Məhkəmə qərarları › İş №2-1(103)-874/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-874/2023

22.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-874/2023 22.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8028/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra - Cavabdeh) müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8028/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək təmin olunması, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Ş.Ağayeva yazılı ərizə ilə məhkəməyə müraciət edərək inzibati orqan tərəfindən iddiaçının tələbinin məhkəmədənkənar təmin edildiyini və ona Filialın xx.xx.2023-cü il tarixli **********3 nömrəli qərarı ilə hüququ yarandığı xx.xx.2022-ci il tarixdən, 240.00 manat məbləğində yaşa görə əmək pensiyası təyin olunduğunu və keçmiş dövr üzrə, yəni, xx.xx.2022-ci il tarixdən yaranmış fərq məbləği cari pensiyaya əlavə edilərək iddiaçıya ödəniləcəyini bildirərək tərəflər arasındakı mübahisənin aradan qaldırıldığını bildirərək, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı cavabdeh orqanla aralarında mübahisənin həll olunduğundan iş üzrə icraata xitam verilməsinə etirazı olmadığını bildirmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfi dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, cavabdeh orqanın iş üzrə icraata xitam verilməssi barədə vəsatəti təmin edilməlidir. Belə ki, ərizəyə əlavə olunmuş sənədlərdən görünür ki, cavabdehin “əmək pensiyasının təmin edilməsi haqqında” xx.xx.2023-cü il tarixli (№**********3) qərarı ilə iddiaçıya hüququnun yarandığı xx.xx.2022-ci il tarixdən (xx.xx.2023-cü il tarixdən hesablanıb ödənilməklə) əmək pensiyası təyin edilmiş və “pensiya təyinatı alt siteminə” yerləşdirilmişdir. İddiaçının isə bununla bağıl qeyd olunan mövqeyindən göründüyü kimi, ona pensiya təyin olduğundan məhkəmə tərəfindən işə xitam verilməsi ilə razıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 67.1-ci maddəsinin tələbinə görə mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası yekunda belə nəticəyə gəlir ki, cavabdehin ərizəsi təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 80, 83, 89, 90-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iş üzrə icraata xitam verilməsi barədə ərizəsi təmin edilsin. İş üzrə icraata xitam verilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar