmənin qərardadında qeyd etdiyi ərizəm üzrə mübahisə həmin zaman öz həllini tapdığından məhkəmə qaydasında mübahisələndirilməsinə ehtiyac qalmamışdır. Hadisələrin belə cərəyan etməsindən sonra xx.xx.2023-cü il tarixində cavabdeh orqan tərəfindən mənə məktub göndərilmiş, guya mənə təyin edilmiş pensiya yanlışlıqla 50 yaşımda deyil 52 yaşımda təyin edilməli olması, guya pensiya məbləği yanlış hesablandığı üçün 537.50 (beş yüz otuz yeddi manat əlli qəpik) manata azaldıldığı bildirilmişdir. Onu da qeyd edim ki, 2020-ci ilin sentyabr ayından 2021-ci ilin aprel ayınadək mənə pensiyanın ümumiyyətlə mənə ödənilməməsi həmin qərarın mübahisələndirilməsi zamanı aşkara çıxmış, mən də öz növbəmdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək həmin hissədə də pozulmuş hüququmunun məhkəmə qaydasında bərpasını xahiş etmişəm.Göründüyü kimi, mən “xx.xx.2020-ci il tarixli, **********9 saylı “Əmək pensiyasının dayandırılması haqqında” qərarın ləğv edilməsi və cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdən dayandırılmış güzəştli şərtlərlə yaşa görə 5937 (beş min doqquz yüz otuz yeddi) manat məbləğində əmək pensiyasının xx.xx.2020-ci il tarixdən bərpa olunması; xx.xx.2020-ci il tarixindən 2021-ci ilin aprel ayınadək ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi” hissəsində iddia müddətini ötürməmiş, mənə məlum olduğu vaxtda dərhal pozulmuş hüquqlarımın bərpası naminə məhkəməyə müraciət etmişəm. Cavabdeh orqan tərəfindən hüquqlarımın pozulması azmış kimi, ədalət mühakiməsini həyata keçirən məhkəmə tərəfindən də bir daha hüququm kobud surətdə pozulmuşdur. Belə olduğu halda, pozulmuş hüquqlarımın bərpa olunması məqsədilə ədalət mühakiməsini həyata keçirən məhkəməyə müraciət edir, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5866/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsini qanunauyğun hesab edirəm.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. d) Prosses iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
18. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarı:
1.4. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:
Maddə 2.1. məhz inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 24.3. Ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. Maddə 32.1. mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 38.3. İnzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavab) şikayətçiyə təqdim edilənədək dayandırılır. Maddə 68.1 Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 70.1 İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1.İnzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2.İnzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı tam olaraq yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
22. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. İlk növbədə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı hazırkı inzibati aktı mübahisələnirməkdə hüquqi marağı 2020-ci il sentyabr və 2021-ci il aprel tarixləri arasındakı pensiya məbləğinin ödənilməsinin təmin olunmasından ibarətdir.
24. Hazırkı iddia tələbinin ifadə tərzi tam uyğun olmasa da hazırkı iddia münahisələndirmə iddia növünə aiddir. Belə ki, iddiaçının hüquqi marağı onun üçün əlverişsiz olan inzibati aktın ləğvidir.
25. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələbləri düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı birinci instansiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
27. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ birinci instansiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
28. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
29. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətini araşdıraraq qeyd edir ki, yuxarıda istinad olunan normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur.
30. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.
31. Gəlmiş olduğu nəticə ilə bağlı məhkəmə kollegiyası bildirir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi, iddia müddətlərinə riayət edilib-edilməməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur.
32. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər.
33. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmə xüsusi mümkünlük şərtinə, yəni müddətə əməl edilib-edilməməsinə düzgün hüquqi qiymət vermişdir.
34. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”.
35. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”.
36. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 298-ci maddəsi ilə, 1 yanvar 2011-ci ildən isə mübahisələndirmə haqqında iddialar üzrə iddia müddəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsi ilə tənzimlənir.
37. 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur.
38. Hazırkı iş üzrə iddiaçı xx.xx.2020-ci il tarixli, **********9 saylı “Əmək pensiyasının dayandırılması haqqında” qərarın ləğv edilməsi və cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdən dayandırılmış güzəştli şərtlərlə yaşa görə 5937 (beş min doqquz yüz otuz yeddi) manat məbləğində əmək pensiyasının xx.xx.2020-ci il tarixdən bərpa olunması; xx.xx.2020-ci il tarixindən 2021-ci ilin aprel ayınadək ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsini mübahisələndirir.
39. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, iddia 30 gün müddətində qaldırılmalıdır. İşin hallarından müəyyən olunur ki, iddiaçı mübahisələndirdiyi xx.xx.2020-ci il tarixli, **********9 saylı “Əmək pensiyasının dayandırılmasına dair qərar”ın ləğvi və həmin qərarın hüquqi nəticəsi olan sentyabr 2020-ci ildən etibarən mart 2021-ci il daxil olmaqla ödənilməyən aylara görə pensiyanın ödənilməsi tələbi qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürməklə vermişdir.
40. İddiaçının əmək pensiyasının dayandırıldığı və dayandırılmış aylar üzrə pensiyanın ödənilmədiyi barədə uzun müddət əvvəl məlumatlı olmasını təsdiq edən təkzibedilməz sübutlar vardır.
41. Belə ki, iddiaçının xx.xx.2020-ci il tarixindən 2021-ci ilin aprel ayınadək pensiya almaması və bunu xx.xx.2020 və xx.xx.2021-ci il tarixli öz ərizələrində etiraf etməsi belə iddiaçının sözügedən əmək pensiyasının dayandırılmasından qəbul olunduğu vaxtdan məlumatlı olduğunu bilavasitə təsdiq edir.
42. Göründüyü kimi iddiaçı barəsində qəbul edilmiş inzibati aktdan məlumatı olduğu sentyabr 2020-ci il tarixdən 3 ildən çox müddət keçdikdən sonra məhkəmədə iddia qaldırmışdır.
43. Yuxarıda qeyd olunanlara əsasən kollegiya bildirir ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin (qanunla təsdiq edilmişdir) 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz.
44. Həmin Qanunun 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.
45. Həmçinin, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır.
46. Həmin Qanunun 73.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir.
47. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.
48. Göründüyü kimi, inzibati məhkəmə icraatında iddia müddətləri və inzibati icraatda inzibati aktlardan şikayət müddətləri qanunla müəyyən olunduğu halda, müvafiq apellyasiya şurasının inzibati aktından şikayət qaydasını müəyyən edən normativ hüquqi akt Nazirlər Kabinetinin qərarı ilə müəyyən edilmişdir. Qanun daha yüksək qüvvəyə malik olduğu üçün hazırkı münasibətələri İnzibati Prosessual Məcəllə və “İnzibati icraat haqqında” Qanun tətbiq edilməlidir.
49. Məhkəmə kollegiyası qeyd edir ki, müddət məhdudiyyəti konsepsiyası inzibati idarəçilikdə hüquqi təhlükəsizliyin və sabitliyinin təmin edilməsi məqsədlərinə xidmət edir. Belə ki, hüquqi müəyyənlik və hüquqi sabitlik prinsipləri mübahisəli hüquq münasibətlərinə müəyyən müddətlər çərçivəsində aydınlıq gətirilməsini və həmin münasibətlərin sabitləşməsini tələb edir.
50. Müddət məhdudiyyətinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, həmin hüquq institutu hüquq münasibətləri iştirakçılarını məsuliyyətli olmağa, pozulmuş hüquqlarının müdafiəsi üçün hüquqi müdafiə vasitələrindən və imkanlarından müəyyən olunmuş zaman kəsiyində istifadə etməyə sövq edir. Həmin tələblərə əməl edilməməsinin riski və bununla bağlı nəticələr hüququnun pozulduğunu iddia edən şəxsin məsuliyyət sferasına aiddir. Qeyd olunmalıdır ki, belə şəxslər qanunla müəyyən olunmuş müddətləri üzrsüz səbəblərdən buraxaraq, uzun zaman kəsiyindən sonra iddia qaldırmaqda, nəticədə mülki dövriyyənin sabitliyini və təhlükəsizliyini təhdid altına almaqda haqlı sayıla bilməzlər.
51. Beləliklə, yuxarıda qeyd edildiyi kimi, iddiaçı qərarın mövcudluğu barədə məlumatlı olmuş, lakin iddia ərizəsi ilə məhkəməyə müddət keçdikdən sonra müraciət etmişdir. Bununla bağlı olaraq kollegiya qeyd edir ki, iddiaçı tərəfindən prosessual müddətin ötürülməsinə dair əsaslar, bununla bağlı hər hansı bir sənəd təqdim edilmədiyindən, iş üzrə prosessual müddətin bərpa edilməsi üçün heç bir qanuni əsas yoxdur. Odur ki, hazırkı mübahisəyə münasibətdə iddia yuxarıda istinad olunan normalara görə və qeyd olunan səbəbdən mümkünlük şərtlərini ödəmir və bu baxımdan mümkün sayılmamalıdır.
52. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli məsələyə münasibətdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 dekabr 2015-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinin tətbiq edilməsi zəruridir.
53. İstinad edilən qərarda göstərmişdir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur.
54. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilmədiyindən, iddia mümkün sayılmamalıdır.
55. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı.
56. Beləliklə, göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçı mübahisələndirdiyi sərəncamdan təkzibolunmaz şəkildə məlumatlı olduğu halda məhkəməyə, xx.xx.2024-cü il tarixdə, yəni 3 ildən sonra müraciət etmişdir. İPM-in 38.1-ci maddəsi isə şəxsə inzibati aktı təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində mübahisələndirmək imkanı verir. Belə olan halda, iddiaçı qanunda nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür.
57. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-1602/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, müddətlə bağlı iddianın mümkünlüyünə dair işində qeyd edilmişdir ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddianın iddia müddətinə dair normalara əməl olunmaqla qaldırılması şərti də yerinə yetirilmiş olmalıdır.
58. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
59. Əlavə olaraq Kollegiya qeyd edir ki, hazırkı hal iddiaçını əlverişsiz vəziyyətə salmır. Belə ki, iş materiallarından müəyyən olunur ki, iddiaçıya pensiya təyin olunması barədə əlverişli inzibati akt qəbul edilmiş və ona hazırda müvafiq pensiya ödənişləri də həyata keçirilir.
60. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşaraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5866/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
61. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası.
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5866/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan, Kassasiya şikayəti məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.